Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-328/2021 30.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, Sədrlik edən və məruzəçi-hakim Məmmədova Lətifə Məhyəddin qızı, hakimlər Quliyev Telman Osman oğlu və XN ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi İddiaçı Dəmirov Qulam Abasqulu oğlunun iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 20 fevral 2020-ci il tarixli, 2-N(NN8)-263/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.N973-cü il tarixdə Quba rayonunda anadan olmuş, N99N-ci ildə Quba rayon İHXÇDX-ci tərəfindən həqiqi hərbi xidmətə yararlı sayılaraq hərbi xidmətə çağırılmış, 08.07.N99N-ci il tarixdə hərbi hissəyə göndərilmiş və 22.06.N996-cı il tarixdən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N4N nömrəli əmrinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. O, həqiqi hərbi xidmət dövründə N saylı hərbi hissənin tərkibində N8.03.N994-cü il tarixdən 29.07.N996-cı il tarixədək Füzuli rayonu uğrunda gedən döyüşlərdə iştirak etmiş, Füzuli rayonu uğrunda gedən döyüşlərdə fərqləndiyinə görə hərbi hissənin rəhbərliyi tərəfindən təşəkkür almış və bu hal ona verilmiş xidməti xasiyyətnamə ilə öz təsdiqini tapır. Ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün bir neçə il dəfələrlə cavabdehə müraciət etmiş və hər dəfə imtina edilmişdir. O, müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət hüququnun olmasını bilməmiş və nəhayət, 20N9-cu il tarixdə keçmiş hərbçi dostu ona məhkəməyə müraciət hüququnun olduğunu izah etmişdir. İddiaçı cavabdehin imtinasını əsassız və qanunsuz hesab edir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçıya müharibə veteranı və vəsiqəsinin verilməsi barədə müraciətinə cavabdeh Azərbaycan Respublikasının Müdafıə Nazirliyi özünün 0N.N0.20N9-cu il tarixli, N/D–N3363 saylı məktubu ilə cavab verərək bildirmişdir ki, hərbi biletinin 4–cü səhifəsində N nömrəli, N8.03.N994-29.07.N996-cı il illərdə xidmətin Mərkəzi Arxivin N4.03.20N8–ci il tarixli, 9/2–4258 nömrəli arayışında təsdiqlənqmədiyindən, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsinin məqsədəuyğun olmadığını göstərərək xahişinə imtina etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-N(NN8)-263/2020 saylı, 20 fevral 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdehin üzərinə vəzifə olaraq qoyulmuşdur (hakim C.Məmmədov). Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası 2-N(N05)-28N/2020 saylı, 4 noyabr 2020-ci il tarixli qərarl ilə cavabdehin apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 20 fevral 2020-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır. Cavabdeh 08 yanvar 202N-ci tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin N0.03.202N-ci il tarixli, 2-N(N02)- 446/202N saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-N(N05)-28N/2020 saylı 4 noyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qərarında göstərir ki, “Qərarın təsviri hissəsində qeyd olunmuş arayışlarla iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirakı öz təsdiqini tapır”. Məhkəmənin sözügedən qərarının təsviri hissəsində yalnız iddiaçının iddia ərizəsində və cavabdehin iddia tələbinə etirazında olan hallar göstərilmişdir. İddiaçı iddia ərizəsində göstərir ki, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi iddia ərizəsinə əlavə etdiyi Quba rayon hərbi komissarlığının N6.N0.N996-cı il tarixli, 4/522 saylı arayışı ilə təsdiq edilir. Qərarın təsviri hissəsində başqa arayışa istinad olunmur. Qərarın əsaslandırma hissəsində isə “məhkəmə qeyd edir ki, iddiaçının müharibədə iştirakını təsdiq edən hərbi biletin, habelə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin məktubunun həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır”. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin məktubunun həqiqətə uyğun olmadığını sübuta yetirməyə cəhd etməmişdir. Əksinə, cavabdeh inzibati orqan istər iddiaçının tələbini yetinə yetirməkdən imtina edəndə, istərsə də məhkəməyə təqdim etdiyi iddiaya münasibətində belə bir mövqedən çıxış etmişdir ki, iddiaçının təqdim etdiyi sübutlar arxiv məlumatları ilə təsdiqlənmir. Məhkəmə nəzərə almır ki, iddiaçının hərbi biletindəki, arayışındakı, uçot kartındakı xidməti ilə bağlı məlumatlar onun hərbi xidmət keçməsini sübut edən hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda mötəbər hesab edilə bilər. Arxiv məlumatlarında, o cümlədən nümayəndə kimi onun tərəfindən məhkəməyə təqdim edilmiş Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin 29.NN.20N9-cu il tarixli, 9/2-N8907 saylı məktubunda göstərilir ki, N №-li hərbi hissə komandirinin mart-dekabr N994-cü il tarixli, iyun-iyul N996-cı il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətin əlifba qeydiyyatı kitablarında İddiaçı Abbasqulu oğlunun xidməti barədə məlumat aşkar olunmamışdır. İddiaçının hərbi biletindəki və uçot kartındakı məlumatlar hərbi bilet əvəzi arayışda olan qeydlər əsasında tərtib edilmişdir. Həmin arayışın surətindən onun nə vaxt, kim tərəfindən verilməsi müəyyən olunmur. Arayışda ştamp, möhür, fotoşəkil yoxdur. Buna görə də həmin arayış və onda olan qeydlər əsasında tərtib olunan hərbi bilet, uçot kartası mötəbər sübut hesab edilə bilməz. Məhkəmə qərar qəbul edərkən Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli, 396 №-li Fərmanının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin müvafiq normalarının tələblərini nəzərə almamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, bunun nəticəsində isə prosessual normalar pozulmuşdur. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, hərbi xidmətdən N99N-ci ilin sonunda qayıtmış, Ukraynada xidmət etmişdir. Burada N saylı hərbi hissədə xidmət edirdi. Orda xidmətdə olarkən mayor rütbəli Sadıq Məmmədov adlı bir şəxs hərbi hissəyə gəlmiş, idmanla müntəzəm məşğul olan hərbçilər barədə maraqlanmış, Kamran adlı bir nəfəri, onu və adını tam xatırlamadığı digər bir hərbçini seçmiş, onları kəşfiyyatçı kimi N saylı hərb hissəyə aparmışlar. Amma onlara dair bütün məlumatlar məxfi saxlanılmışdır. İndi onu qeydə almamaları onun səhvi deyil. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt İnzibati Məhkəməsinin 20 fevral 2020-ci il tarixli, 2-N(NN8)-263/2020 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın rədd edlməsinə dair yeni qərar qəbul edilməlidir. Hazırki işin hallarından görünür ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə ona müharibə veteranı statusunun və bunu təsdiq edən vəsiqənin verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarda qeyd etmişdir ki cavabdeh inzibati orqan tərəfindən iddiaçının döyüş əməliyyatlarını fərarilik etməklə tərk etməsi, habelə onun barəsində cinayət işinin açılması və ya iddiaçıya müharibə veteranı statusunun verilməsini istisna edən hallar barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Halbuki, İnzibati Prosessual Məcəllənin N4-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə iddiaçının yuxarıda qeyd olunan sənədlərlə döyüş bölgəsində iştirakı öz təsdiqini tapmış və ona müharibə veteranı statusu verilməsini istisna edəcək hal müəyyən olunmamışdır. Cavabdeh inzibati orqanın iddiaçıya müharibə veteranı statusunun və vəsiqəsinin verilməsindən imtinası əsassız olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı N8 mart N994-cü ildən başlayaraq N saylı hərbi hissənin tərkibində Fizuli rayonu uğrunda gedən döyüşlərdə iştirak etdiyini bildirib müharibə veteranı adı və vəsiqəsi verilməsi barədə cavabdehə müraciət etmiş, cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus hərbi biletin 4-cü səhifəsində N nömrəli hərbi hissədə N8.03.N994- 29.07.N996-cı illərdə xidməti Mərkəzi Arxivin N4.03.20N8-ci il tarixli, 9/2-4258 nömrəli arayışı ilə təsdiqlənmədiyindən, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. İddiaçının N saylı hərbi hissənin tərkibində xidmət etməsi, N8 mart N994-cü ildən N2 may N995-ci ilə qədər Fizuli rayonu uğrunda gedən döyüşlərdə iştirak etməsi, 27 iyul N996-cı ildə hərbi xidmətdən ehtiyata buraxılması barəsində tərtib edilmiş hərbi biletin dublikatı, N4 oktyabr N996-cı ildə Quba rayon hərbi komissarlığının tərtib etdiyi qeydiyyat kartası, habelə iddiaçı haqqında olan xasiyyətnamə və rayon hərbi komissarlığınınN6 oktyabr N996-cı il tarixli arayışı ilə təsdiq edilir. Cavabdeh məhkəməyə təqdim etdiyi N8 fevral 2020-ci il tarixli məktubunda N saylı hərbi hissənin 0N.05.N992-N2.05.N994-cü il tarixədək döyüş əməliyyatlarında iştirak etməsini təsdiq etmişdir. Bununla belə, cavabdeh ayrı-ayrı vaxtlarda birinci instansiya və apelyasiya məhkəməsinə göndərdiyi məktublarında iddiaçının N saylı hərbi hissədə xidmət keçməsi və onun döyüş əməliyyatlarında iştirak etməsi barədə hərbi hissə üzrə əmrlərdə və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında məlumat aşkar olunmadığını bildirmişdir. Cavabdeh həmçinin 9 sentyabr 2020-ci il tarixli məktubunda bildirmişdir ki, N saylı hərbi hissə komandirinin N9 avqust N992-ci il tarixli, 5 saylı əmri ilə iddiaçı şəxsi heyətin siyahısına daxil edilmiş, N saylı hərbi hissə komandirinin Mərkəzi Arxivdə olan 20.08.N992-N8.05.N993-cü il tarixli nizami hissə üzrə əmrlərində N saylı hərbi hissə komandirinin yanvar-dekabr N993, yanvar-mart N994-cü il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti və pul təminatı ilə təmin olunmuş şəxsi heyətinin siyahısında pul təminatı ilə təmin olunması barədə məlumat aşkar edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı N8 mart N994-cü ildən başlayaraq N saylı hərbi hissənin tərkibində Fizuli rayonu uğrunda gedən döyüşlərdə iştirak etdiyini bildirib müharibə veteranı adı və vəsiqəsi verilməsi barədə cavabdehə müraciət etmiş, cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus hərbi biletin 4-cü səhifəsində N nömrəli hərbi hissədə N8.03.N994-29.07.N996-cı illərdə xidməti Mərkəzi Arxivin N4.03.20N8-ci il tarixli, 9/2-4258 nömrəli arayışı ilə təsdiqlənmədiyindən, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Cavabdeh məhkəməyə göndərdiyi məktublarında iddiaçının N saylı hərbi hissədə xidmət keçməsi və onun döyüş əməliyyatlarında iştirak etməsi barədə hərbi hissə üzrə əmrlərdə və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında məlumat aşkar olunmadığını bildirmişdir. Cavabdehin məlumatlarına görə iddiaçının hərbi biletində olan məlumatlar hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə təsdiq edilmir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydasını müəyyən edən Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Əsasnamənin tələbinə görə iddiaçının hərbi biletində olan məlumatlar hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda ona müharibə veteranı adı və vəsiqəsi verilə bilər. "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun: - 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar; - 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti (Azərbaycan Respublikasının Nazirlər Kabineti) orqanı tərəfindən müəyyən edilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (o cümlədən öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Müdafiə Nazirliyi) tərəfindən verilir. Bu müddəaya uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 saylı qərarı ilə Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə təsdiq edilmişdir. Həmin Əsasnamənin N-ci maddəsində aşağıdakılar nəzərdə tutulmuşdur: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda: - N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, -həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. İstinad olunan normada qanunverici müharibə iştirakçısı hesab olunaraq müharibə veteranı adının verilməsi üçün hərbi qulluqçuları hərbi xidmət etdiyi dövrdən asılı olaraq iki qrupa ayırmışdır: N) N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək (...) döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslər; 2) N994-cü il N2 may tarixindən sonra (...) döyüş zonasında hərbi xidmət keçərkən xəsarət almış hərbi qulluqçular. Müddəaların təhlilindən belə nəticə hasil olur ki, qanunverici N2 may N994-cü il tarixədək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş hərbi qulluqçulara və N2 may N994-cü ildən sonra (...) döyüş zonasında hərbi xidmət keçərkən xəsarət almış hərbi qulluqçulara müharibə veteranı adının verilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı hazırkı iş üzrə sadalanan hallardan hər hansı biri öz təsdiqini tapmadı. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası N0.03.202N-ci il tarixli, 2-N(N02)-446/202N saylı qərarında qeyd edilmişdir ki, iddiaçının N saylı hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi, onun qanuni əsasla 27 iyul N996-cı ildə hərbi xidmətdən ehtiyata buraxılması Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsi tərəfindən təqdim edilən sənədlərdə, həmçinin həmin şöbə tərəfindən verilən iddiaçı barəsində hərbi biletin dublikatında əksini tapdığından Xidmətin Quba rayon şöbəsinə sorğular edilərək həmin sənədlərin mötəbərliyi yoxlanılmalı, məlumatların hansı ilkin sənədlər əsasında tərtib edilməsi ətraflı araşdırılmalıdır. Göstərilən halların araşdırılması üçün məhkəmə kollegiyasının sorğuları əsasında xx.xx.N973-cü il tarixdə anadan olmuş Quba rayonu, Tülər kənd sakini İddiaçı oğl barəsində təqdim edilən sənədlərin mötəbərliyinin yoxlanılması üçün N saylı hərbi hissə komandirinin mart-dekabr N994-cü il, iyun –iyul N996-cı il, iyul N997-ci il tarixli nizami hissə üzrə əmrlərin və hərbi hissəsinin şəxsi heyətinin əlifba qeydiyatı kitablarına baxış keçirilməsinə zərurət yarandığından hərbi hissənin qeyd edilən dövrlərlə bağlı əmrlətinin və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabların əslinin və ya təsdiq edilmiş surətlərinin məhkəməyə göndərilməsi xahiş edilmişdir. Həmçinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinə sorğu göndərilərək iddiaçı barəsində tədqim edilmiş sənədlərin mötəbərliliyinin yoxlanılması üçün qeyd edilən məlumatların hansı ilkin sənədlər əsasında tərtib edilməsi barədə məlumatın və sənədlərin məhkəməyə təqdim edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırışç üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin 07.06.202N-ci il tarixli məktubu ilə İddiaçı uçot kartasının təsdiq edilmiş kserosurəti məhkəməyə göndərilmişdir. Uçot kartasından müəyyən edilir ki, iddiaçı N8 mart N994-cü ildən N2 may N994-cü ilə qədər Fizuli rayonu uğrunda gedən döyüşlərdə iştirak etmiş, 29 iyul N996-cı ildə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Lakin N2.05.N994-cü ildən 29.07.N996-cı il dövlər ərzində harada xidmət etməsi barədə uçot kartoçkasında məlumat mövcud deyildir. Azərbaycan Respublikası Müdafi Nazirliyinin N9.08.202N-ci il tarixli, NN/3957 saylı məktubundan görünür ki, məhkəmə sorğusunda ələb edilən sənədlərin həcmi barədə Müdafiə Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxivdəindən əldə edilmiş məlumata əsasən məktubda göstərilən dövr üzrə cəmi 309N sənəd tərtib edilmiş, s\ənədlər hərbi hissə komandirinin N ədəd əmrlər kitabında və 25 ədəd şəxsi heyətin əlifba qeydiyyatı kitablarında cəmləşdirilmişdir. Azərbaycan Respublikası Arxiv İdarəsinin 20N7-ci il N2 iyun tarixli, 5 saylı Qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, idarə və təşkilat və müəssisələrdə arxiv işinin təşkilinə dair Təlimatın” 2-ci bəində əsasən arxiv məlumatı müraciətin mətnindən asıəlı olaraq arxiv arayışı, arxiv surəti, arxiv çıxarışı formasında verilir. Arxiv arayışında olan məlumatlar arxiv sənədləri (əmrlər, kitablar) əsasında tərtib edildiyindən onların mötəbərliliyinə dair hər hansı şübhə mövcud deyildir. Beləliklə müəyyən edilir ki, N saylı hərbi hissə komandirinin N9 avqust N992-ci il tarixli 5 saylı əmri ilə iddiaçı şəxsi heyətin siyahısına daxil edilmiş, N saylı hərbi hissə komandirinin Mərkəzi Arxivdə olan 20.08.N992-N8.05.N993-cü il tarixli nizami hissə üzrə əmrlərində N saylı hərbi hissə komandirinin yanvar-dekabr N993, yanvar-mart N994-cü il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti və pul təminatı ilə təmin olunmuş şəxsi heyətinin siyahısında pul təminatı ilə təmin olunması barədə məlumat aşkar edilməmişdir. Beləliklə iş materialları ilə müəyyən edilir ki, iddiaçı ərizəsində göstərdiyi tarixlərdə döyüş əməliyyatlarında iştirak etməmiş, 26 may N994-cü il tarixdə, yəni N2 may N994-cü ildən atəşkəs elan olunduqdan sonra döyüş əməliyyatları aparan N nömrəli hərbi hissədə, yəni döyüş zonasında hərbi xidmət keçmişdir. Yuxarıda da qeyd edildiyi kimi, atəşkəs elan olunduqdan sonra müharibə veteranı vəsiqəsinin verilməsi üçün yeganə əsas, hərbi qulluqçunun döyüş zonasında hərbi xidmət keçərkən döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) faktının müvafiq sənədlərlə təsdiq olunmasıdırki, bu hal da hazırkı iş üzrə öz təsdiqini tapmadı. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin N4.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iddia tələbi üzrə inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə şərtlərin mövcudluğunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçı ona müharibə veteranı adı verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir və cavabdeh iddiaçıya imtina cavabı verməkdə haqlı olmuşdur. Lakin birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadan iddianın təmin edilməsi nəticəsinə gəlmiş, bununla da maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Bu hal isə qərarın ləğvi üçün əsasdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-N(NN8)-263/2020 saylı iş) 20 fevral 2020-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ N025, Bakı şəhəri, Yusif Səfərov küçəsi N4, NN93-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70, Sumqayıt Məhkəmə Kompleksi) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-328/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-328/2021
30.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver