Məhkəmə qərarları › İş №2-1(105)-323/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-323/2024

14.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-323/2024 14.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçı iştirakı ilə, Üçüncü şəxs Ələkbərova Xəyalə Tofiq qızının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli, 2-1(118)-3718/2023 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, ünvan 4 (Yeni qaydalarla: AZ 5006, ünvan 1 İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü Cəfərova Xəyalə Tofiq qızı ünvan 4 (Yeni qaydalarla: AZ 5006, ünvan 1 ünvanında qeydiyyatdadır. Sumqayıt şəhər Polis İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, üçüncü şəxsin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmasından imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, 04 dekabr 2019-cu il tarixli, ********** saylı Qeydiyyat nömrəsinə əsasən Sumqayıt şəhəri, 3-cü mkr, ev 9/6-da yerləşən 26 nömrəli mənzil xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Üçüncü şəxs Cəfərova Xəyalə Tofiq qızı xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan mənzildə qeydiyyatda olsa da, 2021-ci ildən ona məxsus evdə yaşamır. Həmin şəxsin qeydiyyatının onun mənzilinə olması formal xarakter daşımaqla bərabər, həm də mülkiyyətçi kimi hüquqlarını pozur. Əvvəla, o, onun əvəzinə kommunal xərclərlə bağlı əlavə ödənişlər etməli olur. İkincisi, üçüncü şəxsin mənzilində qeydiyyatda qalması həmin mənzillə bağlı sərəncam vermək hüquqlarını məhdudlaşdırır. Belə ki, o, mənzilini özgəninkiləşdirmək istədikdə, onların da razılığı tələb edilir. Qeydiyyatdan çıxarılma ilə bağlı Sumqayıt Şəhər polis idarəsinə ərizə ilə müraciət etsə də, ona xx.xx.2023-cü il tarixli cavab məktubu gəlib və məhkəməyə müraciət etmək tövsiyə olunub. Şəxsin qeydiyyatı onun yaşayış yeri üzrə olmalıdır. Vətəndaşların məhz öz yaşayış yeri üzrə qeydiyyatda olması onların uçota alınması, başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifə və öhdəliklərinin icra edilməsini asanlaşdırır. Qeyd etdiyi səbəblərə görə üçüncü şəxsin xüsusi mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılması zəruridir. Cavabdeh iddiaya qarşı yazılı münasibətində bildirmişdir ki, Sumqayıt şəhər Polis İdarəsinin Qeydiyyat Məsələləri Bölməsinin iddiaya qarşı heç bir etirazı yoxdur. İddiaçının iddiası ilə əlaqədar qərar qəbul olunarsa, tərəflərindən icra olunacaqdır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-3718/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Cəfərova Xəyalə Tofiq qızı məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli, 2-1(118)-3718/2023 nömrəli qərarı ilə iddia təmin edilərək Cəfərova Xəyalə Tofiq qızının ünvan 4 (Yeni qaydalarla: AZ 5006, ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır. Qərardan narazı qalan üçüncü şəxs Cəfərova Xəyalə Tofiq qızı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh İddiaçı ilə xx.xx.2003-cü il tarixində rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuş, birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X3 vardır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-314/2022 nömrəli, 11 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Emin Abdullayev) iddia qismən təmin edilmiş, Cəfərova Xəyalə Tofiq qızı ilə cavabdeh İddiaçı arasında xx.xx.2003-cü il tarixində bağlanmış nikah pozulmuşdur. Hazırda bütün əmlakları Sumqayıt şəhəri, 3-cü mkr, ev 9/6, 26 nömrəli mənzildədir. Hal-hazırda Sumqayıt şəhər Məhkəməsinin hakimi Günel xanım Tanrıverdiyevanın icraatında baxılır. Məhkəmə iclasından xəbəri olmayıb, evdən qovulduqdan sonra ünvan 3 ünvana valideyninin evinə müvəqqəti sığınmışdır. Məhkəmə bildirişi almadığından məhkəmədə iştirak edə bilməmişdir. Bu səbəbdən işə iştirakı olmadan baxılmış və qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı, xx.xx.2022-ci il tarixli arayışından da görünür ki, xx.xx.1984-ciı il təvəllüdlü Cəfərova Xəyalə Tofiq qızı ünvan 4 (Yeni qaydalarla: AZ 5006, ünvan 1 ünvanında qeydiyyatdadır. b) Apellyasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etmişdir. Etiraz onunla əsalandırılmışdır ki, Cəfərova Xəyalə Tofiq qızı öz şikayətində özünün əmlakları ilə bağlı iddiasının Sumqayıt Şəhər Məhkəməsində baxıldığını qeyd etmişdir. Bu məsələnin baxılan hazırki işə ümumiyyətlə aidiyyatı yoxdur. Bundan başqa, Cəfərova Xəyalə Tofiq qızı məhkəmə prosesində iştirak etmədiyi üçün işin düzgün baxılmadığını vurğulamışdır. O özünün bildiriş almadığını bildirmişdir. Bu faktın özü də iş üzrə üçüncü şəxs qismində çıxış edən Cəfərova Xəyalə Tofiq qızının sözügedən ünvanda faktiki olaraq yaşamadığını sübut edir. Buna görə də həmin şəxsin bu evdə qeydiyyatda olması düzgün deyildir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin etibarnamə üzrə nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, iş üzrə üçüncü şəxs Xəyalə Ələkbərova-qızı 2003-cü ildə iddiaçı ilə rəsmi nikaha daxil olmuş, gəlin köçmüş, 2021-ci ildə boşanmışlar. İddiaçı xəbərləri olmadan qızını mənzil qeydiyyatından çıxartmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, anası 2021-ci ildə qızını evdən aparmışdır. Mübahisəli mənzil atasının mülkiyyəti olmuşdur, Ələkbərova Xəyalə Tofiq qızı ilə birgə nikah zamanı əldə edilmiş əmlak deyildir. Üçüncü şəxs 2020-ci ildə mənzildə qeydiyyata alınmışdır, 2021-ci ildə boşanmışlar. Birgə nikahdan olan uşaqlar da iddiaçının himayəsindədir. Üçüncü şəxsin yaşamaq üçün evi, hətta bağ evi də vardır. Cavabdeh inzibati orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və onların iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 27. Fiziki şəxsin yaşayış yeri 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. M a d d ə 9 . Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır. 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə mümkündür.[2 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarı. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia rədd edilməlidir. Hazırkı mübahisə üzrə iddiaçının hüquqi marağı xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan mənzildə pasport qeydiyyatında olan üçüncü şəxsin qeydiyyatdan çıxarılmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını belə əsaslandırmışdır ki, sözügedən mənzil iddiaçıya məxsusdur. İş materiallarından görünür ki, həmin mənzildə qeydiyyatda olan şəxsin mənzildə qeydiyyatı formal xarakter daşıyır və o faktiki olaraq həmin mənzildə yaşamır. Həmin şəxs məhkəmə iclasına dəvət olunmasına baxmayaraq, məhkəməyə gəlməmiş, qeyd edilən halları təkzib edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıdakıları qeyd edir: İşin hallarından görünür ki, 3-cü mikrorayon, 9/6, mənzil 26 (Yeni qaydalarla: AZ 5006, ünvan 1 iddiaçının mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü Cəfərova Xəyalə Tofiq qızı ünvan 4 ünvanında qeydiyyatdadır. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-314/2022 nömrəli qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, iddiaçı Cəfərova Xəyalə Tofiq qızı ilə cavabdeh İddiaçı arasında xx.xx.2003-cü il tarixində bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X2 cavabdeh İddiaçı yanında saxlanması qət edilmişdir. Hazırda iddiaçı onun mülkiyyətində olan mənzildən keçmiş arvadı olan hazırkı iş üzrə üçüncü şəxsin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Üçüncü şəxs Cəfərova Xəyalə Tofiq qızı xx.xx.1984-cü ildə, Sumqayıt şəhərində anadan olmuşdur. O, ünvan 5 ünvanında qeydiyyatdadır. İddiaçı ilə üçüncü şəxs nikahı haqqında xx.xx.2003-cü il tarixdə 591 nömrəli akt qeydi tərtib olunmuşdur. Üçüncü şəxs apellyasiya şikayətində bildirmişdir ki, hazırda iddiaçı ilə məhkəmə mübahisəsi davam edir. İddiaçı xəbəri olmadan onu mənzil qeydiyyatından çıxartmışdır. İddiaçı ona istinad edir ki, üçüncü şəxs 2020-ci ildə mənzildə qeydiyyata alınmış, 2021-ci ildə boşanmışlar. Məhkəmə kollegiyası mübahisə ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsasları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsində təsbit olunmuşdur. Həmin əsaslardan hər hansı birinin mövcudluğu hazırkı iş üzrə müəyyən edilməmişdir. Bundan başqa, iddiaçının istinad etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli qərarına əsasən, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. İş materiallarında üçüncü şəxsin həmin yaşayış sahəsindən istifadə hüququna xitam verildiyinə dair məlumat yoxdur. Belə olan halda, iddiaçı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qeyd olunan qərarından çıxış edərək cavabdehin üzərinə iddia olunan hazırkı məzmunda öhdəliyin qoyulmasını tələb edə bilməz. İnzibati mühakimə icraatı qaydasında iddiaçının üçüncü şəxs barəsində hüququna inzibati orqanın müdaxiləsinin qanuni olub-olmaması məsələləri araşdırıla bilər. Qeyd olunan mövqedən çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, hazırkı tələb inzibati orqan olan rayon polis idarəsinə qarşı yönəldiyindən, qeydiyyatdan çıxarılması tələb olunan şəxsin mübahisəli mənzilə dair hər hansı əmlak hüququna, o cümlədən istifadə hüququna sahib olub-olmamasını müəyyənləşdirmək və bu əsasdan şəxsi mənzilə əmlak hüququ olmayan şəxs kimi tanıyaraq onu iddiaçının tələbi əsasında qeydiyyatdan çıxarmaq cavabdeh inzibati orqanın hazırkı inzibati icraat çərçivəsində baxıb öz qiymətləndirməsi ilə həll edə biləcəyi məsələ deyildir. Cavabdeh inzibati orqanın hərəkət və ya hərəkətsizliyinin qanuniliyini yoxlayan inzibati məhkəmə isə inzibati məhkəmə icraatında üçüncü şəxsin mənzil ilə bağlı istifadə hüququna dair və yaxud üçüncü şəxsin həmin mənzildən çıxarılma ilə bağlı qətnamə qəbul etməyə səlahiyyətli məhkəmə deyildir. Məhkəmə kollegiyası hesab edir ki, inzibati mübahisəyə baxan məhkəmələr tərəfindən iş üzrə lazımi qaydada aparılmış araşdırma nəticəsində mülkiyyətçi tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması tələb edilən şəxsin həmin yaşayış sahəsinə istifadə hüququnun olmadığı açıq-aşkar müəyyən edilirsə, həmin şəxsin qeydiyyatdan çıxarılmasından inzibati orqan imtina etdiyi təqdirdə, bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi həmin orqanın üzərinə qoyulmalıdır. Bu həm “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020ci il tarixli qərarında istinad edilmiş hüquqi mövqeyindən irəli gəlir, həm də prosessual qənaət baxımından əhəmiyyət daşıyır. Məhkəmə kollegiyası hazırkı iş üzrə iddiaçıya məxsus mənzilə dair üçüncü şəxsin istifadə hüquqlarının mövcud olub-olmamasının, onun həmin yaşayış sahəsindən çıxarılmalı olub-olmamasının qiymətləndirilməli olduğunu, bu məsələlərin həll edilməsinin isə mülki məhkəmə icraatının predmeti olmaqla inzibati məhkəmə icraatında baxıla bilməməsini nəzərə alaraq hesab edir ki, cavabdehə qarşı yönəlmiş qeydiyyatdan çıxarma barədə hazırkı iddia tələbi təmin edilə bilməz. İşin yuxarıda qeyd edilən hallarına əsasən kollegiya bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən işin halları tam araşdırılmamış, iş üzrə müəyyən edilmiş hallara maddi hüquq normaları düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilmişdir. Bu baxımdan, məhkəmə kollegiyası üçüncü şəxsin apellyasiya şikayətində göstərdiyi dəlilləri qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsasdır. Odur ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli, 2-1(118)-3718/2023 nömrəli qərarı ləğv edilərək yeni qərar qəbul edilməli, iddia rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli, 2-1(118)-3718/2023 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia rədd edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar