Məhkəmə qərarları › İş №2-1(105)-312/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-312/2020

07.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-312/2020 07.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X12 ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə X1 nümayəndəsi və vəkili X4 iştirakı ilə, X1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X13rşı “Xaçmaz rayonunun Şollar kəndi ərazisində sahəsi 3.78 hektar olan torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi barədə Xaçmaz rayon Şollar bələdiyyəsinin xx xxxxxx 2006-ci il tarixli, 14 saylı qərarı və həmin qərar əsasında Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən onun adına verilmiş JN-04xx xxx 30222048 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(118)-639/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ X2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X13rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz rayonunun Şollar kəndi ərazisində sahəsi 3.78 hektar olan torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi barədə Xaçmaz rayon Şollar bələdiyyəsinin xx xxxxxx 2006-ci il tarixli, 14 saylı qərarı və həmin qərar əsasında Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən onun adına verilmiş JN-04xx xxx 30222048 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz rayon Şollar bələdiyyəsinin xx xxxxxx 2006-ci il tarixli, 14 saylı qərarı ilə Xaçmaz rayonunun Şollar kəndi ərazisində sahəsi 3.78 hektar olan torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. Həmin qərar əsasında Azərbaycan Respublikası keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən 2006- cı ildə onun adına JN-4xx xxx 30222048 saylı “Torpağın mülkiyyətə verilməsi barədə” Şəhadətnamə hazırlanaraq təqdim olunmuş və torpaq üzərində onun mülkiyyət hüququ dövlət torpaq kadastrında dövlət qeydiyyatından keçirilmişdir. Hal-hazırda həmin sənədi təqdim edərək qeydiyyat şəhadətnaməsinin hazırki mülkiyyət hüquqlarının reyestirinə uyğun olaraq çıxarışın verilməsi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X16 müraciət etmiş, tərəfindən müvafiq sənədlər təqdim olunmaqla etdiyi müraciətinə cavabdeh tərəfindən xx xxxxxx 2019–cu il tarixli, **********05 saylı məktubla cavab verilərək, şəhadətnamənin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X16 təhvil verilmiş Dövlət Aktlarının qeydiyyatı kitabında və torpaq sahəsinə dair Azərbaycan Respublikası keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən 2006-cı ildə onun adına verilmiş JN-4xx xxx 30222048 saylı “Torpağın mülkiyyətə verilməsi barədə” Şəhadətnamənin İdarənin elektron baza məlumatlarında əks olunmadığını bəhanə gətirərək hələ 2006–cı ildə dövlət qeydiyyatında aparılmış hüquqlarına dair çıxarşın verilməsindən imtina etmişdir. Halbuki, yuxarıda sadalananlardan da görünür ki, qeyd edilən torpaq sahəsinin mülkiyyətçisi kimi onun adına hal–hazırda da hüquqi qüvvəsini saxlayan Azərbaycan Respublikası keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən 2006-cı ildə hazırlanmış JN–4xx xxx 30222048 saylı “Torpağın mülkiyyətə verilməsi barədə” Şəhadətnamə vardır. Belə olan halda hesab edir ki, cavabdehin hər hansı hüquqi əsasa söykənmədən torpaq sahəsi üzərində hüququnun dövlət qeydiyyatının aparılmasından imtinası, həmin torpaq sahəsinin Şəhadətnaməsinin İdarənin elektron baza məlumatlarında əks olunmadığına dair bildirdikləri bəhanədən başqa bir şey deyildir. Bu hərəkəti ilə cavabdeh qanunsuzluğa yol verməklə yanaşı, mülki və torpaq qanunvericiliklərinin normalarını, o cümlədən mülkiyyət hüququna dair qanunvericlik aktlarının müddəalarını da kobud şəkildə pozmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(118)-639/2020 saylı qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş xx xxx 2006-cı il tarixli JN–04xx xxx 30222048 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Xaçmaz rayonu Şollar bələdiyyəsi ərazisində yerləşən 3.78 hektar torpaq sahəsi üzərində X5 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və X3 adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X15 üzərinə qoyulmuşdur. (hakim C.Məmmədov) Qərardan narazı qalan cavabdeh ondan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri. JN-4xx xxx 30222048 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı 5 saylı X15 elektron baza məlumatlarında və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı X16 təhvil verilmiş Dövlət aktlarının qeydiyyatı kitablarında öz əksini tapmamışdır. JN-4xx xxx 30222048 saylı Torpağa mülkiyyət Hüququna dair Dövlət Aktında göstərilən Xaçmaz rayonu, Şöllar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 14 saylı qərarı ilə kənd təsərrüfatı məhsulların istehsalı üçün ayrılmış 3.78 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.3-cü və Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə yalnız İcarəyə verilə bilər. Qeyd , edilən torpaq sahələri alqı-satqı predmeti deyildir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X7 iddia ərizəsinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını və apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi X14 apellyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını və apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, nümayəndənin izahatını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Hazırki işin hallarından görünür ki, Xaçmaz rayon Şollar bələdiyyəsinin xx xxxxxx 2006-ci il tarixli, 14 saylı qərarı ilə Xaçmaz rayonunun Şollar kəndi ərazisində sahəsi 3.78 hektar olan torpaq sahəsi iddiaçıya ayrılmış və həmin torpaq sahəsi iddiaçının adına qeydə alınaraq JN-04xx xxx 30222048 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Hazırda iddiaçı 3.78 ha torpaq sahəsinə iddiaçının mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh xx xxxxxx 2019–cu il tarixli, **********05 saylı saylı məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya etirazında əsas dəlil kimi qeyd etmişdir ki, JN-4xx xxx 30222048 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı 5 saylı X15 elektron baza məlumatlarında və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı X16 təhvil verilmiş Dövlət aktlarının qeydiyyatı kitablarında öz əksini tapmamışdır. İşdən görünür ki, işə baxan məhkəmə iddianı əsaslı sayaraq təmin etmiş və bunu onunla əsaslandırmışdır ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində öz əksini tapmışdır. İddiaçının adına tərtib olunmuş Dövlət aktı mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün əsasdır. Hansısa məlumatların, sənədlərin qeydiyyat kitabında yaxud elektron baza xəritə materiallarında öz əksini tapmaması vətəndaşın deyil, qeydiyyat orqanlarının səhvidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə bağlı qeyd edir ki, hazırki iddia tələbi torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə, yəni öhdəliyin icrası haqqında iddiadır. Məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub olmadığının müəyyən edilməsindən əvvəl iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzibati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğunu müəyyən etməlidir. Məhkəmə tərəflərin, müvafiq olaraq, iddia tələbi və həmin tələbə qarşı etirazla bağlı əsaslandırmalarına, normativ aktlara istinadlarına (o cümlədən, inzibati orqanın müraciətlə bağlı cavabındakı istinadlara), onların qərar, ərizə və etirazlarının ifadə tərzinə bağlı deyil və mübahisənin düzgün həlli üçün iş üzrə gəldiyi nəticəni tərəflərdən fərqli əsaslandıra və mübahisənin aid olduğu münasibətləri tənzimləyən fərqli normalara istinad edə bilər. Yəni ki, məhkəmənin mövqeyi cavabdehin imtinasına bağlı olmadığı üçün cavabdehin göstərdiyi dəlillərlə məhdudlaşmır və cavabdehin aşkar mübahisələndirmədiyi halları belə xidməti vəzifəsinə görə yoxlamaq məhkəmənin vəzifəsidir. Hazırki işdən görünür ki, mübahisəli torpaq sahəsi iddiaçıya Xaçmaz rayonu, Şollar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 14 saylı qərarı ilə ayrılmışdır. xx.xx.2006-cı il tarixli, 14 saylı qərar əsasında iddiaçının adına tərtib olunmuş JN- 04xx xxx 30222048 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, Xaçmaz rayonu, Şollar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 14 saylı qərarı ilə Xaçmaz rayonu Şollar kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün 3.78 ha torpaq sahəsi iddiaçıya satılmışdır. Demək ki, Dövlət Aktından belə nəticə əldə olunur ki, Xaçmaz rayonu, Şollar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 14 saylı qərarı ilə iddiaçıya kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən, həm də kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi satılmışdır. Məhkəmə isə bu xüsusata diqqət yetirməmişdir. Məlumdur ki, Torpaq Məcəlləsinə görə kənd təsərrüfatı təyinatlı torpaqlar keyfiyyət göstəricilərinə görə kənd təsərrüfatı ehtiyacları üçün yararlılığından asılı olaraq kənd təsərrüfatı ehtiyacları üçün yararlı, az yararlı və yararsız növlərə bölünür. Bu bölgü həmin torpaqların istifadəsi, qorunması eləcə də satışı zamanı fərqli qaydalar müəyyən edir. Torpaq Məcəlləsinin: - 13.1-ci maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. -56. 2-ci maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. -56.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilər. -57.1-ci maddəsinə əsasən sənaye obyektlərinin tikintisi, dəmir və avtomobil yollarının, elektrik və rabitə xətlərinin, magistral boru kəmərlərinin çəkilişi, habelə digər qeyri-kənd təsərrüfatı ehtiyacları üçün torpaq sahələri əsasən kənd təsərrüfatına yararsız və ya az yararlı torpaqlardan ayrılır. -86.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatına az yararlı və yararsız torpaqları xüsusi mülkiyyətə verilə bilər. İstinad olunan normalardan görünür ki, qanunvericilikdə bələdiyyənin kənd təsərrüfatı təyinatlı torpaqlarının vətəndaşlara verilməsinin xüsusiyyətləri tənzimlənmişdir. Kənd təsərrüfatı məqsədləri üçün kənd təsərrüfatına yararlı torpaq sahələri yalnız icarəyə verilir. Belə torpaqlar alqı-satqı obyekti ola bilməz. Qanunverici kənd təsərrüfatı təyinatlı torpaqlardan yalnız kənd təsərrüfatına az yararlı və yararsız torpaqların qeyri-kənd təsərrüfatı ehtiyacları üçün xüsusi mülkiyyətə verilə bilməsinin mümkünlüyünü nəzərdə tutmuşdur. Hazırki halda isə işin hallarından görünür ki, iddiaçıya satılmış torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün satılmışdır. Halbuki yuxarıda aparılan dəyərləndirməyə görə bu keyfiyyətdə olan torpaq sahəsinin belə məqsəd üçün satılması yolverilməzdir. Cavabdeh də apellyasiya şikayətində bu halı mübahisələndirmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2017-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki: “1. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİ hissəsi baxımından “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulan hüquqların dövlət qeydiyyatına alınmasından imtina hallarının bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeyə uyğun təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

2. Məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər.” Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmə kollegiyası qeyd edir ki, hazırki halda da iddiaçıya satılmış torpaq sahəsinin satışı onun təyinatına və hüquqi rejiminə uyğun gəlməməsi hüquqların dövlət qeydiyyatından imtina üçün əsas ola bilər və bu səbəbdən cavabdeh, mübahisəli torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnu qeydiyyata almaqdan imtina etməkdə haqlı olmuşdur. Qeyd olunanlara əsasən kollegiya belə nəticəyə gəlir ki, iddiaçının iddia tələbi əsassız və qanunsuz olduğundan təmin edilə bilməzdi. Kollegiya qeyd edir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri də torpaq sahələri üzərində hüquqları təsdiq edən aktlar çıxış edir. Lakin hazırki halda iddiaçının adına tərtib olunmuş Dövlət aktı Xaçmaz rayonu, Şollar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 14 saylı qərarına əsasən tərtib edildiyindən, həmin qərarla isə iddiaçıya kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi satıldığından, yuxarıda aparılan dəyərləndirməyə görə isə bu keyfiyyətdə olan torpaq sahəsinin belə məqsəd üçün satılması yolverilməz olduğundan, kollegiya belə nəticəyə gəlir ki, nə Şollar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 14 saylı qərarı, nə də həmin qərara əsasən tərtib olunmuş JN-04xx xxx 30222048 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı mübahisəli torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması üçün əsas kimi çıxış edə bilməz. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçı iddiasının əsaslılığı ilə bağlı üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmiş, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Lakin birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi nəticəsinə gələrkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış və maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Bu hal isə qərarın ləğvi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(118)-639/2020 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Zaur Məmmədov Hakimlər Hökümə Babayeva Fuad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar