Məhkəmə qərarları › İş №2-1(105)-32/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-32/2021

01.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-32/2021 01.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Rzayev Məhəmmədəli Əsəd oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, Üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X9 nümayəndəsi X2 iştirakı ilə X10 Eldar oğlu, İddiaçı2 qızı və İddiaçı3 qızının cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı qərarların, bu qərarların doğurduğu bütün hüquqi nəticələrin, hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2-1(85)-177/2018 saylı qərarından iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ X10 Eldar oğlu, İddiaçı2 qızı və İddiaçı3 qızı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı cavabdehin xx xxxx 2017-ci il tarixli 6 saylı iclasının qərarları ilə X6, X1 və X12 mülkiyyətinə həyətyanı torpaq sahələrinin verilməsinə dair qərarların, bu qərarların doğurduğu bütün hüquqi nəticələrin, hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi, mübahisəli torpaq sahəsində aparılan tikintinin cavabdehin vəsaiti hesabına sökülərək torpağın əvvəlki vəziyyətə qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddiaçılar iddianın dəqiqiləşdirilməsi barədə ərizəylə məhkəməyə müraciət edərək, cavabdehin xx xxxx 2017-ci il tarixli 6 saylı iclasının qərarları ilə X6, X1 və X12 mülkiyyətinə həyətyanı torpaq sahələrinin verilməsinə dair qərarların, bu qərarların doğurduğu bütün hüquqi nəticələrin, hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin qərardadı ilə X13, X4 və X15 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddiaçılar tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Bələdiyyəsi 2005-ci ildə özünün mülkiyyəti üzərində sərəncam vermiş, məlum qərarları ilə şikayətçilər Babayeva (Qurbanova) Şəhla Əbdüləzim qızına, İddiaçı3 qızına və İddiaçı1 oğluna həyətyanı torpaq sahələri ayırmışdır. Qərar verilən zaman Sumqayıt şəhər bələdiyyəsinin 2000-2005-ci illərdə əksəriyyət qərarlarının verilməsində yol verilmiş qüsurlar təkrar olunmuşdur. Qüsurları aradan qaldırmaq üçün iddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçı3 qızının, Qurbanova Könül Bahadur qızının, İddiaçı1 oğlunun iddası Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-433/2013 saylı, xx xxxxxx 2013-cü il tarixli qətnaməsi ilə təmin olunmuşdur. Babayeva (Qurbanova) Şəhla Əbdüləzim qızının iddiası Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4430/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsi ilə təmin olunmuş və sözügedən “Torpaq sahəsinin planı və ölçüsü” Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən təsdiq edilərək Ş.Babayevaya verilməklə və onun tərəfindən 1260 manat məbləğ Sumqayıt Bələdiyyəsinə ödənilməklə həmin qətnamə icra olunmuşdur. Bu qərarlar və məhkəmə qətnamələri əsasında sonuncuların həmin torpaq sahələri üzərində subyektiv hüququ yaranmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 433/2013 saylı, xx xxxxxx 2013-cü il tarixli və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 4430/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnamələri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən Ş.Babayevaya verilən “Torpaq sahəsinin planı və ölçüsü” qüvvədə ola-ola, qeyd olunanlara məhəl qoymadan Sumqayıt bələdiyyəsi özünün xx xxx 2016-cı il tarixli, 09 saylı məlum qərarını qəbul etmiş, bundan sonra iddiaçıların Sumqayıt şəhəri, 20-ci mikrorayon ərazisində yerləşən, 295, 296, 297 saylı həyətyanı torpaq sahələri maklerlər tərəfindən işğal olunmuş, daha sonra Sumqayıt Bələdiyyəsinin xx xxxx 2017-ci il tarixli, 6 saylı iclasının qərarları ilə torpaq sahələri X6, X1 və X12 mülkiyyətinə verilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2-1(85)-177/2018 saylı qərarı ilə iddia təmin edilməmişdir (hakim Z.Pirverdiyev). Qərardan narazı qalan iddiaçılar apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-85/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən H.Babayeva, hakimlər N.Nəsibov və Z.Məmmədov) Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2-1(85)- 177/2018 saylı qərarının ləğv edilməsi, X10 Eldar oğlu, İddiaçı2 qızı və İddiaçı3 qızının cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı qərarların, bu qərarların doğurduğu bütün hüquqi nəticələrin, hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan iddiaçılar kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işin baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-5/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən İ.Hüseynov, hakimlər S.Hüseynova və A.Hüseynov) Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019cu il 18 iyun tarixli 2-1(105)-85/2019 nömrəli qərardadının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi, şikayətin qalan hissədə təmin olunmaması qərara alınmışdır. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ İddiaçılar iddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayəti verərək şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmiş və əsassız olaraq iddianı rədd etmişdir. İddiaçılar iddiasının hüquqi əsasını həmin sahələrin onlara ayrılması barədə bələdiyyə qərarı ilə deyil, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-433/2013 saylı. xx xxxxxx 2013-cü il tarixli və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 4430/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnamələri ilə əsaslandırırlar. Həmin qətnamələr bu gün də qüvvədədir. Məhkəmə qərarını əsaslandırarkən MPM-in 82.3-cü maddəsinə istinad etsə də, lakin onlara münasibətdə həmin normanın tətbiqini nəzərə almayıb. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X9 nümayəndəsi X5 apelyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş üzrə digər tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsini iddianı təmin etməmiş, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, X6, X1 və X12 mülkiyyətinə həyətyanı torpaq sahələrinin verilməsinə dair Sumqayıt şəhər bələdiyyəsinin xx xxxx 2017-ci il tarixli 06 saylı protokol qərarları qanunamüvafiq qəbul edildiyindən və qərarların ləğv olunması üçün məhkəmə tədqiqatı zamanı hər hansı qanun pozuntusu müəyyən olunmadığından iddia təmin oluna bilməz. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.9-cu maddəsinə əsasən, bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinə əsasən, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. İş materiallarında olan Sumqayıt şəhər bələdiyyəsinin xx xxxx 2017-ci il tarixli 06 saylı protokol qərarının surətindən görünür ki, Sumqayıt şəhəri, 20-ci mikrorayon ərazisində sahəsi 700 kv.metr olan həyətyanı torpaq sahəsi X12 mülkiyyətinə ayrılmışdır. Sumqayıt şəhər bələdiyyəsinin xx xxxx 2017-ci il tarixli 06 saylı protokol qərarının surətindən görünür ki, Sumqayıt şəhəri, 20-ci mikrorayon ərazisində sahəsi 700 kv.metr olan həyətyanı torpaq sahəsi X1 mülkiyyətinə ayrılmışdır. Sumqayıt şəhər bələdiyyəsinin xx xxxx 2017-ci il tarixli 06 saylı protokol qərarının surətindən görünür ki, Sumqayıt şəhəri, 20-ci mikrorayon ərazisində sahəsi 700 kv.metr olan həyətyanı torpaq sahəsi X6 mülkiyyətinə ayrılmışdır. İş materiallarından müəyyən olunur ki, Sumqayıt şəhər bələdiyyəsinin xx xxxxxx 2005ci il tarixli, 55 saylı qərarı ilə Sumqayıt şəhəri, 20-ci mikrorayon ərazisində fərdi ev tikintisi üçün 600 kv.metr həyətyanı torpaq sahəsi İddiaçı3 qızının adına rəsmiləşdirilmiş, xx xxxxxx 2005-ci il tarixli “Tikinti üçün torpaq sahəsinin (sahələrinin) sərhədlərinin naturada (yerində) müəyyən edilməsi, nişanlanması və sifarişçiyə təhvil verilməsi haqqında” aktla həmin torpaq sahəsi ona təhvil verilmişdir. Sumqayıt şəhər bələdiyyəsinin xx xxxxxx 2005-ci il tarixli, 57 saylı qərarı ilə X3 Sumqayıt şəhəri, 20-ci mikrorayon ərazisində baş plan əsasında fərdi ev tikintisi üçün 700 kv.metr həyətyanı torpaq sahəsi ayrılmış, xx xxxxxx 2005-ci il tarixli “Tikinti üçün torpaq sahəsinin (sahələrinin) sərhədlərinin naturada (yerində) müəyyən edilməsi, nişanlanması və sifarişçiyə təhvil verilməsi haqqında” aktla həmin torpaq sahəsi ona təhvil verilmişdir. Sumqayıt şəhər bələdiyyəsinin xx xxxxxx 2005-ci il tarixli, 57 saylı qərarı ilə İddiaçı1 oğluna Sumqayıt şəhəri, 20-ci mikrorayon ərazisində baş plan əsasında fərdi ev tikintisi üçün 600 kv.metr həyətyanı torpaq sahəsi ayrılmış, xx xxxxxx 2005-ci il tarixli “Tikinti üçün torpaq sahəsinin (sahələrinin) sərhədlərinin naturada (yerində) müəyyən edilməsi, nişanlanması və sifarişçiyə təhvil verilməsi haqqında” aktla həmin torpaq sahəsi ona təhvil verilmişdir. İddiaçılara Sumqayıt şəhər bələdiyyəsinin müvafiq qərarlarına əsasən, torpaq sahəsi ayrılsa da, ayrılmış torpaq sahəsinə dair aralarında qanunla müəyyən edilmiş qaydada alğısatqı aktı bağlanmadığından, iddiaçılar Sumqayıt şəhər məhkəməsində iddia qaldıraraq torpaq sahəsinin mülkiyyət hüququ üzrə qanuni sahiblikdə olması faktının müəyyən edilməsi, alğı-satqının bağlanmış sayılması, plan və ölçünün verilməsini xahiş etmiş və məhkəmə tərəfindən hər iki iddia tələbləri təmin edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4430/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsi ilə Sumqayıt şəhər bələdiyyəsinin xx xxxxxx 2005-ci il tarixli 57 saylı iclas protokolu qərarı ilə Babayeva (Qurbanova) Şəhla Əbdüləzim qızının mülkiyyətinə verilmiş Sumqayıt şəhəri, 20-ci mikrorayon ərazisində yerləşən, sahəsi 700 kvadrat metr olan 295 saylı həyətyanı torpaq sahəsinə dair Ş.Ə.Babayeva ilə Sumqayıt şəhər bələdiyyəsi arasında alğı-satqı müqaviləsi torpaq sahəsinin dəyəri Babayeva (Qurbanova) Şəhla Əbdüləzim qızının tərəfindən 2005-ci ildə mövcud olmuş torpağın müvafiq normativ qiymətlərinə uyğun, yəni hər 100 kv.metrinə görə 180 manat ödənilməklə bağlanmış hesab edilməklə həmin torpaq sahəsinin mülkiyyət hüququ üzrə Babayeva (Qurbanova) Şəhla Əbdüləzim qızının qanuni sahibliyində olması faktı tanınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-433/2013 saylı, xx xxxxxx 2013-cü il tarixli qətnaməsi ilə Sumqayıt şəhəri, 20-ci mikrorayon ərazisində yerləşən, sahəsi 600 kv.metrdən ibarət 297 saylı həyətyanı torpaq sahəsinə dair İddiaçı3 qızı ilə, Sumqayıt şəhəri, 20-ci mikrorayon ərazisində yerləşən, sahəsi 600 kv.metrdən ibarət 296 saylı həyətyanı torpaq sahəsinə dair Qurbanova Könül Bahadur qızı ilə, Sumqayıt şəhəri. 20-ci mikrorayon ərazisində sahəsi 600 kv.metrdən ibarət torpaq sahəsinə dair İddiaçı1 oğlu ilə Sumqayıt şəhər Bələdiyyəsi arasında alğı-satqı müqaviləsi torpaq sahəsinin dəyəri İddiaçı3 qızı, Qurbanova Könül Bahadur qızı və İddiaçı1 oğlu tərəfindən 2005-ci ildə mövcud olmuş torpağın müvafiq normativ qiymətlərinə uyğun, yəni hər 100 kv.metrinə görə 180 manat ödənilməklə bağlanılmış hesab edilmiş, Sumqayıt şəhəri, 20-ci mikrorayon ərazisində yerləşən, sahəsi 600 kv.metrdən ibarət 297 saylı həyətyanı torpaq sahəsinin İddiaçı3 qızının, Sumqayıt şəhəri, 20-ci mikrorayon ərazisində yerləşən, sahəsi 600 kv.metrdən ibarət 296 saylı həyətyanı torpaq sahəsinin Qurbanova Könül Bahadur qızının, Sumqayıt şəhəri. 20-ci mikrorayon ərazisində sahəsi 600 kv.metrdən ibarət torpaq sahəsinin İddiaçı1 oğlunun mülkiyyət hüququ üzrə qanuni sahibliyində olması tanınmaqla, sözügedən torpaq sahələrinin planı və ölçüsünün hazırlanmasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinə həvalə edilməsi qət edilmişdir. İş materiallarından həmçinin müəyyən olunur ki, xx xxx 2016-cı il tarixdə Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi 184 saylı təqdimatla Sumqayıt şəhər bələdiyyəsinə müraciət edərək, Sumqayıt şəhər bələdiyyəsinin iddiaçılara torpaq sahəsinin ayrılmasına dair qərarları verilərkən “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsi ilə razılaşdırılmadığından və müvafiq rəy verilmədiyindən qeyd olunan qərarların ləğv olunmasını xahiş etmişdir. Sumqayıt şəhər bələdiyyəsinin xx xxx 2016-cı il tarixli, 09 saylı qərarına əsasən, Sumqayıt şəhər bələdiyyəsinin yuxarıda qeyd olunan qərarları “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin tələblərinə uyğun olmadığı üçün ləğv edilmişdir. İddiaçı2 qızı, İddiaçı3 qızı və Novruzov X8 şəhər bələdiyyəsinə qarşı məhkəmədə iddia qaldıraraq, Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin 184 saylı, xx xxx 2016-cı il tarixli təqdimatına baxılması haqqında Sumqayıt şəhər bələdiyyəsinin xx xxx 2016-cı il tarixli, 09 saylı qərarının etibarsız sayılmasını xahiş etmişlər. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2-1(85)-114/2017 saylı qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərarlar iddiaçılar tərəfindən apelyasiya və kassasiya qaydasında şikayət verilsə də, Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2-1(105)- 230/2017 saylı qərarı ilə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı isə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 2-1(102)-600/2018 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən qeyd edir ki, X3 fərdi ev tikintisi üçün həyətyanı torpaq sahəsinin ayrılması haqqında, İddiaçı3 qızına fərdi ev tikintisi üçün həyətyanı torpaq sahəsinin ayrılması haqqında, Qurbanova Könül Bahadur qızına fərdi ev tikintisi üçün həyətyanı torpaq sahəsinin ayrılması haqqında və İddiaçı1 oğluna fərdi ev tikintisi üçün həyətyanı torpaq sahəsinin ayrılması haqqında bələdiyyə qərarları bələdiyyənin xx xxx 2016-cı il tarixli qərarı ilə ləğv edildiyindən, həmin qərarın etibarsız hesab edilməsi barədə iddiaçıların iddia tələbi qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə təmin edilmədiyindən, birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddia tələbini təmin etməyərək düzgün nəticəyə gəlmişdir. Belə ki, mübahisəli torpaq sahələrinin X6, X1 və X12 mülkiyyətinə verilməsinə dair Sumqayıt şəhər bələdiyyəsinin xx xxxx 2017-ci il tarixli 06 saylı protokol qərarların ləğv olunması üçün hər-hansı əsas müəyyən edilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2-1(85)-177/2018 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar