Məhkəmə qərarları › İş №2-1(105)-321/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-321/2025

29.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-321/2025 29.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi) Sədrlik edən və məruzəçi hakim X6, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştrakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “01 fevral 2023-cü il tarixli qərarın dəyişdirilirək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi səbəb əlaqəsi ilə orqanizmin funksiyasının pozulmasının 35-60 faiz dərəcəsi ilə 2 il müddətinə əlilliyin müəyyən edilməsi” barədə öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-752/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli qərarından görünür ki, Şamaxı RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1993-cü ildə aldığı və xx.xx.2016-cı ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X5 canlı şəxsin məhkəmətibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri - diaqnoz: “Odlu silah yaralanmalarından sonra başın sağ gicgah -nahiyyəsində bir ədəd, başın arxa ənsə nahiyyəsində bir ədəd, sol çənə qabarında bir adəd, qarnın ön səthində, sağ qabırğa qövsündə bir ədəd, bədənin sağ yan səthində, sağ qalça tini səviyyəsində bir ədəd, sol əl pəncəsinin 1-2-ci barmaqarası nahiyyəsində bir ədəd, sol ayaq pəncəsinin orta 1/3-nin içəri səthində bir ədəd çapıq toxumaları” Azərbaycan Respublikası SHXÇDX-nin Şamaxı rayon şöbəsinin xx.xx.2016-cı il tarixli ”2 nömrəli göndərişi, xx.xx.2016-cı il tarixli 409 nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X8 tərəfindən verilmiş xx.xx.2016-ci tarixli k/409 nömrəli canlı şəxsin məhkəmə tibbi müayinəsi aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadələri, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi, MN MHHK-nın həkim mütəxəssisi - cərrahın rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli çıxarış məlumatdan görünür ki, iddiaçıya xx.xx.20174-ci il tarixdə xx.xx.2022-ci il tarixədək ikinci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatı aparılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş sonuncu çıxarış məlumatdan görünür ki, iddiaçıya xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ümumi xəstəlik səbəbindən üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9 publik hüquqi şəxsinxx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı “Şamaxı rayon mərkəzi xəstəxanası”nda 22.04-xx.xx.2024-cü il tarixlərdə “T90.9, T90.5. G93.4, lil, İ67.3-keçirilmiş ağır kəllə-beyin travmasmm qalıq əlamətləri, posttravmatik ensefalopatiya tez-tez təkrarlanan epileptiform qıcolmalarla (9-10 dəfə), hipertoniya xəstəliyi İİ mərhələ” diaqnozu ilə müalicədə olmuşdur. Qeyd edilən diaqnoz instrumental müayinələrlə də öz təsdiqini tapır. Qərardadın 2-ci bəndində sualda göstərilən diaqnoz həmin diaqnozla qismən uyğunluq təşkil edir. Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi” Phş müalicə müəssisəsi olmadığından vətəndaş İddiaçı konkret olaraq hazırda hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmadı, lakin Şamaxı Rayon Mərkəzi Xəstəxanasında 22.04-xx.xx.2024-cü il tarixlərdə müəyyən edilmiş diaqnozdakı xəstəliklərdən hazırda əziyyət çəkməsini inkar etmək də olmaz. İddiaçıya 2017-2022ci illər aralığında əlillik təyin edilərkən onda müşahidə edilən xəstəliklərdən şəxsin xx.xx.2023-cü il tarixdə DTSERA-da əyani müayinədə sağ beldə, döş qəfəsinin sağ ön səthində, sol ayaqaltmda çapıqlar izlənilmiş, hərəkətləri sərbəst olmuş, “Psixi Sağlamlıq Mərkəzi”nin müəyyən etdiyi diaqnoz öz təsdiqini tapmamış,' “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu”nun xx.xx.2022-ci il tarixli arayışında olan diaqnoz təsdiqlənməmiş, “Milli Onkologiya Mərkəzi”nin xx.xx.2023-cü il tarixli Tibbi rəyində diaqnoz: “Sidik kisəsinin yuxarıda göstərilən bir və ya bir neçə lokalizasiyasmdan kənara çıxmaqla zədələnməsi pTİNOMO mərhələ 1G1, sidik kisəsinin xərçəngi, cərrahi əməliyyatdan v kisəsi daxili (Mitomicin) MKT-dən sonrakı vəziyyət pTİNOMO mərhələ” qiymətləndirilmişdir. Yuxarıda qeyd edilən xəstəliklər xroniki olduqlarından müalicə ilə reabilitasiya olunmurlar. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 1369 nömrəli ekspert rəyindən görünür ki, yoxlanılan şəxs İddiaçı hal-hazırda “ÜZVİ ŞƏXSİYYƏT POZUNTUSU, ANAMNEZİNDƏ QİCOLMA TUTMALARİ, KOQNİTİV FUNKSİYALARİN ENMƏSİ İLƏ (F 07.0)” diaqnozu aşkar edilir. Bunu inzibati iş materialları, anamnestik məlumatlar (kəllə-beyin tmvması alması, bundan sonra psixi vəziyyətinin dəyişməsi, əsəbi olması, bundan sonra əhval-ruhiyəsinin aşağı olması, xarici qıcıqlara qarşı həssas olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Psixi Sağlamlıq Mərkəzf’də “Üzvi (hərbi əməliyyatlar zamanı alınmış ağır qapalı kəllə- beyin travması nəticəsində) şəxsiyyət pozuntusu. Tez-tez təkrarlanan qıcolma tutmalar və koqnitiv funksiyaların enməsi ilə F07” diaqnozu qeyd edilməsi) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (zahirən bir qədər gərgin olması, ünsiyyətə həvəssiz qoşulması, əhval-ruhiyəsinin aşağı olması, xarici qıcıqlara qarşı həssas olması və s). sübut edir. İnzibati işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Yoxlanılan şəxs İddiaçı hal-hazırda “üzvi şəxsiyyət pozuntusu, anamnezində qicolma tutmalari, koqnitiv funksiyalarin enməsi ilə (F 07.0)” diaqnozu aşkar edilir. Sualın digər hissəsini cavablandırmaq məhkəmə psixiatrik ekspertizasının səlahiyyətlərinə aid deyil. Yoxlanılan şəxs İddiaçı hal-hazırda “üzvi şəxsiyyət pozuntusu, anamnezində qicolma tutmalari, koqnitiv funksiyalarin enməsi ilə (F07.0)” diaqnozu aşkar edilir. Sualın digər hissəsini cavablandırmaq məhkəmə psixiatrik ekspertizasının səlahiyyətlərinə aid deyil. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixdən təyin edilmiş 3-cü dərəcə əlilliyin səbəbinin “ümumi xəstəliklə əlaqədar əlillik” ifadəsinin dəyişdirilərək xx.xx.2022-ci il tarixdən 2-ci dərəcə müddətsiz “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik” ifadəsi ilə əvəz olunması öhdəliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabılitatsiya Agentliyinə həvalə edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra idddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “xx.xx.2023-cü il tarixdə ona təyin olunmuş üçüncü dərəcə əlilliyin səbəbinin “ümumi xəstəliklə əlaqədar əlillik” ifadəsinin dəyişdirilərək “xx.xx.2023-cü il tarixdən üçüncü dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyününü müdafiəsi ilə əlaqədar əlillik” ifadəsi ilə əvəz olunması öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1964-cü il tarixində Şamaxı rayonunda anadan olmuşdur. X11, 1992-ci 1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Hərbi xidmətdə aldığı xəsarətlərlə bağlı xx.xx.2016-cı ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmiş, ona “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” xəstəlik qərarı verilmişdir. xx.xx.2017-ci il tarixdə Səhiyyə müəssisəsinin göndərişi (88 nömrəli forma) ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi tərəfindən mənə 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edildi. 2020-ci ilin aprel ayında pensiya və təqaüdü dayandırılmış, bu zaman elektron sistemə əlillik vəziyyətinin yoxlanılması məqsədi ilə baxış keçirən zaman ona məlum olmuşdur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspetiza və Reabilitasiya Agentliyi tərəfindən əlillik vəziyyəti əsasız olaraq ona heç bir məlumat verilmədən etibarsız hesab edilərək pensiya və təqaüdü dayandırılmışdır. Bu barədə Sumqayıt İnzibati Məhkəməyə müraciət etmiş, iddia tələbi təmin edilərək əlilliyi bərpa edildi. Sonradan tibb müəssisəsinin göndərişi əsasında ona 2-ci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilməsi məqsədi ilə cavabdehə 2 dəfə müraciət edilmiş, birinci dəfə əlillik təyinatına imtina edildi, 2-ci dəfə isə səhhətində olan xəstəliklərin ağırlaşmasına baxmayaraq iddiaçıya 3-cü dərəcə ümumi xəstəliklə əlaqədar əlillik təyin edilmişdir. Cavabdehə xx.xx.2022-ci il tarixdə ümumi xəstəliklə əlaqədar deyil, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 2016-cı il tarixdə verilmiş qərarını nəzərə almaqla ikinci dərəcə Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlillik təyin etməli idi. Hansı ki, ona təyin edilmiş əlilliklə bağlı xəstəlik diaqnozu hərbi xidmət zamanı qazanılmış olması Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarında öz təsdiqini tapmışdır, belə olan halda ona qarşı düzgün olmayan səbəb əlaqəsi ilə əlillik təyin edilmişdir. Ona xx.xx.2017-ci ildən 2-ci qrup əlildir, cavabdehin ona qarşı etdiyin haqsızlıq tam əsassızdır, bu səbəbdəndə cavabdeh tərəfindən onun əlilliyi ümumi səbəbdən təyin edildiyi üçün səbəb əlaqəsi dəyişdirilmədiyi və Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar təyin edilməsi səbəbdən təyin edilmədiyi üçün hal-hazırda müraciətinin məhkəmə qaydasında həll olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə bildirirlər ki, iddiaçının əlillik vəziyyətinə Bakı Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2017-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəb: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Trəvmalann, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın ...; Diaqnozun mətni: Keçirilmiş ağır kəllə-beyin travmasının davamlı qalıq əlamətləri,posttravmatik ensefalopatiya,generalize olunmuş tez-tez baş verən epileptik gıcolma tutmaları ilə(ayda 7-8 dəfə),vertebro-bazilyar sistemdə keçirilmiş işemik tipli pozğunluqların nəticələri, yaddaş zəifliyi və idrakın enməsi. Kəllə-daxili hipertenziya. BQDÇ İİ dərəcə,dissirkulyator ensefalopatiya,vestibulyarvegetativ krizlər,koordinator- statik pozğunluqlar.kəskin asteno-nevrotik sindrom. Şəkərli diabet İİ tip,çoxsaylı ağırlaşmalarla.Diabetik nefropatiya. XBÇ İİ dərəcə; Meyar 2.2 İkinci dərəcə əlillik => 2.2.11. epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9)” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Şamaxı rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; Diaqnozun mətni: Sidik kisəsinin yuxarıda göstərilən bir və ya bir neçə lokalizasiyasından kənara çıxmaqla zədələnməsi, sidik kisəsinin yuxanda göstərilən bir və ya bir neçə lokalizasiyasından kənara çıxmaqla pTİNOMO mərhələ İG1 sidik kisəsinin xərçəngi cərrahi əməliyyatdan sonrakı vəziyyət İ mərhələ.; Meyar: səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. 14.3.2.1. C67.8 - Yanaşı xəstəliklər, Yenitörəmələr => Sidik yollarının bədxassəli yenitörəmələri => Sİdİk tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-752/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçı xx.xx.2023-cü il tarixdə İddiaçı təyin olunmuş üçüncü dərəcə əlilliyin səbəbinin “ümumi xəstəliklə əlaqədar əlillik” ifadəsinin dəyişdirilərək “xx.xx.2023-cü il tarixdən üçüncü dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyününü müdafiəsi ilə əlaqədar əlillik” ifadəsi ilə əvəz olunması öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Həkim Komissiyasının 1071 saylı, xx.xx.2016-cı il tarixli qərarının surətində İddiaçı hərbi xidmət keçərkən, 10 oktyabr 1993-cü ildə aldığı diaqnozu “Odlu silah yaralanmalarından sonra başın sağ gicgah nahiyyəsində bir ədəd, başın arxa ənsə nahiyyəsində bir ədəd, sol çənə qabarında bir ədəd, qarnın ön səthində, sağ qabırğa qövsündə bir ədəd, bədənin sağ yan səthində, sağ qalça tini səviyyəsində bir ədəd, sol əl pəncəsinin 1-2-ci barmaqarası nahiyyəsində bir ədəd, sol ayaq pəncəsinin orta 1/3-nin içəri səthində bir ədəd çapıq toxumaları” “Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır.” ifadələri qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3-cü maddəsində tibbi göstəriş olan xüsusi hallarda üçüncü dərəcə əlilliyin təyin edilmə halları qeyd edilmişdir. Həmin Əsasnamənin 2.2.9-cu maddəsinə əsasən, qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəkikoordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20,G23-G23.9, G25-G26, G35-G37.8, G45-G46.8, G95- G95.9 göstərişləri) olan hallarda ikinci qrup əlillik təyin edilir. Göründüyü kimi, iddiaçıda ekspertiza zamanı müəyyən edilmiş “vərəmin sovrularaq yerində fibroz yaranması” diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.9-cu bəndində üçüncü dərəcə əlilliyin təyin edilmə halı kimi birbaşa nəzərdə tutulmuşdur. Belə olan halda isə cavabdeh tərəfindən iddiaçıya əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur və iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh olaraq xüsusi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir və ümumi xəstəlik ilə əlaqədar orqanizmin funksiyalarının 2 il müddətinə 50 faiz pozulması barədə qərar qəbul etmişlər. Yəni məhkəmənin qeyd etdiyi kimi heç də diaqnozun mövcudluğunun şəxsə xüsusi səbəbdən əlillik təyin edilməli olması ilə razılaşmır. Göründüyü kimi məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Milli Onkologiya Mərkəzinin xx.xx.2023-cü il tarixli Tibbi rəyində diaqnoz “Sidik kisəsinin yuxarıda göstərilən bir və ya bir neçə lokalizasiyasından kənara çıxmaqla zədələnməsi pTİNOMO mərhələ 1 G 1. Sidik kisəsinin xərçəngi, cərrahi əməliyyatdan və sidik kisəsi daxili (Mitomicin) MKT-dən sonrakı vəziyyət. pTİNOMO İ mərhələ’’ kimi qeyd olunmuşdur. Hərbi travmanın qalıq əlamətləri əlillik təyinatına əsas verməmişdir. Əlillik təyinatına əsas verən onkoloji xəstəliyin hərbi səbəb əlaqəsi aşkar edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsin" ümumiləşdirilməsinin nəticələri üzrə” icmal məktubunun 33-39-cu maddələrində ekspert qarşısında hansı sualların qoyulması məsələsi ətraflı şəkildə qeyd edilmişdir. Belə ki, ekspertiza fəaliyyətinin əsaslarım müəyyən edən qanunvericiliyin, o cümlədən prosessual qanunvericiliyin normaları vəhdətdə nəzərdən keçirilməklə qeyd edilir ki, ekspert yalnız iddiaçının sağlamlıq vəziyyətinin (xəstəlik və ağırlaşmalarının) müəyyən edilməsi ilə bağlı tibbi xarakterli sualları cavablandırmaq vəzifəsini daşımaqla, şəxsin sağlamlıq vəziyyəti, xəstəliklərin diaqnostikası və əlaqəli məsələlərdə məhz hüquqi bilikləri istisna edən, bununla belə, tibbi bilikləri əhatə edən suallar əsasında aparılmış tədqiqatın nəticəsində müəyyənləşdirilir. Həmçinin şəxsin əlilliyi onda mövcud olan xəstəliklərin, zədələrin və çatışmazlıqların, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətlərindən asılı olaraq təyin edildiyi üçün, fərqli subyektlərin fəaliyyət sahəsinə aid olan şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi ilə əlilliyin qiymətləndirilməsi (təyin edilməsi) anlayışları (birinci halda tibbi ekspertlərin, ikinci halda inzibati orqanın və ya məhkəmənin) eyniləşdirilməməlidir. Əlilliyin qiymətləndirilməsi tələbi üzrə hüquqi dəyərləndirmə hüquq tətbiqedicinin əlahiddə və müstəsna səlahiyyəti olmaqla, ekspert qarşısına yalnız şəxsin sağlamlıq vəziyyətinin müəyyən edilməsinə dair (göndərişdə qoyulmuş diaqnozun təsdiqini tapıb-tapmadığı, diaqnozun X1na uyğunluğu və sairə) suallar qoyula bilər. Həmçinin qeyd edilən sualın həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərar ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert komissiyasının səlahiyyətinə aiddir. Ali Məhkəmənin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə isə, səhiyyə müəssisəsi tərəfindən iddiaçıya münasibətdə verilmiş göndərişin natamam və yetərsiz olması iddiaçının məsuliyyət sferasına aid edilə və onun ziyanına təfsir oluna bilməz. İnzibati icraat hüququnun tələbləri baxımından TSEK göndərişlə bağlı natamam məlumatların tamamlanmasını, eləcə də yol verildiyi bildirilən yanlışlığın aradan qaldırılmasını təmin etmək məqsədi ilə aidiyyəti quruma müraciət etməli və müvafiq məlumatların təqdim olunmasını tələb etməlidir. Yalnız bundan sonra şəxsə münasibətdə əlillik dərəcəsinin müəyyən olunması ilə bağlı yekun qərar qəbul edilə bilər. Nəticə etibarilə, məlumatların natamam və ya yanlış olması səbəbindən cavabdeh əlilliyin müəyyən edilməsindən imtina etməkdə haqlı sayıla bilməz. Bu, eyni zamanda səmərəli və qənaətcil idarəçilik prinsiplərindən irəli gəlir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etirazda birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılması və cavabdehin əsassız, qanunsuz, formal xarakterli apellyasiya şikayətinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, 01 fevral 2023-cü il tarixli qərarın dəyişdirilirək müvafiq Əsasnamənin 7.6.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi səbəb əlaqəsi ilə orqanizmin funksiyasının pozulmasının 35-60 faiz dərəcəsi ilə 2 il müddətinə əlilliyin müəyyən edilməsi barədə öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin nəzərə alınmasını xahiş etdi. Tətbiq edilən hüquq “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”

3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək;... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.2 Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin: 7.1-ci bəndinə əsasən hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. 7.2-ci bəndinə görə Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; b) «Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır»; c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»; ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»; d) «Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır»; e) «Ümumi xəstəlikdir» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: Bənd 3. Orqanizmin funksiyalarının pozulması faizləri 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Bənd 7. Psixi və davranış pozuntuları Xroniki və (və ya) davamlı ağır, yaxud tez-tez kəskinləşən psixi pozuntulardan əziyyət çəkən şəxslərin dezadaptasiya dərəcəsini müəyyən etmək üçün aşağıdakılar nəzərə alınır: - psixopatoloji simptomların təzahür dərəcəsi; - xəstəliyin davametmə müddəti, epizodların tezliyi və (və ya) gedişinin növü; - xəstəlik nəticəsində şəxsiyyət dəyişiklikləri dərəcəsi; - öz xəstəliyinə, cari vəziyyətinə və ətraf reallığa tənqid dərəcəsi; - aqressiv və ya intihar davranışları həyata keçirmə riski də daxil olmaqla, əsas həyat fəaliyyəti sahələrində funksional dezadaptasiya dərəcəsi; - kənar şəxslərin yardımı və müşahidəsinin vacibliyi; - müalicə və reabilitasiya müdaxilələrinin keçirilməsi üçün potensial; - psixiatriya dispanser müşahidəsində və psixi pozuntusu olan şəxslərin elektron reyestrində olması. Bənd 7.6 Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular üzvi mənşəli şəxsiyyət pozuntusu - XBT kodu F07.0 baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları- XBT kodu F07.8 Qymətləndirmə: 7.6.2.1 əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı); 7.6.2.2 məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti; “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Hazırki iş üzrə iddiaçının hüquqi marağı ona 01 fevral 2023-cü il tarixli qərara əsasında xx.xx.2022-ci il tarixdən təyin edilmiş ümumi xəstəlik səbəbindən üçüncü dərəcə əlilliyin səbəb əlaqəsainin dəyişdirilərək, ona Azərbaycan Respublikasının ərazi bütövlüyününü müdafiəsi səbəb əlaqəsi ilə əlaqədar əlilliyin müəyyən edilməsindən ibarət olmuşdur. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan diaqnoz xüsusi səbəbdən əlilliyin təyin edilməsinə əsas vermədiyindən, ümumi xəstəlik səbəbindən orqanizmin funksiyasının 50 faiz dərəcəsində pozulması göstəricisinə uyğun olaraq əlillik təyinatı aparıldığından, iddiaçının müraciətindən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya ilk növbədə iddianın mümkünlüyü ilə bağlı hissədə onu qeyd edir ki, ümumi xəstəlik səbəbindən əlillik təyinatının aparılması barədə xx.xx.2023-cü il tarixli qərarın, habelə iddiaçının həmin qərardan verdiyi şikayətinə baxılmasının nəticəsi barədə xx.xx.2023-cü il tarixli qərarların iddiaçıya çatdırılmasına dair hər hansı sübut mövcud olmamış, cavabdeh tərəfindən həmin hala dair sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfindən isə məhkəməyə xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə müraciət edilmişdir. Bu halda kollegiya hesab edir ki, iddianın mümkünlüyü baxımından iddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətlə bağlı tələbə riayət edilməməsi halı müəyyən edilməmişdir. Bundan əlavə, kollegiya iddianın mümkünlüyü baxımından onu da qeyd etməyi zəruri hesab edir ki, indiki halda iddiaçı artıq müddəti bitmiş əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsini istəyir və bununla bağlı hüquqi marağı həmin halın əlilliyə görə təyin edilmiş pensiya məbləğinə təsirinin olması ilə bağlı olmuşdur. Göründüyü kimi indiki halda iddiaçının hüquqi marağının mövcudluğu əsasları aşkar olduğundan, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olması mümkün ola bilər. Bu baxımından kollegiya hesab edir ki, hazırki iddia mümkün iddia olmaqla, mahiyyəti üzrə baxılmalıdır. Kollegiya iddia tələbinin əsaslılığı ilə bağlı hissədə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı barəsində “Keçirilmiş ağır kəllə-beyin travmasının qalıq əlamətləri,posstravmatik ensefalopiya,generalizə olunmuş tez-tez baş verən epileptik qıcolma tutmaları ilə (ayda 7-8 dəfə),vertebro-bazilyar sistemdə keçirilmiş işemik tipik pozğunluqların nəticələri,yaddaş zəifliyi və idrakın enməsi.Kəllədaxili hipertenziya.BQDÇ İİ dərəcə,dissurkalyator ensefalopatiya, vestibulyar-vegetativ krizlər, koordinator-statik pozğunluqlar, kəskin asteno-nevrotik sindrom.Şəkərli diabet İİ tip çoxsaylı ağırlaşmalarla Diabetik nefropatiya XBÇ İİ dərəcə” diaqnoz xəstəliyi əsasında “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsi ilə xx.xx.2017-ci il tarixdə ikinci dərəcə beş il müddətinə əlillik təyinatı aparılmış, əlilliyin müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. Daha sonra cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli qərarı ilə ona xx.xx.2022-ci il tarixdən ümumi xəstəlik səbəbindən üçüncü dərəcə bir il müddətinə (xx.xx.2023-cü il tarixədək) əlillik təyinatı aparılmışdır. Qeyd edilən əlilliyin müddəti bitdikdən sonra iddiaçı barəsində əlillik təyinatı aparılmamışdır. Cavabdeh inzibati orqan tərəfindən əlilliyin qiymətləndirilməsi məhz müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli Forma 88 haqqında tibbi göndəriş əsasında aparılmışdır. Kollegiya qeyd edir ki, iddiaçıın hüquqi marağı məhz həmin tibbi göndəriş əsasında aparılmış əlilliyin qiymətləndirilməsi nəticəsi ilə bağlı olduğundan, iddiaçıya münasibətdə iddianının əsaslılığı (hansı diaqnoz xəstəliyin qoyulması və həmin xəstəliklərin hansı səbəbdən yaranması) məhz həmin tibbi göndərişdə əks olunmuş məlumatlar əsasında yoxlanılmalıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tibbi göndərişdə iddiaçı barəsində əsas diaqnoz xəstəliyi “Kəllədaxili travmaların nəticələri,keçirilmiş kəllə beyin travması,postravmatik ensefalopatiya kəllədaxili hipertenziya” (XBT kodu T90.5), ağırlaşmaları “Vertebrobazilyar arterial sistem sindromu, tez-tez təkrarlanan vegetativ krizlərlə vertebro bazilyar arterial hövzədə qan dövranı çatmamazlığı” (XBT kodu G45.0), “Epilepsiya,tez-tez baş verən qızolma tutmaları ayda 7-8 dəfə” (XBT kodu G40.), yanaşı xəstəlikləri “ Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində yaranan şəxsiyyət və davranış pozuntuları,şəxsiyyət və davranışda rast gəlinən dyişikliklər baş beynin xəstəliyi,zədələnməsi və disf,üzvi hərbi əməliyyatlar zamanı alınmış ağır qapalı kəllə beyin travması nəticəsində şəxsiyyət pozuntusu tez-tez təkraralanan qıcolmalar ilə konqutiv funksiyanın enməsi ilə” (XBT kodu F07), “Sidik kisəsinin yuxarıda göstərilən bir və ya bir neçə lokalizasiyasından kənara çıxmaqla, zədələnməsi, sidik kisəsinin yuxarıda göstərilən bir və ya bir neçə lokalizasiyasından kənara çıxmaqla, zədələnməsi pT1N0M0 mərhələ İG1 sidik kisəsinin xərçəngi cərrahi əməliyyatdan sonrakı vəziyyət İ mərhələ” (XBT kodu C67.8), “Yivli tüfəngdən,qırma tüfəngdən və iri çaplı odlu silahdan atəş,odlu silah yaralanması döş qəfəsinin sağ yarısının sol pəncənin İ barmaq hər iki diz oynaqlarının nahiyəsinin çənə və bel nahiyəsində qəlpə yaralanmasından sonrakı ağrılı çapıqlar sol bud çanaq oynağının deformasiyaedici koksatrozu ağrı sindromu sol pəncənin İ barmağının hollux valqus İİ dərəcəli L30 deformasiya yerişin çətinləşməsi, sol daban sümüyün mahmızı ağrı sindromu funksiyasının pozulması” (XBT kodu W33) kimi qeyd edilmişdir. Həmçinin, Mərhəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş müvafiq şəhadətnamənin məzmunundan görünür ki, iddiaçı barəsində qoyulmuş diaqnoz xəstəlik “Odlu silah yaralanmasından sonra başın sağ gicgah nahiyyəsində bir ədəd, başın arxa ənsə nahiyyəsində bir ədəd, sol çənə qabarında bir ədəd, qarnın ön səthində,sağ qabırğa qövsündə bir ədəd,bədənin sağ yan səthində,sağ qalça tini səviyyəsində bir ədəd,sol əl pəncəsinin 1-2-ci barmaqarası nahiyəsində bir ədəd, sol ayaq pəncəsinin orta 1/3-nin içəri səthindən bir ədəd çapıq toxumaları” kimi əks olunmuşdur. İş materiallarında olan “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi”PHŞ tərəfindən aparılmış ekspertizanın nəticəsinə dair xx.xx.2025-ci il tarixli ekspert rəyinin məzmunundan görünür ki, iddiaçıda “üzvi şəxsiyyət pozuntusu,anemnezide qıcolma tutmaları,koqnutiv funksiyaların enməsi ilə” (F07.0) diaqnozu aşkar edilir, bunu anamnestik məlumatlar, hazırki psixiatrik müayinənin nəticələri (zahirən bir qədər gərgin olması, ünsiyyətə həvəssiz qoşulması, əhval-ruhiyyəsinin aşağı olması, xarici qıcıqlara qarşı həssas olması və s.) sübut edir. Həmçinin, iş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyinin məzmunundan görünür ki, iddiaçıya 2017-2022-ci il tarixdə əlilliyin təyin edilməsinə əsas olan xəstəliklərin xroniki olduğundan müalicə olunmaqla tam reabilitasiya olunmadığı qeyd edilmişdir. İş materiallarında olan “Psixi Sağlamlıq Mərkəzi” PHŞ-in həkim-psixiatrı tərəfindən iddiaçı xx.xx.2021-ci il tarixdə müayinə olunmuş, onun barəsində məhz XBT kodu F07 olan “Üzvi (hərbi əməliyyatlar zamanı alınmış ağır qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu,teztez təkrarlanan qıcolma tutmalar və koqnutiv funskiyaların enməsi ilə” diaqnoz xəstəliklərin aşkar olunması barədə rəy verilmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı xx.xx.2025-ci il tarixli ekpsert rəyini tərtib edən həkim ekspert dindirilmiş və ekspert öz izahatında bildirmişdir ki, “Aydın şəkildə göründüyü kimi, şəxsin psixi vəziyyəti ilə bağlı ciddi pozuntular müşahidə olunmuş, şəxsiyyətin formalaşması və qəbul etmə funksiyalarının zəifləməsi nəticəsində diaqnoz qoyulmuşdur. Müvafiq tibbi sənədlərdə daha əvvəl analoji diaqnozun mövcudluğu da təsdiq edilmişdir. Bu səbəbdən şəxs əqli qabiliyyətin qiymətləndirilməsi məqsədilə tibbi ekspertizaya cəlb edilmişdir. Əgər şəxsdə epilepsiya xəstəliyi mövcuddursa və bu xəstəliyə qıcolmalar müşayiət olunursa, həmin tutmaların daim baş verməsi əlbəttə ki, mümkün deyil. Qıcolmalar müəyyən zamanlarda baş verir, yəni bu hallar şəxsin bütün fəaliyyət dövründə müşahidə olunmur. Tibbi sənədlərdə bu tutmaların qeydə alınmaması mümkündür, lakin şəxs tərəfindən epilepsiya xəstəliyinə və qıcolma tutmalarına dair məlumatlar düzgün şəkildə təqdim edildikdə, həmin hallar nəzərə alınır. Bu tutmaların hər hansı birinə birbaşa şahid olmamış, lakin təqdim olunan məlumatlar əsasında onları qeyd etmişdir. Bu hallar nevroloji müayinələrin nəticələrində göstərilə bilər. Epilepsiya xəstəliyi psixoloji sağlamlıq sahəsinə birbaşa daxil edilməsə də, əgər bu xəstəlik nəticəsində şəxsin davranış və şəxsiyyət xüsusiyyətlərində irəliləyən dəyişikliklər müşahidə olunarsa, bu zaman psixoloji qiymətləndirmə də aktuallaşa bilər.Yaddaş və intellekt funksiyalarında müəyyən dərəcədə geriləmə müşahidə oluna bilər.Depressiv şəxsiyyət pozuntusu şəxsiyyətin ümumi strukturunda müşahidə edilə bilən bir diaqnozdur. Bu pozuntu çərçivəsində davranışlara, intellektual fəaliyyətə, eləcə də qavrayış səviyyəsinə təsir göstərən müxtəlif elementlər mövcuddur. Belə ki, şəxs özünü davranış pozuntuları ilə büruzə verə bilər və ya bu hal qavrayış sahəsindəki dəyişikliklərlə, zövq alma bacarığının zəifləməsi ilə və intellektual sferaya təsirlə özünü göstərə bilər. Bu təsir, həmçinin şəxsin ətrafındakı insanlarla münasibətlərində də intellektual səviyyənin zəifləməsi şəklində müşahidə edilə bilər. Qeyd edilən hallar depressiv şəxsiyyət pozuntusunun tərkibində ümumiləşdirilmişdir. Hər bir konkret halda hansı əlamətin daha qabarıq şəkildə təzahür etməsi diaqnozun fərdi xüsusiyyətlərini müəyyənləşdirir. Belə ki, şəxs özünü daha çox davranış pozuntuları ilə göstərə bildiyi kimi, mexanizmlərindəki dəyişikliklər və digər psixoloji funksiyalardakı pozuntular da daha qabarıq şəkildə müşahidə oluna bilər. Daha çox, koqnutiv funksiyalarının enməsini daha qabarıq şəkildə müşahidə etdiyi üçün bunu qeyd etmiş. Həmçinin şəxs tərəfindən bildirilən qıcolma tutmaları da nəzərə alınaraq bu məlumatlar qeyd edilmişdir. Əgər şəxs kəlləbeyin travması alıbsa, bu, gələcəkdə üzvi şəxsiyyət pozuntusunun yaranmasına səbəb ola da bilər, olmaya da bilər. Konkret halda, bizim müəyyən etdiyimiz dövrdə şəxsdə üzvi şəxsiyyət pozuntusu müşahidə olunurdu, lakin bu o demək deyil ki, hər bir kəllə-beyin travması keçirmiş şəxsdə mütləq şəkildə üzvi şəxsiyyət pozuntusu yaranacaq. Hazırkı halda, travmanın bu pozuntunun yaranmasına səbəb olmaq ehtimalı vardır.Üzvi şəxsiyyət pozuntusu, bir daha qeyd etmək istərdim ki, özünü davranış pozuntuları ilə və ya intellektual və koqnitiv funksiyalarda baş verən dəyişikliklərlə göstərə bilər. Bu pozuntunun hansı əlamətlərlə daha qabarıq təzahür etməsi şəxsdən asılı olaraq dəyişə bilər. Əgər bir şəxsdə üzvi şəxsiyyət pozuntusu müşahidə olunursa, bu onun “tam sağlam” olduğu anlamına gəlmir. Eyni zamanda, bir şəxsin təmiz geyimdə olması, səliqəli görünməsi və xarici görünüşün qaydasında olması hələ o demək deyil ki, onda üzvi şəxsiyyət pozuntusu yoxdur və ya bu diaqnoz istisna oluna bilər.Bu diaqnozun qoyulması üçün müayinə müddətində verilmiş suallara reaksiyası, şəxsin emosional sferası, əhval-ruhiyyəsinin sabitliyi və situasiyalara verdiyi cavablar qiymətləndirilir. Əgər şəxs emosional qeyri-sabitlik, ətraf mühitə uyğun olmayan emosional reaksiya və digər uyğun pozuntular nümayiş etdirirsə, bu, üzvi şəxsiyyət pozuntusunun mövcudluğunu göstərən əlamətlərdən biri ola bilər. Əgər pozuntu daha çox intellektual və koqnitiv sahədə özünü göstərirsə, bu zaman bu sferadakı geriləmələr üstünlük təşkil edir və diaqnostik əlamət kimi nəzərə alınır.Uzunmüddətli və ya dərinləşmiş üzvi şəxsiyyət pozuntusu çox zaman kəllə-beyin travması, baş beynin zədələnməsi, beyin disfunksiyası və ya epilepsiya xəstəliyinin nəticəsi olaraq formalaşır. Bu pozuntunun yaranmasına yaş amili, stress faktorları və digər əlavə təsirlər də ciddi şəkildə təsir göstərə bilər. Bəzən müəyyən stabillik əldə olunsa da, bu, xəstəliyin tam sağalması və ya şəxsiyyət pozuntusunun tam aradan qalxması demək deyildir.Üzvi şəxsiyyət pozuntusunun təzahürü fərdi xarakter daşıyır və bu, şəxsin öz xüsusiyyətlərindən, ətraf mühitdən, psixososial şəraitdən, stress amillərindən və xəstəliyin hansı şəkildə irəliləməsindən asılı olaraq dəyişə bilər. Bu xəstəlikdə kompensasiya mərhələsi mümkündür, lakin onun müddəti və effektivliyi zamanla müəyyən olunur. Bununla belə, şəxsiyyət pozuntusunun mövcudluğu adətən tam sağlamlıqla nəticələnmir və bu diaqnoz daimi diqqət və izləmə tələb edir.Epileptik tutmalar psixoloji və ya psixiatrik davranış sferası ilə birbaşa əlaqəli deyil, bu səbəbdən bu suala cavab vermək psixoloji qiymətləndirmənin birbaşa predmeti sayılmaya bilər. lakin həkim kimi qeyd edir ki, epileptik tutmaların tezliyi və intensivliyi bir sıra faktorlardan, o cümlədən şəxsin dərman müalicəsinə nə dərəcədə əməl etməsindən, orqanizmin dərmanlara reaksiyasından, stress amillərindən, əhval-ruhiyyədən və ətraf mühitdən asılı olaraq dəyişə bilər.Bu hallar tamamilə individual xarakter daşıyır və konkret şəxsin vəziyyətindən asılı olaraq dəyişiklik göstərə bilər. Belə ki, bir ay ərzində qıcolmaların sayı arta, azala və ya ümumiyyətlə müşahidə olunmaya bilər, lakin bu, epilepsiya xəstəliyinin tam sağalması kimi qiymətləndirilə bilməz. Bu vəziyyətin düzgün qiymətləndirilməsi üçün təkrar və müasir diaqnostik müayinələrin aparılması zəruridir. Epilepsiya xəstəliyi çox vaxt tamamən sağalma ilə nəticələnmir və davamlı nəzarət tələb edir.Baş beynin disfunksiyası və zədələnməsi müəyyən bir ocaq yaratmaqla üzvi şəxsiyyət pozuntusunun yaranmasına səbəb ola bilər. Üzvi şəxsiyyət pozuntusu şəxsdə davranış pozuntuları, intellektual və koqnitiv funksiyaların pozulması ilə özünü göstərə bilər. Hər bir halda, bu hallar xəstədə rast gəlməyə bilər və bu, normativdir.Beyin zədələnməsi digər beyin mərkəzlərinə təsir edərək üzvi şəxsiyyət pozuntusunun yaranmasına və ya mövcud pozuntuların dərinləşməsinə səbəb ola bilər. Üzvi şəxsiyyət pozuntusu beyin travması, zədələnməsi və disfunksiyasının nəticəsi kimi qiymətləndirilir. Bu prosesdə toksik zədələnmələr də iştirak edə bilər; yəni beyin mərkəzlərinin zədələnməsinə və nəticədə üzvi şəxsiyyət pozuntusunun formalaşmasına səbəb ola bilər.Epileptik tutmalar beyində müəyyən ocaqların zədələnməsi ilə əlaqədar olaraq inkişaf edir və gələcəkdə üzvi şəxsiyyət pozuntusuna gətirib çıxara bilər. Konkretdə, şəxsdə əsas travma mərkəzi mövcuddur və həmin travma ocağında epileptik ocaq inkişaf etmişdir. Mənim səlahiyyətim çərçivəsində qeyd edə bilərəm ki, epileptik ocaq mövcuddur və bu ocaq travma nəticəsində yaranıb. Zamanla bu vəziyyət üzvi şəxsiyyət pozuntusunun inkişafına səbəb olmuşdur”. Göründüyü kimi iddiaçıda xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tibbi göndərişdə əks olunmuş XBT kodu F07.0 (F07) olan diaqnoz xətəliyin mövcudluğu və həmin xəstəliyin məhz müvafiq şəhadətnamədə əks olunmuş hərbi travmanın nəticəsində (“Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı” aldığı travma nəticəsində) yaranması halı iddiaçı barəsində tərtib edilmiş müvafiq tibbi sənədlər (əyani müayinənin nəticələri, müalicə və s. aid), habelə məhkəmə araşdırması zamanı tədqiq edilmiş həkim-psixiatr komissiyasının rəyi, ekspert rəyi (və ekspertin rəylə balı verdiyi izahatı) əsasında öz təsdiqini tapır. Eyni zamanda, qeyd edilməlidir ki, iddiaçı barəsində müvafiq tibbi göndərişdə əks olunmuş XBT kodu F07.0 olan diaqnoz xəstəlik əlilliyin təyin edilməsi meyarlarını müəyyən edən müvafiq 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda (Meyarların 7.6.2ci bəndinə uyğun olaraq orqanizmin funskiyasının pozulmasının 35-60 faiz dərəcəsi göstəricisinə və pozulma müddəti iki il) əlilliyin təyin edilməsinə əsas olan xəstəliklər kimi qeyd edilmişdir Bundan əlavə, qeyd edilməlidir ki, iddiaçı barəsində anoloji diaqnoz xəsəlikləri əsasında 2017-2022-ci il tarixlərdə məhz “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı” səbəb əlaqəsi ilə əlillik təyinatı aparılmışdır. İş materiallarında olan və tədqiq edilmiş ekspert rəyinin məzmunundan görünür ki, həmin xəstəliklər reabiltasiya olunmurlar. Bu hal da özlüyündə iddianının əsaslılığını müəyyən edən hal kimi çıxış etmişdir. Cavabdeh inzibati orqan həmin diaqnoz xəstəliyin əlamətlərinin əlilliyin təyin edilməsinə əsas olmadığını qeyd etsə də, həmin hala dair heç bir sübut məhkəməyə təqdim etməmiş, habelə həmin hal hər hansı tibbi sənədə (aparılmış müayinə nəticələrinə dair tibbi sənədlər və s.) istinad edilməklə əsaslandırmamışdır. Nəticə etibarilə cavabdeh inzibati orqan xx.xx.2023-cü il tarixdə iddiaçının əlilliyinin qiymətləndirilməsi zamanı əlilliyin təyin edilməsi üçün əsas olan xəstəliklərin hamısını nəzərə almamış, xüsusi səbəbdən əlilliyin təyin edilməsinə əsas olan XBT kodu F07 olan diaqnoz xəstəlik aşkar olunduğu halda, yalnız bir diaqnoz xəstəlik (XBT kodu C67.8) üzrə ümumi xəstəlik səbəbindən əlillik təyinatı aparılmışdır. Bu hal isə iddiaçının hüququnun pozulmasına (hüququnun məhdudlaşdırılmasına) gətirib çıxartmışdır. Başqa sözlə desək, cavabdeh inzibati orqan xx.xx.2023-cü il tarixdə iddiaçı barəsində əlilliyin qiymətləndirilməsi zamanı “Azərbaycan Respublikasının ərazi bütövlüyününü müdafiəsi səbəb əlaqəsi ilə əlaqədar orqanizmin fünsiyasının pozulmasının 35-60 faiz dərəcəsi göstəricisi ilə iki il müddətinə əlilliyin müəyyən edilməsi üçün əsaslar olduğu halda, həmin əsasları nəzərə almamış, yalnız ümumi xəstəlik səbəbindən (bir diaqnoz üzrə) orqanizmin funskiyasının pozulmasının əlli faiz dərəcəsi göstəricisinə uyğun və bir il müdətinə əlillik təyinatı aparmışdır. Bununla da, cavabdeh inzibati orqanın hərəkətləri nəticəsində iddiaçının hüquqları pozulmuşdur. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuş, cavabdehin hərəkətləri qanuna uyğun olmamış, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, apellyasiya şikayətinin dəlilləri işin yuxarıda müəyyən edilmiş halları əsasında təkzib olunmaqla, əsassız olmuşdur. Bundan əlavə kollegiya onu qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının hüquqi marağına uyğun olaraq (əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi, bu hala əsas olan diaqnoz xəstəliyin orqanizmin funskiyasının hansı dərəcdə və hansı müddətə pozulmasına səbəb olması halların nəzərə alınması məqsədilə) iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yarandığından, bu istiqamətdə iddiaçıya hüquqi yardım göstərilmiş, iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim edilmişdir. Bu halda, kollegiya hesab edir ki, iddiaçının iddia tələbinin əsaslılığı yuxarıda müəyyən edilmiş hallar əsasında öz təsdiqini tapdığından, iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı həmin hissədə dəyişdirilməli, iddia təmin edilməlidir. Həmçinin, kollegiya qeyd edir ki, indiki halda iddiaçının hüquqi marağı məhz ona xx.xx.2022ci il tarixdən təyin edilmiş əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi ilə bağlı olduğundan, iddia tələbində isə əlilliyin təyinat tarixi qeyd edilməsə də, kollegiya iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, məhkəmə qərarının nəticə hissəsinin aydın olması məqəsdilə həmin tarixin qeyd edilməsini zəruri hesab edir. İPM-in 52-ci maddəsinə əsasən mMəhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan hallar əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-752/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilsin. İddia təmin edilsin. Cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində “xx.xx.2022-ci il tarixdən əlilliyin təyin edilməsi barədə” qəbul edilmiş 01 fevral 2023-cü il tarixli qərarının dəyişdirilirək, müvafiq Meyarların 7.6.2-ci bəndinə əsasən İddiaçı xx.xx.2022-ci il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsi ilə orqanizmin funksiyasının pozulmasının 35-60 faiz dərəcəsi ilə 2 il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə vəzifə olaraq qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar