Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-317/2021 26.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Hökümə Çingiz qızı Babayeva və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsi Pasport və Qeydiyyat bölməsinə qarşı “Sumqayıt şəhər Polis İdarəsinin Pasport və Qeydiyyat bölməsinin qəbul etdiyi 31 dekabr 2020-ci il tarixli qərarının ləğv edilib, İddiaçı yaşadığı ünvanda qeydiyyata alınması üçün qarşı tərəfin üzərinə öhdəlik qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 687/2021 saylı 04 mart 2021-ci il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsi Pasport və Qeydiyyat bölməsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Sumqayıt şəhər Polis İdarəsinin Pasport və Qeydiyyat bölməsinin qəbul etdiyi 31 dekabr 2020-ci il tarixli qərarının ləğv edilib, İddiaçı yaşadığı ünvanda qeydiyyata alınması üçün qarşı tərəfin üzərinə öhdəlik qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 1981-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Anadan olduğu tarixdən bu günə qədər Sumqayıt şəhərində yaşamışdır. 2016-cı ilə qədər isə Sumqayıt şəhər qeydiyyatında olmuş, 2016cı ildən keçmiş qayınatasının təkidli tələbi ilə Cəbrayıl rayonu Mahmudlu kəndinə qeydiyyata düşmək məcburiyyətində olmuşdur. 2018-ci ildən keçmiş həyat yoldaşından boşanmışdır. Keçmiş evliliyindən üç övladı var. Övladları azyaşlıdırlar. Hal-hazırda Sumqayıt şəhəri 42-ci məhəllə bina 14, mənzil 58-də övladları ilə birlikdə yaşayır. Bütün qeyd etdiyi nüanslar, eyni zamanda onun məcburi köçkün olmamağı və qeydiyyat haqqında qəbul edilmiş qanunlar imkan verir ki, istənilən halda yaşadığı yerə görə qeydiyyatını dəyişsin. Bu səbəbdən də aidiyyəti üzrə Sumqayıt şəhər Polis idarəsinin pasport və qeydiyyat bölməsinə və Azərbaycan Respubliksaı Daxili İşlər Nazairliyinin Baş Pasort, Qeydiyyat və Miqrasiya şöbəsinə müraciət etmişdir. Müraciətinə baxmayaraq qarşı tərəf iddiaçını qeydiyyata almaqdan imtina etmişdir, İddiaçı hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60.1-ci maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası "yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri- tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikası "yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" qanunun 5-ci maddəsinə əsasən Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Cavabdeh iddiaya etirazını onunla əsaslandırmışdır ki, DİN-in müvafiq göstərişinə əsasən, işğaldan azad olunmuş şəhər və rayonlarda qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının ölkənin digər ərazi vahidlərində yaşayış yeri üzrə qeydiyyata alınması həmin şəhər və rayonlarda məskunlaşma başa çatanadək dayandırılmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-687/2021 saylı 04 mart 2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. (hakim İ.Quliyev). Həmin qərardan iddiaçı tərəfindən apelyasiya şikayəti verilərək, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-687/2021 saylı 04 mart 2021-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməsi xahiş edilmişdir. apelyasiya şikayətinin dəlilləri: iddia ərizəsində qeyd etməsinə baxmayaraq, Azərbaycan Respublikası İnzibati prosesual məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş məhkəmənin yardım etmək kimi vəzifəsindən yararlana bilməmişdir. Bu da hüquqlarının tapdalanması kimi qiymətləndirilməlidir. Təqdim etdiyi sənədlərdən göründüyü kimi, həyat yoldaşı yoxdur, üç azyaşlı körpə ilə yaşadığı Sumqayıt şəhərindən çox uzaqda yerləşən Cəbrayıl rayonunda qeydiyyatda olmaq onun üçün bütün hallarda bir sıra çətinliklər yaradır. tərəflərin izahatları: Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, iş materiallarını araşdıraraq, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, apelyasiya şikayətinin təmin edilməməsi, qərarın dəyişdirilmədən qüvvədə saxlanılması nəticəsinə gəlir. Belə ki, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində təsbit edilmişdir ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir. Göründüyü kimi, qanunvericiliklə şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması şərtləri konkret olaraq müəyyən edilmişdir. İddiaçının isə yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) mövcud deyil və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi də iş materialları ilə müəyyən olunmur. İş materiallarına əlavə edilmiş MKS arayışında İddiaçı 42-ci məhəllə yat.14 otaq 58 də qeydiyyatsız olaraq 2004-cü ildən yaşadığı qeyd edilmişdir. Kollegiya qeyd edir ki, həmin sənəd yuxarıda qeyd edilən və qanunvericiliklə qeydiyyata alınma üçün əsas verən sənəd deyildir. Göründüyü kimi, cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-687/2021 saylı 04 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-687/2021 saylı 04 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 2zibati Kollegiyasına (ünvan: ünvan 3
Məhkəmə qərarları › İş №2-1(105)-317/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-317/2021
26.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver