Məhkəmə qərarları › İş №2-1(105)-315/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-315/2022

20.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-315/2022 20.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan X2rşı 15.000 manat kompensasiya alınması, 10.000 manat maddi və 10.000 manat mənəvi ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli 2- 1(118)-134/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünə və buraxılmış prosessual müddətin bərpası barədə ərizəyə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ:

1. İddiaçı cavabdeh «Azərbaycan X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan X1ra 15.000 manat kompensasiya alınması, külli miqdarda 10.000 min manat maddi və mənəvi ziyana görə 10.000 manat məbləğində pulun alınıb ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bundan sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək Azərbaycan X2rşı 15.000 manat kompensasiya alınması, 10.000 manat maddi və 10.000 manat mənəvi ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ:

a) Birinci instansiya məhkəməsindəki icraat

3. Sumqayıt İnzibati Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli 2-1(85)-848/2020 nömrəli qəraradı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

4. Sumqayıt İnzibati Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli 2-1(118)-134/2021 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim V.Əzizova).

5. Həmin qərarla razılaşmayan iddiaçı qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ

10. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş 30 gün müddət ərzində verilmədiyindən, apellyasiya şikayətinin mümkünlük məsələsinə baxılması qərara alınmışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları

6. Məhkəmə iclasında iştirak edən iddiaçı ötürülmüş müddətin bərpasına dair ərizə təqdim edərək apellyasiya şikayətinin mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı izahatında bildirmişdir ki, təxminən 3-4 ay əvvəl böyrəyindən əməliyyat olunmuş, bununla əlaqədar ev şəraitində müalicə almışdır. Məhkəmənin qərarını 29 dekabr 2021-ci il tarixdə almış, bundan sonra 2 həftə ərzində səhhəti ilə əlaqədar apellyasiya şikayəti hazırlaya bilməmişdir. Lakin sonradan apellyasiya şikayətini vaxtında verməyi unutmuşdur. Qeyd edilənləri nəzərə alaraq, ərizənin təmin edilməsini xahiş edir.

7. Cavabdeh və üçüncü şəxsə apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilsə də, nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq, apellyasiya şikayətinin mümkünlük məsələsinə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ:

8. Mülki Prosessual Məcəllə: Maddə 133. Prosessual müddətlərin bərpası Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir.

9. İnzibati Prosessual Məcəllə: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 20. Təqdimetmə Maddə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. 20.3. Məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə 22. Müddətlər Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması Maddə 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 24. Prosessual müddətlərin bərpa olunması Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat Maddə 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ:

11. Məhkəmə kollegiyası iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, ərizənin dəlillərini müzakirə edib hesab edir ki, müddətin bərpası barədə ərizə təmin edilməyərək apellyasiya şikayəti mümkün sayılmamalıdır.

12. Məhkəmə kollegiyası baxılan şikayətlə bağlı hüquqi məsələlərə giriş olaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.

13. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri İnzibati prosessual Məcəllənin 85.1-ci maddəsində məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati məhkəmə vasitəsilə verilə bilməsi müəyyən olunur.

14. İnzibati prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

15. Qətnamənin rəsmi qaydada verilməsi anlayışı Mülki Prosessual Məcəlləsinin 135.5-ci maddəsində müəyyən edilərək göstərilir ki, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8- ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

16. Mülki Prosessual Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir.

17. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında SS747360986AZ saylı xəbərnamədən görünür ki, mübahisələndirilən qərarın surəti 29 dekabr 2021-ci il tarixdə iddiaçıya verilmişdir.

18. Lakin, iddiaçı tərəfindən apellyasiya şikayəti qanunla müəyyən edilmiş 30 günlük müddət ötürüldükdən sonra, yəni 18.02.2022-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Həmçinin qeyd olunmalıdır ki, apellyasiya şikayətinin 18 fevral 2022-ci il tarixindən əvvəl poçt və ya rabitə orqanlarına təhvil verilməsi barədə işdə heç bir sübut yoxdur və iddiaçı da bu barədə hər hansı bir dəlil irəli sürmür.

19. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinin tələbinə əsasən iddiaçı tərəfindən mübahisələndirilən məhkəmə qərarından şikayət verilmənin son müddəti 29.01.2022-ci il tarixdə başa çatmışdır. İddiaçı apellyasiya şikayəti verilməsi üçün Məcəllədə nəzərdə tutulan müddəti 20 gün ötürmüşdür.

20. “X3 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbayan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci il tarixli qərarında prosessual müddətlərlə bağlı qaydaların əhəmiyyəti barədə qeyd edilmişdir ki, imperativ xarakterə malik prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı riayət edilməsi vacib şərtlərdən biridir.

21. Həmin qərara əsasən qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judicata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq, onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır.

22. Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar.

23. İddiaçı məhkəmə iclasında ötürülmüş müddətin bərpa olunması barədə ərizə təqdim etmiş və apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin tərəfindən ötürüldüyünü ərizədə etiraf etmiş və müddətin buraxılmasının üzrlü səbəblərlə xəstəliyi bağlı olduğunu qeyd etmişdir.

24. bununla bağlı kollegiya qeyd edir ki, müddətin bərpasına dair ərizədə iddiaçının xəstəliyi ilə bağlı dəlillər irəli sürülməsinə baxmayaraq, iddiaçı həmin halların mövcudluğuna dəlalət edən, həqiqətən xəstə olduğu və ya bunun apellyasiya şikayətini vaxtında verməyə mane olacaq dərəcədə olduğuna dair hər hansı sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Beləliklə, üzrlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Odur ki, elə obyektiv və ya subyektiv halların mövcudluğu üzrlü səbəblər kimi qəbul edilə bilər ki, onların mövcudluğu şəxsə müvafiq prosessual hərəkəti etməyə mane olsun. Bir qayda olaraq şəxsin özünün və ya yaxın ailə üzvünün prosessual hərəkətin həyata keçirilməli olduğu dövr ərzində xəstə olması, xidməti ezamiyyətdə olma və s. kimi hallar üzrlü səbəblər kimi qəbul edilir.

26. İddiaçı apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüş, lakin müddəti üzrlü səbəbdən ötürdüyünə dair sübutlar təqdim etməmişdir.

27. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı tərəfindən müddətin bərpası barədə ərizədə üzrlü səbəb kimi göstərilən hallar ciddi əsaslara söykənməmir və mötəbər sübutlarla təsdiq olunmur. Beləliklə də, iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin üzrsüz səbəbdən ötürüldüyü müəyyən olunur.

28. Odur ki, qeyd olunan prosessual hüquq normalarına və məhkəmə presedentlərinə əsasən apellyasiya mümkün sayılmayaraq apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina olunmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 80,85,89-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Buraxılmış prosessual müddətin bərpası barədə iddiaçı tərəfindən verilmiş ərizə təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli 2-1(118)-134/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar