Məhkəmə qərarları › İş №2-1(105)-33/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-33/2021

15.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-33/2021 15.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Rzayev Məhəmmədəli Əsəd oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə İddiaçı MMC-nin cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx xxxxxx 2018ci il tarixli **********522600 nömrəli “Vergilərin hesablanması barədə” qərarın ləğv edilməsi və həmin qərara əsasən hesablanmış ümumillikdə 148969,01 manat əlavə vergi məbləğinin silinməsi, xx xxxxxx 2018-ci il tarixli **********917900 nömrəli “Vergilərin hesablanması barədə” qərarın ləğv edilməsi və həmin qərara əsasən hesablanmış ümumillikdə 166642,58 manat əlavə vergi məbləğinin silinməsi, xx xxxx 2019-cu il tarixli **********362400 nömrəli “Vergilərin hesablanması barədə” qərarın ləğv edilməsi və həmin qərara əsasən hesablanmış ümumillikdə 344209,27 manat əlavə vergi məbləğinin silinməsi, xx xxxxxx 2019-cu il tarixli **********825600 nömrəli “Cari vergilərin hesablanması barədə" bildirişin ləğv edilməsi və ona əsasən 2018-ci ilin 4-cü rüb üzrə hesablanmış 125580,36 manat cari vergi məbləğinin silinməsi, 2018-ci ilin noyabr və dekabr ayları üçün təqdim edilmiş vergi bəyannamələri üzrə cəmi 156117,43 manat azalmanın təsdiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-921/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh 2 saylı X1rşı xx xxxxxx 2018-ci il tarixli **********522600 nömrəli “Vergilərin hesablanması barədə” qərarın ləğv edilməsi və həmin qərara əsasən hesablanmış ümumillikdə 148969,01 manat əlavə vergi məbləğinin silinməsi, xx xxxxxx 2018-ci il tarixli **********917900 nömrəli “Vergilərin hesablanması barədə” qərarın ləğv edilməsi və həmin qərara əsasən hesablanmış ümumillikdə 166642,58 manat əlavə vergi məbləğinin silinməsi, xx xxxx 2019-cu il tarixli **********362400 nömrəli “Vergilərin hesablanması barədə” qərarın ləğv edilməsi və həmin qərara əsasən hesablanmış ümumillikdə 344209,27 manat əlavə vergi məbləğinin silinməsi, xx xxxxxx 2019-cu il tarixli **********825600 nömrəli “Cari vergilərin hesablanması barədə" bildirişin ləğv edilməsi və ona əsasən 2018-ci ilin 4-cü rüb üzrə hesablanmış 125580,36 manat cari vergi məbləğinin silinməsi, 2018-ci ilin noyabr və dekabr ayları üçün təqdim edilmiş vergi bəyannamələri üzrə cəmi 156117,43 manat azalmanın təsdiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-921/2019 saylı xx xxxx 2019-cu il tarixli qərardadı ilə 2 saylı X4 tərəfindən qəbul edilmiş xx xxxxxx 2018-ci il tarixli, **********522600 nömrəli və xx xxxxxx 2018-ci il tarixli, **********917900 nömrəli “Vergilərin hesablanması barədə” qərarların ləğv edilməsinə dair iddianın verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmiş, xx xxxxxx 2019-cu il tarixli **********825600 nömrəli “Cari vergilərin hesablanması barədə" bildirişin ləğv edilməsinə dair iddianın verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməmiş, iddia xx xxxxxx 2019-cu il tarixli **********825600 nömrəli “Cari vergilərin hesablanması 3 barədə" bildirişin ləğv edilməsi və ona əsasən 2018-ci ilin 4-cü rüb üzrə hesablanmış 125580,36 manat cari vergi məbləğinin silinməsi hissəsində mümkün sayılmamışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya "Vergilərin hesablanması barədə" xx.xx.2018-cı il tarixli **********522600 nömrəli Qərara əsasən 2018-cı ilin sentyabr ayına ƏDV üzrə 148969,01 manat əlavə vergi məbləği hesablanmışdır. Hesablamaya əsas kimi vergi ödəyicisinin satılması ehtimal olunan mal qalığının məbləği olmuşdur. İddiaçıya "Vergilərin hesablanması barədə” xx.xx.2018-cı il tarixli **********917900 nömrəli Qərara əsasən 2018-cı ilin oktyabr ayına ƏDV üzrə 166642,58 manat əlavə vergi məbləği hesablanmışdır. İddiaçıya "Cari vergilərin hesablanması barədə" xx.xx.2019-cu il tarixli **********825600 nömrəli Bildirişə əsasən 2018-cı ilin 4-cü rübünə mənfəət vergisi üzrə 125580,36 manat əlavə vergi məbləği hesablanmışdır. İddiaçıya "Vergilərin hesablanması barədə" xx.xx.2019- cu il tarixli **********362400 nömrəli Qərara əsasən 2018-cı ilin mənfəət vergisi üzrə 344209,27 manat əlavə vergi məbləği hesablanmışdır. Bundan başqa, cəmiyyət tərəfindən 2018-ci ilin noyabr və dekabr ayları üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi təqdim edilmiş və noyabr ayı üzrə 14406,13 manat, dekabr ayı üzrə isə 141711,30 manat, ümumilikdə 156117,43 azalma əməliyyatı aparıldığı halda, həmin məbləğ şəxsi hesab vərəqəsində hər hansı əsas olmadan "təsdiqlənməmiş azalmalar" qrafasına salınmışdır. Cəmiyyət vergi öhdəliklərini vaxtlı-vaxtında icra etmiş, dövlət büdcəsi qarşısında hər hansı ödənilməmiş öhdəliyi mövcud deyil. Göstərilən qərarlar tamamilə qanunvericiliyə zidd olaraq qəbul edilmiş və qanunsuz inzibati akt qismində məhkəmə tərəfindən ləğv edilməlidir. Bundan əlavə noyabr və dekabr ayları üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin təqdim edilməsinə əsas cari vergi bəyannamələrində vergiyə cəlb edilən dövriyyənin diqqətsizlik nəticəsində düzgün əks etdirilməməsi olmuşdur. Cavabdeh isə etirazını onunla əsaslandırmışdır ki, iddia ərizəsində iddiaçı hesablanmış vergilərlə bağlı qəbul edilən qərarların hansı əsaslarla qanunvericiliyə zidd olaraq qəbul edilməsini və qanunsuz olmasını əsaslandırmamışdır. İddiaçıda xx.xx.2018-ci il tarixə mal qalığı, 2018-ci ilin 9 ayı ərzində e-vergi hesab faktura, e-qaimə faktura və idxal məlumatlarına əsasən mal alışı və 2018-ci ilin 9 ayı ərzində ümumi dövriyyə və dövriyyə üzrə rentabellik əsasında silinən mal nəzərə alınmaqla mal qalığının yarandığı müəyyən edilmiş və təsərrüfat subyektinin olmaması qeyd edilən mal qalığının faktiki olaraq mövcud olmaması riskini yaratdığından 2018-ci il sentyabr ayı ƏDV üzrə təqdim edilmiş bəyannamədə müvafiq dövr üzrə kənarlaşma yaranmışdır. Həmçinin xx.xx.2018-ci il tarixə mal qalığı, 2018-ci ilin 10 ayı ərzində idxal məlumatlarına əsasən mal alışı və 2018-ci ilin 10 ayı ərzində ümumi dövriyyə və dövriyyə üzrə rentabellik əsasında silinən mal nəzərə alınmaqla mal qalığının yarandığı müəyyən edilmiş və təsərrüfat subyektinin olmaması qeyd edilən mal qalığının faktiki olaraq mövcud olmaması riskini yaratdığından 2018-ci il oktyabr ayı ƏDV üzrə təqdim edilmiş bəyannamədə müvafiq dövr üzrə kənarlaşma yaranmışdır. Həmçinin 2018-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir məbləği ilə dövr üzrə ƏDV bəyannamələrində əks etdirilən dövriyyə arasında yaranmış kənarlaşma yaranmışdır. Qeyd olunanlara əsasən xx.xx.2018-ci il tarixli **********807900 nömrəli, xx.xx.2019-cu il tarixli **********547200 nömrəli, xx.xx.2018-ci il tarixli **********386500 “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. Beləliklə, iddiaçıya ünvanlanmış xx.xx.2018-ci, xx.xx.2019-cu il və xx.xx.2018-ci tarixli məktublarda tələb olunan sənədlər vergi orqanına təqdim edilmədiyindən, Vergi Məcəlləsinin 37.4-cü və 67.1 -ci maddələri rəhbər tutulmaqla “Vergilərin hesablanması barədə” xx.xx.2018-ci il tarixli **********522600 nömrəli Qərara əsasən 2018-ci ilin sentyabr ayı üzrə 148969,01 manat, “Vergilərin hesablanması barədə” xx.xx.2018-ci il tarixli **********807900 nömrəli Qərara əsasən 2018-ci ilin oktyabr ayı üzrə 166642,58 manat, Vergilərin hesablanması barədə” xx.xx.2019-cu il tarixli **********362400 nömrəli Qərara əsasən 2018-ci ilin mənfəət vergisi üzrə 344209,27 manat əlavə vergi məbləği hesablanmışdır. Eyni zamanda vergi ödəyicisinin 2018-ci il 4-cü rüb ƏDV dövriyyələri üzrə Vergi Məcəlləsinin 151.5-ci maddəsinə əsasən 2018-ci il 4-cü rüb mənfəət vergisi üzrə 125580,36 manat cari hesablama ilə əlavə vergi məbləği hesablanmış və xx.xx.2019-cu il tarixli **********825600 nömrəli “Cari vergilərin hesablanması barədə” bildiriş göndərilmişdir. Həmçinin vergi ödəyicisi tərəfindən xx.xx.2019-cu il tarixli **********137100 nömrəli məktubla təsdiqlənməmiş azalmanın təsdiq olunması barədə Vergilər Nazirliyinə müraciət olunmuşdur. Vergilər Nazirliyindən vergi ödəyicisinə ünvanlanmış xx.xx.2019-cu il tarixli **********446700 nömrəli məktubda 2018-ci ilin noyabr və dekabr ayları üçün təqdim edilmiş dəqiqləşdirilmiş əlavə dəyər vergisi bəyannamələrində dövriyyə və buna müvafiq olaraq vergi məbləğlərinin azaldıldığı, bununla əlaqədar olaraq vergi ödəyicisinin fəaliyyət növünün qarşılıqlı əməliyyatlarda uyğunsuzluqlar yarandığını nəzərə alaraq, aparılmış əməliyyatlar barədə təsdiqedici sənədləri (dövr üzrə bank hesabından çıxarışları (bank tərəfindən təsdiq olunmaqla), gəlirin əldə edilməsi ilə bağlı sənədləri (çek, qəbz, bağlanmış müqavilə, görülmüş işlərin təhvil-təslim sənədləri, qaiməfakturalar və s.) və dövriyyə məbləğinin azaldılması barədə izahat məktubunu qeydiyyatda olduğu vergi orqanına təqdim etməyi bildirilsə də, vergi ödəyicisi tərəfindən heç bir təsdiqedici sənəd vergi orqanına təqdim edilməmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-921/2019 saylı xx xxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək, 2 saylı X2 İddiaçı barəsində qəbul etdiyi xx xxxxxx 2018-ci il tarixli **********522600 nömrəli “Vergilərin hesablanması barədə” qərarın ləğv edilməsi və həmin qərara əsasən hesablanmış ümumillikdə 148969,01 manat əlavə vergi məbləğinin silinməsi, 2 saylı X2 İddiaçı barəsində qəbul etdiyi xx xxxxxx 2018-ci il tarixli **********917900 nömrəli “Vergilərin hesablanması barədə” qərarın ləğv edilməsi və həmin qərara əsasən hesablanmış ümumillikdə 166642,58 manat əlavə vergi məbləğinin silinməsi, 2 saylı X2 İddiaçı barəsində qəbul etdiyi xx xxxx 2019-cu il tarixli **********362400 nömrəli “Vergilərin hesablanması barədə” qərarın ləğv edilməsi və həmin qərara əsasən hesablanmış ümumillikdə 344209,27 manat əlavə vergi məbləğinin silinməsi, 2018-ci ilin noyabr və dekabr ayları üçün təqdim edilmiş vergi bəyannamələri üzrə cəmi 156117,43 manat azalmanın təsdiq edilməsi öhdəliyinin 2 saylı X2 üzərinə qoyulması qərara alınmışdır. (hakim Z.Pirverdiyev) Qərardan cavabdeh apelyasiya şikayəti verərək, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-921/2019 saylı xx xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-587/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən Z.Məmmədov, hakimlər N.Nəsibov və H.Babayeva) apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-921/2019 saylı xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qərardan cavabdeh kassasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-382/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən İ.Hüseynov, hakimlər S.Hüseynova və K.Bədəlov) Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 14 oktyabr tarixli 2-1(105)-587/2019 nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi, şikayətin qalan hissədə təmin olunmaması qərara alınmışdır. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıda xx.xx.2018-ci il tarixə mal qalığı, 2018-ci ilin 9 ayı ərzində e-vergi hesab faktura, e-qaimə faktura və idxal məlumatlarına əsasən mal alışı və 2018-ci ilin 9 ayı ərzində ümumi dövriyyə və dövriyyə üzrə rentabellik əsasında silinən mal nəzərə alınmaqla mal qalığının yarandığı müəyyən edilmiş və təsərrüfat subyektinin olmaması qeyd edilən mal qalığının faktiki olaraq mövcud olmaması riskini yaratdığından 2018-ci il sentyabr ayı ƏDV üzrə təqdim edilmiş bəyannamədə müvafiq dövr üzrə kənarlaşma yaranmışdır. Həmçinin xx.xx.2018-ci il tarixə mal qalığı, 2018-ci ilin 10 ayı ərzində idxal məlumatlarına əsasən mal alışı və 2018-ci ilin 10 ayı ərzində ümumi dövriyyə və dövriyyə üzrə rentabellik əsasında silinən mal nəzərə alınmaqla mal qalığının yarandığı müəyyən edilmiş və təsərrüfat subyektinin olmaması qeyd edilən mal qalığının faktiki olaraq mövcud olmaması riskini yaratdığından 2018-ci il oktyabr ayı ƏDV üzrə təqdim edilmiş bəyannamədə müvafiq dövr üzrə kənarlaşma yaranmışdır. Həmçinin 2018-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir məbləği ilə dövr üzrə ƏDV bəyannamələrində əks etdirilən dövriyyə arasında yaranmış kənarlaşma yaranmışdır. Yuxarıda qeyd olunanlara əsasən xx.xx.2018-ci il tarixli **********807900 nömrəli, xx.xx.2019-cu il tarixli **********547200 nömrəli, xx.xx.2018-ci il tarixli **********386500 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. Beləliklə, iddiaçıya ünvanlanmış xx.xx.2018-ci, xx.xx.2019-cu il və xx.xx.2018-ci tarixli məktublarda tələb olunan sənədlər vergi orqanına təqdim edilmədiyindən, Vergi Məcəlləsinin 37.4-cü və 67.1 -ci maddələri rəhbər tutulmaqla “Vergilərin hesablanması barədə” xx.xx.2018-ci il tarixli **********522600 nömrəli Qərara əsasən 2018-ci ilin sentyabr ayı üzrə 148969,01 manat, “Vergilərin hesablanması barədə” xx.xx.2018-ci il tarixli **********807900 nömrəli Qərara əsasən 2018-ci ilin oktyabr ayı üzrə 166642,58 manat, Vergilərin hesablanması barədə” xx.xx.2019-cu il tarixli **********362400 nömrəli Qərara əsasən 2018-ci ilin mənfəət vergisi üzrə 344209,27 manat əlavə vergi məbləği hesablanmışdır. Eyni zamanda vergi ödəyicisinin 2018-ci il 4-cü rüb ƏDV dövriyyələri üzrə Vergi Məcəlləsinin 151.5-ci maddəsinə əsasən 2018-ci il 4-cü rüb mənfəət vergisi üzrə 125580,36 manat cari hesablama ilə əlavə vergi məbləği hesablanmış və xx.xx.2019-cu il tarixli **********825600 nömrəli “Cari vergilərin hesablanması barədə” bildiriş göndərilmişdir. Həmçinin vergi ödəyicisi tərəfindən xx.xx.2019-cu il tarixli **********137100 nömrəli məktubla təsdiqlənməmiş azalmanın təsdiq olunması barədə Vergilər Nazirliyinə müraciət olunmuşdur. Vergilər Nazirliyindən vergi ödəyicisinə ünvanlanmış xx.xx.2019-cu il tarixli **********446700 nömrəli məktubda 2018-ci ilin noyabr və dekabr ayları üçün təqdim edilmiş dəqiqləşdirilmiş əlavə dəyər vergisi bəyannamələrində dövriyyə və buna müvafiq olaraq vergi məbləğlərinin azaldıldığı, bununla əlaqədar olaraq vergi ödəyicisinin fəaliyyət növünün qarşılıqlı əməliyyatlarda uyğunsuzluqlar yarandığını nəzərə alaraq, aparılmış əməliyyatlar barədə təsdiqedici sənədləri (dövr üzrə bank hesabından çıxarışları (bank tərəfindən təsdiq olunmaqla), gəlirin əldə edilməsi ilə bağlı sənədləri (çek, qəbz, bağlanmış müqavilə, görülmüş işlərin təhvil-təslim sənədləri, qaiməfakturalar və s.) və dövriyyə məbləğinin azaldılması barədə izahat məktubunu qeydiyyatda olduğu vergi orqanına təqdim etməyi bildirilsə də, vergi ödəyicisi tərəfindən heç bir təsdiqedici sənəd vergi orqanına təqdim edilməmişdir. X5-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(085)- 921/2019-cu il tarixli qərardadı ilə xx.xx.2018-ci il tarixli **********522600 nömrəli və xx.xx.2018-ci il tarixli **********807900 nömrəli qərarların ləğv edilməsinə dair iddianın verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. Bununla bağlı bildirik ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx xxxxxx 2018-ci il tarixli, **********522600 nömrəli qərar xx.xx.2018-ci il tarixdə iddiaçının elektron qutusuna göndərilmiş və iddiaçı tərəfindən xx.xx.2018-ci il tarixdə, saat 12:47-də oxunmuşdur. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında “xx xxxxxx 2018-ci il tarixli, **********917900 nömrəli qərar xx.xx.2018-ci il tarixdə iddiaçının elektron qutusuna göndərilmiş və iddiaçı tərəfindən xx.xx.2018-cı il tarixdə, saat 23:33-də oxunmuşdur. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx xxxx 2019-cu il tarixli, **********362400 nömrəli qərar xx.xx.2019-cu il tarixdə iddiaçının elektron qutusuna göndərilmiş və iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə, saat 16:50-də oxunmuşdur. İddiaçının xx.xx.2018-ci il tarixli ərizəsinə əsasən “Elektron sənəd mübadiləsi haqqında" müqavilə bağlanılmış və yazışmalar elektron qaydada aparılmışdır. Həmin müqavilənin 2.1-ci bəndinin predmetini vergi orqanı tərəfindən vergi ödəyicisinə sənədlərin (qərarların) elektron şəkildə göndərilməsi təşkil edir Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi Nümayəndə apelyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı MMC-nin vəkili Vəkil2 apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası qeyd edir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə iddia tələbi - xx xxxxxx 2018-ci il tarixli **********522600 nömrəli “Vergilərin hesablanması barədə” qərarın ləğv edilməsi və həmin qərara əsasən hesablanmış ümumillikdə 148969,01 manat əlavə vergi məbləğinin silinməsi, 2 saylı X2 İddiaçı barəsində qəbul etdiyi xx xxxxxx 2018-ci il tarixli **********917900 nömrəli “Vergilərin hesablanması barədə” qərarın ləğv edilməsi və həmin qərara əsasən hesablanmış ümumillikdə 166642,58 manat əlavə vergi məbləğinin silinməsi, 2 saylı X2 İddiaçı barəsində qəbul etdiyi xx xxxx 2019-cu il tarixli **********362400 nömrəli “Vergilərin hesablanması barədə” qərarın ləğv edilməsi və həmin qərara əsasən hesablanmış ümumillikdə 344209,27 manat əlavə vergi məbləğinin silinməsi hissəsində mümkün sayılmadığından, birinci instansiya məhkəməsinin qərarı - 2018-ci ilin noyabr və dekabr ayları üçün təqdim edilmiş vergi bəyannamələri üzrə cəmi 156117,43 manat azalmanın təsdiq edilməsi öhdəliyinin 2 saylı X2 üzərinə qoyulmasına dair iddia tələbi hissəsində araşdırılır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, İddiaçı MMC-nin cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 2018-ci ilin noyabr və dekabr ayları üçün təqdim edilmiş vergi bəyannamələri üzrə cəmi 156117,43 manat azalmanın təsdiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 72.1-ci maddəsinə əsasən, bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir. Həmin Məcəllənin 72.2-ci maddəsinə əsasən, bu Məcəlləyə və ona müvafiq olaraq qəbul edilmiş qanunlara uyğun olaraq vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatını bu Məcəllədə göstərilən müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına verməlidirlər. Vergi hesabatları vergi ödəyicisi tərəfindən şəxsən və ya hesabatın təqdim edilməsi təsdiq oluna bilən hər hansı digər üsulla (rabitə təşkilatına təhvil verilməsi və ya müvafiq qanunvericiliyə uyğun olaraq elektron sənəd formasında göndərilməsi də daxil olmaqla) təqdim edilə bilər. Vergi hesabatının elektron sənəd formasında göndərilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Vergi hesabatını elektron sənəd formasında təqdim edən vergi ödəyicilərinə bu Məcəllənin 72.3-cü, 72.4-cü 72.6.3-cü və 72.6.4-cü maddələrinin müddəaları şamil edilmir. Həmin Məcəllənin 72.5-ci maddəsinə əsasən, bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Dəqiqləşdirilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləği əvvəl təqdim edilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləğindən çox olduqda, əlavə hesablanmış vergi məbləği faizlərlə birlikdə büdcəyə ödənilir, az olduqda isə hesablanmış vergi və faiz məbləğləri azaldılır. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar vergi ödəyicisində səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilə bilər. Həmin Məcəllənin 72.6-cı maddəsinə əsasən, vergi orqanı tərəfindən vergi hesabatının onun barəsində kameral vergi yoxlaması aparıldıqdan sonra və ya hər hansı digər hərəkətlərin həyata keçirilməsi ilə qəbul edilməsinin şərtləndirilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Vergi orqanı tərəfindən vergi hesabatı yalnız aşağıdakı hallardan biri olduqda qəbul edilmir: 72.6.1. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi göstərilmədikdə və ya səhv göstərildikdə; 72.6.2. vergi dövrü əks olunmadıqda; 72.6.3. vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən kağız daşıyıcı vasitəsi ilə verilən vergi hesabatı imzalanmadıqda və möhürlə təsdiq olunmadıqda; 72.6.4. vergi ödəyicisi olan fiziki şəxs tərəfindən vergi hesabatı imzalanmadıqda. 72.6.5. Vergi ödəyicisi olan hüquqi və fiziki şəxslər tərəfindən elektron sənəd formasında göndərilən vergi hesabatı müvafiq qanunvericiliyin və ya qaydaların tələlərinə uyğun olmadıqda. Həmin Məcəllənin 72.7-ci maddəsinə əsasən, bu Məcəlləyə və ya digər qanunvericilik aktlarına müvafiq olaraq vergi orqanına təqdim edilmiş vergi hesabatı bu Məcəllənin 72.6.1-72.6.5-ci maddələrində müəyyən edilmiş hallarda qəbul edilmədikdə, hesabatın vergi orqanına daxil olduğu gündən 3 iş günü ərzində vergi ödəyicisinə bu barədə, habelə aşkar edilmiş dəqiqsizliklər aradan qaldırılaraq vergi orqanına təqdim edilməsi barədə bildiriş göndərilir. İş materiallarından müəyyən olunur ki, iddiaçı xx.xx.2018-ci il tarixdə 2018-ci ilin noyabr ayı üzrə ƏDV bəyannaməsi təqdim etmiş və həmin bəyannamə şəxsi hesab vərəqəsində öz əksini taparaq 16556,16 manat hesablama əməliyyatı həyata keçirilmişdir. Daha sonra, xx.xx.2019-cu il tarixdə həmin dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim edilmiş və həmin bəyannamə şəxsi hesab vərəqəsində öz əksini taparaq 14406,13 manat azalma əməliyyatı həyata keçirilmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdə 2018-ci ilin dekabr ayı üzrə ƏDV bəyannaməsi təqdim etmiş və həmin bəyannamə şəxsi hesab vərəqəsində öz əksini taparaq 147106,18 manat hesablama əməliyyatı həyata keçirilmişdir. Daha sonra, xx.xx.2019-cu il tarixdə həmin dövr üzrə birinci dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim edilmiş və həmin bəyannamə şəxsi hesab vərəqəsində öz əksini taparaq 351411,30 manat azalma əməliyyatı həyata keçirilmişdir. Həmin tarixdə yenidən ikinci dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim edilmiş və həmin bəyannamə şəxsi hesab vərəqəsində öz əksini taparaq 209700,0 manat hesablama əməliyyatı həyata keçirilmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, noyabr və dekabr ayları üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin təqdim edilməsinə əsas cari vergi bəyannamələrində vergiyə cəlb edilən dövriyyənin diqqətsizlik nəticəsində düzgün əks etdirilməməsi olmuşdur. Vergi ödəyicisi tərəfindən xx xxxxx 2019-cu il tarixli **********137100 nömrəli məktubla təsdiqlənməmiş azalmanın təsdiq olunması barədə Vergilər Nazirliyinə müraciət olunmuşdur. Vergilər Nazirliyindən vergi ödəyicisinə 2018-ci ilin noyabr və dekabr ayları üçün təqdim edilmiş dəqiqləşdirilmiş əlavə dəyər vergisi bəyannamələrində dövriyyə və buna müvafiq olaraq vergi məbləğlərinin azaldıldığı, bununla əlaqədar olaraq vergi ödəyicisinin fəaliyyət növünün qarşılıqlı əməliyyatlarda uyğunsuzluqlar yarandığını nəzərə alaraq, aparılmış əməliyyatlar barədə təsdiqedici sənədləri (dövr üzrə bank hesabından çıxarışları (bank tərəfindən təsdiq olunmaqla), gəlirin əldə edilməsi ilə bağlı sənədləri (çek, qəbz, bağlanmış müqavilə, görülmüş işlərin təhvil-təslim sənədləri, qaimə-fakturalar və.s) və dövriyyə məbləğinin azaldılması barədə izahat məktubunu qeydiyyatda olduğu vergi orqanına təqdim etməyi bildirilsə də, vergi ödəyicisi tərəfindən həmin sənədlər vergi orqanına təqdim edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, vergi ödəyicisi təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında uyğunsuzluqlar barədə vergi orqanına əlavə məlumat və ya sənəd təqdim etmədiyindən iddia tələbi 2018-ci ilin noyabr və dekabr ayları üçün təqdim edilmiş vergi bəyannamələri üzrə cəmi 156117,43 manat azalmanın təsdiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində təmin edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)- 921/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarı ləğv edilməli və iş üzrə yeni qərar qəbul edilməli, İddiaçı MMC-nin cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 2018-ci ilin noyabr və dekabr ayları üçün təqdim edilmiş vergi bəyannamələri üzrə cəmi 156117,43 manat azalmanın təsdiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-921/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı MMC-nin cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “2018-ci ilin noyabr və dekabr ayları üçün təqdim edilmiş vergi bəyannamələri üzrə cəmi 156117,43 manat azalmanın təsdiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar