Məhkəmə qərarları › İş №2-1(105)-310/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-310/2024

08.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-310/2024 08.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC–nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər:qərarın qismən ləğv edilməsi) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Babayeva Hökümə Çingiz qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2021-ci il tarixli **********153000 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın 123,100.37 manat vergi borcunun artıq hesablanması hissəsi istisna olmaqla qalan hissədə ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2- 1(118)-131/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları xx.xx.2020-ci il tarixli **********143432 nömrəli qərarından görünür ki, "xxxx" MMC-də xx.xx.2017-cı il tarixdən xx.xx.2020-ci il tarixədək növbəti səyyar vergi yoxlamasının həyata keçirilməsi qərara alınmışdır. xx.xx.2020-ci il tarixli vahid məlumat reyetrindən çıxarışdan görünür ki, İddiaçı MMC-də aparılacaq yoxlama Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı MMC –dən səyyar vergi yoxlaması üçün zəruri olan sənədlərin 10 iş günü ərzində təqdim edilməsi tələb edilmişdir. xx.xx.20221-ci il tarixli **********143616 saylı aktdan görünür ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən 2017-2020-ci illər üzrə İddiaçı MMC səyyar vergi yoxlamasının nəticəsinə dair akt tərtib edilmişdir. xx.xx.2021-ci il tarixli **********153000 saylı nömrəli qərardan görünür ki, vergi orqanı tərəfindən İddiaçıMMC-yə 2017-ci il üzrə cəmi ƏDV 54.270,83 manat, 2018-ci il üzrə ƏDV 81.355,01 manat, 2019-cu il üzrə ƏDV 4.040,28 manat, 2020-ci il üzrə ƏDV 15.753,83 manat azaldılmışdır. Azərbaycan Respublikası Ədlliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, yoxlamanın əhatə etdiyi dövrdə “Uğur- İbo" MMC tərəfindən aparılmış əməliyyatlara 7840,17 manat məbləğində mənfəət vergisinin artıq hesablanması və 93.159,18 manat məbləğində ƏDV-nin az hesablanması müəyyən edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, İddiaçı MMC-nin 2017, 2018-ci və 2019-cu illər üzrə gəlir və xərci 2017-ci il üzrə ümumi gəlir 2,162.354,81 manat; cəmi xərclər 2.030.120,54 manat; 2018-ci il üzrə ümumi gəlir 5.570.250,04 manat; cəmi xərclər 5.514.436,88 manat; 2019-cu il üzrə ümumi gəlir 883.099,71 manat, cəmi xərclər 835.694,73 manat müəyyən olunur. Səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə İddiaçı MMC tərəfindən aparılmış əməliyyatlara 93.159,18 manat məbləğində ƏDV-nin az hesablanması müəyyən edilir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli **********153000 saylı “Vergi ödəyicisinin və ya sığorta edənin və ya icbari tibbi sığorta və sosial qanunvericiliyinin pozulmasına görə məsuliiyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********153000 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın 123,100.37 manat vergilərin artıq hesablanması hissəsi istisna olmaqla qalan hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC qanunvericlik ilə dövlət qeydiyyatına alınmış, nizamnaməsinə uyğun olraq fəaliyyət göstərir. Cavabdeh tərəfindən növbədənkənar səyyar vergisi yoxlaması təyin edilmişdir. Yoxlamanın nəticəsi olaraq xx.xx.2021-ci il tarixli akt tərtib edilmişdir. İddiaçı bu akt ilə razılaşmadığı üçün ondan elektron sistem vasitəsi ilə şikayət vermişdir. Şikayətin nəticəsində yenidən yoxlamaların aparılması və aktın tərtibi zamanı yol verilmiş nöqsanlar aradan qaldırılmalı idi. Lakin obyektiv araşdırma aparılmadan cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli akt qəbul edilmişdir. Bu akt əsasında isə xx.xx.2021-ci il tarixli **********153000 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir. İddiaçı hesab edir ki, qərarın qəbul edilməsi üçün əsas olmuş akt düzgün tərtib edilməmiş, qərar əsaslandırılmamışdır və bu səbəbdən ləğv edilməlidir. Əvvəla, yoxlama xx.xx.2021-ci il tarixdə başlamış və xx.xx.2021-ci il tarixdə bitmişdir. Yoxlama heç bir hüquqi əsas olmadan beş dəfə müxtəlif müddətlərə dəyandırılmışdır. Bununla da qanunvericiliyin tələbləri pozulmuşdur. Cavabdeh orqanın ümumiyyətlə növbədənkənar səyyar vergi yoxlamasını həyata keçirməsi qanunsuz olmuşdur. Belə ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulan halların və əsasların heç biri mövcud olmamışdır. Yoxlama zamanı guya 2017-ci il də daxil olmaqla hər il üçün ƏDV-lərin azaldılması müəyyən edilmişdir. Ümumiyyətlə, vergi orqanı iddiaçı MMC-ə qarşı qərəzli münasibət bəsləmişdir. Belə ki, müəyyən müddət əvvəl heç bir hüquqi əsas olmadan MMC riskli vergi ödəyicisi kimi qiymətləndirilmişdir. Bunun nəticəsində MMC-nin fəaliyyətinə məhdudiyyətlər yaradılmışdır. Cavabdeh MMC-yə təsir etmək üçün bu addımı atmişdir. Nəticədə MMC-dən vergi olaraq küllü miqdarda məbləğin köçürülməsi tələb edilmişdir. MMC yaradılmış məhdudiyyətlərin aradan qaldırılması üçün 200 000 manatdan artıq məbləğdə pulu büdcəyə vergi olaraq ödəmişdir. Yoxlama zamanı MMC-yə qanunsuz məhdudiyyətlərin qoyulduğu, MMC-nin elektron qaimə verib–almaq imkanlarının məhdudlaşdırıldığını, 200000 manatdan çox məbləğdə əlavə verginin ödənildiyi nəzərə alınmamışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd olunmuşdur ki, cavabdeh vergi orqanının xx.xx.2020-ci il tarixli **********143432 nömrəli qərarına əsasən iddiaçıda xx.xx.2017-cı il tarixdən xx.xx.2020-ci il tarixədək olan vergi dövrü üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmiş və həmin qərar və yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış iddiaçının nümayəndəsi imzalanaraq tanış olması barədə müvafiq qeydlər aparılmışdır. Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi üçün iddiaçıya xx.xx.2021-ci il tarixli tələbnamə verilmişdir. Tələbnamədə göstərilən bazada olmayan ilkin mühasibat sənədləri, uçot registrləri, dövriyyə cədvəlləri, gəlir və xərclərin təsdiqedici sənədləri, qaimələr, təhvil-təslim aktları, bank, kassa sənədləri, ödəniş sənədləri və əmək haqqı cədvəlləri, aparılmış qarşılıqlı əməliyyatlara dair sənədlər və digər xərc sənədlər yoxalmaya təqdim edilsədə vergi ödəyicisi tərəfindən aylar üzrə qalıqlar göstərilməklə malların hərəkəti cədvəli təqdim edilməmişdir. Səyyar vergi yoxlaması zamanı müəssisənin hər üç ilin mənfəət vergisi üzrə kənarlaşma müəyyən edilmişdir. Belə ki, müəssisə 2017-ci il və 2018-ci ildə gəlir və xərclərin uçotunun kassa metodu, 2019-cu ildə isə hesablama metodu üzrə aparmışdır. 2017-ci il və 2018-ci il üzrə gəlirlər nəzarət kassa aparatı fiskal göstəriciləri və vergi ödeyicisinin bank hesablarına daxil olan məbləğlər emal olunaraq müəyyən edilmişdir. Belə ki, malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir 2017-ci ildə 2.028.985,14 manat və 2018-ci ildə 5.685.797,12 manat müəyyən edilmişdir. Vergi Məcəlləsinin 130.5-ci maddəsinə əsasən vergi ödeyicisinin istifadə etdiyi uçot metodu dəyişdirilərkən, verginin məbləğinə təsir göstərən mühasibat əməliyyatlarına düzəlişlər uçot metodunun dəyişdirildiyi ildə aparılmalıdır ki, bu əməliyyatlardan heç biri nəzərdən qaçırılmasın və ya iki dəfə hesaba alınmasın. Belə ki, 2019-cu ilin əvvəlinə olan faktiki debitor borc məbləğləri metod dəyişərkən mənfəətə cəlb edilmişdir. Həmçinin, vergi ödəyicisi tərəfindən xx.xx.2020-ci il tarixli **********106800 nömrəli məktubunda “2020-ci il 1 yanvar tarixinədək ƏDVnin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicilərinin 2020-ci il 1 yanvar tarixinədək yaranan debitor borcları və alınmış avansları üzrə kreditor borcları barədə” məlumat formasına əsasən debitor və kreditor borclarının olmamasını göstərmişdir. Nəticədə, alınan bütün avanslar üzrə öhdəliklərin yerinə yetirilməsi kimi qiymətləndirilərək mənfəətə cəlb edilmişdir. Beləliklə, 2019-cu ildə malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir məbləği 1.365.574,73 manat müəyyən edilmişdir. Müəssisə yoxlamaya yoxlama üçün zəruri olan sənədləri təqdim etmədiyi üçün vergi ödeyicisinin xərclərini müəyyən etmək mümkün olmamışdır. Analoji vergi ödeyicisinin müəyyən edilməsi üçün aidiyyəti şöbəyə xx.xx.2021 tarixli **********605000 nömrəli məktubla müraciət olunmuşdur. Analoji fəaliyyətlə məşğul olan vergi ödeyicisinin olmadığı barədə xx.xx.2021 tarixli **********816800 nömrəli məktubla aidiyyəti şöbədən cavab alınmışdır. Bu səbəbdən, vergi ödeyicinin mənfəət vergisi VM-nin 83.9-cu maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı əsasında hesablanmışdır. Belə ki, cəm olaraq kənarlaşma 247.747,91 manat müəyyən edilmişdir. Keçirilmiş səyyar vergi yoxlamasına əsasən müəssisədə ÖMV üzrə 23.511,00 manat kənarlaşma aşkar edilmişdir. Belə ki, Vergi ödəyicisi güzəştli vergi tutulan ölkədə (ÇXR, Honq Konq) xx.xx.2010-cu ildə ******* qeydiyyat nömrəsi ilə təsis edilmiş "JİHAİ HOLDİNG GROUP CO., LİMİTED" şirkətinə 2018-ci ilin İİ rübündə 235.110,00 manat (138.300,00 ABŞ dolları) ödəniş etmiş, lakin Vergi Məcəlləsinin 125.1.19-cu maddəsinə əsasən qeyri-rezidentin gəlirindən ödəmə mənbəyində 10%, yəni 23.511,00 manat ÖMV tutmamışdır. Keçirilən səyyar vergi yoxlaması ilə müəssisənin ƏDV üzrə yoxlama dövründə 278.520,33 manat azalmaya və 123.100,37 manat artıq hesablamaya yol verdiyi aşkar edilmişdir. Səyyar vergi yoxlaması zamanı Vergi Məcəlləsinin 166-cı və 175.1-ci maddələrinin tələbləri nəzərə alınmaqla, ƏDV üzrə vergi tutulan əməliyyatın aparıldığı vaxt yoxlamanın hər ili üzrə qüvvədə olan Vergi Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq müəyyən olunmuşdur. Belə ki, vergi ödəyicisi tərəfindən ƏDV tutulan əməliyyatların vaxtının müəyyən edilməsi zamanı 2017-ci il noyabr ayı üzrə 4.500,00 manat vergilərin azaldılmasına, dekabr ayı üzrə 49.770,83 manat azaldılmasına yol verilmişdir. Beləliklə, 2017-ci il cəm olaraq, ƏDV 54.270,83 manat azaldılmışdır. 2018-ci il yanvar ayı üzrə 19.999,49 manat azaldılmasına, fevral ayı üzrə 305,08 manat azaldılmasına, mart ayı üzrə 81.540,00 manat azaldılmasına, aprel ayı üzrə 29.875,50 manat azaldılmasına, may ayı üzrə 118.074,45 manat artıq hesablanmasına, iyun ayı üzrə 22.761,40 manat azaldılmasına, iyul ayı üzrə 12.164,25 manat azaldılmasına, avqust ayı üzrə 25.001,74 manat azaldılmasına, sentyabr ayı üzrə 8.760,48 manat azaldılmasına, oktyabr ayı üzrə 225,61 manat azaldılmasına, noyabr ayı üzrə 1.810,18 manat artıq hesablanmasına və dekabr ayı üzrə 606,09 manat azaldılmasına yol verilmişdir. Beləliklə, 2018-ci il cəm olaraq, ƏDV 81.355,01 manat azaldılmışdır. 2019-cu ilin yanvar ayı üzrə 3.282,57 manat azaldılmasına, fevral ayı üzrə 1.948,00 manat artıq hesablanmasına, mart ayı üzrə 652,42 manat azaldılmasına yol verilmişdir, may ayı üzrə 1.717,55 manat azaldılmasına, avqust ayı üzrə 1.267,74 manat artıq hesablanmasına, sentyabr ayı üzrə 1.267,74 manat azaldılmasına və oktyabr ayı üzrə 335,75 manat azaldılmasına yol verilmişdir. 2019-cu ilin aprel, iyun, iyul, noyabr və dekabr ayları üzrə kənarlaşma müəyyən edilməmişdir. Beləliklə, 2019-ci il cəm olaraq, ƏDV 4.040,28 manat azaldılmışdır. 2020-ci ilin yanvar - sentyabr ayları üzrə kənarlaşma müəyyən edilməmişdir. 2020-ci ilin oktyabr ayı ərzində 15.753,83 manat azaldılmaya yol verilmişdir. Belə ki, “JİHAİ HOLDİNG GROUP CO.,LİMİTED” şirkətindən 2018-ci ilin mart ayında idxal olunan ümumi dəyəri 87.521,29 manat olan mebellər (yataq tipli ağac mebellər, üzləmiş mebel, oturmaq üçün mebel, yeməkxana və yaşayış otaqları üçün mebellər və s.) vergi ödəyicisindən götürülmüş material hesabatlarında öz əksini tapmaması aşkar edilmişdir. Bu barədə müəssisənin direktorundən izahat alınmışdır. İzahatda malların əskik gəlməsini izah kimi qeyd etmişdir ki, 2017-ci ilin əvvəlindən 2019-cu ilin sonunadək bir neçə mühasib dəyişikliyi aparıldığı üçün mühasibat uçotu düzgün aparılmayıb. Vergi Məcəlləsinin 67.15-ci maddəsinə uyğun olaraq malların faktiki olaraq onun sahibliyində olmaması halına görə vergilər yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanmışdır. Beləliklə, 2020-ci ildə cəm olaraq, ƏDV 15.753,83 manat azaldılmışdır. Səyyar vergi yoxlamasının nəticələri xx.xx.2021-ci il tarixli **********143616 nömrəli aktla rəsmiləşdirilmiş və həmin akta əsasən xx.xx.2021-ci il tarixli, **********153000 nömrəli “Vergi ödeyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Əlavə olaraq bildiririk ki, xx.xx.2021-ci il tarixli **********143616 nömrəli səyyar vergi yoxlaması aktı imzalanması üçün xx.xx.2021-ci il tarixdə müəssisənin direktoruna təqdim olunmuş və müəssisənin direktoru tərəfindən imzalanmış və aktın imzalanmasından imtina edilməmişdir. Səyyar vergi yoxlaması zamanı tərtib edilmiş bütün qərarlar vergi ödeyicisinin elektron və poçt ünvanına göndərilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(118)-131/2023 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, xx.xx.2021-ci il tarixli, **********153000 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qismən, 93,159.18 manat ƏDV-nin və 23,511.0 manat ÖMV-nin hesablanması, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə müvafiq olaraq 58,335.09 manat maliyyə sanksiyasının tətbiq edilməsi və 123,100.37 manat ƏDV-nin artıq hesablanması hissəsi istisna olmaqla, qalan hissədə ləğv edilməsi, ekspertiza tədqiqatı üçün sərf edilmiş 250 (150+100) manat İddiaçı MMC-dən tutularaq Az.MEM, VÖEN**********, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41 NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** saylı hesaba ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır (hakim Vəfa Əzizova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 12.2021-ci il tarixli aktın 9-cu səhifəsində göstərilmişdir ki, yoxlama zamanı mənfəət vergisi məqsədləri üçün cəmiyyətin nəzarət kassa aparatının fiskal göstəricilərinə, bank hesablarına daxil olan məbləğlərə və debitor və kreditor borcları barədə məlumatlara əsasən malların (işlərin, xidmətlərin) təqdim edilməsindən gəliri 2017-ci il üzrə 2,028,985.14 manat, 2018-ci il üzrə 5,685,797.12 manat, 2019cu il üzrə 1,363,574.73 manat müəyyən edilmiş və yoxlamaya xərc sənədləri təqdim edilmədiyindən ödənilməli mənfəət vergisi Vergi Məcəlləsinin 83.9-cu maddəsinin tələbinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına müvafiq olaraq şərti rentabellik norması əsasında hesablanmış, nəticədə 2017-ci il üzrə 47,501.38 manat, 2018-ci il üzrə 159,719.16 manat, 2019-cu il üzrə 40,527.37 manat, ümumulikdə 247,747.91 manat kənarlaşma aşkar edilmişdir. Cavabdeh tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə görə, səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə, əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda isə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarına istinad olunmaqla hesablamaq hüququ vardır. Lakin hazırkı mübahisəyə münasibətdə cavabdeh vergi məbləğini birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli Qərarına əsasən hesablamışdır.Vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı həmin məlumatlardan istifadə etməklə hesablamanı aparmaq haqqına malikdir, lakin bunu həmişə etməyə borclu deyildir. Lakin hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı həm bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. Nəzərə almaq lazımdı ki, qanunverici tərəfindən VM-nin 67-ci maddəsində nəzərdə tutulmuş sıra ardıcıllığı həmin məqsədlərə xidmət edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının gəlirinin əldə edilməsi ilə bağlı xərclər barədə sənədlərin iddiaçı tərəfindən tam təqdim edilmədiyinə istinadən cavabdeh tərəfindən iddiaçıya münasibətdə şərti rentabelliyin tətbiqi əsassız sayılmalıdır. Nəzərə almaq lazımdır ki, həmin normanın müddəalarına görə, əlaqəli məlumatlardan istifadə etməklə hesablama ilə bağlı inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı mütənasiblik prinsipinin tələblərinə əməl olunmalı, şəxsin hüquqlarına müdaxilə inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmalıdır. Bundan əlavə, hazırkı mübahisəyə münasibətdə həmçinin VM-in 67-ci maddəsinin (67.1-67.4-cü maddələrinin) tətbiqinin mümkünlüyünü, o cümlədən əlaqəli məlumatlardan istifadə etməklə ödənilməli verginin məbləğinin hesablanılması qaydasının tətbiqini istisna edən əsaslar cavabdeh tərəfindən açıqlanmamışdır. Həmçinin iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə verilmiş xx.xx.2023-cü il tarixli 9/2427 nömrəli ekspert rəyinə əsasən ekspertiza tədqiqatı nəticəsində müvafiq təsdiqedici sənədlər (bank əməliyyatlarına dair sənədlər, NKA çekləri, elektron vergi hesab faktura, elektron qaiməfaktura və digər sənədlərə) əsasında İddiaçı MMC tərəfindən mənfəət vergisinin 2017-ci il üzrə 6,315,40 manat, 2019-cu il üzrə 4,489.21 manat az, 2018-ci il üzrə isə 18,664.78 manat artıq hesablandığı müəyyən edilmişdir. Göründüyü kimi, cavabdeh vergi orqanı tərəfindən həyata keçirilmiş səyyar vergi yoxlaması nəticəsində şərti rentabellik əsasında 2017-2019-cu illər üzrə mənfəət vergisinin 247,747.91 manat az hesablandığı müəəyən edilsə də, ekspertiza tədqiqatı nəticəsində həmin illər üzrə mənfət vergisinin 7840.17 manat (6,315.40 + 4,489.21 – 18,664.78) artıq hesablandığı təsdiq edilmişdir. Bundan başqa, iş materiallarında olan səyyar vergi yoxlamasının nəticələri haqqında tərtib olunmuş xx.xx.2021-ci il tarixli aktın 9-10-cu səhifələrində öz əksini tapmış ƏDV-nin müqayisəli cədvəlinə əsasən Əlavə dəyər vergisi 2017-ci ilin noyabrdekabr ayları üzrə 54,270.84 manat, 2018-ci ilin yanvar-aprel, iyun-oktyabr və dekabr ayları üzrə 201,239.66 manat, 2019-cu ilin yanvar, mart, may, sentyabr və oktyabr ayları üzrə 7,256.01 manat, 2020-ci ilin oktyabr ayı üzrə 15753.82 manat, ümumilikdə 278,520.33 manat az, 2018-ci ilin may və noyabr ayları üzrə 119,884.63 manat, 2019-cu ilin fevral və avqust ayları üzrə 3215.74 manat, ümumilikdə 123,100.37 manat artıq hesablandığı müəyyən edilmiş və nəticədə cəmiyyətə 155,419.96 manat (278,520.33 – 123,100.37) əlavə vergi məbləği hesablanmışdır. Bununla bağlı məhkəmə ilk öncə qeyd edir ki, cavabdeh vergi orqanı əlavə dəyər vergisinin hesablanmasına dair müvafiq cədvəli məhkəməyə təqdim etsə də, qeyd olunan cədvəldə öz əksini tapmış göstəricilərinin düzgünlüyünü sübuta yetirə bilməmişdir. İş üzrə təyin edilmiş məhkəməmühasibatlıq ekspertizası üzrə verilmiş xx.xx.2023-cü il tarixli 9/2427 nömrəli ekspert rəyinə əsasən ekspertiza tədqiqatı nəticəsində müvafiq təsdiqedici sənədlər (bank əməliyyatlarına dair sənədlər, NKA çekləri, elektron vergi-hesab faktura, elektron qaimə-faktura və digər sənədlərə) əsasında İddiaçı MMC tərəfindən əlavə dəyər vergisinin yoxlama ilə əhatə olunan hesabat dövrləri üzrə ümumilikdə 93,159.15 manat ƏDV-nin az hesablandığı müəyyən edilmişdir. Göründüyü kimi, cavabdeh vergi orqanı tərəfindən həyata keçirilmiş səyyar vergi yoxlaması nəticəsində yoxlama ilə əhatə olunan hesabat dövrləri üzrə əlavə dəyər vergisinin 278,520.33 manat az hesablandığı müəyyən edilsə də, ekspertiza tədqiqatı nəticəsində həmin illər üzrə əlavə dəyər vergisinin 93,159.15 manat az hesablandığı təsdiq edilmişdir. Bundan başqa, iş materiallarında olan səyyar vergi yoxlamasının nəticələri haqqında tərtib olunmuş xx.xx.2021-ci il tarixli aktın 13-cü səhifəsində qeyd edilənlərə əsasən İddiaçı MMC tərəfindən güzəştli vergi tutulan ölkədə (ÇXR, Honq Konq) təsis edilmiş “JİHAİ HOLDİNG GROUP CO. LİMİTED” şirkətinə 2018-ci ilin İİ rübündə 235,110.0 manat ödəniş edildiyi halda, Vergi Məcəlləsinin 125.1.19-cu maddəsinə müvafiq olaraq ödəmə mənbəyində 23,511.0 manat verginin tutularaq dövlət büdcəsinə ödənilmədiyi müəyyən edilmişdir. Bununla bağlı cavabdeh vergi orqanı tərəfindən məhkəməyə təqdim edilmiş təsdiqedici sənədlərə əsasən İddiaçı MMC tərəfindən güzəştli vergi tutulan ölkədə (ÇXR, Honq Konq) təsis edilmiş “JİHAİ HOLDİNG GROUP CO. LİMİTED” şirkətinə 2018-ci ilin İİ rübündə 235,110.0 manat ödəniş edildiyi müəyyən edilmiş və iddiaçı qeyd olunan vəsaitin ödənilməməsinə və ya geri qaytarılmasına dair hər hansı təsdiqedici sənədi məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçıya 23,511.0 manat ödəmə mənbəyində tutulan verginin hesablanması vergi qanunvericiliyinin tələblərinə uyğun olmuşdur. Cavabdeh xx.xx.2021-ci il tarixli **********153000 nömrəli qərarında mənfəət vergisi, ƏDV və ödəmə mənbəyində tutulan vergi hesablasa da, hazırkı məhkəmə icraatında aidiyyəti qurumdan alınmış və tədqiq edilmiş xx.xx.2023-ci il tarixli ekspertiza rəyi inzibati orqanın bu qənaətini qismən təkzib edir və 93,159.18 manat əlavə dəyər vergisi və 23,511.0 manat ödəmə mənbəyində tutulan vergi istisna olmaqla, hesablanmış vergi məbləğlərinin qalan hissədə əsassız olduğu müəyyən edilir. Belə ki, hazırkı iş üzrə alınmış xx.xx.2023-cü il tarixli 9/2427 nömrəli ekspertiza rəyi qoyulan məsələlər üzrə əsaslandırılmış qiymətləndirilir və ekspertin rəyi ilə məhkəmənin razılaşmaması üçün hər hansı əsas mövcud deyil. Bu baxımdan da, məhkəmə tərəflərin dəlillərinə mövcud qanunvericiliyn müvafiq müddəaları baxımından qiymət verərək, yoxlama zamanı iddiaçıya hesablanmış 93,159.18 manat əlavə dəyər vergisinin və 23,511.0 manat ödəmə mənbəyində tutulan verginin və həmin məbləğlərə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə müvafiq olaraq 50% həcmində maliyyə sanksiyasının tətbiq edilməsinin qanuna uyğun olması qənaətinə gəlir. Bundan başqa, iddiaçı xx.xx.2021-ci il tarixli **********153000 nömrəli qərarı 123,100.37 manat ƏDV-nin artıq hesablanması hissəsində mübahisələndirməmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli **********153000 nömrəli qərarı qismən, ƏDV üzrə 93,159.18 manat, ÖMV üzrə 23,511.0 manat əlavə vergi məbləğinin hesablanması və həmin vergi məbləğləri üzrə 58,335.09 manat ((93,159.18 + 23,511.0) * 50%)) maliyyə sanksiyasının tətbiq edilməsi, eləcə də 123,100.37 manat ƏDV-nin vergi ödəyicisi tərəfindən artıq hesablanması hissəsi istisna olmaqla, qalan hissədə qanuna ziddir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın qismən təmin edilməsi hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh vergi orqanının xx.xx.2020-ci il tarixli **********143432 nömrəli qərarına əsasən iddiaçıda xx.xx.2017-cı il tarixdən xx.xx.2020-ci il tarixədək olan vergi dövrü üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmiş və həmin qərar və yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış iddiaçının nümayəndəsi imzalanaraq tanış olması barədə müvafiq qeydlər aparılmışdır. Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi üçün iddiaçıya xx.xx.2021-ci il tarixli **********143536 nömrəli Tələbnamə verilmişdir. Tələbnamədə göstərilən bazada olmayan ilkin mühasibat sənədləri, uçot registrləri, dövriyyə cədvəlləri, gəlir və xərclərin təsdiqedici sənədləri, qaimələr, təhvil-təslim aktları, bank, kassa sənədləri, ödəniş sənədləri və əmək haqqı cədvəlləri, aparılmış qarşılıqlı əməliyyatlara dair sənədlər və digər xərc sənədlər yoxalmaya təqdim edilsədə vergi ödəyicisi tərəfindən aylar üzrə qalıqlar göstərilməklə malların hərəkəti cədvəli təqdim edilməmişdir. Səyyar vergi yoxlaması zamanı müəssisənin hər üç ilin mənfəət vergisi üzrə kənarlaşma müəyyən edilmişdir. Belə ki, müəssisə 2017-ci il və 2018-ci ildə gəlir və xərclərin uçotunun kassa metodu, 2019-cu ildə isə hesablama metodu üzrə aparmışdır. 2017-ci il və 2018-ci il üzrə gəlirlər nəzarət kassa aparatı fiskal göstəriciləri və vergi ödəyicisinin bank hesablarına daxil olan məbləğlər emal olunaraq müəyyən edilmişdir. Belə ki, malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir 2017-ci ildə 2.028.985,14 manat və 2018-ci ildə 5.685.797,12 manat müəyyən edilmişdir. Vergi Məcəlləsinin 130.5-ci maddəsinə əsasən vergi ödəyicisinin istifadə etdiyi uçot metodu dəyişdirilərkən, verginin məbləğinə təsir göstərən mühasibat əməliyyatlarına düzəlişlər uçot metodunun dəyişdirildiyi ildə aparılmalıdır ki, bu əməliyyatlardan heç biri nəzərdən qaçırılmasın və ya iki dəfə hesaba alınmasın. Belə ki, 2019-cu ilin əvvəlinə olan faktiki debitor borc məbləğləri metod dəyişərkən mənfəətə cəlb edilmişdir. Həmçinin, vergi ödəyicisi tərəfindən xx.xx.2020-ci il tarixli **********106800 nömrəli məktubunda “2020-ci il 1 yanvar tarixinədək ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicilərinin 2020-ci il 1 yanvar tarixinədək yaranan debitor borcları və alınmış avansları üzrə kreditor borcları barədə” məlumat formasına əsasən debitor və kreditor borclarının olmamasını göstərmişdir. Nəticədə, alınan bütün avanslar üzrə öhdəliklərin yerinə yetirilməsi kimi qiymətləndirilərək mənfəətə cəlb edilmişdir. Beləliklə, 2019-cu ildə malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir məbləği 1.365.574,73 manat müəyyən edilmişdir. Müəssisə yoxlamaya yoxlama üçün zəruri olan sənədləri təqdim etmədiyi üçün vergi ödəyicisinin xərclərini müəyyən etmək mümkün olmamışdır. Analoji vergi ödəyicisinin müəyyən edilməsi üçün aidiyyəti şöbəyə xx.xx.2021 tarixli **********605000 nömrəli məktubla müraciət olunmuşdur. Analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin olmadığı barədə xx.xx.2021 tarixli **********816800 nömrəli məktubla aidiyyəti şöbədən cavab alınmışdır. Bu səbəbdən, vergi ödəyicinin mənfəət vergisi VM-nin 83.9-cu maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı əsasında hesablanmışdır. Belə ki, cəm olaraq kənarlaşma 247.747,91 manat müəyyən edilmişdir. Keçirilmiş səyyar vergi yoxlamasına əsasən müəssisədə ÖMV üzrə 23.511,00 manat kənarlaşma aşkar edilmişdir. Belə ki, Vergi ödəyicisi güzəştli vergi tutulan ölkədə (ÇXR, Honq Konq) xx.xx.2010-cu ildə ******* qeydiyyat nömrəsi ilə təsis edilmiş "JİHAİ HOLDİNG GROUP CO., LİMİTED" şirkətinə 2018-ci ilin İİ rübündə 235.110,00 manat (138.300,00 ABŞ dolları) ödəniş etmiş, lakin Vergi Məcəlləsinin 125.1.19-cu maddəsinə əsasən qeyri-rezidentin gəlirindən ödəmə mənbəyində 10%, yəni 23.511,00 manat ÖMV tutmamışdır. Keçirilən səyyar vergi yoxlaması ilə müəssisənin ƏDV üzrə yoxlama dövründə 278.520,33 manat azalmaya və 123.100,37 manat artıq hesablamaya yol verdiyi aşkar edilmişdir. Səyyar vergi yoxlaması zamanı Vergi Məcəlləsinin 166-cı və 175.1-ci maddələrinin tələbləri nəzərə alınmaqla, ƏDV üzrə vergi tutulan əməliyyatın aparıldığı vaxt yoxlamanın hər ili üzrə qüvvədə olan Vergi Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq müəyyən olunmuşdur. Belə ki, vergi ödəyicisi tərəfindən ƏDV tutulan əməliyyatların vaxtının müəyyən edilməsi zamanı 2017-ci il noyabr ayı üzrə 4.500,00 manat vergilərin azaldılmasına, dekabr ayı üzrə 49.770,83 manat azaldılmasına yol verilmişdir. Beləliklə, 2017-ci il cəm olaraq, ƏDV 54.270,83 manat azaldılmışdır. 2018-ci il yanvar ayı üzrə 19.999,49 manat azaldılmasına, fevral ayı üzrə 305,08 manat azaldılmasına, mart ayı üzrə 81.540,00 manat azaldılmasına, aprel ayı üzrə 29.875,50 manat azaldılmasına, may ayı üzrə 118.074,45 manat artıq hesablanmasına, iyun ayı üzrə 22.761,40 manat azaldılmasına, iyul ayı üzrə 12.164,25 manat azaldılmasına, avqust ayı üzrə 25.001,74 manat azaldılmasına, sentyabr ayı üzrə 8.760,48 manat azaldılmasına, oktyabr ayı üzrə 225,61 manat azaldılmasına, noyabr ayı üzrə 1.810,18 manat artıq hesablanmasına və dekabr ayı üzrə 606,09 manat azaldılmasına yol verilmişdir. Beləliklə, 2018-ci il cəm olaraq, ƏDV 81.355,01 manat azaldılmışdır. 2019-cu ilin yanvar ayı üzrə 3.282,57 manat azaldılmasına, fevral ayı üzrə 1.948,00 manat artıq hesablanmasına, mart ayı üzrə 652,42 manat azaldılmasına yol verilmişdir, may ayı üzrə 1.717,55 manat azaldılmasına, avqust ayı üzrə 1.267,74 manat artıq hesablanmasına, sentyabr ayı üzrə 1.267,74 manat azaldılmasına və oktyabr ayı üzrə 335,75 manat azaldılmasına yol verilmişdir. 2019-cu ilin aprel, iyun, iyul, noyabr və dekabr ayları üzrə kənarlaşma müəyyən edilməmişdir. Beləliklə, 2019-ci il cəm olaraq, ƏDV 4.040,28 manat azaldılmışdır. 2020-ci ilin yanvar - sentyabr ayları üzrə kənarlaşma müəyyən edilməmişdir. 2020-ci ilin oktyabr ayı ərzində 15.753,83 manat azaldılmaya yol verilmişdir. Belə ki, JİHAİ HOLDİNG GROUP CO.,LİMİTED şirkətindən 2018-ci ilin mart ayında idxal olunan ümumi dəyəri 87.521,29 manat olan mebellər (yataq tipli ağac mebellər, üzləmiş mebel, oturmaq üçün mebel, yeməkxana və yaşayış otaqları üçün mebellər və s.) vergi ödəyicisindən götürülmüş material hesabatlarında öz əksini tapmaması aşkar edilmişdir. Bu barədə müəssisənin direktorundən izahat alınmışdır. İzahatda malların əskik gəlməsini izah kimi qeyd etmişdir ki, 2017-ci ilin əvvəlindən 2019- cu ilin sonunadək bir neçə mühasib dəyişikliyi aparıldığı üçün mühasibat uçotu düzgün aparılmayıb. Vergi Məcəlləsinin 67.15-ci maddəsinə uyğun olaraq malların faktiki olaraq onun sahibliyində olmaması halına görə vergilər yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanmışdır. Beləliklə, 2020-ci ildə cəm olaraq, ƏDV 15.753,83 manat azaldılmışdır. Səyyar vergi yoxlamasının nəticələri xx.xx.2021-ci il tarixli **********143616 nömrəli aktla rəsmiləşdirilmiş və həmin akta əsasən xx.xx.2021-ci il tarixli, **********153000 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir. Əlavə olaraq xx.xx.2021-ci il tarixli **********143616 nömrəli Səyyar vergi yoxlaması aktı imzalanması üçün xx.xx.2021-ci il tarixdə müəssisənin direktoruna təqdim olunmuş və müəssisənin direktoru tərəfindən imzalanmış və aktın imzalanmasından imtina edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən bildiririk ki, işə baxan birinci instansiya məhkəməsi mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırmamış, maddi və prosessual hüquq normalarını yanlış tətbiq etməklə iddia tələbinin təmin olunması üzrə qanuni və əsaslı olmayan qərar qəbul etmişdir. Mübahisəyə münasibətdə vergilər cavabdeh tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsinin müəyyən etdiyi qaydada deyil, həmin Məcəllənin birbaşa 83.9-cu maddəsinin tələbləri çərçivəsində hesablanmışdır. Halbuki, həmin Məcəllənin 67-ci maddəsinin tətbiqinin mümkünlüyünü, o cümlədən əlaqəli məlumatlardan, həmçinin analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin məlumatlarından istifadə etməklə ödənilməli verginin məbləğinin hesablanılması qaydasının tətbiqini istisna edən əsasların mövcud olduğu cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə və iş üzrə materiallarla təsdiq olunmur. Vergi Məcəlləsinin 67-ci maddəsinin ardıcıllıqla tətbiq edilməli olması üzrə rəyinə münasibətdə bildiririk ki, Vergi Məcəlləsinin 67-ci maddəsinin birinci cümləsinə əsasən maddədə qeyd edilən əlaqəli məlumatlardan hər hansı birindən istifadə edilərək verginin hesablanması vergi orqanın hüququdur. Qeyd edilən maddədə verginin hesablanması üçün istifadə edilən məlumatlardan istifadə olunması ilə bağlı hər hansı ardıcıllıq müəyyən edilməmiş, həmin məlumatlardan istifadə olunması ardıcıllığı vergi orqanın mülahizəsinə buraxılmışdır. Odur ki, məhkəmənin verginin qeyd edilən məlumatlardan istifadə edilmədən hesablanmasına istinad edərək hesablamanı əsassız hesab etməsi qanuni deyildir. Müəssisə yoxlamaya yoxlama üçün zəruri olan sənədləri təqdim etmədiyi üçün vergi ödəyicisinin xərclərini müəyyən etmək mümkün olmamışdır. Analoji vergi ödəyicisinin müəyyən edilməsi üçün aidiyyəti şöbəyə xx.xx.2021 tarixli **********605000 nömrəli məktubla müraciət olunmuşdur. Analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin olmadığı barədə xx.xx.2021 tarixli **********816800 nömrəli məktubla aidiyyəti şöbədən cavab alınmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası iş üzrə aşağıda əks olunan maddi hüquq normalarını tətbiq etməli olduğu halda tətbiq etmişdir. Mənfəət vergisinin hesablanması qaydası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı (əlavə və dəyişikliklər xx.xx.2003-cü il tarixli 42 nömrəli qərar) ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları” ilə müəyyən edilmişdir. Məhkəmə kollegiyası qərarında qeyd edir ki, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Məhkəmə kollegiyası iş üzrə tətbiq edilməli olmayan maddi hüquq normasını iş üzrə tətbiq etmişdir. Səyyar vergi yoxlamalarının təhlili və təşkili şöbəsi xx.xx.2020-ci il tarixli **********553900 nömrəli xidməti məktub yazaraq X4 vergi və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünü yoxlanılması məqsədi ilə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən noyabr 2017 tarixdən oktyabr 2020-ci il tarixədək olan vergi dövrünün yoxlanılmalı olduğunu bildirmişdir. Belə ki, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatlara əsasən 2017 - 2020-ci il üzrə 7556752,23 manat dövriyyəsi olmasına baxmayaraq vergi ödəyicisi tərəfindən hesabatlar vergi orqanına təqdim edilməmiş və ya boş hesabat təqdim edilmişdir. Məhkəmə prosessual fəallıq prinsipinə uyğun olaraq obyektiv həqiqətin müəyyən edilməsi üçün yoxlayıcını şahid qismində dəvət edib dindirməli olduğu halda dindirməmişdir. Qeyd olunan sübutlar məhkəmə kollegiyasına təqdim edilsə da məhkəmə qərarında bunları nəzərə almamışdır Həmçinin məhkəmə qərarında xx.xx.2023-cü il tarixli, 9/2427 nömrəli ekspert rəyinə də istinad etmişdir. Bununla bağlı bildirmək istəyirik ki, ekspert tərəfindən heç bir tədqiqat aparılmadığı azmış kimi səlahiyyətlərindən kənara çıxılaraq hüquqi məsələlər barədə rəy verilmişdir. Rəylərin məzmununda ekspertin hansı hesablamalar nəticəsində iddiaçının vergidən yayınmaması ilə bağlı nəticəyə gəldiyi görünmür. Başqa sözlə desək ekspert rəylərinin məzmunu qanunvericiliyə aid normalar və səyyar vergi yoxlaması aktının mətninin üzdən köçürülməsindən ibarətdir. Ekspert mənfəət vergisi hesablanması hissəsində gəlir (mənfəət) anlayışının izahını vermiş, lakin Vergi Məcəlləsinin 130-cu maddəsinə əsasən vergi ödəyicisinin gəlir və xərclərinin hansı uçot qaydasında aparmasını, ekspert tərəfindən 2017ci il üzrə 2 162 354,81 manat, 2018-ci il üzrə 5 570 250,04 manat, 2019-cu il üzrə 883 099,71 manat təşkil edən ümumi gəlirin hansı uçot qaydası ilə hesablanması barədə hər hansı məlumat qeyd olunmamışdır. Həmçinin, ekspert tərəfindən maliyyə vəziyətinin əsas iqtisadi göstəricilərinə əsasən 2017-ci üzrə alınmış malın dəyəri 2 016 448,91 manat, 2018-ci il üzrə 5 477 247,52 manat, 2019-cu ildə 821 219,73 manat qeyd edilmiş və cəmi xərclərə əlavə olunaraq ümumi gəlirdən çıxılmışdır. Vergi ödəyicisinin apardığı uçot metodundan asılı olmayaraq, ümumi gəlirdən çıxılan malların dəyəri alınmış malların dəyəri ilə deyil, təqdim olunmuş malların dəyəri ilə hesablanaraq ümumi gəlirdən çıxılmalıdır. Vergi Məcəlləsində alınmış malların dəyərinin ümumi gəlirdən çıxılması anlayışı yoxdur, hətta rəydə ekspert tərəfindən malların dəyəri hansı hesablama əsasında əldə olunması barədə hər hansı qeyd yoxdur. Həmçinin, ekspert tərəfindən 2017-2019-cu illər üzrə gəlirin əldə olunması ilə bağlı xərcləri özündə əks etdirən ilkin mühasibat sənədlərinin (bank əməliyyatları, NKA çekləri, elektron vergi hesab faktura və elektron qaiməfaktura) maliyyə-təsərrüfat fəaliyyətini əks etdirdiyi qeyd olunmuşdur, lakin ilkin mühasibat sənədlərində vergi ödəyicisinin "İ.S-X5" MMC, "Bakı Dövlət Universiteti" PHŞ və s. müəssisələrə göstərdiyi təmir işləri, ventilyasiya işləri, təmir-tikinti və yaşıllaşdırma işləri ilə bağlı forma-2-lər, silinən materiallar üzrə texniki hesabatlar qeyd olunmamış və ekspert rəyi ilə əhatə olunmamışdır. Beləliklə, bu nəticəyə gəlmək olar ki, ekspertə təqdim edilən ilkin mühasibat sənədləri səyyar vergi yoxlamasında olduğu kimi təhrif olunmuş və ya tam formada təqdim edilməmişdir. Həmçinin, ekspert tərəfindən təqdim olunan rəydə 2019-cu il mənfəət vergisi üzrə uçot metodunun dəyişdirilməsi, faktiki debitor borc barədə heç bir qeyd aparılmamış və heç bir münasibət bildirməməklə, Vergi Məcəlləsinin 130.5-ci maddəsinin tələbləri nəzərə alınmamışdır. Vergi Məcəlləsinin 130.5-ci maddəsinə əsasən vergi ödəyicisinin istifadə etdiyi uçot metodu dəyişdirilərkən, verginin məbləğinə təsir göstərən mühasibat əməliyyatlarına düzəlişlər uçot metodunun dəyişdirildiyi ildə aparılmalıdır ki, bu əməliyyatlardan heç biri nəzərdən qaçırılmasın və ya iki dəfə hesaba alınmasın. Belə ki, 2019-cu ilin əvvəlinə olan faktiki debitor borc məbləğləri metod dəyişərkən səyyar vergi yoxlaması ilə mənfəətə cəlb edilmişdir. Həmçinin, vergi ödəyicisi tərəfindən xx.xx.2020-ci il tarixli **********106800 nömrəli məktubunda “2020-ci il 1 yanvar tarixinədək ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicilərinin 2020-ci il 1 yanvar tarixinədək yaranan debitor borcları və alınmış avansları üzrə kreditor borcları barədə” məlumat formasına əsasən debitor və kreditor borclarının olmamasını göstərmişdir. Nəticədə, səyyar vergi yoxlaması ilə alınan bütün avanslar üzrə öhdəliklərin yerinə yetirilməsi kimi qiymətləndirilərək mənfəətə cəlb edilmişdir. Həmçinin, ekspert rəyində ƏDV üzrə hesablama bölməsində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 159, 161, 166 və 175-ci maddələrinin tələblərinə müvafiq qaydada ƏDV göstəriciləri (ƏDV tutulan dövriyyə, əvəzləşdirilən ƏDV) qeyd olunsa da, hesablamanın aparılması forması, nəticələrin əldə olunduğu cədvəllər rəyə əlavə olunmamışdır. Həmçinin, keçirilən səyyar vergi yoxlamasına əsasən güzəştli vergi tutulan müəssisəyə ödənişlə bağlı ÖMV üzrə ekspert qarşısında sual qoyulmamış, ekspert tərəfindən heç bir tədqiqat aparılmamış və rəydə bu barədə heç bir məlumat verilməmişdir. Həmçinin, ekspert tərəfindən verilən rəydə maliyyə- təsərrüfat fəaliyyətinin əks etdirən sənədlərin tədqiqi zamanı ümumi gəlirlərin əldə olunması ilə bağlı xərcləri özündə əks etdirdiyi qeyd olunsa da, vergi ödəyicisindən alınan xx.xx.2021-ci il tarixli izahatda 2017-ci ilin əvvəlindən 2019-cu ilin sonunadək bir neçə mühasib dəyişiklikləri aparıldığı üçün mühasibat uçotunun düzgün aparılmaması qeyd edilmişdir. Həmçinin, izahatda bildirilən xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə vergi orqanında uçotda olmayan təsərrüfat subyektlərində baş verən yanğın zamanı müəssisəyə məxsus malların bir hissəsinin yanması barədə rəydə hər hansı qeyd aparılmamışdır. Göründüyü kimi, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/2427 nömrəli rəyində ziddiyətlər mövcuddur. Məhkəmə üzərinə düşən vəzifələri icra etməmiş, iş materiallarında olan sübutları qiymətləndirməmiş, mötəbər hesab etdiyi sübutları qiymətləndirməyərək, sadəcə qərarda sadalamaqla kifayətləndmişdir. Məhkəmə tərəfindən qeyd olunan prosessual hüquq normalarının tətbiq edilməməsi nəticə etibarı ilə milli qanunvericiliyin yuxarıda qeyd olunan nomralarının və beynəlxalq hüquqi sənədlərin tələblərinin kobud şəkildə pozulması ilə müşayət olunmuşdur. Məhkəmə qərarının əsası kimi istinad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmadığından qərar tamamilə əsassızdır və ləğv olunmalıdır. Məhkəmə işin hərtərəfli araşdırılmasında üzərinə düşən vəzifələrini icra etməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Vergilər Məcəlləsi Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; ... Maddə 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə; ... 24.1.12. bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə vergi orqanlarının təyinatına uyğun olaraq müəyyən edilmiş digər vəzifələri həyata keçirməyə borcludur. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.1. verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə; 38.3.2. vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə. 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı iddianın təmin edilmiş hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçı xx.xx.2021-ci il tarixli **********153000 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın 123,100.37 manat vergilərin artıq hesablanması hissəsi istisna olmaqla qalan hissəsini mübahisələndirir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində qeyd edilən qərarın qəbul edilməsini onunla əsaslandırmışdır ki, iddiaçı barəsində Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinin tələbinə əsasən (vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektlərinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsi) növbədənkənar səyyar vergi yoxlaması həyata keçirilmiş, həmin yoxlamanın nəticəsində mənfəət vergisi üzrə 2017-ci ilə 47,501.38 manat, 2018-ci ilə 159,719.16 manat, 2019-cu ilə 40,527.37 manat, ümumilikdə 247,747.91 manat, ƏDV üzrə 2017-ci ilə 54,270.84 manat, 2018-ci ilə 81,355.03 manat, 2019-cu ilə 4,040.27 manat, 2020-ci ilə 15,753.82 manat, ümumilikdə 155,419.96 manat, ödəmə mənbəyində tutulan vergi üzrə 2018-ci ilə 23,511.0 manat əlavə vergi məbləği hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən (vergi məbləğinin vergi bəyannaməsində azaldılmasına görə) ümumilikdə 274,889.63 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia qismən təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə apellyasiya baxışının predmeti olan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh tərəfindən iddiaçı barəsində mübahisə premdeti olan qərar məhz növbədənkənar səyyar vergi yoxlamasının nəticəsində qəbul edilmişdir. Vergi qanunvericiliyində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsaslar dəqiq müəyyən edilmişdir. Hazırki iş üzrə cavabdeh inzibati orqan iddiaçı barəsində qeyd edilən yoxlamanın keçirilməsinin əsası kimi “vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsi (VM-in 38.3.5-ci maddəsi)” əsasına istinad etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh vergi orqanı müvafiq yoxlamanın həyata keçirilməsi əsası ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş, yoxlamanın keçirilməsi barədə qərarda formal olaraq vergi qanunvericiliyin norması ifadə edilmiş, nəticə etibarilə həmin əsasın mövcudluğu müəyyən edilməmişdir. Halbuki, müvafiq yoxlamanın keçirilməsini zəruri edən əsaslara dair sübut təqdim etmək məhz cavabdehin vəzifəsi olmuşdur. Başqa sözlə desək, cavabdeh vergi orqanı həmin yoxlamanın zəruriliyini şərtləndirən halları- mənbəyi bəlli olan əlaqəli məlumatların nədən ibarət olmasını açıqlamamışdır. Bu hal isə qanunvericiliyin tələbinə zidd olmuşdur. Məhkəmə kollegiyası bir daha qeyd etməyi zəruri hesab edir ki, Vergi Məcəlləsinin 38-ci maddəsi səyyar vergi yoxlamasının iki növünü müəyyən etmişdir: növbəti və növbədənkənar. Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman, həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Bu, onunla bağlıdır ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 38.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir. Hazırkı iş üzrə isə cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, vergi orqanı, ümumiyyətlə, bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslara bağlıdır və həmin əsaslara istinad etməlidir. Bu zaman, həm də xüsusilə nəzərə alınmalıdır ki, növbədənkənar vergi yoxlaması növbəti deyil, məhz növbədənkənar və bu baxımdan əlahiddə yoxlama olduğuna görə, onun başlanılması haqqında qərar, yoxlamanın zəruriliyini şərtləndirən vergi qanunvericiliyində təsbit olunmuş əsaslar və hallar, diskresion səlahiyyətlərin legitim məqsədləri və mütənasiblik prinsipinin tələbləri baxımından daha ətraflı şəkildə açıqlanmalı və daha ciddi şəkildə əsaslandırılmalıdır. Qeyd olunmalıdır ki, mübahisəyə baxılması və onun həll edilməsi zamanı məhkəmə mübahisə predmeti olan qərarın qanuna uyğunluğuna həm də cavabdeh tərəfindən istinad olunan həmin əsaslar üzərindən qiymət verir. Qeyd edilənlər nəzərə alındığında, Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinadla növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərarın qəbulu üçün bir neçə vacib şərtə əməl olunması tələb olunur. Əvvəla, mənbəyi bəlli olan əlaqəli məlumatlar kimi təqdim olunan hallar növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərarın qəbulunadək mövcud olmalıdır. Başqa sözlə, cavabdeh qərarın qəbulundan sonra yaranmış hallara istinad edə bilməz. Digər tərəfdən, mənbəyi bəlli olan əlaqəli məlumatların məhz nələrdən ibarət olduğu və bu halların növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini zəruri etdiyi məhz qərarın özündə əsaslandırılmalıdır. Bu mənada, cavabdehin daha sonra tərtib etdiyi səyyar vergi yoxlamasına dair aktda bildirdikləri növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərarın əsaslandırılmasını təşkil edə bilməz. Bundan əlavə, məhkəmə kollegiyası onu qeyd edir ki, cavabdeh inzibati orqan müvafiq yoxlama zamanı 2017-2019-cü il üzrə mənfəət vergisi üzrə ümumilikdə 247747,91 manat kənarlaşma olduğunu müəyyən etmiş, kənarlaşmanın yaranması əsası kimi iddiaçının 2017 və 2018-ci il üzrə gəlir və xərclərinin uçotunu kassa metdou, 2019-cu ildə hesablama metodu ilə aparması, 2017 və 2018-ci il üzrə nəzarət kassa aparatının fiksal göstəriicləri, bak hesablarına daxil olan məbləğlər və debitro-kreditor borcları barədə məlumat əsasında 2017-ci il üzrə gəliri 2028985,14 manat, 2018-ci il üzrə 5685797,12 manat müəyyən edilmiş, 2019-cu il üzrə isə debitor-kreditor borclarının olmaması göstərildiyindən, bütün avans öhdəliklərinin yerinə yetirilməsi kimi qiymətləndirilərək, 1363574,73 manat mənfəətə cəlb edilmiş və xərc sənədləri təqdim edilmədiyindən, müvafiq Qərara əsasən şərti rentabellik norması əsasında kənarlaşmanın aşkar edilməsi halına istinad etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində mənfəət vergisi üzrə kənarlaşmanın aşkar edilməsi hissəsində işin hallarına birinci instansiya məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh vergi orqanı qeyd edilən vergi məbləğini hesablanmasını əlaqəli məlumatlardan (iddiaçının xərclərinə dair vergi orqanında olan məlumatlarından) istifadə etmək əvəzinə, birbaşa müvafiq Qərarla müəyyən edilmiş şərti rentabellik normasını tətbiq etmiş və həmin halı əsaslandırmamışdır. Halbuki, bu hal vergi qanunvericiliyinin tələblərinə zidd olmuşdur. Başqa sözlə desək, vergi orqanı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş şərti rentabellik normasını o halda tətbiq edə bilər ki, vergi ödəyicisinin gəlir və ya xərclərindən hər hansı birini müəyyən etmək mümkün olmasın.Lakin iş materiallarından və ekspert rəyindən göründüyü kimi, iddiaçının gəlir və xərclərinə dair müvafiq təsdiqedici sənədlər mövcud olmuşdur. Bundan əlavə, məhkəmə kollegiyası onu qeyd edir ki, məhkəmə araşdırması zamanı cavabdehin iddiaçı barəsində qeyd edilən dövrlər üzrə mənfəət vergisinə dair 247747,91 manat kənarlaşma olduğunu qeyd etsə də, müvafiq ekspert rəyi əsasında həmin illər üzrə mənfəət vergisinin 7840,17 manat artıq hesablandığı müəyyən edilmişdir. Həmçinin, qeyd edilməlidir ki, cavabdeh inzibati orqan müvafiq ekspert rəyinin mötəbər olmaması halına istinad etsə də, həmin hala dair heç bir sübut təqdim edə bilməmişdir. Bununla yanaşı, müvafiq ekspert rəyini tərtib edən ekspertin məhkəmə iclasında dindirilməsi təmin edilmiş, ekspert öz izahatında müvafiq ekspert rəyində ehtiva edilmiş halları qeyd edərək, həmin tədqiqatın nəticəsinin məhz ona təqdim edilmiş müvafiq xərc sənədləri və digər sənədlər əsasında müəyyən edildiyini qeyd etmişdir. Nəticə etibarilə məhkəmə araşdırması zamanı müvafiq ekspert rəyinin əsaslılığını şübhə altına alan hər hansı halın mövcudluğu müəyyən edilməmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, müvafiq vergi məbləğlərinin hesablanması zamanı məhkəmə araşdırması zamanı əldə edilmiş ekspert rəyi mötəbər sübut qismində qəbul edilməlidir. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən hissədə birinci instansiya məhkəməsi cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş qərarın əsaslı olmaması ilə bağlı qənaətə gəlməkdə haqlı olmuşdur. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində əlavə dəyər vergisi üzrə kənarlaşmanın aşkar edilməsi hissəsində işin hallarına birinci instansiya məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilmişdir. Belə ki, cavabdeh inzibati orqan iddiaçı barəsində əlavə dəyər vergisinin qeyd edilən illər üzrə ümumilikdə 278520,33 manat az hesablanması və 123100,37 manat artıq hesablandığından, 155419,96 manat əlavə vergi məbləğ hesablamış, lakin ona dair mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş eskpert rəyinin əsasında həmin illər üzrə əlavə dəyər vergisinin 93159,15 manat az hesablandığı müəyyən edilmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inizbati orqan 93159,15 manat az hesablanan məbləğ hissəsində düzgün qərar qəbul etsə də, digər hissədə əsassı olmuşdur. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən hissədə birinci instansiya məhkəməsi cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş qərarının qismən əsassız olması ilə bağlı qənaətə gəlməkdə haqlı olmuşdur. Həmçinin, məhkəmə kollegiyası onu qeyd edir ki, indiki halda vergi orqanı tərəfindən iddiaçı barəsində kənarlaşma müəyyən edilməklə, vergi məbləğinin hesablanması barədə qərarə mənfəət vergisi üzrə hesablanmış əlavə vergi məbləğinə aid hissədə və əlavə dəyər vergisi üzrə vergi məbləği hesablanmasını aid isə qismən (93159,18 manat hissə istisna olmaqla) ləğv edildiyindən, həmin hissədə vergi məbləğlərinin hesablanması əsassız olduğundan, bununla bağlı maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində də birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmişdir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, qanuni və əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(118)-131/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar