Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-329/2021 24.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim: Babayeva Hökümə Çingiz qızı, Hakimlər Ağayev Rəşadət Əhməd oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə, Üçüncü şəxs Abşeron rayon Saray Bələdiyyəsinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı sərəncamın qismən ləğv edilməsi tələbinə dair Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 09 aprel 2019-cu il tarixli 2-1(85)-67/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti, 70) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Cavabdeh Başçısının 16 iyul 2015-ci il tarixli 203 saylı Abşeron rayonuna təhkim olunmuş dövlət torpaq fondundan DİN-nin daimi istifadəsinə torpaq sahəsi ayrılması barədə sərəncamın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 15 avqust 2017-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardad Sumqayıt Apellyasiya Məhkəməsinin 26 dekabr 2017-ci il tarixli qərardadı ilə ləğv edilərək iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə iddianın dəyişidirlməsinə dair ərizə verərək Cavabdeh Başçısının 16 iyul 2015-ci il tarixli 203 saylı Abşeron rayonuna təhkim olunmuş dövlət torpaq fondundan DİN-nin daimi istifadəsinə torpaq sahəsi ayrılması barədə sərəncamın iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yerləşdiyi 400 kv m torpaq sahəsi hissəsində ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmənin 08 iyun 2017-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 30.04.2002-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu, Bakı-Sumqayıt yolunda X1 məxsus ümumi sahəsi 400 kv m torpaq sahəsində yerləşən 184,1 kv m-dən ibarət qeyri-yaşayış sahəsini 60.000.000 köhnə Azərbaycan manatına əldə etmişdir. Həmin torpaq sahəsi Cavabdeh Başçısının 24 yanvar 1997-ci il tarixli 19 saylı sərəncamı ilə dövlət mülkiyyətində olan torpaq sahəsndən maye qaz balonlarının doldurulması və satışı məntəqəsinin tikintisi üçün «Mərhəmət» kiçik müəssisəsinin istifadəsinə ayrılmışdır. 30 aprel 2002-ci il tarixdə iddiaçıya mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsi verilmişdir. Həmin ildə də iddiaçı qaz məhsullarının satışını həyata keçirməyə icazə verən lisenziya almışdır. Lisenziyanın müddəti 5 il müəyyən edilmişdir. Cavabdeh Başçısının 16 iyul 2015-ci il tarixli 203 saylı sərəncamına əsasən iddiaçıya məxsus qeyri yaşayış sahəsinin də yerləşdiyi torpaq sahəsi daxil olmaqla 2,83 ha torpaq sahəsi Daxili İşlər Nazirliyinin daimi istifadəsinə verilmişdir. Həmin sərəncamdan iddiaçı yalnız 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərkən xəbər tutmuşdur. Söküntünün həyata keçiriləcəyi barədə iddiaçıya heç bir xəbərdarlıq olunmamış, məlumat verilməmiş və hər hansı kompensasiya təklif olunmamışdır. Bundan başqa iddiaçının nümayəndəsi izah etdi ki, Cavabdehlər İddiaçı və «Mərhəmət» kiçik müəssisəsinə qarşı torpaq sahəsi üzərində istifadə hüququna xitam verilməsi, torpağın dövlət ehtiyat fonduna geri qaytarılması tələbinə dair iddiası rədd edilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 09 aprel 2019-cu il tarixli 2-1(85)-67/2019 saylı qərarı ilə iddianın təmin edilməsi, Cavabdeh Başçısının 16 iyul 2015-ci il tarixli 203 saylı Abşeron rayonuna təhkim olunmuş dövlət torpaq fondundan DİN-nin daimi istifadəsinə torpaq sahəsi ayrılması barədə sərəncamının iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yerləşdiyi 400 kv.m torpaq sahəsinin hissəsində ləğv edilməsi qərara alınmışdır. (hakim V.Əzizova) Həmin qərardan Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 09 aprel 2019-cu il tarixli 2-1(85)-67/2019 saylı qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-329/2021 saylı qərardadı ilə Abşeron rayon Saray Bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Apellyasiya icraatı zamanı iddiaçı, cavabdeh və üçüncü şəxs Abşeron rayon Saray Bələdiyyəsi mübahisəni sülh yolu ilə həll etmək istədiklərini bəyan etmiş, yazılı formada tərtib və təsdiq edilmiş barışıq sazişini məhkəməyə təqdim etmişlər. Belə ki, bir tərəfdən İddiaçı adından etibarnamə üzrə nümayəndəsi Nümayəndə (bundan sonra “TƏRƏF-1” adlanacaqdır), Cavabdeh etibarnamə üzrə nümayəndəsi X3 (bundan sonra “TƏRƏF-2 ” adlanacaqdır) və Saray bələdiyyəsinin sədri X4 (bundan sonra Tərəf 3 adlandırılacaqdır) (birlikdə “TƏRƏFLƏR” adlanacaqdır) bu müqaviləni aşağıdakı şərtlərlə bağlayırlar:
1. Tərəflər aralarında olan mübahisənin qarşılıqlı razılaşma, sülh ilə həll edilməsi üçün Tərəf-1, Tərəf-2 və Tərəf-3 bu sazişlə müəyyən edilən öhdəlikləri icra edir, Tərəf-1 məhkəməyə verdiyi iddia ərizəsini geri götürür, Tərəf-2 apellyasiya şikayətini geri götürür. Tərəf-1-in aşağıdakı öhdəliyi vardır. 2.1 Bu saziş imzalanan an Tərəf-1 Sumqayıt İnzibati Məhkəməsinə verdiyi Tərəf-2-ə qarşı “Cavabdeh Başçısının 16 iyul 2015-ci il tarixli 203 saylı Abşeron rayonuna təhkim olunmuş dövlət torpaq fondundan DİN-nin daimi istifadəsini torpaq sahəsi ayrılması barədə sərəncamın iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yerləşdiyi 400 kv.metr torpaq sahəsi hissəsində ləğv edilməsi tələbinə dair” iddia ərizəsini geri götürür. 2.2. Tərəf-2-nin Abşeron rayonu Saray Bələdiyyəsi ərazisində təqdim etdiyi 400 kv.metr torpaq sahəsini mülkiyyətinə qəbul edir. 2.3. Tərəf-3 Saray bələdiyyəsi ərazisində 400 kv.metr torpaq sahəsini Tərəf-1-in adına sənədləşdirir. Tərəf 2-nin aşağıdakı öhdəliyi vardır. 3.1. Bu saziş imzalanan an Tərəf-1-in Sumqayıt İnzibati Məhkəməsinə verdiyi Tərəf- 2-ə qarşı “Cavabdeh Başçısının 16 iyul 2015-ci il tarixli 203 saylı Abşeron rayonuna təhkim olunmuş dövlət torpaq fondundan DİN-nin daimi istifadəsinə torpaq sahəsi ayrılması barədə sərəncamının iddiaçının mülkiyyətində qeyri-yaşayış sahəsinin yerləşdiyi 400 kv.metr torpaq sahəsi hissəsində ləğv edilməsi tələbinə dair” iddia ərizəsinə dair inzibati iş üzrə verdiyi apellyasiya şikayətini geri götürür. Tərəf-3-ün aşağıdakı öhdəliyi vardır. 3.1.Abşeron rayonu Saray Bələdiyyəsi ərazisində 400 kv.metr torpaq sahəsini Tərəf- 1in adına sənədləşdirir. 4.1.Bu Saziş imzalandığı andan qüvvəyə minir və öhdəliklər tamamilə icra edilənədək qüvvədədir. 4.2. Bu sazişin müddəti Tərəflərin yazılı razılığı ilə uzadıla bilər. 5.1. Bu sazişin şərtləri Tərəflər üçün eyni qüvvəyə malikdir və onların yazılı şəkildə tərtib etdikləri qarşılıqlı razılaşmaya uyğun dəyişdirilə bilər. 5.2. Bir tərəfin yazılı razılığı olmadan digər tərəf bu Saziş üzrə öz hüquqlarını üçüncü tərəflərə verə bilməz. 5.3. Bu müqavilə ilə müəyyən edilən şərtləri tərəflər icra etmədikdə bu müqaviləyə xitam verilir və Tərəf-1-in Tərəf-2-nin və Tərəf-3-ün məhkəməyə müraciət etmək hüququ bərpa edilir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili və nümayəndəsi barışıq sazışının təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında 3-cü şəxs Saray Bələdiyyəsinin nümayəndəsi bağlanmış barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Cavabdeh və 3-cü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmiş barışıq sazişi təsdiq olunmalı və bu əsasla iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-in) 15.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. Həmin Məcəllənin 66-ci maddəsinə əsasən, mübahisənin predmeti barədə sərəncam hüququna malik olduqları hallarda, tərəflər mübahisənin tam və ya qismən həll edilməsi məqsədilə barışıq sazişi bağlaya bilərlər. Barışıq sazişinin məzmunu məhkəmənin iclas protokoluna qeyd edilməlidir. Barışıq sazişinin bağlanılması ictimai təhlükəsizliyin və ictimai qaydanın qorunması ilə bağlı qanunvericiliyə zidd olduğu hallarda, məhkəmə barışıq sazişini təsdiqləməkdən imtina etməlidir. Mübahisənin həllinin xüsusi ictimai maraq kəsb etdiyi hallarda da məhkəmə barışıq sazişini təsdiqləməkdən imtina edə bilər. Protokollaşdırılan barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmə qərardad qəbul edir. Göründüyü kimi, İPM-in 66-cı maddəsində barışıq sazişinin təsdiqlənməsindən imtina edilməsi üçün əsaslar nəzərdə tutulmuşdur. Hazırkı işdə barışıq sazişinin təsdiqlənməsindən imtina üçün əsas olan hallar müəyyən edilməmişdir. Belə ki, tərəflərin barışıq sazişinin şərtləri ictimai təhlükəsizliyin və ictimai qaydanın qorunması ilə bağlı qanunvericiliyin tələblərinə zidd deyil, eləcə də mübahisənin həlli xüsusi ictimai maraq kəsb etmir. Barışıq sazişi tərəflərin iradə ifadəsinə uyğundur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, hazırkı barışıq sazişinin təsdiqlənməsindən imtina üçün qanunvericilikdə nəzərdə tutulmuş hallar müəyyən edilmədiyindən barışıq sazişi təsdiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 66 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Tərəflər arasında aşağıdakı məzmunda bağlanmış 24 dekabr 2021-ci il tarixli barışıq sazişi təsdiq edilsin: bir tərəfdən İddiaçı adından etibarnamə üzrə nümayəndəsi Nümayəndə (bundan sonra “TƏRƏF-1” adlanacaqdır), Cavabdeh etibarnamə üzrə nümayəndəsi X3 (bundan sonra “TƏRƏF-2 ” adlanacaqdır) və Saray bələdiyyəsinin sədri X4 (bundan sonra Tərəf 3 adlandırılacaqdır) (birlikdə “TƏRƏFLƏR” adlanacaqdır) bu müqaviləni aşağıdakı şərtlərlə bağlayırlar:
1. Tərəflər aralarında olan mübahisənin qarşılıqlı razılaşma, sülh ilə həll edilməsi üçün Tərəf-1, Tərəf-2 və Tərəf-3 bu sazişlə müəyyən edilən öhdəlikləri icra edir, Tərəf-1 məhkəməyə verdiyi iddia ərizəsini geri götürür, Tərəf-2 apellyasiya şikayətini geri götürür. Tərəf-1-in aşağıdakı öhdəliyi vardır. 2.1 Bu saziş imzalanan an Tərəf-1 Sumqayıt İnzibati Məhkəməsinə verdiyi Tərəf-2-ə qarşı “Cavabdeh Başçısının 16 iyul 2015-ci il tarixli 203 saylı Abşeron rayonuna təhkim olunmuş dövlət torpaq fondundan DİN-nin daimi istifadəsini torpaq sahəsi ayrılması barədə sərəncamın iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yerləşdiyi 400 kv.metr torpaq sahəsi hissəsində ləğv edilməsi tələbinə dair” iddia ərizəsini geri götürür. 2.2. Tərəf-2-nin Abşeron rayonu Saray Bələdiyyəsi ərazisində təqdim etdiyi 400 kv.metr torpaq sahəsini mülkiyyətinə qəbul edir. 2.3. Tərəf-3 Saray bələdiyyəsi ərazisində 400 kv.metr torpaq sahəsini Tərəf-1-in adına sənədləşdirir. Tərəf 2-nin aşağıdakı öhdəliyi vardır. 3.1. Bu saziş imzalanan an Tərəf-1-in Sumqayıt İnzibati Məhkəməsinə verdiyi Tərəf- 2-ə qarşı “Cavabdeh Başçısının 16 iyul 2015-ci il tarixli 203 saylı Abşeron rayonuna təhkim olunmuş dövlət torpaq fondundan DİN-nin daimi istifadəsinə torpaq sahəsi ayrılması barədə sərəncamının iddiaçının mülkiyyətində qeyri-yaşayış sahəsinin yerləşdiyi 400 kv.metr torpaq sahəsi hissəsində ləğv edilməsi tələbinə dair” iddia ərizəsinə dair inzibati iş üzrə verdiyi apellyasiya şikayətini geri götürür. Tərəf-3-ün aşağıdakı öhdəliyi vardır. 3.1.Abşeron rayonu Saray Bələdiyyəsi ərazisində 400 kv.metr torpaq sahəsini Tərəf- 1in adına sənədləşdirir. 4.1.Bu Saziş imzalandığı andan qüvvəyə minir və öhdəliklər tamamilə icra edilənədək qüvvədədir. 4.2. Bu sazişin müddəti Tərəflərin yazılı razılığı ilə uzadıla bilər. 5.1. Bu sazişin şərtləri Tərəflər üçün eyni qüvvəyə malikdir və onların yazılı şəkildə tərtib etdikləri qarşılıqlı razılaşmaya uyğun dəyişdirilə bilər. 5.2. Bir tərəfin yazılı razılığı olmadan digər tərəf bu Saziş üzrə öz hüquqlarını üçüncü tərəflərə verə bilməz. 5.3. Bu müqavilə ilə müəyyən edilən şərtləri tərəflər icra etmədikdə bu müqaviləyə xitam verilir və Tərəf-1-in Tərəf-2-nin və Tərəf-3-ün məhkəməyə müraciət etmək hüququ bərpa edilir. Hazırki iş üzrə icraata xitam verilsin. Bu qərardad, 24 dekabr 2021-ci il tarixli barışıq sazişi, onda göstərilən müddətlərdə könüllü olaraq icra olunmadıqda, müvafiq icra vərəqəsinin verilməsi və barışıq sazişinin məcburi icra olunması üçün əsasdır. Qərardaddan şikayət verilə bilməz.