Məhkəmə qərarları › İş №2-1(105)-325/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-325/2025

26.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-325/2025 26.08.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Gurban İbragımovun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər:əlavə vergi məbləğinin hesablanması barədə qərarın qismən ləğv edilməsi) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Gurban İbragımovun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdehin qəbul etdiyi “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuiliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********186326 nömrəli Qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin e-2-1(118)-6015/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuiliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********186326 nömrəli qərarından görünür ki, iddiaçıya 692,212.19 manat manat əlavə vergi məbləği hesablanmış, 348,428.62 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdehin 23 aprel 2025-ci il tarixli, 3-21-2-9/2-88016/2025 nömrəli məktubundan görünür ki, Gurban İbragımov (VÖEN: **********) xx.xx.2017-ci il tarixdə vergi orqanında vergi ödəyicisi kimi qeydiyyata alınmış və 2017-ci il tarixdən hazırki dövrədək gəlir vergisi üzrə bəyannamələr təqdim etmişdir. Təqdim edilmiş 2020-2022 və 2024-cü il üçün gəlir vergisi bəyannamələrində əks olunmuş gəlir və xərclərlə vergi orqanının məlumat bazasında əks olunmuş gəlir və xərclər arasında uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən 2020-ci il üçün təqdim edilmiş gəlir vergisi bəyannaməsində gəlir məbləği 5.879.068,08 manat, xərc məbləği 5.858.668,30 manat qeyd edilsə də, vergi orqanı tərəfindən aparılmış səyyar vergi yoxlamasının nəticələri üzrə gəlir məbləğinin 4.554.138,99 manat, xərc məbləğinin 3.795.115,82 manat olduğu və beləliklə də Gurban İbragımovun öz bəyannaməsində təsdiq edilməyən 1.324.929,19 manat gəlir, 2.063.552,48 manat isə xərc məbləğinin artıq göstərdiyi müəyyən edilmişdir. 2021-ci il üçün təqdim edilmiş gəlir vergisi bəyannaməsində gəlir məbləği 15.881.942,29 manat, xərc məbləği 15.832.732,45 manat qeyd edilsə də, vergi orqanı tərəfindən aparılmış səyyar vergi yoxlamasının nəticələri üzrə gəlir məbləğinin 15.999.353,53 manat, xərc məbləğinin 15.832.732,45 manat olduğu və beləliklə də Gurban İbragımovun öz bəyannaməsində gəlirlər üzrə 117.411,24 manat dövriyyədən yayındığı, 2.499.937,84 manat isə təsdiq edilməyən xərc məbləğini artıq göstərdiyi müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən 2022-ci il üçün təqdim edilmiş gəlir vergisi bəyannaməsində gəlir və xərc məbləği qeyd edilməmiş, vergi orqanı tərəfindən aparılmış kameral vergi yoxlamasının nəticələri üzrə gəlir məbləğinin 421.745,76 manat, xərc məbləğinin 351.454,80 manat olduğu və beləliklə də Gurban İbragımovun öz bəyannaməsində gəlirlər üzrə 421.745,76 manat dövriyyədən yayındığı, 351.454,80 manat isə xərc məbləğini göstərmədiyi müəyyən edilmişdir. 2024-cü il üçün təqdim edilmiş gəlir vergisi bəyannaməsində gəlir məbləği 99.981,36 manat qeyd edilsə də, vergi orqanı tərəfindən aparılmış kameral vergi yoxlamasının nəticələri üzrə gəlir məbləğinin 130.575,88 manat olduğu və beləliklə də Gurban İbragımovun öz bəyannaməsində gəlirlər üzrə 30.594,52 manat dövriyyədən yayındığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qəbul etdiyi “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuiliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********186326 nömrəli Qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin xx.xx.2023-cü il tarixli **********179845 saylı qərarına, Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə dekabr 2020 – noyabr 2023 hesabat dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama xx.xx.2023-cü il tarixdə başlanmış, xx.xx.2024-cü il tarixdə bitmişdir. Nəticəsi isə xx.xx.2024-cü il tarixli **********180055 nömrəli aktla rəsmiləşdirilmişdir. Həmin aktda qeyd edilənlərə əsasən Səyyar vergi yoxlaması 2 halda ümumilikdə 33 gün müddətinə müvəqqəti dayandırılmış, 1 halda isə ümumilikdə 60 gün müddətinə uzadılmışdır. “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan səndlərin təqdim olunması haqqında” xx.xx.2023-ci il tarixli **********179891 nömrəli Tələbnaməyə əsasən əmək haqqı cədvəlləri, bank sənədləri, kassa Z hesabatları, elektron qaimə-fakturalar təqdim edilmiş və buna dair xx.xx.2024-cü il tarixli protokol tərtib edilmişdir. Təqdim edilməyən sənədlərlə bağlı isə xx.xx.2024-cü il tarixli imtina aktı tərtib edilmişdir. Yoxlama zamanı elektron qaimə fakturalara, daxil olmuş bank mədaxillərinə, NKA məlumatlarına əsasən vergi ödəyicisinin dövriyyəsi araşdırılmış və nəticədə yoxlanılan dövr (dekabr 2020 – noyabr 2023) üzrə 25,458.72 manat ƏDVnin az, 4,760.94 manat ƏDV-nin artıq hesablanması, nəticədə 20,697.75 manat ƏDV-nin az hesablanması müəyyən edilmiş və buna görə 12,729.35 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir. Yoxlama zamanı vergi ödəyicisinin gəlirdən çıxılan xərclərini müəyyən etmək mümkün olmadığından 2020-2022-ci illər üzrə gəlir vergisi Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş şərti rentabellik norması əsasında hesablanmış, nəticədə gəlir vergisinin 2020-ci il üzrə 147,724.68 manat, 2021-ci il üzrə 523,469.82 manat az, 2022-ci il üzrə 3,869.29 manat artıq hesablandığı müəyyən edilmişdir. Yoxlama zamanı onun tərəfindən qeyrirezidentə beynəlxalq daşımaya görə 3,400.0 manat ödəniş edildiyi, lakin ödəmə mənbəyində 6% dərəcə ilə 204 manat verginin tutulmadığı müəyyən edilmişdir. Səyyar vergi yoxlamasının nəticəsinə dair xx.xx.2024-cü il tarixli **********186326 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuiliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmiş və həmin qərara əsasən 1. ƏDV üzrə 2021-ci ilə 20,767.94 manat əlavə vergi məbləği hesablanmış və 12,706.48 manat maliyyə sanksiyası tətbiq edilmiş; 2. ƏDV üzrə 2022-ci ilə 45.77 manat əlavə vergi məbləği hesablanmış və 22.89 manat maliyyə sanksiyası tətbiq edilmiş; 3. 2023-cü ildə 115.93 manat ƏDV-nin artıq hesablandığı müəyyən edilmiş; 4. Gəlir vergisi üzrə 2020-ci ilə 147,724.67 manat əlavə vergi məbləği hesablanmış və 73,862.34 manat maliyyə sanksiyası tətbiq edilmiş; 5. Gəlir vergisi üzrə 2021-ci ilə 523,469.81 manat əlavə vergi məbləği hesablanmış və 261,734.91 manat maliyyə sanksiyası tətbiq edilmiş; 6. 2022-ci il üzrə 3,869.29 manat gəlir vergisinin artıq hesablandığı müəyən edilmiş; 7. ÖMV üzrə 2021-ci ilə 204 manat əlavə vergi məbləği hesablanmış və 102 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Beləliklə, xx.xx.2024-cü il tarixli **********186326 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuiliyyətə cəlb edilməsi haqqında” Qərara əsasən iddiaçıya 692,212.19 manat manat əlavə vergi məbləği hesablanmış, 348,428.62 manat maliyyə sanksiyası tətbiq edilmişdir. xx.xx.2024-cü il tarixli **********186326 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuiliyyətə cəlb edilməsi haqqında” Qərarı qanunsuz hesab edir. İş materiallarından göründüyü kimi səyyar vergi yoxlaması Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən təyin edilmişdir. Lakin vergi orqanı yoxlamanın keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli **********179845 saylı qərarda səyyar vergi yoxlamasının hansı əsasla təyin edilməsi barədə hər hansı konkret səbəb göstərməmiş, sadəcə olaraq Vergi Məcəlləsinin müvafiq maddəsinə istinad edilməklə kifayətlənmişdir. Halbuki, Vergi Məcəlləsinin 38.3-cü maddəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir və onlardan biri də vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsidir (Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi). Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının qorunması məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman, həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Əgər inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda Vergi Məcəlləsinin 38.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman, həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də onun inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin yoxlanılmasını da ehtiva edir. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Hazırkı halda, cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə xx.xx.2023-cü il tarixli, **********179845 nömrəli qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (mənbəyi bəlli olan əlaqəli məlumatları) göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır. Vergi Məcəlləsinin 67-ci maddəsindəki ardıcıllığın gözlənilməməsi. Göründüyü kimi, cavabdeh onun təqdim etdiyi gəlir vergisi bəyannamələrində göstərdiyi gəlirdən çıxılan xərclərin sənədlərlə təsdiqini tapmadığına istinadən birbaşa şərti rentabellik norması tətbiq etmişdir. Halbuki Vergi Məcəlləsinin 67.1-ci maddəsinin 2022-ci ilədək qüvvədə olan redaksiyasına görə, bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara şıyaşay) binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini 67.1.1-67.1.9-cu maddələrdə göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Vergi Məcəlləsinin istinad olunan 67.1-ci maddəsinin 2022-ci ilədək qüvvədə olan redaksiyasının məzmunundan göründüyü kimi, vergi ödəyicisinin ödəməli olduğu verginin məbləği ilk əvvəl əlaqəli məlumatlardan istifadə edilməklə müəyyən olunmalıdır. Bundan başqa, Vergi Məcəlləsinin 67.2-ci, 67.3-cü və 67.4-cü maddələrinin 2022-ci ilədək qüvvədə olan redaksiyasına görə, vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı, eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi, fəaliyyət göstərilən ərazi. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Vergi Məcəlləsinin istinad edilən həmin normalarından (67.2-ci, 67.3-cü və 67.4- cü maddələrinin 2022-ci ilədək qüvvədə olan redaksiyasından) göründüyü kimi, vergi ödəyicisi barədə əlaqəli məlumatların mövcud olmadığı halda belə, vergi orqanı ödənilməli verginin məbləğini şərti rentabellik norması əsasında deyil, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin məlumatları əsasında müəyyən etməlidir. Bu qaydalar əsasında verginin müəyyən edilməsinin mümkün olmadığı hallarda, qanunverici tərəfindən son zəruri tədbir qismində şərti rentabellik normasının tətbiqi, yəni şərti vergi məbləğinin (20 faiz ticarət əlavəsi) hesablanması qaydası nəzərdə tutulmuşdur. Beləliklə, Vergi Məcəlləsinin yuxarıda istinad olunan normalarına görə, kameral və səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, vergi orqanının ödənilməli verginin məbləğini vergi ödəyicisinə aid əlaqəli məlumatlardan, belə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda isə, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinə aid vergi orqanında olan məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Lakin hazırkı mübahisəyə münasibətdə cavabdeh vergi məbləğini birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən hesablamışdır. Halbuki, vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı həmin məlumatlardan istifadə etməklə hesablamanı aparmaq haqqına malikdir, lakin bunu həmişə etməyə borclu deyildir. Lakin hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı həm də bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. Nəzərə almaq lazımdır ki, qanunverici tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş sıra ardıcıllığı həmin məqsədlərə xidmət edir və bu məqsədlər baxımından təfsir olunmalıdır. Göstərilənlərə əsasən gəlirin əldə edilməsi ilə bağlı xərclərin sənədlərlə təsdiqini tapmadığına istinadən cavabdeh tərəfindən iddiaçıya münasibətdə şərti rentabelliyin birbaşa tətbiqi əsassız sayılmalıdır. Nəzərə almaq lazımdır ki, həmin normanın müddəalarına görə, əlaqəli məlumatlardan istifadə etməklə hesablama ilə bağlı diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı inzibati orqan tərəfindən mütənasiblik prinsipinin tələblərinə əməl olunmalı, şəxsin hüquqlarına müdaxilə inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmalıdır. Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-943/2024 saylı qərarında da eyni mövqe nümayiş etdirilmişdir. Vergi Məcəlləsinin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilməsinə dair 67.17-ci maddə Vergi Məcəlləsinə xx.xx.2022-ci il tarixdən əlavə edilmişdir. Göründüyü kimi, vergi orqanı 2020-2021-ci illər üzrə gəlir vergisini hesablayan zaman Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş ardıcıllığa riayət etməmişdir. Göstərilənlərə əsasən “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuiliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********186326 nömrəli Qərar inzibati icraat və vergi qanunvericiliyinin tələblərinin cavabdeh tərəfindən pozulması nəticəsində qəbul edildiyindən ləğv edilməlidir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd olunmuşdur ki, vergi orqanının “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********179845 saylı qərarına əsasən fərdi sahibkar İbraqimov Gurbanda (VÖEN **********) xx.xx.2020-ci il tarixdən xx.xx.2023-ci il növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. “Növbəti səyyar vergi yoxlamasının keçirilməsi barədə” Qərar, Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış, “Vergi yoxlamanın keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi barədə” Tələbnamə vergi ödəyicisinə təqdim edilmiş və xx.xx.2023-cü il tarixli **********179891 saylı Tələbnamədə qeyd olunan sənədlərin 15 (on beş) iş günü müddətində yoxlamaya təqdim edilməsi təklif edilmişdir. Yoxlanılan dövr ərzində vergi ödəyicisi digər qruplara daxil edilməyən ixtisasdırılmış topdansatış fəaliyyəti ilə məşğul olmuşdur. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən təqdim ƏDV bəyannamələrində vergiyə cəlb olunan dövriyyə ilə bank əməliyyatları üzrə çıxarış cədvəlləri müqayisə edilərkən fərqlərin olduğu müəyyən edilmişdir. Belə ki, müəyyən edilən dövriyyə məbləğləri vergi ödəyicisinin bəyan etdiyi dövriyyə məbləğləri ilə müqayisə edilmişdir. 2021-ci ilin yanvar ayında yoxlama ilə müəyyən edilən dövriyyə məbləğinin bəyan edilən məbləğindən 585.6 manat az olmuşdur. Artıq bəyan edilən dövriyyəyə görə vergi məbləği 105.41 manat azaldılmışdır. 2021-ci ilin fevral ayında ayında yoxlama ilə müəyyən edilən dövriyyə məbləğinin bəyan edilən məbləğindən 42 085 manat artıq olmuşdur. Azaldılan dövriyyəyə görə vergi məbləği 7575.30 manat hesablama aparılmışdır. 2021-ci ilin mart ayında ayında yoxlama ilə müəyyən edilən dövriyyə məbləğinin bəyan edilən məbləğindən 853.94 manat artıq olmuşdur. Azaldılan dövriyyəyə görə vergi məbləği 153.71 manat hesablama aparılmışdır. 2021-ci ilin aprel ayında yoxlama ilə müəyyən edilən dövriyyə məbləğinin bəyan edilən məbləğindən 432.26 manat az olmuşdur. Artıq bəyan edilən dövriyyəyə görə vergi məbləği 77.81 manat azaldılmışdır. 2021-ci ilin iyun ayında ayında yoxlama ilə müəyyən edilən dövriyyə məbləğinin bəyan edilən məbləğindən 18210.15 manat artıq olmuşdur. Azaldılan dövriyyəyə görə vergi məbləği 3277.83 manat hesablama aparılmışdır. 2021-ci ilin iyul ayında yoxlama ilə müəyyən edilən dövriyyə məbləğinin bəyan edilən məbləğindən 3601.7 manat az olmuşdur. Artıq bəyan edilən dövriyyəyə görə vergi məbləği 648.31 manat azaldılmışdır.2021-ci ilin avqust ayında ayında yoxlama ilə müəyyən edilən dövriyyə məbləğinin bəyan edilən məbləğindən 30507.99 manat artıq olmuşdur. Azaldılan dövriyyəyə görə vergi məbləği 5491.44 manat hesablama aparılmışdır. 2021-ci ilin sentyabr ayında ayında yoxlama ilə müəyyən edilən dövriyyə məbləğinin bəyan edilən məbləğindən 47492.04 manat artıq olmuşdur. Azaldılan dövriyyəyə görə vergi məbləği 8548.57 manat hesablama aparılmışdır. 2021-ci ilin noyabr ayında ayında yoxlama ilə müəyyən edilən dövriyyə məbləğinin bəyan edilən məbləğindən 2033.9 manat artıq olmuşdur. Azaldılan dövriyyəyə görə vergi məbləği 366.1 manat hesablama aparılmışdır. 2021-ci ilin dekabr ayında yoxlama ilə müəyyən edilən dövriyyə məbləğinin bəyan edilən məbləğindən 21186.12 manat az oimuşdur. Artıq bəyan edilən dövriyyəyə görə vergi məbləği 3813.5 manat azaldılmışdır. 2022-ci ilin yanvar ayında ayında yoxlama ilə müəyyən edilən dövriyyə məbləğinin bəyan edilən məbləğindən 254.25 manat artıq olmuşdur. Azaldılan dövriyyəyə görə vergi məbləği 45.77 manat hesablama aparılmışdır. 2023-cü ilin avqust ayında yoxlama ilə müəyyən edilən dövriyyə məbləğinin bəyan edilən məbləğindən 644.06 manat az olmuşdur. Artıq bəyan edilən dövriyyəyə görə vergi məbləği 115.93 manat azaldılmışdır. Ümumilikdə ƏDV üzrə Vergi Məcəlləsinin 159.1 -ci, 166-cı maddələrinə əsasən 20 697.75 manat hesablama aparılmış, Vergi Məcəlləsinin müvafiq maddəsinə əsasən isə 12 729.35 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Fərdi sahibkar İbraqimov Qurbanın fəaliyyətinin araşdırılması zamanı yoxlama ilə əhatə olunan dövr ərzində təsərrüfat mallarının (santexnika malları, mətbəx əşyaları, avto ehtiyat hissələri, keramik qablar, kombilər və.s) pərakəndə və topdan satışı fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmişdir. İbraqimov Gurban xx.xx.2021-ci il tarixindən riskli vergi ödəyicisi siyahısına daxil edilmişdir. Vergi ödəyicisi tərəfindən kassa metodu ilə təqdim edilmiş 2020-ci ilin gəlir vergisi bəyannaməsində ümumi gəlirləri 5 879 068.08 manat, cəmi gəlirdən çıxılan xərcləri 5 858 668.30 manat, vergitutma məqsədləri üçün gəliri 20 399.78 manat vergi məbləği 4 079.96 manat olmuşdur. Vergi Məcəlləsinin 131-ci maddəsinə əsasən kassa metodu ilə uçot aparan vergi ödəyicisi gəliri əldə edəndə və ya gəlir onun sərəncamına veriləndə, bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır. Vergi ödəyicisinin gəlirlərinin yoxlanılması zamanı fərdi sahibkarın 2020-ci ildə elektron qaimə-faktura əsasında təqdim edilən mal (iş və xidmətlərin) dəyəri 57 750 manat (ƏDV-siz), bank hesablaşma hesabına mədaxil olan məbləğ 125 611,7 manat, nəzarət kassa aparatı ilə təqdim edilmiş mal (iş və xidmətlərin) dəyəri isə 4 428 527,29 manat olmuşdur. Vergi orqanında olan uçot- baza məlumatlarına əsasən vergi ödəyicisinin təsdiqlənən dövriyyəsi 4 554 138,99 manat olmuşdur. Nəticədə bank hesabına daxil olan məbləğlərə və nəzarət kassa aparatı ilə təsdiqlənən dövriyyə ilə vergi ödəyicisinin bəyan etdiyi dövriyyə arasında (5 879 068,08 - 4 554 138,99) = 1324 929,09 manat fərq müəyyən edilmişdir.Müəyyən edilən fərq sənədlərlə təsdiqini tapmadığından həmin məbləğ dövriyyə məbləğindən azaldılmışdır. Vergi ödəyicisinin satışlarının çeşidlənməsi zamanı kassa məlumatlarına əsasən “santexnika malları, avto ehtiyat hissələri, kombi, çaynik, ərik qurusu, kosmetika, keramik qablar, şüşə qablar və.s” satışının həyata keçirildiyi müəyyən edildi. Vergi ödəyisinin gəlirləri müəyyən edildikdən sonra Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən xərcləri yoxlanılmışdır. Belə ki, vergi ödəyicisinin alışları yük gömrük bəyannamələrinə əsasən formalaşmışdır. Vergi ödəyicisi malları əsasən “Çin, İran, Türkiy, BƏƏ, Gürcüstan ölkələrindən əldə etmişdir. Vergi ödəyicisi tərəfindən yoxlamaya mal-material hesabatı təqdim edilməmişdir. Mal-material hesabatı yoxlamaya təqdim edilmədiyi üçün vergi ödəyicisinin əldə etdiyi malların aylar və ya illər üzrə maya dəyərini müəyyən etmək mümkün olmamışdır....M = G x R : (100+R) M - Vergiyə cəlb olunmalı mənfəət məbləği G - Vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir R - Şərti rentabellik normasıdır və bu norma 20 % səviyyəsində götürülür. M 2020 = 4 554 138,99 x 20 / 120 = 759 023,16 manat Nəticədə yoxlama ilə vergi ödəyicisinin cəmi gəlirləri 4 554 138,99 manat, cəmi xərcləri 3 795 115.83 manat, vergitutma məqsədləri üçün mənfəəti 759 023.16 manat, vergi məbləği 151 804.63 manat olmuşdur. Vergi ödəyicisi tərəfindən bəyan edilən 4079.96 manat vergi məbləği çıxıldıqdan sonra Vergi Məcəlləsinin 83.9-cu, 67.14-cü, 104-cü, 105.1-ci, 108-ci, 109-cu, 121-ci, 134-cü, 135-ci, 136-cı maddələrinə əsasən 147 724.68 manat vergi hesablansın, Vergi Məcəlləsinin 58.1 - ci maddəsinə əsasən 73 862.34 manat maliyyə sanksiyası tətbiq edilmişdir.Vergi ödəyicisi tərəfindən kassa metodu ilə təqdim edilmiş 2021-ci ilin gəlir vergisi bəyannaməsində ümumi gəlirləri 15 881 942.29 manat, cəmi gəlirdən çıxılan xərcləri 15 832 732.45 manat, vergitutma məqsədləri üçün gəliri 49 209.84 manat vergi məbləği 9 841.97 manat olmuşdur. Vergi Məcəlləsinin 131-ci maddəsinə əsasən kassa metodu ilə uçot aparan vergi ödəyicisi gəliri əldə edəndə və ya gəlir onun sərəncamına veriləndə, bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır. Vergi ödəyicisinin gəlirlərinin yoxlanılması zamanı fərdi sahibkarın 2021-ci ildə elektron qaiməfaktura əsasında təqdim edilən mal (iş və xidmətlərin) dəyəri 451 520 manat (ƏDV-siz), bank hesablaşma hesabına mədaxil olan məbləğ 549 482 manat, nəzarət kassa aparatı ilə təqdim edilmiş mal (iş və xidmətlərin) dəyəri isə 15 449 871.53 manat olmuşdur. Vergi orqanında olan uçot-baza məlumatlarına əsasən vergi ödəyicisinin təsdiqlənən dövriyyəsi 15999353,53 manat olmuşdur. Nəticədə bank hesabına daxil olan məbləğlərə və nəzarət kassa aparatı ilə təsdiqlənən dövriyyə ilə vergi ödəyicisinin bəyan etdiyi dövriyyə arasında (15 881 942.29 - 15 999 353,53) = - 117411,24 manat fərq müəyyən edilmişdir.Vergi ödəyicisi tərəfindən az bəyan edilən dövriyyə fərqi yoxlama ilə bərpa edilmişdir. Vergi ödəyicisinin satışlarının çeşidlənməsi zamanı kassa məlumatlarına əsasən “santexnika malları, avto ehtiyat hissələri, kombi, mebel, ət, qazan dəstləri, keramik qablar, şüşə qablar, ayaqqabı, meyvə quruları və.s” satışının həyata keçirildiyi müəyyən edildi. 2021-ci ildə Vergi ödəyisinin gəlirləri müəyyən edildikdən sonra Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən xərcləri yoxlanılmışdır.Belə ki, vergi ödəyicisinin alışları yük gömrük bəyannamələrinə əsasən formalaşmışdır. Vergi ödəyicisi malları əsasən “Çin, İran, Türkiyə, BƏƏ, Gürcüstan ölkələrindən əldə etmişdir. Vergi ödəyicisi tərəfindən yoxlamaya mal-material hesabatı təqdim edilməmişdir. Mal-material hesabatı yoxlamaya təqdim edilmədiyi üçün vergi ödəyicisinin əldə etdiyi malların aylar və ya illər üzrə maya dəyərini müəyyən etmək mümkün olmamışdır. Həmçinin idxal edilən malların çeşid sayının çox olması və eyni zamanda malların ölçülərini müxtəlif olması, müxtəlif göstəricilərdə malik olması, hər malın göstəricilərinə müvafiq qiymətlərinin dəyişkən olması səbəbindən yoxlama ilə idxal edilən malların mal-material hesabatı formasında tərtib edilməsi və satışlarla üzləşdirilməsi mümkün olmamışdır. ....gəlirə görə şərti rentabellik norması əsasında aşağıdakı üsuldan istifadə edilməklə müəyyən edilmişdir. M = G x R : (100+R) M - Vergiyə cəlb olunmalı mənfəət məbləği G - Vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir R - Şərti rentabellik normasıdır və bu norma 20 % səviyyəsində götürülür. M 2021 = 15 999 353,53 x 20 / 120 = 2 66 558.92 manat Nəticədə yoxlama ilə vergi ödəyicisinin cəmi gəlirləri 15 999 353,53 manat, cəmi xərcləri 13 332 794,61 manat, vergitutma məqsədləri üçün mənfəəti 2 666 558.92 manat, vergi məbləği 533 311,78 manat olmuşdur. Vergi ödəyicisi tərəfindən bəyan edilən 9841.97 manat vergi məbləği çıxıldıqdan sonra Vergi Məcəlləsinin 83.9-cu, 67.14-cü, 104-cü, 105.1 -ci, 108-ci, 109-cu, 121 -ci, 134-cü, 135-ci, 136-cı maddələrinə əsasən 523 469.82 manat vergi hesablanış, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 261 734.91 manat maliyyə sanksiyası tətbiq edilmişdir.Vergi ödəyicisi tərəfindən kassa metodu ilə təqdim edilmiş 2022-ci ilin gəlir vergisi bəyannaməsində ümumi gəlirləri 537 824.28 manat, cəmi gəlirdən çıxılan xərcləri 448 186.90 manat, vergitutma məqsədləri üçün gəliri 49 209.84 manat vergi məbləği 9841.97 manat olmuşdur. Vergi Məcəlləsinin 131-ci maddəsinə əsasən kassa metodu ilə uçot aparan vergi ödəyicisi gəliri əldə edəndə və ya gəlir onun sərəncamına veriləndə, bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır. Vergi ödəyicisinin gəlirlərinin yoxlanılması zamanı fərdi sahibkarın 2022-ci ildə elektron qaiməfaktura əsasında mal (iş və xidmət) təqdimetməsi olmamış, bank hesablaşma hesabına mədaxil satışla bağlı mədaxil məbləğ olmamış, nəzarət kassa aparatı ilə təqdim edilmiş mal (iş və xidmətlərin) dəyəri isə 421 745.76 manat olmuşdur. Vergi orqanında olan uçotbaza məlumatlarına əsasən vergi ödəyicisinin təsdiqlənən dövriyyəsi 421 745.76 manat olmuşdur. Nəticədə nəzarət kassa aparatı ilə təsdiqlənən dövriyyə ilə vergi ödəyicisinin bəyan etdiyi dövriyyə arasında (537 824.28 - 421 745.76) = 116 078.52 manat fərq müəyyən edilmişdir. Müəyyən edilən fərq sənədlərlə təsdiqini tapmadığından həmin məbləğ dövriyyə məbləğindən azaldılmışdır. Vergi ödəyicisinin satışlarının çeşidlənməsi zamanı kassa məlumatlarına əsasən “keramik qablar və ət” satışının həyata keçirildiyi müəyyən edildi. Vergi ödəyicisinin 2022-ci ildə kassa məlumatlarına əsasən 387423.73 manat məbləğində ət satışının olmasına baxmayaraq, həmin dövr ərzində vergi ödəyicisinin ət alışı olmamışdır. 2022-ci ildə Vergi ödəyisinin gəlirləri müəyyən edildikdən sonra Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən xərcləri yoxlanılmışdır. Vergi Məcəlləsinin 83.9 maddəsinə və Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən (04 aprel 2003-cü il tarixli 42 saylı qərarı ilə edilmiş əlavə və dəyişikliklər nəzərə alınmaqla) gəlirə görə şərti rentabellik norması əsasında aşağıdakı üsuldan istifadə edilməklə müəyyən edilmişdir. M = G x R : (100+R) M - Vergiyə cəlb olunmalı mənfəət məbləği G - Vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir R - Şərti rentabellik normasıdır və bu norma 20 % səviyyəsində götürülür. M 2022 = 421 745.76 x 20 / 120 = 70 290.96 manat Nəticədə yoxlama ilə vergi ödəyicisinin cəmi gəlirləri 421 745.76 manat, cəmi xərcləri 351454,8 manat, vergitutma məqsədləri üçün mənfəəti 70 290.96 manat, vergi məbləği 14 058.19 manat olmuşdur. Vergi ödəyicisi tərəfindən bəyan edilən 17 927.48 manat vergi məbləği çıxıldıqdan sonra Vergi Məcəlləsinin 83.9-cu, 67.14-cü, 104- cü, 108-ci, 109-cu, 121 -ci, 134-cü, 135-ci, 136-cı maddələrinə əsasən vergi ödəyicisi tərəfindən vergilərin 3 869.28 manat artıq hesablandığı müəyyən edilmişdir. Beləliklə, səyyar vergi yoxlaması zamanı mənfəət vergisinin 3.49 manat azaldıldığı, 3564 manat artıq hesablandığı müəyyən edildi və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən azaldılmış verginin 50%-i, yəni 1.75 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. Eyni zamanda vergi ödəyicisi özünü müdafiə üçün xx.xx.2022-ci il, **********154805 nömrəli Səyyar vergi yoxlaması aktına etiraz ilə bağlı xx.xx.2022-ci il tarixli **********858500 və **********865100 saylı məktublar ilə müraciət etmiş və səyyar vergi yoxlaması aktı ilə və hesablanmış vergilərlə razı olmadığını bildirmişdir. Belə ki, vergi ödəyicisi müəssisənin fəaliyyətində Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsinə etiraz etmişdir. Yoxlama Baş İdarənin xx.xx.2021 ci il tarixli **********047800 saylı xidməti məlumatı əsasında keçirilmiş vizual müşahidə baxış zamanı müəssisənin yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsinə baxmayaraq təqdim olunan vergi bəyannamələrində göstərilən məlumatlar arasındakı uyğunsuzluqların mövcudluğu və nəticədə vergidənyayınma risklərinin olması səbəbindən Vergi Məcəlləsinin 38.3.5 maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. ÖMV- üzrə Vergi Məcəlləsinin 125.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisənin və ya sahibkarın ödəmələrindən 6 % dərəcə ilə vergi tutulur. Bank hesablarının araşdırılması zamanı fiziki şəxs İbragimov Gurban tərəfindən beynəlxalq daşınmalar həyata keçirən "X4 Nakliyeci" şirkətinə 2021-ci ilin sentyabr ayında 3400.0 manat (2,0 min ABŞ dolları) ödəniş etmiş, lakin qeyri-rezidentin gəlirindən ödəmə mənbəyində 6% ÖMV hesablanmamışdır. Yoxlama ilə Vergi Məcəlləsinin 125.1.4-cü maddəsinə əsasən köçürülən ödənişlərə görə 204 manat hesablama aparılsın, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 102 manat maliyyə sanksiyasının tətbiq edilmişdir. Fiziki şəxs İbragimov Gurban (VÖEN-**********) növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış, vergi yoxlamanın keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi barədə Vergi Məcəlləsinin 42-ci maddəsinə əsasən Tələbnamə vergi ödəyicisinin nümayəndəsinə təqdim edilmiş və Tələbnamədə qeyd olunan sənədlərin 15 (on beş) iş günü müddətində yoxlamaya təqdim edilməsi təklif edilmişdir. xx.xx.2023-cü il tarixli **********179891 nömrəli tələbnamədə göstərilən sənədlərdən xx.xx.2020- xx.xx.2023-cü il dövrləri üzrə ilkin mühasibat sənədləri, 01,01.2020-ci (gəlir vergisi məqsədləri üçün), xx.xx.2020- ci, xx.xx.2021 -ci, xx.xx.2022-ci və xx.xx.2023-cü il tarixlərinə anbar qalıqları (mal çeşidləri üzrə adlı siyahı) mallar üzrə dəyəri göstərilməklə malların alış-satış sənədləri, kalkulyasiya məlumatları, iş və xidmətlərin alışsatış sənədləri, ayrı-ayrı fiziki və hüquqi şəxslərlə bağlanmış iş xidmət, əmək müqavilələri, yoxlanılan dövr üzrə bank sənədləri, qaimələr, əmək haqqı cədvəlləri, kredit müqavilələri, amortizasiya cədvəlləri, 2020, 2021, 2022-ci il gəlir vergisi bəyannamələrinin xərclər bölməsinin müvafiq sətrlərində qeyd olunan xərclərin, həmçinin gəlirlər bölməsində bəyan edilən gəlirin təsdiq edici sənədləri (e-qaimələr və s.), malların aylar və illər üzrə hərəkəti cədvəli,həmçinin debitor borcların dövriyyə qalıq cədvəlləri vergilərin, MDSS, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması üçün zəruri olan digər sənədlər (həmçinin elektron fayllarda) təqdim edilməsi tələb olunmuşdur. Vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilən əmək haqqı cədvəlləri, bank sənədləri, kassa Z hesabatları, təqdim edilən elektron qaimə-fakturalarla bağlı Vergi Məcəlləsinin 23- 43 mədələrinə əsasən götürülmüşdür. Vergi ödəyicisi tərəfindən tələbnamədə müəyyən edilən, tərtib edilməyən və təqdim edilməyən mal-material hesabatı, kassa məlumatlarının açılışı, malların əldə edilməsi ilə bağlı (daşınma, sığorta, yüklənmə, boşaldılma və.s xərclər) və digər zəruri olan sənədlərlə bağlı Vergi Məcəlləsinin 42.2-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixlərdə imtina aktı və izaat tərtib edilmiş və bir nüsxəsi vergi ödəyicisinə təqdim edilmişdir. 2 saylı Ərazi Vergilər Baş İdarəsi Fiziki şəxs X1 (VÖEN-**********) aparılan səyyar vergi yoxlaması keçirilərkən yoxlamanın predmetinə aid olan və vergilərin hesablanması üçün tələb olunan sənədlərin götürülməsi üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 43-cü maddəsini əsas tutularaq xx.xx.2024-cü il tarixli **********180592 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərar qəbul edilmişdir. Qərarın bir nüsxəsi vergi ödəyicisinə əlbəəl təqdim edilmişdir. Tələb olunan sənədlərdən xx.xx.2024-cü il tarixdə yoxlanılan dövr üzrə kassa Z hesabatları (aylar üzrə), YGB üzrə bəyənnamə sənədləri, invoys sənədlərinin götürülməsi həyata keçirildi. Götürülən sənədlərlə bağlı Vergi Məcəlləsinin 43.8-ci maddəsinə əsasən 02.002.2024-cü il tarixli 01 nömrəli Sənədlərin və nümumə kimi əşyaların götürülməsi haqqında Protokol tərtib olundu. Tərtib edilmiş protokolun bir nüsxəsi əlbəəl vergi ödəyicisinin səlahiyyətli nümayəndəsinə təqdim edilmişdir. Vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi tərəfindən yoxlamanın aparılması üçün zəruri olan sənədlər, yəni mal-materialların aylar üzrə hərəkəti cədvəlləri, kassa məlumatlarının açılışı, mallarla bağlı təhvil-təslim aktları və zəruri olan digər sənədlər təqdim edilmədiyindən Vergi Məcəlləsinin 43.10-cu maddəsinə əsasən xx.xx.2024-cü il tarixdə Sənədlərin və nümunə kimi əşyaların götürülməsindən imtina haqqında Protokol tərtib olundu. Protokolun bir nüsxəsi vergi ödəyicisinin səlahiyyətli nümayəndəsinə xx.xx.2024- cü il tarixdə əlbəəl formasında təqdim edilmişdir...Vergi ödəyicisinin vergi orqanında olan aktiv təsərrüfat subyektlərində, Abşeron rayonu Fatmayi kəndi Qara-Qarayev küçəsində yerləşən (anbar-icarə sahəsi) və Mehtiabad qəsəbəsi ünvanında yerləşən Şərab evi, Xingəlxana,1001 xırdavat obyektlərində xx.xx.2024-cü il tarixində baxış keçirilmişdir. Keçirilən baxış zamanı vergi ödəyicisinin təsərrüfat subyektlərində Heç bir mal-matrial və hazır məhsul aşkar edilmədi.(Obyektin video və foto şəkilləri çəkilmişdir).Keçirilmiş baxışın nəticəsi olaraq xx.xx.2024-cü il tarixdə vergi ödəyicinin ərazisinə,binalarına, habelə sənədlərinə və əşyalarına baxışın keçrilməsi haqqında Protokol tərtib edilmişdir.Vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi Vergi Məcəlləsinin 39.5-ci maddəsinə əsasən, səyyar vergi yoxlaması aktına baxılma, eləcə də müraciətlərdə qeyd olunan məsələlərin müzakirəsi üçün xx.xx.2024-cü il tarixli **********287200 nömrəli məktubla vergi orqanına dəvət olunmuş, lakin vergi ödəyicisi göstərilən ünvana gəlməmişdir. Yoxlama xx.xx.2024-cü il tarixli **********178835 nömrəli “Səyyar vergi yoxlaması aktı” ilə rəsmiləşdirilmiş və həmin akta əsasən “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********186326 nömrəli Qərar qəbul edilmişdir.Mübahisələndirilən qərar qanunvericiliyə əsasən düzgün qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin e-2-1(118)-6015/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən iddiaçı İBRAGİMOV GURBAN barəsində qəbul etdiyi “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuiliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********186326 nömrəli qərarın ləğv edilməsi qərara alınmışdır (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023cü il tarixli **********179845 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərara əsasən iddiaçı İbragımov Gurban üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən dekabr 2020 – noyabr 2023 hesabat dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Qeyd olunan qərarda təyin edilmənin əsası kimi “təqdim edilmiş mallar üzrə bəyan edilmiş ticarət əlavəsinin vergi orqanlarında mövcud olan uçot-baza məlumatlarına əsasən daha yüksək müəyyən edilməsi” qeyd edilmişdir. Bununla bağlı cavabdeh vergi orqanı səyyar vergi yoxlamasının hansı əsasla təyin edilməsi barədə konkret səbəb göstərməmiş, sadəcə olaraq Vergi Məcəlləsinin müvafiq maddəsinə istinad etməklə və vergi ödəyicisinin təqdim etdiyi mallar üzrə ticarət əlavəsinin uçot-baza məlumatları ilə müqayisədə aşağı olmasını qeyd etməklə kifayətlənmişdir. Başqa sözlə desək, qərarda iddiaçının bəyan etdiyi ticarət əlavəsinin vergi orqanlarında mövcud olan göstəricilərdən hansı həcmdə və məbləğdə fərqlənməsinə, qeyd olunan fərqin vergilərin azaldılmasına (gizlədilməsinə) hansı formada təsir etməsinə, müəyyən edilən kənarlaşmanın təxirəsalınmaz şəkildə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsini hansı səbəbdən zəruri etməsinə dair hər hansı əsaslandırma həyata keçirilməmişdir. Hazırkı halda, cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə xx.xx.2023-cü il tarixli, **********179845 nömrəli qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə və “ticarət əlavəsinin aşağı olması” barədə ümumi sözlərlə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (mənbəyi bəlli olan əlaqəli məlumatları) göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır. Digər yandan, yoxlamanın təyin edilməsi barədə qərarda səbəb qismində ticarət əlavəsinin uçot-baza məlumatları ilə müqayisədə aşağı olması göstərilsə də, daha sonra yoxlama zamanı bununla bağlı hər hansı araşdırma aparılmamış və qeyd olunan hal ilə bağlı hər hansı kənarlaşma aşkar edilməmişdir. Bu isə o deməkdir ki, cavabdeh vergi orqanı növbədənkənar səyyar vergi yoxlamasını formal əsaslarla təyin etmişdir ki, bu da qanunvericiliyin yuxarıda göstərilən əsaslarına zidd olmuşdur. Yuxarıda qeyd olunanların birgə təhlilinə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinə qanuni əsas olmamışdır. Cavabdeh mal-material hesabatının olmamasına istinad edərək, iddiaçıya münasibətdə birbaşa şərti rentabellik normasını tətbiq etməkdə haqlı olmamışdır. Vergi Məcəlləsinin yuxarıda istinad olunan normalarına görə, səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisinə aid əlaqəli məlumatlardan, belə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda isə, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinə aid vergi orqanında olan məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Lakin hazırkı mübahisəyə münasibətdə cavabdeh vergi məbləğini birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən hesablamışdır. Gəlirin əldə edilməsi ilə bağlı xərclər barədə sənədlərin iddiaçı tərəfindən tam təqdim edilmədiyinə istinadən cavabdeh tərəfindən iddiaçıya münasibətdə 2020-2021-ci illərə şərti rentabelliyin tətbiqi nəticəsində gəlir vergisi üzrə əlavə vergi məbləğinin hesablanması əsassız sayılmalıdır. Nəzərə almaq lazımdır ki, həmin normanın müddəalarına görə, əlaqəli məlumatlardan istifadə etməklə hesablama ilə bağlı inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı mütənasiblik prinsipinin tələblərinə əməl olunmalı, şəxsin hüquqlarına müdaxilə inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmalıdır. Bundan başqa qeyd edilməlidir ki, xx.xx.2024-cü il tarixli **********186326 nömrəli məsuliyyət qərarının əsasında duran növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinə qanuni əsas olmadığından, bununla da, mübahisələndirilən qərar qanunsuz olduğundan, nəticə etibarilə həmin yoxlamanın nəticəsində digər vergilər – ödəmə mənbəyində tutulan vergi və əlavə dəyər vergisi üzrə hesablanmış əlavə vergi məbləğlərinin də düzgünlüyü öz təsdiqini tapmır. Göstərilənlərə əsasən “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuiliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024- cü il tarixli **********186326 nömrəli Qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmədiyindən həmin qərar ləğv edilməlidir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə qərarında qeyd edir ki, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Məhkəmə iş üzrə tətbiq edilməli olmayan maddi hüquq normasını iş üzrə tətbiq etmişdir. Səyyar vergi yoxlamalarının təhlili və təşkili şöbəsi xx.xx.2023-cü il tarixli **********404700 nömrəli xidməti məktub yazaraq İbrahimov Gurbanda vergi və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünü yoxlanılması məqsədi ilə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixdən 30.11,2023-ci il tarixədək olan dövr üzrə olan vergi dövrünün yoxlanılmalı olduğunu bildirmişdir. Məhkəmə prosessual fəallıq prinsipinə uyğun olaraq obyektiv həqiqətin müəyyən edilməsi üçün yoxlayıcını şahid qismində dəvət edib dindirməli olduğu halda dindirməmişdir. Qeyd olunan sübutlar məhkəməyə təqdim edilsə da məhkəmə qərarında bunları nəzərə almamışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmənin hüquqi mövqeyi və gəldiyi qənaət işin faktiki hallarına uyğun olmadığı üçün nəticə qanuni və əsaslı hesab edilə bilməz. Həmçinin, məhkəmə qəbul etdiyi qərarında qeyd etmişdir ki, cavabdeh vergi orqanı şərti rentabellik norması tətbiq etməklə Vergi Məcəlləsinin 67-ci maddəsində sadalanan ardıcıllığı gözləməmişdir. İlk növbədə qətiyyətlə bildirilir ki, tarixin heç bir dövründə Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulan üsulların tətbiqi ardıcıllığı nəzərdə tutulmamışdır. Bu normanı yanlış şərh edən məhkəmələr qanunsuz və əsassız olaraq yanlış təcrübə formalaşdırmışlar. Digər tərəfdən səyyar vergi yoxlaması keçirilən zamanı sənədlər yoxlamaya təqdim edilmədikdə və yaxud mühasibat uçotu müəyyən edilmiş qaydada aparılmadıqda cavabdeh tərəfindən əlaqəli məlumatlardan istifadə etməklə vergiləri hesablamaq hüququ nəzərdə tutulmuşdur. İlk olaraq belə əlaqəli ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Məhkəmə mübahisə üzrə əsassız olaraq gəldiyi mövqeyini müdafiə etmək üçün Vergi Məcəlləsinin 67-ci maddəsinin tətbiqinin mümkünlüyünü, o cümlədən əlaqəli məlumatlardan istifadə etməklə, eləcə də analoji fəaliyyət növü ilə məşğul olan vergi ödəyicisinə aid məlumatlara istinadən ödənilməli verginin məbləğinin hesablanması qaydasının tətbiqini istisna edən əsasların açıqlanmadığı kimi absurd dəlillər gətirmişdir. Məhkəmə qəbul etdiyi qərarında qeyd etmişdir ki, cavabdeh veri orqanı iş üzrə mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu, başqa sözlə, səyyar vergi yoxlaması zamanı malların əskik gəlməsi və ya mal-material uçotunun aparılmaması halı sübut edə bilməmiş və bununla belə “İnzibati icraat haqqında” Qanunun tələblərinə zidd əsaslandırılmamış qərar qəbul etmişdir. Yuxarıda qeyd olunduğu kimi məhkəmə tərəfindən qeyd olunan hissələrdə iddia təmin edilsə da, məhkəmə tərəfindən heç bir araşdırma aparılmamış, qərarda münasibət bildirilməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etirazda “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuiliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********186326 nömrəli Qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuiliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********186326 nömrəli Qərarının ÖMV və ona uyğun təsdiqlənmiş maliyyə sanksiyası istisna olmaqla, qalan hissədə ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, öz izahatında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla, iddianın təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Vergilər Məcəlləsi Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; ... Maddə 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə; ... 24.1.12. bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə vergi orqanlarının təyinatına uyğun olaraq müəyyən edilmiş digər vəzifələri həyata keçirməyə borcludur. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.1. verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə; 38.3.2. vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə. 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə 39.1. Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. 39.2. Vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. 49.2. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. 49.5. Vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank və digər ödəniş hesablarındakı vəsaitlər, o cümlədən bank və digər ödəniş hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar;[482] 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar 153.1. Əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir 159.2. Bu fəslin müddəalarına uyğun olaraq vergidən azad edilən malların göndərilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən başqa, müstəqil sahibkarlıq fəaliyyəti və ya hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti çərçivəsində malların göndərilməsi, işlər görülməsi və xidmətlərin göstərilməsi, onlar bu Məcəllənin 167-ci və ya 168-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, vergi tutulan əməliyyatlar sayılır. Bu Məcəllənin 168-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda xidmətlər göstərilməsi və ya işlər görülməsi vergi tutulan əməliyyatlara daxil edilmir 161.1. Vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir 166.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. 166.7. Bu maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin məbləğinin ödənilməsi nəzərdə tutulur (xx.xx.2024-cü il tarixədək qüvvədə olmuş redaksiyası) 174.1. Bu Məcəllənin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqlə müəyyən olunur 173.1. ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir. 173.2. Vergi tutulan dövriyyə hesabat dövrü ərzində vergi tutulan əməliyyatların ümumi dəyərindən ibarətdir. 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərinin qarşılıqlı şəkildə əvəzləşdirilməsi və ya notariusun depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə əməliyyatın dəyərinin notariusun bankda açdığı depozit hesabına ödənilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir

178. ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı iddianın təmin edilmiş hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Hazırki iş üzrə iddiaçı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuiliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********186326 nömrəli Qərarının ÖMV və ona uyğun təsdiqlənmiş maliyyə sanksiyası hissəsi istisna olmaqla qalan hissəsini mübahisələndirir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində qəbul etdiyi həmin qərara əsasən 2020- 2021-2022-ci il üzrə 20813,71 manat əlavə ƏDV vergisi və həmin vergi üzrə 12729,37 manat maliyyə sanksiyası, 2020-2021-ci illər üzrə ümumilikdə 671194,48 manat gəlir vergisi və ona 335597,25 manat maliyyə sanksiyası, 2021-ci il üzrə 204 manat ÖMV və ona 102 manat maliyyə sanksiyası hesablanmışdır. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh tərəfindən iddiaçı barəsində mübahisə premdeti olan qərar məhz növbədənkənar səyyar vergi yoxlamasının nəticəsində qəbul edilmişdir. Vergi qanunvericiliyində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsaslar dəqiq müəyyən edilmişdir. Hazırki iş üzrə cavabdeh inzibati orqan iddiaçı barəsində qeyd edilən yoxlamanın keçirilməsinin əsası kimi “vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsi (VM-in 38.3.5-ci maddəsi)” əsasına istinad etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh vergi orqanı müvafiq yoxlamanın həyata keçirilməsi əsası ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş, yoxlamanın keçirilməsi barədə qərarda formal olaraq vergi qanunvericiliyin norması ifadə edilmiş, nəticə etibarilə həmin əsasın mövcudluğu müəyyən edilməmişdir. Halbuki, müvafiq yoxlamanın keçirilməsini zəruri edən əsaslara dair sübut təqdim etmək məhz cavabdehin vəzifəsi olmuşdur. Başqa sözlə desək, cavabdeh vergi orqanı həmin yoxlamanın zəruriliyini şərtləndirən hallarımənbəyi bəlli olan əlaqəli məlumatların nədən ibarət olmasını açıqlamamışdır. Bu hal isə qanunvericiliyin tələbinə zidd olmuşdur. Bundan əlavə, kollegiya onu qeyd edir ki, sözügedən qərar məhz cavabdeh vergi orqanı tərəfindən aparılmış inzibati icraatın nəticəsi olaraq ortaya çıxmışdır. İndiki halda cavabdeh vergi orqanı müvafiq qərarda yalnız Vergi Məcəlləsinin normasını qeyd etsə də, həmin əsasın aid olduğu inzibati icraat materiallarını (əlaqəli məlumatların nədən ibarət olmasına, necə əldə edilməsinə, hansı məlumatlar olmasına və s.) məhkəməyə təqdim etməklə də, həmin əsasa aydınlıq gətimək imkanına malik olsa da, bununla bağlı heç bir sübut məhkəməyə təqdim edilməmiş, inzibati icraat materialları əsasında da qərarın əsasıandığı hallara dair heç bir dəlil təqdim edilməmişdir. Bu halda özlüüyndə cavabdeh vergi orqanının sözügedən qərarının formal əsasa söykəndiyini deməyə əsas verir. Məhkəmə kollegiyası bir daha qeyd etməyi zəruri hesab edir ki, Vergi Məcəlləsinin 38-ci maddəsi səyyar vergi yoxlamasının iki növünü müəyyən etmişdir: növbəti və növbədənkənar. Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman, həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Bu, onunla bağlıdır ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 38.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir. Hazırkı iş üzrə isə cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, vergi orqanı, ümumiyyətlə, bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslara bağlıdır və həmin əsaslara istinad etməlidir. Bu zaman, həm də xüsusilə nəzərə alınmalıdır ki, növbədənkənar vergi yoxlaması növbəti deyil, məhz növbədənkənar və bu baxımdan əlahiddə yoxlama olduğuna görə, onun başlanılması haqqında qərar, yoxlamanın zəruriliyini şərtləndirən vergi qanunvericiliyində təsbit olunmuş əsaslar və hallar, diskresion səlahiyyətlərin legitim məqsədləri və mütənasiblik prinsipinin tələbləri baxımından daha ətraflı şəkildə açıqlanmalı və daha ciddi şəkildə əsaslandırılmalıdır. Qeyd olunmalıdır ki, mübahisəyə baxılması və onun həll edilməsi zamanı məhkəmə mübahisə predmeti olan qərarın qanuna uyğunluğuna həm də cavabdeh tərəfindən istinad olunan həmin əsaslar üzərindən qiymət verir. Qeyd edilənlər nəzərə alındığında, Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinadla növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərarın qəbulu üçün bir neçə vacib şərtə əməl olunması tələb olunur. Əvvəla, mənbəyi bəlli olan əlaqəli məlumatlar kimi təqdim olunan hallar növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərarın qəbulunadək mövcud olmalıdır. Başqa sözlə, cavabdeh qərarın qəbulundan sonra yaranmış hallara istinad edə bilməz. Digər tərəfdən, mənbəyi bəlli olan əlaqəli məlumatların məhz nələrdən ibarət olduğu və bu halların növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini zəruri etdiyi məhz qərarın özündə əsaslandırılmalı və ya həmin əsasa dair inzibati icraat materiallarını təqdim etməklə isbat edə bilərdi. Bu mənada, cavabdehin daha sonra tərtib etdiyi səyyar vergi yoxlamasına dair aktda bildirdikləri növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərarın əsaslandırılmasını təşkil edə bilməz. Bundan əlavə, məhkəmə kollegiyası onu qeyd edir ki, cavabdeh inzibati orqan müvafiq yoxlama nəticəsində iddiaçıya 2020-2021-ci hesabat dövrləri (təqvim illəri) üzrə ümumilikdə 671194,48 manat gəlir vergisi məbləği hesablamışdır. Belə ki, səyyar vergi yoxlaması aktında qeyd edilənlərə əsasən “iddiaçı tərəfindən mal-material hesabatı təqdim edilmədiyindən və idxal edilən malların çeşid sayının çox, ölçülərinin müxtəlif, qiymətlərinin isə dəyişkən olması səbəbindən yoxlama ilə mal-material hesabatının tərtib edilməsi və satışla üzləşdirilməsi mümkün olmadığından”, cavabdeh vergi orqanı iddiaçının vergiyə cəlb olunan gəlirini, eləcə də ödəməli olduğu gəlir vergisini Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş şərti rentabellik norması əsasında hesablanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində gəlir vergisi üzrə kənarlaşmanın aşkar edilməsi hissəsində işin hallarına birinci instansiya məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilmiş və məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə razılaşır. Bununla belə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı ona hesablanmış gəlir vergisinə münasibətdə qeyd edir ki, 2020-2021-ci illər üzrə təqdim etdiyi gəlir vergisi bəyannamələrində əks etdirdiyi xərclərə dair təsdiqedici sənədləri, o cümlədən idxal edilmiş mallara dair yük gömrük bəyannamələri mövcud olduğu halda, vergi orqanı iddiaçının satdığı malların maya dəyərini həmin sənədlər əsasında hesablamaqdan imtina edərək, əsassız olaraq şərti rentabellik normasını tətbiq etmişdir. Bununla bağlı məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, işin müəyyən edilən hallarına əsasən iddiaçının fəaliyyəti idxal etdiyi müxtəlif çeşiddə malların topdan və pərakəndə satışından ibarət olmuş və idxal edilmiş mallara dair yük gömrük bəyannamələrinin mövcudluğu işin mübahisəsiz halıdır. İşin mübahisəli halı isə iddiaçının idxal etdiyi malların maya dəyərinin yoxlama zamanı müəyyən edilməsinin mümkün olub-olmaması və cavabdeh vergi orqanının şərti rentabellik normasını tətbiq etməkdə haqlı olub-olmamasından ibarətdir. İddiaçının satdığı malların maya dəyərinin müəyyən edilməsinin mümkünlüyünə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 1.2-ci bəndinə əsasən bu Qaydanın məqsədi topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin gəlirlərinin və xərclərinin müəyyən edilməsi ilə bağlı malların mədaxilinin və məxaricinin sənədləşdirilməsini, habelə bu sahədə şəffaflığın, uçot və hesabatlılığın artırılmasını təmin etməkdən ibarətdir. Həmin Qaydanın 3.4-cü bəndinə əsasən idxal mallarının anbara mədaxili alış dəyərini təsdiq edən sənədlə sənədləşdirilir. İdxal malları uçota alınarkən həmin malların idxalına dair gömrük bəyannaməsi, faktura (invoys) və müqavilə əsas götürülür. Həmin sənədlərə idxal mallarının daşınmasına dair müqavilə, gömrük təmsilçiliyi birbaşa, yaxud dolayı yolla həyata keçirildikdə – müvafiq səlahiyyətin verilməsini təsdiq edən sənəd, elektron əmtəə-nəqliyyat qaiməsi, gömrük ödənişlərinin ödənilməsini və ya gömrük borcuna görə təminatın verilməsini təsdiq edən sənədlər əlavə edilir. İdxal malları uçot sənədlərində qeydiyyata alınarkən həmin malların alış qiymətinin (faktura qiyməti), nəqliyyat xərclərinin, malların yüklənmə, boşaldılma, yenidən yüklənmə, saxlanma və sığorta xərclərinin cəmi nəzərə alınır. Sadalanan normaların birgə təhlilinə əsasən, idxal edilən malların vergitutma məqsədləri üçün uçotu idxalına dair gömrük bəyannaməsi, faktura (invoys) və müqavilə əsasında, nəqliyyat xərclərinin, malların yüklənmə, boşaldılma, yenidən yüklənmə, saxlanma və sığorta xərclərinin cəmi nəzərə alınmaqla həyata keçirilir. Hazırki işin hallarından görünür ki, iddiaçı satdığı malların maya dəyəri ilə bağlı mal-material hesabatını təqdim etmədiyi təqdirdə belə, cavabdeh vergi orqanı yük gömrük bəyannamələri və digər sənədlər əsasında iddiaçının idxal etdiyi malların maya dəyərini hesablamaq imkanına malik olmuşdur. Lakin cavabdeh “malların çeşid sayının çox, ölçülərinin müxtəlif, qiymətlərinin dəyişkən olması” əsası ilə bunu etməkdən imtina etmişdir. Halbuki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmağa, maraqlı şəxslərin xeyrinə olan halları araşdırılaraq nəzərə alınmağa, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcudur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 24.1, 24.2, 24.3 və 24.4-cü maddələri). Həmçinin, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. (Vergi Məcəlləsinin 36.2-ci maddəsi) Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mal-material hesabatını təqdim etməməsi əsası ilə cavabdehin iddiaçının gəlirdən çıxılan xərclərini, o cümlədən idxal etdiyi malların maya dəyərini əlaqəli məlumatlara (o cümlədən yük gömrük bəyannamələrinə) əsasən hesablamaqdan imtina etməsi vergi və inzibati icraat haqqında qanunvericiliyin tələblərinə zidd olmuşdur. Şərti rentabellik normasının tətbiqinə münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Vergi Məcəlləsinin tələblərinə görə, müvafiq vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, vergi orqanının ödənilməli verginin məbləğini vergi ödəyicisinə aid əlaqəli məlumatlardan, belə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda isə, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinə aid vergi orqanında olan məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Lakin hazırkı mübahisəyə münasibətdə cavabdeh vergi məbləğini birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən hesablamışdır. Vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı həmin məlumatlardan istifadə etməklə hesablamanı aparmaq haqqına malikdir, lakin bunu həmişə etməyə borclu deyildir. Lakin hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı həm də bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. Nəzərə almaq lazımdır ki, qanunverici tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş sıra ardıcıllığı həmin məqsədlərə xidmət edir və bu məqsədlər baxımından təfsir olunmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, gəlirin əldə edilməsi ilə bağlı xərclərin sənədlərlə təsdiqini tapmadığına istinadən cavabdeh tərəfindən iddiaçıya münasibətdə şərti rentabelliyin birbaşa tətbiqi əsassız sayılmalıdır. Nəzərə almaq lazımdır ki, həmin normanın müddəalarına görə, əlaqəli məlumatlardan istifadə etməklə hesablama ilə bağlı diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı inzibati orqan tərəfindən mütənasiblik prinsipinin tələblərinə əməl olunmalı, şəxsin hüquqlarına müdaxilə inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmalıdır. Bundan əlavə, hazırkı mübahisəyə münasibətdə həmçinin Vergi Məcəlləsinin 67-ci maddəsinin (67.1- 67.4-cü maddələrinin) tətbiqinin mümkünlüyünü, o cümlədən əlaqəli məlumatlardan istifadə etməklə ödənilməli vergi məbləğinin hesablanması qaydasının tətbiqini istisna edən və şərti rentabellik institutunun birbaşa tətbiqini zəruri edən əsaslar cavabdeh tərəfindən açıqlanmamışdır. Məhkəmə kollegiyasının bu hüquqi mövqeyi şərti rentabellik normasının tətbiqi qaydasında vergilərin hesablanmasını nəzərdə tutan Vergi Məcəlləsinin 67.14-cü maddəsinin xx.xx.2024-cü il tarixdən ləğv edilməsi ilə də təsdiq olunur. Qeyd etmək lazımdır ki, eyni hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-2181/2023 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-769/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-943/2024 nömrəli qərarlarında da öz əksini tapmışdır. İddiaçıya hesablanmış Əlavə dəyər vergisinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Səyyar vergi yoxlaması aktında qeyd edilənlərə əsasən cavabdeh vergi orqanı 2021-ci ilin fevral, mart, iyun, avqust, sentyabr və noyabr, 2022-ci ilin yanvar ayları üzrə ümumilikdə 25,458.72 manat məbləğində ƏDV-nin az hesablanmasını müəyyən etmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, cavabdeh vergi orqanı göstərilən kənarlaşmaya dair müvafiq təsdiqedici sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, vergi qanunvericiliyinin tələblərinə əsasən əlavə dəyər vergisi təqvim ayı ərzində vergitutulan əməliyyatlar üzrə həyata keçirilən ödəmələr üzrə hesablanan verginin məbləği ilə malların, işlərin və ya xidmətlərin alışı və ya malların idxalı zamanı qanunla müəyyən edilmiş qaydada ödənilmiş ƏDV məbləği arasındakı fərqə əsasən hesablanır. (Vergi Məcəlləsinin 153.1, 159.2, 161.1, 166.1, 166.7, 174.1, 173.1, 175.1, 178-ci maddələri) Hazırki işdə cavabdeh vergi orqanı 2021-ci ilin fevral, mart, iyun, avqust, sentyabr və noyabr, 2022-ci ilin yanvar ayları üzrə ƏDV məbləğinin iddiaçı tərəfindən düzgün hesablanmadığı nəticəsinə gəlsə də, bunu məhkəmə araşdırması zamanı əsaslandıra bilməmişdir. Halbuki, qanunvericiliyin yuxarıda göstərilən tələblərinə müvafiq olaraq cavabdeh 2021-ci ilin fevral, mart, iyun, avqust, sentyabr və noyabr, 2022-ci ilin yanvar ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrində iddiaçı tərəfindən bəyan edilmiş göstəricilər, o cümlədən vergitutulan əməliyyatlar üzrə daxil olan ödəmələr və əvəzləşdirilən ƏDV məbləğləri ilə bağlı kənarlaşmaların nədən ibarət olmasını açıqlamalı və həmin kənarlaşmaya dair təsdiqedici sənədləri məhkəməyə təqdim etməli idi. Həmçinin, kollegiya onu qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən müvafiq qərarın ÖMV hesablanması hissəsində razı olduğundan, iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim edilmişdir (iddia tələbinin dəqiqləşdiirlməsi barədə ərizə icraata qəbul eidlmişdir). Belə olan halda kollegiya hesab edir ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı həmin hissədə dəyişdirilməli, iddia tələbi təmin edilməlidir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, qanuni və əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin e-2-1(118)-6015/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilsin. İddia təmin edilsin. “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuiliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********186326 nömrəli Qərarı ÖMV məbləğinin hesablanması (204 manat) və ona uyğun maliyyə sanksiyasının (102 manat) tətbiq edilməsi hissəsi istisna olmaqla, qalan hissədə ləğv edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar