Məhkəmə qərarları › İş №2-1(105)-320/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-320/2025

03.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-320/2025 03.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehn nümayəndəsi X1 iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-4027/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: Sumqayıt İnzibati Məhkəməsinin (hakim Könül Həbibova) xx.xx.2024-cü il tarixli 2-1(118)- 4027/2024 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehnə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası təmin edilmiş, İddiaçı xx.xx.2023-cü il tarixli göndərişə əsasən əlillik dərəcəsinin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisinə uyğun olaraq) təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehnə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməklə, ona 2-ci dərəcəli əlilliyin təyin edilməsi və bu barədə məlumatın “Əlillik” altsisteminə daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1969-cu ildə doğulmuşdur, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməklə xx.xx.1993-cü il tarixdə xəsarət almış və Azərbaycan Respublikasının HHEK-ın xx.xx.2017-ci il tarixli Qərarına əsasən aldığı travmalar hərbi travma kimi qiymətləndirilmişdir. İddiaçıya keçirilmiş qapalı kəllə beyin travması, postravmatik ensefatopatiya, tez-tez baş verən epileptik tutmalarla, kəllə daxili hipertenziya, kəskin asteno-nevrotik sindrom, hərəkət və yerişin pozulması, hərbi əməliyyat nəticəsində başın təpə nahiyyəsinin odlu qəlpələrdən yaralanması, boyun və bel fəqərələrinin yığılması və sair kimi travmalarla bağlı 2018-ci ildən 5 il müddətinə 2-ci dərəcəli əlillik təyin edilmişdir. Əlillik müddəti 2023-cü ildə başa çatmış və yenidən tibb müəssisəsi tərəfindən (Sumqayıt Ruhi Əsəb Xəstəlikləri Dispanserindən) göndəriş cavabdeh orqana daxil olmuş, əlilliyin qiymətləndirilməsi aparılmış və xx.xx.2024-cü il tarixdə iddiaçı əlillik dərəcəsinin təyin edilməsindən imtina verilmişdir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar ləğv edilməli və ona əlilliyin təyin olunması və bu barədə məlumatın altsistemə daxil edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. İddia tələbinin maddi hüquqi əsası kimi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015- ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2-ci bəndinə, prosessual hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 2, 14, 35-ci maddələrinə istinad olunmuşdur. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı Aşır oğlunun əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədi ilə tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən 23 iyun 2017-ci il tarixli 1092 nömrəli qərar verilmişdir. Həmin qərarda “Sağ budun yuxarı 1/3-nin yumşaq toxumalarının, təpə nahiyəsinin və sol içəri topuq nahiyəsinin yumşaq toxumalarının çoxsaylı odlu qəlpə yaralanmaları” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başın sağ tərəfində keyimə hissindən, əsəbilik, yuxusuzluqdan şikayətlənmişdir. Anamnestik məlumatlarında - 1992-ci ildən özünü xəstə hesab etdiyi, qəlpə yaralanması aldığı, özünə xəsarətlər yetirdiyi, yanaşı olaraq şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyini bildirmiş, qəbul etdiyi medikamentoz preparatların adlarının xatırlamadığını söyləyərək qutularını təqdim etmişdir. Müayinə zamanı sağ budun yuxarı 1/3-də, sol baldırın aşağı 1/3-də, təpə nahiyəsində çapıqlar izlənilmiş, yuxarı və aşağı ətraflarda hərəkətləri sərbəst və ağrısız olmuşdur. Hər iki saidin iç səthində yeni, səthi kəsik izləri müşahidə edilmişdir. Təqdim olunmuş tibbi müalicə sənədlərində qıcolma tutmaları haqqında məlumat qeyd olunsa da, vətəndaş tutmalar haqqında heç bir şikayət bildirməmişdir. Psixi statusunda vətəndaş simulyativ davranış göstərmiş, müayinə zamanı hər iki yuxarı ətrafında simmetrik, çoxsaylı təzə səthi çapıqlar izlənilmiş, emosional labil şəxs kimi dəyərləndirilmişdir. X4 və Ortopediya İnstitutunun 27 iyul 2023-cü il tarixli ********** nömrəli arayışında diaqnoz “Odlu silahla yaralanmadan sonra sağ bud-çanaq oynağının ön, sol aşıq-baldır oynağının iç səthlərində dartıcı çapıq toxumaları, sağ budçanaq oynağının aşağı tərəfində yumşaq toxumalarda metal qəlpələr, travmadan sonra koksartrozu, yaxınlaşdırıcı kontrakturası (uzaqlaşma 25 dərəcə), sol aşıq-baldır oynağının açıcı-bükücü kəskin kontrakturası (açma 100 dərəcə, bükmə 90 dərəcə), əzələ atrofiyası, daimi ağrı sindromu və dayaq-hərəkət funksiyasının pozulması” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Abşeron rayon Mərkəzi Xəstəxanasının 2N iyul 2023-cü il tarixli Baş-beyin KT müayinəsinin nəticəsi “Sağda oksipital payda 8 mm ölçüsündə hipodens ocaq izlənilir (xroniki dövr işemik insult olaraq dəyərləndirilir” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Sumqayıt Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il - xx.xx.2023-cü il tarixli 11282806 nömrəli çıxarışında diaqnoz “Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları” kimi qeyd edilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. Sumqayıt Psixiatriya Xəstəxanasının 22 noyabr 2023-cü il tarixli, 236/1770 nömrəli Tibbi rəyində diaqnoz “Baş beynin xəstəliyi, zədələnməsi (QKBT) nəticəsində əmələ gələn üzvi şəxsiyyət və davranış pozuntusu, tez-tez olan qıcolma tutmaları və özünü kəsmələrlə” kimi qeyd edilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli 2458 nömrəli tibbi rəyində diaqnoz “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə” kimi qeyd edilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il - xx.xx.2023-cü il tarixli 14654/23 nömrəli çıxarışında diaqnoz “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə” kimi qeyd edilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının 15 avqust 2023- cü il tarixli, 2763 nömrəli Tibbi rəyində diaqnoz “Keçirilmiş sağ budun 1/3-nin yumşaq toxumalarının və təpə nahiyəsinin çoxsaylı qəlpə yaralanmasından sonrakı vəziyyət. Sağ aşağı ətrafın hərəki, hissi pozulması. Postravmatik ensefalopatiya, anamnezində qapalı kəllə-beyin travması. Vegetativ damar paroksizmləri ilə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Nəticədə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarına istinad olunmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh apellyasiya şikayətinin onunla əsaslandırmışdır ki, əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstəliyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. Sumqayıt Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli 236/1770 nömrəli Tibbi rəyində diaqnoz “Bas beynin xəstəliyi, zədələnməsi (QKBT) nəticəsində əmələ gələn üzvi şəxsiyyət və davranış pozuntusu, tez-tez olan qıcolma tutmaları və özünü kəsmələrlə” kimi qeyd edilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli 2458 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (i Qarabaq müharibəsi zamanı alınmış kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə” kimi qeyd edilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü il tarixli 14654/23 nömrəli Çıxarışında diaqnoz “Üzvi (i Qarabaq müharibəsi zamanı alınmış kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə” kimi qeyd edilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. X4 və Ortopediya İnstitutunun xx.xx.2021-ci il tarixli **********/10610 nömrəli Arayışında qeyd edilmiş diaqnoz obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Odur ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə etdi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarında olan sənədləri araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-2585/2024 saylı qərarında qeyd edilmişdir ki, “həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.” Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-2082/2024 nömrəli qərarından görünür ki, iddiaçının xx.xx.2024-cü il tarixdə aparılmış əyani müayinə nəticəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməklə xx.xx.1993-cü ildə xəsarət almış və Azərbaycan Respublikasının HHEK-ın xx.xx.2017-ci il tarixli Qərarına əsasən aldığı travmalar hərbi travma kimi qiymətləndirilmişdir; - xx.xx.2018-ci ildən 5 il müddətinə 2-ci dərəcəli əlillik təyin edilmişdir; - əlillik müddəti xx.xx.2023-cü ildə başa çatmış və yenidən tibb müəssisəsi tərəfindən göndəriş cavabdeh orqana daxil olmuş, əlilliyin qiymətləndirilməsi aparılmış və xx.xx.2024-cü il tarixdə iddiaçı əlillik dərəcəsinin təyin edilməsindən imtina verilmişdir. Cavabdeh tərəfin mövqeyinə görə isə iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin növbəti göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. İddiaçının istinad etdiyi X4 və Ortopediya İnstitutunun, Abşeron rayon Mərkəzi Xəstəxanasının, Sumqayıt Psixiatriya Xəstəxanasının, Respublika Psixiatriya Xəstəxanasının, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının müayinə nəticəsində verilmiş arayışlarında qeyd edilən diaqnozlar öz təsdiqini tapmadığı üçün, əlilliyin təyin edilməsindən imtina edilmişdir. İddiaçı Sumqayıt ŞHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun 14 aprel 2006-cı il tarixli HP-01/36 nömrəli, Füzuli Hərbi Prokurorluğunun 19 mart 2016-cı il tarixli 17/1139 nömrəli, Qarabağ Hərbi Prokurorluğunun 30 mart 2016-cı il tarixli 16/1197 nömrəli, Tərtər Hərbi Prokurorluğunun 10 mart 2016-cı il tarixli 19HP-1219 nömrəli, Gəncə Hərbi Prokurorluğunun 10 mart 2017-ci il tarixli 15/842 nömrəli məktublarına əsasən barəsində heç bir təqsirləndirici materialın və cinayət işinin olmadığı qeyd edilmiş və hərbi qeydiyyata götürülmüş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1993-cü il tarixdə aldığı və xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu yaralanma-diaqnoz: “Sağ budun yuxarı 1/3-nin yumşaq toxumalarının, təpə nahiyyəsinin və sol içəri topuq nahiyyəsinin yumşaq toxumalarının çoxsaylı odlu qəlpə yaralanmaları” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər idarəsinin 22 may 2017-ci il tarixli 2128 nömrəli göndərişi, 22 may 2017-cı il tarixli 301 nömrəli arayışı, N saylı hərbi hissədən verilmiş N iyul 1993-cü il tarixli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarışlar, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), səbəbi - “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Tibbi-Sosial Ekspert Komissiyasında müayinə nəticəsində xx.xx.2018-ci il tarixdə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi ilə 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Sumqayıt Şəhər Psixiatriya Xəstəxanasının Həkim Psixiatr Komissiyası tərəfindən “Baş beyinin xəstəliyi zədələnmiş nəticəsində əmələ gələn üzvi şəxsiyyət və davranış pozuntusu, tez-tez olan qıcolma tutmaları və özünü kəsmələrlə” diaqnozu qoyulmuşdur F07.8.” diaqnozu qoyulmuşdur. Hərbi Həkim Komissiyasının rəyi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı Aşır oglu Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış kəilə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə F 07.0” diaqnozu qoyulmuşdur. Tibbi-Sosial Ekspert Komissiyasında müayinə nəticəsində xx.xx.2023-cü il tarixdə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlilliyin təyin olunmasından imtina edilmişdir. İddiaçının sağlamlıq vəziyyətinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 xx.xx.2024-cü il tarixli 2566 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki: Motivləşdirici hissə. İddiaçıda hal-hazırda “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalarla” (F07.0) aşkar edilir. Bunu anamnestik məlumatlar (döyüşlərdə kəlləbeyin travması alması, bundan sonra əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında “Başın digər dəqiqləşdirilmiş travmalarının nəticələn, Keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri. Posttravmatik ensefalopotiya. Tez-tez təkrarlanan epileptik gıcolma tutmalan (ayda 7.8 dəfə). Kəllə-daxili hipertenziya, vaqo-vegetativ krizlər, koordinatör statik pozğunluqlar, diensefaot sindrom. Kəskin osteno-nevrotik sindrom. (7 iyul 1993-cü il). Dəqiqləşdirilməmiş ensefolopatiya, Postravmatik ensefalopotiya tez-tez ayda 6-8 dəfə qeyd edilən epileptik tutmalarla. Fon retinopatiyalan va retinaİ damar dəyişiklikləri, OU-hipertonik angiopatiyq. Vertebrobazilyar orterial sistem sindromu, Vertebrobazıilyar çatmamazlıq. Hərəkətin və yerişin pozulmolon, Yerişin pozulması Qomətin pozğunluğu. Hərbi əməliyyatlar nəticəsində digar növ portlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Sağ budun yuxarı 1/3-nin sol baldır nahiyyəsinin başın təpə nahiyyəsinin yumşaq toxumasının odlu qəlpə yaralanmasından sonrakı köhnə çapıqları Sağ bud-çanaq bazu təpə nahiyyəsinin yumşaq toxumalarının yad cism metal qəlpələr. Essensial (birincili) hipertensiya Artehal hipertenziya. İİ mərhələ, İİİ risk foktoru təkrarlanan hipertonik işlərlə işiosla gedən lumbaqa Lyumboişalqiyo. Kökçük ağrı sindromu ilə Onurğanın osteoxondrozu. Boyu və bel fəqərələrinin yayılmış osteoxondrozu” diaqnozu ilə ikinci dərəcəli əlil hesab olunması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Sumqayıt Şəhər Psixiatriya Xəstəxanası”da “Baş beyinin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları’’ diaqnozu ilə həmin xəstəxanada stasionar müalicədə olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Sumqayıt Şəhər Psixiatriya Xəstəxanası”da “Baş beyinin xəstəliyi. Zədələnməsi (QKBT) nəticəsində əmələ gələn üzvi şəxsiyyət və davranış pozuntusu. Tez-tez olan qıcolma tutmaları və özünü kəsmələrlə” diaqnozu təyin edilməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası”da “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu. Koqnitiv funksiyaların enməsi ilə” diaqnozu ilə həmin xəstəxanada stasionar müalicədə olması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (təfəkkürünün bir qədər ləng olması, torpidlik əlamətləhnin olması, əhval-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir. Yekun hissəsi: Mülki işi materiallarını və ambulator məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə” xəstəliyi aşkar olunur. F07.8 Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, Baş beynin xəstəliyi zədələnməsi (KQKBT) nəticəsində əmələ gələn üzvi şəxsiyyət və davranış pozuntusu, tez-tez qıcolma tutmaları və özünü kəsmələrlə” xəstəliyi aşkar olunur. Hal-hazırda üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu aşkar olunur. İddiaçının əmək qabiliyyətinin olub-olmamasının mümkünlüyü Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda qeyd olunan əlilliyin təyin edilməsi meyarlarına istinadən dəyərləndirilir. Müayinə zamanı vətəndaşın ardıcıl, məntiqi təfəkkürü, mühakimə və analiz qabiliyyətinin reallığı və şəxsi maraqlarını tam əhatə etməsinə əsasən, əlilliyin qiymətləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edən meyarlarla yanaşı, həyat fəaliyyəti kateqoriyaları da dəyərləndirilir. Əlilliyə əsas verən həyat fəaliyyəti kateqoriyalarından 1. Özünəqulluq bacarığı - insanın başlıca fizioloji tələbatlarını sərbəst şəkildə həyata keçirməsi, ev təsərrüfatında gündəlik ev işləri ilə məşğul olması, habelə şəxsi gigiyena bacarıqları, 2. Sərbəst hərəkətetmə bacarığı - sərbəst hərəkət etmək, hərəkət zamanı, hərəkətsizlik və ya bədən vəziyyətinin dəyişdirilməsi zamanı bədənin tarazlığını qoruya bilmək, ictimai nəqliyyatdan istifadə edə bilmək bacarığı, 3. İstiqamətseçmə bacarığı - ətraf şəraitin adekvat qavranılması, olduğu və ya səmtləndiyi yerin (məkanın) zamana görə müəyyən edilməsi və təhlükəsizliyinin qiymətləndirilməsi bacarığı, 4. Ünsiyyət bacarığı - məlumatın qavranılması, təhlili, yadda saxlanması, istifadəsi və ötürülməsi yolu ilə insanlarla ünsiyyət qurmaq bacarığı, 5. Davranışına nəzarətetmə bacarığı - özünü dərk etmək, sosial, hüquqi və mənəvietik normaları ehtiva edən adekvat davranış bacarığı, 6. Öyrənmə bacarığı - bilik və bacarıqların qavranılması, təcrübənin (o cümlədən peşə, sosial, mədəni və məişət xarakterli təcrübənin) artırılması, əldə edilən bilikləri gündəlik həyatda tətbiq etmək bacarığı, 7. Əmək fəaliyyəti bacarığı - işin yerinə yetirilməsinə, keyfiyyətinə, həcminə və məzmununa dair tələblərə uyğun olaraq əmək fəaliyyəti bacarığı kimi istiqamətlərdə kənar şəxs nəzarəti və ya qulluğuna ehtiyac yaradan ağırlaşmalar izlənilmir. İstinada əsasən, əmək qabiliyyətinin nəzərə çarpacaq dərəcədə azalmasına, ətrafdakılarla teztez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır müalicəyə rezistent simptomlar (yəni situasiyanı mühakimə qabiliyyəti, özünə tənqidin, bütövlüklə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı - mövcud vəziyyət tibbi sənədlərlə təsdiqini tapmır), məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti kimi hallar izlənilmir. Yekun olaraq, müayinə zamanı vətəndaşın ardıcıl, məntiqi təfəkkürü, mühakimə və analiz qabiliyyətinin reallığı və şəxsi maraqlarını tam əhatə etməsinə əsaslanaraq, psixi durumu səbəbilə kənar şəxs nəzarəti və ya qulluğuna əsas verən ağırlaşmalar öz təsdiqini tapmır. Göründüyü kimi, məhkəmənin qərardadı ilə təyin olunmuş ekspertiza nəticəsində verilən ekspert rəyində də bir daha öz təsdiqini tapmışdır ki, müəyyən olunmuş diaqnoza əsasən iddiaçıda tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən xəstəliklər mövcuddur. Cavabdeh əvvəlki mövqeyindən fərqli olaraq təkrar əlilliyin təyini zamanı diaqnozun əlilliyə əsas verməməsi halına istinad etsə də, o, əvvəlki davranışından fərqli qaydada hərəkət etməsinin hüquqi və faktiki əsaslarını göstərə bilməmiş, iddiaçıya münasibətdə eyni halla bağlı fərqli yanaşma sərgiləmiş, imtinasını əsaslandırmamış, bununla da əsassız olaraq iddiaçının konstitusion hüququ olan sosial təminat hüququnu pozmuşdur. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Bu baxımdan inzibati orqanlar mövcud inzibati praktikaya bağlıdırlar və həmin praktikaya uyğun davranmağa borcludurlar. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.1-ci bəndinə əsasən şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.3-cü bəndinə əsasən əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi göndərişin verilməsi üçün əsasdır. Göründüyü kimi, qanunvericilik əlillik müddəti bitdikdən sonra əlilliyin təyini zamanı müəyyən olunmuş pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi halında, təkrar əlilliyin qiymətləndirilməsi zamanı əlil şəxsin ambulator və ya stasionar müalicədə olması ilə bağlı şərt müəyyən etmir. Eyni zamanda, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(102)-144/2023 nömrəli qərarında hüquqi mövqeyi belə əsaslandırılmışdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İddiaçıya əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə baxılan zaman əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğuna baxmayaraq, bunu etməmişdir, öz təşəbbüsü ilə əlavə sübutlar toplamamışdır. Bu səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, qanuni, əsaslı və ədalətli qərar qəbul etmişdir, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilləri isə formal və əsassızdır. Hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982ci il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin apellyasiya şikayəti rədd edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-4027/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar