Məhkəmə qərarları › İş №2-1(105)-33/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-33/2023

05.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-33/2023 05.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və X4 ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “üçüncü dərəcə müddətsiz əlilliyin təyin edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2-1(118)-1569/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş 08 fevral 2006-cı il tarixli, 524 nömrəli “Xəstəlik haqqında şəhadətnamə” yə əsasən Sumqayıt RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən aldığı və xx.xx.2005-xx.xx.2005-ci il, xx.xx.2005-xx.xx.2005-ci il tarixlərində və xx.xx.2006-cı il tarixdən hal-hazıradək MN MHKH-da müalicə olunduğu yaralanma - diaqnoz: “Onurğanın döş və bel şöbəsinin fəqərələrinin pazvari deformasiyası və rotasiyası ilə müşayiət olunan, təsbit olunmuş İİİ dərəcəli “S” vari kifoskoliozları nəticəsində onurğa sütunu funksiyasının mülayim dərəcədə pozulması. Ağrı sindromu ilə müşayiət olunan vertebrogen mənşəli rezitiv gedişli döş radikuliti, natamam remissiya mərhələsində, burun çəpərinin əyriliyi, tənəffüsün cüzi dərəcədə pozulması ilə” diaqnozlu xəstəliyinin səbəb əlaqəsi “Xəstəlik hərbi xidmət dövründə alınmışdır” qeyd edilmişdir. TSEK-in elektron informasiya sistemindən çıxarışlara əsasən, iddiaçı ilk dəfə xx.xx.2006-cı il tarixində TSEK-də müayinədən keçmiş və ona “Onurğanın döş və bel hissələrinin pazvari deformasiyası” diaqnozu ilə hərbi xidmət dövrü ilə əlaqədar bir il müddətinə üçüncü dərəcəli əlillik təyin edilmişdir. Daha sonra əlillik hər dəfə 1 il müddətinə olmaqla 2016-cı il tarixədək, 2016-cı il tarixində 5 il müddətinə uzadılmışdır. Əlillik müddəti bitdikdən sonra iddiaçıya Tibbi Sosial Ekspert Komissiyasına göndərilməsi üçün Sumqayıt 1 nömrəli şəhər poliklinikası tərəfindən xx.xx.2021-ci il tarixli 0529003AAHL6 nömrəli göndəriş verilmişdir. Həmin göndərişə əsasən iddiaçı son 1 il ərzində - xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021-ci il tarixlərdə “Skolioz” xəstəliyi ilə ambulator müayinədə, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Sumqayıt Şəhər Təcili X6, xx.xx.2005-ci il tarixdən xx.xx.2005-ci il tarixədək, xx.xx.2005-ci il tarixdən xx.xx.2005-ci il tarixədək, xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək Silahlı Qüvvələrin Baş Klinik Hospitalında, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Respublika Əlillərinin Bərpa Mərkəzində, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Bakı ET Travmatalogiya və Ortopediya İnstitutunda stasionar müalicədə olmuşdur. TSEK-ə göndəriş zamanı əsas diaqnoz M41 “Skolioz, onurğanın döş bel hissəsinin sağ tərəfli “S” vari skoliozu, 3-cü dərəcə, bel nahiyəsinin kompensator əks tərəfə əyilməsi, bel fəqərələrinin rotasiyası, daimi kökcük ağrı ilə”, Ağırlaşmaları: R26 “Hərəkətin və yerişin pozulmaları, onurğanın hərəkət funksiyasının və qamətin əhəmiyyətli dərəcədə pozulması”, M95.4 “Döş qəfəsinin və qabırğaların qazanılma deformasiyaları, döş qəfəsinin deformasiyası“, M62.5 “Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, bel əzələlərinin atrofiyası, hissiyyat pozğunluğu” Yanaşı xəstəliklər F45.3 “Vegetativ sinir sisteminin somatoform disfuksiyası”, M42 “Onurğanın osteoxondrozu, yayılmış ostoexondroz, kökcük ağrı sindromu ilə” kimi müəyyən edilmişdir. Sumqayıt 1 nömrəli şəhər poliklinikası tərəfindən rəsmiləşdirilən xx.xx.2021-ci il tarixli 0529003AAHL6 nömrəli göndəriş cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş, “Diaqnoz əlillik əlaməti təyin etməməsi – diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2021-ci ildə əlilllik təyinatından imtina etməsinin əsassız hesab edilməsi və ona hərbi xidmət dövrü ilə əlaqədar xx.xx.2021-ci il tarixdən üçüncü dərəcə müddətsiz əllliliyin təyin edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1993-cü ildən xx.xx.2006-cı ilədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində zabit kimi mayor rütbəsində xidmət etmiş və xidmət dövründə olan xəstəliklə əlaqədar ehtiyata buraxılmışdır. xx.xx.2006-cı ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasının “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” xəstəlik şəhadətnaməsi ilə təmin edilmişdir. Hərbi xidmət dövrü ilə əlaqədar 2006-ci ildən 3-cü dərəcə əlildir. xx.xx.2021-ci ildə o, tibb müəssisəsinin göndərişi əsasında təkrar əlilliyin təyin edilməsi üçün cavabdeh Agentliyə göndərilmiş, lakin cavabdeh əlilliyin təyin edilməsindən imtina etmişdir. Halbuki, iddiaçı fasiləsiz olaraq 10 ildən çoxdur ki, əlilldir. Bu səbəbdən də hesab edir ki, cavabdeh tərəfindən ona əlillik təyinatından imtina edilməsi əsassız hesab edilməli və hərbi xidmət dövrü ilə əlaqədar 3cü dərəcə müddətsiz əlillik təyin edilməlidir. Qeyd edir ki, onun əlilliyinin bərpa edilməsi məqsədi ilə yenidən qiymətləndirilməsinə ehtiyac yoxdur, çünki, o 2006-cı ildə qiymətləndirilmişdir və 10 ildən çoxdur əlildir. Cavabdeh iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə Sumqayıt 3 saylı şəhər poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X3: Xİİİ Sinif - Sümükəzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M40-M43 - Deformasiyaedən dorsopatiyalar => M41-Skolioz => M41.8 - Skoliozun digər formal...; Diaqnozun mətni: Onurğanın döş və bel fəq. pazvari deformasiyası ilə müşayiət ounan təsbit olunmuş İİİ dər. "S" vari kifoskalioz. Vertebrogen torakalgiya; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt 1 nömrəli xəstəxananın poliklinika şöbəsinin xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X3: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M40-M43 - Deformasiyaedən dorsopatiyalar => M41- Skolioz => M41.8 - Skoliozun digər formal...; Diaqnozun mətni: Skolioz. Onurğanın döş və bel hissələrinin pazvari deformasiyası. Rotasiya ilə müşayiət olunan təsbit olunmuş S vari skolioz. Vertebrogen torakolgiya; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DGƏR: 2.3” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi : Hərbi xidmət dövrü ilə əlaqədar; X3: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M40-M43- Deformasiyaedən dorsopatiyalar => M41 - Skolioz => M41.8 - Skoliozun digər formal…; Diaqnozun mətni: Skolioz. Onurğanın döş və bel hissələrinin pazvari deformasiyası. Rotasiya ilə müşayiət olunan təsbit olunmuş S vari skolioz. Vertebrogen torakolgiya; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt 1 nömrəli şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X3: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M40-M43 - deformasiyaedən dorsopatiyalar => M41 - Skolioz => M41.0 - İnfantil idiopatik sko...; Diaqnozun mətni: Skolioz, onurğanın döş və bel hissəsinin sağ tərəfli "S" vari skoliozu, İİİ dərəcə bel nahiyəsinin kompensator əks tərəfə əyilməsi, bel fəqərələrinin rotasiyası, daimi kökcük ağrı ilə .hərəkətin və yerişin pozulmaları, onurğanın hərəkət funksiyasının və qamətin əhəmiyyətli dərəcədə pozulması; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina verilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2-1(118)-1569/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin imtina cavabı əsassız hesab edilmiş və iddiaçıya hərbi xidmət dövrü ilə əlaqədar xx.xx.2021-ci il tarixdən 3-cü dərəcə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim V.Əzizova). Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmənin istinad etdiyi “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” nin təsdiq edilməsi haqqında Azərbaycan Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarının 4.2-ci bəndində göstərilmişdir ki, ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Lakin həmin qərarda şəxsin fasiləsiz olaraq əlillik təyinatı aldıqdan sonra müayinə olunmadan müddətsiz əlillik təyin ediləcəyi qeyd edilməmişdir. Bu səbəbdən iddiaçıya xx.xx.2016-cı il tarixdə 5 il müddətinə təyin edilən 3-cü qrup əlillik dərəcəsinin müddəti bitdikdən sonra xx.xx.2021-ci il tarixdə ona 3-cü qrup hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz əlillik təyin edilməsi üçün yenidən müayinədən keçirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İddiaçıya əlilliyin təyin edilməsindən imtina edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən, “İnzibati icraat haqqında” AR Qanununun tələblərinin pozulmamasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə uyğun qiymətləndirilməsinə baxmayaraq məhkəmə iddia tələbini təmin etməklə maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Hesab edir ki, məhkəmə qərarı ləğv edilməlidir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək izahatında əlavə olaraq bildirdi ki, o, TSEK-də dəfələrlə müayinədən keçmiş, müayinə nəticəsində onda 0529003AAHL6 nömrəli göndərişdə qeyd edilən xəstəliklərlə yanaşı, üçüncü-dördüncü dərəcə kifoskolioz xəstəliyi də aşkar edilmişdir. Hesab edir ki, onda olan xəstəliklər ona üçüncü dərəcə müddətsiz əlilliyin təyin edilməsinə əsas verir. Qeyd edilənlərə əsasən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ “Əlilliyi olan şəxslərin hüquqları haqqında” 31 may 2018-ci il tarixli Qanun qüvvəyə minənə qədər qüvvədə olmuş “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” 1992-ci il 25 avqust tarixli 284 nömrəli Qanun: Maddə 3. Tibbi-sosial ekspertiza Tibbi-sosial ekspertiza orqanizmin funksiyalarının davamlı pozulmaları nəticəsində həyat fəaliyyətinin məhdudlaşdırılmasının qiymətləndirilməsi əsasında vətəndaşın sosial müdafiə tədbirlərinə olan ehtiyaclarının müəyyən edilməsidir. Tibbi-sosial ekspertiza müayinə olunan şəxsin klinik, funksional, sosial, məişət, peşə, əmək, psixoloji imkanlarının kompleks qiymətləndirilməsi yolu ilə əlillik, uşaqların sağlamlıq imkanlarının məhdudluğu meyarlarına uyğun olaraq həyata keçirilir. Tibbi-sosial ekspertiza tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Tibbi-sosial ekspert komissiyaları haqqında və əlilliyin, uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair əsasnamələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. (-) 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2015-ci il tarixli 595 nömrəli Fərmanı: (-).

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 6.1. birinci dərəcə əlilliyin və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsini, ikinci və üçüncü dərəcə əlilliyin təyinat müddətinin 5 ildən az olmayaraq artırılmasını və təkrar müayinə sayının azaldılmasını nəzərdə tutmaqla, əlilliyin müəyyən olunması meyarlarında iki ay müddətində dəyişikliklər etsin; (-).

“Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı: Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 sentyabr tarixli 595 nömrəli Fərmanının 6.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1.“Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” təsdiq edilsin (əlavə olunur). (-).

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə 2.3-cü bənd. Üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Üçüncü dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: (-) 2.3.9. uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar (F60.0-F62.9, F45-F45.9, F48-F48.9). 2.5-ci bənd. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda üçüncü dərəcə əlillik müddətsiz təyin edilir: (-) 2.5.12. üçüncü-dördüncü dərəcə kifoskolioz, kəskin funksiya pozuntusu (M40- M41.9); (-). 4-cü bənd. Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması müddətləri 4.1. Birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. (-).

6. Keçid müddəalar 6.1. Bu Əsasnamənin təsdiq edildiyi günədək əlilliyi müəyyən edilmiş və həmin günədək əlillik müddəti başa çatmamış ikinci və üçüncü dərəcə əlilliyi olan şəxslərin əlillik müddəti TSERAS tərəfindən 5 (beş) il müddətinə uzadılır. (-).

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 saylı qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnaməsi: 4.1. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. (-).

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri” nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası 1.3-cü bənd. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; (-) 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; (-). 2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi-həkim-məsləhət komissiyasına müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6-cı bənd. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçıya xx.xx.2021-ci il tarixdən hərbi xidmət dövrü ilə əlaqədar olaraq üçüncü dərəcə müddətsiz əlillik təyin edilməsindən imtinası təşkil edir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçıya ilk dəfə 2006-cı ildə əlillik təyin edilmiş və hər il bir il müddətinə, sonuncu dəfə 2016-cı ildə 5 il müddətinə uzadılmışdır. İddiaçıya sonuncu dəfə verilmiş Forma 88 arayışa əsasən göstərilən diaqnoz (xəstəliklər) təsdiq olunmasına baxmayaraq əlilliyin növbəti müddətə təyin olunmasından imtina edilmişdir ki, bu da iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin faktiki hallarından görünür ki, iddiaçıya 2006-cı il tarixdən “Onurğanın döş və bel hissələrinin pazvari deformasiyası” diaqnozu ilə hərbi xidmət dövrü ilə əlaqədar üçüncü dərəcəli əlillik təyin edilmişdir. Daha sonra əlillik hər dəfə 1 il müddətinə olmaqla 2016-cı il tarixədək, 2016-cı il tarixində 5 il müddətinə uzadılmışdır. Əlillik müddəti bitdikdən sonra iddiaçı barəsində Sumqayıt 1 nömrəli şəhər poliklinikası tərəfindən rəsmiləşdirilən xx.xx.2021-ci il tarixli 0529003AAHL6 nömrəli göndəriş cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş, “Diaqnoz əlillik əlaməti təyin etməməsi – diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. Cavabdehin etiraz və apellyasiya şikayətinin əsas dəlili iddiaçı barəsində tərtib olunmuş 0529003AAHL6 saylı göndərişdə qeyd olunan diaqnozun əlillik əlaməti təyin etməməsidir. Həmçinin, cavabdeh apellyasiya şikayətinin dəlillərində əlavə olaraq bildirmişdir ki, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına” dair Əsasnamənin təsdiq edilməsi haqqında Azərbaycan Nazirlər Kabinetinin 30 dekabr 2015ci il tarixli, 413 nömrəli qərarının 4.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Lakin həmin qərarda şəxsin fasiləsiz olaraq əlillik təyinatı aldıqdan sonra müayinə olunmadan müddətsiz əlillik təyin ediləcəyi qeyd edilməmişdir. Cavabdehin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi iddiaçı barəsində tərtib edilmiş 0529003AAHL6 nömrəli göndərişdə əsas diaqnoz M41 “Skolioz, onurğanın döş bel hissəsinin sağ tərəfli “S” vari skoliozu, 3-cü dərəcə, bel nahiyəsinin kompensator əks tərəfə əyilməsi, bel fəqərələrinin rotasiyası, daimi kökcük ağrı ilə”, Ağırlaşmaları: R26 “Hərəkətin və yerişin pozulmaları, onurğanın hərəkət funksiyasının və qamətin əhəmiyyətli dərəcədə pozulması”, M95.4 “Döş qəfəsinin və qabırğaların qazanılma deformasiyaları, döş qəfəsinin deformasiyası“, M62.5 “Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, bel əzələlərinin atrofiyası, hissiyyat pozğunluğu”, yanaşı xəstəliklər F45.3 “Vegetativ sinir sisteminin somatoform disfuksiyası”, M42 “Onurğanın osteoxondrozu, yayılmış ostoexondroz, kökcük ağrı sindromu ilə” diaqnozlu xəstəliklər qeyd edilmişdir. İddiaçı isə məhkəmə iclasında izahatında onun, həmçinin, üçüncü-dördüncü dərəcə kifoskolioz xəstəliyindən də əziyyət çəkdiyini bildirmişdir. Kollegiya tərəfindən iddiaçı canlı müayinə olunmaqla, onda “Skolioz onurğanın döş bel hissəsinin sağ tərəfli “S” vari skoliozu, 3-cü dərəcə, bel nahiyəsinin kompensator əks tərəfə əyilməsi, bel fəqərələrinin rotasiyası, daimi kökcük ağrı ilə” xəstəliyinin aşkar edilibedilməməsi, həmçinin, “Üçüncü-dördüncü dərəcə kifoskolioz” xəstəliyinin aşkar edilibedilməməsi ilə bağlı yenidən məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi cavabdeh inzibati orqanın ekspertləri cəlb edilmədən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 publik hüquqi şəxsinə həvalə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 publik hüquqi şəxsi tərəfindən verilmiş məhkəmə tibbi ekspertizasının 03 mart 2023-cü il tarixli T 107/2023 nömrəli rəyindən görünür ki, iddiaçı 28 fevral 2023-cü il tarixdə Birliyin təkrar ekspertizalar şöbəsində TSEK-in ekspertləri ilə birgə müayinədən keçirilmişdir. İddiaçının tibbi sənədlərinin təhlilinə əsasən o, hazırda “Skolioz onurğanın döş bel hissəsinin sağ tərəfli “S” vari skoliozu, 3-cü dərəcə, bel nahiyəsinin kompensator əks tərəfə əyilməsi, bel fəqərələrinin rotasiyası, daimi kökcük ağrı ilə” xəstəliklərindən əziyyət çəkir, iddiaçının təqdim edilmiş xx.xx.2022-ci il tarixli onurğa sütununun döş-bel-oma şöbələrinin əhatə olunmaqla gövdənin düz və yan proyeksiyalı R-qrammasında döş və bel fəqərələrində 3-cü, 4-cü dərəcəli skolioz-kifoz qeyd edilir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində iddiaçıya təyin edilmiş daqnozun öz təsdiqini tapmadığını qeyd etsə də, ekspert rəyindən, eləcə də iş materiallarında olan sənədlərdən iddiaçının M 41 kodlu “Skolioz onurğanın döş bel hissəsinin sağ tərəfli “S” vari skoliozu, 3-cü dərəcə, bel nahiyəsinin kompensator əks tərəfə əyilməsi, bel fəqərələrinin rotasiyası, daimi kökcük ağrı ilə” diaqnozlu xəstəlikdən əziyyət çəkdiyi sübuta yetirilmişdir. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, Sumqayıt 1 nömrəli şəhər poliklinikası tərəfindən iddiaçı barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli 0529003AAHL6 nömrəli göndərişdə (Forma 88) qeyd edilən əsas xəstəlik və yanaşı xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.3 və 2.5-ci bəndlərinə əsasən, əlilliyin təyin edilməsinə əsas verir. Belə ki, qeyd edilən Əsasnamənin: - 2.3-cü bəndinə əsasən üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Üçüncü dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: (-) 2.3.9. uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar (F60.0-F62.9, F45-F45.9, F48-F48.9). - 2.5-ci bəndinə əsasən tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda üçüncü dərəcə əlillik müddətsiz təyin edilir: (-) 2.5.12. üçüncü-dördüncü dərəcə kifoskolioz, kəskin funksiya pozuntusu (M40- M41.9); (-). X1 görünür ki, M41 kodlu “Skolioz, onurğanın döş bel hissəsinin sağ tərəfli “S” vari skoliozu, 3-cü dərəcə, bel nahiyəsinin kompensator əks tərəfə əyilməsi, bel fəqərələrinin rotasiyası, daimi kökcük ağrı ilə” diaqnozlu xəstəlik Təsnifatın “Deformasiyaedən dorsopatiyalar (M40-M43)” bölməsinə aid olmaqla, bölmənin M41 yarımbölməsində “Skolioz” diaqnozlu xəstəliklərə aid edilmişdir. Beləliklə, müəyyən edilir ki, 15 iyun 2021-ci il tarixli 0529003AAHL6 nömrəli Forma 88 göndərişdəki əsas xəstəlik kimi qeyd edilmiş M41 kodlu xəstəlik Əsasnaməyə əsasən, iddiaçıya üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsinə, yanaşı xəstəlik kimi qeyd edilmiş F45.3 diaqnozlu xəstəlik üçüncü dərəcə əlilliyin təyin edilməsinə əsas verən xəstəliklər siyahısına daxil edilmiş və sözügedən xəstəliklər X2 da daxil edilmişdir. Bundan əlavə işdən görünür ki, iddiaçıya ilk dəfə 2006-cı ildən üçüncü dərəcəli əlillik təyin edilmiş və 2021-ci il tarixədək fasiləsiz olaraq 15 ildən artıq müddətdə əlillik müddəti uzadılmışdır. Əsasnamənin 4.2-ci bəndinə əsasən, ikinci dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuşdur. Bu səbəbdən, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2-1(118)-1569/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar