Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-321/2021 05.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Səyyad Ağaəli oğlu Qafari və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçı, Üçüncü şəxs X7 iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 23 sentyabr 2020-ci il tarixli 215 nömrəli sərəncamının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 489/2021 saylı 15 mart 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 23 sentyabr 2020-ci il tarixli 215 nömrəli sərəncamının ləğv edilməsi” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu X12 ilə X3 birgə nikahlarından 03.07.2014-cü il təvəllüdlü X17 və 04.03.2017-ci il təvəllüdlü X13 adlı övladları vardır. İddiaçının oğlu X12 hazırda cəzaçəkmə müəssisəsində cəza çəkir və keçmiş gəlini X10 2019-cu ildə vəfat etmişdir. İddiaçı hazırda nəvələri 03.07.2014-cü il təvəllüdlü X17 və 04.03.2017-ci il təvəllüdlü X8 qəyyum təyin olunmasını cavabdehdən tələb etmiş, lakin cavabdeh iddiaçının müraciətini təmin etməmişdir. Səbəb kimi Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 23 sentyabr 2020-ci il tarixli 215 nömrəli sərəncamı ilə valideyn himayəsindən məhrum övladalar-03.07.2014-cü il təvəllüdlü X17 və 04.03.2017-ci il təvəllüdlü X4 digər nənələri X7 himayəsində olmasıdır. İddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 23 sentyabr 2020-ci il tarixli 215 nömrəli sərəncamını əsassız hesab edərək hazırki tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia ərizəsinə etirazını onunla əsaslandırmışdır ki, İddiaçı nəvələri 03.07.2014-cü il təvəllüdlü X17 və 04.03.2017-ci il təvəllüdlü X13 üzərində X7 qəyyum təyin olunması barədə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 215 nömrəli, 23.09.2020-ci il tarixli sərəncamının ləğv edilməsini tələb etmişdir. İddiaçının nəvələri - 03.07.2014-cü il təvəllüdlü X17 və X1 Leyla Kamandar qızı ilə X5 birgə rəsmi münasibətlərindən doğulmuşlar. Azyaşlıların atası X13 həyat yoldaşı X6 qısqanclıq zəminində öldürdüyünə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin 27.05.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib doqquz il altı ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Müəyyən edilmişdir ki, 03.07.2014-cü il təvəllüdlü X17 və X4 qəyyumluğa götürülməsi ilə bağlı İddiaçı və X7 Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciətləri daxil olmuş, tərəflər arasında qarşılıqlı razılıq olmadığından məhkəmə qaydasında məsələyə baxıldıqdan sonra müraciətlərinə mahiyyəti üzrə baxıla bilməsinin mümkünlüyü hər iki tərəfə cavab məktubu ilə bildirilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-76/2020 saylı, 24 yanvar 2020-ci il tarixli qətnaməsinə əsasən 03.07.2014-cü il təvəllüdlü X17 və X4 nənələri X7 himayəsinə verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)1704/2020 saylı, 18.08.2020-ci il tarixli qətnaməsinə əsasən İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, iddiaçı X7 cavabdeh İddiaçı və üçüncü şəxs Sumqayıt Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Orqanına qarşı “uşaq” tələbinə dair iddiası təmin edilməmiş, İddiaçı cavabdeh X11 və cavabdeh X2 qarşı “uşaq tələbi və uşaqların onun himayəsinə verilməsi” barədə qarşılıqlı iddia tələbi təmin edilməmişdir. Aparılmış araşdırma zamanı valideyn himayəsindən məhrum olmuş, 03.07.2014-cü il təvəllüdlü X14 hazırda nənəsi X7, X4 isə hazırda nənəsi İddiaçı himayəsində yaşadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 136.2-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 33.1 -ci, 33.3-cü maddələrinə əsasən iddiaçının nəvələri 03.07.2014-cü il təvəllüdlü X17 və 04.03.2017ci il təvəllüdlü X4 üzərində nənələri, 01.12.1971-ci il təvəllüdlü X7 qəyyum təyin olunmasının onların qanuni maraqlarına və mənafelərinə uyğun olduğu hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 33.1 -ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaiiyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 33.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayanların valideynləri, onları övladlığa götürənlər olmadıqda, valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda onların üzərində qəyyumluq və himayəçilik təyin edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 136.2-ci maddəsinə əsasən qəyyumluq 14 yaşınadək, himayəçilik 14 yaşından 18 yaşınadək olan uşaqlar üzərində təyin edilir. Qeyd olunanları nəzərə alaraq, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 215 nömrəli, 23 sentyabr 2020-ci il tarixli sərəncamının əsaslı olduğunu hesab edərək, 215 nömrəli, 23 sentyabr 2020-ci il tarixli sərəncamın ləğv edilməsi tələbinin rədd olunması xahiş edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-489/2021 saylı 15 mart 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim C.Məmmədov). Həmin qərardaddan iddiaçı apelyasiya şikayəti verərək, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-489/2021 saylı 15 mart 2021-ci il tarixli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçünn həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. apelyasiya şikayətinin dəlilləri: İşə baxan məhkəmə uşaqların qəyyumluğa verilməsi barədə Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısının 23 sentyabr 2020-ci il tarixli 215 saylı Sərəncamının ümumi (publik) hüquq sahəsinə aid olan hər hansı məsələni həll etmədiyi, hakimiyyət tədbiri olmadığı, uşaqlar üzərində qəyyumluğun təyin edilməsi, ləğv edilməsi və ya qəyyumluqla bağı digər məsələlərin Azərbaycan Respublikasının Mülki və Ailə Məcəlləsi ilə tənzimləndiyini, həmin Məcəllələrin ümumi hüququn deyil, xüsusi hüququn tənzimləmə dairəsinə aid olan hüquqi məsələlərini tənzim etdiyini, bu səbəbdən sərəncamın inzibati akt olmadığı və bu tələbə inzibati məhkəmədə baxılmaması nəticəsinə gələrək, iddianı mümkün saymamışdır. Aşağıda gösrətilən səbəblərə görə iddia mümkün sayılaraq qərardad ləğv edilməli və iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki və Ailə Məcəlləsi ümumi hüququn deyil, xüsusi hüququn tənzimləmə dairəsinə aid olan hüquqi məsələləri tənzim etməsi mübahisə doğurmur. Uşaqlar üzərində qəyyumluğun təyin edilməsi, ləğv edilməsi və ya qəyyumluqla bağı digər məsələlərin hüquqi tənzimləmə məsələləri Azərbaycan Respublikasının Mülki və Ailə Məcəlləsi ilə tənzimlənməsinə baxmayaraq, qəyyum təyin etmə məsələsində qəyyumluq və himayəçilik orqanı inzibati orqan kimi çıxış edir, bu münasibətlərdəpublik hakimiyyət daşıyıcı kimi qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Halbuki xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun tövsivyə xarakterli 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 4-eü bəndinə əsasən inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Göründüyü kimi, İcra Hakimiyyəti orqanı bu məsələdə mülki dövriyyənin iştirakçısı kimi iştirak etmir, əksinə hakimiyyət səlahiyyətlərini tətbiq edən subyekti kimi çıxış edir. Ali Məhkəmənin həmin Plenum Qərarının 5.1. və 5.2.-ci bəndində göstərilir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi, qəyyum təyin etmə məsələsində qəyyum olmaq istəyən şəxslərlə İcra Hakimiyyət orqanı xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etmirlər. İcra Hakimiyyətinin mübahisə yaratdığı sərəncamı inzibati akt kimi qəbul edilməlidir. tərəflərin izahatları: Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı üçüncü şəxs X16 apelyasiya şikayətini qəbul etməyərək, apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçını və üçüncü şəxsi dinləyərək, iş materiallarını araşdıraraq, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, apelyasiya şikayətinin təmin edilməməsi, qərardadın dəyişdirilmədən qüvvədə saxlanılması nəticəsinə gəlir. Belə ki, hazırki işin hallarından görünür ki, İddiaçı məhkəmədən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 23 sentyabr 2020-ci il tarixli 215 nömrəli sərəncamının ləğv edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və hesab etmişdir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 23 sentyabr 2020-ci il tarixli 215 nömrəli sərəncamı inzibati aktın əlamətlərinə malik deyildir. Belə ki, həmin sərəncamla valideyn himayəsindən məhrum 03.07.2014-cü il təvəllüdlü X17 və 04.03.2017-ci il təvəllüdlü X4 üzərində digər nənələri X16 qəyyum təyin edilmişdir. Göründüyü kimi, sərəncam özlüyündə ümumi (publik) hüquq sahəsinə aid olan hər hansı məsləni həll etməmiş və hakimiyyət tədbiri deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt, inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri kimi göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair” 13 iyun 2013-cü il tarixli Qərarında inzibati aktın anlayışının verilməsi ilə yanaşı, habelə göstərilmişdir ki, hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı, məzmunu da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Qərarda inzibati aktın anlayışını şərh edərək bildirmişdir ki, inzibati hüquqi akt dedikdə, inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarəetmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən akt başa düşülür. İnzibati hüquqi akt bir tərəfdən qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslərin qeyri-məhdud dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir, digər tərəfdən isə fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkret məsələləri və mübahisələri həll edir. İnzibati aktın yaratdığı idarəetmə hüquq münasibətlərinin tərkibi iki əsas elementdən ibarətdir. Hüquq münasibətinin subyekti kimi aktı qəbul edən orqan, obyekti kimi isə barəsində akt qəbul edilən şəxs çıxış edir. Beləliklə, inzibati akt səlahiyyətli inzibati orqan tərəfindən birtərəfli qaydada qəbul edilən, ümumi (publik) hüquq sahəsində ictimai maraqlara xidmət edən və icrası vacib olan iradə ifadəsidir. İnzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: 1. inzibati orqan tərəfindən qəbul edilməli; 2. ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; 3. ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; 4. hakimiyyət tədbiri olmalıdır. Beləliklə, inzibati akt qanunvericiliklə müəyyən edilmiş qaydada publik idarəetmənin səlahiyyətli subyektləri tərəfindən qəbul edilir. Göründüyü kimi, inzibati aktın xarakterik xüsusiyyətləri ondan ibarətdir ki, akt idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olunması üçün qəbul edilməli, ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı, ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı, habelə hakimiyyət tədbiri olmalıdır. Kollegiya qeyd edir ki, mübahisələndirilən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 23 sentyabr 2020-ci il tarixli 215 nömrəli sərəncamı inzibati aktın əlamətlərinə malik deyildir. Belə ki, həmin sərəncamla valideyn himayəsindən məhrum 03.07.2014-cü il təvəllüdlü X17 və 04.03.2017-ci il təvəllüdlü X4 üzərində digər nənələri X16 qəyyum təyin edilmişdir. Göründüyü kimi, sərəncam özlüyündə ümumi (publik) hüquq sahəsinə aid olan hər hansı məsələni həll etməmiş və hakimiyyət tədbiri deyildir. Mübahisələndirilən sərəncam valideyn himayəsindən məhrum uşaqlar üzərində X7 qəyyum təyin edilməsi ilə bağlıdır ki, valideyn himayəsindən məhrum uşaqlar üzərində qəyyum təyin edilməsi, ləğv edilməsi və ya qəyyumluqla bağlı digər məsələlərin həllinə dair hüquqi tənzimləmə məsələri Azərbaycan Respublikasının Mülki və Ailə Məcəlləri ilə tənzimlənir. Azərbaycan Respublikasının Mülki və Ailə Məcəlləri isə ümumi hüququn deyil xüsusi hüququn tənzimləmə dairəsinə aid olan hüquqi məsələləri tənzim edir. Göründüyü kimi, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 23 sentyabr 2020ci il tarixli 215 nömrəli sərəncamı inzibati akın əlamətlərini özündə əks etdirmir və bu səbəbdən də inzibati akt hesab edilmir. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 23 sentyabr 2020-ci il tarixli 215 nömrəli sərəncamı inzibati akt olmadığından həmin sərəncamın inzibati məhkəmə icraatında mübahisələndirilməsi də mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iş üzrə iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-489/2021 saylı 15 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-489/2021 saylı 15 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 2zibati Kollegiyasına (ünvan: AZ 1025, ünvan 3ə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-321/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-321/2021
05.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver