Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-311/2022 21.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının iddiaçılar İddiaçı1 və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin cavabdeh Abşeron rayonu Məmmədli bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Qasımova Vüsalə Yadigar qızının katibliyi İddiaçı1 nümayəndələri X5 və X9, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi Nümayəndə3, cavabdeh Abşeron rayonu Məmmədli bələdiyyəsinin nümayəndəsi Nümayəndə1, üçüncü şəxs X15 nümayəndəsi və vəkili Vəkil, üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin cavabdeh Abşeron rayonu Məmmədli bələdiyyəsinə qarşı Abşeron rayonu, Məmmədli bələdiyyəsi tərəfindən X17 ünvan 2ində yerləşən 0.02 ha torpaq sahəsinin ayrılması barədə qərarının etibarsız hesab olunması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2-1(118)-33/2021 nömrəli qərarından üçüncü şəxs X26 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı1 cavabdeh Abşeron rayonu Məmmədli bələdiyyəsinə qarşı Abşeron rayonu, Məmmədli bələdiyyəsi tərəfindən X17 ünvan 2ində yerləşən 0.02 ha torpaq sahəsinin ayrılması barədə qərarının etibarsız hesab olunmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilkin olaraq məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş, daha sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vəsatəti nəzərə alınmaqla Sumqayıt İnzibati Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli 2-1(118)-33/2021 saylı qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin inzibati məhkəmə icraatında üçüncü şəxs kimi iştirakına xitam verilmiş, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti iş üzrə icraata iddiaçı qismində qəbul edilmişdir.
3. X26, X12, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, 23 iyun 2016-cı il tarixli, 4Ə-1564 saylı alğı-satqı müqaviləsinə əsasən X10 xüsusi mülkiyyətində olan, ünvan 2i ərazisində yerləşən 0.05 ha torpaq sahəsini iddiaçıya satmışdır. Alğı-satqıdan sonra qanunvericiliyin tələblərinə uyğun olaraq, həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması üçün müraciət etmişdir. 08 iyul 2016-cı il tarixdə qeyd olunan torpaq sahəsinə Seriya RX, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestindən çıxarış və torpaq sahəsinin planı və ölçüsünü almışdır. Sənədlərini tam həll etdikdən sonra torpaq sahəsini mişar daşlarından tam hasara almış və dəmir qapı qoymuşdur. Təxminən iki il sonra təsadüf nəticəsində öyrənmişdir ki, Abşeron rayonu, Məmmədli bələdiyyəsi onların torpaq sahəsinin yola açılan hissəsini bütünlükdə X26 adlı şəxsə satmışdır. Bu gün əgər X26 öz torpaq sahəsini hasarlasa onların yola çıxışı tamamilə bağlanacaq. Qeyd olunan məsələ ilə bağlı cavabdehə müraciət etmişdir. Yazılı olaraq iddiaçıya 26 iyul 2019-cu il tarixdə 181 nömrəli cavab məktubu verərək bildirilmişdir ki, X17 ayrılan torpaq sahəsi bələdiyyədə rəsmiləşdirilməmişdir və X23 bu barədə heç bir sənəd mövcud deyildir. Bununla bağlı məhkəməyə müraciət etməsi iddiaçıya bildirilmişdir.
5. Araşdırma nəticəsində iddiaçıya bildirilmişdir ki, X17 ayrılan torpaq ayırma qərarı saxta olmuşdur. Ümumiyyətlə əvvəlki bələdiyyə sədri bu cür qərarlar verdiyinə görə hazırda da həbsdədir.
6. Daha bir faktla da müəyyən olunmuşdur ki, X17 ayrılmış torpaq sahəsi neft borularının mühafizə zonasına düşür.
7. İddiaçı hesab edir ki, həmin qərar onların maraqlarına toxunur və yola çıxmağının qarşısını alır. Çünki onların torpaqları 3 tərəfdən qonşularla əhatə olunmuş yalnız bir tərəfdən yola çıxışları vardır.
8. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur.
9. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
10. İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatında baxılır.
11. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
12. İddiaçı hesab edir ki, Məmmədli bələdiyyəsi X4 qərar verməklə hüquqlarını pozmuşdur. Həmin saxta qərar nəticəsində hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq RX Seriyalı, ******* nömrəli çıxarış almışdır.
13. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi Nümayəndə3 iştirak etmiş, izahatında bildirmişdir ki, neft boru kəmərinin mühafizə zolağı qaydalara uyğun olaraq hər tərəfdən mühafizə zolağı 50 metrdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.4-cü maddəsinə əsasən elektrik, neft-qaz və nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya mühafizə zonaları altındakı bələdiyyə torpaqlarının çoxmənzilli, çoxmərtəbəli, fərdi yaşayış və bağ evlərinin, qarajların tikintisi və sahibkarlıq fəaliyyəti məqsədi ilə zəruri tikililərin inşası üçün, habelə çoxmənzilli yaşayış evlərinə aid torpaq sahələrinin kənar məqsədlər üçün xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə yol verilmir. Bu səbəbdən də SOCAR iddiaçı ilə müştərək hüquqlara malikdir. Belə ki, üçüncü şəxs X17 Abşeron rayon Məmmədli kəndində ayrılmış 0,02 ha torpaq sahəsi SOCAR-ın “Neft Kəmərləri” İdarəsinin istismarında olan Dübəndi-Böyük-Şor Dş 700 magistral neft kəmərinin 47,86-cı km-də mühafizə zonası daxilində yerləşir. Qeyd olunan torpaq sahəsi ilə neft kəməri arasındakı məsafə 36,60 metrdir. Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımı şərait yaradılması üçün onların ətrafında xüsusi hüquqi rejimli mühafizə zonaları yaradılır ki, həmin ərazidə tikinti işlərinin aparılması qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın 4-cü bəndinin 1-ci hissəsinə əsasən ixrac neft boru kəmərlərinin istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdə asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədi ilə borunun marşurutu boyunca boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədə mühafizə zonası müəyyən edilir. “Bələdiyyə torpaqlarının idarəedilməsi haqqında” Qanunun 6.4-cü maddəsinə əsasən elektrik, neft-qaz və nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı bələdiyyə torpaqlarının çoxmənzilli çoxmərtəbəli, fərdi yaşayış və bağ evlərinin, qarajların tikintisi və sahibkarlıq fəaliyyəti məqsədi ilə zəruri tikililərin inşası üçün, habelə çoxmənzilli yaşayış evlərinə aid torpaq sahələrinin kənar məqsədlər üçün xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə yol verilmir. Sonda iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti SOCAR-ın nümayəndəsi iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.
14. Cavabdeh iddiaya münasibətində qeyd etmişdir ki, tərəflərindən zəruri araşdırmalar aparılmış və müəyyən edilmişdir ki, X15 adına Məmmədli bələdiyyəsi tərəfindən müvafiq torpaq sahəsi sənədləşdirilməmişdir.
15. Məhkəmə iclasında cavabdeh Abşeron rayonu Məmmədli bələdiyyəsinin nümayəndəsi Nümayəndə1 iştirak etmiş, izahatında bildirmişdir ki, Məmmədli bələdiyyəsi tərəfindən X15 adına torpaq sahəsinin ayrılması ilə bağlı sənədləşdirmə arxiv sənədləri ilə öz təsdiqini tapmamışdır. Bu səbəbdən də Alim Babayevin adına olan qərarı qəbul etmirlər. Bələdiyyə tərəfindən X17 eskiz təqdim edilməmişdir. Əl makinasında çap formada yazılan qərarları qəbul etmirlər. 2004-cü ilin qərarında 2008-ci ilin möhürü vurulmuşdur. Qərarda olan şəxslərin adlarının arasında Alim Babayevin adı olmamışdır. X15 adına bələdiyyə qərarı bələdiyyə arxivində olmadığı üçün bələdiyyə həmin qərarı tanımır. Alim Babayev torpaq ayrılması barədə ərizə ilə müraciət etməli idi. Həmin dövrdə qərarlar əlyazma ilə yazılırdı. Əl yazma ilə yazılan qərarlar cavabdeh orqanın qərarlarıdır. Əl makinasında çap formada yazılan qərarların kötüyü yoxdur. Sonda cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmasında müvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir.
16. Üçüncü şəxs X15 nümayəndəsi və vəkili Vəkil etirazında qeyd etmişdir ki, 23 iyun 20164-1564 saylı alğı-satqı müqaviləsinə əsasən X3 torpaq sahəsini əldə etdikdən və 08 iyul 2016-cı il tarixdə seriya RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldıqdan sonra mişar daşı ilə hasarlamış və qapı qoyulmuşdur. O torpağın hasarlanması 2005-ci ildə baş vermişdir, hasarlanma işlərini torpağı özgəninkiləşdirən X10 tərəfindən həyata keçirilmiş və bunun üçün X10 həmkəndlisi Ordubad rayonu Vəlaver kənd sakini X18 Bakı şəhərinə gətirtmiş və bu işləri gördürmüşdür. 0,10 ha torpaq sahəsinə bir qapı qoyulmuş, o da torpaq sahəsinin şərq tərəfindən qoyulmuşdur. İddiaçı torpaq sahəsini aldıqdan sonra divarı uçurub digər tərəfdən qapı qoydurmuşdur. Bunu qapının ətrafındakı mişar daşlarının quruluşundan da aydın görmək mümkündür. Əgər orada qapı olsa idi, X3 yeddi il sonra (M.M.Həsənov 05 dekabr 2007-ci il tarixində A.M.Babeyev isə 05 mart 2014 tarixində torpaq sahəsinin plan ölçülərini dövlət torpaq kadastra daxil olunması barədə sənəd almışlar) X17 məxsus torpaq sahəsinin ölçüləri dövlət kadastrına daxil edilməzdi. Həmçinin bölünmüş iki torpaq sahəsi arasında hələ hasar tikilməmiş mişar daşları üst-üstə qoyularaq təqribən bir metr hündürlükdə ayrıcı mərz qoyulmuş, onun da sağ və sol tərəfindən iddiaçıya məxsus torpaq sahəsinə gedişgəliş yolu qoyulduğu müşahidə edilir. Torpağı özgəninkiləşdirən X10 bu barədə məlumatlı olmuş, məhz buna görə də qapını torpaq sahəsinin şərq hissəsinə yerləşdirmişdir. Bu barədə X26 və X10 arasında razılıq olmuşdur. Məhz buna görə də torpağı özgəninkiləşdirən X1 bu on beş illik uzun bir müddət ərzində heç bir iddia və tələb irəli sürməmişdir.
17. Göstərilən ərazidəki torpaq sahələri 2004-cü ildə fərdi yaşayış evlərinin inşası üçün vətəndaşlara paylanılmışdır. 03 dekabr 2004-cü il tarixli X17 məxsus torpaq sahəsinə bitişik ərazi ünvan 1 ünvanında qeydiyyatda olan X27 və onunla eyni ünvanda qeydiyyatı olan qardaşı X19 ayrılmışdır. Lakin hər iki şəxsin anası ilə həmkəndli olan X10 onların etibarından sui-istifadə etməklə X20 məxsus bələdiyyə qərarını özünə məxsus 22 may 2006-cı il tarixdə əldə etdiyi digər yerə sürüşdürmüş və dövlət torpaq kadastrına daxil edilmişdir. 12 avqust 2008-ci il tarixində X27 tərəfindən verilmiş ƏN-115559 saylı etibarnamə əsasında X27 adına ********* saylı çıxarış əldə edərək X27 üçün bu gün də hələ naməlum torpaq sahəsini satmışdır. X27 bütün bu hərəkətlərdən torpaq sahəsi İddiaçı1 satıldıqdan sonra xəbər tutmuşdur. Bu zamana qədər həmin torpaq sahəsinin X10 ilə arasında bölünəcəyini zənn etmiş, bu barədə X10 tərəfindən vəd verilmişdir.
18. İddiaçı torpağı aldıqdan təxminən iki il sonra təsadüf nəticəsindən ona məxsus torpaq sahəsinin qarşısında X17 məxsus torpaq sahəsi olduğunu öyrəndiyini bildirir. Müdafiə etdiyi X13 iki il sonra Torpaq Xəritəçəkmə Komitəsi torpaq sahəsinə plan ölçülərini Dövlət torpaq kadastrına daxil edib həmin torpaq 23 iyun 2016-cı il tarixdə satılarkən yenidən torpaq sahəsinin yeni plan ölçüsü tərtib olunmuş və torpaq kadastra daxil edilmişdir. Həmçinin yuxarıda qeyd etdiyi kimi torpağı özgəninkiləşdirən X10 bu barədə məlumatlı olmuş məhz buna görə də torpaq sahəsinin qapısını şərq tərəfdən qoymuşdur. Güman edir ki, bu faktı öyrənmək üçün təsadüfə ehtiyac yoxdur.
19. İddiaçı ərizəsində göstərir ki, araşdırma nəticəsində ona bildirilmişdir ki, X17 məxsus bələdiyyə tərəfindən verilmiş qərar saxta olmuşdur. İddiaçı hansı mötəbər dəlilə əsaslanaraq belə bir nəticəyə gəlmişdir. Bələdiyyənin verdiyi bir arayışla inzibati aktın saxta olmasına əsaslana bilməz. Həmin aktın ləğvi digər şəxsin hüquqlarının pozulması ilə nəticələnə bilər. Həmçinin sabiq bələdiyyə sədrinin həbsdə olması və məsuliyyətə cəlb olunması işin mahiyyətinə təsir etmir.
20. Torpaq sahəsinin ixrac neft boru kəmərlərinin mühafizə zonasına düşməsi barədə tələblə yalnız Azərbaycan Respublikası Dövlət Neft şirkəti çıxış edə bilər. İddiaçının ehtimalına görə X4 sənəd verilmişdir ki, hansı ki onun hüquqlarını pozur, lakin 03 dekabr 2004-cü il tarixdə X19 verilmiş bələdiyyə qərarı ilə bir həftə sonra X17 verilmiş qərar müqayisə olunarkan imza və möhürlərin uyğunluq təşkil etdiyi aydın sezilir. Yuxarıda sadaladığı hallardan belə nəticə hasil olunur ki, 2004-cü ildə qəbul olunmuş bələdiyyə qərarı 12 il keçdikdən sonra yeni əldə edənin hüquqlarına təsir göstərmir. Yeni açılmış qapı mübahisə predmeti yaradır, digər şəxslərin hüquqlarını pozur. MM-nin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. İddiaçı qeyd edir ki, X26 torpaq sahəsini hasarlasa yola çıxışı tamamilə bağlanacaq. Qeyd edir ki, mövcud qapıdan istifadə etmiş olsaydı hazırkı iddia ortaya çıxmazdı. Belə ki, Mülki Məcəllənin 175-ci maddəsi özgənin sahibliyində olan sahədən yol və keçid məsələlərini nizamlayır. 175.1 Əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. 175.2. Sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər. 175.3. Əgər torpaq sahasi ilə artıq mövcud olmuş əlaqə xətləri mülkiyyətçinin özbaşına hərəkətləri nəticəsində ləğv edilərsə, zəruri yola və ya birləşdirici xəttə dözmək vəzifəsi əmələ gəlmir. Bildirir ki, iddiaçı yola çıxışa malikdir, belə hüquq torpaq sahəsinin şərq hissəsindəki qapıdan istifadə hüququ MM-nin 146-1-ci maddəsinə əsasən əqd notariat qeydiyyatına alındığı anda yaranmışdır. 146.1. Daşınmaz əmlaka sahiblik va istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Beləliklə, aydın olur ki, iddiaçının əsl niyyəti torpaq sahəsinə çıxış əldə etmək yox önündə maneə kimi gördüyü X17 məxsus torpaq sahəsinin mülkiyyət sənədlərini ləğv etməklə özünə məxsus torpaq sahəsinin önünü açıb əsas yola çıxış əldə etmək və əmlakının dəyərini artırmaq məqsədi güdür.
21. Sumqayıt İnzibati Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2-1(118)-33/2021 nömrəli qərarı ilə iddia təmin edilərək, Abşeron rayonu, Məmmədli bələdiyyəsi tərəfindən X17 ünvan 2ində yerləşən 0.02 ha torpaq sahəsinin ayrılması barədə qərarının etibarsız hesab olunması, cavabdeh Abşeron rayonu Məmmədli bələdiyyəsindən 50 (əlli) manat məbləğində ekspertiza xərcinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qərara alınmışdır. (hakim İsmayıl Quliyev)
22. Həmin qərardan üçüncü şəxs X26 apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı1 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Abşeron rayon Məmmədli kənd bələdiyyəsinin X17 verilmiş bələdiyyə qərarının etibarsız hesab edilməsini xahiş etmişdir. İddiasında həmin qərarın hansı maraqlarına toxunduğu hissəsində bildirmişdir ki, “Hesab edirəm ki, həmin qərar bizim maraqlarımıza toxunur və yola çıxmağımızın qarşısını alır. Çünki bizim torpağımızın 3 tərəfdən qonşularla əhatə olunmuş və yalnız bir tərəfdən yola çıxışımız vardır”. İddiaçı sonradan əldə etdiyi torpaq sahəsi X17 məxsus torpaq sahəsi arasında 2 metr müdafiə məqsədli sahənin olmasına baxmayaraq yola çıxışının olmamasını iddiası ilə əlaqələndirməyə çalışmışdır ki, bu məsələ də öz növbəsində Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir. Qeyd olunan məsələ digər məhkəmənin aidiyyətidir. Məhkəmə baxışı zamanı iddiaçının subyektiv hüququnun olmaması barədə dəfələrlə şifahi, iki dəfə isə yazılı vəsatətlər verməklərinə baxmayaraq məhkəmə “bu mərhələdə vəsatətin təmin edilməsi mümkün deyil” deyərək vəsatətlərini rədd etmişdir. xx.xx.2020-ci ildə məhkəməyə daxil olan vəsatətinə xx.xx.2020-ci il tarixində keçirilən iclasda israrlarına baxmayaraq hətta həmin iclasın və bundan sonrakı bütün iclasların bu vəsatətlə bağlı olmasına baxmayaraq həmin iclas protokolunda bir cümlədə vəsatətə münasibət barədə qeyd yoxdur. Eyni vəsatət sonralar dəfələrlə şifahi və yazılı verilsə də məhkəmə yalnız Azərbaycan Respublikasının Dövlət Neft Şirkətini üçüncü şəxsdən iddiaçıya çevrilməsindən sonra protokolda münasibət bildirmişdir. Məhkəmə əsaslandırma hissədə iddiasının mümkünlüyünü bir-birinə zidd iki fikirlə əsaslandırmağa çalışır və qeyd edir ki, “Mühafizə zolağına düşən və alğı-satqı predmeti olmayan və hasara alınmayan faktiki istifadədə olmayan ərazinin mövcudluğu həmin şəxsə birbaşa yol kənarından torpaq sahəsi əldə etmək avantajı ilə mülkiyyət hüquq əldə etmək va buna uyğun olaraqda iqtisadi və ya digər gözləntilər əldə etmək əsası verir.” Bir haldaki məhkəmə qeyd edir ki, mühafizə zolağına düşən və alğı-satqı predmeti olmayan əmlak digər tərəfdən həmin əmlaka mülkiyyət hüqüqu əldə etməkdən və onun avantajlarından bəhs edir. İki torpaq sahəsi arasında 2 metr enində müdafiə təyinatlı zolaq vardır və iki torpaq sahəsinin birbirindən ayırır. İddiaçı iqtisadi gözləntilər və avantajlar əldə etmək üçün öncə iki torpaq arasındakı müdafiə təyinatlı zolağı əldə etməli idi ki belə bir hüququ yaransın. İddiaçının sonradan əldə etdiyi torpaq sahəsi 12 may 2006-cı ildə kənd təsərrüfatına yararsız qəbirstanlıq ərazisindən 0.10 ha X6 ayrılıb və hasarlanıb, 23 iyun 2016-cı il tarixli alğısatqı müqaviləsi əsasında sonradan yarısı yəni 0.05 ha hissəsi keçib İddiaçı1. Torpağın ilkin sahibi X10 həmin torpaq sahəsinin X17 məxus olduğunu bilmiş və buna görədə həmin avantajlı hissədən qapı açmamışdır. Hesab edirlər ki, 10 il sonra alınmış torpağın sahibinin 10 il əvvəl hasarlanmış və magistral yola heç bir çıxışı olmayan torpaq sahəsindən iqtisadi gözləntilər və avantajlar gözləməsi mümkünsüzdür. Məhkəmə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üçüncü şəxs qismində cəlb edərkən həm maddi, həm də prosessual normaların tələbini pozmuşdur. Məhkəmə qərarından o cümlədən ünvanladığı sorğuya verilmiş 09 fevral 2022-ci il tarixli cavabdan görünür ki, Dübəndi-Böyük-Şor DŞ700 magistral neft kəməri 1976-cı ildən SOCAR-ın “Neft kəmərləri” idarəsinin balansındadır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsindən əldə etdiyi reyestr məlumatlarına görə SOCAR-ın “Neft kəmərləri” idarəsi hüquqi şəxsdir. Mülki Məcəllənin 43.1-ci madəsində hüquqi şəxsin anlayışında qanunverici qeyd edir ki, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək va həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Hesab edir ki, məhkəmə üçüncü şəxs qismində sonradan, iddiaçı qismində Azərbaycan Respublikasının Dövlət Neft Şirkətini cəlb etməsi qanunsuz və əsassızdır. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindəm imtina haqqında qərardaddan yuxan məhkəməyə şikayət verilə bilər. Məhkəmə qərarından göründüyü kimi həmin qərar Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin maraqlarına deyil, “Neft kəmərləri” idarəsinin maraqlarına toxunur. Balansaxlayıcı və istismarçı təşkilat “Neft kəmərləri” idarəsidir və üçüncü şəxs qismində “Neft kəmərləri” idarəsi cəlb olunmalı idi. “Neft kəmərləri” idarəsi məhkəmələrdə öz adından iddiaçı və cavabdeh qismində çıxış edir. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti 20 sentyabr 2021-ci il tarixində məhkəməyə ərizə verməklə məhkəmə tərəfindən üçüncü şəxsdən iddaçıya çevrilmişdir. Hesab edir ki, bu hissədə prosessual norma pozulmuşdur və prosessual həmiştirakçılıq yolverilən deyil, çünki Neft Şirkətinin məhkəmə çəkişməsinin heç bir mərhələsində müstəqil iddia tələbi olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 30-cu maddəsi işə iddiaçı kimi əvvəlcədən tələblər irəli sürmüş və tələblərin yönəldiyi cavabdehlər çoxluğuna aid oluna bilər. Sonradan üçüncü şəxsin iddiaçıya çevrilməsinə tətbiq oluna bilməz və hesab edir ki, prosessual həmiştirakçılıq yolverilən deyil. Bunun üçün ayrıca iddia ilə məhkəməyə müraciət etməli idi. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 30-cu maddəsi qeyd edir ki, mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati məhkəmə icraatında prosessual həmiştirakçılardan hər biri digər tərəfə qarşı müstəqil şəkildə çıxış edir. Prosessual həmiştirakçılardan hər hansı birinin hərəkəti digərinin nə xeyrinə, nə də zərərinə təfsir oluna bilməz. İnzibati mübahisəyə dair bir vahid (eyni) qərarın bütün prosessual həmiştirakçılar haqqında qəbul edilməli olduğu hallarda və ya prosessual həmiştirakçılığın başqa əsaslara görə zəruri olduğu hallarda, prosessual həmiştirakçılardan hər hansı biri məhkəmə iclasına gəlmədikdə və ya müəyyən olunmuş prosessual müddəti buraxdıqda, məhkəmə iclasında iştirak edən və ya prosessual müddətə əməl edən digər həmiştirakçılar onları təmsil etmiş sayılır. Hər bir prosessual həmiştirakçı müstəqil şəkildə inzibati prosesdə iştirak etmək hüququna malikdir. Bütün prosessual həmiştirakçılar istisnasız olaraq məhkəmə iclaslarına çağırılmalıdır. Lakin qəbul ediləcək qərar Azərbaycan Respublikası Dövlət Neft Şirkətininin maraqlarına toxunmur. “Neft kəmərləri” idarəsinin maraqlarına toxunur. Balansaxlayıcı və istismarçı təşkilat “Neft kəmərləri” idarəsidir və ayrıca iddia ilə “Neft kəmərləri” idarəsi tələb irəli sürə bilər. Məhkəmə Azərbaycan Respublikası Dövlət Neft Şirkətininin 20 sentyabr 2021-ci il tarixli vəsatətinə baxarkən iddianın mümkünlüynə məsələsinə baxmamışdır və məhkəmə Azərbaycan Respublkasının İnzibati Prosessual Məcələsinin 35-ci maddəsinin uyğunluğunu yoxlamamışdır. Həmin Məcəllənin 35-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Kollektiv maraqların müdafiə olunması məqsədi ilə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış qeyri-hökumət təşkilatları (ictimai birliklər və ya fondlar) iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində həmin maraqların pozulduğunu əsaslandırdıqları hallarda qeyri-hökumət təşkilatları (ictimai birliklər və ya fondlar) tərəfindən bu Məcəllənin 35.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq iddianın qaldırılmasına yol verilir. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Hesab edir ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin sonradan üçüncü şəxsdən iddiaçıya çevrilməsi zamanı məhkəmə həmiştirakçılığın yol verilənliyini İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğuluğunu yoxlamamışdır. Sözügedən maddəyə əsasən bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin bu ərizəni verərkən prosessual vəziyyəti iddiaçı yox üçüncü şəxs olmuşdur. Üçüncü şəxs qismindi cəlb edilmiş X12 isə qəbul ediləcək qərarın hansı maraqlarına toxunduğunu və ya toxunacağına nə ərizəsində nə də məhkəmə iclaslarında əsaslandıra bilməmişdir. İddiaçı qeyd edirki, araşdırma nəticəsində ona bildirildi ki, X17 ayrılan torpaq ayırma qərarı saxta olmuşdur. Ümumiyyətlə, əvvəlki bələdiyyə sədri belə qərarlar verdiyinə görə hazırda həbsdədir. Şahid qismində dindirilmiş keçmiş Məmmədli bələdiyyə sədri B.Əlverdiyev qərarın onun tərəfindən imzalanıb möhürləndiyini təsdiq edərək bildirmişdir ki, o dövrdə bələdiyyə sənədlərinin təhvil-təslimi zamanı bəzi sənədlər itdiyindən arxivə göndərmək mümkün olmamışdır və bələdiyyədəki fəaliyyəti ilə əlaqədar həbsdə olmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş hazırkı Məmmədli bələdiyyəsinin sədr müavini də qərar üzərində olan möhür və digər rekvizitlərin bələdiyyəyə aid olduğunu təsdiqləmişdir. İddiaçının mübahisələndirdiyi qərar onun maraqlarına toxunmur. Belə bir iddia qaldırmaq üçün subyektiv hüquqa malik deyil və iddia Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən mümkün sayılmamalıdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
25. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X15 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
26. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 nümayəndələri X14 və X21 apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
27. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
28. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Abşeron rayonu Məmmədli Bələdiyyəsinin nümayəndəsi Nümayəndə1 birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
29. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə2 işin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi, həmçinin izahatında göstərdi ki, torpaq sahəsi üzərində mülkiyyət hüququ tanınadək dəfələrlə orada ekspertiza aparılmışdır. Orada qanunsuzluq yoxdur. Torpaq sahəsi neft kəmərlərinin mühafizə zonasına düşmür. Həm də mühafizə zonasında yerləşmə mülkiyyət hüququnun ləğvi üçün əsas deyildir. Hesab edir ki, çıxarış qanunauyğun şəkildə verilmişdir.
30. Üçüncü şəxs X7 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
31. Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 145. Bələdiyyələrin qərarları
İ. Bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. İİ. Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. İİİ. Yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir.
32. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları
6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.4. Elektrik, rabitə, neft-qaz və nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı bələdiyyə torpaqlarının çoxmərtəbəli çoxmənzilli, fərdi yaşayış və bağ evlərinin, qarajların tikintisi və sahibkarlıq fəaliyyəti məqsədilə zəruri tikililərin inşası üçün, habelə çoxmənzilli yaşayış evlərinə aid torpaq sahələrinin kənar məqsədlər üçün xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə yol verilmir. 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. 6.6. Torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. 6.7. Bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada ərizəyə baxır və müvafiq qərar qəbul edir. Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər.
33. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 16. Bələdiyyənin iclası
4. Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir.
5. Bələdiyyənin iclası bələdiyyənin sədri, sədr olmadıqda isə onun müavini tərəfindən aparılır. İclasın katibi bələdiyyə üzvləri sırasından seçilir. Bələdiyyə sədri, sədr olmadıqda isə onun müavini bələdiyyə üzvlərinin və ya bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin təşəbbüsü ilə çağırılan iclasa sədrlik etməkdən boyun qaçırdığı halda iclasın sədri iclasda iştirak edən bələdiyyə üzvləri tərəfindən bələdiyyə üzvləri sırasından seçilir.
6. Bələdiyyənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. İclasın protokolunda onun nömrəsi (hər ilin əvvəlində nömrələr yenilənməlidir), iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsi göstərilməlidir. Protokol təsdiqlənənədək bələdiyyə üzvünün onun mətni ilə tanış olmaq və öz yazılı qeydlərini bildirmək hüququ vardır. Bələdiyyənin iclas protokolu müvafiq kitabda qeydiyyata alınır, həmin kitab üzrə verilən nömrə protokolun nömrəsi hesab olunur.
34. Azərbayan Respublikasının Torpaq Məcəlləsi:
Maddə 22. Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar
1. Sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır.
2. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir.
35. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu:
Maddə 65. İnzibati aktın etibarsız sayılması
65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. 65.3. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.
36. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
37. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməlidir.
39. Belə ki, iş materiallarında olan RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, ünvan 2i ərazisində yerləşən 0.05 ha torpaq sahəsi İddiaçı1 xüsusi mülkiyyətindədir.
40. 23 iyun 2016-cı il tarixli 4Ə-1564 nömrəli alğı-satqı müqaviləsi əsasında torpaq sahəsinin plan və ölçü sənədi hazırlanmışdır.
41. 23 iyun 2016-cı il tarixli ******* saylı X10 ilə İddiaçı1 arasında bağlanmış alğısatqı müqaviləsinə əsasən ünvan 2i ünvanında yerləşən 0.5 ha olan torpaq sahəsi İddiaçı1 mülkiyyətinə verilmişdir.
42. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ərizəsində qeyd etmişdir ki, Abşeron rayonu, Məmmədli bələdiyyəsi onların torpaq sahəsinin yola açılan hissəsini bütünlükdə X26 adlı şəxsə satmışdır. X26 öz torpaq sahəsini hasarlasa onların yola çıxışı tamamilə bağlanacaq. Qeyd olunan məsələ ilə bağlı cavabdehə müraciət etmişdir. Yazılı olaraq iddiaçıya 26 iyul 2019-cu il tarixdə 181 nömrəli cavab məktubu verərək bildirilmişdir ki, X17 ayrılan torpaq sahəsi bələdiyyədə rəsmiləşdirilməmişdir və X23 bu barədə heç bir sənəd mövcud deyildir.
43. Məhkəmə kollegiyası ilk öncə apellyasiya şikayətinin iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olmaması barədə dəlili ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
44. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçını subyektiv hüquq sahibi kimi qəbul etmək üçün onun hüquqlarına müdaxilə edən hərəkət və ya hərəkətsizliyin edildiyinə dair sübutların iddia verilərkən təqdim olunması tələb olunur.
45. İşin mübahisə edilməyən hallarından da görünür ki, İddiaçı1 məxsus torpaq sahəsi ilə üçüncü şəxs Alim Babayevə məxsus torpaq sahəsi ikitərəfli təsirlərin törəyə biləcəyi qonşu torpaq sahələridir. İddiaçıya məxsus torpaq sahəsindən üçüncü şəxsin torpaq sahəsi istiqamətində açılan giriş qapısı mövcuddur. İddiaçı iddia edir ki, əgər Alim Babayev öz torpaq sahəsini hasarlasa onun yoldan istifadəsi məhdudlaşacaqdır.
46. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilən əsaslarla iddiaçı mövcud iddia tələbi üzrə subyektiv hüquqa malik olmuşdur.
47. İddia tələbinin əsaslılığı ilə bağlı isə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Məmmədli kənd bələdiyyəsinin 10 dekabr 2004-cü il tarixli qərarından çıxarışdan görünür ki, X26 ev tikmək üçün ailə vəziyyətini yaxşılaşdırmaqdan ötrü Abşeron rayon Məmmədli kənd bələdiyyəsindən torpaq sahəsi istəmiş, X15 vəziyyəti nəzərə alınaraq ona bələdiyyə fondundan ev tikmək üçün 0.03 ha torpaq sahəsi ayrılmışdır.
48. Məmmədli kənd bələdiyyəsinin 10 dekabr 2004-cü il tarixli qərarı əsasında Abşeron rayon Məmmədli bələdiyyəsi ilə X26 arasında torpaqların alğı-satqısına dair akt xx.xx.2013-cü il tarixdə tərtib və təsdiq edilmişdir.
49. RX seriyalı, ******* saylı, xx.xx.2018-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Abşeron rayonu Məmmədli kəndi ərazisində yerləşən 0.02 ha torpaq sahəsi X15 xüsusi mülkiyyətindədir.
50. X17 ayrılmış 0.02 ha torpaq sahəsinə dair Abşeron rayon Məmmədli kənd bələdiyyəsinin yerquruluşu planından çıxarış mövcuddur.
51. Abşeron rayon Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin xx.xx.2013-cü il tarixli rəyindən görünür ki, Məmmədli kənd bələdiyyəsinin 10 dekabr 2004-cü il 13/126 saylı qərarına əsasən alğı-satqı predmeti olan torpaq sahəsi vətəndaş X17 0.02 ha olmaqla ev tikmək məqsədi üçün ayrılmış torpaq sahəsi qanuna müvafiqdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi həmin torpaq sahəsinə mülkiyyət hüququna dair sənəd verilməsinə etiraz etməmişdir.
52. Abşeron rayon Dövlət Arxivinin 06 dekabr 2019-cu il tarixli H-174 saylı məktubundan görünür ki, Abşeron rayon Məmmədli bələdiyyəsinin 13/126 saylı 10 dekabr 2004-cü il tarixli qərarı ilə X17 torpaq sahəsi ayrılmamışdır.
53. Məmmədli kənd bələdiyyəsinin 13/126 saylı 10 dekabr 2004-cü il tarixli qərarından görünür ki, Abşeron rayon Məhəmmədi kəndində yaşayan X28 ev tikmək üçün ailə vəziyyətini yaxşılaşdırmaqdan ötrü Abşeron rayon Məmmədli kənd bələdiyyəsindən torpaq sahəsi istəmiş, X16 vəziyyəti nəzərə alınaraq ona bələdiyyə fondundan ev tikmək üçün 0.03 ha torpaq sahəsi ayrılmışdır.
54. Beləliklə iş materiallarından müəyyən olunur ki, hazırkı mübahisənin əsasını təşkil edən Abşeron rayon Məmmədli bələdiyyəsinin 10 dekabr 2004-cü il tarixli qərarı X17 ünvan 2ində yerləşən 0.02 ha torpaq sahəsinin ayrılması barədə deyil, həmin kənddə yaşayan X22 torpaq sahəsinin ayrılması barədə olmuşdur.
55. İş materiallarına əlavə edilmiş X17 torpaq sahəsinin ayrılması barədə qərarından çıxarışın surətindən görünür ki, həmin qərar bələdiyyənin sədri B.F.Əliverdiyev tərəfindən imzalanmışdır.
56. Birinci instansiya məhkəməsinin iclasında dindirilmiş bələdiyyə sədri işləmiş X2 mübahisələndirilən qərarda olan imzanın ona aid ola biləcəyini istisna etməmişdir.
57. Birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi mübahisələndirilən qərardakı imza keçmiş bələdiyyə sədrinə aid olsa belə, bələdiyyə kollegial orqandır, bələdiyyənin torpaq sahəsi ayrılması ilə bağlı qərarı bələdiyyə sədrinin tək başına qərarı ilə deyil, bələdiyyənin iclasında bələdiyyə üzvlərinin iştirakı ilə iclas qərarı ilə verilir.
58. Beləliklə müəyyən olunur ki, X17 torpaq sahəsi ayrılarkən qanunvericiliyin tələbləri pozulmuşdur. Qanunvericiliyə əsasən bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Hazırkı halda isə bələdiyyə qərarı bələdiyyənin sədri tərəfindən qəbul edilmişdir.
59. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərar qanunvericiliyin tələblərin uyğun qəbul edilmədiyindən həmin qərarın etibarsız hesab edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır.
60. Torpaq sahəsinin Dübəndi-Böyük-Şor DŞ700 magistral neft kəmərinin mühafizə zonasında yerləşməsi ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) 20 mart 2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, UTM WGS 84 koordinat sistemində X 408599.61 408598.22 408638.19 408637.81; Y 4484972.62 4484985.43 4484980.35 4484976.39 koordinatlarda olan vətəndaş X17 ayrılmış ünvan 2ində ayrılmış 0.02 ha torpaq sahəsi 1976-cı ildən SOCAR-ın “Neft kəmərləri” İdarəsinin istismarında olan Dübəndi-Böyük-Şor DŞ700 magistral neft kəmərinin 47.86 mühafizə zonası daxilində yerləşir. Qeyd olunan torpaq sahəsi ilə neft kəməri arasındakı məsafə 36.60 metr təşkil edir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır ki, həmin ərazidə tikinti işlərinin aparılması qadağandır, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş istismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydalarının 4-cü bəndinin 1-ci hissəsinə əsasən, ixrac neft boru kəmərlərinin istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq, zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədi ilə borunun marşrutu boyunca boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədə mühafizə zonası müəyyən edilir. Göründüyü kimi, aidiyyəti qurum tərəfindən torpaq sahəsi ayrılarkən qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri gözlənilməmişdir.
61. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi” Qaydalarının 4.1-ci bəndinə əsasən, İNBK-nın istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə aşağıdakı mühafizə zonaları müəyyənləşdirilir:
62. İNBK-nın marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası_boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır...
63. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 iyun 2021-ci il tarixli 10/1904 saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, X17 məxsus ünvan 2ində yerləşən 0.02 ha torpaq sahəsindən 36.27 metr aralıdan SOCAR-ın “Neft Kəmərləri İdarəsinin istismarında olan Böyükşor-Sumqayıt DŞ 700 mm-lik magistral yeraltı neft kəməri keçir və həmin torpaq sahəsi neft kəmərinin mühafizə zolağında yerləşir.
64. Bu qərarın 32-ci bəndində istinad edilmiş normadan da göründüyü kimi neft-qaz və nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı bələdiyyə torpaqlarının çoxmərtəbəli çoxmənzilli, fərdi yaşayış və bağ evlərinin, qarajların tikintisi və sahibkarlıq fəaliyyəti məqsədilə zəruri tikililərin inşası üçün, habelə çoxmənzilli yaşayış evlərinə aid torpaq sahələrinin kənar məqsədlər üçün xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə isə yol verilmir.
65. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı həmçinin qeyd edir ki, Neft Kəmərləri İdarəsi Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin strukturuna daxil olan idarədir. Zəruri cəlbetmə qaydasında prosesin iştirakçısına çevrilmiş üçüncü şəxslər tərəflərin tələbləri daxilində tələblər irəli sürə bilərlər. Lakin iş materiallarında olan ərizədən (İİ cild səh. 79-80) görünür ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti iş üzrə prosessual həmiştirakçı kimi tanınmasını və iddia tələbinin təmin olunmasına dair ərizə vermişdir və Sumqayıt İnzibati Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli 2-1(118)- 33/2021 saylı qərardadı ilə onun inzibati məhkəmə icraatında üçüncü şəxs kimi iştirakına xitam verilmiş, iş üzrə icraata iddiaçı qismində qəbul edilmişdir.
66. Mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati məhkəmə icraatında prosessual həmiştirakçılardan hər biri digər tərəfə qarşı müstəqil şəkildə çıxış edir. Prosessual həmiştirakçılardan hər hansı birinin hərəkəti digərinin nə xeyrinə, nə də zərərinə təfsir oluna bilməz. (İPM-nin 30.1, 30.2 və 30.3-cü maddələri)
67. Məhkəmə kollegiyası işin araşdırılmış hallarına və yuxarıda sadalanan qanunvericilik aktlarının normalarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə əsaslıdır.
68. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2-1(118)-33/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.