Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-317/2020 03.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Telman Qədir oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X1 iştiraklar ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ona müharibə veteranı” adının və vəsiqəsinin verilməsi tələbinədair iş üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-183/2N9 saylı, xx xxxx 2N9-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı xx.xx.1984-cü il tarixində Masallı rayonunda anadan olmuş, xx.xx.2002-ci ildən xx.xx.2004-cü ilədək hərbi xidmətdə olmuş, hərbi xidmət dövründə döyüş gözləmə mövqeyində olarkən düşmən tərəfindən atılan güllə nəticəsində xx.xx.2003-cü il tarixində ayağından yaralanmış, xx.xx.2003-cü ildən xx.xx.2003-cü ilədək “sağ budun yuxarı 1/3-nin güllə yarası” diaqnozu ilə N saylı hərbi hissədə müalicə və müayinə olunmuş, Azərbaycan Respublikası Müdafiə Nazirinin 553 saylı, xx.xx.2003-cü il tarixli, hərbi hissə komandirinin N saylı xx.xx.2004-cü il tarixli əmrinə əsasən ehtiyata buraxılmışdır. Bundan sonra iddiaçı, ona veteran adı və vəsiqəsinin verilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin xx.xx.2N8-ci il tarixli cavab məktubuna görə, N nömrəli hərbi hissənin travma haqqında arayışına (yaralanma-şəxsi ehtiyatsızlıq nəticəsində) əsasən iddiaçıya “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun hesab edilməyərək onun müraciətindən imtina edilmişdir. İddiaçı, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi və son 3 il ərzində müharibə veteranlarına verilmiş aylıq məvacibin hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı, “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinə istinad edərək iddia ərizəsini belə əsaslandırmışdır ki, müalicə aldığı N saylı hərbi hissənin komandirinin verdiyi 12 nömrəli forma arayışda onun xidmət etdiyi müddətdə düşmən tərəfindən atılan güllə nəticəsində sağ budunun 1/3-nin yaralanması öz təsdiqini tapdığından ona müharibə veteranı adı verilməlidir. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1ci hissəsinə əsasən, 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət almış hərbi qulluqçulara müdafiə orqanları və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar və s. əsasında verilir. Hazırki iş üzrə iddiaçı da döyüş əməliyyatlarında iştirak etmişsə, həmin döyüş əməliyyatları ilə əlaqədar yaralanmışsa, bu əsaslarla bağlı xəsarət almasını təsdiq edən sənəd təqdim edirsə, cavabdeh iddianın qanuni və əsaslı həllini məhkəmənin mülahizəsinə buraxır. Həmçinin, son 3 il ərzində müharibə veteranlarına verilmiş aylıq məvacibin hesablanaraq ödənilməsinə dair iddiaçının hüququ ancaq müharibə veteranı adı və vəsiqəsini əldə etdiyi andan əmələ gələ bilər. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-183/2N9 nömrəli, xx.xx.2N9-cu il tarixli qərarı ilə iddia rədd edilmişdir. (hakim İsmayıl Quliyev) Qərardan iddiaçı apelyasiya şikayəti vermişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)- 663/2N9 nömrəli, xx.xx.2N9-cu il tarixli qərarı ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-183/2N9 nömrəli, xx.xx.2N9-cu il tarixli qərarı dəyişiklik edilmədən saxlanılmışdır. (sədrlik edən Nazim Nəsibov, hakimlər Zaur Məmmədov və Vidadi Cəfərov) Qərardan iddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-961/2020 saylı, xx xxxxx 2020-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)- 663/2N9 nömrəli, xx.xx.2N9-cu il tarixli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. (sədrlik edən Nigar Rəsulbəyova, hakimlər Zakir Quliyev və Rahib Nəbizadə) İşə apelyasiya qaydasında baxıldıqda İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərarda qeyd edilir ki, işin araşdırılması ilə əlaqədar olaraq müxtəlif sorğular etmişdir. N saylı hərbi hissənin göndərmiş olduğu sorğuya cavab olaraq bildirilmişdir ki, iddiaçının adına tərtib edilmiş 1249 nömrəli xəstəlik tarixindən çıxarış ekiprizin surəti məhkəməyə göndərilmiş və həmin sənəddə iddiaçının düşmən tərəfindən atılan güllə nəticəsində N saylı hərbi hissədə müalicə və müayinədə olması ilə bağlı qeydiyyat vardır. Yəni onun düşmən tərəfindən atılan atəş nəticəsində yaralandığı təsdiq olunur. Məhkəməyə təqdim edilən AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin xx xxx 2N8-ci il tarixli, 417 saylı sənədində onun xx.xx.2002-ci ildən xx.xx.2004-cü ilədək N saylı hərbi hissədə xidmət etdiyi, N saylı hərbi hissədə xidmət edərkən düşmən tərəfindən atılan güllə nəticəsində sağ budun yuxarı 1/3-nin güllə yarası diaqnozu ilə N saylı hərbi hissədə müalicə almağı təsdiq olunur. Lakin, işə baxan hakim bu sənədlərə əhəmiyyət verməmişdir. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməsini birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair yeni qərar qəbul edilməsini xahiş etdi İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X2 apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iş üzrə yeni qərar qəbul edilməli və iddia tələbi təmin edilməlidir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin travma haqqında arayışının kserosurətində iddiaçının hərbi xidmət vəzifələrini yerinə yetirərkən şəxsi ehtiyatsızlıq nəticəsində xəsarət alması qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin xx xxx 2N8-ci il tarixli 417 saylı arayışında iddiaçının xx.xx.2002-ci ildən xx.xx.2004-cü ilədək N saylı hərbi hissədə xidmət etdiyi, N saylı hərbi hissədə xidmət edərkən düşmən tərəfindən atılan güllə nəticəsində xx.xx.2003cü ildən xx.xx.2003-cü ilədək “Sağ budun yuxarı 1/3-nin güllə yarası” diaqnozu ilə N saylı hərbi hissədə müalicə və müayinədə olduğu, Azərbaycan Respublikası Müdafiə Nazirinin 553 saylı xx.xx.2003-cüil tarixli, hərbi hissə komandirinin N saylı xx.xx.2004-cü il tarixli əmrinə əsasən ehtiyata buraxıldığı qeyd edilmişdir. İş materiallarında olan N saylı hərbi hissədən verilən ayarışda qeyd olunur ki, iddiaçı düşmən tərəfindən atılan güllə nəticəsində N saylı hərbi hissədə müalicə və müayinədə olmuşdur. İşdən görünür ki, iddiaçının adına tərtib edilmiş 1249 nömrəli xəstəlik tarixindən çıxarış epikrizinin surətində iddiaçının düşmən tərəfindən atılan güllə nəticəsində N saylı hərbi hissədə müalicə və müayinədə olması ilə bağlı qeydiyyatı var. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi tərəfindən isə bildirilmişdir ki, 2002 və 2004-cü il tarixli “Zədələnmələrin və yaralanmaların qeydiyyatı” kitabında İddiaçı barəsində heç bir məlumat yoxdur. 2003-cü ilin “zədələnmələrin və yaralanmaların qeydiyyatı” kitabı isə tibb məntəqəsində olmadığı üçün heç bir məlumat vermək mümkün deyildir. Birinci instansiya məhkəməsi qeyd edilən sənədlərə istinad edərək iddianı təmin etməmiş, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən cavabdehə aldığı xəsarətin bilavasitə döyüş əməliyyatları ilə əlaqədar olduğunu təsdiq edən sübut təqdim edildiyi müəyyən olunmur. Bu halda məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur və iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Müdafiə nazirinin x xxxxxx 1998-ci il tarixli 4 nömrəli əmri ilə təsdiq edilmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı və Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silah Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın 1.6-cı bəndinə əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”yə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd olunan normanın mənasından göründüyü kimi, qanunvericilik 1994-cü ilin 12 may tarixindən sonra müharibə veteranı adının verilməsi üçün hərbi qulluqçuların bilavasitə döyüş əməliyyatlarında iştirak etməsini və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almasını şərt olaraq müəyyən edir. Məhkəmə kollegiyası qeyd edir ki, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrlərdən çıxarışlar, və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməlidir. İş materiallarında iddiaçının adına tərtib edilmiş 1249 nömrəli xəstəlik tarixindən çıxarış epikrizində iddiaçının düşmən tərəfindən atılan güllə nəticəsində N saylı hərbi hissədə müalicə və müayinə olunması ilə bağlı qeydiyyat olduğu müəyyən edildiyi, iddiaçının xx.xx.2002-ci il tarixindən – xx.xx.2004-cü il tarixinədək N saylı hərbi hissədə xidmət etdiyi, N saylı hərbi hissədə xidmət edərkən düşmən tərəfindən atılan güllə nəticəsində xx.xx.2003cü il tarixindən – xx.xx.2003-cü il tarixinədək “Sağ budunun yuxarı 1/3-nin güllə yarası” diaqnozu ilə N saylı hərbi hissədə müalicə və müayinə olunduğu barədə sənədlər olsa da, cavabdeh orqan iddiaçının şəxsi ehtiyatsızlıq səbəbindən yaranlandığını bildirmiş, lakin bu barədə mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası işə baxarkən, İddiaçı döyüş əməliyyatlarında iştirak edibetməməsi və yaralanma şəraiti barədə ətraflı məlumatın təqdim edilməsi üçün cavabdeh orqana sorğu vermişdir. Sorğuya verilmiş cavab məktubuna əlavə edilmiş xx xxx 2003-cü il tarixli, 61 saylı müayinə aktının surətindən də görünür ki, İddiaçı düşmən tərəfindən açılan atəş nəticəsində yaralanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının düşmən tərəfindən atılan güllə nəticəsində yaralandığı təsdiq olunduğundan və iddiaçı müvafiq hərbi hissədə xidmət edərkən döyüş gözləmə mövqeyində olduğundan iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-183/2N9 saylı, xx xxxx 2N9-cu il tarixli qərarı ləğv edilməli və iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməli, İddiaçı “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-183/2N9 saylı, xx xxxx 2N9-cu il tarixli qərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Fuad Məmmədov Hakimlər Telman Məmmədov Səyyad Qafari
Məhkəmə qərarları › İş №2-1(105)-317/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-317/2020
03.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver