Məhkəmə qərarları › İş №2-1(105)-31/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-31/2022

12.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-31/2022 12.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi) qarşı “21.12.2017-ci il tarixli **********182000 nömrəli «Vergilərin hesablanması barədə» qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Açar sözlər: vergi öhdəliyi üzrə qərarın ləğvi. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi) qarşı “21.12.2017-ci il tarixli **********182000 nömrəli «Vergilərin hesablanması barədə» qərarın ləğv edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 05 may 2021-ci il tarixli 2-1(118)-8/2021 saylı qərarından cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı iddia ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdehin 16.01.2018-ci il tarixli **********881500 nömrəli, 05.09.2016-cı il tarixli **********775600 nömrəli, 11.01.2018-ci il tarixli **********199600 nömrəli, 12.12.2017-ci il tarixli **********287600 nömrəli, 19.12.2017-ci il tarixli **********859800 nömrəli, 21.12.2017-ci il tarixli **********182000 nömrəli “Vergilərin hesablanması barədə” Qərarlarının ləğv edilməsi və həmin qərarlara əsasən hesablanmış əlavə vergi məbləğinin azaldılmasını xahiş etmişdir.

2. İddiaçının vəkili və nümayəndəsi Vəkil 19.12.2018-ci il tarixdə məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 16.01.2018-ci il tarixli **********881500 nömrəli, 05.09.2016-cı il tarixli **********775600 nömrəli, 11.01.2018-ci il tarixli **********199600 nömrəli, 12.12.2017-ci il tarixli **********287600 nömrəli, 19.12.2017-ci il tarixli **********859800 nömrəli, 21.12.2017-ci il tarixli **********182000 nömrəli “Vergilərin hesablanması barədə” qərarlarının ləğv edilməsi və həmin qərarlara əsasən hesablanmış əlavə vergi məbləğinin azaldılmasını xahiş etmişdir.

3. İddiaçının vəkili və nümayəndəsi Vəkil 19.02.2021-ci il tarixdə məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək cavabdehin “Vergilərin hesablanması barədə” 05.09.2016-cı il tarixli, **********775600 nömrəli və 21.12.2017-ci il tarixli **********182000 nömrəli qərarlarının ləğv edilməsi və həmin qərarlara əsasən hesablanmış əlavə vergi məbləğinin azaldılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçının vəkili və nümayəndəsi Vəkil 05.05.2021-ci il tarixdə məhkəmə iclasında iddia tələbinin azaldılmasına dair ərizə təqdim edərək cavabdehin “Vergilərin hesablanması barədə” 21.12.2017-ci il tarixli, **********182000 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

İddiaçının əsaslandırması:

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi İddiaçı "Vergilərin hesablanması barədə" 16.01.2018-ci il tarixli **********881500 nömrəli qərara əsasən 2016-cı ilin fevral ayına ƏDV üzrə 6836,79 manat, 05.09.2016-cı il tarixli **********775600 nömrəli Qərara əsasən 2016-cı ilin may ayına ƏDV üzrə 3940,09 manat, 11.01.2018-ci il tarixli **********199600 nömrəli qərara əsasən 2016-cı ilin iyun ayına ƏDV üzrə 22017,24 manat, 12.12.2017-ci il tarixli **********287600 nömrəli qərara əsasən 2016-cı ilin iyul ayına ƏDV üzrə 11189,28 manat 19.12.2017-ci il tarixli **********859800 nömrəli qərara əsasən 2017-cı ilin iyul ayına ƏDV üzrə 66482,01 manat, 21.12.2017-ci il tarixli **********182000 nömrəli qərara əsasən 2017-cı ilin gəlir vergisi üzrə 23380,93 manat əlavə vergi məbləği hesablanmışdır. Göründüyü kimi, cavabdeh vergi orqanı tərəfindən iddiaçıya ƏDV üzrə 110465,41 manat, gəlir vergisi üzrə isə 23380,93 manat, ümumilikdə 133846,34 manat əlavə vergi məbləği hesablanmışdır. Aşağıda qeyd olunanlara əsasən cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş 16.01.2018-ci il tarixli **********881500 nömrəli, 05.09.2016-cı il tarixli **********775600 nömrəli, 11.01.2018-ci il tarixli, **********199600 nömrəli, 12.12.2017-ci il tarixli **********287600 nömrəli, 19.12.2017-ci il tarixli **********859800 nömrəli, 21.12.2017-ci il tarixli **********182000 nömrəli "Vergilərin hesablanması barədə" qərarları qanunsuz və əsassız hesab edirlər: 1) 2016-cı ilin may ayı üzrə iddiaçı tərəfindən 06.07.2016-cı il tarixdə ƏDV bəyannaməsi təqdim edilmiş və həmin bəyannamənin 1 nömrəli əlavəsində 31.05.2016-cı il tarixli **********9311 nömrəli yük gömrük bəyannaməsi (bundan sonra YGB) barədə məlumatlar daxil edilərək 4792,0 manat ƏDV məbləği hesabat dövrü üzrə əvəzləşdirilmişdir. Bununla bağlı cavabdeh vergi orqanı tərəfindən cəmiyyətə ünvanlanmış 28.07.2016-cı il tarixli **********677200 nömrəli məktubda ƏDV bəyannaməsində YGB məlumatlarının düzgün daxil edilmədiyi, yəni Dövlət Gömrük Komitəsindən əldə edilmiş məlumatlara əsasən əvəzləşdiriməli olan ƏDV məbləğinin 4792 manat deyil, 3940,09 manat olduğu qeyd edilmişdir. Bundan sonra iddiaçı tərəfindən 11.08.2016-cı il tarixdə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi təqdim edilərək əvəzləşdirilməli olan ƏDV-nin məbləği 3940,09 manat bəyan edilmişdir. Lakin bundan sonra cavabdeh vergi orqanı 15.08.2018-ci il tarixli məktubla yenidən iddiaçıya müraciət edərək bu dəfə ƏDV bəyannaməsində YGBnin tarixinin düzgün qeyd edilmədiyini əsas gətirmiş və 05.09.2016-cı il tarixli **********775600 nömrəli "Vergilərin hesablanması barədə" qərara əsasən bəyannamədə əks olunan 3940,09 manat əvəzləşdirməni etibarsız hesab etmişdir. Halbuki, əvvəlki 28.07.2016-cı il tarixli məktubda vergi orqanı DGK-dən əldə edilmiş məlumatlara əsasən iddiaçının sadəcə əvəzləşdirilməli ƏDV məbləğini 851 manat artıq bəyan etdiyini qeyd etmişdir. Göründüyü kimi, vergi orqanının özündə Dövlət Gömrük Komitəsinin cəmiyyətə məxsus YGB-ləri barədə məlumatları olduğu və 28.07.2016-cı il tarixli məktubda YGB-ni və əvəzləşdirilməli ƏDV məbləğini etiraf etdiyi halda, daha sonra cəmiyyətin ƏDV bəyannaməsində bəyan edilən 3940,09 manat əvəzləşdirməni əsassız olaraq etibarsız hesab etmişdir. 2) 2016-cı ilin fevral ayı üzrə iddiaçı tərəfindən təqdim edilmiş ƏDV bəyannaməsində vergiyə cəlb edilən dövriyyə 61897,0 manat (o cümlədən hesablanmış ƏDV 11141,46 manat), idxal edilmiş malların dəyəri 83232,66 manat (o cümlədən ödənilmiş və əvəzləşdirilməli olan ƏDV 14981,88 manat) bəyan edildiyi halda, vergi orqanı 2016-cı ilin yanvar-mart aylarında idxal edilmiş malların dəyərini əsas götürərək, cəmiyyətə 6836,79 manat əlavə vergi məbləği hesablamışdır. Belə ki, cavabdeh hesab etmişdir ki, cəmiyyət yanvar-mart aylarında idxal etdiyi malları həmin dövrdə tam şəkildə təqdim etmişdir. Bundan başqa, cavabdeh vergi orqanı iddiaçı tərəfindən 2016-cı ilin iyun-iyul və 2017-ci ilin iyul ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələri üzrə də yuxarıda qeyd olunan əsaslarla, 01.01.2016-31.07.2017-ci il tarixləri ərzində idxal edilmiş (və vergi orqanı tərəfindən 2016-cı ilin iyun-iyul və 2017-ci ilin iyul aylarında tam şəkildə satıldığı iddia edilən) malların dəyərini əsas götürərək, kameral vergi yoxlaması həyata keçirmiş və cəmiyyətə "Vergilərin hesablanması barədə" 11.01.2018-ci il tarixli **********199600 nömrəli qərara əsasən 2016-cı ilin iyun ayı üzrə 22017,24 manat, 12.12.2017-ci il tarixli **********287600 nömrəli qərara əsasən 2016-cı ilin iyul ayı üzrə 11189,28 manat və 19.12.2017-ci il tarixli **********859800 nömrəli qərara əsasən 2017-ci ilin iyul ayı üzrə 66482,01 manat əlavə vergi məbləği hesablamışdır. Halbuki, cəmiyyət 2016-cı ilin fevral, iyun-iyul və 2017-ci ilin iyul aylarında təqdim etdiyi malların dəyərini ƏDV bəyannaməsində tam şəkildə bəyan etmiş, satılmamış və mal qalığı qismində saxlanılmış digər malları isə satıldığı sonrakı aylar üzrə təqdim edilmiş ƏDV bəyannamələrində bəyan etmişdir. Vergi Məcəlləsinin 161.1-ci maddəsinə əsasən vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir. Həmin Məcəllənin 173.2-ci maddəsinə əsasən vergi tutulan dövriyyə hesabat dövrü ərzində vergi tutulan əməliyyatların ümumi dəyərindən ibarətdir. Həmin Məcəllənin 177.2-ci maddəsinə əsasən ƏDV-nin bəyannaməsi hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq verilir. Həmin Məcəllənin 178-ci maddəsinə əsasən ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Sadalananlardan aydın olduğu kimi, ƏDV üzrə hesabat dövrü aydır və təqdim edilən bəyannamədə həmin təqvim ayı ərzində vergi tutulan əməliyyatların ümumi dəyəri, başqa sözlə desək vergi ödəyicisinin müştərilərdən və ya hər hansı digər şəxslərdən aldığı, yaxud almağa hüququ olduğu haqqların ƏDV nəzərə alınmadan məbləği əks etdirilir. İş materiallarından aydın olduğu kimi, iddiaçı 2016-cı ilin fevral, iyuniyul və 2017-ci ilin iyul ayları üzrə təqdim etdiyi bəyannamələrdə həmin hesabat dövründə aldığı haqqların dəyərini (2016-cı ilin fevral ayı üzrə 61897,0 manat, iyun ayı üzrə 144082,0 manat, iyul ayı üzrə 66504,0 manat) bəyan etdiyi halda, vergi orqanı cəmiyyətin mal qalığını araşdırmadan, həmin mallara yerində baxış keçirmədən və əlində heç bir əsas və sübut olmadan idxal edilmiş bütün malları satılmış kimi qəbul edərək, fərziyyə əsasında cəmiyyətə əlavə vergi məbləği hesablamışdır. Halbuki, cəmiyyət yanvar-mart ayları ərzində idxal etdiyi bütün malların satışını fevral ayı ərzində, yanvar-iyun ayları ərzində idxal etdiyi bütün malların satışını iyun ayı ərzində, yanvar-iyul ayları ərzində idxal etdiyi bütün malların satışını isə iyul ayı ərzində deyil, sonrakı aylar ərzində həyata keçirmiş və satılmış mallardan daxil olan vəsaitləri isə satışın həyata keçirildiyi aylar üzrə təqdim edilmiş ƏDV bəyannamələrində əks etdirmişdir. Yəni cəmiyyətə vergi hesablanan zaman idxal edilmiş malların satışı tam həyata keçirilməmiş, satılmamış mallar isə mal qalığı qismində saxlanılmışdır. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Sadalanan normalardan aydın olduğu kimi, inzibati orqan inzibati akt qəbul edərkən işin faktiki hallarını, o cümlədən inzibati aktın doğruluğunu şübhə altına ala biləcək hər bir halı tam və obyektiv araşdırmalı və inzibati aktın qəbul edilməsini zəruri edən bütün sübutları toplamalıdır. Başqa sözlə desək, hazırkı işdə cavabdeh vergi orqanı mübahisələndirilən inzibati aktları qəbul edərkən, satıldığını iddia etdiyi idxal edilmiş malların faktiki olaraq satıldığını və mal qalığı qismində saxlanılmadığını mötəbər sübutlarla təsdiq etməli idi. İnzibati Prosessual Məcəlləninn 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə, mübahisələndirilən inzibati aktın əsaslı və qanuni olmasını təsdiq etmək üçün cəmiyyət tərəfindən idxal edilmiş malların faktiki olaraq 2016-cı ilin fevral, iyun-iyul və 2017-ci ilin iyul ayları ərzində təqdim edilməsi cavabdeh vergi orqanı tərəfindən sübut edilməlidir.

3. Eyni zamanda, 21.12.2017-ci il tarixli **********182000 nömrəli "Vergilərin hesablanması barədə" qərara əsasən cəmiyyətə 2016-cı ilin gəlir vergisi üzrə 23380,93 manat əlavə vergi məbləği hesablanmışdır. Hesablamanın əsasını isə yuxarıda qeyd olunan kimi 2016-cı ilin fevral, iyun və iyul ayları üzrə həyata keçirilmiş kameral vergi yoxlaması nəticəsində əsassız olaraq müəyyən edilmiş vergiyə cəlb edilən əlavə dövriyyə təşkil etmişdir.

Cavabdehin vəsatətləri və etirazları:

6. Cavabdeh Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinə istinad edərək, işin cavbdehin yerləşdiyi yerin məhkəməsinə, yəni 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

7. Cavabdeh daha sonra vəsatətlə müraciət edərək “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 62.2-ci maddəsinə və İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə istinad edərək iddianın mümkünsüz sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

8. Cavabdeh həmçinin məhkəməyə təqdim etdiyi iddiaya etirazında qeyd etmişdir ki, İddiaçı cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə (hazırki Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “Vergilərin hesablanması barədə" 16.01.2018-ci il tarixli **********881500 nömrəli, 05.09.2016-cı il tarixli **********775600 nömrəli, 11.01.2018-ci il tarixli **********199600 nömrəli, 12.12.2017-ci il tarixli **********287600 nömrəli, 19.12.2017-ci il tarixli **********859800 nömrəli, 21.12.2017-ci il tarixli **********182000 nömrəli qərarların ləğv edilməsi və həmin qərarlara əsasən hesablanmış əlavə vergi məbləğlərinin azaldılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi aşağıda qeyd olunan səbəblərə görə hesab edir ki, İddiaçı iddiası təmin edilməməlidir. Belə ki, Vergi Məcəlləsinin 16.1.6-cı maddəsinə əsasən Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri oian məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicisinin vəzifəsinə aid edilmişdir. Həmin məcəllənin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Uçot-baza məlumatlarına əsasən aparılan araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2016-cı ilin yanvar-mart ayları üzrə idxal edilmiş malların, ehtiyatların və əsas vəsaitlərin təyinatının, həmçinin gətirilmiş malların kommersiya və ya qeyri-kommersiya fəaliyyətinə aid olunması, satılması və satış dəyərinin müvafiq vergi bəyannamələrində əks olunan dövriyyə məbləğinə daxil edilib-edilməməsi barədə məlumatların vergi orqanına təqdim edilməməsi müəyyən edilmişdir. Vergi ödəyicisi yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2016-cı ilin fevral ayı üçün ƏDV bəyannaməsi üzrə 6836,79 manat əlavə vergi hesablanmışdır. Yoxlamanın nəticəsi üzrə qəbul edilmiş “Vergilərin hesablanması barədə” 16.01.2018-ci il tarixli **********881500 nömrəli qərar elektron üsulla 17.01.2018-ci il tarixdə vergi ödəyicisinə göndərilmiş və 19.02.2018-ci il tarixdə oxunmuşdur. Cavabdeh həmçinin bildirir ki, 2016-cı ilin may ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində **********9311 nömrəli yük gömrük bəyannaməsinin tarixinin düzgün qeyd edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Vergi ödəyicisi yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2016-cı ilin may ayı üçün ƏDV bəyannaməsi üzrə 3940,09 manat əlavə vergi hesablanmışdır. Yoxlamanın nəticəsi üzrə qəbul edilmiş “Vergilərin hesablanması barədə" 05.09.2016-cı il tarixli **********775600 nömrəli qərar elektron üsulla 06.09.2016-cı il tarixdə vergi ödəyicisinə göndərilmiş və 14.09.2016-cı il tarixdə oxunmuşdur. Vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər əsasında aparılan araşdırma zamanı 01.01.2016-cı il tarixdən 30.06.2016-cı il tarixədək olan dövr üzrə 336620,434 manat dəyərində malların idxal olunduğu müəyyən edilmişdir. Qeyd olunanlar nəzərə alınaraq, müvafiq hesabat dövrləri üzrə vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən dövriyyənin 117857,44 manat göstərilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Vergi ödəyicisi yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2016-cı ilin iyun ayı üçün ƏDV bəyannaməsi üzrə 22017,24 manat əlavə vergi hesablanmışdır. Yoxlamanın nəticəsi üzrə qəbul edilmiş “Vergilərin hesablanması barədə” 11.01.2018-ci il tarixli **********199600 nömrəli qərar elektron üsulla 11.01.2018-ci il tarixdə vergi ödəyicisinə göndərilmiş və 12.01.2018-ci il tarixdə oxunmuşdur. Bundan əlavə, 01.01.2016-cı il tarixdən 31.07.2016-cı il tarixədək olan dövr üzrə 417169,20 manat dəyərində malların idxal olunduğu müəyyən edilmişdir. Qeyd olunanlar nəzərə alınaraq, vergi ödəyicisi tərəfindən müvafiq hesabat dövrləri üçün təqdim olunmuş bəyannamələr üzrə göstərilmiş 432210,20 manat dövriyyə məbləği ilə idxal olunmuş malların real bazar qiymətləri nəzərə alınmaqla müəyyən olunmuş satış dövriyyəsi arasında fərq yaranmışdır. Vergi ödəyicisi yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2016-cı ilin iyul ayı üçün ƏDV bəyannaməsi üzrə 11189,28 manat əlavə vergi hesablanmışdır. Yoxlamanın nəticəsi üzrə qəbul edilmiş “Vergilərin hesablanması barədə” 12.12.2017-ci il tarixli **********287600 nömrəli qərar elektron üsulla 13.12.2017-ci il tarixdə vergi ödəyicisinə göndərilmiş və 20.12.2017-ci il tarixdə oxunmuşdur. Bildirirlər ki, vergi ödəyicisi tərəfindən kassa metodu ilə 2016-cı il üçün təqdim edilmiş gəlir vergisi bəyannaməsində göstərilən gəlir məbləği ilə müvafiq hesabat dövrü üzrə təqdim edilmiş ƏDV bəyannamələrində qeyd edilmiş cəmi gəlir məbləği arasında fərq kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Vergi ödəyicisi yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2016-cı il üçün gəlir vergisi bəyannaməsi üzrə 23380,93 manat əlavə vergi hesablanmışdır. Yoxlamanın nəticəsi üzrə qəbul edilmiş “Vergilərin hesablanması barədə” 21.12.2017-ci il tarixli **********182000 nömrəli qərar elektron üsulla 21.12.2017-ci il tarixdə vergi ödəyicisinə göndərilmiş və 22.12.2017-ci il tarixdə oxunmuşdur. Qeyd etmək lazımdır ki, vergi orqanında olan sənədlər əsasında aparılan araşdırma zamanı vergi ödəyicisinin 2015-ci ilin sonuna 0,0 manat mal qalığının olduğu, 01.01.2016 - 31.07.2017-ci illər ərzində onun tərəfindən 728473,87 manat məbləğində malların idxal olunduğu müəyyən edilmişdir. Qeyd olunanlar, eyni zamanda, satılmış mallara ticarət əlavəsi tətbiq edilməklə müvafiq dövr üzrə vergiyə cəlb edilən dövriyyənin 584036,88 manat göstərilməsi, həmçinin istifadəsində və mülkiyyətində aktiv təsərrüfat subyektinin olmaması (və ya sahəsinin 30 kv.m.-dən az olması) kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Vergi ödəyicisi yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2017-ci ilin iyul ayı üçün ƏDV bəyannaməsi üzrə 66482,01 manat əlavə vergi hesablanmışdır. Yoxlamanın nəticəsi üzrə qəbul edilmiş “Vergilərin hesablanması barədə” 19.12.2017-ci il tarixli **********859800 nömrəli qərar elektron üsulla 20.12.2017-ci il tarixdə vergi ödəyicisinə göndərilmiş və 20.12.2017-ci il tarixdə də oxunmuşdur. Qeyd edilənlərə əsasən iddianı əzassız hesab edirlər.

İş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsindəki ilk icraat

9. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-229/2019 saylı, 14 mart 2019cu il tarixli qərardadı ilə (hakim İ.R.Quliyev) cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin aidiyyatla bağlı vəsatəti rədd edilməsi, işin məhkəmə baxışının Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində davam etdirilməsi qərara alınmışdır.

10. Qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti apellyasiya şikayəti verərək Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-229/2019 saylı, 14 mart 2019-cu il tarixli qərardadının ləğv edilməsi və İddiaçı iddia ərizəsinin ərazi aidiyyəti üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki ilk icraat

11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Z.İ.Məmmədov – sədrlik edən və məruzəçi, H.Ç.Babayeva və N.M.Nəsibov) 2-1(105)- 344/2019 saylı, 20 may 2019-cu il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməyərək Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-229/2019 saylı, 14 mart 2019-cu il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

12. Qərardan narazı qalan Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-344/2019 saylı, 20 may 2019-cu il tarixli qərardadının ləğv edilməsi və işin ərazi aidiyyəti üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Kassasiya instansiyası məhkəməsindəki ilk icraat

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər N.İ.Rəsulbəyova– sədrlik edən və məruzəçi, Z.M.Quliyev və İ.K.Hüseynov, 2-1(102)- 2472/2019 saylı iş) 18 sentyabr 2019-cu il tarixli qərardadı ilə kassasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-344/2019 saylı, 20 may 2019cu il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

ç) Birinci instansiya məhkəməsində ikinci icraat:

14. Sumqayıt İnzibati Məhkəməsinin 26 fevrla 2020-ci il tarixli, 2-1(118)-28/2020 saylı qərardadı (hakim İ.R.Quliyev) ilə iddianın mümkün sayılmaması qərara alınmışdır.

15. Qərardan narazı qalan iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 26 fevral 2020-ci il tarixli, 2-1(118)-28/2020 saylı qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

16. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər S.İ.Bəktaşi – sədrlik edən və məruzəçi, F.G.Zeynallı, F.Ə.Məmmədov) 2-1(105)-271/2020 saylı, 04 iyun 2020-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilərək, Sumqayıt İnzibati Məhkəməsinin 26 fevral 2020-ci il tarixli, 2-1(118)-28/2020 saylı qərardadının ləğv edilməsi və işin məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

17. Qərardan narazı qalan Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 iyun 2020-ci il tarixli, 2-1(105)-271/2020 saylı qərardadının ləğv edilməsi və iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. e) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər N.İ.Rəsulbəyova– sədrlik edən və məruzəçi, İ.K.Hüseynov və İ.Ə.Şəfiyev, 2-1(102)- 1612/2020 saylı iş) 18 avqust 2020-cu il tarixli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 iyun 2020-ci il tarixli, 2-1(105)-271/2020 saylı qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkün sayılmaması qərara alınmışdır.

ə) Birinci instansiya məhkəməsindəki üçüncü icraat

19. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-8/2021 saylı, 16 mart 2021-ci il tarixli qərardadı ilə (hakim İ.R.Quliyev) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı 05.09.2016-cı il tarixli **********775600 nömrəli, 21.12.2017-ci il tarixli, **********182000 nömrəli “Vergilərin hesablanması barədə” qərarlarının ləğv edilməsi və həmin qərarlara əsasən hesablanmış əlavə vergi məbləğinin azaldılmasına dair iddiası üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır.

20. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-8/2021 saylı, 05 may 2021-ci il tarixli qərarı ilə (hakim İ.R.Quliyev) iddia təmin edilərək 21.12.2017-ci il tarixli **********182000 nömrəli “Vergilərin hesablanması barədə” qərarının ləğv edilməsi qərara alınmışdır.

21. Qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək Sumqayıt İnzibati Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2- 1(118)-8/2021 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri:

22. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Vergi Məcəlləsinin 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Həmin Məcəllənin 132.1-ci maddəsinə əsasən kassa metodu ilə uçot aparan vergi ödəyicisinin nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt gəlirin əldə edildiyi vaxt sayılır. Uçot-baza məlumatlarına əsasən vergi ödəyicisi tərəfindən vergilərin uçotunun kassa metodu ilə apardığı müəyyən edilmişdir. Araşdırma zamanı vergi ödəyicisi tərəfindən kassa metodu ilə 2016-cı il üçün təqdim edilmiş gəlir vergisi bəyannaməsində göstərilən gəlir məbləği ilə müvafiq hesabat dövrü üzrə təqdim edilmiş ƏDV bəyannamələrində qeyd edilmiş cəmi gəlir məbləği arasında fərq kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Bununla bağlı vergi ödəyicisinə "Kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri sənədlərin təqdim edilməsi barədə" 03.04.2017-ci il tarixli **********938300 nömrəli məktub göndərilmişdir. Vergi ödəyicisi tərəfindən məktuba heç bir münasibət bildirilmədiyindən 2016-cı ilin gəlir vergisi bəyannaməsi üzrə 152620,65 manat dövriyyə bərpa edilərək, ümumilikdə 25816,13 manat əlavə vergi məbləği hesablanmış və kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş “Vergilərin hesablanması barədə” 02.05.2017-ci il tarixli **********092200 nömrəli qərar vergi ödəyicisinə göndərilmişdir. Lakin, 01.12.2017-ci il tarixdə vergi ödəyicisi dəqiqləşdirilmiş bəyannamə təqdim edərək, 620955,00 manat dövriyyə və 608779,00 manat xərc göstərilməklə 2435,20 manat vergi hesablamışdır. Bununla bağlı vergi ödəyicisinə "Kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri sənədlərin təqdim edilməsi barədə" 04.12.2017-ci il tarixli**********005800 nömrəli məktub göndərilmişdir. Vergi ödəyicisi tərəfindən məktuba heç bir münasibət bildirilmədiyindən 2016-cı ilin gəlir vergisi bəyannaməsi üzrə 152620,65 manat dövriyyə bərpa edilərək, 23380,93 manat əlavə vergi məbləği hesablanmış və kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş “Vergilərin hesablanması barədə” 21.12.2017-ci il tarixli **********182000 nömrəli qərar vergi ödəyicisinə göndərilmişdir. Bildiririk ki, cavabdeh tərəfindən 2016-cı il üçün gəlir vergisinin hesablanmasına əsas olmuş sübutlar məhkəməyə təqdim edilməsinə baxmayaraq, sübutların qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmamışdır. Bununla da İPM-nin 58.7-ci mədəsinin tələbləri pozulmuşdur. Yuxarıda qeyd olunanlara əsasən bildirirlər ki, məhkəmə işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün tədbir görməməklə inzibati-prosessual qanunvericiliyin tələblərinə əməl etməmiş, iş üçün əhəmiyyətli olan bütün faktiki halları ətraflı araşdırmadan və sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət vermədən qanuni və əsaslı olmayan qərar qəbul etmişdir.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim edərək cavabdeh vergi orqanı tərəfindən ƏDV üzrə 110465,41 manat, gəlir vergisi üzrə isə 23380,93 manat, ümumilikdə 133846,34 manat əlavə vergi məbləği hesablanmış, lakin məhkəmə çəkişməsinin gedişi zamanı yergi orqanı 2016-cı ilin fevral, may, iyun və iyul ayları hesablanmış əlavə vergi məbləğlərini əsassız olduğundan öz təşəbbüsü ilə silmiş, amma 2016-cı ilin gəlir vergisi üzrə hesablanmış əlavə vergi məbləğini qüvvədə saxlamışdır. Halbuki, gəlir vergisinin hesablanmasının əsası 2016-cı ilin iyul ayı üzrə müəyyən edilmiş əlavə vergi tutulan dövriyyə olmuşdur. Belə ki, 2016-cı ilin iyul ayı üzrə kameral vergi bəyannaməsindən görünür ki, həmin ay üzrə vergi tutulan dövriyyə vergi orqanı tərəfindən kameral vergi yoxlaması nəticəsində 128666.68 manat müəyyən edilmişdir. 2016-cı ilin gəlir vergisi üzrə kameral vergi bəyannaməsindən görünür ki, həmin il üzrə ümumi gəlir vergi ödəyicisi tərəfindən 23954,0 manat bəyan edildiyi halda, vergi orqanı tərəfindən kameral vergi yoxlaması ilə 128666,65 manat artırılaraq 152620,65 manat müəyyən edilmişdir. Hər iki bəyannamənin təhlilindən aydın olur ki, 2016-cı ilin iyul ayı üzrə ƏDV məbləğinin və həmin il üzrə gəlir vergisi məbləğinin hesablanmasına əsas vergi orqanı tərəfindən müəyyən edilmiş 128666,65 manat əlavə vergi tutulan dövriyyə olmuşdur. Lakin iş materiallarından görünür ki, vergi orqanı iyul ayına ƏDV üzrə əlavə vergi məbləğinin hesablanmasına əsas olmuş 128666,65 manat vergiyə cəlb edilən dövriyyənin əsassız olduğunu müəyyən edərək, öz təşəbbüsü ilə həmin ay üzrə hesablanmış əlavə vergi məbləğini silmişdir. Bu isə dolayısı ilə o deməkdir ki, həmin 128666,65 manat vergi tutulan dövriyyəyə əsasən hesablanmış gəlir vergisi məbləği də vergi orqanı tərəfindən silinməli olduğu halda, cavabdeh vergi orqanı hərəkətsizlik etmiş və qanunsuz şəkildə qəbul edilmiş 21.12.2017ci il tarixli **********182000 nömrəli "Vergilərin hesablanması barədə" qərarı ləğv etməmişdir. Göstərilənlərə əsasən hesab edir ki, mübahisələndirilən 21.12.2017-ci il tarixli **********182000 nömrəli "Vergilərin hesablanması barədə" qərarın qəbul edilməsi üçün əsas olmuş hal vergi orqanının özü tərəfindən ortadan qaldırıldığından, həmin qərar ləğv edilməli və həmin qərara əsasən hesablanmış 23380.93 manat əlavə vergi məbləği silinməlidir. Ona görə də Sumqayıt İnzibati Məhkəməsinin 05.05.2021-ci il tarixli, 2-1(118)- 8/2021 nömrəli qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməklə iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi.

25. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

26. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək vurğulamışdır ki, 2016-cı ilin gəlir vergisi üzrə aparılmış hesablama ilə bağlı İddiaçı tərəfindən 01.04.2017-ci il tarixdə 2016-cı ilin gəlir vergisi üzrə cari vergi bəyannaməsi təqdim edilmiş və həmin bəyannamədə iddiaçının il ərzində ümumi gəlirləri 23954,0 manat, gəlirdən çıxılan xərcləri isə 23540 manat, vergiyə cəlb edilən gəliri 414,0 manat, ödənilməli gəlir vergisi isə 82.80 manat bəyan edilmişdir. Bundan sonra vergi orqanı həmin bəyannamə üzrə kameral vergi yoxlaması həyata keçirmiş və iddiaçıya 03.04.2017-ci il tarixli **********938300 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin təqdim edilməsi haqqında” məktub göndərərək qeyd etmişdir ki, tərəfinizdən kassa metodu ilə təqdim edilmiş fiziki şəxs gəlir vergisi bəyannaməsinin 1200-cü gəlir sətrində göstərilən 23954,0 manat məbləğ, təqvim ili ərzində təqdim edilən ƏDV bəyannamələrinin 307-ci sətrində göstərilən 152620.65 manat məbləğdən kiçik olduğuna görə kameral vergi yoxlamasının aparılmasının mümkün olmamışdır. Göründüyü kimi, vergi orqanı təqdim edilmiş 2016-cı ilin gəlir vergisi bəyannaməsini həmin ilin yanvar-dekabr ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələri ilə müqayisə edərək, ƏDV bəyannamələrində ümumilikdə 152620.65 manat dövriyyə əks etdirildiyi halda, gəlir vergisi bəyannaməsində ümumi dövriyyənin 23954,0 manat bəyan edilməsini vergi tutulan dövriyyənin 128666.65 manat azaldılması kimi qiymətləndirmişdir. Göstərilənlərə əsasən cavabdeh vergi orqanı 02.05.2017-ci il tarixli “Vergilərin hesablanması barədə” qərara əsasən iddiaçıya 25733.33 manat əlavə vergi məbləği hesablamışdır. Vergi orqanı iddiaçının 2019-cu il üzrə ümumi gəlirini 152620.65 manat, gəlirdən çıxılan xərclərini 23540,0 manat, vergiyə cəlb edilən gəlirini 129080,0 manat, ödəməli olduğu gəlir vergisini isə 25816.13 manat müəyyən etmiş, iddiaçının özü tərəfindən bəyan edilən 82.80 manat gəlir vergisini nəzərə alaraq 25733.33 manat əlavə vergi məbləği hesablamışdır. Bundan sonra iddiaçı 01.12.2017-ci il tarixdə 2019-cu il üzrə dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi təqdim etmiş və həmin il üzrə ümumi gəlirini 620955,0 manat, gəlirdən çıxılan xərclərini 608779,0 manat, vergiyə cəlb edilən gəliri 12176,0 manat, gəlir vergisini isə 2435.20 manat bəyan etmişdir. Qeyd olunan bəyannamə üzrə vergi orqanı tərəfindən yenidən kameral vergi yoxlaması həyata keçirilmiş və iddiaçıya 22.12.2017-ci il tarixli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin təqdim edilməsi haqqında” məktub göndərilərək qeyd edilmişdir ki, tərəfinizdən kassa metodu ilə təqdim edilmiş fiziki şəxs gəlir vergisi bəyannaməsinin 1200-cü gəlir sətrində 152620.65 manat məbləğ, təqvim ili ərzində təqdim edilən ƏDV bəyannamələrinin 307-ci sətrində göstərilən 590000.0 manat məbləğdən kiçik olduğuna görə kameral vergi yoxlamasının aparılmasının mümkün olmamışdır. Göstərilənlərə əsasən cavabdeh vergi orqanı 21.12.2017-ci il tarixli “Vergilərin hesablanması barədə” qərara əsasən iddiaçıya 23380.93 manat əlavə vergi məbləği hesablamışdır. Göründüyü kimi, iddiaçı təqdim etdiyi sonuncu vergi bəyannaməsində ümumi gəliri 620955,0 manat göstərdiyi halda, cavabdeh vergi orqanı göndərdiyi uyğunsuzluq məktubunda həmin göstəricini səhvən 152620.65 manat olaraq qəbul etmiş, hansı ki, həmin göstərici cavabdehin əvvəlki kameral vergi yoxlaması zamanı özünün müəyyən etdiyi gəlir məbləğidir. Bundan başqa, uyğunsuzluq məktubunda müqayisə üçün götürülən ƏDV bəyannamələrində əks etdirilən 590000,0 manat dövriyyə məbləği iddiaçının bəyan etdiyi 620955,0 manat gəlirdən kiçik olduğu halda, cavabdeh vergi orqanı bu halı vergidən yayınma halı olaraq qiymətləndirmişdir. Başqa sözlə desək, cavabdeh vergi orqanı iddiaçı tərəfindən 2016-cı ilin gəlir vergisi üzrə 01.12.2017-ci il tarixdə göndərilmiş dəqiqləşdirilmiş vergi bəyannaməsinin göstəricilərini nəzərə almadan, kameral vergi yoxlaması zamanı müqayisəni yenə də 01.04.2017-ci il tarixdə təqdim edilmiş cari gəlir vergisi bəyannaməsi ilə aparmış və dəqiqləşdirilmiş vergi bəyannaməsində vergiyə cəlb edilən ümumi dövriyyə 620955,0 manat əks etdirildiyi halda, cavabdeh kameral vergi yoxlaması nəticəsində iddiaçının gəlirini daha az, 152620.65 manat olaraq qəbul etmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tədbiq edilən hüquq

27. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

28. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

29. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.

30. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

31. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir.

32. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

33. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

34. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

35. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

36. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

37. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

38. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

39. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.

40. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

41. Həmin Məcəllənin 94.3-cü maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir.

42. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.

43. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 24.0. və 24.0.1. Vergi orqanlarının vəzifələrinə vergilərin düzgün hesablanması və s. aiddir. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Maddə 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi ödəyicisinin, vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır. Maddə 83.2 Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hazırki qərarın 27-36-cı bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2-1(118)- 8/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

45. Belə ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qərarını onunla əsaslandırmışdır ki, iddiaçı 21.12.2017-ci il tarixli **********182000 nömrəli “Vergilərin hesablanması barədə” qərarın ləğv edilməsini istəyir, cavabdeh inzibati orqan isə həmin qərarla bağlı qeyd edir ki, vergi ödəyicisi tərəfindən kassa metodu ilə 2016-cı il üçün təqdim edilmiş gəlir vergisi bəyannaməsində göstərilən gəlir məbləği ilə müvafiq hesabat dövrü üzrə təqdim edilmiş ƏDV bəyannamələrində qeyd edilmiş cəmi gəlir məbləği arasında fərq kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Vergi ödəyicisi yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2016-cı il üçün gəlir vergisi bəyannaməsi üzrə 23380,93 manat əlavə vergi hesablanmışdır. Yoxlamanın nəticəsi üzrə qəbul edilmiş “Vergilərin hesablanması barədə” 21.12.2017-ci il tarixli **********182000 nömrəli qərar elektron üsulla 21.12.2017-ci il tarixdə vergi ödəyicisinə göndərilmişdir. Cavabdeh tərəfindən iddiaçıya 16.01.2018-ci il tarixli **********881500 nömrəli, 05.09.2016-cı il tarixli **********775600 nömrəli, 11.01.2018-ci il tarixli **********199600 nömrəli, 12.12.2017-ci il tarixli **********287600 nömrəli, 19.12.2017-ci il tarixli **********859800 nömrəli, “Vergilərin hesablanması barədə” qərarlarla ƏDV ilə bağlı əlavə vergilər hesablanmışdır. Lakin məhkəmə araşdırması zamanı müəyyən olundu ki, təqdim edilmiş bəyannamələr əsasında səlahiyyətli vergi orqanı tərəfindən həmin borclar silinmişdir. Hazırda iddiaçı tərəfindən mübahisələndirilən və qüvvədə olan 21.12.2017-ci il tarixli **********182000 nömrəli “Vergilərin hesablanması barədə” qərarla vergi ödəyicisinə hesablanmış borcun əsasını ƏDV üzrə yaranmış uyğunsuzluqlar təşkil etdiyi halda bu uyğunsuzluğun mövcudluğu əsasının qalmasını cavabdeh inzibati orqan sübut edə bilməmişdir. İddiaçı barədə vergi öhdəlikləri ilə bağlı qərarlar qəbul etmək səlahiyyəti olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi də 2016-cı ilin fevral, iyul və iyun ayları üzrə kameral vergi yoxlaması nəticəsində aparılmış hesablama ilə həmin ilin gəlir vergisi üzrə aparılmış gəlir vergisi üzrə hesablamanın əsasının eyni olmasını bildirmiş, cavabdeh inzibati orqan isə mübahisələndirilən qərarın hüquqi əsasının mövcudluğunu sübut edə bilməmişdir. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Hazırkı iddianın predmeti olmuş, iddiaçı vergi ödəyicisinə kameral qaydada hesablanmış borcların əsas hissəsinin silinməsi, mübahisələndirilən qərarı qəbul edərkən cavabdeh inzibati orqanın lazımı araşdırma aparmadığını göstərir.

46. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşır və hesab edir ki, cavabdehin hazırkı qərarın 22 bəndində öz əksini tapan apellyasiya şikayətinin dəlilləri əsassızdır ona görə ki, apellyasiya şikayətində qeyd edilən dəlillərlə cavabdehin özünün birinci instansiya məhkəməsinə ünvanladığı 23.04.2021-ci il tarixli məktubunda vurğulanan hallarla eyniyyət təşkil edir və bu hallara dair də birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərarda qiymət verilmişdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, 23.04.2021-ci il tarixli cavabdehin məktubunda o da vurğulanmışdır ki, 02.10.2020-ci il tarixdə kameral vergi yoxlaması aparılmaqla 21.12.2017-ci il tarixdə vergi ödəyicisi tərəfindən fevral 2016-cı il üzrə təqdim edilmiş dəqiqləşdirilmiş bəyənnamə nəzərə alınmaqla 61897.00 manat dövriyyə bərpa edilmiş, 83232.66 manat məbləğ əvəzləşməyə qəbul edilmiş və beləliklə də 3840.42 manat məbləğin büdcədən qaytarılması təmin edilmişdir. Digər tərəfdən vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2016-cı ilin may ayı üzrə əlavə dəyər vergisi bəyənnaməsində əvəzləşməyə salınmış **********9311 nömrəli YGB seriyalı yük gömrük bəyənnaməsinin tarixi 31.05.2016-cı il kimi qeyd olunsa da, DGK-dan daxil olmuş məlumatlara əsasən həmin yük gömrük bəyənnaməsinin tarixi 01.06.2016-cı il tarixi olduğu üçün kənarlaşma yaranmışdır.

47. Adı çəkilən məktubda məhkəmənin sorğusuna cavab olaraq o da bildirilmişdir ki, 2016-cı ilin fevral, iyul və iyun ayları üzrə kameral vergi yoxlaması nəticəsində aparılmış hesablama ilə həmin ilin gəlir vergisi üzrə aparılmış gəlir vergisi üzrə hesablamanın əsası eyni olmuşdur (i.v.174-177).

48. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında 2016-cı il fevral, iyun, iyul ayları üzrə kameral vergi yoxlaması nəticəsində aparılmış hesablama ilə həmin ilin gəlir vergisi üzrə aparılmış hesablamanın üst-üstə düşüb-düşməməsi ilə bağlı məhkəməyə məlumat verməsi təklif olunarkən sonuncu bununla bağlı dəqiq məlumatı məhkəməyə təqdim edə bilməyi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, bu məlumatın eyni zamanda iddiaçı tərəfin iddia tələbinə dair əlavə mülahizə və sübutları cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə göndərilmiş, lakin cavabdehin məhkəməyə ünvanlanmış 07.12.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı vergi ödəyicisi kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qeydiyyatda olduğuna görə vergi orqanında olan sənədlərinə (məlumatlarına) baxış hüquqları olmadığından məhkəmənin sorğusu həmin İdarəyə göndərilmiş və həmin idarədən, yəni iş üzrə cəlb edilmiş 3-cü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsindən göndərilmiş rəy və sənədlər iş materialına əlavə olunması üçün cavabdeh vasitəsilə məhkəməyə göndərilmiş olsa da, həmin sənədlərdə məhkəmənin sorğusuna cavab, eləcə də iddiaçı tərəfin mülahizəsinə cavab olaraq heç bir münasibət bildirilməyərək 14.11.2019-cu il tarixində birinci instansiya məhkəməsinə göndərilmiş sənədləri (cild 1, i.v. 207-260), yenidən apellyasiya instansiyası məhkəməsinə (cild 3, i.v. 85-140) göndərməklə kifayətlənmişlər.

49. Halbuki, İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İnzibati İcraat haqqında Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

50. Məhkəmə kollegaiyası hesab edir ki, hazırki qərarın 42-ci bəndində istinad edilən konstutision normanın, eləcə də 43-cü bənbində öz əksini tapmış qanun normalarının tələblərinə görə heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunla müəyyən edilən qaydalardan fərqli vergilər ödəməyə məcbur edilə bilməz. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

51. Beləliklə, cavabdehin hazırki qərarın 22-ci bəndində qeyd edilən apellyasiya şikayətinin dəlillərinə ümumilkdə hüquqi qiymət verərək məhkəmə kollegiyası həmin dəlilləri qəbul etmir ona görə ki, şikayətin dəlilləri hazırki qərarın 8-ci bəndində öz əksini tapan cavabdehin iddiaya qarşı etirazında göstərilən dəlillərlə eyni olmaqla bu dəlillərə də birinci instansiya məhkəməsi tərəfindən verilmiş hüquqi qiymətlə məhkəmə kollegiyası da razılaşır və bu nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiyası məhkəməsinin qərarının ləğv edilməsinə əsas ola bilməz, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərar əsaslı olmuş və iddianın təmin edilməsi barədə məhkəmənin gəldiyi nəticə düzgündür. Ona görə də cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilmədən, Sumqayıt İnzibati Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2-1(118)-8/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 05 may 2021-ci il tarixli 2-1(118)-8/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar