Məhkəmə qərarları › İş №2-1(105)-305/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-305/2022

23.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-305/2022 23.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X13 qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Peyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “xx.xx.2004-cü il tarixli JN-0048 kod 30801006 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə xx.xx.2013-cü il tarixli, seriya RX №0305981 saylı çıxarışa əlavə edilmiş daşınmaz əmlakın texniki pasportunda göstərilən koordinatlar arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2-1(118)-1105/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ Torpağa mülkiyyət hüququna dair JN-0048 KOD 30801006 seriyalı dövlət aktı Abşeron rayon Xırdalan bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 02 saylı qərarı ilə İddiaçı tikinti məqsədi ilə satılmış 0.26 ha torpaq sahəsinə dair tərtib edilmişdir. RX ******* seriyalı daşınmaz əmlakın reyestrdən çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə 0.17609 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 530,2 kv m olan qeyri-yaşayış binası İddiaçı xüsusi mülkiyyətindədir. DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə olan vəziyyətə əsasən tərtib edilmiş daşınmaz əmlakın texniki pasportundan görünür ki, həmin texniki pasport İddiaçı xüsusi mülkiyyətində olan qeyri-yaşayış binası barəsində tərtib edilmişdir, tikintialtı sahə 581.0 kv m, açıq torpaq sahəsi 1179,9 kv m, ərazinin ümumi torpaq sahəsi 1760.9 kv m təşkil edir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 14 saylı mütəxəssis rəyindən görünür ki, 2013-cü ildə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən daşınmaz əmlakın texniki pasportu hazırlanarkən şimal hissədən, mövcud mağazanın yerləşdiyi torpaq sahəsi tam olaraq və ona bitişik tikilinin yerləşdiyi torpaq sahəsinin 132,0 kv m hissəsi və 0,17609 ha torpaq sahəsinin şimal hissəsində 23 kv m hissəsi JN-0048 nömrəli Dövlət Aktına əsasən Xırdalan bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 02 saylı qərarı ilə İddiaçı mülkiyyətinə satıldığı və JN-0048 nömrəli Dövlət Aktırıa öz əksini tapdığı halda, həmin hissələr texniki pasport tərtib olunarkən onun mülkiyyəti, yəni dövlət aktında göstərilən cizgilər xaricində saxlanılmışdır. Həmçinin cənub-qərb hissədən İddiaçı mülkiyyətində olmayan 160 kv m torpaq sahəsi qeyriyaşayış binasının texniki pasportuna əlavə edilmişdir. İddiaçı N-0048 KOD 30801006 seriyalı dövlət aktı ilə xx.xx.2013-cü il tarixli daşınmaz əmlakın texniki pasportunda olan uyğunsuzluğun aradan qaldırılması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdehin xx.xx.2021-ci il tarixli imtina cavabından görünür ki, ləğv edilmiş DTXK-nın Abşeron rayon şöbəsi tərəfindən İddiaçı verilmiş JN-0048 nömrəli “torpağın mülkiyyət hüququna dair” dövlət aktı üç hissədən ibarətdir. Ləğv edilmiş DTXK-nın Abşeron rayon şöbəsi tərəfindən verilmiş JN-0048 nömrəli “torpağın mülkiyyət hüququna dair” dövlət aktına əsasən 0,0304 ha torpaq sahəsi xx.xx.2013-cü il tarixli, **********17 reyestr nömrəsi ilə torpaq sahəsi kimi, 0,0535 ha və 0,17609 ha torpaq sahələri üzərində qeyri-yaşayış binaları **********16-06301 və **********14-06301 reyestr nömrələri ilə xx.xx.2013-cü il tarixdə vətəndaş İddiaçı adına qeydiyyata alınaraq, çıxarış və texniki pasport faktiki vəziyyətinə uyğun verilmişdir. İddiaçı iddia etdiyi torpaq sahəsi öz adına qeydiyyata alınmış qeyri-yaşayış binalarının yerləşdiyi torpaq sahələrinin hüdudları xaricində yerləşir və elektron bazada dövlət torpağı kimi qeyd olunmuşdur. Sözügedən dövlət torpağı kimi qeyd olunan torpaq sahəsi üzərində iki ədəd qeyri-yaşayış binaları torpaq sahəsi dövlət istifadəsində olmaqla DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsində qeydiyyatdan keçmişdir. İmtinada daha sonra göstərilir ki, İddiaçı iddia etdiyi həmin torpaq sahələri üzərində yerləşən qeyri-yaşayış binalarının X12 və X4 qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, onların adına verilmiş çıxarışın ləğv edilməsinə dair iddia tələbi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli qərnaməsi ilə idda rədd edilmişdir. Qeyd edilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2004-cü il tarixli JN0048 kod 30801006 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə xx.xx.2013-cü il tarixli seriya RX N0305981 saylı çıxarışa əlavə edilmiş daşınmaz əmlakın texniki pasportunda göstərilən koordinatlar arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon Xırdalan bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 2 saylı qərarı ilə Abşeron rayonu, Xırdalan şəhəri, 28ci məhəllədə yerləşən 0,26 ha torpaq sahəsi iddiaçıya ayrılmış və ona xx.xx.2004-cü il tarixdə dövlət aktı verilmişdir. Sonradan 0,26 ha torpaq sahəsi üç hissəyə bölünmüş, 2013-cü ilin dekabr ayında ayrı-ayrı əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçərək çıxarışlar verilmişdir. Lakin 0,17609 ha torpaq sahəsinə dair xx.xx.2013-cü il tarixdə verilmiş çıxarışa əlavə edilmiş texniki pasportda koordinat cizgilər qeyd edilməmiş və nəticədə xx.xx.2004-cü il tarixli dövlət aktındakı koordinatlarla uyğunsuzluqlar yaranmışdır. Bununla bağlı iddiaçı tərəfindən mütəxəssislərə müraciət edilmişdir və müəyyən edilmişdir ki, 2013-cü ildə texniki pasport hazırlanarkən şimal hissədən, mövcud mağazanın yerləşdiyi torpaq sahəsi tam olaraq və ona bitişik tikilinin yerləşdiyi torpaq sahəsinin 132,0 kv.m hissəsi və 0,17609 ha torpaq sahəsinin şimal hissəsində 23 kv m hissəsi JN-0048 nömrəli dövlət aktına əsasən Xırdalan bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 02 saylı qərarı ilə iddiaçıya satıldığı və dövlət aktında öz əksini tapdığı halda həmin hissələr texniki pasport tərtib olunarkən dövlət aktında göstərilən cizgilər xaricində saxlanılmışdır. Həmçinin cənub qərb hissədən mülkiyyətində olmayan 160 kv m torpaq sahəsi qeyri-yaşayış binasının texniki pasportuna əlavə edilmişdir. Bununla da iddiaçıya məxsus qeyri-yaşayış binasının bir hissəsi mülkiyyətindəki torpaq sahəsinin cizgiləri xaricində qalmış, eləcə də koordinatlar dövlətə məxsus uşaq bağçasının bir hissəsinə işlənilmişdir. Qeyd edilən uyğunsuzluqların aradan qaldırılması üçün iddiaçı bir neçə dəfə cavabdeh inzibati orqana müraciət etmiş, lakin heç bir nəticə əldə olunmamışdır. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, ləğv edilmiş DTXK-nın Abşeron rayon şöbəsi tərəfindən İddiaçı verilmiş JN- 0048 nömrəli “torpağın mülkiyyət hüququna dair” dövlət aktı üç hissədən ibarətdir. Ləğv edilmiş DTXK-nın Abşeron rayon şöbəsi tərəfindən verilmiş JN0048 nömrəli “torpağın mülkiyyət hüququna dair” dövlət aktına əsasən 0,0304 ha torpaq sahəsi xx.xx.2013-cü il tarixli, **********17 reyestr nömrəsi ilə torpaq sahəsi kimi, 0,0535 ha və 0,17609 ha torpaq sahələri üzərində qeyri-yaşayış binaları **********16-06301 və **********14-06301 reyestr nömrələri ilə xx.xx.2013-cü il tarixdə vətəndaş İddiaçı adına qeydiyyata alınaraq, çıxarış və texniki pasport faktiki vəziyyətinə uyğun verilmişdir. İddiaçı iddia etdiyi torpaq sahəsi öz adına qeydiyyata alınmış qeyri-yaşayış binalarının yerləşdiyi torpaq sahələrinin hüdudları xaricində yerləşir. Sumqayıt İnzibati Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2-1(118)-1105/2021 nömrəli qərarı ilə iddianın təmin edilməsi, iddiaçı X11 məxsus 03.26 ha torpaq sahəsinə dair xx.xx.2004- cü il tarixli JN-0048 kod 30801006 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə xx.xx.2013-cü il tarixli seriya RX N0305981 saylı çıxarışa əlavə edilmiş daşınmaz əmlakın texniki pasportunda göstərilən koordinatlar arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərar onunla əsaslandırılmışdır ki, daşınmaz əmlakın yerində sərhədlərinin dəqiq müəyyən edilməməsi iddiaçının həmin əmlakdan sahiblik, isifadə və sərəncam hüquqlarının həyata keçirilməsini məhdudlaşdırdığından və nəticədə onun mülkiyyət hüququnun pozulmasına gətirib çıxardığından qanuna ziddir. İddiaçının onun mülkiyyətində olan torpaq sahəsinə dair verilmiş dövlət aktında və həmin torpaq sahəsinin üzərində yerləşən daşınmaz əmlaka dair verilmiş texniki pasportunda göstərilən koordinatlar arasında yol verilmiş uyğunsuzluqların aradan qaldırılmasını tələb etmək hüququ vardır. Məhkəmə araşdırması zamanı həmin uyğunsuzluqların mövcud olması və nədən ibarət olmasının müəyyən edilməsi üçün məhkəmə-tikinti-texniki eskpertizası təyin edilmişdir və ekspertiza tədqiqatı ilə verilmiş sualara aydınlıq gətirilmişdir. Beləliklə, həqiqətən də iddiaçıya verilmiş dövlət aktı ilə texniki pasport arasında fərqin labüd olduğu, həmçinin iddiaçının mülkiyyətində olan daşınmaz əmlakın bəzi hissəsinin texniki pasporta daxil edilməməsi, eyni zamanda koordinatların düzgün vurulmaması nəticəsində qonşuluda yerləşən uşaq bağçasının korrdinatlarının iddiaçıya verilmiş texniki pasporta qeyd edilməsi müəyyən edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv qərarın ləğv edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdehin apellyasiya şikayəti imtina məktubunun və iddiaya etirazın dəlilləri ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə dair plan ölçü sənədi iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə uyğun olaraq tərtib edilmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edib təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı, onun vəkili və nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, işin halları tam araşdırılmadığından birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırki iş yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməli, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (maddə 12.2). Həmin Məcəllənin tələblərinə sasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (İPM-nin 58.7 və 68.2-ci maddələri). Göründüyü kimi məhkəmə tərəflərin təqdim etdikləri sübutlarla kifayətlənməməli, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarının aradşrılması prinsipinə tam əməl edilməmiş, cavabdehin imtinasının, habelə iddia ərizəsinə etirazının əsasını təşkil edən bütün hallara qiymət verilməmişdir. Belə ki, iş materiallarında olan Abşeron rayon Məhkəməsinin 2(012)-425/2021 saylı 03 fevral 2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Abşeron rayonu 1 saylı Dövlət Notariat Kontorunda onun şəxsi mülkiyyətində olan və Abşeron rayonu, Xırdalan şəhəri, 28- ci məhəllədə yerləşən 0.26 ha torpaq sahəsinin 51.8 kv.m sahəsində inşa edilmiş qeyriyaşayış sahəsinin cavaodehlərdən X12 ilə alqı-satqı edilməsinə dair 01 may 2005-ci il tarixli və 21.3 kv.m sahəsində inşa edilmiş qeyri yaşayış sahəsinin cavabdehlordən X8 ilə alqı-satqı edilməsinə dair 01 may 2005-ci il tarixli müqavilələrin etibarsız hesab edilməsi, eyni zamanda, onun şəxsi mülkiyyətində olan və Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 0.26 ha torpaq sahəsinin 51.8 kv.m sahəsində inşa edilmiş qeyriyaşayış sahəsinin cavabdehlərdən X6 və həmin ünvanda yerləşən torpaq sahəsinin 21.3 kv.m sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsinin cavabdehlərdən X3 adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydiyyatların ləğv edilməsi’’ tələbinə dair iddiası təmin edilməmişdir. İşə apellyasiya qaydasında baxılarkən müəyyən edilmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(105)-1730/2021 saylı qətnaməsi ilə Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, İddiaçı 01 may 2005-ci il tarixdə Abşeron rayon 1 saylı dövlət notariat kontorunda bağlanaraq, reyestrdə 4Ə/-1198 nömrə ilə qeyd edilmiş qeyri-yaşayış sahəsinin alqı-satqısı barədə müqavilə ilə Abşeron rayon Texniki İnventarlaşdırma Bürosunun 27 aprel 2005-ci il tarixli 1018 saylı arayışına və 12 aprel 2005-ci il tarixli 625 nömrəli qeydiyyat vəsiqəsinə əsasən özünə məxsus olan Abşeron rayonu, Xırdalan qəsəbəsi, 28-ci məhəllədə faktiki 2600 kv.m torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin “S” tikinti hissəsini-ümumi sahəsi 21,3 kv.m olan mağazanı 10.000.000 manata X4, 01 may 2005-ci il tarixdə Abşeron rayon 1 saylı dövlət notariat kontorunda bağlanaraq reyestrdə 4Ə/-1199 nömrə ilə qeyd edilmiş qeyri-yaşayış sahəsinin alqı-satqısı barədə müqaviləsi ilə Abşeron rayon Texniki İnventarlaşdırma Bürosunun 27 aprel 2005-ci il tarixli 1018 nömrəli arayışına və 12 aprel 2005-ci il tarixli 625 nömrəli qeydiyyat vəsiqəsinə əsasən özünə məxsus olan Abşeron rayonu, Xırdalan qəsəbəsi, 28-ci məhəllədə faktiki 2600 kv.m torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin “B” tikinti hissəsini-ümumi sahəsi 51,8 kv.m olan mağazanı 20.000.000 manata X1. Beləliklə, cavabdehin bu barədə bildirməsinə və iş materiallarında Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin surətinin olmasına baxmayaraq birinci instansiya məhkəməsi qəbul ediləcək qərarın digər şəxslərin – iddiaçının iddia etdiyi torpaq sahəsində üzərində hüquqları dövlət qeydiyyatına alınmış daşınmaz əmlakın mülkiyyətçilərinin (X6 X3) qanunla qorunan maraqlarına toxunacağı məlum olduğu halda xidməti vəzifəsinə uyğun olaraq onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi məsələsini ümumiyyətlə müzakirə etməmiş, mübahisənin düzgün həlli üçün onların mülkiyyətində olmuş daşınmaz əmlakların iddiaçının tələb etdiyi torpaq sahəsində yerləşib-yerləşməməsini araşdırmalı və bunun nəticəsinə uyğun olaraq öz qərarını məhkəmə icraatında tədqiq olunmuş sübutlarla əsaslandırmalı olduğu halda bunu etməmiş, inzibati məhkəmədə icraat zamanı prosessual pozuntulara yol vermişdir. Halbuki İPM-nin 28.1 və 28.2-ci maddələrinin tələblərinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Bundan əlavə, birinci instansiya məhkəməsi iddiaçının dəlilləri ilə bağlı iş üzrə məhkəmə-tikinti-texniki eskpertizası təyin etmiş, ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmış, ekspertizanın “B+Ş Audit Konsaltinq” MMC-dən mütəxəssis cəlb edilməklə keçirilməsi qərara alınmışdır. İş materillarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli rəydən görünür ki, həmin rəy də “B+Ş Audit Konsaltinq” MMC-nin mütəxəssisi tərəfindən aparılmış mühəndis geodeziya işləri üzrə xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən tərtib olunmuşdur. Halbuki, mövcud təcrübəyə əsasən bu kateqoriya işlərdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin tabelyində "xxxx" MMC-nin mütəxəssisləri cəlb edilməklə müvafiq rəy alınır. Belə ki, "xxxx" MMC-nin nizamnaməsinə əsasən həmin MMC “”Dövlət Yerquruluşu Layihə İnstitutu” MMC-nin (iddiaçıya məxsus torpaq sahəsinə dair JN-0048 KOD 30801006 seriyalı dövlət aktı da həmin qurum tərəfindən təsdiqlənmişdir) hüquqi varisi olmaqla daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı və daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının və dövlət torpaq kadastrının, yerquruluşu işlərinin aparılması məqsədləri üçün xüsusi (sahəvi) təyinatlı geodeziya işlərini yerinə yetirmək, coğrafi mövqeləndirmə şəbəkəsi vasitəsilə geodeziya xidmətləri göstərmək onun fəaliyyət istiqamətlərinə aid edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən pozuntulara yol verilərək X5, X10 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməli olduğu halda bunun edilməməsi, cavabdehin imtinasının dəlilləri üzrə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların xidməti vəzifəsinə görə araşdırılmaması, məhkəmə qərarını məhkəmə icraatında tədqiq olunmamış faktlar və sübutlarla əsaslandırılması iş üzrə məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu ciddi prosessual pozuntular kimi qiymətləndirilməli və İPM-nin 87.7, 87.7.1-ci maddələrinin tələblərinə uyğun olaraq Sumqayıt İnzibati Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2-1(118)-1105/2021 nömrəli qərarı ləğv edilərək iş həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxılarkən hazırkı qərarda göstərilən hallar və iddiaçının hüquqi marağı nəzərə alınmaqla cavabdehin imtinasının dəlillərinin araşdırılması məqsədi ilə üçüncü şəxslərin məhkəmə icraatına cəlb edilməsi məsələsi müzakirə edilməli, habelə "xxxx" MMC-nin mütəxəssisləri cəlb edilməklə iddiaçıya məxsus N-0048 KOD 30801006 seriyalı dövlət aktı ilə xx.xx.2013-cü il tarixli daşınmaz əmlakın texniki pasportunda olan uyğunsuzluğun nədən ibarət olması, qəbul ediləcək qərarın gələcəkdə icrasına nail olmaq üçün həmin uyğunsuzluğun konkret olaraq hansı qaydada aradan qaldırılmasının mümkünlüyü məsələsi həll edilməlidir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırki iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2-1(118)-1105/2021 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “xx.xx.2004-cü il tarixli JN-0048 kod 30801006 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə xx.xx.2013-cü il tarixli, seriya RX №0305981 saylı çıxarışa əlavə edilmiş daşınmaz əmlakın texniki pasportunda göstərilən koordinatlar arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar