Məhkəmə qərarları › İş №2-1(105)-31/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-31/2024

25.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-31/2024 25.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim: X, Hakimlər X1 oğlu və X2 qızından ibarət tərkibdə, XXX qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X26, Üçüncü şəxsin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı ünvan 1 ünvanındakı 0,159 ha torpaq sahəsi üzərində atası X14 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, bu barədə müvafiq arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 2- 1(118)-1362/2022 nömrəli qərarından üçüncü şəxs ***tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi üçün” 4309 nömrəli, 25 iyun 2004-cü il tarixli müqavilənin surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən və sahəsi 0.16 ha olan torpaq sahəsi 25 iyun 2000-ci il tarixdən 25 dekabr 2010-cu il tarixədək X14 icarəsinə verilmişdir.

2. MH seriyalı, ******* saylı, **********61-11301 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın dövlət reyestrindən” çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Noxanı bağ massivində mülkiyyətində olan 0.159 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı 20 kv.m. yaşayış, 25.52 kv.metr köməkçi sahədən ibarət 137V nömrəli bağ evi tam mülkiyyət hüququ üzrə X11 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 56 nömrəli vərəqində 01 noyabr 2006-cı il tarixdə qeydiyyata alınmışdır.

3. AN-İ ******* saylı, 13 aprel 2007-ci il tarixli notarial qaydada təsdiq edilmiş “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”nin təsdiq olunmuş surətindən görünür ki, X21 tərəfindən Sumqayıt şəhəri, Novxanı Bağ massivində yerləşən 137V nömrəli bağ evi X1, 0,159 ha torpaq sahəsi isə alıcının istifadəsinə verilmişdir.

4. MH seriyalı, ******* saylı, **********61-11301 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakn dövlət reyestrindən” çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, Noxanı bağ massivində yerləşən 137V nömrəli bağ evi tam mülkiyyət hüququ ilə Əzimi Eynullanın adına daşınmaz əmlakın dövlət reyestrində 17 may 2007-ci il tarixdə qeydiyyata alınmışdır.

5. AZ-İ № 291305 saylı “Ölüm haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, X20 04 fevral 2008-ci il tarixdə ölmüşdür.

6. RX seriyalı, ******* saylı, ********** qediyyat nömrəli 09 fevral 2022-ci il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 137V Azimi Einollahın xüsusi mülkiyyətində, 0.159 ha torpaq sahəsi isə dövlət mülkiyyətindədir.

7. 16 aprel 2018-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 137V Azimi Einollah tərəfindən X54 hədiyyə edilmişdir.

8. RX seriyalı, ******* saylı 20 aprel 2018-ci i tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 137V X43, həmin bağ evinin yerləşdiyi 0,159 ha torpaq sahəsi isə dövlətin mülkiyyətindədir.

9. RX seriyalı, ******* saylı 07 may 2018-ci il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 137V X43, həmin bağ evinin yerləşdiyi 0,159 ha torpaq sahəsi isə X11 mülkiyyətindədir.

10. Qubadlı rayon Məhkəməsinin 2(028)-346/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçılar X76, X15, X64, X71, X38 Sumqayıt şəhəri, 4 saylı Notariat Kontorunda Azimi Einollah tərəfindən X44 verilmiş xx.xx.2017-ci il tarixli, 560267 saylı etibarnamənin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilməmiş, Azimi Eionollaha məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 137V-nin X54 bağışlaması haqqında Sumqayıt şəhəri 4 saylı Notariat kontorunda bağlanmış 16 aprel 2018-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” etibarsız hesab edilmiş və həmin müqaviləyə əsasən X43 adına Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 137V-yə dair verilmiş çıxarışın ləğv edilməsi qət edilmişdir.

11. Həmin məhkəmə qətnaməsi əsasında “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” RX seriyalı, ******* saylı 07 may 2018-ci il tarixli çıxarış ləğv edilmişdir.

12. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquq şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş 05 iyul 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 137V ünvanında yerləşən bağ evi “Bağ sahəsinin və tikintilərin uzunmüddətli icarəyə verilməsi üçün” 4309 saylı müqavilə ilə Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Bağ təsərrüfatı sahəsi tərəfindən X14 icarəsinə verilmiş torpaq sahəsində yerləşir.

13. X39 10 may 2018-ci il tarixdə ölmüşdür.

14. ********** qeydiyyat nömrəli, 10 fevral 2022-ci il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın dövlət reyestrindən” çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 137V 11/12 hissədə Hassanzadeh Roghayehin xüsusi mülkiyyətindədir, 1/12 hissədə isə açıq pay kimi qalmışdır.

15. 2V-125 reyestr nömrəli, 26 yanvar 2022-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin surətindən görünür ki, 10 may 2018-ci il tarixdə vəfat etmiş X22 vərəsələri Azimi Ali, Hassanzadeh Roghayeh, X88, X85, X78. Miras əmlakda 1/6 hissəsində X45 payı açıq saxlanılmışdır.

16. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 16 fevral 2022-ci il tarixli **********78 nömrəli məktubdan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina olunmuşdur.

17. İmtina onunla əsaslandırılmışdır ki, 13 aprel 2007-ci il tarixdə Sumqayıt şəhəri 3 saylı Dövlət notariat kontorunda bağlanmış 4Ə/271 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən X20 mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, 137V ünvanda yerləşən bağ evini X22 mükiyyətinə, bağ evinin yerləşdiyi 0.159 ha torpaq sahəsini isə istifadəsinə vermiş və bununla əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestrində müvafiq qeydiyyat aparılmışdır. Sonradan xx.xx.2018-ci il tarixdə Sumqayıt şəhəri 4 saylı notariat kontorunda bağlanmış 4Ə-692 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən X22 mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, 137V ünvanda yerləşən bağ evini X55 mülkiyyətinə, bağ evinin yerləşdiyi 0.159 ha torpaq sahəsini isə istifadəsinə vermiş və bununla əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestrində müvafiq qeydiyyat aparılmışdır. Sonradan Qubadlı rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli, 2(028)- 346/2020 nömrəli icra vərəqəsinin icrası ilə əlaqədar olaraq Sumqayıt şəhəri, Novxanı bağ massivi, 137V ünvanda yerləşən bağ evinə dair X55 əldə etdiyi hüquqlar ləğv edilmiş və daşınmaz əmlakın bağışlanması müqaviləsindən əvvəlki vəziyyət bərpa edilmişdir. Belə ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunun 2.3cü və 2.4-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: Birinci instansiya məhkəməsindəki icraat

18. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə Sumqayıt şəhəri, Novxanı bağ massivində 137V ünvanında yerləşən torpaq sahəsi üzərində atası X14 mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

19. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 137V ünvanındakı 0,159 ha torpaq sahəsi üzərində atası X14 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, bu barədə müvafiq arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

20. Sumqayıt İnzibati Məhkəməsinin 2-(118)-1362/2022 saylı, 19 sentyabr 2022-ci il tarixli qərardadı ilə Hassanzadeh Roghayeh məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.

21. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən və sahəsi 0.16 ha olan bağ sahəsi 25 iyun 2004-cü tarixli 409 saylı icarə müqaviləsinə əsasən onun atası X14 uzunmüddətli icarəsinə verilmişdir. Atası həmin torpaq sahəsi üzərində inşa edilmiş bir otaqdan ibarət, sahəsi 45,52 kv.metr olan bağ evindən birini xx.xx.2007-ci ildə Sumqayıt şəhər 3 saylı dövlət Notariat Ofisində qeydə alınmış AN-İ № ******* saylı alğı-satqı müqaviləsinə əsasən X6 və bu müqavilə əsasında cavabdeh təşkilat tərəfindən verilmiş yeni çıxarış və texniki pasportda həmin ev üzərində hüquqların E.Əzimiyə, torpaq sahəsi üzərində isə tam hüquqların atasına məxsus olması göstərilmişdir. Onun atası 04 fevral 2008-ci il tarixdə ölmüşdür. Atasının vəfatından sonra o, atasının istifadəsində qalan torpaq sahəsi üzərində vərəsəlik hüquqlarının rəsmiləşdirilməsi ilə bağlı notariusa müraciət etmiş və ona izah olunmuşdur ki, ilk öncə atasının istifadəsində olan həmin torpaq sahəsi üzərində atasının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi ilə bağlı cavabdeh təşkilata müraciət etməlidir. Həmin çıxarış verildikdən sonra vərəsə kimi torpaq sahəsinin adına rəsmiləşdirilməsini həyata keçirə bilər. Bundan sonra o, cavabdeh təşkilata müraciət etmişdir. Atasının mülkiyyət hüquqlarını dövlət qeydiyyatına almaqdan imtina edən cavabdeh, bunu həmin torpaq sahəsi ilə bağlı mübahisənin olması ilə əsaslandırmışdır. Cavabdehin bu imtinasının heç bir hüquqi əsası yoxdur. Belə ki, cavabdeh tərəfindən verilmiş və hazırda da qüvvədə olan ******* saylı RX seriyalı çıxarışda və texniki pasportda bağ evi üzərində hüquqların R.Əzimiyə, torpaq sahəsi üzərində isə tam hüquqların atasına məxsus olması göstərilmiş, atasının adına mülkün olması barədə cavabdeh təşkilat tərəfindən arayış verilmişdir. Bu da ona əsas verir ki, bu torpaq sahəsi üzərində hüquqlar onun mərhum atasına məxsusdur. Bağ evini almış şəxsin vərəsələri arasında baş vermiş məhkəmə mübahisəsinin hazırkı məsələyə aidiyyatı yoxdur. Belə ki, burada özəlləşdirilməsi istənilən mərhum atası tərəfindən E.Əzimiyə satılmış yaşayış evi ilə bağlı deyil, həmin ərazidə olan və satılan evin altına düşməyən torpaq sahəsi ilə bağlıdır. Cavabdehin bu imtinası tamamilə əsassızdır, torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına əsas verən yetərincə sənədlərin olmasına baxmayaraq, cavabdeh təşkilat əsassız səbəblər gətirməklə bundan imtina etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri

22. Cavabdeh iddia ərizəsinə yazılı etiraz ünvanlamış, etirazı iddiaçının müraciətinə imtina ilə eyni dəlillərlə əsaslandırmış, iddianın mümkün sayılmamasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə

23. Sumqayıt İnzibati Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 2-1(118)-1362/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 137V ünvanındakı 0,159 ha torpaq sahəsi üzərində İddiaçı atası X14 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, bu barədə müvafiq arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmuşdur (hakim L.Mirzəyeva).

24. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iş materialları ilə müəyyən olunur ki, “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi üçün” 4309 nömrəli, 25 iyun 2004-cü il tarixli müqavilənin surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən və sahəsi 0.16 ha olan torpaq sahəsi 25 iyun 2000-ci il tarixdən 25 dekabr 2010-cu il tarixədək X14 icarəsinə verilmişdir. X23 həmin torpaq sahəsi üzərində yerləşən və ona məxsus 137V saylı bağ evini notarial qaydada təsdiq edilmiş AN-İ ******* saylı, 13 aprel 2007-ci il tarixli müqavilə əsasında X6, torpaq sahəsini isə həmin şəxsin istifadəsinə vermişdir. X7 16 aprel 2018-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” ilə X54 hədiyyə etmişdir. Həmin evə dair mülkiyyət hüququ “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” RX seriyalı, ******* saylı çıxarışla rəsmiləşdirilmişdir. İddiaçılar X76, X15, X64, X71, X38 cavabdehlər X60, X56 qarşı etibarnamənin, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi barədə iddiaları üzrə Qubadlı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Azimi Einollaha məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 137-V-nin X54 bağışlanması haqqında Sumqayıt şəhəri, 4 saylı Notariat Kontorunda bağlanmış 16 aprel 2018-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqaviləyə əsasən X43 adına Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 137V-yə verilmiş çıxarışın ləğv edilməsi qərara alınmışdır. Cavabdehin istinad etdiyi mübahisə iddiaçının mərhum atasına məxsus torpaq sahəsi ilə bağlı deyil, onun üzərində yerləşən fərdi yaşayış evi ilə bağlıdır. Həmin torpaq sahəsi yuxarıda adı qeyd olunan notarial qaydada təsdiq edilmiş alğı-satqı müqaviləsinin predmeti deyildir. Bundan başqa müqavilədən göründüyü kimi fərdi yaşayış evi xarici dövlətin vətəndaşına satılmışdır, belə olan halda qanunvericiliklə torpaq sahəsinin xarici dövlətin vətəndaşına satılması qadağan edilir. İddiaçıya torpaq sahəsi ayrılarkən heç bir qanun pozuntusuna yol verilməmişdir və iddiaçının bu torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasını tələb etməsi qüvvədə olan qanunverciliyə uyğun olduğundan, cavabdeh idarənin onun müraciətini təmin etməməsini əsaslı hesab etmək olmaz.

25. Üçüncü şəxs Hassanzadeh Roghayeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

26. İş materiallarından görünür ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-(118)- 1362/2022 saylı, 19 sentyabr 2022-ci il tarixli qərardadı ilə Hassanzadeh Roghayeh məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Lakin üçüncü şəxs X4 iştirakı təmin edilməmiş, həmin inzibati mübahisə barədə ümumiyyətlə məlumatı olmamış, nəticədə onun mənafelərinə zidd və hüquqlarının kobud şəkildə pozulması ilə qanunsuz qərar qəbul edilmişdir. Həmin qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilməmiş və qərar qüvvəyə minmişdir. Həmin qərardan təsadüfən Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan digər mülki iş üzrə təqdim edilmiş sənədlər əsasında məlumatı olmuşdur. Ona görə də üçüncü şəxs məhkəməyə müraciət etmiş və mübahisəli qərarı rəsmi şəkildə 01 mart 2023-cü il tarixdə almışdır. ünvan 4 ünvanda yerləşən bağ evi cavabdeh Roghayeh Hassanzadehin mərhum əri Azimi Einollaha məxsus olmuş, həmin ev Roghayeh Hassanzadeh ilə mərhum Azimi Einolahın birgə nikahları dövründə, 2007-ci ildə əldə edilməklə onların ümumi birgə mülkiyyətində olmuşdur. Həmin şəxslər 1979-cu ildən etibarən rəsmi nikahda olmuşlar və Azimi Einollah vəfat edənədək həmin nikah pozulmamışdır. Həmin şəxslərin birgə nikahlarından X76, X65, X71, X66 adlı uşaqları anadan olmuşdur. xx.xx.2007-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən X20 mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, 137V ünvanda yerləşən bağ evini X22 mükiyyətinə, bağ evinin yerləşdiyi 0.159 ha torpaq sahəsini isə istifadəsinə vermişdir. ünvan 4 ünvanda yerləşən bağ evinə dair ilkin olaraq Azimi Einollahın adına xx.xx.2007-ci il tarixli ********* saylı Çıxarış verilmiş, sonradan həmin Çıxarış xx.xx.2018-ci il tarixli ********** saylı Çıxarışla əvəz edilmişdir. 2017-ci ildə Azimi Einollahın səhhətində problemlər yaranmış, onkoloji xəstəlikdən əziyyət çəkmişdir. 2017-ci ilin ortalarından başlayaraq onun şüurunda da problemlər əmələ gəlmiş, cərrahiyyə əməliyyatından sonra xəstəxanaya yerləşdirilmiş, lakin müalicələrin təsiri olmamış və Azimi Einollah 10 may 2018-ci il tarixdə vəfat etmişdir. Azimi Einollah vəfat etməmişdən əvvəl onun rəsmi nikahda olduğu Roghayeh Hassanzadeh, həmçinin rəsmi nikahdan anadan olmuş övladlarının hamısı daima həmin evə gəlib-getmişlər və Azimi Einollahın ailə üzvləri kimi orada qalmışlar. Azimi Einollahın vəfatından sonra onun vərəsələri öz aralarında miras əmlakların bölünməsi məsələsini həll etmək istəyən zaman məlum olmuşdur ki, mərhum Azimi Einollahın adından xx.xx.2017-ci il tarixdə Sumqayıt şəhəri 4 saylı Notariat X3 560267 saylı etibarnamə vermiş və X60 da həmin etibarnaməyə əsasən Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev137V-ni xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən X56 bağışlamışdır. X25 Einollahın rəsmi nikah olmadan yaşadığı Firəngiz adlı qadından 19 sentyabr 2002-ci il tarixdə anadan olmuşdur. Həmin bağışlama müqaviləsi bağlanarkən saxtakarlığa yol verilmiş, guya Azimi Einollahın həmin vaxt subay olması barədə Nicat Novruzov notariat orqanına ərizə vermiş və bu yolla bağ evinin bağışlanılmasına nail olunmuşdur. Bundan sonra X76, X15, X65, X71, X66 cavabdehlər X40, X54 və üçüncü şəxs Sumqayıt şəhəri 4 saylı Notariat Kontoruna qarşı etibarnamənin, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Qubadlı rayon məhkəməsinə müraciət etmişlər və həmin məhkəmənin xx.xx.2020-ci il tarixli 2(029)-346/2020 saylı qətnaməsi ilə Azimi Einollaha məxsus Sumqayıt şəhəri Novxanı bağ massivi ev 137V-ni X54 bağışlaması haqqında Sumqayıt şəhəri 4 saylı Notariat Kontorunda bağlanmış 16 aprel 2018-ci il tarixli “Daşınmaz Əmlakın bağışlanması müqaviləsi” etibarsız hesab edilmiş və həmin müqaviləyə əsasən X47 adına Sumqayıt şəhəri Novxanı bağ massivi ev 137V-yə dair verilmiş Çıxarış ləğv edilmişdir. Həmin qətnamə qanuni qüvvədə minmiş və Azimi Einollahın Sumqayıt şəhəri Novxanı bağ massivi ev 137V-yə dair mülkiyyət hüququ bərpa edilmiş və adına yeni Çıxarış verilmişdir. Bundan əlavə, Sumqayıt şəhəri Novxanı bağ massivi ev 137V-yə dair X47 adına verilmiş və məhkəmənin qərarı ilə ləğv olunmuş 2018-ci il tarixli Çıxarışda (RX № 1281096) bağ evin mülkiyyətçisi kimi Abbas Əzimi, torpaq sahəsinin mülkiyyətçisi kimi Ağakişi Ağayev qeyd edilmişdir. Halbuki, xx.xx.2007-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən X20 mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, 137V ünvanda yerləşən bağ evini X22 mükiyyətinə, bağ evinin yerləşdiyi 0.159 ha torpaq sahəsini isə istifadəsinə vermişdir. Beləliklə, X47 adına verilmiş Çıxarış ləğv olunmuş və əvvəlki vəziyyət bərpa edilərək Azimi Einollahın adına verilmiş yeni Çıxarışda torpaq sahəsinin dövlət mülkiyyəti olduğuna dair qeyd aparılmışdır. Lakin məhkəmə bu faktları nəzərə almamış və mübahisəyə düzgün hüquqi qiymət verməmişdir.

27. İş materiallarından görünür ki, Ağakişi Ağayev xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. Həmin müddətdən artıq 14 il keçdikdən sonra İddiaçı məhkəməyə müraciət edərək torpaq sahəsinə atasının mülkiyyət hüquququn qeydə alınması barədə tələbləri tamamilə əsassızdır. İddia tələblərinin əsası kimi göstərilir ki, atasının vəfatından sonra o, atasının istifadəsində qalan torpaq sahəsi üzərində vərəsəlik hüquqlarının rəsmiləşdirilməsi ilə bağlı notariusa müraciət etmiş və ona izah olunmuşdur ki, o ilk öncə atasının istifadəsində olan həmin torpaq sahəsi üzərində atasının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi ilə bağlı cavabdeh təşkilata müraciət etməlidir. Lakin iddiaçı bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir, çünki, notariusa heç vaxt müraciət etməmiş, torpaq sahəsinin xx.xx.2007-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən Ağakişi Ağayev tərəfindən X22 istifadəsinə verilməsi barədə məlumatı olmuşdur. Ağakişi Ağayev həmin torpaq sahəsini başqa şəxsin istifadəsinə verməklə artıq öz hüquqlarından imtina etmiş olur. Həmçinin, həmin torpaq sahəsinin üzərində olan bağ evində iddiaçının bacısı Firəngiz Ağayeva, yəni Əzimi Eynullanın qeyrirəsmi arvadı və həmin münasibətdən anadan olmuş övladı Əzimi Abbas yaşayırlar, 2007ci ildə pul müqabilində bağ evinin Əzimi Eynullaya satılması və torpaq sahəsinin istifadəyə verilməsi barədə həm iddiaçının, həm bütün yaxın ailə üzvlərinin məlumatları olmuşdur. xx.xx.2008-ci il tarixdə Ağakişi Ağayev öləndən sonra onun qızı Firəngiz Ağayeva da torpaq sahəsinə vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün müraciət etməmiş, çünki evin və torpağın atası tərəfindən qeyri-rəsmi ər-arvad münasibətlərdə olduğu Əzimi Eynullaya satılması və istifadəsinə verilməsini bilirdi. Məhz üçüncü şəxsin (Əzimi Eynullanın rəsmi nikahda olan həyat yoldaşı) mülkiyyət hüquqlarına mane olmaq üçün Firəngiz Ağayeva qardaşı olan İddiaçı vasitəsilə əsassız iddia tələblərini irəli sürmüşdür. İş materiallarında olan İddiaçı Firəngiz Ağayevaya verdiyi etibarnamə də bu faktları təsdiq edir. İş materiallarından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Firəngiz Ağayevaya verdiyi etibarnamənin müddəti xx.xx.2022-ci ilə kimi müəyyən edilmişdir. Həmin etibarnamə ilə F.Ağayevanın məhkəmə orqanlarında nümayəndə olaraq səlahiyyətləri nəzərdə tutulmamış, lakin məhkəmə tərəfindən qanunsuz olaraq Firəngiz Ağayevaya mübahisəli qərarın surəti təqdim olunmuşdur. Bu da prosessual qanunvericiliyin tələblərinin pozulmasıdır. Xüsusilə də, qərarın təqdim edildiyi vaxt etibarnamənin müddəti də bitmişdir.

28. Məlumdur ki, üçüncü şəxs X15 və onun övladları ilə həyat yoldaşı X22 qeyrirəsmi nikahdakı Firəngiz Ağayeva və həmin nikahdan anadan olmuş X67 arasında uzun müddət bağ evinin geri qaytarılması, ev üzərində əvvəlcə mərhum Azimi Einollahın mülkiyyət hüququnun bərpa edilməsi, daha sonra Roghayeh Hassanzadehin birgə mülkiyyət hüququnun və vərəsəlik hüququnun, həmçinin digər vərəsələrin vərəsəlik hüquqlarının müdafiə olunmasına dair məhkəmələrdə mübahisələr davam edir. Firəngiz Ağayeva və Abbas Əzimi, onların tanışı Nicat Novruzov mütəmadi olaraq üçüncü şəxsin və onun övladlarının mülkiyyət hüquqularını, vərəsəlik hüquqlarını pozmuşlar. Bildiririk ki, Azimi Einollahın mirasına dair 1 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində Notariat ofisində qanun üzrə vərəsəlik müəyyən olunmuş, həmin ev mərhum X63 Hassanzadehin ümumi birgə mülkiyyətlərində olduğundan notariat ofisi tərəfindən həmin evin hissəsinə dair Roghayeh Hassanzadehin adına xx.xx.2022-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamə verilmiş, evin qalan hissəsi Azimi Einollahın miras kütləsinə daxil edilmiş və həmin mirasa dair vərəsəlik müəyyən olunmaqla vərəsələr arasında bölüşdürülmüşdür. Azimi Einollahın rəsmi nikahdan 4 övladı, qeyri-rəsmi nikahdan 1 övladı, cəmi 5 övladı olmuşdur. Bununla da, Azimi Einollahın mirasından pay almaq hüququ olan cəmi 6 vərəsəsi (həyat yoldaşı və övladları) olmuşdur. Evin 50 faiz hissəsi 6 vərəsə arasında bölünmüş, 5 vərəsə öz miras payını qəbul etmiş, 4 vərəsə öz miras paylarını 1 vərəsəyə, yəni Roghayeh Hassanzadehə bağışlamış, Abbas Əziminin payı isə açıq saxlanılmışdır. Roghayeh Hassanzadehin adına verilmiş xx.xx.2022-ci il tarixli Çıxarışa əsasən, həmin evin 11/12 pay hissəsi iddiaçı X8, 1/12 pay hissəsi isə cavabdeh X54 məxsusdur. Ona görə də, Firəngiz Ağayeva və Abbas Əzimi yenə də üçüncü şəxsin mülkiyyət hüquqlarına maneələr yaradılması məqsədi ilə İddiaçı vasitəsilə əsassız olaraq hazırkı iddia tələblərini irəli sürmüşlər. Birinci instansiya məhkəməsi işi həll edərkən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49.4-cü və 66-cı maddəsinin 2-ci bəndinə əsaslanaraq qərar vermişdir. Qərarda qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Məhkəmənin qənaəti tamamilə yanlışdır və mülki, torpaq qanunvericiliyinin normalarının kobud pozulması ilə qərar qəbul etmişdir. İş materiallarından görünür ki, Sumqayıt İnzibati Məhkəməsi özü də Sumqayıt şəhəri, Novxanı bağ massivi, 137V ünvanında yerləşən bağ evinin mübahisəli torpaq sahəsində yaxud kənarında yerləşməsini müəyyən etmək üçün xx.xx.2022-ci il tarixdə ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquq şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə sorgu göndərmişdir. Həmin sorğuya cavab olaraq AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquq şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş 05 iyul 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 137V ünvanında yerləşən bağ evi “Bağ sahəsinin və tikintilərin uzunmüddətli icarəyə verilməsi üçün” 4309 saylı müqavilə ilə Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Bağ təsərrüfatı sahəsi tərəfindən X14 icarəsinə verilmiş torpaq sahəsində yerləşir. Göründüyü kimi, məhkəmə özü də AR Torpaq Məcəlləsinin 88-ci maddəsinin tələblərinə müvafiq olaraq mübahisəli torpaq sahəsinin bağ evi ilə əlaqəli olub-olmamasını müəyyənləşdirir və mütəxəssisin rəyinə zidd olaraq tamamilə qanunsuz qərar qəbul edir. Məhkəməyə sorğu əsasında daxil olmuş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakn dövlət reyestrindən” çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 137V 11/12 hissədə Hassanzadeh Roghayehin xüsusi mülkiyyətindədir, 1/12 hissədə isə açıq pay kimi qalmışdır. Həmin Çıxarışda da torpaq sahəsinin mülkiyyət növü hissəsində “dövlət” olaraq qeyd edilmişdir. Beləliklə, məhkəmənin mövqeyindən “göründüyü kimi qanunvericilik torpaq sahəsinin xarici fiziki və ya hüquqi şəxslərə satılmasını qadağan edir” sözləri formal mülahizədir və heç bir sənədə əsaslanmır. Torpaq sahəsinin satılması barədə heç yerdə qeyd edilməmiş, yalnız üzərində tikilən bağ evinin satılması barədə müqavilə bağlanmış və müvafiq olaraq torpaq sahəsindən istifadə hüququnun əcnəbiyə keçməsi barədə qeydlər aparılmışdır. Yuxarıda göstərdikləri kimi, xx.xx.2007-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən X20 mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, 137V ünvanda yerləşən bağ evini X22 mükiyyətinə, bağ evinin yerləşdiyi 0.159 ha torpaq sahəsini isə istifadəsinə vermiş və bununla əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestrində müvafiq qeydiyyat aparılmışdır. Yəni, qüvvədə olan ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci iltarixli Çıxarışda həmin torpaq sahəsinin dövlət mülkiyyətində olması qeyd edilmişdir. Birinci instansiya məhkəməsi isə bu faktları və sübutları bilərəkdən görməzdən gəlib və qanunsuz, əsassız qərar qəbul etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

29. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz təqdim etmiş, etirazı onunla əsaslandırmışdır ki, şikayətin birinci dəlili tamamilə əsassızdır. Belə ki, apellyasiya şikayətində də qeyd edildiyi kimi Hassanzadeh Roghayeh məhkəmənin müvafiq qərardadı ilə üçüncü şəxs qismində işə cəlb edilmişdir. Eləcə də digər proses iştirakçıları kimi yəgin ki, məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmışdır. Apellyasiya şikayətinin 2-ci dəlili ilə bağlı qeyd edirlər ki, ünvan 6 ünvanında yerəşən bağ evi iddiaçının atası X18 məxsus olmuşdur. Belə ki, sözügedən bağ evinin yerləşdiyi 0,16 ha torpaq sahəsi Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Bağ təsərrüfatı sahəsi ilə bağlanmış 25 iyun 2004-cü il tarixli, 4309 saylı Müqaviləyə əsasən 10 il müddətinə iddiaçının atası A.Ağayevin istifadəsinə verilmişdir. Bundan sonra İddiaçı atası tərəfindən həmin sahədə bir neçə tikili tikilmişdir. Tikilmiş tikililərdən-bağ evindən birinin ümumi sahəsi 45,52 kv.m, digəri isə 3 mərtəbəli yaşayış binası olmuşdur. Hazırkı iş üzrə üçüncü şəxs Hassanzadeh Roghayenin əri Əzimi X2 Ağayeva ilə faktiki nikah münasibətlərində olmuş və birgə nikahlarından bir övladları-X67 doğulmuşdur. 2007-ci il tarixdə Əzimi Eynullah bildirmişdir ki, Azərbaycanda 5 illik oturum icazəsi almaq üçün onun mülkiyyətində daşınmaz əmlakın olması zəruridir. Bu səbəblə iddiaçının atası A.Ağayev Ə.Eynullah ilə alğı-satqı müqaviləsi bağlayaraq, ümumi sahəsi 45,52 kv.m olan bağ evini Ə.Eynullaha satmışdır. Sözügedən alğı-satqı müqaviləsi bağlanılarkən Əzimi Eynullah tərəfindən Ağakişi Ağayevə hər hansı bir məbləğdə pul ödənilməmişdir. Ağakişi Ağayev 2008-ci il tarixdə vəfat etmişdir. 2007-ci il tarixdə Əzimi Eynullahla bağlanmış alğı-satqı müqaviləsindən də göründüyü kimi Əzimi Eynullaha yalnız 45,54 kv.metrlik bağ evi satılmışdır. Məhkəməyə təqdim edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı Çıxarışdan, eləcə də X99 Pasportundan da göründüyü kimi ünvan 6 ünvanındakı 167,1 kv.m Bağ Evinin mülkiyyətçisi Əzimi Eynullah, 0,159 ha torpaq sahəsinin mülkiyyətçisi isə X13r. Apellyasiya şikayətində qeyd olunan guya Azimi Einollahın psixi durumunda olan problemlərə görə öz hərəkətlərinin mənasını başa düşməməsi barədə qeyd olunanların da hər hansı bir əsası yoxdur və həmin fikirlər həqiqəti əks etdirmir. Belə ki, Azimi Einollah hər hansı bir psixi xəstəlikdən əziyyət çəkməmiş, eləcə də onun psixiloji durumunda hər hansı bir problem olmamışdır. Azimi Einollah 17 dekabr 2017-ci il tarixli, 560267 saylı etibarnaməni verərkən də etdiyi hərəkətlərin mənasını şüurlu şəkildə başa düşmüşdür. Bundan başqa Azimi Einollah etibarnamə verdiyi vaxtdan vəfat edənədək dəfələrlə İran İslam Respublikasına gedib gəlmişdir ki, psixi xəstəliyi olan hər hansı bir şəxsin müstəqil şəkildə bir ölkədən başqa bir ölkəyə gedib-gəlməsi mümkün olmazdı. Bundan başqa yuxarıda qeyd etdiklərindən də aydın olur ki, mübahisəli bağ evi formal olaraq Əzimi Eynullahın mülkiyyətində olmuş, eləcə də müvafiq razılaşma və mübahisəli bağ evinin əsl mülkiyyətçisi X10 iradəsi əsasında nəvəsi X56 bağışlanmışdır. Bu baxımdan hesab edirlər ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 137V ünvanında yerləşən bağ evinin guya müxtəlif şəxslər tərəfindən ələ keçirilməsi ilə bağlı qeyd olunan fikirlərin əsassız olduğu müəyyən edilir. O ki, qaldı Nicat Novruzovun guya notariusu aldadaraq, Azimi Einollahın evli olduğunu biləbilə subay olduğunu bildirməsinə, bu fikirlərin də hər hansı bir əsası yoxdur. Belə ki, bildirildiyinə görə X96 İslam Respublikasındakı həyat yoldaşından boşandığını, subay olduğunu özü dəfələrlə bildirmişdir. Bundan başqa Azimi Einollah vəfat etməmişdən əvvəl onun rəsmi nikahda olduğu Roghayeh Hassanzadehin, həmçinin rəsmi nikahdan anadan olmuş övladlarının hamısının daima Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 137V ünvanında yerləşən bağ evinə gəlib-getmələri və orada yaşamaları barədə qeyd olunan fikirlər də tamamilə əsassızdır və həqiqəti əks etdirmir. Daha sonra üçüncü şəxs apelyasiya şikayətinin 3-cü dəlilində İddiaçı vərəsə olmamasını, onun heç vaxt notariat orqanına müraciət etmədiyini, hazırkı iddia tələbinin əslində iddiaçının bacısı X24 vasitəsilə irəli sürüldüyü kimi tamamilə əsassız fikirlər səsləndirilmişdir. Belə ki, iddiaçının atası X20 xx.xx.2008-ci il tarixdə vəfat etdikdən sonra İddiaçı notariat orqanına müraciət edərək, atasından qalmış mirasın qəbul edilməsi ilə bağlı iradə ifadəsini bildirmiş və A.M.Ağayevin vərəsəsi kimi tanınaraq ondan qalmış miras əmlakı əldə etmişdir. Qeyd olunanları təsdiq edəcək müvafiq sənəd apellyasiya şikayətinə etiraza əlavə edilmişdir. Apellyasiya şikayətinin 4-cü dəlili ilə bağlı bildirirlər ki, hazırkı iş üzrə üçüncü şəxs Roqhieh Hassanzadeh və digərləri tərəfindən ünvan 6 ünvanındakı bağ evinə dair bir sıra məhkəmə mübahisələri açılmışdır. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin icraatında iddiaçılar Ali Azimi, Zahra Azimi, Reza Azimi, Leila Azimi və Roghayeh Hassanzadehin cavabdehlər X27, iddiaçıya (X56) və qeyrilərinə qarşı “bağışlama müqaviləsinin hissəvi etibarsız hesab edilməsi, torpaqdan istifadə hüququnun və evin hissəsinə vərəsəlik hüququnun tanınması, evə köçürmə, evdən və torpaq sahəsindən istifadəyə maneçilik törədilməsinin cavabdehlərə qadağan edilməsi, yaşayış sahəsindən istifadə hüququnun etibarsız hesab edilməsi və mənzildən çıxarma barədə” iddiaları ilə bağlı 2(060)-9286/2019 saylı mülki iş olmuşdur. İddiaçılar sözügedən iddia ilə məhkəməyə müraciət edərək, Azimi Einollah tərəfindən Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 137V ünvanında yerləşən bağ evinin cavabdeh Əzimi Əbbasa hədiyyə edilməsinə dair 16 aprel 2018-ci il tarixli 4Ə-692 reyestr nömrəli bağışlama müqaviləsinin bağ evinin 5/10-na aid hissədə ləğv edilməsinə, iddiaçıların hər birinin həmin evin 1/10 hissəsinə və torpaqdan istifadə hüququnun 1/10 hissəsinə vərəsəlik hüquqlarının tanınmasına, evə köçürülmələrinə, evdən və torpaq sahəsindən istifadələrinə maneçilik törədilməsinin cavabdehlərə qadağan edilməsinə, cavabdeh X24 yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsinə və onun bağ evindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. Sumqayıt Şəhər Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(060)-9286/2019, sədrlik edən hakim (A.İsmayılov) iddiaçılar Ali Aziminin, Zahra Aziminin, Reza Aziminin, Leila Aziminin, Roghieh Hassanzadehin cavabdehlər X54. X49ma, üçüncü şəxslər Sumqayıt 4 saylı Notariat konturuna və DƏDRX-nin Sumqayıt şəhər Ərazi İdarəsinə qarşı “bağışlama müqaviləsinin hissəvi ləğv edilməsi, çıxarışın ləğv edilməsi, torpaqdan istifadə hüququnun və evin hissəsinə vərəsəlik hüququnun tanınması, evə köçürmə, evdən və torpaq sahəsindən istifadəyə maneçilik törədilməsinin cavabdehlərə qadağan edilməsi, yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi və evdən çıxarma tələbinə dair” iddia tələblərinin rədd edilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli qətnaməsindən iddiaçıların nümayəndəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsində işə baxılarkən mülki iş üzrə icraat bir neçə əsasla dayandırılmışdır. Bundan əlavə iddiaçılar X72, X19, X65, X71 və X66 tərəfindən cavabdehlər X44, X56 və üçüncü şəxs Sumqayıt şəhəri, 4 saylı Notariat Kontoruna qarşı “etibarnamənin, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair” iddia ərizəsi ilə Qubaqdlı Rayon Məhkəməsinə müraciət edilmişdir. Qubadlı Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (s/e V. Ruvinov, iş № 2(028)-346/2020) iddiaçıların iddialarının qismən təmin edilməsi, iddiaçılar X61, X9, X50, X57 və X51 Sumqayıt şəhəri, 4 saylı Notariat Kontorunda Azimi Einollah tərəfindən X44 verilmiş xx.xx.2017-ci il tarixli, 560267 saylı etibarnamənin etibarsız hesab edilməsi barədə iddia tələbinin təmin edilməməsi, Azimi Einollaha məxsus Sumqayıt şəhəri, Novxanı Bağ massivi, ev 137Vnin X56 bağışlaması haqqında Sumqayıt şəhəri, 4 saylı Notariat Kontorunda bağlanmış 16 aprel 2018-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin etibarsız hesab edilməsi və həmin müqaviləyə əsasən X47 adma Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 137V-yə dair verilmiş çıxarışın ləğv edilməsi qət edilmişdir. Həmin qətnamədən X60 tərəfindən apellyasiya şikayəti verilərək, Qubadlı Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli qətnaməsinin qismən - iddia tələblərinin təmin edildiyi hissədə ləğv edilməsinə, iddia tələblərinin bütünlüklə rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 18 mart 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən T.O. Quliyev, hakimlər G.F. Tağızadə və L.M. Məmmədova, iş № 2(105)-755/2021) apellyasiya şikayətinin təmin edilməməsi, Qubadlı Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli, 2(028)-346/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin 18 mart 2021-ci il tarixli qətnaməsindən cavabdehlər X60 və X67 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın xx.xx.2021-ci il tarixli qərarı ilə (s/e A. Abbasov, iş №2(102)-4174/2021) kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)-755/2021 nömrəli, 18 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Sumqayıt Şəhər Məhkəməsinin 18 dekabr 2019 cu il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti ilə bağlı mülki iş üzrə icraat təzələnmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 27 aprel 2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən S.A. Qafari, hakimlər Ş.R. Abasov və T.Q. Məmmədov, iş № 2(105)- 43/2022) iddiaçılar Ali Azimi, Zahra Azimi, Leila Azimi, Reza Azimi, Roghieh Hassanzadehin apellyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, iddiaçı Roghieh Hassanzadehin Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 137V ünvanında yerləşən bağ evinə köçürülməsi, iddia tələblərinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli qətnaməsindən iddiaçılar Ali Azimi, Zahra Azimi, Leila Azimi, Reza Azimi, Roghieh Hassanzadeh tərəfindən verilmiş apelyasiya şikayəti “vərəsəlik, hüquqlarının tanınması, evə köçürülmələri, evdən və torpaq sahəsindən istifadələrinə maneçilik törədilməsinin cavabdehlərə qadağan edilməsi, cavabdeh X24 yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi və X24 bağ evindən çıxarılması ” hissələrində təmin edilməmiş, həmçinin Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Ali Azimi, Zahra Azimi, Leila Azimi, Reza Azimi. Roghieh Hassanzadeh tərəfindən kassasiya şikayəti verilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2022-ci il tarixli qətnaməsindən X67 tərəfindən kassasiya şikayəti verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (iş № e-2(060)- 187/2023, sədrlik edən hakim G.Tağızadə) iddiaçı X43 cavabdehlər X16, 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və miras payın bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğvi, miras əmlaka vərəsəlik hüququnun tanınaraq, müvafiq vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddiasının qismən təmin edilməsi, 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin notariusu X58 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin və Mülkiyyət hüququ haqqında Şəhadətnamənin, xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə və Mülkiyyət hüququ haqqında Şəhadətnamə əsasında xx.xx.2022-ci il tarixdə həmin notarius tərəfindən təsdiq edilmiş “Miras payın bağışlanması Müqaviləsi”nin etibarsız hesab edilmələri, cavabdeh X5 adına verilmiş mülkiyyət hüququnu təsdiq edən xx.xx.2022-ci il tarixli Çıxarışın (müvafiq qeydiyyat yazısının) ləğv edilməsi və Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 137V ünvanında yerləşən bağ evinə iddiaçı X47 vərəsəlik hüququnun tanınması, iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdeblər X17, X77, X73, X68, X42 müştərək qaydada alınaraq iddiaçı X54 ödənilməsi, iddia tələbinin müvafiq qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin verilməsinə dair hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli qətnaməsindən cavabdeh X5 nümayəndəsi tərəfindən apellyasiya şikayəti verilmişdir və mülki iş hazırda Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın icraatındadır. Yuxarıda sadalanan bütün məhkəmə mübahisələri Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 137V ünvanında yerləşən bağ evi ilə bağlıdır və həmin mübahisələrdə qeyd olunan ünvandakı torpaq sahəsi mübahisə predmeti deyildir. Apellyasiya şikayətinin 5-ci dəlili ilə bağlı qeyd edilmişdir ki, AR Torpaq Məcəlləsinin 49.4-cü maddəsinə əsasən xarici hüquqi və fiziki şəxslərə torpaq sahələrinin vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçən mülkiyyət hüququ bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun özgəninkiləşdirilir. Xarici hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu qanunvericiliyə uyğun özgəninkiləşdirmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsini bu Məcəllədə nəzərdə tutulmuş qaydada məcburi satın alır. Həmin Məcəllənin 86.4-cü maddəsinə əsasən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə torpaqlar yalnız icarə hüququnda verilə bilər. Göründüyü kimi qanunvericilik torpaq sahəsinin xarici fiziki və ya hüquqi şəxslərə satılmasını qadağan edir. Bundan başqa iddiaçının mərhum atasının həmin torpaq sahəsinə icarə hüququ “Bağ sahəsinin və tikintilərin uzunmüddətli icarəyə verilməsi üçün” 4309 saylı, 25 iyun 2004-cü il tarixli müqavilə əsasında yaranmışdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8.0 və 8.0.7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2007- ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış əsas hesab olunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçıhq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi tamamilə əsaslı olaraq iddiaçıya torpaq sahəsi ayrılarkən heç bir qanun pozuntusuna yol verilmədiyini və iddiaçının bu torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasını tələb etməsinin qüvvədə olan qanunverciliyə uyğun olduğunu qeyd edərək, cavabdeh idarənin onun müraciətini təmin etməməsini əsaslı hesab etməmişdir. Üçüncü şəxsin Torpaq Məcəlləsinin 88-ci maddələrinin müddəalarına istinad etməsini də əsassız hesab edirlər. Belə ki, yuxarıda da qeyd edildiyi kimi əvvəla bağlanmış alğı-satqı müqaviləsindən də göründüyü kimi torpaq sahəsi Əzimi Eynullaha icarəyə verilməmişdir. İkincisi isə daşınmaz Əmlakın Dövlət reyestrində aparılmış 2018-ci il tarixli qeydiyyat yazısına əsasən torpaq sahəsi Ağakişi Ağayevin mülkiyyətindədir. Apelyasiya şikayətindəki AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquq şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş 05 iyul 2022-ci il tarixli mütəxəssis rəyinə istinad edilməsini də yuxarıda qeyd etdikləri dəlillərə əsasən əsassız hesab edirlər. Daha sonra üçüncü şəxs ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakn dövlət reyestrindən” çıxarışa istinad etmişdir ki, əvvəla həmin Çıxarışa üçüncü şəxsin dəlillərinin əsası kimi istinad edilə bilməz. İkincisi isə sözügedən Çıxarış Sumqayıt Şəhər Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli qətnaməsi ilə ləğv edilmişdir. Qeyd olunanlardan da, görünür ki, üçüncü şəxs Hassanzadeh Roghayev tərəfindən verilmiş apellyasiya şikayəti təmamilə əsassızdır və təmin edilməməlidir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

30. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etdi.

31. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etirazın dəlillərinə uyğun izahat verərək təmin edilməməsini xahiş etdi.

32. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X52 apellyasiya şikayətinin təmin edilməməsini xahiş edərək izahatında bilirdi ki, birinci instansiya məhkəməsinin qərarı tamamilə qanuni və əsaslıdır. Hər hansı qanunsuzluq müəyyən etsəydilər özləri apellyasiya şikayəti verərdilər.

TƏTBİQ EDİLƏN HÜQUQ

33. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

34. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra—dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir; 2.0.2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır; (-).

35. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi” 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. DƏDKR-in fəaliyyət istiqamətləri 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; (-).

36. “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

37. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. (-). Maddə 9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-).

38. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 saylı Fərmanı (Azərbaycan Respublikası Prezidentinin 07 aprel 2022-ci il tarixli 1655 saylı Fərmana əsasən edilmiş dəyişikliklə yeni redaksiyada) ...“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilsin (əlavə olunur). Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı;

39. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarxli 4 nömrəli Qərarı

40. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

41. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.

42. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

43. Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir.

44. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir:

45. Hazırkı mübahisənin predmetini cavabdehin Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 137V ünvanındakı 0,159 ha torpaq sahəsi üzərində atası X14 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası təşkil edir.

46. Cavabdehin iddiaçının müraciətindən imtina etməsinin əsasını torpaq sahəsi üzərində mübahisəli halın olması təşkil etmişdir.

47. Üçüncü şəxsin apellyasiya şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, Ağakişi Ağayev mübahisəli torpaq sahəsini başqa şəxsin istifadəsinə verməklə artıq öz hüquqlarından imtina etmişdir, torpaq sahəsi dövlətin mülkiyyətinə keçmişdir.

48. Məhkəmə kollegiyası üçüncü şəxsin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir:

49. İşin araşdırılmış halları ilə müəyyən olunur ki, “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi üçün” 4309 nömrəli, 25 iyun 2004-cü il tarixli müqaviləsi əsasında Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən və sahəsi 0.16 ha olan torpaq sahəsi X14 icarəsinə verilmiş, 0.159 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilən bağ evi MH seriyalı, ******* saylı, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakn dövlət reyestrindən” çıxarışa əsasən 01 noyabr 2006-cı il tarixdə tam mülkiyyət hüququ üzrə X11 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Göründüyü kimi mübahisəsi gedən 0.159 ha torpaq sahəsi üzərində iddiaçının mərhum atası X11 adına 01 noyabr 2006-cı il tarixdə ilkin qeydiyyat aparılmışdır.

50. Daha sonra X20 2007-ci ildə alğı-satqı qaydasında Sumqayıt şəhəri, Novxanı Bağ massivində yerləşən 137V nömrəli bağ evini X6, 0,159 ha torpaq sahəsini isə alıcının istifadəsinə vermiş, buna müvafiq olaraq MH seriyalı, ******* saylı, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakn dövlət reyestrindən” çıxarışa əsasən Sumqayıt şəhəri, Noxanı bağ massivində yerləşən 137V nömrəli bağ evi tam mülkiyyət hüququ ilə Əzimi Eynullanın adına daşınmaz əmlakın dövlət reyestrində 17 may 2007-ci il tarixdə qeydiyyata alınmışdır. Sözügedən alğı-satqı müqaviləsindən görünür ki, 0.159 ha torpaq sahəsi alğı-satqı predmeti olmamış, X28 istifadəsinə verilmişdir.

51. İş materiallarından görünür ki, Əzimi Eynullahın adına olan 17 may 2007-ci il tarixli çıxarış 09 fevral 2018-ci il tarixli çıxarışla əvəz edilərkən bağ evi Azimi Einollahın xüsusi mülkiyyəti kimi qeyd edilmiş, 0.159 ha torpaq sahəsinə münasibətdə isə inzibati orqan yanlışlığa yol verərək torpaq sahəsini dövlət mülkiyyəti kimi göstərmişdir. Halbuki, işin yuxarıda qeyd olunan hallarından göründüyü kimi, mübahisəli torpaq sahəsi 01 noyabr 2006-cı il tarixdə X11 adına tam mülkiyyət hüququ ilə qeydiyyata alınmış və daha sonra 2007-ci ildə o, torpaq sahəsini deyil, yalnız bağ evini alğı-satqı qaydasında satmışdır. Daha sonra bağ evi 16 aprel 2018-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən X56 bağışlanıb, 20 aprel 2018-ci il tarixdə X56 müvafiq çıxarış verilən zaman həmin çıxarışda Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 137V X43 xüsusi mülkiyyəti kimi, həmin bağ evinin yerləşdiyi 0,159 ha torpaq sahəsi isə inzibati orqanın yanlışlığı ilə təkrarən dövlət mülkiyyəti kimi göstərilmişdir. İşdən görünür ki, inzibati orqan 18 gün sonra, yəni 07 may 2018-ci il tarixdə öz səhvini düzəldərək, Sumqayıt şəhəri, Novxanı Bağ massivində yerləşən 137V nömrəli bağ evini X47 xüsusi mülkiyyəti, 0.159 ha torpaq sahəsini isə X11 xüsusi mülkiyyəti kimi göstərmişdir.

52. 10 may 2018-ci il tarixdə vəfat etmiş X22 ölümündən sonra vərəsələri arasında çoxsaylı məhkəmə mübahisələri olmuş, X67 ilə üçüncü şəxs Hassanzadeh Roghayeh arasında yaranmış məhkəmə mübahisələri çərçivəsində Qubadlı Rayon Məhkəməsinin qətnaməsi ilə 16 aprel 2018-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” əsasında verilmiş 07 may 2018-ci il tarixli çıxarış ləğv edilmişdir. Qubadlı Rayon Məhkəməsinin müvafiq qətnaməsindən görünür ki, iddiaçılar X76, X15, X64, X71, X38 iddia tələbi Sumqayıt şəhəri, 4 saylı Notariat Kontorunda Azimi Einollah tərəfindən X44 verilmiş 17 dekabr 2017-ci il tarixli, 560267 saylı etibarnamənin, Azimi Eionollaha məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 137V-nin X54 bağışlaması haqqında Sumqayıt şəhəri 4 saylı Notariat kontorunda bağlanmış 16 aprel 2018-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” etibarsız hesab edilməsi və həmin müqaviləyə əsasən X43 adına Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 137V-yə dair verilmiş çıxarışın ləğv edilməsi olmuş, 0.159 ha torpaq sahəsi mübahisə predmeti olmamışdır.

53. 07 may 2018-ci il tarixli çıxarış məhkəmə qətnaməsi əsasında ləğv edildikdən sonra inzibati orqan torpaq sahəsinə münasibətdə yenidən eyni yanlışlığı təkrarlayaraq 25 noyabr 2021-ci il tarixli və 10 fevral 2022-ci il tarixli çıxarışlarda 0.159 ha torpaq sahəsini dövlət mülkiyyəti kimi göstərmişdir.

54. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarxli 4 nömrəli Qərarının 17-ci bəndində qeyd edilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alğı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquqmüəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülkihüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülkihüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.

55. Hazırkı halda, yuxarıda qeyd olunan hallardan göründüyü kimi mübahisə predmeti olan 0.159 ha torpaq sahəsinin dövlət mülkiyyəti olaraq qeydə alınması inzibati orqanın təqsirli hərəkətidir. Belə ki, qeyd olunan çıxarışlardan göründüyü kimi, torpaq sahəsi 2006-cı ildə X11 adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmış, müvafiq alğı-satqı, bağışlama müqavilələrinin, X28 vərəsələri arasında olmuş məhkəmə mübahisələrinin isə predmeti olmamışdır. Müvafiq çıxarışların, bağışlama müqaviləsinin ləğvi də məhz bağ evinə münasibətdə həyata keçirilmişdir.

56. Qeyd olunmalıdır ki, müvafiq hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar qəbul olunarkən həmin tələblər nəzərə alınmalıdır.

57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin cavabdeh orqan tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.”

58. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz.

59. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmir.

60. Eyni zamanda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

61. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hazırkı tələblə müraciət etməkdə məqsədi “Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 137V ünvanındakı 0,159 ha torpaq sahəsi üzərində atası X14 adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ əsasında 01 noyabr 2006-cı il tarixdə aparılmış qeydin bərpa edilməsi və bu barədə müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” olsa da, ərizəsində bunu qeyd etmədiyindən, kollegiya hesab edir ki, “Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 137V ünvanındakı 0,159 ha torpaq sahəsi üzərində iddiaçının mərhum atası X14 adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ əsasında 01 noyabr 2006-cı il tarixdə aparılmış qeydin bərpa edilməsi, bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

62. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

63. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7, 87.6, 89-cu və 90.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 2-1(118)-1362/2022 nömrəli qərarı dəyişdirilsin. “Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 137V ünvanındakı 0,159 ha torpaq sahəsi üzərində iddiaçının mərhum atası X14 adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ əsasında 01 noyabr 2006-cı il tarixdə aparılmış qeydin bərpa edilməsi və müvafiq çıxarışın verilməsi” öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar