Məhkəmə qərarları › İş №2-1(105)-313/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-313/2021

16.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-313/2021 16.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızının sədrliyi və məruzəsi ilə, Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 10 mart 2020-ci il tarixli 2-1(118)-401/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlük məsələsinə Sumqayıt Apelyasiya Məhkəməsinin (ünvan: ünvan 2 qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun 1992-ci il iyul ayının 15-dən 1994-cü ilin sentyabr ayına kimi kiçik çavuş kimi xidmətilə bağlı veteran kimi tanınaraq veteran vəsiqəsi verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 10 mart 2020-ci il tarixli, 2-1(118)-401/2020 saylı qərarı ilə iddia təmin edilməmişdir. (hakim İ.Quliyev) İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası verilmiş şikayətin mümkünlüyü məsələsini tərəflərin iştirakı ilə müzakirə etməyi zəruri hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı mübahisələndirilən qərardan apelyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulan müddətin buraxılmadığını və beləliklə də buraxılmış müddətin bərpası üçün ərizə verilməsinə ehtiyac olmadığını bildirərək, şikayətin mümkün sayılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq apelyasiya şikayətinin mümkünlüyü məsələsinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apelyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə apelyasiya şikayətinin vaxtında verilməsi, apelyasiya şikayəti verən şəxs və ya onun nümayəndəsinin belə şikayəti verməkdə səlahiyyətli olma məsələsi apellyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. Həmin Məcəllənin 75.3-cü maddəsinə görə məhkəmə qərarı, bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulmuş qaydada proses iştirakçılarına təqdim edilir. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. İş materiallarından görünür ki, iddiaçı mübahisələndirilən qərarın surətini 29 mart 2020-ci il tarixdə qəbzə şəxsən özü imza etməklə qəbul etmişdir. Yuxarıda sadalanan inzibati prosessual normaların tələbinə əsasən iddiaçı tərəfindən mübahisələndirilən məhkəmə qərarından şikayət verilmənin son müddəti 29.04.2020-ci il tarixdə bitmişdir. (iş materiallarının 26-cı vərəqi) Bundan əlavə işdən görünür ki, 08.06.2020-ci il tarixdə iddiaçı məhkəməyə ərizə təqdim edərək, iddia tələbinin təmin edilmədiyini nəzərə alaraq iddia ərizəsinə əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda həmin Məcəllənin 23.1-ci maddəsinə görə məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. İddiaçının mübahisələndirdiyi qərarın nəticə hissəsində şikayət vermənin qaydası (veriləcək şikayətin Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə ilə verilməsi), (müddəti şikayətin 30 gün müddətində verilməsi), şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı (yurisdiksiya qaydalarına uyğun olaraq şikayətin Sumqayıt Apelyasiya Məhkəməsinə ünvanlanmalı olması və həmin məhkəmənin ünvan 4məsi) dəqiq və konkret qeyd olunmuşdur. Lakin iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti 30.03.2021-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə daxil olmuşdur. Halbuki, onun həmin qərardan şikayət verməsinin son müddəti 29.04.2020-ci il tarixdə bitmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Lakin iş materiallarından göründüyü kimi, hazırki iş üzrə iddiaçı tərəfindən məhkəmə qərarından apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair hər hansı ərizə məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası xidməti vəzifəsindən istifadə etməklə apelyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün 05 may 2021-ci il tarixə məhkəmə iclasının təyin edilməsi barədə İddiaçı göndərilmiş 13 aprel 2021ci il tarixli məhkəmə bildirişində hüquqi yardım göstərərək, apelyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin ötürüldüyünü qeyd etmiş və ötürülmüş prosessual müddətin bərpasına dair müvafiq ərizənin verilməsini təklif etmişdir. Lakin iddiaçı apelyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair hər hansı ərizə də məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən 10 mart 2020-ci il tarixli qərardan apelyasiya şikayəti onun verilməsi üçün qanunla müəyyən edilmiş 30 günlük prosessual müddət ötürülməklə verildiyindən, məhkəmə tərəfindən təklif edilməsinə baxmayaraq bu müddətin bərpası ilə bağlı hər hansı ərizə məhkəməyə təqdim olunmadığından, başqa sözlə, ötürülmüş müddətin üzrlü səbəblərdən buraxılması xahiş edilmədiyindən, verilmiş apelyasiya şikayətinin mümkün sayılması üçün hər hansı əsas mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt İnzibati Məhkəməsinin 10 mart 2020-ci il tarixli, 2-1(118)-401/2020 saylı qərarından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti mümkün sayılmasın. Apelyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 6ibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 7 bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar