Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-31/2025 28.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 və digərlərinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsinə birgə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi, daşınmaz əmlaka dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi) Sədrlik edən və məruzəçi hakim X6, hakimlər Məmmədov Zaur İkram oğlu və Əzizova Vəfa Ehtiram qızından ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, Birgə iddiaçı və birgə iddiaçıların nümayəndəsi İddiaçı1, X1 iştirakları ilə, İddiaçı1 və digərlərin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı torpaq sahəsinə birgə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi, daşınmaz əmlaka dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)- 302/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları JN 0043, KOD 30112018 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2000-ci il tarixli 08/03 saylı Qərarı ilə X3 və onun ailə üzvlərinə 5.85 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə ayrılmışdır. Cavabdehin imtinasından görünür ki, 0043 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı"nın 43 Z nömrəli planşetində göstərilən 10308.00 kv.m torpaq sahəsi faktiki olaraq elektron məlumat bazasında olan xəritə üzərində və torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) azalaraq 0.86 ha ölçüdə öz əksini tapmışdır. Cavabdehin mütəxəssis rəyindən görünür ki, JN 0043 KOD 30112018 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktın 43Z planşet nömrəli hissəsində qeyd edilmiş 1.0308 ha torpaq sahəsindən iddiaçının faktiki istifadəsində olan hissəsi 0.7204 ha ölçüdə təşkil edir. X12 göstərilən 43Z planşet nömrəli torpaq sahəsinin 0.7204 ha hissəsinə çatışmayan 0.3104 ha hissəinin 0.1396 ha hissəsi TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasında iddiaçının və onun ailə üzvlərinin xüsusi mülkiyyəti kimi uçota alıınmışdır, lakin azalan digər 0,1708 ha hissəsini torpaq sahəsinin hansı hissədən azaldığını müyyən etmək mümkün olmamışdır. Cavabdehin məlumatından görünür ki, 43 Z nömrəli planşetində göstərilmiş 10308.00 kv.metr torpaq sahəsinin 0.7204 hektar və 0.1396 hektar torpaq sahələri istisna olmaqla, yerdə qalan torpaq sahəsi naturada ümumiyyətlə mövcud deyildir, başqa şəxslərin istifadəsində yoxdur və başqa şəxslərin adlarına dövlət reyestrində qeydə alınmamışdır. Qeyd: İddiaçının iddia elədiyi 43 Z plənşet nömrəli torpaq sahəsi TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasında 0.17 hektar azalma ilə 0.86 hektar ölçüdə uçota alınmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə elektron məlumat bazasında olan xəritədə və torpaqların elektron kadastr uçotu informasiya sistemində yol verilmiş yanlışlıqların aradan qaldırılaraq ailə üzvlərinin adlarına olan JN:0043 KOD ********* saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 43 Z nömrəli planşetində göstərilmiş 10308.00 kv.metr sahəyə malik torpaq sahəsinə ailə üzvlərinin adına mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2000ci İl tarixli 08/03 saylı qərarına əsasən ona və ailə üzvlərinə Qusar rayonunun Düztahir kəndi ərazisindən 5,85 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN:0043 KOD 301 120188 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə təsdiq olunmuşdur. Həmin 5,85 ha torpaq sahəsi bir neçə müxtəlif ərazilərdə yerləşir və hər ərazidəki torpaq sahəsi həmin Dövlət Aktının ayrıca planşetlərində əks olunmuşdur. Həmin 5,85 ha torpaq sahəsi artıq 25 ilə yaxın qanuni mülkiyyətdə və istifadədədir. Bu yaxınlarda JN:0043 KOD ********* saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 43 Z nömrəli planşetində göstərilmiş 10308.00 kv.metr sahəyə malik torpaq sahəsinə ailə üzvlərinin adına mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış almaq üçün cavabdehə ərizə ilə müraciət etmişdir. Cavabdeh həmin torpaq sahəsinə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verməkdən imtina etmişdir. Cavabdeh imtinanı belə əsaslandırmışdır ki, “JN:0043 KOD ********* saylı Dövlət Aktının 43 Z nömrəli planşetində göstərilən 10308.000 kv.metr torpaq sahəsi faktiki olaraq elektron məlumat bazasında olan xəritə üzərində və torpaqların elektron kadastr uçotu informasiya sistemində azalaraq 0,86 ha ölçüdə öz əksini tapmışdır”. Cavabdeh bunu əsas tutaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2, 11.2 və 15-ci maddələrinə istinad edərək onların adlarına JN:0043 KOD ********* saylı Dövlət Aktının 43 Z nömrəli planşetində göstərilən 10308.000 kv.metr torpaq sahəsinə çıxarış verməkdən imtina etmişdir. Cavabdehin həmin imtinası ilə razı deyil, həmin imtina əsassızdır. Belə ki, JN:0043 KOD ********* saylı Dövlət Aktının 43 Z nömrəli planşetində göstərilən 10308.000 kv.metr torpaq sahəsi Dövlət Aktına uyğun faktiki olaraq yerində 10308.000 kv.metr ölçüdə istifadələrindədir. JN:0043 KOD ********* saylı Dövlət Aktı 10308.000 kv.metr ölçüdə olan həmin torpaq sahəsinə mülkiyyət hüquqlarını təsdiq edən sənəddir. Cavabdehin elektron məlumat bazasında olan xəritə üzərində və torpaqların elektron kadastr uçotu informasiya sistemində həmin torpaq sahəsinin Dövlət Aktına uyğun və faktiki yerində mövcud olan 10308.000 kv.metr ölçüsünün niyə azaldılaraq 0,86 ha göstərilməsi aydın deyildir. Həmin torpaq sahəsinin elektron məlumat bazasında olan xəritə üzərində və torpaqların elektron kadastr uçotu informasiya sistemində azaldılaraq 0,86 ha ölçüdə göstərilməsi əsassızdır və cavabdeh tərəfindən yol verilmiş yanlışlıqdır. Ona görə də cavabdehin elektron məlumat bazasında olan xəritə üzərində və torpaqların elektron kadastr uçotu informasiya sistemində yol verilmiş həmin uyğunsuzluq cavabdeh tərəfindən aradan qaldırılmalı və JN:0043 KOD ********* saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 43 Z nömrəli planşetində göstərilmiş 10308.00 kv.metr sahəyə malik torpaq sahəsinə, elə 10308.000 kv.metr ölçüdə, ailə üzvlərimin adına mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməlidir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, 0043 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı"nın 43 Z nömrəli planşetində göstərilən 10308.00 kv.m torpaq sahəsi faktiki olaraq elektron məlumat bazasında olan xəritə üzərində və torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) azalaraq 0.86 ha ölçüdə öz əksini tapmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-302/2024 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, JN:0043 KOD ********* saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 43 Z nömrəli planşetində göstərilmiş 1.0308 ha torpaq sahəsinin faktiki istifadədə olan 0.7204 ha torpaq sahəsinə dair dövlət aktında adları qeyd edilmiş şəxslərin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır (hakim İsmayıl Quliyev). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbi 0.7204 ha torpaq sahəsinə münasibətdə təmin edilə bilər. İddiaçının paylı mülkiyyət hüququ ilə sahib olduğu torpaq sahəsi ilə bağlı verilmiş dövlət aktı mülkiyyət hüququnu təsdiq edən sənəd hesab edilir. Həmin sənəd isə hazırda qüvvədə olan qanunvericiliyə əsasən yeni qaydalarla mülkiyyət hüuqunun dövlət reystrində qeydə alınması üçün əsas təşkil edir. Lakin iddiaçının faktiki istifadəsində sənəd üzrə qeyd ediləndən az torpaq sahəsi olduğu üçün, iddia ancaq iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə münasibətdə təmin edilə bilər. Hazırkı iddianın qismən təmin edilməsi dövlət aktı ilə iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinin digər hissəsi ilə bağlı tələblər irəli sürməsinə mane deyil. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qərarı qanunvericiliyin tələbləri və işin faktiki halları ilə düzgün əsaslandırılmamışdır. Belə ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2000-ci İl tarixli 08/03 saylı qərarına əsasən ona və ailə üzvlərinə Qusar rayonunun Düztahir kəndi ərazisindən 5,85 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə mülkiyyət hüquqları Dövlət Torpaq və xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN:0043 KOD ********* saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə təsdiq olunmuşdur. Həmin 5,85 ha torpaq sahəsi bir neçə müxtəlif ərazilərdə yerləşir və hər ərazidəki torpaq sahəsi həmin Dövlət Aktının ayrıca planşetlərində əks olunmuşdur. Həmin 5,85 ha torpaq sahəsi artıq 25 ilə yaxın qanuni mülkiyyətində və istifadəsindədir. JN:0043 KOD ********* saylı Dövlət Aktı 10308.000 kv.metr ölçüdə olan həmin torpaq sahəsinə mülkiyyət hüquqlarını təsdiq edən əsas sənəddir. Lakin məhkəmə həmin sənədin heç bir qaydada etibarsız hesab edilmədiyi, qüvvədən düşmədiyi halda, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritə üzərində və torpaqların elektron kadastr uçotu informasiya sistemində həmin torpaq sahəsinin Dövlət Aktına uyğun və faktiki yerində mövcud olan 10308.000 kv.metr ölçüsünün niyə azaldılaraq 0,86 ha göstərilməsinə və həmin torpaq sahəsinin elektron məlumat bazasında olan xəritə üzərində və torpaqların elektron kadastr uçotu informasiya sistemində azaldılaraq 0,86 ha ölçüdə göstərilməsi ilə bağlı yol verilmiş yanlışlıqları aradan qaldırılması üzrə cavabdehin üzərinə vəzifə qoymamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdehin apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Birgə iddiaçı və birgə iddiaçıların nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(118)-302/2024 nömrəli qərarı ilə JN:0043 KOD ********* saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 43 Z nömrəli planşetində göstərilmiş 1.0308 ha torpaq sahəsinə dar dövlət aktında adları qeyd edilmiş şəxslərin İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 birgə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi, X4 və X3 birgə mülkiyyət hüququnun məxsus olması barədə arayışın verilməsi öhdəliyinın cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş birgə iddiaçı və birgə iddiaçıların nümayəndəsi İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək, öz izahatında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni nəzərə alınmaqla, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; ..... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 12. Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi 1.Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. ..... Maddə 13. Kənd təsərrüfatı təyinatlı torpaqların məqsədli istifadəsi
1. Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. ..... Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi 1.Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;... Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia qismən təmin edilməlidir. Hazırki iş üzrə iddia tələbi torpaq sahəsinə birgə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və daşınmaz əmlaka dair birgə mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi ilə bağlı olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən imtinası onunla əsaslandırılmışdır ki, 0043 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı"nın 43 Z nömrəli planşetində göstərilən 10308.00 kv.m torpaq sahəsi faktiki olaraq elektron məlumat bazasında olan xəritə üzərində və torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) azalaraq 0.86 ha ölçüdə öz əksini tapmışdır. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, Qusar Rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2000-ci il tarixli 08/03 saylı qərarı ilə 5,85 ha torpaq sahəsi X5 və onun ailə üzvləri İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X2 ayrılmış, həmin qərar əsasında onların adına “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmiş, həmin sənədlərin mövcud olması işin mübahisəsiz halıdır. Sözügedən torpaq sahəsinin müəyyən hissəsinə dair iddiaçıların adına birgə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. İş materiallarından görünür ki,X5 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir, X4 04 yanvar 1998-ci ildə vəfat etmişdir, həmin şəxslər İddiaçı1 valideynləri olmuşdur. İndiki halda iddiaçıların hüququ marağı məhz müvafiq Dövlət Aktının 43Z planşet nömrəsində əks olunmuş 10308 kv.m. torpaq sahəsi üzərində birgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması olmuşdur. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan sözügedən planşet nömrəsi üzrə torpaq sahəsinin ölçüsünün azaldılaraq, faktiki olaraq 0,86 ha olması və ətrafında isə boş torpaq sahəsi olmaması halına istinad edərək, qeyd edilən ölçüdə torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasının mümkün olmadığını, yalnız TEKUİS-də əks olunmuş və faktiki mövcud olan 0,86 ha torpaq sahəsi üzərində hüququn dövlət qeydiyyatının aparılmasının mümkün olduğunu qeyd edir. Kollegiya işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, indiki halda iddiaçılar məhz 10308 kv.m. torpaq sahəsi üzərində birgə mülkiyyət hüququnun mövcud olduğunu qeyd etsə də, faktiki olaraq istifadə etdikləri torpaq sahəsinin ölçüsü 0,86 ha olmaqla, naturada həmin ölçüdə torpaq sahəsi mövcuddur. Başqa sözlə desək, indiki halda 0,86 ha torpaq sahəsindən artıq olan hissə naturada mövcud olmamışdır. Belə olan halda, iddiaçılar həmin hissədə mövcud olmayan əmlak üzərində hüququn qeydiyyata alınmasını istəyir. Bu hal isə qanunvericiliyin tələbinə uyğun olmamışdır. Nəticə etibarilə iddiaçıların və mərhum şəxslərin birgə mülkiyyət hüququ 0,86 ha torpaq sahəsi üzərində yarandığından, iddiaçılar məhz 10308 kv.m. torpaq sahəsi üzərində hüququn qeydiyyata alınmasını tələb etməkdə haqlı olmamışdır. Bu baxımından kollegiya hesab edir ki, iddiaçıların iddia tələbi məhz müvafiq Dövlət Aktının 43Z planşet nömrəsi üzrə 10308 kv.m. torpaq sahəsinin 8600 kv.m. hissəsi üzərində birgə mülkiyyət hüququn dövlət qeydiyyatına alınması və mərhum şəxslərə münasibətdə birgə mülkiyyət hüququnun onlara məxsus olması barədə arayış verilməsini tələb etməkdə haqlı olduğundan, həmin hissədə iddia tələbi təmin edilməli, qalan hissədə isə iddia tələbi təmin edilməməlidir. Bundan əlavə, kollegiya onu qeyd edir ki, müvafiq Dövlət Aktında adları qeyd edilmiş şəxslərdən iki nəfər vəfat etdiyindən, həmin şəxslərin də 43Z planşet nörmrəsində qeyd edilmiş 1,0308 ha torpaq sahəsinin 0,86 ha hissəsi üzərində birgə mülkiyyət hüquqları yarandığından, həmin şəxslərə münasibətdə birgə mülkiyyət hüququnun məxsus olması barədə arayışın verilməsi məqsədəmüvafiqdir. Həmçinin, kollegiya onu qeyd edir ki, indiki halda sözügedən torpaq sahəsi bir neçə şəxsin adına ayrıldığı və onların adına Dövlət Aktı tərtib edildiyi halda, birinci instansiya məhkəməsi tərəfindən həmin hallar tam araşdırılmamış, hüquqmüəyyənedici sənəd əsasında adlarına torpaq sahəsi ayrılmış şəxslərin müəyyən edilərək, iş üzrə birgə iddiaçı qismində cəlb edilməsi məsələsi həll edilməmiş, birgə mülkiyyətçilərin dairəsi müəyyən edilməmiş, birgə mülkiyyət hüququnun yaranması əsasları və həmin hüququn qeydiyyata alınması məsələsinə hüquqi qiymət verilməmiş, torpaq sahəsinin TEKUİS-də uçota alınmış ölçüsü nəzərə alınmamışdır. Bu baxımından kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə, iddia qismən təmin edilməlidir. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, iddiaçıların şikayət üzrə tələbi birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın tam təmin edilməsi ilə bağlı olduğundan, indiki halda iddia tələbi qismən əsaslı olduğundan, apellyasiya şikayəti qismən təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-302/2024 nömrəli qərarı ləğv edilsin. İddia qismən təmin edilsin. JN:0043 KOD ********* saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 43 Z nömrəli planşetində göstərilmiş 1.0308 ha torpaq sahəsinin 0,86 ha hissəsi üzərində İddiaçı1 (Əlvan) Muradəli oğlu, İddiaçı2, İddiaçı3 və İddiaçı4 adlarına birgə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi, habelə həmin 0,86 ha torpaq sahəsi üzərində yaranmış birgə mülkiyyət hüququnun X4 və X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.