Məhkəmə qərarları › İş №2-1(105)-319/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-319/2023

20.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-319/2023 20.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə X21 qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə, iddiaçının digər nümayəndəsi X2, üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Cavabdehnə qarşı “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin ******* seriya ********** qeydiyyat nömrəli xx.xx.2012-ci il tarixli çıxarışına əsasən ümumi sahəsi 40,5 kv.metr olan Xaçmaz şəhəri, Vağzal küçəsi, ev 28, mənzil 3-də yerləşən ona məxsus evindən X3 pasport qeydiyyatından çıxarılması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, 2-1(118)-351/2023 nömrəli qərarından iddiaçının vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin ******* seriya ********** qeydiyyat nömrəli xx.xx.2012-ci il tarixli çıxarışına əsasən ümumi sahəsi 40.5 kv.metr olan Xaçmaz şəhəri, Vağzal küçəsi, ev 28, mənzil 3-də yerləşən ona məxsus evindən X3 pasport qeydiyyatından çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon 1 saylı Notariat Kontoru tərəfindən təsdiqlənmiş alqı-satqı müqaviləsinə əsasən Xaçmaz şəhəri, Vağzal küçəsi,ev 28, mənzil 3-də yerləşən yaşayş evi ona satılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsinin ******* seriya, ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il tarixli çıxarışına əsasən ümümi sahəsi 40.5 kv.metr olan, Xaçmaz şəhəri, Vağzal küçəsi, ev 28,3 saylı mənzil onun tam mülkiyyətindədir. Həmin evdə onun ailə üzvü olmayan xx.xx.1982-ci il təvəllüdlü X8 pasport qeydiyatındadır. X6 onun bacısının gəlinidir. Sosial yardım almaq üçün qeydiyyat yeri olmadığından evinə qeydiyyata düşmüşdür. X6 onun evində pasport qeydiyyatında qalma səbəbindən əmlakı üzərində mülkiyyət hüququnu reallaşdıra bilmir, yəni əmlakı üzərində öz istəyinə uyğun olaraq sərəncam hüququ pozulur. X7 ona məxsus mənzildən pasport qeydiyyatından çıxarılması barədə Cavabdehnə müraciət etmişdir. Cavabdehndən verilmiş xx.xx.2022-ci il tarixli, 160- 15040M-3222 saylı cavab məktubunda göstərilir ki, ona məxsus ünvanda adı göstərilən şəxsin qeydiyyatdan çıxarılması barədə məhkəmənin qanuni qüvəyyə minmiş qətnaməsi təqdim ediləcəyi halda və ya həmin şəxs yaşayış yerini dəyişməsi ilə bağlı mülkiyyəti təsdiq edən sənədlə Polis orqanlarına müraciət etdiyi təqdirdə onun pasport qeydiyyatından çıxarılması təmin olunacaqdır. Aşağıda göstərilənlərə əsasən hesab edirik ki, “ Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən cavabdeh tərəfindən X11 ona məxsus mənzildən pasport qeydiyyatından çıxarılmalı idi. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, 2-1(118)-351/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçının vəkili və nümayəndəsi həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kobud şəkildə iddiaçının konstitusion hüquqlarını, tərəflərin çəkişmə prinsiplərini pozmuş, məhkəmə də iştirakını təmin edilməsinə şərait yaratmamış, kobud prossesual pozuntulara yol vermişdir. Belə ki, məhkəmə qeyd etmişdir ki, iddiaçı məhkəmədə iştirak etməmişdir. Bununla bağlı bildirmişdir ki, xx.xx.2023-cü ildə, yəni iddiaları rədd olunan gün tərəfindən elektron məhkəmə sisteminə iclasın təxirə salınması barədə 2 ərizə yerləşdirilmişdir. 1-ci ərizəsində qeyd etmişdir ki, respublikada, xüsusilə şimal bölgəsində mövcud qarlı hava şəraiti ilə bağlı nəqliyyatın hərəkəti çətin olduğu üçün keçiriləcək məhkəmə iclasında iştirak edə bilmirlər və məhkəmə iclasını təxirə salıb yeni vaxt təyin edilsin. Bundan sonra tərəflərindən hakim İsmayıl Quliyevin katibi olan Vüqar adlı şəxsin 055 *** ** ** nömrəli telefonuna zəng vuraraq qarlı hava ilə bağlı gələ bilmədiklərini bildiımiş və prosesin təxirə salınması üçün məhkəməyə məlumat vermişdir. Katib Vüqar bəy ona bildirmişdir ki, hakim deyir ki, iclası təxirə salmayıb, qərar qəbul edəcəkdir. Sonradan yenidən tərəflərindən Xaçmaz rayonundan Sumqayıt inzibati Məhkəməsinə gəlməyə cəhd etsələr də, yollarda olan qar, buz buna imkan vermədiyindən geri qayıtmaq məcburiyyətində qalmışlar və yenidən tərəflərindən gələ bilmədikləri, bunun üzürlü səbəb olması, iclasın iştirakları olmadan keçirilməsinin düzgün olmaması barədə elektron kabinetə ərizə yerləşdirilmişdir. Onlar üçün həmin iclasda iştirak onun üçün vacib idi ki, bundan əvvəl keçirlən məhkəmə prosesində hakim ona bildirmişdir ki, evin kimdən alınması barədə alqı-satqı müqaviləsini gətirin. xx.xx.2023-cü ildə Respublikada qarlı hava şəraitinin olması danılmaz və sübuta ehtiyacı olmayan hal idi. Xaçmaz rayonun Sumqayıt şəhəri arası məsafə 120 kmdir. Belə vəziyyətdə avtomobilin idarə olunması insan həyatı və cəmiyyət üçün təhlükəli ola bilərdi. Bu faktın sübutu üçün tərəflərindən vəkil kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometrologiya Departamentinə 16 yanvar tarixli sorğu verilmiş, həmin sorğuya Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometrologiya Xidməti 3-14-20/2-034/2023, 23 yanvar 2023-cü il tarixdə cavab verərək, 2023-cü il 10-11 yanvar tarixlərində Xaçmaz, Şabran və Siyəzən rayonlarının ərazisində müşahidə edilmiş hava şəraiti ilə bağlı arayış ona təqdim etmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometrologiya Xidmətinin 3-14-20/2-034/2023, 23 yanvar 2023-cü il tarixdə verdiyi cavabından aydın olur ki,xx.xx.2023-cü ildə Xaçmaz, Şabran və Siyəzən rayonlarında yollarda orta göstərici olaraq 24 sm hündürlyiiyndə qar olmus, yolları buz bağlamışdır. Bundan başqa 10xx.xx.2023-cü il tarixləri də daxil olmaqla Xaçmaz, Şabran, Siyəzən və ona qonşu rayonlar üçün 07 yanvar 2023-cü ilin günün ikinci yarısından hava şəraitinin dəyişəcəyi ilə (qar, yağış, çovğun olacağı), yolların buz bağlayacağı ilə bağlı bütün dövlət qurumlarına 2 saylı xəbərdarlıq göndərilmişdir. Məhkəmə qətnaməsində xüsusilə, altından xətt çəkərək qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Xaçmaz rayon Məhkəməsinin 2(067)-2340 saylı, 04 oktyabr 2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdeh X3 Xaçmaz şəhəri, Vağzal küçəsi, ev 28-də yerləşən evindən istifadə hüququnun itirlmiş hesab olunmasına dair iddiası təmin edilməmişdir. İş hazırda Sumqayıt Apellyasiya Məhkəməsinin icraatındadır. Məhkəmə iclasında üçüncü şəxs bildirmişdir ki, həmin evdə qaynanası ilə birlikdə yaşayır. Göründüyü kimi iddiaçı ilə üçüncü şəxs arasında mülki mübahisə mövcuddur. Üçüncü şəxs hazırda mübahisəli evdə yaşayır. İddiaçıya izah edilsin ki, üçüncü şəxslə aralarında olan mülki mübahisənin nəticəsinə uyğun olaraq təkrar inzibati orqana müraciət edə bilər. Bununla bağlı qeyd etmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 2069/2022, xx.xx.2022-ci il tarixli qərardadına əsasən onun məhkəmədə qaldırdığı cavabdeh X3 Xaçmaz şəhəri, Vağzal küçəsi, ev 28-də yerləşən evindən istifadə hüququnun itirilmiş hesab olunması barədə iddiadan vəkil tutduqdan sonra imtina etmişdir. İddiadan imtina etmə səbəbi şəxsin həmin evdə istifadə hüququnun olmadığı üçün olmuşdur. Hesab etmişdir ki, üçüncü şəxsin həmin evdə əmlak hüququ və istifadə hüququ yoxdur. Bu iddia ilə şəxsin istifadə hüququnun olmasını etiraf etmiş olurdu. Məhkəmə qeyd etmişdir ki, mübahisə var, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2069/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadına əsasən mübahisə olmadığı tam şəkildə aydındır. Bu da məhkəmənin bu işi tam araşdırmadığının tam sübutudur. Göründüyü kimi, üçüncü şəxs X3 onun mülkiyyətində olan evdə heç bir istifadə hüququ yoxdur və onun ailə üzvü deyildir. Onun qeydiyyatda qalması onun əmlakı üzərində sərəncam verməyini pozmaqdadır. Belə olan təqdirdə istifadə hüququ olmayan şəxsin evdən çıxarılması öhdəçiliyi inzibati orqanın üzərinə qoyulması məcburi idi. Məhkəmə qətnaməsində xüsusilə altından xətt çəkərək qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Xaçmaz rayon Məhkəməsinin 2(067)-2340 saylı, 04 oktyabr 2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdeh X3 Xaçmaz şəhəri, Vağzal küçəsi, ev 28-də yerləşən evindən istifadə hüququnun itirlmiş hesab olunmasına dair iddiası təmin edilməmişdir. İş hazırda Sumqayıt Apellyasiya Məhkəməsinin icraatındadır. Məhkəmə iclasında üçüncü şəxs bildirmişdir ki, həmin evdə qaynanası ilə birlikdə yaşayır. Göründüyü kimi iddiaçı ilə üçüncü şəxs arasında mülki mübahisə mövcuddur. Üçüncü şəxs hazırda mübahisəli evdə yaşayır. İddiaçıya izah edilsin ki, üçüncü şəxslə aralarında olan mülki mübashiənin nəticəsinə uyğun olaraq təkrar inzibati orqana müraciət edə bilər. Bununla bağlı qeyd etmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2069/2022,xx.xx.2022-ci il tarixli qərardadına əsasən onun məhkəmədə qaldırdığı cavabdeh X3 Xaçmaz şəhəri, Vağzal küçəsi, ev 28-də yerləşən evindən istifadə hüququnun itirilmiş hesab olunması barədə iddiadan vəkil tutduqdan sonra imtina etmişdir. İddiadan imtina etmə səbəbi şəxsin həmin evdə istifadə hüququnun olmadığı üçün olmuşdur. Hesab etmişdir ki, üçüncü şəxsin həmin evdə əmlak hüququ və istifadə hüququ yoxdur. Bu iddia ilə şəxsin istifadə hüququnun olmasını etiraf etmiş olurdu. Məhkəmə qeyd etmişdir ki, mübahisə var, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2069/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadına əsasən mübahisə olmadığı tam şəkildə aydındır. Bu da məhkəmənin bu işi tam araşdırmadığının tam sübutudur. Göründüyü kimi, üçüncü şəxs X3 onun mülkiyyətində olan evdə heç bir istifadə hüququ yoxdur və onun ailə üzvü deyildir. Onun qeydiyyatda qalması onun əmlakı üzərində sərəncam verməyini pozmaqdadır. Belə olan təqdirdə istifadə hüququ olmayan şəxsin evdən çıxarılması öhdəçiliyi inzibati orqanın üzərinə qoyulması məcburi idi. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi, həmçinin digər nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 2069/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddiadan imtinası qəbul edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(067)-2340/2021 nömrəli qətnaməsi ləğv edilərək, İddiaçı cavabdeh X9 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair işin icraatına xitam verilmişdir. Həmin qərardadda qeyd olunur ki, məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə izahatında göstərmişdir ki, cavabdehin mübahisəli evə istifadə hüququ yaranmamışdır, buna görə inzibati məhkəmədə cavabdehin qeydiyyatının ləğvinə dair iddia qaldırılıb. Bu səbəbdən hazırki iddiadan imtina edirlər. Qətnamənin ləğv edilməsini xahiş etmiş, iddiadan imtinanın hüquqi nəticələrinin ona aydın olduğunu bildirmişdir. Bundan əlavə, məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X11 mübahisəli evdə yaşayış yeri üzrə qeydiyyata alındığı vaxtdan ailəsi və qaynanası ilə birgə həmin ünvanda yaşadığını bildirmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi və vəkili hazırda Xaçmaz Rayon Məhkəməsinin icraatında İddiaçı cavabdehlər X4, X10 qarşı və X5 qarşı evdən çıxarılma tələbinə dair mülki işin olduğunu, həmin iş üzrə icraatın hazırkı inzibati işlə əlaqədar dayandırıldığını bildirmişdir. İş materiallarına əlavə edilmiş Xaçmaz Rayon Məhkəməsinə xx.xx.2022-ci il tarixdə verilmiş iddia ərizəsindən də görünür ki, İddiaçı cavabdehlər X6, X13 və X5 qarşı qeydiyyatdan və evdən çıxarılma tələbi ilə müraciət etmişdir. İşin yuxarıda qeyd edilən hallarından və istinad edilən normaların məzmunundan göründüyü kimi, hazırkı işdə iddiaçı ilə onun mülkiyyətində olan evdə pasport qeydiyyatında olan X3 mənzildən çıxarılması ilə bağlı mübahisə vardır. Belə olan halda isə iddiaçının hazırkı iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyildir. Belə ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Halbuki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 15.3-cü bəndinə əsasən mülki məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Kollegiya həmçinin qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarında da məhz göstərilmişdir ki, mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Hazırkı işdə isə üçüncü şəxs iddiaçının bacısının gəlini olmaqla iddiaçının mülkiyyətində olan evdə “faktiki yaşamayan” şəxs statusunda deyildir. Belə ki, üçüncü şəxsin və iddiaçının nümayəndəsinin izahatından da göründüyü kimi, üçüncü şəxs G.Kamalova hazırda iddiaçının mənzilində yaşamaqla həmin ünvan üzrə də yaşayış yeri üzrə qeydiyyatdadır və hazırda iddiaçı onun evdən çıxarılması tələbinə dair iddia qaldırmışdır. Kollegiya qeyd edir ki, iddiaçı və üçüncü şəxs ararasında belə mübahisənin mövcudluğu şəraitində hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması istisna olunur. Hazırkı iş üzrə iddianın mümkün sayılmamasına səbəb olan yuxarıda qeyd edilən hallar məhkəmə kollegiyası tərəfindən iddiaçının vəkili və nümayəndəsinin diqqətinə çatdırılmaqla onunla müzakirə edilmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən səbəblərdən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiyası məhkəməsinin qərarı ləğv edilərək iddia mümkün sayılmamalı, iddiaçının üçüncü şəxsə qarşı mülki icraat qaydasında iddia qaldırması və işin Xaçmaz Rayon Məhkəməsinin icraatında olması nəzərə alınmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, 2-1(118)-351/2023 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar