Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-308/2024 18.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X4 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı xx.xx.2009-cu il tarixli **********2 qeydiyyat nömrəli, **********42 reyestr nömrəli çıxarışa əsasən xüsusi mülkiyyətində olan, Quba rayonu Ərməki kəndi ərazisində yerləşən 1.01 ha torpaq sahəsinin kateqoriyasına düzəliş edilməməsi barədə cavabdehin imtinasını əsassız hesab etməklə, qeyd olunan 1.01 ha torpaq sahəsinin kateqoriyasının X14ından sənaye-tikinti yaşayış məntəqələrinin torpaq sahəsi kateqoriyasına düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli, 2- 1(118)-275/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. MH № ******* seriyalı xx.xx.2007-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Quba rayonu Ərməki kəndində yerləşən 2.01 ha torpaq sahəsi X10 mülkiyyətindədir, torpaq sahəsinin təyinatı qrafasında “X14ı”, məqsədli istifadə növü kimi “sahibkarlıq” göstərilmişdir.
2. AN№ ******* seriyalı xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X7 rayonu Ərməki kəndində yerləşən 1.01 ha torpaq sahəsini İddiaçı satmışdır.
3. MH № ******* seriyalı reyestrdən çıxarışda görünür ki, Quba rayonu Ərməki kəndində yerləşən 1.01 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir, torpaq sahəsinin təyinatı qrafasında “X14ı”, məqsədli istifadə növü kimi “sahibkarlıq” göstərilmişdir.
4. Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi “MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, məktuba qoşma kimi əlavə olunmuş AA011556 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlarda yerləşən 1,01 ha torpaq sahəsinin 0,61 ha hissəsi TEKUİS və elektron kadastr məlumat bazasında olan məlumatlara əsasən bələdiyyə mülkiyyətinə aid keyfiyyət göstəricisi (bonitet balı) 51 bal olmaqla kənd təsərrüfatına yararlı torpaq sahəsidir, qalan 0,40 ha hissəsi isə dövlət mülkiyyətində olmaqla su fondu torpaqlarına aiddir.
5. Cavabdehin 23 oktyabr 2023-cü il tarixli cavab məktubuna əlavə edilmiş müayinə aktından görünür ki, iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları ilə iddiaçıya məxsus **********42 reyestr nömrəli çıxarışda göstərilən koordinatlar kəskin fərqlidir. İddiaçının mülkiyyətində olan **********42 reyestr nömrəli çıxarışa əsasən 1.01 ha torpaq sahəsi çıxarışa əsasən “X14” təyinatlıdır. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi torpaqların elektron kadastrı uçotu informasiya sisteminə (TEKUİS) əsasən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olub uqodiyası “kolluq”dur. Torpaq sahəsinə dair sxem tərtib edilmiş, koordinatlar və ortofoto görüntülər müayinə aktına əlavə edilmişdir.
6. Cavabdehin 23 oktyabr 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçının mülkiyyətində olan **********42 reyestr nömrəli çıxarışa əsasən 1.01 ha torpaq sahəsi “Ehtiyyat fondu torpaqları” təyinatlıdır, iddiaçının mülkiyyətində olan **********42 reyestr nömrəli çıxarışa əsasən 1.01 ha torpaq sahəsinin koordinatları ilə faktiki istifadə vəziyyətinin koordinatları fərqlidir.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Pubik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək **********2 qeydiyyat nömrəli, **********42 reyestr nömrəli çıxarışa əsasən xüsusi mülkiyyətində olan, Quba Rayonunun Ərməki kəndi ərazisində yerləşən 1.01 ha torpaq sahəsinin kateqoriyasına düzəliş edilməməsi barədə cavabdehin imtinasını əsassız hesab etməklə,qeyd olunan 1.01 ha torpaq sahəsinin kateqoriyasının X14ından sənaye-tikinti yaşayış məntəqələrinin torpaq sahəsi kateqoriyasına düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı daşınmaz əmlakın alqı-satqısına dair xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən Quba rayonu Ərməki kəndində yerləşən Amsar kəndi istiqamətində 1,01 ha torpaq sahəsini X3 almışdır. Torpaq sahəsinin əvvəlki mülkiyyətçisi X10 adına cavabdeh tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli, **********25 reyestr nömrəli çıxarışda göstərilir ki, torpaq sahəsi sahibkarlıq məqsədlidir. İddiaçının adına cavabdeh tərəfindən işlənmiş xx.xx.2009-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********742 reyestr nömrəli çıxarışda torpağın məqsədli istifadə növü sahibkarlıq kimi göstərilmişdir. Lakin torpağın təyinatı (kateqoriyası) X14ı kimi göstərilmişdir. Həmin ərazinin X14ı kimi göstərilməsi düzgün hesab olunmamalıdır. Buna görə də, torpaq sahəsinin təyinatı (kateqoriyası) dəyişdirilərək sənaye-tikinti yaşayış məntəqələrinin torpaq sahəsi kimi göstərilməlidir. Çünki torpaq sahəsi sahibkarlıq fəaliyyəti məqsədi ilə alınmışdır. Cavabdehin imtinasında göstərildiyi kimi torpaq sahəsinin bir hissəsi kənd təsərrüfatı təyinatlı torpaq, digər hissəsi su fondu torpaqları olsaydı, hələ 2007-ci ildə əvvəlki mülkiyyətçinin adına çıxarış verilərkən torpağın məqsədli istifadəsi sahibkarlıq kimi göstərilməzdi. Torpaq sahəsinin planı və ölçüsü adlanan sənədə baxdıqda da görmək olar ki, qeyd olunan torpaq sahəsi çay kənarına yaxın ərazidə yerləşməklə kənd təsərrüfatlı təyinatlı və su fondu torpaqlarına aid deyildir. Bundan başqa, iddiaçının aldığı torpaq sahəsinin yerləşdiyi digər vətəndaşlara da sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahələri ayrılmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri
9. Cavabdeh iddia ərizəsinə yazılı etirazını təqdim etmiş, etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının qeyd olunan çıxarışda torpaq sahəsinin kateqoriyasında düzəliş edilməsi ilə bağlı müraciəti üzrə araşdırma aparılarkən müəyyən edilmişdir ki, ərazi idarəsinin elektron məlumat bazasında olan xəritəyə görə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin bir hissəsi kənd təsərrüfatı təyinatlı torpaqlar, digər hissəsi su fondu torpaqlar kimi göstərilmiş ərazidə yerləşir. Bu səbəbdən iddiaçınnı müraciətinin təmin olunmasından imtina edilmişdir.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
10. Sumqayıt İnzibati Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli, 2-1(118)-275/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki mübahisə üzrə cavabdeh iddiaçıya imtina cavabı verməklə hər hansı qanun pozuntusuna yol verilməmişdir. Cavabdehin daşınmaz əmlakın dövlət reyestrində torpaq sahəsinin kateqoriyasına düzəliş edilməsi üçün əsasları olmamışdır.
12. İddiaçı qeyd edilən qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
13. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.
15. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 9. Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi
1. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir.
2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; X14ı.
3. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir. 33.1 X14ı dövlət və bələdiyyə ehtiyat torpaqlarından ibarətdir. 33.3 Bələdiyyələrin X14ına bu Məcəllənin 47-ci maddəsinin 5-ci bəndi ilə müəyyən olunmuş torpaqlar aid edilir. 33.4. X14ının istifadəsinə onların müvafiq kateqoriyaya keçirilməsindən sonra yol verilir. 33.5. X14ının istifadəsi qaydaları müvafiq normativ-hüquqi aktlarla müəyyən edilir. 47.5. Bələdiyyə X14ı aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 20 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi” Qaydaları:
1. Ümumi müddəalar 1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi və nizama salınması məqsədi ilə torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi qaydalarını müəyyən edir. 1.2. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir.
3. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsinin əsasları üzrə vəsatətlərin qaldırılması və onlara baxılması 3.1. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsinin əsasları üzrə kateqoriyası dəyişdirilməsi təklif olunan torpaq sahəsinin yerləşdiyi ərazi vahidi, aid olduğu kateqoriya, keçirilməsi nəzərdə tutulan kateqoriya, keçirilmənin əsaslandırılması, kadastr nömrəsi, sahə ölçüsü, məqsədli təyinatı, hüquqi rejimi, mülkiyyətdə, istifadədə və ya icarədə olması, kənd təsərrüfatı təyinatlı olduqda torpağın yeri (uqodiyası), suvarılan və ya dəmyə olması barədə məlumatlar və planlaşdırılan konkret istifadə istiqamətləri göstərilməklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qarşısında vəsatəti aşağıdakılar qaldırırlar: 3.1.1. dövlət mülkiyyətində olan torpaqlara münasibətdə – aidiyyəti dövlət təşkilatları və ya müvafiq yerli icra hakimiyyəti orqanları; 3.1.2. bələdiyyə mülkiyyətində olan torpaqlara münasibətdə – müvafiq bələdiyyələr; 3.1.3. xüsusi mülkiyyətdə olan torpaqlara münasibətdə – torpaq mülkiyyətçiləri. 3.2. Qaldırılmış vəsatətlərə aşağıdakı sənədlər əlavə edilir: 3.2.1. dövlət mülkiyyətində olan torpaqlar üzrə: ... 3.2.1.3. mənafeyinə toxunulan aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının və səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin rəyləri (əsli); ... 3.2.1.6. torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış; ... 3.2.3. bu Qaydaların 3.2.1-ci yarımbəndində göstərilənlərdən əlavə (dövlət mülkiyyətində olan torpaqlara aid hissələr istisna olunmaqla), xüsusi mülkiyyətdə olan torpaqlar üzrə əlavə olaraq mülkiyyətçi fiziki şəxs olduqda - onun şəxsiyyətini təsdiq edən sənədin surəti (vəsatət torpaq mülkiyyətçisinin adından başqa şəxs tərəfindən qaldırıldıqda, notariat qaydasında təsdiq edilmiş etibarnamənin surəti) ... 3.3. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən vəsatətlərə baxılaraq, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsinə dair təklifin sənədlər əsasında araşdırılması və yerquruluşu işlərinin aparılması məqsədi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müvafiq tapşırıq verilir. 3.4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti mülkiyyət növlərinə uyğun olaraq (dövlət, bələdiyyə və xüsusi) torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi əsasında nəzərdə tutulan torpaq sahəsinin yerquruluşu qaydasında yerdə (naturada) sərhədlərini, qonşuluqlarını, döngə nöqtələrinin koordinatlarını 20 (iyirmi) iş günü müddətində müəyyən edir, mərzçəkmə işlərini aparır və torpaq sahəsinin ərazisindən asılı olaraq sahəsi 4 kv.km-ə qədər olduqda - 1:5000, 4 kv.km-dən 25 kv.km-ə qədər olduqda - 1:10000, 25 kv.km-dən 100 kv.km-ə qədər olduqda - 1:25000 və 100 kv.km-dən artıq olduqda - 1:50000 miqyasda iki nüsxədən ibarət kağız üzərində və elektron daşıyıcıda xəritəsini hazırlayır və təsdiq edir. 3.5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi kateqoriyası dəyişdiriləcək torpaq sahəsinin kağız üzərində və elektron daşıyıcıda hazırlanmış, müvafiq yerli icra hakimiyyəti orqanı, bələdiyyə və ya aidiyyəti təşkilatlarla razılaşdırılmış xəritəsinin bir nüsxəsini, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsinin əsasları, torpaq sahəsinin ölçüsü, yerləşdiyi ərazi vahidi, kadastr nömrəsi, əvvəl mövcud olduğu və aid edildiyi kateqoriya, habelə torpaqdan istifadəyə dair xüsusi şərtlər və məhdudiyyətlər barədə məlumatlar göstərilməklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılaşdırılmış sərəncam layihəsini və öz rəyini baxılmaq üçün 10 (on) iş günü müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir. 3.6. Torpaq sahəsinin bir kateqoriyadan digər kateqoriyaya keçirilməsi prosesi daşınmaz əmlakın dövlət reyestrinin və dövlət torpaq kadastrının müvafiq məlumatlarında bu barədə zəruri dəyişikliklər edildikdən sonra tamamlanmış hesab olunur. 3.7. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınmaz əmlakın dövlət reyestrinin və dövlət torpaq kadastrının məlumatlarında dəyişikliklər edilməsi 2 (iki) iş günü müddətində həyata keçirilir və bu barədə vəsatət qaldıran subyektə 3 (üç) iş günü müddətində rəsmi qaydada məlumat verilir. 5.1. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərarın surəti daşınmaz əmlakın sahə kadastrlarını aparan mərkəzi icra hakimiyyəti orqanlarına, rəyləri alınmış aidiyyəti təşkilatlara, müvafiq yerli icra hakimiyyəti orqanlarına, bələdiyyələrə və torpaq mülkiyyətçilərinə göndərilir.
18. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu: 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin,sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz.
19. İnzibati Prosessual Məcəllə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
20. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.
21. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
23. İşdən görünür ki, iddiaçı 1.01 ha torpaq sahəsinin kateqoriyasının X14ından sənaye-tikinti yaşayış məntəqələrinin torpaq sahəsi kateqoriyasına düzəliş edilməsi tələbilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.
24. Məhkəmə kollegiyası iddiaçının dəlillərini əsasız hesab edir. Belə ki, JN-2001, Kod 30307028 nömrəli dövlət aktından görünür ki, Quba rayon Ərməki bələdiyyəsinin 28 avqust 2002-ci il tarixli 14 saylı qərarı ilə 2.01 ha torpaq sahəsi fərdi təsərrüfat yaratmaq məqsədilə X5 mülkiyyətinə verilmişdir. Daha sonra İbrahimov Aydın xx.xx.2004-cü il tarixdə həmin torpaq sahəsini X2, xx.xx.2006-cı ildə X11 2.01 ha torpaq sahəsini X1. X10 adına olan çıxarışda torpaq sahəsinin təyinatı qrafasında “X14ı”, məqsədli istifadə növü kimi “sahibkarlıq” göstərilmişdir.
25. AN№ ******* seriyalı xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsi ilə X7 rayonu Ərməki kəndində yerləşən 1.01 ha torpaq sahəsini İddiaçı satmış, MH № ******* seriyalı reyestrdən çıxarışla Quba rayonu Ərməki kəndində yerləşən 1.01 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ qeydə alınmışdır. Torpaq sahəsinin təyinatı qrafasında “X14ı”, məqsədli istifadə növü kimi “sahibkarlıq” göstərilmişdir.
26. Məhkəmə kollegiyası tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" MMC-yə sorğu edilərək, JN-2001, Kod 30307028 nömrəli dövlət aktının verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur.
27. Məhkəməyə daxil olmuş ilkin torpaqayırma sənədlərilə müəyyən olunur ki, Quba rayon Ərməki bələdiyyəsinin 28 avqust 2002-ci il tarixli 14 saylı qərarı ilə bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına şərti yararsız torpaq sahəsindən alqısatqı qaydasında 2.0 ha torpaq sahəsi fərdi təsərrüfat yaratmaq məqsədilə Quba şəhər sakini X6 ayrılmışdır.
28. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatına az yararlı və yararsız torpaqları xüsusi mülkiyyətə verilə bilər.
29. Beləliklə, işin araşdırılan halları ilə müəyyən olunur ki, ilkin torpaqayırma sənədlərilə Ərməki bələdiyyəsi tərəfindən ehtiyat fondunun kənd təsərrüfatına yararsız torpaqları vətəndaşa ayrılmışdır. Hazırda həmin torpaq sahəsinin kateqoriyasının sənayetikinti yaşayış məntəqələrinin torpaq sahəsi kateqoriyasına dəyşidirilməsi barədə iddia əsassızdır.
30. Hazırkı mübahisənin İPM-nin 34-cü maddəsinə uyğun olaraq öhdəliyin icrası haqqında iddia olmasını nəzərə alaraq kollegiya qeyd edir ki, bu növ iddialar üzrə mübahisə həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olubolmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu da müəyyən edilməlidir. Bu qəbildən olan işlərə baxarkən məhkəmələr cavabdehin imtina, etiraz, apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı inzibati aktın qəbuluna (hərəkətin edilməsinə) imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Qeyd olunmalıdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, bunun əksi isə cavabdeh tərəfindən sübuta yetirilmişdir.
31. Bu səbəbdən də kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri).
32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli, 2-1(118)-275/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.