Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-329/2025 03.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-2012/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Xaçmaz rayon Mərkəzi Xəstəxanasına qarşı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, X1 adına əsassız, qanunsuz və sübutsuz saxtalaşdırılmış və rəsmiləşdirilmiş 162 nömrəli xx.xx.1997-ci il tarixli ölüm haqqında tibbi şəhadətnamənin ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 1 saylı X5 faktiki yaşayış və qeydiyyat ünvanı dəyişdirilməklə ölümü tezləşdirilməklə, xəstəxananın şərayitsiz otağında, döşəmə üzərində tək-tənha qan - qusaraq, xx.xx.1997-ci il tarixdə kimsəsiz və köməksiz vəziyyətdə vəfat etmiş atası X1 adına Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının aidiyyatı olmayan kənar maraqlı həkimi tərəfindən ölüm yeri və ölüm səbəbi saxtalaşdırılmış və rəsmiləşdirilmiş xx.xx.1997-ci il tarixli 162 nömrəli əsassız və qanunsuz - saxta həkim ölüm tibbi şəhadətnaməsi tərtib edilmişdir. Belə ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış mülkiyyətinin xx.xx.1997-ci il tarixinə kimi rəsmi mülkiyyətçisi olmuş atası X3 tərəfindən, tüfeyli və əxlaqsız həyat tərzi keçirdiklərinə görə ünvan 3 ünvanda yerləşən fərdi yaşayış mülkiyyətindən qovulmuş və ünvan 4 ünvanda yerləşən fərdi yaşayış mülkiyyətinin xx.xx.1997-ci il tarixinə kimi rəsmi mülkiyyətçisi olmuş X2 məxsus mülkiyyətin tam ələ keçirilməsində və gələcəkdə satılmasında maraqlı olmuşlar. Bu səbəbdən də hesab edir ki, müvafiq şəhadətnamə əsassız olduğundan ləğv edilməlidir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin (hakim Rahim Həsənov) xx.xx.2025-ci il tarixli 2-1(118)- 2012/2025 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Xaçmaz rayon Mərkəzi Xəstəxanasına qarşı “X1 adına əsassız, qanunsuz və sübutsuz saxtalaşdırılmış və rəsmiləşdirilmiş 162 nömrəli xx.xx.1997ci il tarixli ölüm haqqında tibbi şəhadətnamənin ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1997-ci ildə vəfat etmiş atasına dair verilmiş ölüm haqqında tibbi şəhadətnamənin ləğv edilməsi niyyətindədir. Tələbini onunla əsaslandırır ki, 2011-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsinin 1 saylı Vərəm Əleyhinə dispanser tərəfindən verilmiş məktuba əsasən mərhum atasının ölümünün həmin xəstəxanada olmasıdır. Lakin, atasına verilmiş ölüm haqqında tibbi şəhadətnamənin qanunsuz olaraq Xaçmaz rayon Mərkəzi Xəstəxanası tərəfindən verilməsidir. İddiaçı müvafiq faktı 2011-ci ildən bilməsinə baxmayaraq uzun müddət keçdikdən sonra hazırkı tələb ilə xəstəxanaya müraciət etməsi və hüquqi marağının nədən ibarət olması anlaşılan deyildir. Məhkəmə düzgün olaraq hesab etmişdir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Ona görə də müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. İddiaçı xx.xx.2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)- 2012/2025 nömrəli qərardadından şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia ərizəsini icraata qəbul etməməklə prosessual hüquq normalarını kobud şəkildə pozmuşdur. Ona görə də, şikayət təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilərək mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da, tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq səhhəti ilə bağlı məhkəməyə gələ bilməyəcəyini bildirmiş və işə baxılmasını təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, amblator tibbi kitabçada olan qeydlər iddiaçının səhhəti ilə bağlı məhkəməyə gəlməsinə və iştirakına maneə yaratmır. Mövcud qeydlərdə iddiaçının yalnız qida rasionlarına diqqət etməsi nəzərdə tutulur. Qeyd edilən hal məhkəmə iclasının təxirə salınması üçün əsas deyildir və işə iddiaçının iştirakı olmadan baxılmasına maneə olmur. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iş materiallarında olan sənədləri araşdırıb, şikayətin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə düzgün olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qərardad qəbul etmişdir. Odur ki, şikayət rədd edilməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddianın iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərti də yerinə yetirilmiş olmalıdır. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən bir il ərzində ləğv edilə bilər. İnzibati Prosessual Məcəllənin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İnzibati Prosessual Məcəllənin 24.4-cü maddəsinə görə təbii fəlakət və digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti xx.xx.2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin xx.xx.2011-ci il tarixədək qüvvədə olmuş 298-ci maddəsi ilə, xx.xx.2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi ilə tənzimlənir. xx.xx.2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin xx.xx.2011-ci il tarixədək qüvvədə olmuş 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. Hazırkı iş üzrə mübahisə predmeti cavabdeh Xaçmaz rayon Mərkəzi Xəstəxanası tərəfindən X1 adına verilmiş xx.xx.1997-ci il tarixli 162 nömrəli ölüm haqqında tibbi şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. “Xaçmaz rayon Mərkəzi Xəstəxanası” PHŞ xx.xx.2024-cü il tarixli 18-1-43/2-2050/2024 nömrəli məktubla məhkəmənin xx.xx.2024-cü il tarixli sorğusuna cavab verərək bildirmişdir ki, Səhiyyə Nazirliyinin xx.xx.2016-cı il tarixli 100 nömrəli əmrinə əsasən “ölüm hadisələrinin qeydiyyatı kitabı”nın (TQS 125) saxlama müddəti 3 il, “ölüm haqqında tibbi şəhadətnamə”nin (TQS 106) saxlama müddəti 1 il olduğuna görə mərhum X1 xx.xx.1997-ci il tarixdə vəfatı barədə “ölüm haqqında tibbi şəhadətnamə” və yazıldığı əsaslar haqqında Xaçmaz rayon Mərkəzi Xəstəxanasında heç bir məlumat yoxdur. Əsas: Səhiyyə Nazirliyinin xx.xx.2016-cı il tarixli 100 nömrəli əmri. Xaçmaz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli V-JQ 289635 nömrəli arayışdan müəyyən edilir ki, X4 xx.xx.1997-ci ildə ölmüşdür. Bu barədə xx.xx.1997-ci il tarixdə 214 nömrəli ölüm akt qeydi aparılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni xx.xx.2011-ci il tarixədək inzibati orqanın qərarının, hərəkətinin (hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti xx.xx.2011-ci ilədək ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta, hərəkət (hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Beləliklə, hər bir halda iddiaçı cavabdehin hərəkətlərini mübahisələndirilmə imkanını xx.xx.2011-ci il tarixədək itirmişdir. Yuxarıda qeyd olanan hallar hazırkı iddia tələbinin məhkəmədə baxılmasını mümkünsüz etmişdir. “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə kollegiyası ilk növbədə nəzərə alır ki, inzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. İddiaçı xx.xx.1997-ci ildə ölmüş atası - X2 dair verilmiş ölüm haqqında tibbi şəhadətnamənin ləğv edilməsi niyyətindədir. Tələbini onunla əsaslandırır ki, 2011-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsinin 1 saylı Vərəm Əleyhinə dispanser tərəfindən verilmiş məktuba əsasən mərhum atasının ölümünün həmin xəstəxanada olmasıdır. Lakin, atasına verilmiş ölüm haqqında tibbi şəhadətnamənin qanunsuz olaraq Xaçmaz Xəstəxanası tərəfindən verilməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarında qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmamasına dair gəldiyi nəticəni əsaslı hesab edir, ona görə də şikayət rədd edilməsi və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 38, 87, 89, 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının şikayəti rədd edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-2012/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 7
Məhkəmə qərarları › İş №2-1(105)-329/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-329/2025
03.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver