Məhkəmə qərarları › İş №2-1(105)-312/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-312/2021

26.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-312/2021 26.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Səyyad Ağaəli oğlu Qafari və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin imtinası əsassız hesab olunması və Xaçmaz rayonu, Müqtədir qəsəbəsi, Nizami küçəsi 19-da yerləşən 0,18 hektar torpaq sahəsinin yenidən ölçülərək adına olan hüquqların dövlət qeydiyyatına alınması vəzifəsinin DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsininin üzərinə öhdəlik qoyulması tələbinə dair iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-355/2021 saylı 12 fevral 2021-ci il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ərazi İdarəsinin imtinasının əsassız hesab olunması və Xaçmaz rayonu, Müqtədir qəsəbəsi, Nizami küçəsi 19-da yerləşən 0,18 hektar torpaq sahəsinin yenidən ölçülərək adına olan hüquqların dövlət qeydiyyatına alınması vəzifəsinin DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsininin üzərinə öhdəlik qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsalandırılmışdır ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsinin qərarı ilə Xaçmaz rayonu, Müqtədir qəsəbəsi ərazisində 0.07 ha yaşayış məntəqəsinin yerləşdiyi torpaq sahəsi və üzərində yerləşən evə iddiaçının adına müvafiq çıxarış verilmişdir. Həmin mülk babası X1 məxsus olmuş, ümumi sahəsi 0.18 hektardır və hal-hazırda iddiaçının istifadəsindədir. Həmin torpaq sahəsindən 0.07 ha hissəsi anası X3 adından rəsmi olaraq vərəsəlik hüququ əsasında iddiaçının adına keçərək hüququ rəsmiləşmişdir. Halbuki, həmin torpaq sahəsi faktiki olaraq 0.25 hektar olduğu halda iddiaçının adına 0.07 hektar hissəsi rəsmiləşmişdir. Qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüquqularının tam olaraq yenidən ölçülüb daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, müvafiq çıxarışın, eləcə də torpaq sahəsinin plan və ölçüsünün alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh təşkilat iddiaçının müraciətinə 06.03.2020-ci il tarixli məktubla cavab verərək həmin ərazinin yenidən ölçülüb iddiaçının adına çıxarış verilməsindən imtina etmişdir. Həmin imtina məktubunda qeyd olunmuşdur ki, göstərilən 0.18 ha torpaq sahəsinə yenidən çıxarışın verilməsi onların səlahiyyətində deyildir, müvafiq olaraq məhkəmə qaydasında həll olunandan sonra hüquqlarının dövlət qeydiyyatına alınması məsələsinə baxıla bilər. İddiaçı hesab edir ki, Xaçmaz rayonu, Müqtədir qəsəbəsi ərazisində 0.18 ha yaşayış məntəqəsinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində yenidən ölçülüb qeydə alınması və həmin torpaq sahəsi üzərində mülkiyyət hüququna dair çıxarışın verilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə olunmalıdır. Cavabdeh inzibati orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, İddiaçı 0.25 ha torpaq sahəsinə dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı 03.02.2020-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətə 06.03.2020-ci il tarixli **********69 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki; “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən islahat zamanı vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələri onların xüsusi mülkiyyətinə verilmişdir. Cavabdeh məhkəmənin nəzərinə çatdırır ki, 5 saylı Xaçmaz Ərazi İdarəsinin kadastr məlumat bazasında olan xəritəyə və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsindən təhvil alınmış arxiv məlumatlarına əsasən müəyyən olunmuşdur ki, iddiaçının adına müvafiq Aqrar İslahat Komissiyasının qərarı ilə ərizədə göstərilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə 0.07 ha ölçüdə JN-331F “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” işlənilmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən “Bu qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. ” Göstərilənləri nəzərə alaraq, müraciətdə qeyd olunan torpaq sahəsinin 0.25 ha ölçüdə bərpa edilməsi cavabdehin səlahiyyətlərinə aid deyildir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-355/2021 saylı 12 fevral 2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir (hakim İ.Quliyev). Qərardan narazı qalan iddiaçı tərəfindən apelyasiya şikayəti verilərək, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-355/2021 saylı 12 fevral 2021-ci il tarixli qərarının ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı apelyasiya şikayətini iddia ərizəsində qeyd edilən dəlillərlə əsaslandırmışdır. Tərəflərin izahatları: Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçının apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-355/2021 saylı 12 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Cavabdeh imtinasında ona əsaslanmışdır ki, 5 saylı Xaçmaz Ərazi İdarəsinin kadastr məlumat bazasında olan xəritəyə və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsindən təhvil alınmış arxiv məlumatlarına əsasən müəyyən olunmuşdur ki, iddiaçının adına müvafiq Aqrar İslahat Komissiyasının qərarı ilə ərizədə göstərilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə 0.07 ha ölçüdə JN-331F “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” işlənilmişdir. Qeyd olunan torpaq sahəsinin 0.25 ha ölçüdə bərpa edilməsi cavabdehin səlahiyyətlərinə aid deyildir. Həmçinin “Torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş torpaq sahəsinin hüquqi statusunu müəyyən edən, hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlər təqdim olunmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və hesab etmişdir ki, iddiaçı 0.18 ha torpaq sahəsinin mülkiyyət hüququ əsası ilə dövlət qeydiyyatına alınmasını istəsə də, qeydiyyata əsas ola biləcək sənədləri inzibati orqana və məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qərar üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından görünür ki, X2 verilmiş miras əmlak X4 verilmiş **********87-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 187.7 kv.m olan fərdi yaşayış evindən və 0.07 ha torpaq sahəsindən ibarətdir. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Qanununun 8.0-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Göründüyü kimi, torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş torpaq sahəsinin hüquqi statusunu müəyyən edən, hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlər mövcud deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Azərbaycan Respublikası İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-355/2021 saylı 12 fevral 2021-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, bununla da İddiaçı apelyasiya şikayəti təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-355/2021 saylı 12 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 3zibati Kollegiyasına (ünvan: ünvan 4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar