Məhkəmə qərarları › İş №2-1(105)-32/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-32/2025

07.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-32/2025 07.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçının 01 sentyabr 1977-ci il tarixdən 30 iyun 1981-ci il tarixədək Azərbaycan SSR Sumqayıt Politexnik Texnikumunda təhsil aldığı dövrü və X2 19 avqust 2022-ci il tarixli 34 saylı arayışında, SDL "xxxx" Şirkətinin 21 aprel 2022-ci il tarixli SDLDEN-HR-005/22 nömrəli arayışında, "xxxx" MMC-nin xx.xx.2016-cı il tarixli AB/A/xx-xx/12073 nömrəli arayışında, SDL "xxxx" Şirkətinin 21 aprel 2022-ci il tarixli SN-HR-018/22 nömrəli arayışında, "xxxx" Şirkətinin iddiaçıya dair 21 aprel 2022-ci il tarixli DOSA-HR-012/22 nömrəli arayışında, "xxxx" MMC tərəfindən verilmiş 21 oktyabr 2022-ci il tarixli izahlı arayışda göstərilən dövrləri nəzərə almaqla 60 yaşdan, yəni 01 mart 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2-1(118)-1764/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı xx.xx.1962-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. İddiaçıya məxsus ДТ-İ seriyalı 757241 nömrəli diplomla, HЗ seriyalı, ******* nömrəli hərbi biletlə və БT-İ seriyalı, ******* nömrəli əmək kitabçası ilə müəyyən edilir ki, o, 1977-ci ildən 1981-ci il tarixədək Sumqayıt Politexnik Texnikumunda təhsil almış, xx.xx.1981-ci ildən xx.xx.1983-cü il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1980- xx.xx.1980-ci illərdə, xx.xx.1981-xx.xx.1981-ci illərdə, xx.xx.1984-xx.xx.1985-ci illərdə, xx.xx.1985-xx.xx.1987-ci illərdə, xx.xx.1987-xx.xx.1993-cü illərdə, xx.xx.1999-xx.xx.2001-ci illərdə, xx.xx.2002xx.xx.2005-ci illərdə, xx.xx.2005, xx.xx.2012-ci illərdə, xx.xx.2012-xx.xx.2016-cı illərdə, xx.xx.2017-xx.xx.2020-ci illərdə, xx.xx.2020-xx.xx.2022-ci illərdə müxtəlif peşələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, cavabdeh 07 iyun 2022-ci il tarixdə müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, onun güzəştli iş stajı 12 il 6 aydan az (9 il 8 ay 3 gün) təşkil etdiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçıya 01 sentyabr 1977-ci il tarixdən 30 iyun 1981-ci il tarixədək Azərbaycan SSR Sumqayıt Politexnik Texnikumunda təhsil aldığı dövrü nəzərə almaqla 60 yaşdan, yəni 01 mart 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10514/2022 nörəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə inzibati iş aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1 mart 1962-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 01 sentyabr 1977-ci il tarixdən 30 iyun 1981-ci il tarixədək Azərbaycan SSR Sumqayıt Politexnik Texnikumunun “Yayma ixtisası” üzrə tam kursunu bitirmişdir. Sumqayıt Politexnik Texnikumunda təhsil aldığı dövrdə 22 may 1980-ci il tarixdən 05 noyabr 1980-ci il tarixədək X4 Metallurgiya zavodunun 2 nömrəli boru prokat sexində 3-cü kateqoriya üzrə boru kəsicisi və boru prokatı maşınına əl ilə işləyən yaymaçı vəzifəsində praktika keçmişdir. Sumqayıt Politexnik Texnikumunu bitirdikdən sonra 07 sentyabr 1981-ci il tarixdə Azərbaycan SSR Sumqayıt Boru Prokat Zavodunun Boru Prokat sexinə soyuq boru kəsicisi vəzifəsinə təyin olunmuşdur. 09 oktyabr 1981-ci il tarixdə Sovet ordusu sıralarına hərbi xidmətə çağırışla əlaqədar olaraq işdən azad olunmuşdur. 23 oktyabr 1981-ci il tarixdən 01 dekabr 1983-cü il tarixədək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən tərxis olduqdan sonra 02 fevral 1984-cü il tarixdən 01 sentyabr 1985-ci il tarixədək Azərbaycan SSR Sumqayıt Boru Prokat Zavodunun 3 kateqoriyalı 4M-1 muftaların istehsalı üzrə EMAQ axın muftalarının bölməsində sexdə soyuq boru kəsicisi vəzifəsində işləmişdir. 18 noyabr 1985-ci il tarixdən 10 iyul 1987-ci il tarixədək “Azneftkimyaquraşdırma” trestinin Sumqayıt montaj boşluqları zavodunda qazan qaynaq sexinə 3-cü dərəcəli çilingər quraşdırıcı, metalokonstruksiyaçı vəzifəsində işləmişdir. 29 iyul 1987-ci il tarixdən 20 aprel 1993-cü il tarixədək Azərbaycan SSR Bakı Yüngül Metal Konstruksiyaların Təcrübə zavodunda aşağı metalkonstruksiyaların quraşdırılması üzrə 4-cü dərəcəli çilingər vəzifəsində işləmişdir. 10 yanvar 1999-cu il tarixdən 25 dekabr 2001-ci il tarixədək Sumqayıt X1 Səhmdar Cəmiyyətində yığıcı çilingər vəzifəsində işləmişdir. 12 avqust 2002-ci il tarixdən 09 mart 2005-ci il tarixədək SDL Denholm Limited Şirkətinin filialında quraşdırıcı vəzifəsində işləmişdir. 08 mart 2005-ci il tarixdə AMEC Services LTD şirkətinə dəniz platformalarında Metal-Konstruksiya üzrə quraşdırma peşəsinə işə qəbul edilmiş, 14 dekabr 2006-cı il tarixdə Metal-Konstruksiya üzrə Baş usta peşəsinə, 13 yanvar 2008-ci il tarixdən Metal- Konstruksiya üzrə Nəzarətçi peşəsinə keçirilmişdir. 31 yanvar 2012-ci il tarixdə işdən azad edilmişdir. 01 fevral 2012-ci il tarixdən 30 sentyabr 2016-cı il tarixədək “AMEC MMC” şirkətinə dəniz platformalarında yerləşən iş sahəsinə Metal-Konstruksiya üzrə Nəzarətçi vəzifəsində işləmişdir. 17 aprel 2017-ci il tarixdən 30 aprel 2017-ci il tarixinədək "xxxx" şirkətində boru quraşdırıcısı, 02 mart 2020-ci il tarixinədək dənizdə boru quraşdırıcısı vəzifəsində işləmişdir. 02 mart 2020-ci il tarixindən "xxxx" Şirkətinin filialında boru quraşdırıcısı vəzifəsinə qəbul edilmiş və hal-hazırda da həmin şirkətdə işləyir. İddiaçı 01 sentyabr 1977-ci il tarixdən 01 mart 2022-ci il tarixədək 39 ildən çox ümumi iş stajına, 15 ildən çox ağır zərərli şəraitdə işlədiyi iş stajına malikdir. 2022-ci ilin may ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək, ona Azərbaycan SSR Sumqayıt Politexnik Texnikumunda təhsil aldığı dövrü nəzərə almaqla 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Ərizəyə qanunvericiliyin tələblərinə uyğun olaraq, şəxsiyyət vəsiqəsinin surətini, əmək kitabçasının əslini, Azərbaycan SSR Sumqayıt Politexnik Texnikumunu bitirməyini təsdiq edən Diplomun notariusda təsdiq edilmiş surətini, hərbi biletin 1,2-ci səhifələrinin notariusda təsdiq edilmiş surətini, güzəştli şərtlərlə pensiya hüququ verən arayışları əlavə etmişdir. Cavabdeh orqan 07 iyun 2022-ci il tarixli məktub ilə iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Həmin imtina məktubu ona Azərpoçtun Sumqayıt Mərkəzi filialı tərəfindən 14 iyun 2022-ci il tarixdə rəsmi qaydada verilmişdir. Beləliklə, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının qənaətinə görə iddiaçının Azərbaycan SSR Sumqayıt Boru Prokat Zavodunun 3 kateqoriyalı 4M-1 muftaların istehsalı üzrə EMAQ axın muftalarının bölməsi sexində soyuq boru kəsicisi vəzifəsində 02 fevral 1984-cü il tarixdən-01 sentyabr 1985-ci il tarixədək işlədiyi dövr, SDL Denholm Limited Şirkətinin filialında 12 avqust 2002-ci il tarixdən-09 mart 2005-ci il tarixədək quraşdırıcı vəzifəsində işlədiyi dövr, AMEC Services LTD şirkətində dəniz platformalarında 08 mart 2005-ci il tarixdən-14 dekabr 2006-cı il tarixədək Metal-Konstruksiya üzrə quraşdırıcı peşəsində işlədiyi dövr, 14 dekabr 2006-cı il tarixdən 13 yanvar 2008-ci il tarixədək Metal- Konstruksiya üzrə Baş Usta peşəsində işlədiyi dövr, "xxxx" şirkətində 17 aprel 2017-ci il tarixdən 02 mart 2020-ci il tarixinədək boru quraşdırıcısı peşəsində işlədiyi dövrlər hansı ki, 9 il 8 ay 3 gün təşkil edir, güzəştli şərtlərlə iş stajı sayılır. Hesab edilir ki, cavabdehin imtinası aşağıdakılara əsasən qanunazidd və əsassızdır. SDL "xxxx" Şirkətinin 21 aprel 2022-ci il tarixli SDLDEN-HR005/22 nömrəli arayışına əsasən iddiaçı 12 avqust 2002-ci il tarixdən 09 mart 2005-ci il tarixinə kimi SDL "xxxx" Şirkətinin filialında güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən quraşdırıcı vəzifəsində çalışmış və işlədiyi vəzifə üzrə sosial iş stajı 2 il 6 ay 28 gün təşkil edir. Həmin arayışa əsasən işlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri, mürəkkəb polad və dəmir-beton boruların və konstruksiyaların quraşdırılmasından ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu bəndində “Polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifələrin xüsusiyyətləri ilə eynidir. "xxxx" MMC-nin xx.xx.2016-cı il tarixli AB/A/xx-xx/12073 nömrəli arayışına əsasən iddiaçı 08 mart 2005-ci il tarixdə AMEC Services LTD şirkətinə dəniz platformalarında Metal-Konstruksiya üzrə quraşdırıcı peşəsinə işə qəbul edilmiş, 14 dekabr 2006-cı il tarixdə Metal-Konstruksiya üzrə Baş Usta peşəsinə keçirilmiş, 13 yanvar 2008-ci il tarixdən Metal-Konstruksiya üzrə Nəzarətçi peşəsinə keçirilmiş və 31 yanvar 2012-ci il tarixdə işdən azad edilmişdir. Həmin arayışa əsasən iddiaçı 01 fevral 2012-ci il tarixdə “AMEC MMC” şirkətinə dəniz platformalarında yerləşən iş sahəsinə MetalKonstruksiya üzrə Nəzarətçi peşəsinə işə qəbul edilmiş və 30 sentyabr 2016-cı il tarixdə işdən azad edilmişdir. AMEC Services LTD və “AMEC MMC” şirkətlərində həmin peşələr üzrə ümumi əmək stajı 11 il 06 ay 22 gün hesablanmışdır. Arayışa əsasən “AMEC MMC” AMEC Services LTD şirkətinin hüquqi varisidir. SDL "xxxx" Şirkətinin 21 aprel 2022ci il tarixli SN-HR-018/22 nömrəli arayışına əsasən iddiaçı 17 aprel 2017-ci il tarixdən 30 aprel 2017-ci il tarixinədək "xxxx" şirkətində güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən boru quraşdırıcısı (nəzarətçi), 30 aprel 2017-ci il tarixdən 02 mart 2020-ci il tarixinədək isə dənizdə boru quraşdırıcısı vəzifəsində çalışmış və işlədiyi vəzifə üzrə sosial iş stajı 2 il 10 ay 16 gün təşkil edir. Həmin arayışa əsasən işlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri, mürəkkəb polad və dəmirbeton boruların və konstruksiyaların quraşdırılmasından ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 29-cu bəndində “Polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifələrin xüsusiyyətləri ilə eynidir. "xxxx" Şirkətinin iddiaçıya dair 21 aprel 2022-ci il tarixli DOSA- HR-012/22 nömrəli arayışına əsasən o, 02 mart 2020-ci il tarixdən "xxxx" Şirkətinin filialında güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən boru quraşdırıcısı vəzifəsində çalışır və işlədiyi vəzifə üzrə sosial iş stajı 2 il 01 ay 20 gün təşkil edir. Həmin arayışa əsasən işlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri, mürəkkəb polad və dəmir-beton boruların və konstruksiyaların quraşdırılmasından ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 29-cu bəndində “Polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifələrin xüsusiyyətləri ilə eynidir. Beləliklə, göstərilən arayışlara əsasən, iddiaçı 01 sentyabr 1977-ci il tarixdən 01 mart 2022-ci il tarixədək 39 ildən çox ümumi iş stajına, 15 ildən çox ağır zərərli şəraitdə işlədiyi iş stajına malikdir. Beləliklə, iddiaçı 39 ildən çox ümumi iş stajına, 15 ildən çox güzəştli iş stajına malik olduğu üçün ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməlidir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, usta və nəzarətçi vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıya uyğun olmadığı üçün güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Buna görə də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi Qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İstinad olunan Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ var idi. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Republikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. İş materiallarına əsasən mübahisəli məqam iddiaçının işlədiyini iddia etdiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yasa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na uyğun olmamasıdır. Eyni zamanda bildirilir ki, "xxxx" MMC-nin xx.xx.2016-cı il tarixli AB/Aİ/xx-xx/12073 nömrəli arayışına əsasən iddiaçı xx.xx.2005-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində "AMEC” MMCdə quraşdırıcı, baş usta, nəzarətçi vəzifələrində işləmişdir. Belə ki, iddiaçının mərkəzi filiala təqdim etdiyi əmək kitabçası və "Denholm Oylfield Services Limited” şirkətinin 21 aprel 2022-ci il tarixli DOSA-HR-012/22 nömrəli arayışına əsasən o, xx.xx.2020xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində sözügedən şirkətdə boru quraşdırıcı nəzarətçi vəzifəsində işləmişdir. İmtina məktubu aşağıda qeyd olunan səbəblərə görə əsaslıdır. 1-ci səbəb xx.xx.2005-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində iddiaçının dəniz platformalarında işlədiyi quraşdırıcı, baş usta, nəzarətçi vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yasa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na uyğun olmamasıdır. Belə ki, qeyd edilən vəzifələr sözügedən siyahının Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsində qazma bəndində nəzərdə tutulmamışdır. 2-ci səbəb isə iddiaçının işlədiyi boru quraşdırıcı nəzərətçi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yasa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında qeyd olunan polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifəsinə uyğun deyil. Göstərilənlərə əsasən iddiaçının güzəştli iş stajı 9 il 8 aydan ibarət olmaqla xx.xx.1984- xx.xx.1985-ci il, xx.xx.2002-xx.xx.2005-ci il, xx.xx.2005xx.xx.2006-cı il, xx.xx.2006- xx.xx.2008-cı il, xx.xx.2017-xx.xx.2020-ci il tarixləri arasındakı dövrləri əhatə edir. Hazırki iş üzrə mübahisələndirilən dövrlər kimi xx.xx.2005-xx.xx.2016cı il və xx.xx.2020- xx.xx.2022-ci il tarixləri tarixləri arasındakı dövrlər müəyyən edimişdir. Əlavə olaraq iddiaçının ümumi iş stajı 30 il 9 ay 17 gündən ibarət olmaqla xx.xx.2006-cı il tarixinədək 14 il 11 ay 17 gün, xx.xx.2006-cı il tarixdən sonra isə 15 il 10 ay təşkil edir. İddiaçı xx.xx.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı isə 228521,01 manat təşkil etmişdir. İddiaçının güzəştli iş stajı 12 il 6 aydan az olduğu üçün ona güzəştli şərtlərlə yasa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2-1(118)-1764/2023 saylı qərarı ilə iddia təmin edilmiş, iddiaçının 01 sentyabr 1977-ci il tarixdən 30 iyun 1981-ci il tarixədək Azərbaycan SSR Sumqayıt Politexnik Texnikumunda təhsil aldığı dövrü və X2 19 avqust 2022-ci il tarixli 34 saylı arayışında, SDL "xxxx" Şirkətinin 21 aprel 2022-ci il tarixli SDLDEN-HR-005/22 nömrəli arayışında, "xxxx" MMCnin xx.xx.2016-cı il tarixli AB/A/xx-xx/12073 nömrəli arayışında, SDL "xxxx" Şirkətinin 21 aprel 2022-ci il tarixli SN- HR-018/22 nömrəli arayışında, "xxxx" Şirkətinin iddiaçıya dair 21 aprel 2022-ci il tarixli DOSA-HR-012/22 nömrəli arayışında, "xxxx" MMC tərəfindən verilmiş 21 oktyabr 2022-ci il tarixli izahlı arayışda göstərilən dövrləri nəzərə almaqla 60 yaşdan, yəni 01 mart 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur (hakim İ.Burcayev) Qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki birinci icraat Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 oktyabr 2023-cü il tarixli, 2-1(105)-723/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2- 1(118)-1764/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır (hakimlər: Z.Məmmədov - sədrlik edən və məruzəçi, H.Babayeva və G.Cabbarova). Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) kassasiya instansiya məhkəməsindəki icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 889/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 2-1(105)- 723/2023 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə geri qaytarılmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün qanunla müəyyən edilmiş yaş və ümumi iş stajı mövcuddur. Eyni zamanda bu hal cavabdeh tərəfindən də mübahisə edilmir. Başqa sözlə, cavabdeh iddiaçının güzəştli şərtlərlə pensiyaya çıxması üçün yaşının və ümumi stajının qanunda nəzərdə tutulmuş meyara uyğun gəldiyi ilə razılaşır. Mübahisə edilən məqam iddiaçının işlədiyi vəzifələrin "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarında göstərilən vəzifələrə uyğun olmaması ilə bağlıdır. İş materiallarında olan “AMEC FOSTER WHEELER” tərəfindən verilmiş izahlı arayışda iddiaçının xx.xx.2008-ci il tarixində Metal Konstruksiya üzrə nəzarətçi peşəsinə keçirildiyi və xx.xx.2012-ci il tarixdən işdən azad edildiyi, həmçinin xx.xx.2012-ci il tarixində AMEC MMC şirkətində dəniz paltformalarında Metal Konstruksiya üzrə nəzarətçi peşəsinə işə qəbul edildiyi və xx.xx.2016-cı il tarixində əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar işdən azad edildiyi qeyd edilmişdir. Həmin arayışda iddiaçının işlədiyi nəzarətçi peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007- ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 10-cu maddəsinin 10.1-ci bəndində qeyd edildiyi göstərimişdir (məhkəmələr məhz bu arayışa istinad edərək iddiaçının güzəştli iş stajının olması qənaətinə gəlmişlər). Məhkəmə kollegiyası bildirir ki, qeyd edilən siyahının 10.1-ci bəndinin adı Qazmadır. Həmin bənddə bir qrup peşələrin adları sadalanmışdır ki, onların arasında nəzarətçi peşəsinin adı mövcud deyildir. Belə olan halda adı Siyahıda olmayan və ya adı siyahıda olmasa da, Siyahıda olan peşələrin iddiaçının işlədiyi vəzifələrlə uyğunluğu müəyyən edildikdən sonra həmin peşələr güzəştli iş stajı kimi qəbul edilə bilər (xx.xx.2008xx.xx.2012; xx.xx.2012-xx.xx.2016). Əlavə olaraq iş materiallarında olan izahlı arayışla bağlı məhkəmə tərkibi qeyd edir ki, sözügedən arayışın məzmunu iddiaçının xüsusi (güzəştli) iş stajının təsdiqi üçün yetərli hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən həmin sənəd (güzəştli arayış) məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, arayışda ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Onu da nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları heç də həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımır. İPM-in 58.6-cı maddəsinə uyğun olaraq sübutların araşdırılması zamanı məhkəmə, inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni təzələyə və ya tamamlaya bilər. Odur ki, pensiya işlərinə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyibişləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandıraraq Sumqayıt İnzibati Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2-1(118)- 1764/2023 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, dəqiqləşdirilmiş ərizənin təmin edilməsini xahiş etdi. TƏTBİQ OLUNAN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. .... Maddə 32.1-1 Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri

1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: 3.1-ci bənd. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2-ci bənd. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; (-).

“İnzibati icraat haqqında” Qanun: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, Ali Məhkəmənin göstərişlərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, iddianın dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilməklə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtinası təşkil edir. İddiaçının hüquqi marağı güzəştli şərtlərlə yaşa əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə qərarını əsaslandıraraq qeyd etmişdir ki, iddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçasında ümumi iş stajına malik olması, habelə müəssisə tərəfindən verilən arayışda güzəştli iş stajına malik olması təsdiqlənmişdir. Həmin sənədlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Məhkəmə hesab edir ki, həqiqətə uyğun olmadığını ehtiva etmədiyi halda müvafiq arayışın məqbul hesab edilməməsi vətəndaşın sosial təminat hüququnun pozulmasına səbəb olar. Məhkəmə kollegiyası yaranmış mübahisə ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarına əlavə olunmuş BT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1980-xx.xx.1980-ci illərdə, xx.xx.1981xx.xx.1981-ci illərdə, xx.xx.1984-xx.xx.1985-ci illərdə, xx.xx.1985-xx.xx.1987-ci illərdə, xx.xx.1987-xx.xx.1993-cü illərdə, xx.xx.1999-xx.xx.2001-ci illərdə, xx.xx.2002-xx.xx.2005-ci illərdə, xx.xx.2005-xx.xx.2012-ci illərdə, xx.xx.2012-xx.xx.2016-cı illərdə, xx.xx.2017xx.xx.2020-ci illərdə, xx.xx.2020-xx.xx.2022-ci illərdə əmək fəaliyyətilə məşğul olmuşdur. Cavabdeh inzibati orqan imtina məktubu, iddia tələbinə etiraz və apellyasiya şikayətini eyni məzmunda əsaslandıraraq qeyd etmişdir ki, iddiaçının xx.xx.2005xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində dəniz platformalarında işlədiyi quraşdırıcı, baş usta, nəzarətçi vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na uyğun deyil. Qeyd edilən vəzifələr sözügedən siyahının Neftin Qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsində (10) qazma bəndində (10.1) nəzərdə tutulmamışdır. Həmçinin iddiaçının işlədiyi boru quraşdırıcı nəzarətçi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda qeyd olunan polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifəsinə uyğun deyil. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Qanunvericilik normalarına görə, hazırkı mübahisəyə münasibətdə şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, 25 ildən çox ümumi iş stajına, o cümlədən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə ən azı 12 il 6 ay xüsusi iş stajına malik olmalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1962-ci il təvəllüdlü olmaqla, 60 yaşı xx.xx.2022-ci il tarixdə tamam olmuş, bununla da qanunla tələb olunan pensiya yaş həddi ilə bağlı şərt ödənilmişdir. Həmçinin cavabdeh inzibati orqan tərəfindən iddiaçının ümumi iş stajı mübahisələndirilməmiş, yalnız güzəştli iş stajının yetərli olmaması halına istinad edilmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin xx.xx.2016-cı il tarixli AB/Aİ/xxxx/12073 nömrəli arayışından görünür ki, iddiaçının xx.xx.2005-xx.xx.2016-cı il tarixlərdə (11 il, 06 ay, 22 gün) dəniz platformalarında metal-konstruksiya üzrə quraşdırıcı, baş usta və nəzarətçi peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 10-cu maddəsinin birinci bəndinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verir. Həmçinin, SDL Nobel MMC-nin xx.xx.2022-ci il tarixli arayışına əsasən iddiaçı xx.xx.2017-xx.xx.2020-ci illərdə (02 il, 10 ay, 16 gün) boru quraşdırıcı vəzifəsində çalışmışdır ki, həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 29-cu bəndində nəzərdə tutulmuş vəzifə kodunda müəyyən edilmiş sahə və vəzifənin xüsusiyyətləri ilə eynidir. İş materiallarına əlavə olunmuş Denholm Limited şirkətinin xx.xx.2022-ci il tarixli şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair arayışına əsasən iddiaçı xx.xx.2020-ci il tarixdən (02 il 01 ay 20 gün) boru quraşdırıcı vəzifəsində çalışır. Həmin vəzifə “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir. Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarında qeyd olunmuşdur ki, “Məhkəmə kollegiyası bildirir ki, qeyd edilən siyahının 10.1-ci bəndinin adı Qazmadır. Həmin bənddə bir qrup peşələrin adları sadalanmışdır ki, onların arasında nəzarətçi peşəsinin adı mövcud deyildir. Belə olan halda adı Siyahıda olmayan və ya adı siyahıda olmasa da, Siyahıda olan peşələrin iddiaçının işlədiyi vəzifələrlə uyğunluğu müəyyən edildikdən sonra həmin peşələr güzəştli iş stajı kimi qəbul edilə bilər (xx.xx.2008-xx.xx.2012; xx.xx.2012xx.xx.2016).” Təkrar apellyasiya baxışını həyata keçirən məhkəmə kollegiyası tərəfindən qeyd olunan halların araşdırılması məqsədilə oxşar müəssisələrə müvafiq sorğular ünvanlanmış, lakin zəruri məlumatlar əldə edilməmişdir. İddiaçının nümayəndəsi isə bildirmişdir ki, 2008-2016-cı illərdə işlədiyi dövrlər nəzərə alınmasa belə, hərbi xidmət illəri nəzərə alınarsa iddiaçının güzəştli iş stajının tamam olur. Ona görə də dəqiqləşmə verərək, “İddiaçı 01 sentyabr 1977-ci il tarixdən 30 iyun 1981-ci il tarixədək Azərbaycan SSR Sumqayıt Politexnik Texnikumunda təhsil aldığı dövrü, X2 19 avqust 2022-ci ii tarixli 34 saylı arayışında göstərilən Boru Yayma sexində soyuq boru kəsicisi vəzifəsində işlədiyi 07 sentyabr 1981-ci il tarixdən 09 okty abr 1981-ci il tarixinə kimi və 02 fevral 1984-cü il tarixindən 01 sentyabr 1985-ci il tarixinə kimi olan dövrləri. SDL “Denholm Limited" Şirkətinin SDLDEN-HR-005/22 saylı 21 aprel 2022-ci il tarixli arayışında göstərilən quraşdırıcısı vəzifəsində işlədiyim 12 avqust 2002-ci il tarixdən 09 mart 2005-ci il tarixinə kimi olan dövrləri .AMEC MMC-nin 11 noyabr 2016-cı il tarixli AB/A/l 1-16/12073 nömrəli arayışında göstərilən quraşdırıcı və Baş usta vəzifəsində işlədiyim 08 mart 2005-ci il tarixdən 31 yanvar 2008-ci il tarixinə kimi olan dövrləri, SDL "xxxx" Şirkətinin 21 aprel 2022-ci il tarixli SN-HR-018/22 nömrəli arayışında göstərilən boru quraşdırıcısı vəzifəsində işlədiyim 17 aprel 2017-ci il tarixdən 02 mart 2020-ci il tarixinə kimi olan dövrləri. "xxxx" Şirkətinin DOSA-HR- 012/22 nömrəli 21 aprel 2022-ci il tarixli arayışında göstərilən boru quraşdırıcısı vəzifəsində işlədiyi 02 mart 2020-ci il tarixdən 21 aprel 2022-ci il tarixə kimi olan dövrləri, hərbi xidmətdə olduğu 23 okty abr 1981-ci il tarixdən 02 dekabr 1983-cü il tarixləri arasındakı dövrləri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmək hüququ verən iş stajını nəzərə almaqla 60 yaşdan, yəni 01 mart 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ləyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçıya hüquqi yardım edilmiş, iddiaçının vəkili və nümayəndəsi məhkəmə kollegiyasına iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq iddiaçıya 29 iyun 2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının işlədiyi digər dövrlər onun güzəştli şərtlərlə pensiya təyinatına əsası verdiyi üçün onun 2008-2016-cı il tarixləri arasındakı dövr ərzində işlədiyi mübahisə olunan müddət xüsusi iş stajı kimi nəzərə alınmasa belə, digər dövrlərin güzəştli iş stajı kimi nəzərə alınması iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyini üçün əsas verir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının 9 il, 8 ay güzəştli iş stajına malik olması qəbul olunmuşdur. İnzibati orqan xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.2002xx.xx.2005-ci il, xx.xx.2005-xx.xx.2006-cı il, xx.xx.2006-xx.xx.2008-ci il, xx.xx.2017xx.xx.2020-ci il tarixləri arasındakı dövrləri iddiaçının güzəştli iş stajına daxil etmişdir. İddiaçıya məxsus BT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.2017-xx.xx.2020-ci il tarixləri arasındakı dövrlərdə "xxxx" MMC-də "xxxx" vəzifəsində işləmişdir. İş materiallarına əlavə edilmiş SDL Nobel MMC-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, iddiaçı xx.xx.2017-xx.xx.2020-ci illərdə "xxxx" MMC-də “boru quraşdırıcısı (nəzarətçi)” vəzifəsində çalışmışdır. İşlədiyi vəzifə üzrə sosial (və ya iş) stajı 2 il, 10 ay, 16 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: mürəkkəb polad və dəmir-beton boruların və konstruksiyaların quraşdırılmasından ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 29-cu bəndində “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir. İş materiallarına əlavə olunmuş "xxxx" Şirkətinin iddiaçıya dair 21 aprel 2022-ci il tarixli DOSA-HR-012/22 nömrəli arayışına əsasən o, 02 mart 2020-ci il tarixdən "xxxx" Şirkətinin filialında güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən boru quraşdırıcısı vəzifəsində çalışır və işlədiyi vəzifə üzrə sosial iş stajı 2 il 01 ay 20 gün təşkil edir. Həmin arayışa əsasən işlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri, mürəkkəb polad və dəmir-beton boruların və konstruksiyaların quraşdırılmasından ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 29-cu bəndində “Polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifələrin xüsusiyyətləri ilə eynidir. Göründüyü kimi iddiaçının işlədiyi yuxarıda qeyd edilən dövrlər əmək kitabçasında qeyd edilmişdir və işlədiyi müəssisələrin müvafiq arayışları məhkəməyə təqdim edilmişdir. Eyni zamanda iddiaçının xx.xx.2017-xx.xx.2020-ci il tarixlər arasındakı "xxxx" MMC-də "xxxx" vəzifəsində işlədiyi dövrlər iddiaçının güzəştli iş stajına daxil edilərək, xüsusi iş stajı 9 il 8 ay olaraq qəbul edilir. Lakin cavabdeh inzibati orqan eyni zamanda qeyd edir ki, iddiaçının işlədiyi boru quraşdırıcı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yasa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında qeyd olunan polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifəsinə uyğun deyil. Yuxarıda da qeyd olunduğu kimi cavabdeh inzibati orqan tərəfindən xx.xx.2017xx.xx.2020-ci il tarixləri arasındakı "xxxx" MMC-də "xxxx" vəzifəsində işlədiyi dövrlər iddiaçının güzəştli iş stajına daxil edilsə də, hazırda inzibati orqan iddiaçının "xxxx" Şirkətində 02 mart 2020-ci il tarixdən arayışın verildiyi 21 aprel 2022-ci il tarixədək eyni vəzifədə çalışmasına baxmayaraq, qeyd olunan dövrləri onun güzəştli iş stajına daxil etməmişdir. Bununla da inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun müvafiq normaları kobud şəkildə pozulmuşdur. Belə ki, sözügedən qanunun 12.2-ci maddəsinin tələbinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 13-cü maddənin tələbinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının vaxtilə "xxxx" vəzifəsində çalışdığı dövrlər onun güzəştli iş stajına daxil edildiyindən, hazırda həmin vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında qeyd olunan polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifəsinə uyğun olmaması halına istinad edilməklə digər dövrlərin nəzərə alınmaması əsassız olmaqla iddiaçının sosial təminat hüququnun məhdudlaşdırılmasına səbəb olmuşdur. Bu səbəbdən də kollegiya qeyd edir ki, iddiaçının "xxxx" Şirkətində 02 mart 2020-ci il tarixdən 21 aprel 2022-ci il tarixinə kimi "xxxx" vəzifəsində işlədiyi dövrlər də onun güzəştli iş stajına daxil edilməlidir. Əlavə olaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 23 oktyabr 1981-ci ildən 02 dekabr 1983-cü ilədək hərbi xidmətdə olduğu dövr də onun güzəştli iş stajına daxil edilməlidir. Belə ki, SSRİ Nazirlər Sovetinin 03 avqust 1972-ci il tarixli 590 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət pensiyalarının təyin edilməsi və verilməsi qaydaları haqqında” Əsasnamənin 109-cu bəndinin müddəalarına əsasən, yeraltı işlərdə, əmək şəraiti zərərli olan işlərdə və çox isti sexlərdə, eləcə də əmək şəraiti ağır olan başqa işlərdə işləyən fəhlə və qulluqçulara güzəştli şərtlərlə qocalığa (yaşa) görə pensiya təyin edilərkən pensiya təyin edilməsi üçün müraciət edənin arzusu ilə keçmiş SSRİ Silahlı Qüvvələrində xidmət dövrü hərbi xidmət dövründən əvvəlki işə, yaxud da həmin dövrdən sonra gələn işə bərabər tutulur. İş materiallarına əlavə olunmuş, iddiaçıya məxsus H3 seriyalı ******* nömrəli hərbi biletdən görünür ki, iddiaçı 23 oktyabr 1981-ci ildən 02 dekabr 1983-cü ilədək (2 il 01 ay 09 gün) hərbi xidmət keçmişdir. İddiaçının hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.1984cü ildən xx.xx.1985-ci ilədək işlədiyi peşələr güzəştli şərtlərə aid olan istehsalatda olduğundan SSRİ Nazirlər Sovetinin 03 avqust 1972-ci il tarixli 590 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və verilməsi qaydaları haqqında” Əsasnamənin 109-cu maddəsinin tətbiqi üçün əsaslar mövcud olur. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının 9 il 8 ay güzəştli staja malik olması işin mübahisələndirilməyən halıdır. Bununla yanaşı, iddiaçının 23 oktyabr 1981-ci ildən 02 dekabr 1983-cü ilədək hərbi xidmətdə olduğu 2 il 01 ay, 09 gün və "xxxx" Şirkətində 02 mart 2020-ci il tarixdən 21 aprel 2022-ci il tarixinə kimi "xxxx" vəzifəsində işlədiyi dövrlər (2 il, 01 ay, 19 gün) iddiaçının güzəştli stajına əlavə edildikdə onun tələb olunan güzəştli iş stajının 12 il 6 aydan çox olması iş materialları ilə öz təsdiqini tapır. Bununla da, iddiaçının qanunla tələb olunan azı 12 il 6 ay güzəştli iş stajına malik olması halı da öz təsdiqini tapmışdır. Nəticə etibarilə iddiaçıya münasibətdə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün tələb olunan digər şərt də ödənilir. Kollegiya əlavə olaraq qeyd edir ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Göründüyü kimi məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli araşdırılması və iş üzrə obyektiv qanunauyğun qərar qəbul edilməsi məqsədilə müvafiq sorğular edilmişdir. Həmçinin nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddiaçının 60 yaşının tamam olduğu vaxtda qüvvədə olan əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi və güzəştli iş stajına aid şərtlə yanaşı, əmək pensiyasının minimum məbləğindən az olmayan məbləğdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğinin olması şərti də mövcud olmuşdur. Lakin həmin şərt “Əmək pensiyaları haqqında” Qanunda edilmiş 13 may 2022-ci il tarixli dəyişiklik əsasında 29 iyun 2022-ci il tarixdə qüvvədən düşmüşdür. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən hissədə işin hallarına düzgün hüquqi qiymət verilməmiş, iddiaçının pensiya hüququnun yaranması əsasları düzgün müəyyən edilməmişdir. Məhkəmə kollegiyasının iclasında İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbinə əsasən iddiaçıya hüquqi yardım edilmiş, iddiaçının vəkili və nümayəndəsi məhkəmə kollegiyasına iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq iddiaçıya 60 yaşından, yəni 29 iyun 2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İlk növbədə məhkəmə kollegiyası iddianın dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbulu ilə əlaqədar qeyd edir ki, AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin – dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, iddiaçının inzibati orqana müraciətini və hazırkı iş üzrə hüquqi marağını nəzərə alaraq, ərizənin məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Kollegiya qeyd edir ki, pensiya kapitalına aid şərti özündə ehtiva edən qanunvericilik norması 29 iyun 2022-ci il tarixdən qüvvədən düşdüyündən, həmin tarixdən qüvvədə olan pensiya haqqında qanunvericilik normasının tələbinə əsasən iddiaçıya münasibətdə pensiya təyin edilməsi üçün tələb olunan şərtlər (yaş həddi, ümumi və güzəştli iş stajı) ödənildiyindən birinci instansiya məhkəməsinin qərarı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla dəyişdirilməlidir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya 29 iyun 2022-ci il tarixdən yaşa görə əmək pensiya təyin edilməsi “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələblərinə də uyğundur. Belə ki, sözügedən maddənin tələbinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. İddiaçının pensiya hüququnun yarandığı tarix, ödənişlə bağlı tələb olunan qanunun “qüvvəyə minmə tarixi” və “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il” şərtlərini ödədiyi üçün təyin ediləcək pensiya təyinat tarixindən hesablanaraq ona ödənilməlidir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinin tələbinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə də, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçıya 29 iyun 2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2-1(118)-1764/2023 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı 29 iyun 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə vəzifə olaraq qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar