Məhkəmə qərarları › İş №2-1(105)-325/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-325/2020

20.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-325/2020 20.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X7 və X4 ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı işlədiyi müddətinin sosial sığorta stajına daxil edilməsi, əlilliyə görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2008-ci il tarixdə təyin edilən əlilliyə görə müavinətlə əlilliyə görə əmək pensiyası arasındakı fərqin hesablanmaqla ödənilməsi tələbinə dair Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2-1(085)-738/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında DSMF-nin Sumqayıt şəhər Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1997-ci ildən xx.xx.2005-ci ilə kimi Qubadlı rayon X11 çilingər vəzifəsində işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməklə, pensiyasının yenidən hesablanması vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1997-ci ildən xx.xx.2005-ci ilədək Qubadlı rayon qaz İstismar İdrəsində çilingər işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməklə,əlilliyə görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2008-ci il tarixdə təyin edilən əlilliyə görə müavinətlə əlilliyə görə əmək pensiyası arasındakı fərqin hesablanmaqla ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında DSMF-nin Sumqayıt şəhər şöbəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ididaçı İddiaçı 1981-ci ildə anadan olmuşdur. xx.xx.1997-ci ildən xx.xx.2005-ci ilədək Qubadlı rayon X11 çilingər işləmişdir. Əlilliyə görə əmək pensiyasının təyin edilməsi ilə bağlı xx.xx.2018-ci il tarixdə cavabdeh inzibati orqana müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. Belə ki, iddiaçı xx.xx.1981-ci il təvəllüdlü olduğundan ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 07 il 04 ay sığorta stajı və 7674 manat pensiya kapitalının olması zəruridir. İddiaçının 1997-2005-ci illərdə işlədiyi müddətin isə yoxlanılması mümkün olmadığından həmin müddət onun sığorta stajına daxil edilməmişdir. Halbuki onun işlədiyi dövrlər əmək kitabçasında qeyd olunmuşdur. Cavabdeh iddiaya qarşı etirazında qeyd etmişdir ki, İddiaçı əlilliyə görə pensiya təyin edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında DSMF-nin Sumqayıt şəhər Şöbəsinə müraciət etmiş, lakin sonuncu iddiaçıya ünvanladığı məktubunda bildirmişdir ki, «Əmək pensiyaları haqqında» Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İddiaçı xx.xx.1981-ci il təvəllüdlü olduğundan ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 07 il 04 ay sığorta stajı və 7674 manat pensiya kapitalının olması zəruridir. İddiaçının 1997-2005-ci illərdə işlədiyi müddətin isə yoxlanılması zərurəti yarandığından həmin dövrlərin yoxlanılması üçün müvafiq qaydada sorğu edilmişdir. Lakin iddiaçının Qubadlı rayon X12 işləməsi faktı təsdiq edilmədiyindən, həmin dövrlərin yoxlanılması mümkün olmamış, bu səbəbdən həmin müddət onun sığorta stajına daxil edilməmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2-1(085)-738/2019 saylı qərarı ilə iddia təmin edilmişdir. (hakim V.Əzizova) Qərardan cavabdehapelyasiya şikayəti vermişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-477/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayətinin təmin edilməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2-1(085)- 738/2019 saylı qərarının ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilməsi və iddianın təmin edilməməsi qərara alınmışdır. (sədrlik edən hakim H.Babayeva) Qərardan iddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-959/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(105)-477/2019 saylı qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. (sədrlik edən hakim Z.Quliyev) İşə apelyasiya qaydasında baxıldıqda Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-325/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Cavabdeh prosessual hüquqi varisi Azərbaycan Respublikası Əmək və X9 Nazirliyinin tabeliyində Dövlət X10 1 saylı regional ərazi filialı ilə əvəz edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.1997-ci ildən xx.xx.2005-ci ilədək olan dövrün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 4.2.7-ci bəndinə əsasən heç bir məlumatın olmaması səbəbindən qarşılıqlı yoxlanılması mümkün olmamışdır. Xüsusilə vurğulamaq lazımdır həmin iş dövrü mötəbər sübutlara əsaslanmır və iddiaçının həmin müəssisədə işləməsi şübhə altına alınır. Yəni vətəndaş həmin müəssisədə ümumiyyətlə işləməyib. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X8 apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. X1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. İş materiallarından müəyyən edilir ki, iddiaçı ona əlilliyə görə pensiya təyini üçün cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının xx.xx.1997-ci ildən xx.xx.2005-ci ilədək Qubadlı rayon X12 işləməsi faktının təsdiq edilmədiyini, həmin müddətlərin qarşılıqlı yoxlanılmasının mümkün olmadığını bildirərək imtina cavabı vermişdir. Bundan sonra iddiaçı xx.xx.1997-ci ildən xx.xx.2005-ci ilədək Qubadlı rayon X12 işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilərək ona pensiya təyin edilməsini xahiş etmiş, işə baxan məhkəmə isə iddianı təmin edərək iddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçasının mövcudluğunu mübahisənin həlli üçün yetərli hesab etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının sosial sığorta stajı ona əlilliyə görə sosial müavinət təyin edildikdən sonra yaranmamış, əksinə onun sosial müavinət təyin edildikdən əvvəllər işlədiyi müddətlər sosial sığorta stajına daxil edilməlidir. Bu hal hüququn sonradan yaranması kimi qiymətləndirilə bilməz. Qanunvericilk əmək pensiyasının təyin edilməsini onu almaq hüququnun yaranması ilə şərtləndirir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə aşağıda göstərilənlərə əsasən razılaşmır. “Əmək pensiyaları haqqında” Qanunun 12-ci maddəsinin 2008-ci ildə qüvvədə olan redaksiyasına əsasən əlilliyə görə əmək pensiyası 19 yaşınadək əlil və ya sağlamlıq imkanları məhdud olmuş sığortaolunana 1 il sığorta stajı olduqda, 19 yaşından sonra əlil olmuş sığortaolunana isə 1 il sığorta stajı və əlavə olaraq yaşın üstünə gələn hər tam il üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İşdən görünür ki, xx.xx.1981-ci il təvəllüdlü İddiaçı xx.xx.2008-ci il tarixdən (iddiaçının 27 yaşı olduğu zaman) 2-ci dərəcəli əlillik təyin olunmuşdur. Belə olduğu təqdirdə əlilliyə görə pensiya təyini üçün iddiaçının minimum sığorta stajı 3 il 8 ay (( 1 il + (27-19=8x4=32 ay:12=2 il 8 ay)) təşkil etməlidir. İddiaçının adına açılmış və xx.xx.1997-ci il tarixdə doldurulmuş ******* seriyalı əmək kitabçasından görünür ki, Qubadlı rayon X14 xx.xx.1997-ci il tarixli, 53 nömrəli əmri ilə iddiaçı həmin tarixdə ərizəsinə əsasən idarəyə 4-cü dərəcəli çilingər vəzifəsinə təyin edilmiş, həmin İdarənin xx.xx.2005-ci il tarixli, 65 nömrəli əmri ilə həmin tarixdə işdən azad edilmişdir. “xxxxxxxx” Dövlət X20 İstehsalı və Təchizi üzrə X3 rayon X19 tərəfindən verilmiş arayışda göstərilmişdir ki, İddiaçı 1997-ci ildən 2005-ci ilədək Qubadlı rayon X12 işləmişdir. Həmin arayışa yalnız əmrlər kitabından çıxarış əlavə olunmuş, əmək haqqı cədvəlləri və əmrlər kitabının əsli məhkəməyə təqdim edilməmişdir. Əmrlər kitabından çıxarışda da, arayışda olduğu kimi, iddiaçının xx.xx.1997-ci ildə işə qəbul edlməsi və xx.xx.2005-ci il tarixdə işdən azad edildiyi qeyd edilmişdir. İş materiallarında olan “X21” Qapalı Səhmdar Cəmiyyətinin xx xxxxxxxx 2019-cu il tarixli məktubundan görünür ki, “X21” Qapalı Səhmdar Cəmiyyətinin tabeçiliyində Qubadlı rayon X19 adlı müəssisə heç vaxt mövcud olmamış və İddiaçı adında şəxs QSC-də və ya hər hansı struktur bölməsində işləməmişdir. İş materillarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər X2 Dövlət Qeydiyyatı İdarəsinin xx xxxxxxxx 2019-cu il tarixli məktubundan görünür ki, idarədə olan reyestrdə Azərbaycan Respublikası “xxxxxxxx” Dövlət X20 İstehsalı və İxracı (Təchizi) üzrə İstehsalat Birliyinin və Azərbaycan Respublikası “xxxxxxxx” Dövlət X20 İstehsalı və İxracı (Təchizi) üzrə X6 rayon X19 adlı kommersiya qurumları aşkar edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, “X21” QSC tərəfindən verilmiş məktubda İddiaçı həmin QSC-də və ya hər hansı struktur bölməsində işləmədiyi, QSC-nin tabeliyində Qubadlı rayon X19 adlı müəssisənin mövcud olmadığı qeyd olunduğundan və bu fakt iş materialları ilə təsdiqini tapdığından iddiaçının 1997-2005-ci illər ərzində ləğv edilən Qubadlı rayon X12 işləməsinə dair əmək kitabçasında aparılmış qeydlər düzgün olmamışdır. Kontorun fəaliyyət göstərdiyi illərə dair əmrlər kitabından da görünür ki, iddiaçının xx.xx.1997-ci il tarixdə işə qəbul olunduğu qeyd olunsa da, işə əlavə edilmiş əmək kitabçasında, birinci instansiya məhkəməsinin sorğusuna əsasən əldə edilmiş - iş materiallarının 19-cu vərəqində olan iddiaçının işə qəbul edilməsi barədə Qubadlı rayon X15 əmrində, eləcə də xx.xx.2019-cu il tarixli arayışa əlavə olunmuş əmrlər kitabından çıxarışda isə bu tarixə düzəliş edilərək xx.xx.1997-ci il kimi qeyd olunmuşdur. xx.xx.2019-cu il tarixli arayışa əlavə olunmuş əmrlər kitabından çıxarışda iddiaçının işdən azad edilməsinə dair xx.xx.2005-ci il tarixli 65 nömrəli əmrdən sonra hər hansı qeydiyyatın aparıldığı görünməsə də, əmrlər kitabından görünür ki, həmin səhifədə iddiaçının işdən azad edilməsinə dair əmrin qəbulundan 05 gün sonra, yəni xx.xx.2005-ci il tarixdə 66 saylı əmr qəbul edilmiş, həmin əmrə əsasən, “Azərbaycan Respublikası Prezidentinin “xxxxxxxx” Səhmdar Cəmiyyətinin maye qaz üzrə istehsalat Birliyinin müəssisə və obyektlərinin özəlləşdirilməsi haqqında xx xxxxxx 1997-ci il tarixli 700 nömrəli sərəncamı ilə “xxxxxxxx” SC-nin maye qaz üzrə istehsalat birliyi ləğv edildiyindən, bütün işçilərin tutduqları vəzifədən azad edilməsi barədə qeydiyyat aparılmışdır. Məhkəmə kollegiyası tərəfindən iddiaçının Qubadlı rayon X11 çilingər vəzifəsində işləyib-işləməməsi, işləyibsə hansı müddətdə işləməsi barədə məsələnin araşdırılması məqsədi ilə Azərbaycan Respublikası “xxxxxxxx” İstehsalat Birliyinə sorğu verilmiş və xx xxxxxx 2020-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Qubadlı rayon X14 sənədləri Birliyin arxivinə təhvil verilmədiyindən İddiaçı əmək fəaliyyəti barədə məlumat vermək imkan xaricindədir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, “xxxxxxxx” Səhmdar Cəmiyyətinin Maye Qaz üzrə İstehsal Birliyi və tabeliyində olan Qubadlı rayon X19 xx.xx.1997-ci ildən etibarən ləğv edildiyindən, İddiaçı xx.xx.1997-ci ildən xx.xx.2005-ci ilədək “xxxxxxxx” Dövlət X20 İstehsalı və Təchizi üzrə X3 rayon X12 işləməsi barədə əmək kitabçasında aparılmış qeydlər öz təsdiqini tapmır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2-1(085)-738/2019 saylı qərarı ləğv edilməli və iş üzrə yeni qərar qəbul edilməli, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə (hazırda Dövlət X10 1 saylı regional ərazi filialı) qarşı işlədiyi müddətinin sosial sığorta stajına daxil edilməsi, əlilliyə görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2008-ci il tarixdə təyin edilən əlilliyə görə müavinətlə əlilliyə görə əmək pensiyası arasındakı fərqin hesablanmaqla ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2-1(085)-738/2019 saylı qərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə (hazırda Dövlət X10 1 saylı regional ərazi filialı) qarşı işlədiyi müddətinin sosial sığorta stajına daxil edilməsi, əlilliyə görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2008-ci il tarixdə təyin edilən əlilliyə görə müavinətlə əlilliyə görə əmək pensiyası arasındakı fərqin hesablanmaqla ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Fuad Məmmədov Hakimlər Telman Məmmədov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar