Məhkəmə qərarları › İş №2-1(105)-316/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-316/2023

04.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-316/2023 04.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər: vergi orqanının qərarının mübahisələndirilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının hakimləri X8 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və X3 ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinnin nümayəndəsi X1 iştirakı ilə İddiaçı (VÖEN:**********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2- 1(118)-595/2020 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Cavabdeh vergi orqanı mal qalığının olub-olmamasını müəyyən etmək üçün 07 noyabr 2019-cu il tarixdə İddiaçı MMC-nin Sumqayıt şəhəri, Çerkasski 498 ünvanında yerləşən anbarında olmuş, lakin anbar bağlı olduğundan müşahidə apara bilməmişdir. Cavabdeh vergi orqanı tərəfindən bununla bağlı 07 noyabr 2019-cu il tarixdə akt tərtib edilmişdir.

2. Bundan sonra cavabdeh 09 dekabr 2019-cu il tarixli **********761500 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıya müraciət edərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsini tələb etmiş, iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir.

3. Cavabdeh kameral vergi yoxlaması apararaq 2019-cu ilin oktyabr ayı üzrə ƏDV bəyannaməsinə 406411,51 manat kameral vergi məbləği hesablamış, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********733900 nömrəli, 18 dekabr 2019-cu il tarixli Qərar qəbul etmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

Birinci instansiya məhkəməsində birinci icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh orqanın “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********733900 nömrəli, 18 dekabr 2019-cu il tarixli Qərarının qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Azərbaycan Respublikası Vergilər Nazirliyində müvafiq qaydada dövlət qeydiyyatına alınmaqla hüquqi şəxs kimi, öz nizamnaməsinə və qüvvədə olan qanunvericiliyə əsasən xarici iqtisadi fəaliyyətlə məşğul olur. 07 noyabr 2019-cu il tarixdə vergi orqanının nümayəndələri müəssisənin təsərrüfat subyekti kimi qeydiyyatdan keçirtdiyi Sumqayıt şəhəri, Çerkasski 498 ünvanında yerləşən anbarında olmuşlar. Lakin həmin vaxt iddiaçının icarəyə götürdüyü anbarda heç bir mal qalığı olmadığından qapı bağlı olmuşdur. Faktiki olaraq mal qalığı müəssisənin digər təsərrüfat subyektində - ünvan 2 ünvanında yerləşən anbarda olmuşdur. Bu barədə Çerkasski 498 ünvanında yerləşən təsərrüfat subyektini icarəyə verən şəxs vergi işçilərinə məlumat vermiş və bu barədə vergi orqanının nümayəndələrinin iştirakı ilə 07 noyabr 2019cu il tarixli akt tərtib edilmişdir. Sonradan həmin aktın surəti icarəyə verən tərəfindən X4 təqdim olunmuşdur. 05 noyabr 2019-cu il tarixdə ünvan 2 ünvanında yerləşən obyekti qeydiyyata qoymaq məqsədilə tərəflərindən vergi orqanına müraciət olunmuş və 06 noyabr 2019-cu il tarixdə **********-11001 saylı qeydiyyat kodu ilə obyekt qeydiyyata alınmışdır. Buna baxmayaraq vergi orqanı əməkdaşları müəssisənin direktoru X5 ilə əlaqə yaratmamış, təsərrüfat subyektinin qeydiyyat məsələlərini tam araşdırmamış və müəssisənin digər obyektində (ünvan 2) nəzarət tədbiri keçirmədən anbarda mal qalığının mövcud olubolmaması araşdırılmamışdır. Buna baxmayaraq, qanunsuz və əsassız olaraq 18 dekabr 2019-cu il tarixdə müəssisəyə **********733900 saylı qərarla 404411,51 manat məbləğində əlavə vergi hesablanmışdır. Vergilərin hesablanması barədə qərarın qəbul edilməsi qanunsuzdur. Bununla əlaqədar iddiaçı tərəfindən **********777300 saylı 24 dekabr 2019-cu il tarixli şikayət məktubu ilə vergi orqanına müraciət olunmuşdur. Vergi orqanı müəssisənin faktiki olaraq istifadə etdiyi anbarda hər hansı bir araşdırma aparmamış və ətraflı araşdırma aparmadan 18 dekabr 2019-cu il tarixli **********733900 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qanunsuz qərar qəbul etmişdir. Bu səbəbdən həmin qərar ləğv edilməlidir.

6. Cavabdeh iddiaya etiraz təqdim edərək qeyd etmişdir ki, vergi ödəyicisinin 2019-cu ilin iyul- sentyabr ayları üzrə 2896211,79 (ƏDV ilə birlikdə) manat dəyərində mal idxal etməsinə baxmayaraq, müvafiq dövrlər üzrə təqdim edilmiş ƏDV bəyannamələrində 231958,55 manat (ƏDV ilə birlikdə) dövriyyə göstərildiyindən 2664253,24 manat kənarlaşma yaranmışdır. Operativ nəzarət idarəsindən daxil olmuş 15 noyabr 2019-cu il tarixli **********044100 nömrəli xidməti məlumatda vergi ödəyicisi ilə əlaqə saxlamaq mümkün olmamış, anbarın qapısı bağlı olduğundan mal qalığının yoxlanılması mümkün olmamışdır. Obyekti icarəyə verən X6 ilə tərtib edilmiş akta əsasən icarədar icarəçinin 10 gündən çoxdur ki, anbara gəlmədiyini, telefon zənglərinə cavab vermədiyini, aylardır icarə haqqını ödəmədiyini bildirmişdir. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. 09 dekabr 2019-cu il tarixli **********761500 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim etməmişdir. İddiaçı tərəfindən qeyd edilən məktuba heç bir münasibət bildirilmədiyi üçün cavabdeh tərəfindən kameral vergi yoxlaması aparılaraq 2019-cu il oktyabr ayı üzrə ƏDV bəyannaməsinə 406411,51 manat kameral vergi məbləği hesablanmış və vergi ödəyicisinə vergi orqanının 18 dekabr 2019-cu il tarixli **********733900 nömrəli qərarı göndərilmişdir.

7. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-595/2020 nömrəli, 04 dekabr 2020-ci il tarixli qərarı ilə (hakim İ.R.Quliyev) iddia rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisələndirilən qərarı qəbul edərkən cavabdeh qanunvericiliyin tələblərini pozmamışdır. İddiaçı mal qalığının müəssisənin digər subyektində olduğunu bildirsə də, həmin dövrdə sözügedən anbarda əlavə dövriyyə kimi nəzərə alınaraq hesablama aparılmış mal qalığının olması ilə bağlı hər hansı bir sübut təqdim etməmişdir.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat

9. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)- 258/2021 nömrəli, 01 iyun 2021-ci il tarixli qərarı ilə (hakimlər F.Ə.Məmmədov /sədrlik edən və məruzəçi/, Z.İ.Məmmədov və H.Ç.Babayeva) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-595/2020 nömrəli, 04 dekabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Kassasiya instansiyası məhkəməsində birinci icraat

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1447/2021 nömrəli, 07 sentyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər N.İ.Rəsulbəyova /sədrlik edən və məruzəçi/, İ.K.Hüseynov və K.N.Bədəlov) kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)- 258/2021 nömrəli, 01 iyun 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir

13. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarından görünür ki, ünvan 2 ünvanında yerləşən obyekt iddiaçının müraciətinə əsasən 06 noyabr 2019-cu il tarixdə qeydiyyata alınmışdır. Buna baxmayaraq vergi orqanı əməkdaşları müəssisənin direktoru X5 ilə əlaqə yaratmamış, təsərrüfat subyektinin qeydiyyat məsələlərini tam araşdırmamış və müəssisənin digər obyektində (ünvan 2 nəzarət tədbiri keçirmədən anbarda mal qalığının mövcud olub-olmaması araşdırılmamışdır. İddiaçı bu dəlilləri apellyasiya şikayətində qeyd etsə də, məhkəmə iddiaçının dəlillərinə heç bir münasibət bildirməmişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsində həyata keçirilən icraat zamanı iddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsinə “müvafiq sənədlərin iş materiallarına əlavə edilməsi və qiymətləndirilməsi haqqında” 01 iyun 2021-ci il tarixli ərizə və ona əlavə edilən sənədlər (mal qalığının mövcudluğuna və satılmasına dair maliyyə sənədləri, malların satışına dair 2019-cu ilin dekabr ayından başlayaraq vergi orqanına təqdim edilmiş aylıq hesabatlar, elektron qaimə fakturalar, kassa nəzarət çekləri və sair) təqdim edilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi həmin sənədlərə də heç bir münasibət bildirməmiş, onlara hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının dəlilləri ilə bağlı ətraflı araşdırma aparmalı, iddiaçının malın dövriyyəsi ilə bağlı təqdim etdiyi sənədləri araşdıraraq apellyasiya dəlillərinə qiymət verməli, iddiaçıya məxsus Qaradağ rayonu ərazisində yerləşən anbara yerində baxış keçirməklə həmin anbarda mal qalığı olubolmamasını, olduğu təqdirdə ekspertiza təyin edərək həmin mal qalığının dəyərini və müvafiq vergilərin vaxtında ödənilib-ödənilmədiyini müəyyən etməlidir.

Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)- 93/2022 nömrəli, 13 may 2022-ci il tarixli qərarı ilə (hakimlər Z.T.Məmmədov /sədrlik edən və məruzəçi/, G.F.Tağızadə və L.M.Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-595/2020 nömrəli, 04 dekabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Məhkəmə kollegiyası iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, təkrar apellyasiya baxışı zamanı iddiaçıya sorğu verilərək cavabdeh tərəfindən 07 noyabr 2019-cu il tarixdə keçirilən yoxlama zamanı ünvan 3 ünvanında yerləşən anbarda mal qalığının mövcud olub-olmaması, olubsa, həmin mal qalığının nədən ibarət olmasını təsdiq edən sənədlərin, habelə həmin anbarın qeydiyyatının vergi orqanında ləğv edildiyi 21 iyul 2020-ci il tarixədək nə kimi malların olub-olmamasını təsdiq edən sənədlərin təqdim məhkəməyə təqdim edilməsi tələb olunsa da, iddiaçı tərəfindən mal qalığına dair sorğuda göstərilənlərə uyğun hər hansı sənəd təqdim edilməmişdir. İddiaçının nümayəndəsi 25 fevral 2022-ci il tarixli ərizə ilə yalnız 2019-cu ilin iyul ayından 2020-ci ilin aprel ayınadək idxal edilmiş mallara dair gömrük bəyannamələrinin surətlərini təqdim etmişdir. Belə olan halda, iddiaçının birinci apellyasiya baxışı zamanı təqdim etdiyi “müvafiq sənədlərin iş materiallarına əlavə edilməsi və qiymətləndirilməsi haqqında” 01 iyun 2021-ci il tarixli ərizə və ona əlavə edilən sənədlər (mal qalığının mövcudluğuna və satılmasına dair maliyyə sənədləri, malların satışına dair 2019-cu ilin dekabr ayından başlayaraq vergi orqanına təqdim edilmiş aylıq hesabatlar, elektron qaimə fakturalar, kassa nəzarət çekləri), habelə 25 fevral 2022-ci il tarixdə təqdim edilmiş gömrük bəyannamələri ilə, həqiqətən də, 2019-cu il iyul-sentyabr ayları üzrə idxal edilmiş 2896211,79 (ƏDV ilə birlikdə) manat dəyərində maldan kənarlaşma kimi qeyd edilmiş 2664253,24 manat dəyərində (ƏDV ilə birlikdə) mal qalığının cavabdeh tərəfindən 07 noyabr 2019-cu il tarixdə keçirilən yoxlama zamanı ünvan 3 ünvanında yerləşən anbarda olması, habelə məhz həmin malların sonrakı dövrlərdə satılaraq vergisinin hesablanması və ödənilməsi öz təsdiqini tapmır.

16. İddiaçı kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təqdim edərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1786/2022 nömrəli, 07 dekabr 2022-ci il tarixli qərarı ilə (hakimlər Z.Quliyev (məruzəçi), R.Nəbizadə, S.Kərimov) iddiaçının kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-93/2022 nömrəli, 13 may 2022-ci il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

18. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən malların faktiki olaraq iddiaçının sahibliyində olmadığı 2019-cu ilin noyabr ayında keçirilən nəzarət tədbirinin nəticəsində qənaətə gəldiyi üçün hesablanmış vergi məbləğinin 2019-cu ilin oktyabr ayında hesablanmasının səbəbləri apellyasiya instansiyası tərəfindən araşdırılmamışdır. Eyni zamanda apellyasiya instansiyası tərəfindən işə baxılan zaman cavabdeh vergi orqanının vəzifəli şəxsləri tərəfindən 07 noyabr 2019-cu il tarixdə vergi orqanının hansı qərar əsasında nəzarət tədbiri keçirilməsini, belə qərar qəbul olunubsa, həmin qərarın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmasını yoxlamamışdır. Bundan başqa, cavabdeh vergi orqanı vergi məbləğini hesabladığı zaman 2019-cu ilin iyul-sentyabr aylarında idxal edilmiş malların həcmini əsas götürdüyü üçün idxal edilmiş malların sonrakı dövrdə elektron qaimə-faktura tərtib edilməklə satıldığını müəyyən etmək məqsədi ilə 2019-cu ilin iyun ayından başlayaraq ünvan 4 ünvanında olan **********-11001 obyekt kodu ilə qeydiyyata alınmış anbar ləğv edilən tarixədək olan dövr ərzində idxal edilmiş malların adı, həcmi və ya miqdarı əsas götürülməklə mal dövriyyəsinin (yəni dövrün əvvəlinə qalıq, dövr ərzində mədaxil və dövr ərzində məxaric (satış) və dövrün sonuna (obyekt ləğv olunan tarixə) qalıq əks etdirilməklə) müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini məhkəmə kollegiyası zəruri hesab edir.

Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

19. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

20. Şikayətin dəlilləri:

21. Məhkəmə qanunsuz və əsassız olaraq şifahi məhkəmə icraatında iddiaçının nümayəndəsinin iştirakını təmin etməmişdir və 04 dekabr 2020-ci ii tarixində keçiriləcək məhkəmə iclası barədə lazımi qaydada xəbərdarlıq etməmiş və məhkəmə iclasında əlavə sübutlar təqdim etməsinə və sübutların tədqiqində iştirakına şərait yaratmamışdır. Halbuki, məhkəmə iddiaçının nümayəndəsinin hansı səbəbdən iştirak etmədiyini araşdırmamış və onun məhkəmə iclasında iştirakı üçün lazımi tədbir görməmişdir, bu məsələni aydınlaşdırmaq üçün ən azından məhkəmə iclasını təxirə salmamışdır. Digər tərəfdən, məhkəmənin müvafiq qərarı cavabdehin iddia ərizəsinə yazdığı etirazının tam köçürülməsidir. Məhkəmənin irəli sürdüyü bu “dəlil” tamamilə qanunsuz, əsassız və ziddiyyətlidir. Belə ki, İddiaçı MMC Azərbaycan Respublikası Vergilər Nazirliyində müvafiq qaydada dövlət qeydiyyatına alınmaqla hüquqi şəxs kimi, öz nizamnaməsinə və qüvvədə olan qanunvericiliyə əsasən xarici iqtisadi fəaliyyətlə məşğul olur. xx.xx.2019-cu il tarixdə vergi orqanının nümayəndələri müəssisənin təsərrüfat subyekti kimi qeydiyyatdan keçirtdiyi Sumqayıt şəhəri, Çerkassi 498 ünvanda yerləşən anbarında olmuşlar. Lakin həmin vaxt iddiaçının icarəyə götürdüyü anbarda heç bir mal qalığı olmadığından qapı bağlı olmuşdur. Faktiki olaraq mal qalığı müəssisənin digər təsərrüfat subyektində - ünvan 6 ünvanında yerləşən anbarda olmuşdur. Bu barədə Çerkassi 498 ünvanında yerləşən təsərrüfat subyektini icarəyə verən şəxs vergi işçilərinə məlumat vermiş və bu barədə vergi orqanının nümayəndələrinin iştirakı ilə xx.xx.2019-cu il tarixli akt tərtib edilmişdir. Sonradan həmin aktın surəti icarəyə verən tərəfindən X4 təqdim olunmuşdur. xx.xx.2019-cu il tarixli aktda deyilir ki, “...Biz aşağıda imza edənlər bu aktı tərtib edirik ki, İddiaçı MMC-yə məxsus Sumqayıt şəhəri, Çerkassi küçəsi 498-də yerləşən, əsas sahəsi 600 kvadratmetr olan anbarda mal qalığının olub-olmadığını müəyyən etmək üçün həmin anbar, icarəyə verən X2 iştirakı ilə anbarın bağlı olduğunu müşahidə etdik. İcarəyə verən Ədalət Abbasov həmin müəssisənin rəhbərinin uzun müddət anbara gəlmədiyini, icarə haqqının ödənilmədiyini bildirmişdir. Müəssisənin rəhbəri ilə əlaqə saxlanılsa da, cavab verməmişdir. Operativ nəzarət idarəsindən daxil olmuş xx.xx.2019-cu il tarixli **********044100 nömrəli xidməti məlumatda vergi ödəyicisi ilə əlaqə saxlamaq mümkün olmamış, anbarın qapısı bağlı olduğundan mal qalığının yoxlanılması mümkün olmamışdır. Obyekti icarəyə verən X6 ilə tərtib edilmiş akta əsasən icarədar icarəçinin 10 gündən çoxdur ki, anbara gəlmədiyini, telefon zənglərinə cavab vermədiyini, aylardır icarə haqqını ödəmədiyini bildirmişdir. Cavabdeh inzibati orqan qeyd etdiklərinə əsasən xx.xx.2019-cu il tarixli **********761500 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. xx.xx.2019-cu il tarixində ünvan 2 ünvanında yerləşən obyekti qeydiyyata qoymaq məqsədilə tərəflərindən vergi orqanına müraciət olunmuş və xx.xx.2019-cu il tarixində **********- 11001 saylı qeydiyyat kodu ilə obyekt qeydiyyata alınmışdır. Buna baxmayaraq vergi orqanı əməkdaşları müəssisənin direktoru X5 ilə əlaqə yaratmamış, təsərrüfat subyektinin qeydiyyat məsələlərini tam araşdırmamış və müəssisənin digər obyektində (ünvan 3) nəzarət tədbiri keçirmədən anbarda mal qalığının mövcud olubolmaması araşdırılmamışdır. Buna baxmayaraq, qanunsuz və əsassız olaraq 18 dekabr 2019-cu il tarixdə müəssisəyə “Vegilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********733900 saylı qərarla 404 411.51 manat məbləğində əlavə vergi hesablanmışdır. Vergilərin hesablanması barədə qərarın qəbul edilməsi qanunsuzdur. Bununla əlaqədar iddiaçı tərəfindən **********777300 saylı xx.xx.2019- cu il tarixli şikayət məktubu ilə vergi orqanına müraciət olunmuşdur. Vergi orqanı müəssisənin faktiki olaraq istifadə etdiyi anbarda hər hansı bir araşdırma aparmamış və ətraflı araşdırma aparmadan 18 dekabr 2019-cu il tarixli **********733900 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qanunsuz qərar qəbul etmişdir. Bu səbəbdən həmin qərar ləğv edilməlidir. İş materiallarında ola İddiaçı MMC-nin direktoru X5 tərəfindən Azərbaycan Respublikasının Vergilər Nazirliyinə və 2 saylı Ərazi Vergilər Baş İdarəsinə elektron poçt vasitəsilə tam eyni məzmunla xx.xx.2019-cu il tarixli məktublar göndərilmişdir. Cavabdehin iddiaya etirazında istinad etdiyi xx.xx.2019 tarixli aktda qeyd edilənləri tam və olduğu kimi bildirməmişdir. Belə ki, icarəyə verən X6 aktda qeyd edir ki, “...Məndə olan məlumata görə, müəssisə aşağıda göstərilən ünvanda mal satır: ünvan 8.” Cavabdehə mübahisələndirilən qərar çıxarılmazdan əvvəl, yəni vergi orqanının tərtib etdiyi xx.xx.2019 tarixli aktda icarəyə verən tərəfindən müəssisənin “ünvan 9 ünvanında mal satdığı barədə məlumat verməsinə baxmayaraq, həmin məlumatı nəzərə almaması, yoxlamaması və bu məqsədlə həmin ünvanda mal qalığının olub-olmadığını müəyyən etmək üçün həmin ünvana baxış keçirməməsi və bu barədə vergi qanunvericiliyində nəzərdə tutulan hərəkətləri həyata keçirməməsi və ya tədbirləri görməməsi cavabdeh tərəfindən nəinki tam, obyektiv və hərtərəfli araşdırma aparılmadığını, ümumiyyətlə cavabdeh tərəfindən müəssisənin faktiki olaraq istifadə etdiyi anbarda hər hansı bir araşdırma aparmadığını və ətraflı araşdırma aparmadığını təsdiq edir. Məhkəmənin öz qərarında “...cavabdeh inzibati orqanın müvafiq qərar qəbul edərkən qanunvericiliyin tələblərini pozmaması, qərarda qeyd edilənlərə əsasən əsaslı olaraq mübahisələndirilən qərarı qəbul etməsi, vergi orqanın da müvafiq uyğunsuzluqları nəzərə alaraq qanunvericiliyə uyğun qərar qəbul etməsi, lakin iddiaçının sözügedən həmin dövrdə anbarda əlavə dövriyyə kimi nəzərə alınaraq hesablama aparılmış mal qalığının olması ilə bağlı hər hansı bir sübut təqdim etməməsi, bundan başqa iddiaçının mübahisələndirdiyi qərarın hüquqi nəticələri baxımından da hüquqi müdafiə vasitəsi kimi məhkəmədə mübahisələndirilməsi zəruri olan olan qərar kimi də qiymətləndirilməməsi” barədə irəli sürdüyü əsas dəlilləri qanunsuz və əsassızdır, heç bir hüquqi və faktiki əsası olmayan və heç bir sübutla təsdiq edilməyən subyektiv mülahizədən ibarətdir. Vergi qanunvericiliyinə əsasən, vergi orqanı operativ vergi nəzarətini həyata keçirməyə başladıqdan sonra yoxlama aparılan müəssisəyə məxsus mal qalığının hansı anbarda olması barədə yazılı və şifahi məlumat aldıqdan sonra vergi orqanının üzərinə həmin anbarlarda mal qalığının sayılması ilə bağlı vəzifə qoyur. Əslində həmin məlumatın verilməsinə də mütləq şəkildə ehtiyac yoxdur, çünki vergi orqanında bütün vergi ödəyicilərinə məxsus qeydiyyata alınmış təsərrüfat subyektləri barədə məlumat vardır. Vergi orqanı zəruri hesab edərsə öz təşəbbüsü ilə həmin obyektlərdə mal qalığının olub-olmamasını müəyyən etmək üçün özü yoxlama aparmalıdır. Hətta vergi ödəyicilərinə məxsus qeydiyyata alınmamış təsərrüfat subyektləri barədə məlumat olarsa vergi orqanı bununla bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada və səlahiyyət həddində dərhal zəruri tədbir görməlidir. Qanunvericilik qeydiyyata alınmamış obyektlər (subyektlər) barədə dərhal zəruri tədbir görməyi tələb etdiyi halda, qeydiyyata alınmış bir obyektdə bunun edilməməsi cavabdeh tərəfindən yol verilmiş pozuntunun nə qədər böyük olduğunu təsdiq edir. Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən tərtib edilmiş “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin olduğu yer üzrə uçota alınması haqqında” **********6 saylı arayışa əsasən, Bakı şəhəri X9 üzrə Baş İdarəsi tərəfindən verilmiş bu arayış İddiaçınə məxsus “1063 ünvan 10 ünvanında yerləşən təsərrüfat subyektinin (obyektinin)-“Anbar”ın **********-11001 saylı kod üzrə xx.xx.2019-cu il tarixində olduğu yer üzrə uçota alınmasını təsdiq edir. Vergilər Nazirinin xx.xx.2017 tarixli **********424400 saylı qərarı ilə təsdiq olunmuş “Dövlət vergi orqanları tərəfindən Vergi Məcəlləsinin 50-ci maddəsinə uyğun olaraq vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”-nın 9.1.2-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsi tərəfindən təsərrüfat subyektindəki malların və pul vəsaitinin miqdarı, onların vergi ödəyicisinə məxsus olubolmaması, habelə sahibkarlıq fəaliyyəti ilə bağlı vergi ödəyicisinə məxsus hər hansı başqa malların və pul vəsaitinin digər yerlərdə saxlanıbsaxlanmaması barədə vergi ödəyicisindən və ya onun səlahiyyətli nümayəndəsindən sərbəst formada yazılı arayış alınır. Təqdim olunan yazılı arayışda vergi ödəyicisindən və ya onun səlahiyyətli nümayəndəsi malların və ya pul vəsaitinin ona məxsus olmamasını, yaxud qismən məxsus olmasını bildirdiyi halda, vergi orqanının vəzifəli şəxsi tərəfindən həmin malların və pul vəsaitinin vergi ödəyicisinin təsərrüfat subyektində saxlanılmasına hüquqi əsas verən müvafiq təsdiqedici sənədlər tələb edilməlidir. Məhkəmənin öz qərarında “...cavabdeh inzibati orqanın müvafiq qərar qəbul edərkən qanunvericiliyin tələblərini pozmaması, qərarda qeyd edilənlərə əsasən əsaslı olaraq mübahisələndirilən qərarı qəbul etməsi, vergi orqanın da müvafiq uyğunsuzluqları nəzərə alaraq qanunvericiliyə uyğun qərar qəbul etməsi, lakin iddiaçının sözügedən həmin dövrdə anbarda əlavə dövriyyə kimi nəzərə alınaraq hesablama aparılmış mal qalığının olması ilə bağlı hər hansı bir sübut təqdim etməməsi, bundan başqa iddiaçının mübahisələndirdiyi qərarın hüquqi nəticələri baxımından da hüquqi müdafiə vasitəsi kimi məhkəmədə mübahisələndirilməsi zəruri olan olan qərar kimi də qiymətləndirilməməsi” barədə irəli sürdüyü dəlillər də qanunsuz və əsassızdır və yalnız heç bir hüquqi və faktiki əsası olmayan və heç bir sübutla təsdiq edilməyən subyektiv mülahizədən ibarətdir. Məhkəmənin öz qərarında “...iddiaçıya hesablanmış qərarın kameral qaydada hesablanmış qərar olması və iddiaçının haqiqətəndə mal qalığı vardırsa, vergi ödəyicisinin əlavə öhdəliyinin yaranmaması halı mövcuddursa bu halın vergi qanunvericiliyinin imkan verdiyi digər formalarda həyata keçirmək imkanı olduğu halda, hüquq müdafiə vasitəsi kimi məhkəmədə iddia qaldırmaqdan istifadə edilməsi prossessual qənaət baxımından əsaslı hesab edilə bilməzdi...” barədə irəli sürdüyü dəlillər də digər dəlillər kimi qanunsuz və əsassızdır, heç bir hüquqi və faktiki əsası olmayan və heç bir sübutla təsdiq edilməyən subyektiv mülahizədən ibarətdir və məhkəmə həmin müdafiə vasitəsinin nə olduğunu və necə həyata keçirildiyini izah etməmişdir. Belə ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdehin qəbul etdiyi qərardan yuxarı vergi orqanına şikayət vermiş və həmin şikayət təmin edilməmişdir, iddiaçının məhkəməyə müraciət etməkdən başqa hüquqi nəticə yaradan digər hüquqi müdafiə vasitəsi qalmamışdır. Məhkəmə də iddia tələbini qanunsuz və əsassız olaraq təmin etməməklə cavadehin qəbul etdiyi həmin qərarı dəyişdirmədən qüvvədə saxlamışdır, maddi və prosessual hüquq normalarının tələblərini kobud surətdə pozmuşdur. İddiaçının pul məbləğinin həcmini müəyyən edən və ya pul məbləğinin təyin edilməsi üçün müəyyən şərtlərin mövcud olduğunu nəzərdə tutan inzibati aktın dəyişdirilməsini tələb etdiyi hallarda, məhkəmə başqa miqdarda pul məbləği və ya pul məbləğinin ödənilməsi üçün başqa şərtlər müəyyən edə bilən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Apellyasiya icraatı iştirakçılarının izahatları

22. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

23. Məhkəmə kollegiyasının iclasında cavabdeh Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinnin nümayəndəsi X7 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi.

Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 23. Vergi orqanlarının hüquqları Maddə 23.1.1. Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüquqlarına aid edilmişdir. Maddə 36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən, vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə ilə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Maddə 53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 58.1. Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Maddə 67.15. Vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Bu maddənin məqsədləri üçün təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilir. Maddə 85. Vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və həmin müddətlərin dəyişdirilməsi 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Maddə 159. Vergitutma obyekti 159.1. Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir.

25. 2019-cu ildə qüvvədə olan: 159.5. Vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan başqa malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır.

26. Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDVnin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı: 1.3. Qanunvericilikdə başqa hallar nəzərdə tutulmadıqda, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu bəndin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur 1.4. Malları (işləri, xidmətləri) alan şəxs (bundan sonra-alıcı) tərəfindən elektron qaimə-fakturalarda göstərilən malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyəri həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin (bundan sonra -satıcı) bank hesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına köçürülməlidir. (16 fevral 2008-ci il tarixli 47 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 127) ilə 1.4-cü bənddə “şəxsin (bundan sonra satıcı)” sözlərindən sonra “bank” sözü çıxarılmışdır. 1 dekabr 2020- ci il tarixli 476 nömrəli qərarı ilə “vergi hesab fakturalarında” sözləri “elektron qaimə fakturalarda” sözləri ilə əvəz edilmişdir və həmin bənddə (bundan sonra satıcı) sözlərindən sonra “bank” sözü əlavə edilmişdir). 2.1. ƏDV-nin depozit hesabına vəsaitlər aşağıdakı, lakin bunlarla məhdudlaşdırılmayan mənbələrdən daxil ola bilər: - ƏDV qeydiyyatında olan vergi ödəyicisinin öz bank hesablarından; - digər vergi ödəyicilərinin bank hesablarından;

27. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında» Əsasnamə 1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. 3.1 Reyestrə yoxlayıcı orqan, sahibkarlıq fəaliyyəti subyektləri, habelə yoxlamalar və məhdudlaşdırıcı tədbirlər barədə məlumatlar daxil edilir. 3.3.4. sahibkarın qeydiyyata alınması tarixi, vergi ödəyicisi kimi qeydiyyata alınması, yenidən qeydiyyata alınması və qeydiyyatdan çıxarılması tarixləri, hansı vergilərin (sadələşdirilmiş və ya ƏDV, mənfəət və ya gəlir) ödəyicisi olması; 3.4.10. yoxlanılan dövr (dövrün başlanğıc və son tarixləri göstərilməklə) və ya yoxlamanın xüsusiyyətlərindən asılı olaraq cari fəaliyyəti; 3.4.11. yoxlamanın müddəti (başlama və sona çatma tarixləri göstərilməklə); 3.4.16. yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə); 3.4.17. yoxlamanın keçirilib-keçirilməməsi barədə məlumat (keçirilmədikdə, bunun səbəbləri); 3.4.18. yoxlamanın nəticəsi (yoxlama suallarının siyahısından (vergi yoxlamaları və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı aparılan, həmçinin bu Əsasnamənin 1.5-2-ci bəndində nəzərdə tutulmuş yoxlamalar istisna olmaqla) bu yoxlama üçün seçilmiş hər bir konkret suala münasibətdə qanun pozuntusunun aşkar olunub-olunmaması);

28. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.

29. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 2.2.1. İnzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Maddə 58.1 Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.

Apellyasiya baxışının hədləri

31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün məhkəmə kollegiyası hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığının tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslıdır. Bu səbəbdən şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia təmin olunmalıdır.

33. Hazırkı iş üzrə müəyyən olunur ki, cavabdeh vergi orqanı iddiaçı MMC-də kameral vergi yoxlaması apararaq 2019-cu ilin oktyabr ayı üzrə ƏDV bəyannaməsinə 406411,51 manat kameral vergi məbləği hesablamış, bununla bağlı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********733900 nömrəli, 18 dekabr 2019-cu il tarixli Qərar qəbul etmişdir. Bu qərarla razılaşmayan vergi ödəyicisi həmin qərarı mübahisələndirmişdir. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan müvafiq qərar qəbul edərkən qanunvericiliyin tələblərini pozmamış və əsaslı olaraq mübahisələndirilən qərarı qəbul etmişdir.

34. Lakin məhkəmə kollegiyası iş üzrə birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

35. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.

36. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il 383 saylı Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

37. İş materiallarına olan 07 noyabr 2019-cu il tarixli akta əsasən cavabdeh vergi orqanı tərəfindən İddiaçı MMC-də müşahidə-baxış keçirilmişdir. Eyni zamanda mübahisələndirilən 18 dekabr 2019-cu il tarixli **********733900 saylı Qərardan görünür ki, iddiaçı tərəfindən vergi orqanına 2019-cu ilin oktyabr ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsini kameral yoxlayaraq 07 noyabr 2019-cu il tarixli nəzarət tədbirinə istinad etməklə iddiaçının sahibliyində mal qalığı olmadığı qənaətinə gəlmiş və cavabdeh vergi orqanı əlavə vergi məbləği hesablamışdır.

38. Eyni zamanda iş materiallarından aydın olur ki, iddiaçı 05 noyabr 2019-cu il tarixli ərizəsinə əsasən cavabdeh vergi orqanı tərəfindən 06 noyabr 2019-cu il tarixdə **********- 11001 obyekt kodu ilə qeydiyyata alınmış ünvan 4 ünvanında olan anbar (hansı ki iddiaya əsasən vergitutma obyekti olmuş mallar həmin anbarda saxlanılır) 21 iyul 2020-ci il tarixdə (hələ hazırkı iş üzrə birinci instansiya məhkəməsində icraat davam edən zaman) ləğv edilmişdir.

39. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi hesab edir ki, sahibkarlıq sahəsində aparılan istənilən yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin müddəalarına riayət edilməklə aparılmalıdır.

40. Məlum olduğu kimi, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.5-ci bəndinə əsasən Sahibkarlıq fəəaliyyətini həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər.

41. Beləliklə yoxlayıcı orqan sahibkarlıq sahəsində aparılan hər bir yoxlamanın və həmin yoxlama ilə bağlı Əsasnamənin 3.4-cü bəndində göstərilən məlumatların, o cümlədən yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması, vergi yoxlamalarının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanın Vergi Məcəlləsinin 49.1-ci maddəsində nəzərdə tutulan qərarın qəbulundan sonra 5 iş günü ərzində isə yoxlamanın nəticəsi barədə məlumatların reyestrə daxil edilməsini təmin etməlidir.

42. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

43. Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin vəzifəli şəxsləri tərəfindən 07 noyabr 2019-cu il tarixdə İddiaçı MMC-nin Sumqayıt şəhəri, Çerkasski 498 ünvanında yerləşən anbarında hansı qərar əsasında nəzarət tədbiri keçirilməsi, belə qərar qəbul olunubsa, həmin qərarın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınıb-alınmaması barədə məlumatın əldə olunması ilə bağlı məhkəmənin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə sorğu göndərilmiş, sorğuya cavab olaraq bildirilmişdir ki, İddiaçı MMC-də (VÖEN: **********) 07.11,2019-cu il tarixdə operativ vergi nəzarəti tədbiri həyata keçirilməmişdir. Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarəsindən daxil olmuş xx.xx.2019-cü il tarixli **********701700 nömrəli “İdxal əməliyyatları aparan (karqo fəaliyyəti) riskli vergi ödəyicilərinin mal qalığının araşdırılması haqqında” xidməti məktuba əsasən xx.xx.2019-cu il tarixdə Mikro və kiçik sahibkarlıq subyektlərinin monitorinqi şöbəsinin baş dövlət vergi müfəttişi X10 tərəfindən İddiaçı MMC-nin Sumqayıt şəhəri, Çerkaski 498 ünvanında yerləşən anbarında müşahidə-baxış keçirilmiş və xx.xx.2019-cu il tarixli “Vergi ödəyicisinin ərazisində və binalarında keçirilmiş müşahidə-baxış hərəkətlərinin nəticəsi barədə Akt’ xx.xx.2019-cu il tarixdə **********778600 AVİS nömrəsi ilə qeydiyyata alınmışdır.

44. Göründüyü kimi vergi orqanı tərəfindən aparılmış yoxlamalar vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda cavabdehin iddiaçıya dair apardığı kameral vergi yoxlamalarının hüquqi nəticəsi olmamaqla yanaşı, iddiaçı barəsində məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Bu mənada cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir.

45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(118)-595/2020 nömrəli qərarı ləğv edilməli, iddia təmin edilməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********733900 nömrəli, 18 dekabr 2019-cu il tarixli qərarı ləğv edilməlidir.

46. Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(118)-595/2020 nömrəli qərarı ləğv edilsin. İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********733900 nömrəli, 18 dekabr 2019-cu il tarixli qərarı ləğv edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh küçəsi 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar