Məhkəmə qərarları › İş №2-1(105)-324/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-324/2023

30.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-324/2023 30.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması) Sədrlik edən və məruzəçi hakim X9, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “X10 adına verilmiş 0.10 ha torpaq sahəsi üzərində vahid əmlak qismində 13 oktyabr 2010-cu il tarixli **********84-10301 reyestr nömrəli çıxarışın 0.0624 ha torpaq sahəsi hissəsində ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına” dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(118)-702/2022 nömrəli qərarından cavabdeh və üçüncü şəxs X26 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin İddiaçı ünvanladığı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş və arxiv əsaslarında mövcud olan sənədlərdən göründüyü kimi, Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş 31548 reyestr nömrəli qeydiyyat vəsiqəsi ilə mülkiyyətinizdə olan fərdi yaşayış evinin yerləşdiyi 0.10 ha torpaq sahəsinin Abşeron RİH Başçısının 13 noyabr 1992-ci il tarixli 586 nömrəli sərəncamından çıxarışla X15 ayrılmışdır. Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarının 9-cu maddəsinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatların dövlət reyestrində saxlanılan məlumatlara uyğunluğunun yoxlanılması təmin edilmiş, yuxarıda göstərilən Abşeron RİH Başçısının 13 noyabr 1992-ci il tarixli 586 -ömrəli sərəncamından çıxarışla X16 ayrılmış 0.10 ha torpaq sahəsi üzərində vahid əmlak qismində 13 oktyabr 2010-cu il tarixli **********84-10301 reyestr nömrəli çıxarışla mülkiyyət hüququnun artıq bir dəfə rəsmiləşdirildiyi aşkar edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin müayinə aktından görünür ki, 31548 №li, 4732 №li invertar işi olan 04 dekabr 2004-cü il tarixli Qeydiyyat vəsiqəsinə əsasən İddiaçı məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllədə yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmadığı üçün sualın cavablandırılması mümkün olmamışdır, lakin vətəndaş tərəfindən tanıdılan 0.0623 ha torpaq sahəsinin koordinatları digər şəxslərə mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahələri ilə üst-üstə düşmür. 2, 3,4,5 və 6-cı sualların cavablandırılması 1-ci sualın cavabında cavablandırılmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 13 oktyabr 2010-cu il tarixli **********84-10301 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi və Abşeron rayonu, Xırdalan şəhəri 22-ci məhəllədə yerləşən fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinə dair hüquqi sənəd verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək “X10 adına verilmiş 0.10 ha torpaq sahəsi üzərində vahid əmlak qismində 13 oktyabr 2010-cu il tarixli **********84-10301 reyestr nömrəli çıxarışın 0.0624 ha torpaq sahəsi hissəsində ləğv edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron RİH Başçısının 13 noyabr 1992-ci il tarixli 586 nömrəli sərəncamı ilə, Xırdalan qəsəbəsi, 22-ci məhəllədə yerləşən 0.10 ha torpaq sahəsi fərdi yaşayış evi tikintisi üçün X15 ayrılmış və X23 həmin torpaq sahəsində fərdi yaşayış evi tikmişdir. Abşeron RİH Başçısının 13 noyabr 1992-ci il tarixli 586 nömrəli sərəncamına əsasən 2004-cü il tarixdə yaşayış evi üzərində mülkiyyət hüququ qeydiyyata alınmış və X15 31548 nömrəli Qeydiyyat vəsiqəsi və texniki pasport verilmişdir. Bundan sonra, xx.xx.2004-cü il tarixdə X23 ilə aralarında alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilədə də qeyd olunmuşdur ki, X3 qəsəbəsi, 22-ci məhəllədə yerləşən 0.0624 ha torpaq sahəsində olan fərdi yaşayış evini İddiaçı satmışdır. Həmin alqı-satqı müqaviləsinə əsasən 07 dekabr 2004-cü il tarixdə Xırdalan qəsəbəsi, 22-ci məhəllədə yerləşən 0.0624 ha torpaq sahəsində olan yaşayış evi üzərində mülkiyyət hüququ qeydiyyata alınmış və ona qeydiyyat vəsiqəsi və texniki pasport verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə 08 dekabr 2020-ci il tarixdə ********** nömrəli ərizə ilə müraciət etmişdir. 4 saylı Abşeron Ərazi İdarəsi xx.xx.2021-ci il tarixli, **********13 nömrəli bildiriş ilə ərizənin icrasından imtina etmişdir. İmtinanı ərazi idarəsi onunla əsaslandırmışdır ki, "hüquqların dövlət qeydiyyatının aparılması qaydalarının 9-cu maddəsinnə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatların dövlət reyestrində saxlanılan məlumatlara uyğunluğunun yoxlanması təmin edilmiş, yuxarıda göstərilən Abşeron RİH Başçısının 13 noyabr 1992-ci il tarixli 586 nömrəli sərəncamından çıxarışla X15 ayrılmış 0.10 ha torpaq sahəsi üzərində vahid əmlak qismində 13 oktyabr 2010.-cu il tarixli 3Ö80İ3025984-10301 reyestr" nömrəli çıxarışla mülkiyyət hüququnun artıq bir dəfə rəsmiləşdirildiyi aşkar edilmişdir”. Halbuki, Abşeron RİH Başçısının 13 noyabr 1992-ci il tarixli 586 nömrəli sərəncamı ilə, X15 ayrılmış torpaq sahəsi üzərində inşa edilmiş yaşayış evinə mülkiyyət hüququ 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən 2004-cü il tarixdə artıq bir dəfə tanınmış və mülkiyyət hüququ qeydiyyata alınaraq alqı-satqı predmeti olmuşdur. Digər tərəfdən, hüquqların dövlət qeydiyyatının aparılması qaydalarının 9-cu maddəsinə əsasən 4 saylı Abşeron Ərazi İdarəsi 2010-cu il tarixdə X15 imtina verməli idi. Çünki, qanunvericiliyin tələbi ilə, Abşeron RİH Başçısının 13 noyabr 1992-ci il tarixli 586 nömrəli sərəncamı ilə, X15 ayrılmış torpaq sahəsində yerləşən yaşayış evi üzərində 2004-cü il tarixdə mülkiyyət hüququ qeydiyyata alınmış, alqı-satqı predmeli olmuş və onun mülkiyyət hüququ 2004-cü il tarixdə qeydiyyata alınmışdır. Buna görə də, 4 saylı Abşeron Ərazi İdarəsinin qanunsuz əməlindən bir neçə yerə şikayətlər etmişdir. Olunan şikayətlər Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə araşdırılması üçün göndərilmiş, lakin Reyestr Xidməti araşdırma aparmamışdır. Çox təəsüflər olsun ki, araşdırma aparan Reyestr Xidməti 4 saylı Abşeron Ərazi İdarəsinin qanunsuz əməllərini aradan qaldırmaq əvəzinə, kobud səhvə yol vermişdir. Xidmətin ona ünvanladığı 15 mart 2021 -ci il tarixli, 21022İ001736 saylı məktubundan açıq-aydın görünür ki, heç bir araşdırılma aparılmamış, sadəcə olaraq Xidmət 4 saylı Abşeron Ərazi İdarəsinin qanunsuz əməlini ört-bastır etmişdir. Cavabdeh 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 13 oktyabr 2010-cu il tarixli **********84-10301 reyestr nömrəli çıxarış qanunsuzdur və etibarsız hesab olunmalıdır. Görünən odur ki, 15 mart 2010-cu il tarixdə həmin sərəncamla başqa ərazidə yerləşən torpaq sahəsini qeyri-qanuni sənədləşdiriblər. Halbuki, Azərbaycan Respublikasının İnzibat İcraat Haqqında Qanunun 67.1-ci maddəsinə əsasən- İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz, sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən isə-Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllədə yerləşən fərdi yaşayış evinin və onun yerləşdiyi 0.10 ha (faktiki 0.0624 ha) torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının 08 dekabr 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı, müraciət üzrə əlavə edilmiş və arxiv əsaslarında mövcud olan sənədlərdən göründüyü kimi, Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş 31548 reyestr nömrəli qeydiyyat vəsiqəsi ilə iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi 0.10 ha torpaq sahəsinin Abşeron RİH Başçısının 13 noyabr 1992-ci il tarixli 586 nömrəli sərəncamından çıxarışla X15 ayrılmışdır. Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarının 9-cu maddəsinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatların dövlət reyestrində saxlanılan məlumatlara uyğunluğunun yoxlanılması təmin edilmiş, yuxarıda göstərilən Abşeron RİH Başçısının 13 noyabr 1992-ci il tarixli 586 nömrəli sərəncamından çıxarışla X15 ayrılmış 0,10 ha torpaq sahəsi üzərində vahid əmlak qismində 13 oktyabr 2010cu il tarixli **********84-10301 reyestr nömrəli çıxarışla mülkiyyət hüququnun artıq bir dəfə rəsmiləşdirildiyi aşkar edilmişdir. Bundan sonra X23 tərəfindən xx.xx.2010-cu il tarixində 4Ə/1047 saylı Abşeron rayonu, Xırdalan şəhəri, S.Qurbanov küçəsində mülkiyyətində olan 0,10 ha torpaq sahəsi üzərində yerləşən 10 otaqlı, ümumi sahəsi 233.07 kv.m olan fərdi yaşayış evindən yalnız 0,0326 ha torpaq sahəsini və onun üzərində yerləşən 4 otaqdan ibarət ümumi sahəsi 120,41 kv.m olan Liter A-nı mülkiyyətinə verilməsi barədə alqı-satqı müqaviləsinə əsasən alıcı X18 özgəninkiləşdirilmişdir. Yerdə qalan torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evlərini xx.xx.2010-cu il tarixli, 4Ə/1364 saylı (**********44-10301) və xx.xx.2010-cu il tarixli, 4Ə/1345 saylı alqı- satqı (**********49-10301) müqaviləsinə əsasən X23 tərəfindən müvafiq olaraq X2 və X4 özgəninkiləşdirilmişdir. Bundan sonra yerdə qalan torpaq sahəsi X23 tərəfindən 14,02.2013-cü il tarixli, 4Ə/526 saylı (**********31) alqı-satqı müqaviləsi əsasında X17 özgəninkiləşdirilmişdir. Yerdə qalan 0,0166 ha torpaq sahəsi (**********02) və fərdi yaşayış evi üzərində X11 vərəsələri X19, X20, X12, X1 mülkiyyət hüququ xx.xx.2018-ci il tarixində qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-702/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, X10 adına verilmiş 0.10 ha torpaq sahəsi üzərində vahid əmlak qismində 13 oktyabr 2010-cu il tarixli **********84-10301 reyestr nömrəli çıxarışın 0.0624 ha torpaq sahəsi hissəsində ləğv edilməsi qərara alınmışdır (hakim İsmayıl Quliyev). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Abşeron RİH Başçısının 13 noyabr 1992-ci il tarixli 586 nömrəli sərəncamı ilə X15 ayrılmış, hazırda iddiaçının istifadəsində olan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ mövcud qanunvericiliyə əsasən yaranmışdır. Abşeron RİH Başçısının 13 noyabr 1992-ci il tarixli 586 nömrəli sərəncamı ilə, X16 ayrılmış Xırdalan qəsəbəsi, 22-ci məhəllədə yerləşən 0.10 ha torpaq sahəsinin 0.0624 ha hissəsi iddiaçının qanuni istifadəsində olduğu üçün X16 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması qanunsuz olmuşdur. cavabdeh inzibati orqan X10 adına qanunsuz qeydiyyat apararaq, iddiaçının hüquqlarının qeydiyyat əsaslarına maneə yaratdığı üçün iddiaçının yuxarıda qeyd edilən hüquqları pozulmuşdur və iddia təmin edilərək, iddiaçının hüquqlarının qeydiyyatı üçün yaranmış maneə ortadan qalxmalıdır. Cavabdeh və üçüncü şəxs X26 apellyasiya şikayətləri verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətlərinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etiraza uyğun əsaslandırılmışdır. Üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qərar çıxararkən maddi və prosessual hüquq pozuntularına yol verməklə qərar çıxmarmışdır. Belə ki, məhkəmə qərarın təsviri hissəsində, Abşeron RİH Başçısının xx.xx.1992-ci il tarixli, 586 nömrəli sərəncamı ilə, Xırdalan qəsəbəsi, 22-ci məhəllədə yerləşən 0.10 ha torpaq sahəsi fərdi yaşayış evi tikintisi üçün X15 ayrılmış və o, həmin torpaq sahəsində fərdi yaşayış evi tikdiyi, Abşeron RİH Başçısının xx.xx.1992-ci il tarixli, 586 nömrəli sərəncamına əsasən 2004cü il tarixdə yaşayış evi üzərində mülkiyyət hüququ qeydiyyata alındığını və X15 31548 nömrəli qeydiyyat vəsiqəsi və texniki pasport verildiyini, bunan sonra, xx.xx.2004-cü il tarixində X23 ilə İddiaçı arasında alqı-satqı müqaviləsi bağlandığını, həmin müqavilədə də, X3 qəsəbəsi, 22-ci məhəllədə yerləşən 0.0624 ha torpaq sahəsinidə olan fərdi yaşayış eviniİddiaçı satdığını, həmin alqı-satqı müqaviləsinə əsasən xx.xx.2004-cü il tarixində Xırdalan qəsəbəsi, 22-ci məhəllədə yerləşən 0.0624 ha torpaq sahəsində olan yaşayış evi üzərində mülkiyyət hüququ qeydiyyata alınmış və ona qeydiyyat vəsiqəsi və texniki pasportun verildiyi qeyd olunmuşdur. Həmçinin məhkəmə qərarında, Abşeron RİH Başçısının xx.xx.1992-ci il tarixli, 586 nömrəli sərəncamı ilə X15 ayrılmış, hazırda iddiaçının istifadəsində olan olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun mövcud qanunvericiliyə uyğun olaraq yarandığını və bu halda da, Qanunvericiliyin qeyd olunan göstərişinə müvafiq olaraq, İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində olan hüququ da əvvəlki mülkiyyətçisinə X15 məxsus olan həcmdə İddiaçı keçdiyini, lakin, inzibati orqanın iddiaçıya aid hüquqları dövlət qeydiyyatına alaraq, iddiaçının yaşayış evinin texniki pasportunu hazırladığı halda, qanunvericiliyə zidd olaraq, X11 0.10 ha torpaq sahəsində hüququnun dövlət qeydiyyatına alındığını, həmçinin Abşeron RİH Başçısının xx.xx.1992-ci il tarixli, 586 nömrəli sərəncamı ilə, X15 ayrılmış Xırdalan qəsəbəsi, 22-ci məhəllədə yerləşən 0.10 ha torpaq sahəsinin 0.0624 ha hissəsi iddiaçının qanuni istifadəsində olduğu üçün X15 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasının qanunsuz olduğu qeyd edilmişdir. Həmçinin məhkəmə qərar çıxararkən X15 məxsus Xırdalan qəsəbəsi, 22-ci məhəllədə yerləşən 0.10 ha torpaq sahəsinin 0.0624 ha hissəsinin ilkin mülkiyyətçisinin İddiaçı olduğu və daha sonra, X11 həmin torpaq sahəsini tam olaraq özəlləşdirərək üçüncü şəxslərə satılmasının İddiaçı mülkiyyət hüquqlarını pozmasını əsas gətirərək,xx.xx.2010-cu il tarixli, **********84-10301 reyestr nömrəli çıxarışın 0.0624 ha torpaq hissəsində ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi Dairəsinə həvalə etmişdir. Məhkəmə sözügedən qərarı çıxararkən, onun həmin iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq tələblərinə əsasən vicdanlı alıcı olduğunu, həmin aldığı torpaq sahəsi və üzərindəki tikiliyə faktiki olaraq sahiblik etdiyini, zamanında alqı-satqı müqaviləsi onunla X23 arasında həyata keçirildikdən sonra, dərhal çıxarış almaq üçün müraciət etdiyini, İddiaçı faktiki olaraq 0.0624 ha torpaq sahəsini istifadə və sahiblik etdiyini araşdırmadan, vicdanlı alıcının mülkiyyət hüquqlarını qorunması istiqamətində araşdırma edib nəticəyə gəlmədən və qeyd olunan məsələ üzrə həqiqəti hallara varmadan xx.xx.2010-cu il tarixli, **********84-10301 reyestr nömrəli çıxarışın 0.0624 ha torpaq hissəsində ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi Dairəsinə həvalə etmişdir. Abşeron RİH Başçısının xx.xx.1992-ci il tarixli, 586 nömrəli sərəncamı ilə X15 ayrılmış torpaq sahəsinin və üzərində inşa etdiyi fərdi yaşayış evinin alqı-satqı müqaviləsinə əsasən xx.xx.2004-cü il tarixində Xırdalan qəsəbəsi, 22-ci məhəllədə yerləşən 0.0624 ha torpaq sahəsində olan hissəsini İddiaçı satdığını və həmin torpaq sahəsinin bir hissəni satdıqdan sonra, 0.10 ha torpaq sahəsi üçün xx.xx.2010-cu il tarixli, **********84-10301 reyestr nömrəli çıxarışın aldığını bilsəydi, onunla alqı-satqı müqaviləsi bağlamış olmazdı. Qeyd olunanlardan göründüyü kimi, Abşeron RİH Başçısının xx.xx.1992-ci il tarixli, 586 nömrəli sərəncamı ilə X15 ayrılmış torpaq sahəsinin və üzərində inşa etdiyi fərdi yaşayış evinin alqı-satqı müqaviləsinə əsasən xx.xx.2004-cü il tarixində Xırdalan qəsəbəsi, 22-ci məhəllədə yerləşən 0.0624 ha torpaq sahəsində olan hissəsini İddiaçı satmasına baxmayaraq, o, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün 2021-ci il tarixədək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etməmiş, hərəkətsizlik nümayiş etdirmiş və 17 ildən sonra, 0.0624 hatorpaq sahəsinin özəlləşdirilməsi üçün müraciət etmişdir. Həmçinin məhkəmə iclasının yeri və vaxtı barədə hüquqlarına toxunan maraqlı şəxs olaraq ona bildiriş gəlməmişdir. Şifahi olaraq, məhkəməyə müraciət etdikdə qeydiyyat yeri üzrə ünvana, yəni, Fizuli rayonuna bildirişləri göndərməklərini qeyd etdilər. O Fizuli rayonuna zəng edərək icra nümayəndəsi ilə əlaqə saxladı və adına heç bir məktubun daxil olmadığını bildirdi. Həmçinin məhkəmənin qərarı barədə də məlumatsız və sözügedən qərarı xx.xx.2023-cü il tarixində vəkili vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasından əldə edib tanış olmuşdur. Bir sözlə, məhkəmə maraqlı tərəf olaraq onun iştirakını təmin etmədən və yekun qərarı ona göndərmədən sözügedən iddiadan xəbərsiz olmağına zəmin yaratmışdır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərək Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllədə yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.0624 ha torpaq sahəsinədə dair mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X13 cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, habelə iddia tələbini dəqiqləşdirilməsi baradə ərizə ilə müraciət edərək Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllədə yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.0624 ha torpaq sahəsinədə dair mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxsin nümayəndəsi Nümayəndə üçüncü şəxsin apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxs X24 izahatında ona məxsus əmlakla bağlı mülkiyyət hüququnun qeydiyyatına dair çıxarışının ləğv olunmamasını xahiş etmişdir. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxs X21 izahatında ona məxsus əmlakla bağlı mülkiyyət hüququnun qeydiyyatına dair çıxarışının ləğv olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə digər üçüncü şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. .... İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. .... Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar ..... Maddə 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; .... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi

1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.

2. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Maddə 88. Daşınmaz əmlaka dair əqdlərin bağlanması ilə əlaqədar torpaq sahəsi üzərində hüquqların əldə edilməsinin xüsusiyyətləri

1. Tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. ....

3. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12. 1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;....8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; ..... Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023 və xx.xx.2023-cü il tarixli qərardadları ilə apellyasiya şikayətləri mümkün sayılmışdır. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığının tam yoxlanılması apellyasiya baxışının predmetini təşkil edir. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Hazırki iş üzrə iddia tələbi Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllədə yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.0624 ha torpaq sahəsinə dair iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması təşkil edir. Cavabdeh inzibati orqan tərəfindən imtinanın əsası Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş 31548 reyestr nömrəli qeydiyyat vəsiqəsi ilə mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi 0.10 ha torpaq sahəsinin Abşeron RİH Başçısının 13 noyabr 1992-ci il tarixli 586 nömrəli sərəncamından çıxarışla X15 ayrılması və ona ayrılmış 0.10 ha torpaq sahəsi üzərində vahid əmlak qismində 13 oktyabr 2010-cu il tarixli **********84-10301 reyestr nömrəli çıxarışla mülkiyyət hüququnun artıq bir dəfə rəsmiləşdirildiyi aşkar edildiyi halına istinad edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından görünür ki, Abşeron Rayonu İcra Hakimiyyəti Başçısının 13 noyabr 1992-ci il tarixli 586 nömrəli sərəncamı ilə Xırdalan qəsəbəsi, 22-ci məhəllədə yerləşən 0.10 ha torpaq sahəsi fərdi yaşayış evi tikintisi üçün X15 ayrılmışdır. X23 ilə iddiaçı arasında 04 dekabr 2004-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanılmış və notarial qaydada təsdiq edilmişdir, həmin müqaviləyə əsasən X5 qismində çıxış etməklə, ona məxsus olan Xırdalan qəsəbəsi 22-ci məhəllədə faktiki 624,0 kv.m torpaq sahəsində yerləşən yaşayış sahəsi 66,8 kv.m, köməkçi sahəsi 38,4 kv.m, 3 otaqdan ibarət fərdi yaşayış evi alıcı qismində İddiaçı satmış, İddiaçı isə müqavilədə qeyd edilən məbləğdə pul vəsaiti ödəməklə, əmlakı satın almışdır. Həmçinin, iş materiallarından görünür ki, Aberon rayonu, Xırdalan qəsəbəsi, 22-ci məhəllə küçəsində yaşayış sahəsi 66,8 kv.m, köməkçi sahəsi 38,4 kv.m, 3 otaqdan ibarət fərdi yaşayış evinə dair İddiaçı mülkiyyət hüququ Abşeron rayonu, 1 saylı Notariusun 04 dekabr 2004-cü il tarixli 4-Ə-1435 saylı alqı-satqı müqaviləsinə əsasən qeydə alınmış, həmin fərdi yaşayış evinə dair texniki pasport, tikilinin və torpaq sahəsinin planı tərtib edilmiş, həmin sənədlərdə də fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ölçüsünün 624 kv.m olduğu qeyd edilmişdir. Göründüyü kimi, müvafiq sərəncam əsasında X15 0,10 ha torpaq shaəsi fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır (hansı ki, yuxarıda istinad edilən qanunvericilik normalarının tələbinə əsasən həmin sərəncam daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranması əsası kimi çıxış etmişdir). Daha sonra müvafiq daşınmaz əmlakın alı-satqı müqaviləsi əsasında sözügedən torpaq sahəsində yerləşən fərdi yaşayış evi iddiaçıya satılmış və həmin müqavilənin predmeti qismində məhz 624 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evi təşkil etmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad edilən qanunvericilik normalarının tələbinə əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində olan hüquq da əvvəlki mülkiyyətçiyə məxsus olan həcmdə yeni mülkiyyətçiyə keçdiyindən və daşınmaz əmlakın alqı-satqısına dar notarial qaydada təsdiq edilmiş müqavilə daşınmaz əmlaka dair mülkiyyət hüququnun yaranması əsası qismində çıxış etdiyindən, indiki halda iddiaçının sözügedən torpaq sahəsinə dair mülkiyyət hüququ yaranmışdır. Həmçinin, qeyd edilməlidir ki, sözügedən torpaq sahəsi iddiaçının qanuni sahibliyinə verildiyi vaxtdan hazıradək onun faktiki istifadəsindədir. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən əksinə iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan əmlaka dair hissədə X11 adına mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı hərəkətləri qanunsuz olmuşdur. Belə olan halda isə məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın X11 adına 0,10 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması halına istinad etməklə, iddiaçının mövcud mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina etməsi qanunvericiliyin tələbinə zidd olmuşdur. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan hissədə birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgünü hüquqi qiymət verilmiş, bu hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuş, cavabdeh və üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri bu hissədə əsassız olmuşdur. Həmçinin, məhkəmə kollegiyası onu qeyd edir ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş mütəxəssis rəyinin məzmununda vətəndaş tərəfindən tanıdılan torpaq sahəsinin koordinatlarının başqa şəxslərə (o cümlədən iş üzrə üçüncü şəxs qismində çıxış edən şəxslərə) mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahələri ilə üst-üstə düşmədiyinin müəyyən edildiyi qeyd edilmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, indiki halda sözügedən torpaq sahəsinin başqa şəxslər məxsus olan torpaq sahələri ilə üst-üstə düşməsi halı müəyyən edilmədiyindən, iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsinə dair yazılı ərizə təqdim edilmiş, yalnız sözügedən torpaq sahəsinə dair onun adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürmüşdür. Bu halda məhkəmə kollegiyası qeyd edir ki, sözügedən torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququ yarandığından, bu hüququn dövlət qeydiyyatına alınmasından imtina üçün qanunveticiliklə müəyyən edilmiş əsaslar aşkar edilmədiyindən, iddiaçının iddia tələbi əsaslı olmuş, cavabdeh inzibati orqan imtinası və apellyasiya şikayətinin, habelə üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizəsi nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı həmin hissədə dəyişdirilməli, iddia tələbi təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətlərinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətlərinin dəlilləri əsassız olduğundan, apellyasiya şikayətləri təmin edilməməli, iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayətləri təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-702/2022 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllədə yerləşən (yaşayış sahəsi 66,8 m2, köməkçi sahəsi 38,4 m2,üç otaqdan ibarət olan) fərdi yaşayış evinin yerləşdiyi 0.0624 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar