Məhkəmə qərarları › İş №2-1(105)-323/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-323/2020

18.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-323/2020 18.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X5 və X2 ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X6 üzrə Mərkəz Filialının nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X6 İdarəsinə qarşı iddiaçıya hüququnun yarandığı xx xxxx 2016-cı il tarixdən (52 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin 2-1(085)-789/2019 saylı, xx xxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya hüququnun yarandığı xx xxxx 2016-cı il tarixdən (52 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2-1(85)- 789/2019 saylı qərarı ilə (hakim Z.Pirverdiyev) iddia təmin edilmişdir. Qərardan cavabdeh apelyasiya şikayəti vermişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-541/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən: Z.İ.Məmmədov, hakimlər: N.M.Nəsibov və H.Ç.Babayeva) apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2-1(85)-789/2019 saylı qərarı ləğv edilmiş, iş baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Qərardaddan iddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-386/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: K.N.Bədəlov, hakimlər: R.S.Nəbizadə və M.İ.Səfərova) Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)- 541/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərardadının ləğv edilməsi, işin baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Cavabdeh prosessual hüquqi varisi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X6 İdarəsi ilə əvəz edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi qərar qəbul edərkən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini nəzərə almamışdır. Bununla yanaşı məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, qəbul etdiyi hər bir əhəmiyyətli sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X6 üzrə Mərkəz Filialının nümayəndəsi X4 apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş İddiaçı vəkili Vəkil apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan AZE seriyalı, ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx xxxx 1964- cü il tarixdə doğulmuşdur. НЗ seriyalı ******* saylı Hərbi biletin surətindən görünür ki, iddiaçı xx xxxxxx 1982-ci il tarixdən xx xxxxxx 1984-cü il tarixədək keçmiş Sovet Ordusunda həqiqi hərbi xidmət etmişdir. 605450 saylı Diplomun yekun qiymətlərinin şərhinin surətindən görünür ki, iddiaçı 1979-cu ildən 1982-ci ilədək Qax rayon 111 nömrəli orta texniki peşə məktəbində təhsil almışdır. ИТ-İ seriyalı ******* saylı Əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx xxxxxxxx 1979-cu ildən xx xxxx 1982-ci ilədək Qax rayon 111 nömrəli orta texniki peşə məktəbində təhsil almış, xx xxxxxx 1982-ci il tarixdən xx xxxxxx 1984-cü il tarixədək keçmiş Sovet Ordusunda həqiqi hərbi xidmət etmiş, xx xxxxx 1985-ci ildən xx xxxxxx 1995- ci ilə kimi X3 məhdud məsuliyyətli cəmiyyətində (keçmiş “Azneftkimyaquraşdırma” trestinin 1-ci Sumqayıt Quraşdırma idarəsində) qaz quraşdırıcı - çilingər, xx xxxxxx 1995-ci ildən xx xxxx 1998-ci ilə kimi “Azərikimya” İstehsalat Birliyinin keçmiş “Sintezkauçuk” zavodunun təmir quraşdırma sahəsində butadien, spirt, kauçuk istehsalatları üzrə quraşdırım çilingər, xx.xx.2003-cü ildən xx.xx.2005-ci ilə kimi “DHT Metal” məhdud məsuliyyətli cəmiyyətində qaynaqçı, xx.xx.2005ci ildən xx.xx.2007-ci ilədək həmin zavodda qaynaqçı ustabaşı, xx.xx.2007-ci ildən xx.xx.2010-cu ilə kimi “DHT Metal” məhdud məsuliyyətli cəmiyyətində qaynaqçı ustabaşı, xx.xx.2010-cu xx.xx.2012-ci ilə kimi “Bakı Poladtökmə” açıq səhmdar cəmiyyətində qazla kəsici, xx.xx.2012-ci ildən 01,04.2013-cü ilə kimi “Unimetal” məhdud məsuliyyətli cəmiyyətində qaynaqçı peşələrində işləmiş, xx.xx.2016-cı ildən hazıradək “İnterprofıl” məhdud məsuliyyətli cəmiyyətində qaynaqçı peşəsində işləyir. “1 saylı X3” məhdud məsuliyyətli cəmiyyətinin xx xxxx 2018-ci il tarixli 01/06 saylı arayışından görünür ki, iddiaçı xx xxxxx 1985-ci ildən xx xxxxxx 1995-ci ilə kimi X3 məhdud məsuliyyətli cəmiyyətində (keçmiş “Azneftkimyaquraşdırma” trestinin 1-ci Sumqayıt Quraşdırma idarəsində) quraşdırıcı - çilingər peşəsində işləmiş və həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarının 1-ci siyahısının 8-ci bölməsinin 1080A010 şifri ilə güzəştli pensiya hüququ verən peşələrə aiddir. “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun xx xxxx 2018-ci il tarixli 224 saylı arayışından görünür ki, iddiaçı xx xxxxxxxx 1995-ci il tarixdən xx xxxx 1998- ci il tarixədək “Azərkimya” İstehsalat Birliyinin keçmiş “Sintezkauçuk” zavodunda quraşdırıcıçilingər peşəsində işləmiş və həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarının 1-ci siyahısının 8-ci bölməsinin 1080A010 şifri ilə güzəştli pensiya hüququ verən peşələrə aiddir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək düzgün nəticəyə gəlmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması 3.1.1-ci bəndinə əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İş materiallarından müəyyən olunur ki, iddiaçı xx xxxxxxxx 1979-cu ildən xx xxxx 1982-ci ilədək Qax rayon 111 nömrəli orta texniki peşə məktəbində təhsil almış, xx xxxxxx 1982-ci il tarixdən xx xxxxxx 1984-cü il tarixədək keçmiş Sovet Ordusunda həqiqi hərbi xidmət etmiş, xx xxxxx 1985-ci ildən xx xxxxxx 1995-ci ilə kimi X3 məhdud məsuliyyətli cəmiyyətində qaz quraşdırıcı-çilingər, xx xxxxxx 1995-ci ildən xx xxxx 1998-ci ilə kimi “Azərikimya” İstehsalat Birliyinin keçmiş “Sintezkauçuk” zavodunun təmir quraşdırma sahəsində butadien, spirt, kauçuk istehsalatları üzrə quraşdırım çilingər, xx.xx.2003-cü ildən xx.xx.2005-ci ilə kimi “DHT Metal” məhdud məsuliyyətli cəmiyyətində qaynaqçı, xx.xx.2005-ci ildən xx.xx.2007-ci ilədək həmin zavodda qaynaqçı ustabaşı, xx.xx.2007-ci ildən xx.xx.2010-cu ilə kimi “DHT Metal” məhdud məsuliyyətli cəmiyyətində qaynaqçı ustabaşı, xx.xx.2010-cu xx.xx.2012-ci ilə kimi “Bakı Poladtökmə” açıq səhmdar cəmiyyətində qazla kəsici, xx.xx.2012-ci ildən 01,04.2013-cü ilə kimi “Unimetal” məhdud məsuliyyətli cəmiyyətində qaynaqçı peşələrində işləmiş, xx.xx.2016-cı ildən hazıradək “İnterprofıl” məhdud məsuliyyətli cəmiyyətində qaynaqçı peşəsində işləyir. xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilməlidir. Qeyd olunan normaya əsasən, iddiaçının xx xxxxxxxx 1979-cu ildən xx xxxx 1982-ci ilədək Qax rayon 111 nömrəli orta texniki peşə məktəbində təhsil aldığı müddət xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ bəndinə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən onun iş stajına daxil edilir. İddiaçının təhsil aldığı müddət SSRİ-nin ərazisində qazanılmış əmək stajıdır ki, göstərilən staj da sosial sığorta haqlarının ödənilməsi şərti nəzərə alınmadan iddiaçının ümumi qaydada sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən, “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci abzasının "a" yarımbəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq olunmuş 1 nömrəli siyahısı üzrə kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci abzasına əsasən yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının (72-ci maddə) 60 faizi, bu Qanunun 13-cü maddəsinin «a»bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə 70 faizi, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə xx xxxx 1997-ci il tarixli, 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən isə həmin maddədə nəzərdə tutulan yaş həddi xx xxxxxx 1997-ci ildən başlayaraq xx xxxxxx 2000-ci ilədək hər il 6 ay artırılır. Məhkəmə kollegiyası qeyd edir ki, “1 saylı X3” məhdud məsuliyyətli cəmiyyətinin xx xxxx 2018-ci il tarixli 01/06 saylı və “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun xx xxxx 2018-ci il tarixli 224 saylı arayışlarından göründüyü kimi iddiaçının xx xxxxx 1985-ci ildən xx xxxxxx 1995-ci ilə kimi və xx xxxxxxxx 1995-ci il tarixdən xx xxxx 1998-ci il tarixədək işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli, 320 nömrəli qərarının 1-ci siyahısının 8-ci bölməsinin 1080A010 şifrinə əsasən güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verən peşələrə aiddir. İddiaçının zərərli əmək sahəsində iş stajı xx xxxxxx 2006-cı il tarixədək 10 ildən çox, əmək stajı isə, iddiaçının xx xxxxxxxx 1979-cu ildən xx xxxx 1982-ci ilədək Qax rayon 111 nömrəli orta texniki peşə məktəbində təhsil aldığı müddəti nəzərə aldıqda 20 ildən (17 il 03 ay 20 gün (cavabdehin hesabladığı staj) + 2 il 10 ay 21 gün (təhsil müddəti) = 20 il 2 ay 11 gün) artıqdır. Birinci instansiya məhkəməsi düzgün olaraq göstərmişdir ki, qeyd olunanlara əsasən, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq olunan 1 nömrəli siyahısında göstərilən peşələrdə çalışması ilə əlaqədar xx xxxxxx 2006-cı il tarixədək 20 ildən artıq əmək stajına, o cümlədən 10 ildən çox zərərli əmək sahəsində iş stajına malik olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə dəyişikliklər edilməsi barədə xx xxxx 1997-ci il tarixli, 321-İQD nömrəli Qanunu nəzərə aldıqda iddiaçının güzəştli şərtlərlə əmək pensiyası hüququ 52 yaşdan, yəni xx xxxx 2016-cı il tarixdə yaranmış olur. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının güzəştli şərtlərlə əmək pensiyası hüququ 52 yaşdan, yəni xx xxxx 2016-cı il tarixdə yaranmış olduğundan ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və pensiya vaxtında təyin edilmədiyinə görə ödənilməmiş pensiya məbləği hesablanaraq birdəfəyə ödənilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas sayıla bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-789/2019 saylı, xx xxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-789/2019 saylı, xx xxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Fuad Məmmədov Hakimlər Telman Məmmədov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar