Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-304/2025 19.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Abşeron rayonu Masazır Bələdiyyəsinə qarşı (X13 iş üzrə üçüncü şəxs qismində cəlb edilməklə) (Açar sözlər:bələdiyyə qərarının ləğvi) Sədrlik edən və məruzəçi hakim X5, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə İsmayılova Ləman Zakir qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Üçüncü şəxs X7, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Abşeron rayonu Masazır Bələdiyyəsinə qarşı “üçüncü şəxs X9 ayrılmış 0,0424 ha torpaq sahəsinə dair cavabdehin 29 sentyabr 2023-cü il tarixli iclasının 16 saylı protokolunun 11 saylı qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1057/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından üçüncü şəxs və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Abşeron Rayon İcra Hakimiyyəti başçısının Masazır kənd nümayəndəliyinin 06 avqust 1996-cı il tarixli 28 №li Sərəncamı ilə Xırdalan südçülük-tərəvəçilik sovxozunun direktorunun 20 aprel 1994-cü il tarixli 35 №li məktubu əsasında təhkim edilmiş həyətyanı torpaq sahəsində ev tikdirilməsi məqsədəuyğun hesab olunmuşdur. Abşeron rayon Dövlət Arxivinin arxiv çıxarışından görünür ki, Abşeron RİH başçısının Masazır kənd nümayəndəliyinin 06 avqust 1996-cı il tarixli 28 №li Sərəncamı ilə Masazır kənd nümayəndəliyi Xırdalan südçülük-tərəvəzçilik sovxozunun direktorunun 20 aprel 1994-cü il tarixli 35 №-li məktubu ilə İddiaçı torpaq sahələrinin naturadan bölgüsü rayon memarlıq şöbəsi ilə razılaşdırıldıqdan sonra təhkim edilmiş həyətyanı torpaq sahəsində Azərbaycan Respublikasında kənd yeri üçün tövsiyyə olunmuş layihə üzrə ev tikdirməsinin məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Abşeron rayon Masazır bələdiyyəsinin 29 sentyabr 2023-ci il tarixli iclasın 16 saylı protokolunun 11 saylı Qərarından çıxarışdan görünür ki, Azərbaycan Respublikası Abşeron rayonu üzrə İcra Hakimiyyətinin Masazır kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin A/4072 saylı, 27 sentyabr 2023-cü il tarixli və Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 01/74133 saylı, 1 sentyabr 2023-cü il tarixli arayışlar nəzərə alınmaqla, Masazır kəndində 5 ildən çox yaşayan X2 fərdi yaşayış evinin tikintisi üçün 0,0424 ha torpaq sahəsinin verilməsi barədə hazırlanmış torpaqayırma sənədləri və torpağın kadastr-qiymət zonası üzrə keçirilən sonuncu müsabiqədə müəyyən olunmuş qiymətə uyğun və (Torpağın son müsabiqə qiymətinə uyğun olaraq 0,01 ha üçün dəyəri 1037 (min otuz yeddi manat) nəzərdə tutulmuş 4396.88 manat (0,0424ha x 1037manat=4396.88 manat) məbləğində pul vəsaiti bələdiyyənin hesabına ödənilməsi bildirilsin. X2 fərdi yaşayış evinin tikintisi məqsədilə 0,0424 hektar torpaq sahəsi satılsın. Pul vəsaiti bələdiyyə hesabına ödənildikdən sonra fərdi yaşayış evinin tikintisi məqsədilə X2 0,0424 ha torpaq sahəsfnin alqı-satqısmı müvafiq notarial kontorda aparılmaqla rəsmiləşdirilsin. X1 aldığı torpaq sahəsinə mülkiyyəti hüququna dair müvafiq hüquqverici sənədin hazırlanıb verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət olunsun. Mülkiyyətə verilmiş torpaq sahəsində aparılacaq tikintinin layihəsi Abşeron Rayon İcra hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi ilə razılaşdırılsın. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, torpaq mübahisəsilə bağlı məsələ hal-hazırda Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olduğundan ərizənizdə göstərilən tələbin icrası bələdiyyənin imkanı xaricindədir. Sumqayıt İnzibati məhkəməsinin 2-1(118)-1121/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Masazır kəndində yerləşən Abşeron RİH başçısının Masazır kənd nümayəndəliyinin 28 nömrəli, 06 oktyabr 1996-cı il tarixli qərarı ilə ona ayrılmış 0.0491 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilmiş, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Masazır kənd nümayəndəliyinin 28 nömrəli, 06 oktyabr 1996cı il tarixli sərəncamını əsasən tikintisinə icazə verilmiş fərdi yaşayış evinin yerləşdiyi 0.0491 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mülkiyyət hüququna dair çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyi Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron-Ərazi İdarəsinə həvalə olunmuşdur. Cavabdehin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətəndə Abşeron rayonu Masazır kəndi ərazisində yerləşən 0.0491 ha torpaq sahəsinə görə xx.xx.2022-ci il tarixinədək bələdiyyəyə vergi borcu yoxdur və həmin torpaq sahəsi hal-hazırda İddiaçı istifadəsindədir. Abşeron rayon Dövlət Arxivinin arxiv çıxarışından görünür ki, Abşeron RİH başçısının Masazır kənd nümayəndəliyinin 06 avqust 1996-cı il tarixli 28 №li Sərəncamı ilə Xırdalan südçülük-tərəvəzçilik sovxozu direktorunun 26 aprel 1995-cı il tarixli 35 №li məktubu ilə İddiaçı 10 sot torpaq sahəsinin naturada bölgüsünü rayon memarlıq şöbəsi ilə razılaşdırıldıqdan sonra təhkim edilmiş həyətyanı torpaq sahəsində Azərbaycan Respublikasında kənd yeri üçün tövsiyyə olunmuş layihə üzrə ev tikdirilməsini məqsədəuyğun hesab edir. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, halhazırda İddiaçı cavabdeh X9 və digərlərinə qarşı “müqavilənin ləğvi ilə bağlı” iddia tələbi üzrə mülki iş Abşeron Rayon Məhkəməsinin icaatındadır. Bu baxımdan məhkəmə tərəfindən yekun qərar qəbul edildikdən sonra müraciət edildiyi təqdirdə arizənizə yenidən baxılacaqdır. xx.xx.2024-cü il tarixdə qonşular tərəfindən tərtib olunmuş aktdan görünür ki, Nağıyev X10 rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində 1996-cı il tarixdən ailə büdcəsi hesabına tikib yaşadığı ünvansız fərdi yaşayış evində, 1996-cı il tarixdən 2023-cü il tarixdə fərdi yaşayış evini təmirə dayandırdığı vaxta kimi ailəsi ilə birlikdə onların qonşuluğunda yaşamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin 3-21-3-32/2-6703/2025 nömrəli, 29 aprel 2025-ci il tarixli məktubundan görünür ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, Masazır bələdiyyəsi tərəfindən təsdiqlənmiş Yerquruluşu planından çıxarışda qeyd olunan döngə nöqtələrinin koordinatlarına əsasən torpaq sahəsi keçmiş Xırdalan südçülük-tərəvəzçilik sovxozunun sərhədlərinin hüdudları daxilində yerləşir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxs X9 ayrılmış 0,0424 ha torpaq sahəsinə dair cavabdehin 29 sentyabr 2023-cü il tarixli iclasının 16 saylı protokolunun 11 saylı qərarının ləğv edilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Masazır kəndi, Ə.Vahid küçəsi, 374 saylı fərdi yaşayış evinin yanındakı ayrıca hasara alınmış 0,0491 ha torpaq sahəsi 1996-cı il tarixdən Abşeron RİHB-nın xx.xx.1996-cı il tarixli, 28 saylı Sərəncamı əsasında ona fərdi ev tikintisi məqsədilə ayrılmışdır. Bu haqda Abşeron RİHB-nın xx.xx.1996-cı il tarixli, 28 saylı Sərəncamının arxiv surəti, Abşeron RİHB-nın Memarlıq və Tkinti şöbəsi rəsisinin və Masazır Bələdiyyəsi sədrinin təsdiqli imzaları ilə Yerquruluşu Planından çıxarışın surəti və Abşeron RİHB-nın Masazır kənd nümayəndəsinin təsdiqi ilə qonşuluq aktları qeyd edilən torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evinin 28 ildir ki, onun və ailəsinin sahibliyində, istifadəsində olmasını sübut edir. Əlavə olaraq bildirilir ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1121/2023 saylı Qərarı ilə həmin torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mülkiyyət hüququna dair çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə olunmuşdur, məhkəmə Qərarının surəti iddia ərizəsinə əlavə olunur. Qeyd olunduğu kimi Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)- 1121/2023 saylı Qərarının mövcud olmasına, 28 il müddətdə qeyd olunan torpaq sahəsində ailə büdcəsi hesabına tikilmiş fərdi yaşayış evinin mövcud olmasına, evinin altındakı və ətrafındakı qeyd edilən torpaq sahəsinin ailəmin faktiki sahibliyində və istifadəsində olmasına,həmin torpaq sahəsinə dair Abşeron RİHB-nın xx.xx.1996-cı il tarixli, 28 saylı Sərəncamının mövcud olmasına, Abşeron RİHB-nın Memarlıq və Tkinti şöbəsi rəsisinin və Masazır Bələdiyyəsi sədrinin təsdiqli imzaları ilə Yerquruluşu Planından çıxarışın mövcud olmasına, Abşeron rayon Masazır Bələdiyyəsinin həmin torpaq sahəsinə dair torpaq vergisinin ödənilməsi barədə 27 iyul 2022-ci il tarixli Arayışının mövcud olmasına və Abşeron RİHB-nın Masazır kənd nümayəndəsinin təsdiqi ilə qonşuluq aktının mövcud olmasına baxmayaraq Abşeron rayon Masazır Bələdiyyəsi qanunsuz və əsassız olaraq 29 sentyabr 2023-cü il tarixli iclasın 16 saylı protokolunun 11 saylı Qərarı ilə onun 28 il ərzində ailə üzvlərilə birlikdə yaşadığı fərdi yaşayış evinin altındakı və ətrafındakı 0,0424 ha torpaq sahəsini 3-cü şəxs X9 fərdi yaşayış evinin tikintisi məqsədilə ayırmışdır. 3-cü şəxs X11 cinayət törətməyə vadar edərək qanunsuz yollarla fərdi yaşayış evinin altındakı və ətrafındakı torpaq sahəsini mülkiyyətinə keçirməyə və 28 il yaşadığım fərdi yaşayış evini bir anlığa məhkəmə Qərarını hesaba almadan traktorla yerlə yeksan etməyə vadar etmişdir.Alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Çıxarışın ləğvi barədə mübahisə Abşeron Rayon məhkəməsində baxılır. Hal-hazırda cinayət işi Abşeron Rayon Polis İdarəsində icraatdadır, Abşeron rayon Masazır Bələdiyyəsinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin rəhbərliyinə 3-cü şəxs X9 0,0424 ha torpaq sahəsinin qanunsuz və əsassız verilməsinə dair 29 sentyabr 2023-ci il tarixli iclasın 16 saylı protokolunun 11 saylı Qərarının ləğv edilməsi ilə bağlı müraciətlər etmiş, müraciətlərinə cavab olaraq Abşeron rayon Masazır Bələdiyyəsindən ərizədə göstərilən tələbin icrasının bələdiyyənin imkanı xaricində olduğu bildirilsə də, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzindən şifahi olaraq bildirildi ki, “bu cür işlərinə görə Masazır Bələdiyyəsinin işləri istintaqdadır, bu səbəbdən ərizənizdə qeyd edilən Masazır Bələdiyyəsinin verdiyi Qərarın ləğvi məhkəmənin səlahiyyətindədir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, İddiaçı iddiası əsasısız və qanunsuzdur və təmin edilməməlidir. Belə ki, iddiaçı iddia tələbində Abşeron Rayon İcra Hakimiyyəti başçısının 6 avqust 1996-cı il tarixli, 28 saylı sərəncamla Xırdalan südçülük tərəvəzçilik sovxozunun ərazisində yaşayış evinin tikintisi üçün ona 10 sot torpaq sahəsinin ayrılmasını göstərmişdir. Lakin iddiaçı bu torpaq sahəsinin harada ayrılması ilə bağlı məhkəməyə torpağa dair ayrıc aktı təqdim etməmişdir.Torpaq sahəsinin ayrılması həmin dövrün Azərbaycan SSR-nin Torpaq Məcəlləsinə müvafiq olaraq sənədləşdirilirdi. Torpaq sahəsi ayrılarkən vətəndaşa ayrıc aktına əsasən ayrılmalı idi. Lakin ayrıc aktı olmaq əvəzinə iddiaçı məhkəməyə Masazır bələdiyyəsi tərəfindən hazırlanmış və qanuna zidd olan yerquruluşu planına əsasən torpağın harda ayrılması göstərilməsi ilə bağlı yerquruluşu planından çıxarışın surətini təqdim etmişdir. Dövlət mülkiyyətində olan torpaq sahəsinə dair bələdiyyə torpağın vətəndaşa ayrılması ilə bağlı hər hansı bir yerquruluşu planının tərtib edib onu təsdiq edə bilməz. Bu torpaq sahəsi 1996-cı ildə ayrılıbsa bu ayrılma İcra Hakimiyyətinin ayrıc aktı əsasında həyata keçirilməli idi. Torpaq ayrıc aktı əsasında ayrılmalı və təhvil-təslim aktı tərəflər arasında imzalanaraq təsdiq edilməli idi. Bu torpaq ayırma keçmiş Azərbaycan SSR-nin Torpaq Məcəlləsinə əsasən tənzimlənir. Digər bir məsələ isə iddiaçının məhkəməyə İcra qurumu tərəfindən 0,1 ha torpaq sahəsinə dair arxiv sənəd təqdim etsə də iddia tələbində 0,0424 ha torpaq sahəsinə iddia qaldırmışdır. Qalan 0,0526 ha torpaq sahəsinin harada olması, kimə satılması (vəya verilməsi), istifadə etməsi, qonşu torpaq sahəsi olması və sair barədə məlumat təqdim etməmişdir. Bu baxımdan “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 6.5-ci maddəsinə və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə müvafiq olaraq 0,0424 ha torpaq sahəsinin rəsmiləşdirilməsi məqsədilə ilə Masazır bələdiyyəsi torpağa dair mülkiyyət hüququ əldə etmək məqsədilə səlahiyyətli icra qurumlarına müraciət etmiş və nəticədə mübahisəli torpaq sahəsinə dair hiiquqverici sənəd əldə etmiş və həmin torpaq sahəsini satmışdır. Bu bələdiyyənin diskresion hüququdur və bələdiyyə bu alqı-satqının “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 6.5-cii maddəsinə və Azərbaycan Respublikası “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əssasnaməyə uyğun olaraq həyata keçirmişdir. İddiaçı 6 avqust 1996-cı il tarixli, 28 saylı sərəncamı ilə ayrılmış torpaq sahəsini bu günə kimi sənədləşdirilməmiş və dövlət qeydiyyatına alınmamışdır. Sənədlərdən də məlum olur ki, bu torpaq sahəsinin harada yerləşməsi məlum deyil. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1057/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Abşeron rayonu Masazır Bələdiyyəsinin 3-cü şəxs X9 ayrılmış 0,0424 ha torpaq sahəsinə dair 29 sentyabr 2023-cü il tarixli iclasının 16 saylı protokolunun 11 saylı qərarının ləğv edilməsi qərara alınmışır (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh Abşeron rayonu Masazır Bələdiyyəsi mübahisələndirilən qərarı qəbul edərkən, tərəflər arasında məhkəmə mübahisəsinin olduğundan xəbərdar olmuş və bu faktı təqdim edilmiş bələdiyyənin xx.xx.2023-cü il tarixli məktubundan müəyyən etmək olur. Həmçinin, təqdim edilmiş Abşeron RİHB-nın Memarlıq və Tkinti şöbəsi və Masazır Bələdiyyəsi tərəfindən təsdiqlənmiş yerquruluşu planından çıxarışı və Abşeron rayonu Masazır Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli arayışı iddiaçının həmin torpaq sahəsinin faktiki istifadəçisi olmasına dəlalət edir. İşin hallarından görünür ki, iddiaçıya ayrılmış torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd olan Abşeron Rayon İcra başçısının 6 avqust 1996-cı il tarixli, 28 saylı sərəncamı qüvvədədir və həmin sənəd preyudisial əhəmiyyət daşıyır. Eyni zamanda iddiaçı tərəfindən uzun müddət həmin torpaq sahəsindən istifadə etməsi, orada fərdi yaşayış evinin tikməsi və eyni zamanda cavabdeh təşkilata həmin torpağa görə əmlak vergisinin ödənilməsi mübahisəli torpaq sahəsinin iddiaçının faktiki sahibliyində olmasına dəlalət edir. Abşeron rayonu Masazır Bələdiyyəsinin 29 sentyabr 2023-cü il tarixli iclasının 16 saylı protokolunun 11 saylı qərarı qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, cavabdeh təşkilat tərəfindən etirazında göstərdiyi dəlillərə dair əsaslı sübutlar məhkəməyə təqdim edilməmiş və cavabdeh tərəfindən qəbul edilmiş mübahisələndirilən qərar “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri kobud şəkildə pozulmaqla qəbul edilmişdir. Üçüncü şəxs qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qəbul etdiyi qərar əsassız və qanunsuzdur. Belə ki, məhkəmənin qərarının əsaslandırıcı hissəsində göstərir ki, “Mübahisə predmeti olan qərar Abşeron rayon Masazır bələdiyyəsi tərəfindən qəbul edilmişdir, cavabdeh təşkilatın hüquqi ünvanı Şabran rayonu ərazisidir və qeyd olunan ərazi üzrə müvafiq məqsədlər üçün torpaq sahəsinin ayrılması səlahiyyəti bələdiyyənin səlahiyyətinə aid edilmişdir. Belə olduğu təqdirdə bələdiyyə hazırki iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. Abşeron rayon Masazır bələdiyyəsinin hüquqi ünvanı Masazır kəndi, Əliağa Vahid küçəsi, 279 A-dır. Mübahisəli torpaq sahəsi də Masazır kəndi, Əliağa Vahid küçəsində yerləşir. Bu səbəbdən aydın olur ki, məhkəmə iş materiallarını kifayət qədər araşdırmadan, işin hallarına aydınlıq gətirmədən qərar qəbul etmişdir. Məhkəmə qəbul etdiyi 2- 1(118)-1057/2025 saylı inzibati iş üzrə 8 yanvar 2025-ci i tarixli Qərarda göstəriri ki,“Təqdim edilmiş Abşeron RİHB-nın Memarlıq və Tikinti şöbəsi və Masazır bələdiyyəsi tərəfindən təqdiqlənmiş Yerquruluşu Planından çıxarışı və Abşeron rayonu Masazır bələdiyyəsinin xx.xx.2022-ci il tarixli arayışı iddiaçının torpaq sahəsinin faktiki istifadəcisi olmasına dəlalət edir.” Qeyd olunmalıdır ki, İddiaçı mübahisəli torpaq sahəsinin ona aid olması ilə bağlı Masazır bələdiyyəsinə müraciət etmiş və həmin torpaq sahəsinə yerquruluşu planından çıxarışın təsdiq olunmasını xahiş etmişdir. Masazır bələdiyyəsi əraziyə baxış keçirilmiş və həmin torpaq sahəsinin Masazır bələdiyyəsinin mülkiyyətində olmasını müəyyən etdikdən sonra təsdiqləmişdir. Lakin sonradan Masaır bələdiyyəsinə məlum oldu ki, iddiaçı bələdiyyəyə düzgün məlumat verməmiş və lədiyyədən əldə etdiyi yerquruluşu planını vaxtı ilə Abşeron Rayon İcra Hakimiyyəti başçısının 6 avqust 1996-cı il tarixli, 28 saylı sərəncamı ilə ayrılmış torpaq sahəsinə əldə etmək istəyir. Bu səbəbdən bələdiyyə qərarının qəbul edilməsi və məcburi qaydada icrası ilə bağlı tədbir həyata keçirilmişdir. Belə ki, Masazır bələdiyyəsi 10 oktyabr 2022-ci il tarixli iclasın 26/07 saylı qərarı ilə vətəndaş İddiaçı0,0491 ha bağlı torpaq sahəsinin nədləşdirilməsinə dair təqdim etdiyi yerquruluşu planından çıxarış etibarsız hesab edilmiş və hüquqi nəticələr ləğv edilmişdir. Torpaq sahəsinin ayrılması həmin dövrün Azərbaycan SSR-nin Torpaq Məcəlləsinə müvafiq olaraq sənədləşdirilirdi. Torpaq sahəsi ayrılarkən vətəndaşa ayrıc aktına əsasən ayrılmalı idi. Lakin ayrıc aktı olmaq əvəzinə iddiaçı məhkəməyə Masazır bələdiyyəsi tərəfindən hazırlanmış və qanuna zidd yerquruluşu planına əsasən torpağın harda ayrılması göstərilməsi ilə bağlı yerquruluşu planından çıxarışın surətini təqdim etmişdir. Dövlət mülkiyyətində olan torpaq sahəsinə dair bələdiyyə torpağın vətəndaşa ayrılması ilə bağlı hər hansı bir yerquruluşu planını tərtib edib onu təsdiq edə bilməz. Torpaq sahəsi 1996-cı ildə ayrılıbsa bu ayrılma İcra Hakimiyyətinin ayrıc aktı əsasında həyata keçirilməli idi. Torpaq ayrıc aktı əsasında ayrılmalı və təhvil-təslim aktı tərəflər arasında imzalanaraq təsdiq edilməli idi. Bu torpaq ayırma keçmiş Azərbaycan SSR-nin Torpaq Məcəlləsinə əsasən tənzimlənir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki əsasları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Lakin məhkəmə bu araşdırmanı aparmamış, torpaqayırma ilə bağlı ayrıc aktını iddiaçıdan tələb etməmiş, cavabdeh olaraq iddaçıdan tələb etdiyimiz ayrıc aktının məhkəməyə təqdim edilməsi məhkəmə tərəfindən təmin edilməmişdir. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə asən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Lakin məhkəmə tərəfindən verilmiş vəsatətlər təmin edilməmiş, cavabdeh tərəfindən tələb olunan ayrıc aktı ilə bağlı müvafiq icra qurumlarına sorğular göndərilməmişdir. Digər bir məsələ isə iddiaçının məhkəməyə İcra qurumu tərəfindən 0,1 ha torpaq sahəsinə dair arxiv sənəd təqdim etsə də iddia tələbində 0,0424 ha torpaq sahəsinə iddia qaldırmışdır. Qalan 0,0526 ha torpaq sahəsinin harada olması, kimə satılması (vəya verilməsi), istifadə etməsi, qonşu torpaq sahəsi olması və sair barədə məlumat təqdim etməmişdir. Bu baxımdan “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 6.5-ci maddəsinə və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə müvafiq olaraq 0,0424 ha torpaq sahəsinin rəsmiləşdirilməsi məqsədilə ilə Masazır bələdiyyəsi torpağa dair mülkiyyət hüququ əldə etmək məqsədilə səlahiyyətli icra qurumlarına müraciət etmiş və nəticədə mübahisəli torpaq sahəsinə dair quqvericisənəd əldə etmiş və həmin torpaq sahəsini satmışdır. Bu bələdiyyənin diskresion hüququdur və bələdiyyə bu alqı-satqını “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 6.5-ci maddəsinə və Azərbaycan Respublikası “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əssasnaməyə uyğun olaraq həyata keçirmişdir. Mülkiyyətin bu növləri bazar dövriyyəsində olan torpaqlara da aiddir. Belə ki, torpaq alqı-satqının, icarənin, istifadənin və digər əqdlərin predmeti olan “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən vahid torpaq fonduna dövlət mülkiyyətində saxlanılan torpaqlar (dövlət rpaqları), bələdiyyə mülkiyyətinə verilən torpaqlar (bələdiyyə torpaqları) və xüsusi mülkiyyətə verilən torpaqlar daxil edilmişdir. İddiaçı 6 avqust 1996-cı il tarixli, 28 saylı sərəncamı ilə ayrılmış torpaq sahəsini bu günə kimi sənədləşdirilməmiş və dövlət qeydiyyatına alınmamışdır. Sənədlərdən də məlum olur ki, bu torpaq sahəsinin harada yerləşməsi məlum deyil. Eyni zamanda məhkəmə iddiaçının bu sənədlə sənədləşdirilmə məqsədilə müvafiq icra qurumlarına müraciət edib-etməməsini də araşdırmamışdır. Üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qərarı əsassız və qanunsudur. Belə ki, işə baxan hakimin sədrliyi ilə baxılmasına etiraz verdiyi halda etirazı baxılması üçün məhkəmə sədrinə təqdim etməyərək etirazı baxılmamış saxlamışdır. Hələ hazırlıq iclasına məhkəmə iddia edilən torpaq sahəsinin naturada onun mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsilə əlaqədar verilmiş sorğulara cavab aldıqdan sonra mütəxəssis rəyi alınması üçün müraciət ediləcəyi bildirilmişdir. Lakin məhkəmə mütəxəssis rəyi almadan məhkəmə iclasını davam edirdi. Növbəti hazırlıq iclasında məhkəmə hər şeyin aydın olduğunu bildirərək işin obyektiv araşdırılması üçün mühüm əhəmiyyət kəsb edən vəsatətləri təmin etməyərək işə tələsik nəticə verməkdə qərarlı olduğu göstərmiş oldu. İddiaçının iddiasınıntəmin olunması üçün istinad etdiyi qərar Abşeron Rayon İcra Hakimiyyəti başçısının Masazır kənd nümayəndəliyinin 06 avqust 1996-cı il tarixli, 28 №li Sərəncamıdır. Kənd icra nümayəndəliyinin bu sərəncamı yuxarı səlahiyyətli orqan tərəfindən bəyənilməsi üçün həmin sərəncam torpaq sahəsi ayrılması üçün əsas sayıla bilməz. Digər tərəfdən həmin sərəncama İddiaçı adı əlyazma ilə icra olunub.bəhs olunan sərəncam Xırdalan südçülük-tərəvəçilik sovxozunda çalışan işçilər üçün nəzərdə tutulub. İddiaçı Xırdalan südçülük-tərəvəçilik sovxozunda işləməsinə dair məhkəməyə sübut təqdim etməyib. İddia edilən torpaq sahəsi 0,0424 kv.metrdir. Torpaq ahəsi iddiaçıya təhvil verilməyib,ayrıc aktı yoxdur. Belə vəziyyətdə ərəncamın mövcudluğu şübhə doğurmaya bilməzdi. Qeyd edilən sərəncam mövcud olmuş olsaydı torpaq islahatı ilə əlaqədar iddia edilən sahə iddiaçının mülkiyyətinə əvəzsiz olaraq verilə bilərdi. Göstərilən ziddiyyətlərin aradan qalırılması üçün Abşeron Rayon İcra Hakimiyyəti başçısının Masazır kənd nümayəndəliyinin 06 avqust 1996-cı il tarixli 28 №li Sərəncamının əslinə baxış keçirilməlidir. Sərəncama baxış keçirilməsi məhkmənin arxivdə sənədlərə baxış keçirilməsi ilə mümkün idi. İşin birbaşa mahiyyətinə təsir edən bu vəatətin təmin edilməsi artıq onu göstərir ki, məhkəmə tələsir, sübutları toplayıb tətqiq etmədən işi yekunlaşdırır. İddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli arxiv arayışında ona 10 sot, yəni 0,10 ha torpaq sahəsinin verilməsi nəzərdə tutulurdu. 0,10 ha torpaq sahəsi iddiaçıya verilmişdirsə hazırda 0,0424 ha torpaq sahəsi tələb olunmasına iddiaçı aydınlıq gətirməyib. İddiaçı göstərilən məsələyə aydınlıq gətirilməsindən imtina etdiyi nəzərə alaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə iddiaçının adına daşınmaz əmlakın qeydiyyata alınıb-alınmaması barədə sorğu verilməsi zəruri idi. Məhkəmə vəsatəti təmin etməmişdir. Lakin vəsatətlərin təmin etməməsinin səbəbləri açıqlanmamışdır. Abşeron Rayon Məhkəməsinə və Dövlət arxivinə sorğu verilməsi əhəmiyyətsizdir. Qərarın 4-cü səhifəsinin 10-cu abzasında iddianın mübahisələndirmə iddia növünə aid olduğuna əsaslanaraq göstərilir ki, iddia qaldırılmadan öncə qərarın ləğv edilməsi ilə bağlı bələdiyyəyə müraciət edilməsinə ehtiyac yoxdur. Məhkəmənin gəldiyi nəticə İPM-nin 38-ci maddəsinin tələbinə ziddir. İddiaçı iddia ərizəsində qərar qəbul edilərkən bələdiyyənin hansı qanun normasını pozması göstərilməyib. İddiaçı iş üzrə tərəf deyil, tələb ediyi torpaq sahəsi ona təhvil verilməyib. İddia olunan torpaq onun mülkiyyətindədir. Torpaq sahəsinin ayrıc aktı yoxdur. Torpaq sahəsinin koordinatları bəlli deyil. Bələdiyyə qərarı iddiaçının hüquqlarını pozmur. Sadalanlar iddianın rədd olunmasını zəruri edirdi. İddiaçı istinad etdiyi halları sübut tmək üçün məhkəməyə üç sübut təqdim edib. Birinci sübut qonşular tərəfindən tərtib edilən iddiaçının torpaq sahəsində 27 il yaşamasına aktdır. Belə bir akt iddianın təmin edilməsi üçün mötəbər sübut, ümumiyyətlə sübut edilə bilməz. Mübahisənin predmeti bələdiyyə qərarının ləğvidir. Yəni iddiaçı bələdiyyə qərarının ləğvi üçün qərar verilərkən hansı qanun normasının pozulmasına istinad etməli idi. İddiaçının müddət müəyyən ərazidə qanunsuz yaşaması bələdiyyə qərarının ləğvi uçun sübut hesab eddə bilməz. Digər tərəfdən qonşuların şəxsiyyəti, həmin ərazidə nə vaxtdan yaşamaları, tərəflərə münasibəti məhkəmədə tədqiq olunmadı. Buna görə də qonşuların təstiq etdikləri akta əsaslanan yerli icra nümayəndəliyinin verdiyi arayış sübut növü hesab edilə bilməz. İstinad olunan ikinci sübut Masazır bələdiyyəsinin yerquruluşu planından verdiyi çıxarışdır. Çıxarışın verilmə tarixi və ünvan göstərilməyib. Yerquruluşu planında sahə 0.0491 ha göstərilib. İddia ərizəsində tələb olunan sahə 0,0424 ha göstərilib. Yəni sahələr də fərqlidir. Sübut kimi istinad olunan bu yer quruluşu sənədi qüvvədə deyil. Belə kı, bələdiyyənin sabiq sədri tərəfindən verilib və xx.xx.2022-ci ildə Masazır bələdiyyəsinin 26 saylı protokolunun 7 saylı qararı ilə ləğv edilib. Məhkəmə xx.xx.2022-ci il tarixli Masazır bələdiyyəsinin 76 saylı protokolunun 7 saylı qərarını müzakirə edib qiymətləndirməmişdir. İstinad olunan üçüncü sübut Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 21(118)-1121/2023 saylı qərarıdır kı, həmin qərar qanunu qüvəsini almayıb. Qanunu qüvəsini almayan məhkəmə qərarı sübut hesab edilə bilməz. İddiaçı iddiasının təmin olunması üçün istinad etdiyi qərar Abşeron rayonu Masazır kəndində yerləşən Abşeron Rayon İcra Hakimiyyəti başçısının Masazır kənd nümayəndəliyinin 28 nömrəli xx.xx.1996-cı il tarixli sərəncamıdır. Məhkəmənin qənaətinə görə bu sərəncam preyudisal əhəmiyyət dəşıyır. Başqa sözlə Abşeron Rayon İcra Hakimiyyəti başçısının Masazır kənd nümayəndəliyinin 28 nömrəli, xx.xx.1996-cı il tarixli sərəncamını iddianın təmin olunması üçün əsas hesab etmişdir. Qərarın olub-olmamasını mübahisələndirmiş və məhkəmədən qərarın əslinə baxış keçirməsini tələb etmişdir. Məhkəmə isə mübahisələndirdiyi sübutun əslinə baxış keçilməkdən imtina edib. Digər tərəfdən nəzərə almaq lazımdır ki, kənd nümayəndəliyinin bu sərəncamı yuxarı səlahiyyətli orqan tərəfindən bəyənilməyib. Həmin sərəncamda İddiaçı adı əlyazma ilə icra olunub. Bəhs olunan sərəncam Xırdalan südçülük-tərəvəzçilik sovxozunda çalışan işçilər üçün nəzərdə tutulub. İddiaçı Xırdalan südçülük-tərəvəzçilik sovxozunda işləməsinə dair sübut yoxdur. Xüsusi ilə nəzərə almaq lazımdır ki, ölkədə torpaq islahatı keçirilərkən vətəndaşların qanuni istifadəsində olan torpaq sahələri əvəzsiz olaraq onların mülkiyyətinə verilmişdir. Əgər Masazır kənd nümayəndəliyinin 28 nömrəli, xx.xx.1996-cı il tarixli sərəncamı mövcud idisə torpaq islahatı həyata keçirilərkən həmin torpaq səhəsini əvəzsiz olaraq mülkiyyətinə keçirə bilərdi va bu gun məhkəmədə əsassız iddia qaldırmağa məcbur olmazdı. Yerli İcra Hakimiyyətlərinin vətəndaşlara torpaq sahəsi ayrılmasına dair qərarları bir qayda olaraq yuxarı icra hakimiyyətləri tərəfindən təstiq olunduğu halda qüvvəyə minir. İddiaçı sərəncamın ona aid otmasını, yəni mübahisəlı torpaq sahəsinə aid olmasına dair və sərəncamın qüvvəyə minməsinə dair məhkəməyə sübut təqdim edə bilmir. Qanunverici kənd icra nümayəndəlikləridə vətəndaşlara torpaq sahəsi verilməsi barədə səlahiyyət verməyib. Yaranmış vəziyyətdə mövcud olmayan sərəncamın məhkəmə qaydasında ləğvi barədə iddia qaldırılmasına zərurət yoxdur və mövcud olmayan sərəncamın preyudisal əhəmiyyət daşıması qənaətinə gəlinməsi iddia edilə bilməz. Əlavə olaraq qararın 5-ci səhifəsinin 4-cü abzasında bəhs olunan sərəncamın səhv olaraq Abşeron Rayon İcra Hakimiyyəti başçısının sərəncamı olduğu göstərilib kı, bu da əsassızdır. Torpağın iddiaçıya verilməsinə dair hər hansı bir sənəd (ayrıc aktı, təhfil əktı) mövcud deyil. Evin tikintisi üçün İddiaçı adına təsdiq olunmuş layihə sənədləri də yoxdur. Məhkəmə sadalanan bu sübutları tədqiq etməyib, tədqiq edib qiymət verməyib ona görə ki həmin sübutların tədqiqi iddianın rədd olunmasını şərtləndirirdi. Sərəncamda torpaq sahəsinin Xırdalan südçülük tərəvəzçilik sovxozunun direktorunun xx.xx.1994-cu il tarixli, 35 nömrəli məktubuna istinad olunub İddiaçı xx.xx.1994-cü ildə Xırdalan südçüluk tərəvəzçilik sovxozunda işləməsinə dair sübut yoxdur. İddiaçı əmək kitabçasını məhkəməyə təqdim etməkdən imtina edib. Məhkəmədə suallarını cavablandırarkən sovxozda müqavilə əsasında işlədiyini bildirdi və müqaviləni məhkəməyə təqdim edə bilmədi. Bu onu deməyə əsas verir ki, həmin vaxt İddiaçı Xırdalan sudçulük-tərəvəzçilik sovxozunda işləməmişdir. Xırdalan südçülük-tərəvəzçilik sovxozu yalnız sovxozun işçilərinə sovxoza aid olan torpaq sahəsindən yer ayıra bilərdi. Göstərilən ərazinin sovxoza aid olan işçilərə verilməsi üçün ayrıldığı nəzərə alınsa həmin ərazidə sovxozun işçisi olmayan İddiaçı torpaq sahəsi verilməsi mümkün deyildi. 1990-cı illərdə bir qayda olaraq vətəndaşlara fərdi yaşayış evinin tikintisi uçun 0,10 ha torpaq sahəsi ayrılırdı. İddiaçı məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli arxiv arayışında ona 0,10 ha torpaq sahəsi verilməsi nəzərdə tutulurdu. 0,10 ha torpaq sahəsi iddiaçıya verilmişdirsə hazırda 0,0424 ha torpaq sahəsi tələb etməsi qalan torpaq sahəsinin qardaşı Nümayəndə həyətində olduğunu bildirdi ki, qardaşı Nümayəndə mülkiyyətində həyətyanı torpaq sahəsi yoxdur. Əgər iddiaçıya 0,10 torpaq sahəsi verilibsə 0.0424 ha torpaq sahəsi tələb edilməsi sağlam mühakiməyə sığmır. Həmin ərazidə onun adına verilən mülkiyyət hüququna dair çıxarışda torpağın ölçüsü 0,0491 ha göstərilib. Bütün bunlar onu göstərir ki, İddiaçı təsadüflərdən yararlanmağa səy göstərir. xx.xx.1996-ci il tarixli 28 saylı sərəncamında başqa bir uyğunsuzluq sərəncamda İddiaçı adı əlyazma ilə yazılmasıdır. Sərəncamda torpaq sahəsinin harada ayrılması göstərilməyib. İşdə olan Abşeron Rayon XDS İK-nın xx.xx.1990-cı il tarixli, 250 saylı arxiv çıxarışından görünür ki, Abşeron rayon X4 fəhlə və mütəxəssisləri üçün fərdi ev tikdirmək məqsədi ilə hər ailəyə 0,10 ha hesabı ilə 50 ailəyə beş hektar Xırdalan Südçüluk sovxozundan torpaq sahəsi ayrımışdır. Ayrılmış torpaq sahəsi Xırdalan sovxozunun balansından çıxarılmış, Abşeron rayon X4 balansına keçirilmiş və həmin birliyin işçisi X6 torpaq sahəsi ayrılaraq ona fərdi ev tikməsinə icazəverilmişdir. X3 torpaq sahəsini və evi Emin Nağıyevin xanımına satmışdır. Əlvan Rüstəmova ayrılmış torpaq sahəsinin qarşısında təqribən 0.0491 ha torpaq sahəsi olmuşdur kı, həmin 0,0491 ha torpaq sahəsinin sənədi olmasa da ümumi həyətin içində istifadə olunmuşdur ki, həmin sahə də bələdiyyənin qərarına əsasən ona satılmışdır və hazırda dövlət reyestrində qeydə alınmaqla onun xüsusi mülkiyyətindədir. İddia ərizəsində İddiaçı iddia etdiyi torpaq sahəsində ev tikib 27 il həmin evdə yaşadığını göstərmişdir. Lakin hunu təsdiq edəcək sübutu yoxdur və ola də bilməz. İddiaçı vaxtı ilə Masazırda başqa ərazidə 0,10 ha torpaq sahəsi və evi olması mümkündür. İddiaçı bu barədə sübut təqdim etməyi ondan tələb edir. Hansı ki onun belə bir sübut təqdim etmək imkanı yoxdur və bu səbəbdən də həmin sübutun əldə edilməsi barədə verdiyi vəsatət məhkəmə tərəfindən təmin edilməmişdir. İddia bələdiyyə qərarının ləğvinə yönəldiyi halda məhkəmə (PM-nin 38-cı maddəsinm tələblərinə əməl olunmamasını nəzərə almali idi. Bələdiyyəyə verilən iddia ərizəsinin surəti məhkəməyə təqdim olunmamışdır. Məhkəməyə verilən iddia ərizəsinin tarixi 16 mart 2024-cü il göstərilib. Bələdiyyənin İddiaçı cavab məktubunun tarixi xx.xx.2023-cü ildir. Ona torpaq sahəsi xx.xx.2023-cü ildə verilib. İnzibat icraat Haqqında Qanunun 67.12-ci maddəsinə əsasən 1 il ərzində ləğv edilə bilərdi. Göründüyü kimi məhkəmə qarar qəbul edərkən həmin Qanunun 67.12-ci maddəsinin tələbini pozub. Məhkəmə iddianı təmin edərkən bələdiyyənin hansı qanun pozuntusuna yol verdiyini göstərə bilməmişdir. İstinad etdiyi sübutlar aşağıdakılardan ibarət olmuşdur. Abşeron RİHB-nın Memarlıq və Tikinti Şöbəsinin və Masazır bələdiyyəsi tərəfindən təsdiq olunmuş yerquruluşu planından çıxarış. Tarixi olmayan bu çıxarış Masazır Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli iclasının 26 saylı protokolunun 7 saylı qararı ilə ləğv edilib və həmin sənəd məhkəməyə təqdim olunub. Buna görə də məhkəmənin istinad etdiyi tarixi olmayan yer quruluşu planından çıxarışa istinad etməsi əsassızdır. Məhkəmə belə hesab etmişdir ki, iddiaçının cavabdeh təşkilata əmlak vergisi ödəməsi onun həmin ərazidən uzun müddət istifadə etməsinə dəlalət edirdi. İddia ərizəsindən də görünür ki, iddiaçı mübahisəli ərazidən istifadə etməsini rəsmiləşdirməmişdir. Adına daşınmaz əmlakı olmayan şəxsin əmlak vergisi ödəməsini sübut kimi qəbul edilməsi yumuşaq desək ciddi deyil. Əmlak vergisi rəsmiləşdirilmiş əmlakın ölçülərinə görə ödənilir. Başqa bir məqam ondan ibarətdir ki, arayışda nə qədər əmlak vergisi ödənilməsi göstərilməyib. Digər tərəfdən nəzərə almaq lazımdır ki, arayışda əmlak vergisinin deyil, vergi borcu olmadığı göstərilib. Vergi borcunun olmaması təbidir ona görə ki, İddiaçı adına əmlak mövcud deyil. Məhkəmə belə qənaətə gəlib ki, mübahisəli (torpaq sahəsi uzun müddət iddiaçının istifadəsində olduğuna görə bələdiyyə həmin torpağı başqasına sata bilməzdi. İddiaçı məhkəmədə ifadəsində göstərir ki, 2022-ci ildə yaşadığı evin damını sökərək yaşamaq üçün başqa yerə köçmüşdür. Yəni onun həmin evi sökməsi təkzib olunur. Digər tərəfdən istifadəsində boş torpaq sahəsin kiməsə satılmasında qanun pozuntusu yoxdur. İstifadədə olan yaşayış evinin başqası tərəfindən sökülməsi cinayət məsuliyyəti yaradardı. Bu səbəbdən də məhkəmənin iddiaçının uzun müddət istifadəsində olan torpaq sahəsinin bələdiyyə satılmasının iddiaçının hüquqlarını pozmasının faktiki əsası yoxdur. Göründüyü kimi, bələdiyyə qərarının iddiaçının hüquqlarını pozması barədə gəldiyi nəticənin faktiki əsaslan yoxdur və iddianın təmin olunması üçün İnzibati İcraat Haqqında qanunun 67.8-ci maddəsinə istinad olunması qanunsuzdur. Yuxarıda bəhs olunandan görünür ki, məhkəmə sübutları məhkəmə iclasında araşdırmayaraq maddəsinin və sübutları tam və hərtərəfli araşdırmadan İPM-nin 58.7-ci maddəsinin tələblərini pozaraq qanunsuz qarar çıxarmışdır. İşin müəyyən edilmiş həqiqi halları və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılması, həqiqətə nail olmaq uçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımı şərait yaradılması və bundan sonra sübutlara düzgün hüquqi qiymət verilməsi ədalət mühakiməsinin mühüm prinsipləridir. Verdiyi vəsatətlər işin obyektiv araşdırılmasına xidmət etdiyi halda təmin olunmaması yuxanda göstərilənlərlə sübut olunmuşdur. Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı üçüncü şəxsin apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, etirazında apellyasiya şikayətinin əsassz olduğundan təmin edilməməsini və Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1057/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarın dəyişdirilmədən saxlanılması xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxs X13 və onun nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahatlar verərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı və onun nümayəndəsi Vəkil1 apellyasiya şikayətlərinə etiraz edərək, izahatlar verərək, öz izahatlarında apellyasiya şikayətlərinin təmin edilməməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. “Bələdiyyələrin statusu haqqında haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 16.4. Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Maddə 48. 2. Bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz. Maddə 48.4. Bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 4. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək;.... Maddə 5.2. Bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hüdudları, növləri və ölçüləri müəyyən edilən gündən "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 25ci maddəsinin birinci hissəsi ilə bələdiyyə torpaqlarının idarə olunması sahəsində müvafiq icra hakimiyyəti orqanlarına verilmiş səlahiyyətlər həyata keçirilə bilməz. Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.6. Torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. Maddə 6.7. Bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada ərizəyə baxır və müvafiq qərar qəbul edir.Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 5. Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri
1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur.
2. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; yaşayış məntəqələrinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yerquruluşu və təsərrüfat planlarının hazırlanması və həyata keçirilməsinin təşkil edilməsi; bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq sahələrinin icarəsinə görə haqq alınması; ictimai ehtiyaclar tələb etdikdə bələdiyyə tərəfindən hüquqi və fiziki şəxslərə əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin məcburi geri alınması barədə məhkəmədə iddia qaldırılması;[8] öz səlahiyyəti daxilində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiə edilməsi; bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramların hazırlanması və həyata keçirilməsi; hüquqi və fiziki şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilən (satılan) torpaq sahələrinin minimum həddinin müəyyən edilməsi;[9] öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarından istifadə olunmasına və onların mühafizəsinə nəzarət edilməsi; öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı mübahisələrin həll edilməsi; qanunvericiliklə müəyyən edilmiş digər səlahiyyətlərin həyata keçirilməsi. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə7. Bələdiyyə torpaqları
1. Müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara daxildir:ümumi istifadədə olan torpaqlar;fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar;ehtiyat fondu torpaqları.
2. Bələdiyyənin ehtiyat fondunun torpaqları qanunvericiliyə uyğun olaraq ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə verilə bilər. Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. ... Maddə 64. İnzibati katın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Maddə 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Maddə 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Maddə 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025 və xx.xx.2025-ci il tarixli qərardadları ilə apellyasiya şikayətləri mümkün sayılmışdır. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi üçüncü şəxsin adına sözügedən torpaq sahəsinin satılmasına dair cavabdeh tərəfindən qəbul edilmiş müvafiq qərarın ləğv olunmasından ibarət olmuşdur. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, müvafiq icra hakimiyyəti başçısının Masazır kənd nümayəndəliyinin xx.xx.1996-cı il tarixli 28 №li sərəncamı ilə Xırdalan südçülüktərəvəzçilik sovxozunun direktorunun 20 aprel 1994-cü il tarixli 35 №li məktubu ilə iddiaçıya təhkim edilmiş həyətyanı torpaq sahəsində layihə üzrə ev tikdirməsini məqsədəmüvafiq hesab etmişdir (hərəyə 10 sot qeyd edilmişdir). İş materiallarından görünür ki, cavabdeh 29 sentyabr 2023-cü il tarixli qərarı ilə Masazır kəndində 5 ildən çox yaşayan X9 fərdi yaşayış evinin tikintisi üçün 0,0424 ha sahəsinin satılması qərara alınmış, həmin qərar əsasında üçüncü şəxsin sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmaqla, bu barədə çıxarış verilmişdir. Eyni zamanda, qeyd edilməlidir ki, sözügedən torpaq sahəsinə dair bələdiyyə mülkiyyəti qeydə alınmaqla, bələdiyyənin 09 avqust 2022-ci il tarixli qərarı ilə bələdiyyənin mülkiyyət hüququnun dövlət qeydiyyatın alınması proseduruna başlanılması qərara alınmışdır. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş mütəxəssis rəyinin məzmunundan görünür ki, iddiaçının adına ayrılmış torpaq sahəsi ilə üçüncü şəxsə satılmış 0,0424 ha torpaq sahəsi ilə bütövlükdə üst-üstə düşür. İşin müəyyən edilmiş halarından görünür ki, iddiaçı müvafiq icra nümayəndəliyinin sərəncamı ilə onun adına ayrılmış 0,0491 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(118)-1121/2023 saylı qərarı ilə iddia təmin edilmiş, həmin qərardan apellyasiya şikayəti verildiyindən, hazırda apellyasiya instansiya məhkəməsinin icraatında olmaqla, müvafiq məhkəmə qərardadı ilə hazırki inzibati iş üzrə işə mahiyyəti üzrə baxılanadək həmin iş üzrə icraatın dayandırılması qərar alınmışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı cavabdeh qismində Bələdiyyə və X9 qarşı mülki məhkəmə icraatı qaydasında “aralarında bağlanmış alqı-satqı müqvailəsinin etibarsız hesab edilməsi və Çıxarışın ləğv edilməsi” tələbinə dair iddia tələbi irəli sürmüş, hazırda həmin mülki iş Abşeron Rayon Məhkəməsinin icraatında olmaqla, məhkəmənin müvafiq qərardadı ilə hazırki inzibati iş üzrə iş mahiyyəti üzrə baxılanadək həmin mülki iş ürzə icraatın dayandırılmışdır. Həmçinin, məhkəmə araşdırması zamnaı müəyyən edilmişdir ki, iddiaçının adına ayrılmış torpaq sahəsi Xırdalan südçülük-tərəvəzçilik sovxozunun hüdudları daxilində yerləşir, habelə ətrafında yerləşən qonşu torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlər əldə edilərək tədqiq edilmişdir. Həmin sənədlərin məzmunundan görünür ki, ətrafında yerləşən qonşu torpaq sahəsinin məhz Xırdalan südçülük-tərəvəzçilik sovxozu tərəfindən ayrılması,habelə bələdiyyə tərəfindən də torpaq sahəsinin ayrılması halı müəyyən edilmişdir. Kollegiya iddianının mümkünlüyü ilə bağlı hissə də onu qeyd edir ki, indiki hada iddiaçı 29 sentyabr 2023-cü il tarixli bələdiyyə qərarını mübahisələndirərək, iddia tələbi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya bələdiyyə tərəfindən sözügedən qərar rəsmi qaydada təhvil verilməmişdir. Bundan əlavə, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı sözügedən qərar və onu mübahisələndirməli olması barədə onun özünün iddiaçı qismində çıxış etdiyi “mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair” iddia tələbinə dair inzibati iş üzrə (birnci instansiya məhkəməsində icratın yekununda iddia tələbi təmin edilmişdir) apellyasiya instansiya məhkəməsində aparılmış məhkəmə araşdırmasının gedişatı zamanı (üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə) məlumatlı olmuşdur.Bundan sonra iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Kollegiya hesab edir ki, indiki halda iddiaçının həmin qərarı rəsmi qaydada təhvil almadığından, müddətin axımı məhz hüququnun pozulduğunu bildiyi vaxt əsas götürülməklə müəyyən edilməlidir. Bu baxımından kollegiya hesba edir ki, hazırki iş üzrə iddiaçı tərəfindən qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsi halı müəyyən edilmədiyindən, həmin hal iddianının mümkün sayılmaması üçün əsas qismində çıxış etməmişdir. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, üçüncü şəxsin həmin hissədə şikayətinin dəlilləri əsassız olmuşdur. Kollegiya iddianının əsaslılığı ilə bağlı ilk növbədə onu qeyd edir ki, indiki halda iddiaçının adına məhz torpaq islahatı zamanı Xırdalan-südçülük sovxozunun direktorunun əmri əsasında təhkim edilməsi əsasında adına adına tərtib edilmiş hüquqmüəyyənedici sənədlərin arxiv nüsxəsi mövcud olmuşdur. Həmçinin, cavabdeh bələdiyyə tərəfindən məhz iddiaçının adına həmin sənəd əsasında ayrılmış torpaq sahəsinin yerləşmə mövqeyini müəyyən edən yerquruluşu planından çıxarış tərtib edilmişdir. Daha sonra bələdiyyə tərəfindən 2022-ci il tarixdə iddiaçının adına tərtib edilmiş yeruquluşu planından çıxarış etibarsız hesab edilməklə, həmin torpaq sahəsinin 0,0424 ha hissəsi ilə bağlı bələdiyyə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmaqla, həmin torpaq sahəsinin bələdiyyə tərəfindən üçüncü şəxsə satılması qərara alınmış, ona dair bələdiyyə ilə üçüncü şəxs arasında daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanılmış, onun əsasında üçüncü şəxsin adına mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. İndiki halda iddiaçının hüquqi marağı məhz sözügedən torpaq sahəsinin üçüncü şəxsə satılması barədə bələdiyyə qərarının ləğv edilməsindən ibarət olmuşdur (alqı-satqı müqaviləsi və onun əsaısnda verilmiş Çıxarış mülki məhkəmə icraatı qaydasında mübahisələndirilmişdir). Göründüyü kimi cavabdeh bələdiyyə tərəfindən iddiaçının adına sözügedən torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədlərin mövcudluğu, hətta özü tərəfindən onun yerləşmə mövqeyini müəyyən edən sənəd tərtib etdiyi, onun faktiki istfadəsində olduğunu bildiyi halda, sonradan heç bir əsas olmadan, həmin sənədi ləğv etməklə, bələdiyyə mülkiyyətində olan torpaq sahəsi kimi üçüncü şəxsə satmışdır. Başqa sözlə desək, cavabdeh bələdiyyə iddiaçının adına torpaq islahatı zamanı ayrılmış torpaq sahəsinin yerini müəyyən edən sənəd verərək, onun yerləşmə yerinin məhz həmin yer olduğunu qəbul etdiyi halda, sonradan həmin yeri öz mülkiyyətində olan sahə kimi üçüncü şəxsə satmışdır. Bundan əlavə, kollegiya qeyd edir ki, cavabdeh bələdiyyə sözügedən torpaq sahəsinin məzh iddiaçının faktiki istifadəsində olmasına dair arayış təqdim etmiş, nətcə etibarilə həmin torpaq sahəsinin onun faktiki istifadəsində olduğunu da qəbul etmişdir. Eyni zamanda qeyd edilməlidir ki, üçüncü şəxs olan tərəfin məhkəmə iclasında verdiyi izahatında sözügedən torpaq sahəsinin iddiaçı tərəfindən müvəqqəti istifadə edildiyi, orada yerləşən fərdi yaşayış evində müvəqqəti yaşadığı, əslində qeyri-rəsmi olaraq satdığı torpaq sahəsinə nail olmaq istədiyi (həmin hala dair hər hansı dəlil təqdim edilməmiş) bildirilmişdir. Göründüyü kimi işin yuxarıda müəyyən edilmiş həmin halları sözügedən torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olması halını müəyyən etməyə imkan verir. Kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halları (torpaq islahatı zamanı iddiaçının adına torpaq sahəsinin ayrılması, həmin sahənin məhz sovxozun hüdudları daxilində yerləşməsi, ətrafında qonşu sahənin sovxoz tərəfindən ayrılması və onun əsasında mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, onun faktiki istifadəsində olması, cavabdeh tərəfindən onun yerini müəyyən edən sənədin verilməsi, cavabdehin özü tərəfindən faktiki istifadəsində olması barədə arayışın verilməsi, üçüncü şəxsin özünün iddiaçının istifadəsində olması halını qeyd etməsi və s.) sözügedən torpaq sahəsini cavabdeh bələdiyyə tərəfindən öz mülkiyyətində olan torpaq sahəsi kimi iddiaçının iştirakı ilə inzibati icraat aparmadan üçüncü şəxsə satılması barədə qərar qəbul etməkdə haqlı olmadığını deməyə əsas verir. Nəticə etibarilə mübahisə predmeti olan qərarın qəbul edilməsi ilə bağlı cavabdeh bələdiyyənin hərəkətləri inzibati icraat haqqında qanunvericiliyin tələblərinə, norma və prinsiplərinə zidd olmuşdur Bu baxımından kollegiya hesab edir ki, cavabdeh bələdiyyə tərəfindən sözügedən torpaq sahəsinin üçüncü şəxsə satılması barədə qərar qəbul edərkən, qanunvericiliyin tələblərinə əməl etməmiş, “İnzibati icraat haqqında” Qanunun tələblərini pozmaqla qəbul etmişdir. Bu hal isə həmin aktın ləğv edilməsi üçün əsas hesab olunur. Kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halları iddianının əsaslılığını müəyyən etməyə imkan verdiyindən, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuşdur, habelə həmin hallar özlüüyndə cavabdeh və üçüncü şəxsin şikayətin dəlili kimi istinad etdiyi halları təkzib etmişdir. Bundan əlavə, kollegiya cavabdehin istinad etdiyi arqumentlə bağlı onu qeyd edir ki, cavabdeh bələdiyyə iddiaçının adına yerquruluşu planından çıxarış tərtib etməklə, təsdiq etmiş, habelə həmin torpaq sahəsinin iddiaçının istifadəsində olması və vergi borcunun olmaması barədə arayış təqdim etmişdir. Sonradan isə iddiaçının iştirakı ilə heç bir icraat aparmadan həmin sənədin etibarsız hesab edilməsi barədə qərar qəbul etmişdir. Belə olan halda, kollegiya hesab edir ki, cavabdeh inzibati icraat haqqında qanunvericiliyin tələbinə zidd olaraq həyata keçirdiyi hərəkətlərin nəticəsinə sübut kimi istinad etməkdə (özünün təqdim etdiyi yerquruluşu planından çıxarış tərtib etdiyi halda), torpaq sahəsinə dair ayrıc aktının olmaması ilə bağlı hala istinad etməkdə haqlı olmamışdır. Bu baxımından kollegiya hesab edir ki, cavabdehin həmin hissədə də arqumentləri əsassız olmuşdur. Eyni zamanda kollegiya üçüncü şəxsin istinad etdiyi digər arqumentləri ilə bağlı onu qeyd edir ki, üçüncü şəxs iddiaçının adına tərtib edilmiş hüquqmüəyyənedici sənədin mötəbərliyini mübahisələndirsə də, həmin hallara dair heç bir sübut məhkəməyə təqdim etməmiş, habelə məhkəmə araşdırması zamanı sözügedən sənədin mötəbrliyini şübhə altına alan hər hansı hal müəyyən edilməmişdr. Bu baxımından kollegiya hesab edir ki, həmin hissədə üçüncü şəxsin istinad etdiyi arqumenti əsassız olmuşdur Bundan əlavə, kollegiya üçüncü şəxsin istinad etdiyi digər arqumenti ilə bağlı onu qeyd edir ki, üçüncü şəxs iddiaçının adına ayrılan sahənin yerinin məlum olmaması halını bildirmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, torpaq sahəsinin yerini müəyyən edən yeruquluşu planından çıxarışın mövcudluğu, cavabdeh tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələbinə əməl etmədən həmin sənədin etibarsız hesab edilməsi ilə bağlı hərəkətlərinin qanunazidd olması halının müəyyən edilməsi, torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olması, habelə sovxozun hüdduları daxilində yerləşməsi, qonşu sahənin də sovxoz tərəfindən ayrılan sahə olması və s. kimi halların mövcudluğu, üçüncü şəxsin istinad etdiiyi həmin arqumentini də təkzib edir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh Abşeron rayonu Masazır Bələdiyyəsi və üçüncü şəxs X13 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1057/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.