Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-315/2025 06.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyin edilməsi) Sədrlik edən və məruzəçi hakim X6, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştrakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 1604/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 29 iyul 2016-cı il tarixli, 705 nömrəli qərarından görünür ki, Sumqayıt ŞHK tərəfindən 1993-cü ildə hərbi toplanışa çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi toplanış keçərkən 1993-cü ilin may ayında aldığı və 20 iyun 2016-cı il tarixdə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzində canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri - diaqnoz: “Qəlpə yaralanmalarından sonra başın təpə nahiyyəsinin sağ tərəfində, sağ qaşüstü nahiyyədə, sol qaşın alt hissəsində, alın nahiyyəsinin sağ tərəfində, sol çiyin qurşağı nahiyyəsində, hər iki diz qapağının ön səthində çapıq toxumaları” (Azərbaycan Respublikası SHXÇDX-nin Sumqayıt şəhər şöbəsinin 13 iyun 2016-cı il tarixli 2885 nömrəli göndərişi, 13 iyul 2016-cı il tarixli 284 nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzində canlı şəxsin məhkəmə-tibbi müayinəsinin 20 iyun 2016-cı il tarixli 286 nömrəli aktı, Sumqayıt şəhər məhkəməsinin 4 iyun 2016-cı il tarixli qətnaməsi, MN MHHKnın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. İddiaçı məxsus 00188 nömrəli vəsiqədən görünür ki, ona 7 oktyabr 2016-cı il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Neyrocərrahiyyə xəstəxanasının 7 dekabr 2021-ci il tarixli “Multislice kompyuter-tomoqrafiya müayinəsinin protokolu”ndan görünür ki, İddiaçı bilateral olaraq minimal beyin atrofiyası izlənilir. Atrofiyaya bağlı olaraq üçüncü və yan mədəciklər bir qədər genişlənib. Beyin şırımlarının və Silvi yarıqlarının genişliyi artıb. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının məlumatından görünür ki, İddiaçı əlillik təyin edilməsindən imtina edilib. Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11 X14n xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, 1.2.S.N-nin “Məhkəmə Tibbi Ekspertizası və X11” X14 müalicə müəssisəsi olmadığından iddiaçının 9 dekabr 2022-ci il tarixli U00047233QNU nömrəli Forma 088 göndərişində qeyd olunan xəstəliklərdən əziyyət çəkib-çəkməməsi barədə hazırda konkret fikir söyləmək mümkün deyildir. Lakin iş materiallarına əsasən onun əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün həmin göndərişdə qeyd edilən “T90.5-Kəllədaxili travmaların nəticələri. Keçirilmiş kəllə-beyin travmasmın qalıq əlamətləri. Ağırlaşmalar: G93.4-Dəqiqləşdirilməmiş ensefalopatiya. Posttravmatik ensefalopatiyası, episindromla. Yanaşı xəstəliklər: Y36.2-Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Partlayış travması, bədənin müxtəlif sahələrinin qəlpə yaralanmasından sonrakı vəziyyəti. Sağ pəncənin aşıq-baldır oynağı nahiyəsinin qəlpə yaralanması. Sağ aşıq baldır, aşıq daban, aşıq-qayıqvari oynaqlarının posttravmatik deformasiyaedici artrozu, kəskin ağrı sindromu ilə, aşıq-baldır oynağının kontrakturası. Pəncə və baldır əzələlərinin atrofıyası. Hər iki diz oynağının artrozu. El 1.7-lnsulindən asılı olmayan şəkərli diabet. Çoxsaylı ağırlaşmalarla. Şəkərli diabet İİ tip, ağır forma insulin tələbli. El 1.3-İnsulindən asılı olmayan şəkərli diabet. Gözlərin zədələnməsi ilə. OU-Qeyri-proliferativ diabetik retinopatiya. Viz OU-0,3k\etmir. El 1.3-İnsulindən asılı olmayan şəkərli diabet. Periferik qan dövranı pozğunluğu ilə. Aşağı ətrafların diabetik angiopatiyası. İ20.8-Stenokardiyanm digər formaları. ÜİX stabil gərginlik stenokardiyası İİİ F.S. İ25.2-Əvvəllər keçirilən miokard infarktı. İnfarktdan sonrakı kardioskleroz. İl 1.0- (Durğunluq) ürək çatmamazlığı ilə müşayət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəliyi. Arterial hipertenziya İİİ dərəcə yüksək risk. İ50-Xroniki ürək çatmamazlığı İİ F.S. AF- 45%. İ70- Hər iki baldır arteriyasının stenooklyuziyası. Xroniki işemiyası İİİ dər. İ73.8- Aşağı ətrafların xroniki işemiyası İİİ dərəcə.” diaqnozundakı xəstəliklərdən əziyyət şəkməsini inkar etmək də olmaz, belə ki, diaqnoz ona stasionarlarda əyani müayinəsi zamanı anamnestik, laborator-instrumental müayinələri nəticəsində müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11 X14n xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, vətəndaş M.R.Mərnmədovun əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə XBT 10 kodu üzrə qeyd edilən “Əsas diaqnoz: T90.5- Kəllədaxili travmalarm nəticələri, keçirilmiş kəllə-beyin travmasınm qalıq əlamətləri. Ağırlaşmalar: G93.4dəqiqləşdirilməmiş ensefalopatiya, posttravmatik ensefalopatiyası, episindromla. Yanaşı xəstəliklər: Y36.2-hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, partlayış travması, bədənin müxtəlif sahələrinin qəlpə yaralanmasından sonrakı vəziyyəti, sağ pəncənin aşıq-baldır oynağı nahiyəsinin qəlpə yaralanması, sağ aşıq-baldır, aşıqdaban, aşıq-qayıqvari oynaqlarının posttravmatik deformasiyaedici artrozu, kəskin ağrı sindromu ilə, aşıq-baldır oynağının kontrakturası, bükmə 90 dərəcə, açma 110 dərəcə, pəncə və baldır əzələlərinin atrofıyası, hər iki diz oynağının artrozu, E11.7-insulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet İİ tip, ağır forma insulin tələbli, E11.3-insulindən asılı olmayan şəkərli diabet, gözlərin zədələnməsi ilə, OU-qeyri-proliferativ diabetik retinopatiya, VisOU- 0,3 k\etmir, E11.3-insulindən asılı olmayan şəkərli diabet, periferik qan dövranı pozğunluğu ilə, aşağı ətrafların diabetik angiopatiyası, İ20.8-stenokardiyanın digər formaları, ÜİX stabil gərginlik stenokardiyası İİİ F.S, İ25.2-əvvəllər keçirilən miokard infarktı, infarktdan sonrakı kardioskleroz, İ11.0-(durğunluq) ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə bjipertenziv (hipertoniy.a) xəstəliyi, arterial hipertenziya İİİ dərəcə yüksək risk, İ50- xroııiki ürək çatmamazlığı İİ F.S, AF-45%, İ70-hər iki baldır arteriyasının stenooklyuziyası, xroniki işemiyası İİİ dərəcə, İ73.8-aşağı ətrafların xroniki işemivası İİİ dərəcə” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilsə də, şəxsin xx.xx.2023-cü il tarixdə DTSERA-da əyani müayinəsi zamanı əlillik təyinatına əsas verən patofunksional pozuntular aşkar edilməmişdir. Forma 088 göndərişində qevd edilmiş əsas diaqnozdakı xəsarətlər Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. (Əsas: 705 nömrəli, xx.xx.2016-cı il tarixli HHK-nın Qərarı). Ağırlaşmalar isə əsas xəstəliyin ağırlaşmalarıdır, yanaşıl xəstəliklər isə əsas xəstəlik və onun ağırlaşmalarından asılı olmayan orqanizmin digər üzvlərinin xəstəlikləridir. Vətəndaş İddiaçı məhkəmə-tibbi müayinə zamanı mütəxəssisə göndərilmiş və 19-xx.xx.2025-ci il tarixlərdə “Sumqayıt Tibb Mərkəzi 4 nömrəli, şəhər xəstəxanasının nevroloji şöbəsində “Əsas diaqnoz: T90.5-keçirilmiş kəllə-beyin travmasının qalıq əlamətləri. Ağırlaşma: G93.4-posttravmatik ensefalopa-tiya, episindromla, F48.8-qabarıq asteno-nevrotik sindrom. Yanaşı xəstəliklər; İ69.3sağ OBA hövzəsində keçirilmiş işemik insultun qalıq əlamətləri, G63.2- diabetik polineyropatiya, M54.4-vertebrogen serviko-lumboişalgiya, davamlı kökcük tipli ağrılarla. İ20.8-ÜİX, gərginlik stenokardiyası 2-ci funksional sinik İ50-xroniki ürək çatmamazlığı 2-ci funksional sinif, İ10-arterial hipertenziya İİİ mərhələ, əlavə risk 4, E11-şəkərli diabet 2-ci tip, N11.8-xroniki pielonefritin kəskinləşməsi, K76.O-qaraciyərin piy hepatozu, N41.1-xroniki prostatit” diaqnozlar ilə stasionar müayinə və müalicədə olmuşdur. Vətəndaş İddiaçı xx.xx.2025-ci il tarixdə “Akademik C.Abdullayev adına X1”nun konsultativ-poliklinika şöbəsinə müraciət etmiş və ona aparılan EKQ və ExoKQ müayinələri əsasında İ20.8-ÜİX, gərginlik stenokardiyası İİİFS, İ11.0-hipertoniya xəstəliyi İİİ dərəcə, İ47.1-şəkərli) diabet paroksizmal taxikardiya tutmaları ilə, E11.8-şəkərli diabet İİ tip insulin tələbli forma, İ50-XÜÇ: İİFS” diaqnozları qoyulmuşdur. Vətəndaş İddiaçı xx.xx.2025-ci il tarixdə “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutun”na müraciət etmiş və mütəxəssis tərəfindən ona XBT 10 üzrə kod: “Y36.4, W33, M19.1, M17.0, R52.0, M24.S, M21.0, M62.5, R26, R26.8, M46.1 -partlayış travması, bədənin müxtəlif sahələrinin qəlpə yaralanmasından sonrakı vəziyyət, sol said sümüklərinin aşağı 1/3-nin qeyri-düzgün bitişmiş sınığı, dirsək sümüyünün madelung tipli deformasiyası, əlin mil deviasiyası, sol distal mil-dirsək oynağının üçüncü dərəcəli artrozu, valqus deformasiyası, sağ pəncənin aşıq-baldır oynağı nahiyəsinin qəlpə yaralanması, sağ aşıq-baldır oynağının ikinci dərəcəli artrozu, şopar oynağının üçüncü dərəcəli artrozu, ağrı sindromu, sağ aşıq-baldır oynağının kontrakturası-bükmə 90°, açma 110°, pəncə və baldır əzələlərinin atrofiyası, hər iki diş oynaqlarının üçüncü dərəcəli artrozu, ağrı sindromu, yerişin çətinləşməsi, funksiya pozğunluğu, soltərəfli sakroileif” diaqnozu təyin edilmişdir. Əlilliklə bağlı məsələlərin həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli qərarı ilə qiymətləndirilməsi Qaydasının 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətlədirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əlillik dərəcəsinin təyin edilməsi Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2021-ci ilin oktyabr ayından dayandırılmış əlilliyin və almadığı pensiyanın bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2021-ci ilin oktyabr ayında onun əlilliyi dayandırıldı. 2022-ci ilin avqust ayından dekabr ayına kimi qeydiyyatda olduğu Sumqayıt şəhər 1 saylı Xəstəxananın nəzdindəki poliklinikanın həkimlərinin göstərişi ilə müxtəlif xəstəxanalarda yatmış, müayinədən keçmiş, müxtəlif analizlər vermiş və sənədlərini əliliyin təyin edilməsi üçün hazırlanmışdır. 10 dekabr 2022-ci ildə sənədləri Agentliyin alt sisteminə yerləşdirilmişdir. 15 yanvar 2023-cü il tarixdə onun mobil telefonuna zənglə bildirilmişdir ki, 15 yanvar 2023-cü il, 11:45 də Tibbi Sosial Ekspert və X3 Sosial Ekspert Komissiyasına əyani müayinə üçün yaxınlaşmalıdır. Müayinədən sonra bildirilmişdir ki, 15 iş günü ərzində telefona mesaj gələcək. O gündən bu günə nə mesaj, nə də rəsmi məktub gəlməmişdir. Daha sonra rəsmi olaraq müraciət edilsə də, heç bir nəticəsi olmamışdır. 30 avqustda Sumqayıt TSEK-ə müraciət etmiş və ordan bildrilmişdir ki, 2022ci ilin dekabrın 19-dan imtina gəlmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Əlilliyi olan şəxslərin hüquqları haqqında Qanunun 3.3-1-ci bəndinə əsasən, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Əlillik alt sistemindəki məlumatlara əsasən iddiaçı 6 aylıq müddəti ötürmüşdür. İddiaçının müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən 29 iyul 2016-cı il tarixli, 705 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Qəlpə yaralanmalarından sonra başın təpə nahiyəsinin sağ tərəfində, sağ qaşüstü nahiyədə, sol qaşın alt hissəsində, alın nahiyəsinin sağ tərəfində, sol çiyin qurşağı nahiyəsində, hər iki diz qapağının ön səthində çapıq toxumaları” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi Travmadır, Azərbaycan Respublikası Müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Təqdim olunmuş, hərbi biletdə xidmət etməməsi barədə məlumat qeyd olunsa da, 2016-cı il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin Qətnaməsinə əsasən 11 aprel 1993-11 iyul 1993-cü il tarixə kimi 701 saylı Hərbi hissəsinin tərkibində həqiqi hərbi xidmət keçməsi faktı müəyyən edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı ürək və başında olan ağrılardan şikayətlənmişdir. Obyektiv baxış zamanı əlillik təyinatına əsas verən nevroloji ocaqlı patologiya aşkar edilməmiş, anamnestik məlumatlarda təsvir etdiyi əlamətlər epitutma üçün xarakterik olmamış, ekspertiza üçün əhəmiyyətli EEQ dalğaları və qıcolma tutmasının video çəkilişi təqdim olunsa da, müayinə nəticəsində epitutmalar təsdiqlənməmiş, video çəkiliş epitutma üçün xarakterik olmamışdır. Müayinə zamanı alın, sol çiyin və hər iki diz oynaq nahiyəsində çapıq toxumalar izlənilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və tam həcmdə olmuşdur. Anamnezində şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyi ifadə olunmuşdur. X7 və Ortopediya İnstitutunun 6 dekabr 2021-ci il tarixli **********/10610 nömrəli Arayışında qeyd edilmiş diaqnoz obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Təqdim olunmuş, Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının EEQ müayinəsinin nəticəsi “Sütun strukturların disfunksiyası” kimi qeyd olunmuş, epitutmaları təsdiqləməmişdir. Respublika Neyrocərrahiyyə Xəstəxanasının 7 dekabr 2021-ci il tarixli Baş-beynin nativ KT müayinəsi, nəticəsi “Bilateral minimal beyin atrofiyası” kimi müəyyənləşdirilmişdir. X8 13 oktyabr 2022-ci il tarixli Kranial MR müayinə nəticəsi “Sağ serebellar hemisfer posteriorunda mm-ik ölçülü xronik işemik gliotik ocaq qeyd edildi. Serebral atrofivava ikincili sulkuslarda verıtrikulyar sistemdə passiv dilatasiva izlənildi. Hər iki serebral hemisferdə frontal paylar periventrikulyar ağ maddədə T2-FLAİR rejimdə hiperintens signallı mm-k ölçülü xronik işemik gliotik ocaglar qeyd edildi. Periventrikulyar ap maddədə lokoriyazis (xronik işemiva) lehir periventrikulvar diffuz hiperintens signal dəyişiklikləri diqqəti çəkdi. Kəskin mərhələ işemik insult lehinə diffuzion məhdudlaşması göstərən patoloji ocag gevd edilmədi” kimi qeyd olunsa da klinik olaraq öz təsdiqini tapmamışdır. X13 adına Milli Oftalmologiya Mərkəzinin 13 dekabr 2021-ci il tarixli 11877 nömrəli Tibbi Rəyin diaqnoz “Vis QD=0.3k/e. Vis QS=0.3k/e. OU-Qeyri-proliferativ diabetik retinopatiya. Hipertor retinopativa. OU-Mürəkkəb hipermetropik astiomatizm” kimi müəyyən edilmiş, əlillik təyinatr əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da 18 yanvar 2023-cü il tarixli Aşağı ətraf arteriyalarının dopplerografiyası müayinəsinin nəticəsi “Sağ ön tibial arteriyada or və distal segmentində ciddi aterosklerotik plaklar hesabına mənfəsi daralıbdır; (50- 60%, 6İ 65% darlığlar) buna baxmayaraq magistral və kollateral axım hesabına trifazik və bifa axımlar izlənilir” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da 18 yanvar 2023-cü il tarixli Transtorakal Exokardioqrafi müayinəsinin nəticəsi “Aorta sərtləşib. Sol gulagcıg genişlənib (5.1 sm). Sol mədəcivin cic konsentrik hioertrofivası (1.3sm- 1.5sm). Sol mədəcivin sistola-diastolik ölçüləri böyüməyi: diastolik funksiya restriktiv tipdə pozulub, segmentar divar hərəkət pozğunluğu gevd olum’ inferior septumun bazalı və inferior lateralın bazalı hipokinetikdir; digər divarlar hiperkinetikd • sistolik funksiya azalmayıb (LVEF=58%). Aorta! və Mitral papağlar fibrotikdir. Min MR. X16 təmizdir. Müavinə sinus taxikardivası fonunda aparıldı (HR=123)” kir müəyyənləşdirilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da 18 yanvar 2023-cü il tarixli Oftalmolog müayinəsinin nəticəsi “Vis QD=0.3k/i 0.5. VİS QS=0.3k/i 0.4. OU-Qarıs astiomatizm. QPDR” kimi müəyyənləşdirilmişdir. Anamnestik məlumatlarda, instrumental və obyekt müayinə nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunmas meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbu edilmişdir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1604/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 9 dekabr 2022-ci il tarixindən əlillik dərəcəsinin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisinə uyğun olaraq) təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır (hakim Könül Həbibova ). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmənin 19 dekabr 2023-cü il tarixli iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi şikayət müddətinin ötürülübötürülməməsi ilə əlaqədar bildirmişdir ki, iddiaçı tərəfindən şikayətetmə müddəti ötürülməmişdir. Bununla da görünür ki, cavabdeh tərəf mümkünlük məsələsini mübahisələndirməmişdir. Məhkəmənin qərardadı ilə təyin olunmuş ekspertiza nəticəsində verilən ekspert rəyində də bir daha öz təsdiqini tapmışdır ki, müəyyən olunmuş diaqnoza əsasən iddiaçıda tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən xəstəliklər mövcuddur. Bundan əlavə, iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 14 sentyabr 2021-ci il tarixədək İİ qrup əlillik təyin edilmişdir. Cavabdeh əvvəlki mövqeyindən fərqli olaraq təkrar əlilliyin təyini zamanı diaqnozun əlilliyə əsas verməməsi halına istinad etsə də, o, əvvəlki davranışından fərqli qaydada hərəkət etməsinin hüquqi və faktiki əsaslarını göstərə bilməmiş, iddiaçıya münasibətdə eyni halla bağlı fərqli yanaşma sərgiləmiş, imtinasını əsaslandırmamış, bununla da əsassız olaraq iddiaçının konstitusion hüququ olan sosial təminat hüququnu pozmuşdur. İddiaçıya əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə baxılan zaman əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğuna baxmayaraq, bunu etməmişdir, öz təşəbbüsü ilə əlavə sübutlar toplamamışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə öz mövqeyini əsaslandıraraq bildirilmişdir ki, SN-nin “Məhkəmə Tibbi Ekspertizası və X11” X14 müalicə müəssisəsi olmadığından iddiaçının 9 dekabr 2022-ci il tarixli UQ0047233QNU nömrəli Forma 088 göndərişində qeyd olunan xəstəliklərdən əziyyət çəkib-çəkməməsi barədə hazırda konkret fikir söyləmək mümkün deyildir. Lakin iş materiallarına əsasən onun əlilik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün həmin göndərişdə qeyd edilən “T9CL5- Kəllədaxili travmaların nəticələri. Keçirilmiş kəllə-beyin travmasının qalıq əlamətləri. Ağırlaşmalar: G93.4-Dəqiqləşdirilmiş ensefalopatiya, Posttravmatik ensefalopatiyası, episindromla. Yanaşı xəstəliklər: Y30.2-Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Partlayış travması, bədənin müxtəlif sahələrinin qəlpə yaralanmasından sonrakı vəziyyəti. Sağ pəncənin aşıq-baldır oynağı nahiyəsinin qəlpə yaralanması. Sağ aşıq baldır, aşıq daban, aşıq-qayıqvari oynaqlarının posttravmatik deformasiyaedici artrozu, kəskin ağrı sindromu ilə, aşıq-baldır oynağının kontrakturası. Pəncə və baldır əzələlərinin atrofıyası, Hər iki diz oynağının artrozu. Eİ 1.7-İnsulindən asılı olmayan şəkərli diabet. Çoxsaylı ağırlaşmalarla. Şəkərli diabet İİ tip, ağır forma insulin tələbli. El 1.3- İnsuindən asılı olmayan şəkərli diabet. Gözlərin zədələnməsi ilə, OU-Geyri-proliferativ diabetik retinopatiya. Viz OU-0,3k\etmir. El 1.3-İnsulindən asılı olmayan şəkərli diabet Periferik qan dövranı pozğunluğu ilə. Aşağı ətrafların diabetik angiopatoyası. İ2Q,8-Sienokardiyanın digər formaları, ÜİX stabil gərginlik stenokardiyası İİİ F.S.İ25.2-Əvvəllər keçirilən miokard infarktı, infarktdan sonrakı kardioskleroz, İl 1.0- (Durğunluq) ürək çatmamazlığı ilə müşayət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəliyi, Arterial hipertenziya İİİ dərəcə yüksək risk. İ50-Xrontki ürək çatmamazlığı İİ F.S. AF- 45%. İ70- Hər iki baldır arteriyasının stenooklyuziyası.-Xroniki işemiyası İİİ dər. İ73.8-Aşağı ətrafların xroniki işemiyası İİİ dərəcə,” diaqnozundakı xəstəliklərdən aziyyət çəkməsinin inkar etmək də olmaz, belə ki, diaqnoz ona stasionarlarda əyani müayinəsi zamanı anamnestik, laborator-instrumental müayinələri nəticəsində müəyyən edilmişdir Məhkəmənin qeyd edilən halları ilə razılaşmır yə eyni zamanda ekspert rəyi ilə X9 hazırda hansı xəstəliklərdən əziyyət çəkibçəkməməsi barədə konkret fikir söyləmək mümkün olmamasına baxmayaraq, məhkəmə tərəfindən ekspert rəyi belə təhrif edilərək iddiaçının maraqlarına uyğunlaşdıraraq qərar qəbul edilmişdir. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı apanlsın. Göndərişdə qeyd olunan diaqnoz əllilik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qarar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Həmçinin əlliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstəliyin ağırlaşmaları, xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı ürək və başında olan ağrılardan şikayətlənmişdir. Obyektiv baxış zamanı əlillik təyinatına əsas verən nevroloji ocaqlı patologiya aşkar edilməmiş, anamnestik məlumatlarda təsvir etdiyi əlamətlər epitutma ücün xarakterik olmamış, ekspertiza üçün əhəmiyyətli EEQ dalğaları və qıcolma tutmasının video çəkilişi təqdim olunsa da, müayinə nəticəsində epitutmalar təsdiqlənməmiş, video çəkiliş epitutma üçün xarakterik olmamışdır. Müavinə zamanı alın, sol civin və hər iki diz-oynaq nahiyəsində çapıq toxumalar izlənilmiş, yuxarı və asadı ətraflarda hərəkətlərlər sərbəst və tam həcmdə olmuşdur. Anamnezində şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyi ifadə olunmuşdur. X7 və Ortopediya İnstitutunun xx.xx.2021-ci il tarixli **********/10810 nömrəli arayışında qeyd edilmiş diaqnoz obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. İddiaçının apellyasiya şikayətinə dair etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiə edilməsi ilə bağlı əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin nəzərə alınmasını xahiş etdi. Tətbiq edilən hüquq “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”
3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.2 Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin: 7.1-ci bəndinə əsasən hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. 7.2-ci bəndinə görə Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; b) «Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır»; c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»; ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»; d) «Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır»; e) «Ümumi xəstəlikdir» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: Bənd 3. Orqanizmin funksiyalarının pozulması faizləri 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Bənd 2. Qan dövranı sisteminin xəstəlikləri Xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn orqanizmin qan dövranı sisteminin davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi klinik-funksional təzahürlərin ifadə dərəcəsinin qiymətləndirilməsinə əsaslanır: qan dövranı çatışmazlığı, hipertonik sindrom, ağciyər hipertenziyası, aritmiyanın və ya blokadanın dərəcəsi. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, fəsadların olması. Bənd 2.1. Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər- XBT kodu İ10-İ15 Qiymətləndirmə: 2.1.1 arterial hipertenziya İ-İİİ dərəcə, hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının mülayim pozulması (zədələnməsi) ilə; 2.1.2. arterial hipertenziya İ-İİİ dərəcə, hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının ciddi pozulması (zədələnməsi) ilə; 2.1.3 arterial hipertenziya İ-İİİ dərəcə, hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının ağır pozulması (zədələnməsi) ilə. Bənd 2.2. Ürəyin işemik xəstəliyi-XBT kodu İ20-İ25 Qiymətləndirmə: 2.2.1. ÜDS-nin mülayim disfunksiyası: stenokardiya və ya ağrısız işemiya FS İİİ (50 Vatt və ya 2-3,9 METs); XÜÇ İİA mərhələ olduqda. Miokardın revaskulyarizasiyası mümkün olmadıqda; 2.2.2. ÜDS-nin ciddi disfunksiyası: stenokardiya və ya ağrısız işemiya, FS İİİ (50 Vatt və ya 2-3,9 METs); XÜÇ İİB mərhələ olduqda. Miokardın revaskulyarizasiyası mümkün olmadıqda;2.2.3. ÜDS-nin ağır və davamlı disfunksiyası: stenokardiya və ya ağrısız işemiya, FS lV (25 Vatt və ya 1,1-1,9 METs); XÜÇ İİİ mərhələ olduqda. Miokardın revaskulyarizasiyası mümkün olmadıqda. Bənd 2.3. Ürək çatışmazlığı-XBT kodu İ50 Qiymətləndirmə: 2.3.1 ÜDS-nin mülayim disfunksiyası: FS İİİ, XÜÇ İİA mərhələ;2.3.2. ÜDSnin ciddi disfunksiyası: FS İİİ, XÜÇ İİB mərhələ; 2.3.3. ÜDS-nin ağır və davamlı disfunksiyası: FS İV, XÜÇ İİİ mərhələ; 2.3.4. ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər; 2.3.5. ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda. Bənd 11.2. Şəkərli diabet- XBT kodu E10-E14 Bənd 11.2.1 insulindən asılı olmayan şəkərli diabet- XBT kodu E11 Bənd 11.2.2. böyrəklərin zədələnməsi ilə şəkərli diabet-diabetik nefropatiya (ifrazetmə funksiyasının pozuntusu dərəcəsindən asılı olaraq)-XBT kodu E10-E14 Bənd 11.2.3. gözlərin zədələnməsi ilə şəkərli diabet-diabetik retinopatiya (görmə funksiyasının pozuntusu dərəcəsindən asılı olaraq (görmə itiliyi, torlu qişasının lazer koaqulyasiyasından sonra skatomaların olması)- XBT kodu E10-E14 Bənd 13.3. Artrоzlаr- XBT kodu M15-M19 Bənd 13.4. Digər artrozlar-XNT kodu M19; Qonartroz (diz oynağının artrozu)-XBT kodu M17 Bənd 6. Sinir sistemi xəstəlikləri Orqanizmin sinir sisteminin xəstəliklərdən, zədə və çatışmazlıqlardan irəli gələn davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi hərəkət və hissiyyat pozuntularının təzahüretmə dərəcəsinin nəzərə alınması ilə, hərəkət funksiyası pozuntusunun təzahüretmə dərəcəsinin qiymətləndirilməsinə (sadə və mürəkkəb hərəkətləri icra etmək qabiliyyəti) əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması. Bən 6.1 Başın travmalarının nəticələri-XBT kodu T90; Vegetativ (avtonom) sinir sisteminin pozuntuları-XBT kodu G90 Bənd 6.1.10 sinir və sümük-əzələ sisteminə aid olan simptomlar və nişanələr-XBT kodu R25- R29 Bənd 6.6.3. digər şöbələrin fəqərəarası disklərinin zədələnmələri-XBT kodu M51.3; boyun şöbəsinin fəqərəarası disklərinin zədələnməsi-XBT kodu M50 “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Hazırki iş üzrə iddiaçının tələbi ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə əlilliyin təyin edilməsi ilə bağlı olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən imtinasını onunla əsaslandırmışdır ki, əlilliyin təyin edilməsi üçün əsas olan xəstəlik diaqnoz öz təsdiqini tapmır. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının barəsində müvafiq tibb müəssisəsi tərəfindən xx.xx.2023-cü il tarixli tibbi göndəriş tərtib edilmiş, həmin tibbi göndərişdə iddiaçı barəsində əsas diaqnoz xəstəliyi “Kəllədaxili travmaların nəticələri, keçirilmiş başın təpə, alın nahiyəsində qəlpə yaralanmasından sonrakı HBT-nin qalıq əlamətləri (XBT kodu T90.5)”, ağırlaşmaları “Dəqiqləşdiirlməmiş ensefalopatiya,posttravmatik ensefalopatiya episindromla (XBT kodu G93.4)”,”Xoşxassəli kəllədaxili hipertenziya, kəllədaxili hipertenziya (XBT kodu G93.2)”, “Vegetativ sinir sisteminin digər pozğunluqları, asteno-nevrotik sindrom (XBT kodu G90.8)” yanaşı xəstəlikləri “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışla və ya qəlpələrlə törənmiş zədələnmələr,partlayış travması bədnin müxtəlif nahiyyələrində qəlpə yaralanmasından sonrakı vəziyyət (XBT kodu Y36.2)”,“Oynaqların kontrakturası,sol aşıq baldır kontrakturası,ükmə 90 dərəcə,açma 110 dərəcə (XBT kodu M24.5)”, “İnsulindən asılı olmayan şəkərli diabet,çoxsaylı aöırlaşmalarla,şəkərli diabet İİ tip ağır forma insulin tələbli (XBT kodu E11.7)”, “Ürək çatışmazlığı ilə müşayiət olunan əsasən ürəyin zədələnməsi ilə hipertenziv xəstəlik,arterial hipertenziya İİİ dərəcə yüksək əlavə risk (XBT kodu İ11.0)”, “Əvvəllər keçirilən miokard infarktı,infarktdan sonrakı kardioskeloroz (XBT kodu İ25.2)”, “Ürək çatışmazlığı XÜÇ İİ FS AF 45% (XBT kodu İ50.0)”, “Stenokardiyanın digər formaları,ÜİX stabil gərginlik stenokardiyası İİİ FS (XBT kodu İ20.8)”, “Fəqərəarası diskin digər dəqiqləşdirilmiş degenarasiyası bel fəqərələrinin osteoxondrozu (XBT kodu M51.3)”, “Boyun şöbəsinin fəqərəarası disklərinin digər degerasiyası soyun osteoxondrozu (XBT kodu M50.3)”, “İkitərəfli posttravmatik qonartozu hər iki diz oynaqlarının İİİ dərəcə artozu, kəskin ağrı sindromu ilə (XBT kodu M17.2)”, “Hərəkətin və yerişin pozulmaları, yerişin çətinləşməsi (XBT kodu R26)”kimi qeyd edilmişdir. Həmçinin, Mərhəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş müvafiq şəhadətnamənin məzmunundan görünür ki, iddiaçı barəsində qoyulmuş diaqnoz xəstəlik “Qəlpə yaralanmasından sonra başın təpə nahiyəsinin sağ tərəfində, sağ qaşüstü nahiyədə, sol qaşın alt hissəsində, alın nahiyəsinin sağ tərəfində, sol çiyin qurşağı nahiyəsində, hər iki diz qapağının ön səthində çapıq toxumaları)" kimi qeyd edilmiş, habelə səbəbli əlaqəsi kimi “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi əks olunmuşdur. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı barəsində xx.xx.2016-ci ildə “keçirilmiş kəllə beyin travmasının qalıq əlamətləri.Posttravmatik ensefalopatiya,tez-tez baş verən qıcolma tutmalarla.Kəllədaxili hipertenziya.Qəlpə yaralanmasından sonra başın təpə,qaşüstü,alın nahiyəsində,sol çiyində,hər iki diz qapağında çapıq toxuma,şəkərli diabet İİ tip.Hipertoniya xəstəliyi İİ mərhələ” dianozu ilə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” ikinci dərəcə 5 il müddətinə əlillik təyin edilmişdir İş materiallarında olan ambulator kartadan çıxarış və digər sənədlərdən görünür ki, iddiaçı qeyd edilən diaqnoz xəstəliklərlə bağlı stasionar və ambulator müalicədə olmuşdur. İş materiallarında olan və tədqiq edilmiş xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixli ekspert rəylərinin məzmunundan görünür ki, iddiaçı barəsində diaqnoz qoyulmuş xəstəliklərin aparılmış anamnestik, laborator-instrumental müayinələrin nəticəsində müəyyən edildiyi, müvafiq tibbi göndərişdə qeyd edilmiş əsas diaqnozdakı xəsarətlər Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır, ağırlaşmaları isə əsas xəstəliyin ağırlaşmalarıdır,yanaşı xəstəliklər isə əsas xəstəlik və onun ağırlaşmalarından asılı olmayan orqanizmin digər üzvlərinin xəstəlikləri olduğu qeyd edilmişdir. Bundan əlavə, kollegiya onu qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2024-cü il tarixli ekspert rəyinin tərtib edilməsində cavabdehin nümayəndəsi iştirak etdiyindən, bu hal isə həmin rəyin mötəbərliyini şübhə altına alınmasına əsas olan hal kimi çıxış etdiyindən, həmin ekspert rəyinin işin üçün əhəmiyyət kəsb edən halın müəyyən edilməsi zamanı nəzərə alınması məqsədəmüvafiq deyildir. Göründüyü kimi iddiaçıda müvafiq tibbi göndərişdə əks olunmuş xəstəliklərin mövcudluğu iddiaçı barəsində tərtib edilmiş müvafiq tibbi sənədlər (əyani müayinənin nəticələri, müalicə və s. aid), habelə məhkəmə araşdırması zamanı tədqiq edilmiş ekspert rəyləri əsasında öz təsdiqini tapır. Cavabdeh tərəfindən həmin halı təkzib edən (müvafiq rəylərin əksinə dair halları müəyyən edən) heç bir dəlilə istinad edilməmişdir. Eyni zamanda, qeyd edilməlidir ki, iddiaçı barəsində müvafiq tibbi göndərişdə əks olunmuş əsas diaqnoz və ağırlaşmaları (XBT kodu T90, G90 və digər) əlilliyin təyin edilməsi meyarlarını müəyyən edən müvafiq 187 nömrəli Qərarda əlilliyin təyin edilməsinə əsas olan xəstəliklər kimi qeyd edilmişdir. İndiki halda cavabdeh inzibati orqan iddiaçıda əllliyin təyin edilməsi üçün əsas olan əlamətlərin əlillik səviyyəsində olmadığını qeyd etsə də, ona dair heç bir sübutu məhkəməyə qədim edə bilməmiş, habelə istinad etdiyi halları iddiaçının müayinə nəticələrinə və s. aid müvafiq tibbi sənədlərə istinad edilməklə, əsaslandıra bilməmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan “xəstəliyin əlamətlərinin vı ağırlaşmalarının əlillik səviyyəsində olmaması” halına formal olaraq istinad etməklə, ümumi söz şəklində ifadə etmişdir. Nəticə etibarilə cavabdehin imtina, etiraz və şikayətin dəlili kimi istinad etdiyi hallar (xəstəlik və onun aöırlaşmalarının əlamətlərinin əlillik səviyyəsində olmaması və s.) iş materialları əsasında təkzib olunmaqla, öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı barəsində tərtib edilmiş tibbi göndərişdə əks olunmuş diaqnoz xəstəliklərin ekspert rəyləri, müvafiq tibbi sənədlər əsasında iddiaçıda aşkar olduğu öz təsdiqini tapdığı, habelə həmin xəstəliklərin müvafiq qanunvericilik normasının tələbinə əsasən əlilliyin təyin edilməsi üçün əsas qismində çıxış etdiyi halda, cavabdeh tərəfindən heç bir əsaslandırma aparılmadan, heç bir tibbi sənədə istinad edilmədən həmin xəstəliklərin (ağırlaşmalarının) əlilliyin təyin edilməsi üçün əsas olmadığı halına istinad edilməsi əsassız və qanunvericiliyin tələbinə zidd olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçı barəsində diaqnoz qoyulmuş xəstəliyin əlilliyin təyin edilməsinə əsas olması ilə bağlı hissədə işin hallarına düzgün hüquqi qiymət vermiş, iddiaçı barəsində əlilliyin təyin edilməsi barədə gəldiyi nəticə işin hallarına uyğun olmuşdur. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə cavabdehin şikayətinin dəlilləri əsassız olmuşdur. Bundan əlavə, məhkəmə kollegiyası onu qeyd edir ki, indiki halda iddiaçı barəsində qeyd edilən diaqnoz xəstəliyin (XBT kodu T90,G90 olan) “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı” aldığı travma ilə əlaqədar yaranması halı da iş materiallarına olan sənədlər (Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən tərtib edilmiş müvafiq şəhadətnamə, ekspert rəyi və s.) əsasında öz təsdiqini tapır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən həmin hala hüquqi qiymət verilməmişdir. Bundan əlavə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı barəsində sonuncu tibbi göndəriş xx.xx.2023-cü il tarixdə tərtib edilmiş və cavabdeh tərəfindən həmin göndəriş əsasında əlilliyin qiymətləndirilməsi aparılmaqla, sonuncu imtina barədə qərarı xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. İş materiallarından görünür ki, sonuncu tibbi göndərişdən əvvəlki göndərişin tarixi xx.xx.2022ci il və cavabdehin imtina barədə qərarının tarixi xx.xx.2022-ci il tarixli olmaqla, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edilmiş, nəticə etibarilə iddiaçı tərəfindən həmin qərarı mübahisələndirmək üçün qanunla müəyyən edilmiş 30 günlü prosessual müddət ötürülmüşdür. Bu səbəbdən kollegiya hesab edir ki, əlilliyin təyinat tarixi məhz sonuncu tbbi göndəriş və onun əsasında cavabdeh tərəfindən aparılmış qiymətləndimənin nəticəsinə dair imtina qərarının tarixi-xx.xx.2023-cü il tarix əsas götürülməklə, müəyyən edilməlidir. Buna baxmayaraq, həmin hissədə birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Bu baxımından qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı əlilliyin səbəbli əlaqəsi və əllliyin təyinat tarixi ilə bağlı hissədə iddiaçının hüquqi marağının nədən ibarət olması aydınlaşdırılmış, ona uyğun olaraq, kollegiya tərəfindən iddiaçıya hüquqi yardım göstərilmiş, iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim edilməklə, məhz xx.xx.2023-cü il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı” səbəb əlaqə ilə əlaqədar olaraq əlilliyin təyin edilməsini xahiş etmişdir. Kollegiya hesab edir ki, idndiki halda iddiaçının əlilliyin təyin edilməsinə əsas olan xəstəliklərin bir qismi məhz “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı” aldığı travma nəticəsində baş verməsi iş materialları əsasında təsdiq olunduğundan, habelə əlilliyin təyinat tarixi məhz sonuncu tərtib edilmiş tibbi göndərişə əsasən cavabdeh tərəfindən aparılmış qiymətləndirmənin nəticəsinə dair sonuncu imtina tarixi əsas götürülməklə müəyyən edilməli olduğundan,iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı həmin hissədə dəyişdirilməli, iddia təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan hallar əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1604/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı xx.xx.2023-cü il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsi ilə orqanizmin funksiyasının pozulması faiz göstəricisinə uyğun olaraq əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X14nin üzərinə vəzifə olaraq qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.