Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-313/2025 03.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X4 (sədrlik edən və məruzəçi), X7 və X3 ibarət tərkibdə, X5 katibliyi ilə, Ərizəçi İddiaçı2 “Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-467/2018 nömrəli, 09 iyul 2018-ci il tarixli qanuni qüvvəyə minmiş qərardadının icra edilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulması və eyni zamanda bu qərardadın icra edilməsi üçün Şamaxı rayon İcra və Probasiya Şöbəsinə icra vərəqəsi göndərilməsi” ilə bağlı ərizəsinə dair Sumqayıt İnzibati Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli, 2-1(85)-467/2018 nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-467/2018 nömrəli, 09 iyul 2018-ci il tarixli qərardadı ilə iddiaçı X6 cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrinin 14 saylı Ərazi İdarəsinə qarşı “Şamaxı rayon Çuxuryurd kəndində yerləşən X6 xüsusi mülkiyyətində olan daşınmaz əmlaka dair X5i hüququ yaranmadığından onun adına dövlət qeydiyyatına alınmasının cavabdeh tərəfindən dayandırılması” tələbinə dair inzibati mübahisə üzrə işə iddiaçının ölməsi səbəbi ilə xitam verilmişdir. Ərizəçi-ölən X1 Konstantin Aleksandroviç ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-467/2018 nömrəli, 09 iyul 2018-ci il tarixli qanuni qüvvəyə minmiş qərardadının icra edilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulması və eyni zamanda bu qərardadın icra edilməsi üçün Şamaxı rayon İcra və Probasiya Şöbəsinə icra vərəqəsi göndərilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli, 2-1(85)-467/2018 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir (hakim Aynur Axundova). Məhkəmə hesab etmişdir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)- 467/2018 nömrəli, 09 iyul 2018-ci il tarixli qərardadı iş üzrə icraata xitam verilməsi barədə olmuş, qərardadla tərəflərin üzərinə hər hansı öhdəlik qoyulmamış, icra hərəkətləri nəzərdə tutulmamışdır. Ərizəçi həmin qərardaddan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək, ərizənin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra-inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Yəni hər bir halda işə inzibati məhkəmə icraatında baxılması üçün inzibati hüquq münasibətləri ilə bağlı mübahisənin olması müəyyən edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin iş üzrə icraata xitam verilməsi barədə qərardadı yekun məhkəmə aktı olmadığından, müvafiq olaraq da icra hərəkətləri nəzərdə tutmadığından, ərizəçinin hazırki ərizə ilə müraciət etmək hüququ olmamışdır. Məhkəmə kollegiyası izah edir ki, ərizəçi İddiaçı2 atası X6 vərəsəsi kimi hüquqi müdafiə vasitələrindən istifadə etməklə ehtimal edilən hüquqlarının müdafiəsi məqsədilə aidiyyəti üzrə müvafiq məhkəmədə iddia qaldırmaq hüququ vardır. Bu səbəbdən, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli, 2-1(85)-467/2018 nömrəli qərardadı ləğv edilməklə, ərizə mümkün sayılmamalıdır. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli, 2-1(85)-467/2018 nömrəli qərardadı ləğv edilsin. Ərizə mümkün sayılmasın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(105)-313/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-313/2025
03.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver