Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-33/2024 19.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı (Açar sözlər:torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması, torpağın plan və ölçüsü sənədinin hazırlanması) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “cavabdehin üzərinə Qusar rayon Çubuqlu Bələdiyyəsinin 04 mart 2007-ci il tarixli 04 nömrəli qərarı və tərəflər arasında bağlanmış 16 mart 2007-ci il tarixli torpaqların alqı-satqısına dair akt əsasında ona, Çubuqlu bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı torpaq sahəsindən kənd təsərrüfatı məqsədilə satılmış 0,93 ha (9300 kvadrat metr) torpaq sahəsinə dair Azərbaycan Respublikasının keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “sair sahələr” kimi uçota alınaraq verilmiş və X10 kitabında xx.xx.2008-ci il tarixdə 353 nömrə ilə qeydiyyata alınmış A055989 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilən koordinatların dəqiqləşdirilərək faktiki vəziyyətə uyğunlaşdırılması və həmin torpaq sahəsi üzərində onun xüsusi mülkiyyət hüququna dair çıxarış verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2- 1(118)-242/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Qusar rayon Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 04 nömrəli qərarına əsasən iddiaçıya Çubuqlu bələdiyyə fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı torpaq sahəsindən kənd təsərrüfatı məqsədilə 0,93 ha torpaq sahəsi satılmışdır. 19 mart 2007-ci il tarixli torpaqların alqı-satqısına dair akta əsasən iddiaçı tərəfindən xx.xx.2007-ci il tarixdə bələdiyyə orqanına torpaq sahəsinin alınması barədə müraciət edilmiş və Çubuqlu bələdiyyəsinin hesabına müvafiq ödəniş edildikdən (xx.xx.2007, qəbz № 12) sonra torpaq sahəsi iddiaçıya ayrılmış, Qusar rayon torpaq şöbəsi tərəfindən təsdiq edilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş rəydən görünür ki, iddiaçıya satılması nəzərdə tutulan torpaq sahəsi 0,93 ha olmaqla alqısatqı predmetidir. Həmin torpaq sahəsi kənd təsərrüfatına az yararlı olmaqla satılması qanuna müvafiqdir. İddiaçıya Qusar rayon Çubuqlu Bələdiyyəsinin 04 mart 2007-ci il tarixli 04 saylı qərarı ilə ayrılmış 9300 kvadrat metr torpaq sahəsinin planı və ölçüsü X10 kitabında xx.xx.2008-ci il tarixdə 353 nömrə ilə uçota alınmışdır (A № 055989). İddiaçı tərəfindən cavabdeh orqana ünvanlanmış ərizə xx.xx.2022-ci il tarixdə rəsmi qaydada əldə edilməsinə baxmayaraq hər hansı bir cavab əldə edilməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-74/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair iddiası təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkməsinin İnzibati Kollegiyasının 2-1(105)-550/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-74/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş, iddia ərizəsi geri götürülmüş hesab edildiyindən iş üzrə icraata xitam verilmişdir. Mütəxəssis rəyinə əsasən iddiaçıya satılmış 0,93 ha torpaq sahəsinin faktiki yerləşdiyi hissəsi hər hansı bir fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür (heç bir hissədə) və mübahisəli torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə aiddir. Mütəxəssis rəyinə əsasən Qusar rayonu Çubuqlu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 4 saylı qərarı əsasında İddiaçı Qusar rayonu, Çubuqlu kəndində ayrılmış 0.93 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə aiddir. Ləğv edilmiş DT və XK tərəfindən iddia edilən 0.93 ha torpaq sahəsinə verilmiş A№055989 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə görə, torpaq sahəsinin keyfiyyət qrupu - 1 (bir), bonitet balı - 100 (yüz) təşkil edir və yararlıq dərəcəsi isə şərti yararsız torpaq sahələrinə aiddir. Həmin torpaq sahəsinin faktiki yerləşmə mövqeyi ilə Çubuqlu Bələdiyyəsinin yerquruluşu planından çıxarışda həmin torpaq sahəsi barəsində hər hansı dəqiq gösrəlici (misal üçün: torpaq sahəsinin dəqiq ölçüləri, torpaq sahəsinin qonşu mülkiyyətçiləri və s.) olmadığından, göstərilən yerləşmə mövqeyi üst-üstə düşüb düşmədiyini müəyyən etmək mümkün olmamışdır. Torpaq sahəsinin Çubuqlu Bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilən yerləşmə mövqeyi ilə həmin torpaq sahəsinin koordinatları üst-üstə düşüb düşməməsini, Çubuqlu Bələdiyyəsinin yerquruluşu planından çıxarışda həmin torpaq sahəsi barəsində hər hansı dəqiq gösrəticiləri (misal üçün: torpaq sahəsinin dəqiq ölçüləri, torpaq sahəsinin qonşu mülkiyyətçiləri və s.) olmadığından, müəyyən etmək mümkün olmamışdır. İddia olunan torpaq sahəsinin faktiki yerləşmə mövqeyi ilə başqa şəxslərə məxsus olan torpaq sahəsinin ölçüləri üst-üstə düşmür. İddia olunan torpaq sahəsinin Çubuqlu Bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilən yerləşmə mövqeyi ilə başqa şəxslərə məxsus olan torpaq sahəsinin ölçüləri üst-üstə düşməməsini, Çubuqlu Bələdiyyəsinin yerquruluşu planından çıxarışda həmin torpaq sahəsi barəsində hər hansı dəqiq gösrəticiləri (misal üçün: torpaq sahəsinin dəqiq ölçüləri, torpaq sahəsinin qonşu mülkiyyətçiləri və s.) olmadığından, müəyyən etmək mümkün olmamışdır. Qusar rayon Dövlət arxivinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, rayon arxivində saxlanılan Qusar rayonu Çubuqlu bələdiyyəsinin xx.xx.2006-xx.xx.2007-ci il tarixləri əhatə edən Torpaqların alqı-satqı sənədləri qovluqunda İddiaçı kənd təsərrüfatı məqsədi ilə 0.93 ha torpaq sahəsinin satılması barədə 04 mart 2007-ci il tarixli 04 nömrəli qərar və qərara aid digər sənədlər aşkar edilmişdir. Bundan əlavə 2000-2009-cu illər üzrə bələdiyyə iclas protokolları və 2000-2009-cu illərin bələdiyyənin iclas protokollarının qərarları sənədləri qovluqlarına da baxış keçirilmişdir ki, xx.xx.2007-ci il tarixli, 4 saylı qərara aid iclas protokolun olması aşkar edilmədi. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə Qusar rayon Çubuqlu Bələdiyyəsinin 04 mart 2007-ci il tarixli 04 nömrəli qərarı və tərəflər arasında bağlanmış 16 mart 2007-ci il tarixli torpaqların alqısatqısına dair akt əsasında ona, Çubuqlu bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı torpaq sahəsindən kənd təsərrüfatı məqsədilə satılmış 0,93 ha (9300 kvadrat metr) torpaq sahəsinə dair Azərbaycan Respublikasının keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “sair sahələr” kimi uçota alınaraq verilmiş və X10 kitabında xx.xx.2008-ci il tarixdə 353 nömrə ilə qeydiyyata alınmış A 055989 nömrəli “Torpaq sahəsinin planı və ölüçüsü”ndə göstərilən koordinatların dəqiqləşdirilərək faktiki vəziyyətə uyğunlaşdırılması və həmin torpaq sahəsi üzərində onun xüsusi mülkiyyət hüququna dair çıxarış verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qusar rayonu Çubuqlu Bələdiyyəsinin 04 mart 2007-ci il tarixli, 04 nömrəli qərarı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin 02 mart 2007-ci il tarixli rəyi və torpaq sahəsinin yerquruluşup planı nəzərə alınaraq, Çubuqlu Bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı torpaq sahəsindən kənd təsərrüfatı məqsədilə 0,93 ha torpaq sahəsinin Bakı şəhər sakini olan ona satılması qərara alınmış, sonra da 16 mart 2007-ci il tarixdə tərəflər arasında torpaqların alqı-satqısına dair akt tərtib olunaraq Qusar rayon Torpaq şöbəsində 19 mart 2007-ci il tarixdə 352 nömrə ilə qeydiyyata alınmışdır. Daha sonra həmin 9300 kvadrat metr torpaq sahəsi DT və XK-nin Qusar rayon şöbəsinin A 055989 №-li Torpaq sahəsinin planı və ölçüsü əsasında X10 kitabında xx.xx.2008-ci il tarixdə 353 nömrə ilə “Sair sahələr" kimi uçota alınmışdır. Torpaq sahəsinin ayrılmasına dair sənədlərdən görünür ki, həmin sahə ümumi örüş sahəsində yerləşməklə Azərbaycan SSR MeyvəTərəvəz Təsərrüfatı Nazirliyinin xx.xx.1982-ci il tarixli 504 №-li əmri ilə Qusar rayonu ərazisində (Çubuqlu kəndi) yaradılmış Mal-qara kökəltmə kompleksinin istifadəsinə verilərək orada Kompleksin idarə və digər yardımçı binaları yerləşməklə torpağın uqodiyası kəndaltı torpaqlara aid olmuşdur. Çubuqlu Bələdiyyəsinin hüquqi varisi olan Qusar rayonun Quxuroba Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli arayışı ilə də təsdiq edilir ki, Çubuqlu Bələdiyyəsinin 04 mart 2007-cü il tarixli 04 № qərarı ilə İddiaçı mülkiyyətinə yerilmiş 0,93 ha torpaq sahəsi 1994-cü ilədək ictimai tikili (ferma ərazisi) binalarının ərazisi olmuşdur. Sonra Respublikada aparılmış torpaq islahatı ilə əlaqədar həmin mal-qara kökəltmə kompleksi də özəlləşməyə çıxarılmış, kompleksin idarə və digər yardımçı binalarının yerləşdiyi həmin 0,93 ha ərazi də kənd təsərrüfatına azyararlı torpaq sahəsi kimi Çubuqlu Bələdiyyəsinə verilmiş və yuxarıda qeyd olunduğu kimi bələdiyyə qərarı ilə qanunvericiliyə uyğun qaydada ona satılmışdır. Təbii ki, həmin vaxtdan etibarən də torpaq sahəsi üzərində onun sahiblik və istifadə hüquqları formasında mülkiyyət hüququ yaranmış və tərəfindən torpaq sahəsi yararlı vəziyyətə gətirilərək təyinatı üzrə, yəni kənd təsərrüfatı məqsədləri üçün istifadə olunur. Ona görə də həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının (xüsusilə da sərəncam vermə hüququnun) dövlət qeydiyyatına alınması məqsədilə DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş və cavabdeh tərəfindən bundan imtina olunduğuna görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Lakin Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-74/2021 nömrəli, 25 may 2021-ci il tarixli qərarı ilə iddiaçının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Qusar rayonu Çubuqlu kənd bələdiyyəsinin 04 mart 2007-ci il tarixli qərarı əsasında torpağın alqı-satqısına dair 16 mart 2007-ci il tarixli aktı və əlavə edilmiş sənədləri nəzərə alaraq iddiaçıya ayrılmış torpaq sahəsinə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzlərinə qoyulması tələbinə dair iddiası təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(105)-550/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-74/2021 nömrəli, 25 may 2021-ci il tarixli qərarı ləğv olunmuş, iddia ərizəsi geri götürülmüş hesab edilmiş və bu əsasla da iş üzrə icraata xitam verilmişdir. DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən ona göndərilmiş xx.xx.2019-cu il tarixli **********21 nömrəli imtina məktubunda, eləcə də məhkəməyə təqdim etdiyi etirazda göstərilir ki, Qusar rayonu Çubuqlu Bələdiyyəsinin 04 mart 2007-cü il tarixli 04 saylı qərarı əsasında kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə ayrılmış 0,93 ha torpaq sahəsi 5 saylı Ərazi İdarəsinin elektron məlumat bazasında kənd təsərrüfatı təyinatlı (örüş) torpaq sahəsidir və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.3-cü və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə istifadəyə və icarəyə verilə bilər. Qeyd edilən torpaq sahələri alqı-satqı predmeti deyildir. Ona görə də “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1 və 15-ci maddələrinə əsasən hüquqların qeydiyyata alınmasından imtina edilmiş və həmin Qanunun 11.1-ci maddəsinə görə də hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İmtina məktubu və etirazda Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.3-cü və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 6.3-cü maddələrinə istinad edən cavabdeh, həmin Məcəllə və Qanunun digər tələblərini (yəqin ki qəsdən) unudur. Belə ki, Torpaq Məcəlləsinin torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsaslarını müəyyən edən 56-cı maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Torpaq Məcəlləsinin 56-cı maddəsinin 2-ci bəndinə görə də Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. DƏDRX-in 5 saylı Ərazi İdarəsinin elektron məlumat bazası və həmin bazada qeyd olunan torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı (örüş) torpaq sahəsi kimi göstərilməsi özlüyündə iddianın təmin olunmaması üçün hüquqi əsas sayıla bilməz və təbii ki, həmin məlumat bazası hüquq müəyyənedici sənədlərə uyğun olmalıdır. Eləcə də, qeyd olunan kənd təsərrüfatına az yararlı olan torpaq sahəsinin örüş torpaqlarına aid olması təbii haldır və kənd təsərrüfatına az yararlı torpaqlar da kənd təsərrüfı təyinatı torpaqlarına aiddir. Həmçinin qeyd olunan torpaq sahəsi iddiaçıya satılarkən qanunvericiliyin tələblərinə uyğun qaydada DT və XK Qusar rayon şöbəsinin müvafiq rəyi alınmış və topağın satılması faktı da həmin şöbədə qeydə alınaraq, sonradan həmin şöbə tərəfindən də torpaq sahəsinin Planı və Ölçüsü tərtib olunub uçota götürülmüşdür. Cavabdeh DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsi də DT və XK-nin Qusar rayon şöbəsinin hüquqi varisidir və bu hal da onu göstərir ki, torpaq sahəsi bir növ cavabdehin öz razılığı ilə satılaraq vaxtında qeydiyyata alınmışdır. DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinin hüquqi varisi olduğu DT və XK Qusar rayon şöbəsinin mövqeyinə zidd hərəkət etməsi isə qanuna uyğun deyildir. Birinci instansiya məhkəməsinin qərarında iddia tələbinin təmin olunmaması üçün cavabdehin imtina məktubu və iddiaya etirazından başqa əsasən məhkəmənin 09 fevral 2021-ci il tarixli qərardadı ilə ekspertiza təyin edilərək ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi MMC-nin Xaçmaz Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli C-38 nömrəli mütəxəssis rəyinin bir hissəsinə istinad olunur. Həmin rəydə də göstərilir ki, “...İddiaçı Çubuqlu kənd Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı ilə ayrılmış 0,93 ha torpaq sahəsi faktiki olaraq elektron baza məlumatlarındakı DWJ xəritələrinə əsasən 0,48 ha hissəsi ictimai tikinti altı sahəyə, 0,45 ha hissəsi isə kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə üst-üstə düşür və iddia olunan torpaq sahəsi keçmiş kökəltmə məntəqəsinin binaları altındakı torpaqlar kimi istifadə olunmuşdur. İddiaçıya Çubuqlu kənd Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı ilə ayrılmış 0,93 ha torpaq sahəsinə əsasən verilmiş A № 055983 nömrəli Torpaq sahəsinin Planı və Ölçüsü sənədindəki koordinatlara əsasən həmin torpaq sahəsi JN-11, 12, 13 saylı dövlət aktları ilə başqa şəxslərin mülkiyyətinə verilmiş torpaq sahələri üst-üstə düşür. İddiaçı tərəfindən iddia olunan torpaq sahəsi faktiki naturada JN-11, 12, 13 saylı dövlət aktları ilə digər vətəndaşlara verilmiş pay torpaq sahələri ilə üst-üstə düşmür. İddia olunan torpaq sahəsi ilə JN-11, 12, 13 saylı dövlət aktları ilə digər vətəndaşlara verilmiş pay torpaq sahələri arasında yol vardır..." Yəni, həmin mütəxəssis rəyində göstərilir ki, Çubuqlu kənd Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı ilə ona ayrılmış 0,93 ha torpaq sahəsinə verilmiş A № 055983 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlara əsasən həmin torpaq sahəsi JN-11, 12, 13 saylı dövlət aktları ilə başqa şəxslərin mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst-üstə düşür. Lakin həmin torpaq sahəsi faktiki olaraq haturada JN-11, 12, 13 saylı dövlət aktları ilə digər vətəndaşlara verilmiş pay torpaq sahələri ilə üst-üstə düşmür və həmin torpaq sahəsi ilə JN-11, 12, 13 saylı dövlət aktları ilə digər vətəndaşlara verilmiş pay torpaq sahələri arasında yol vardır. DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən də görünür ki, JN-0011 KOD ********* №-li Torpağa mülkiyyət hüququna dair Dövlət X2 və ailə üzvlərinə 4,33 hektar torpaq sahəsinin verilməsi barədə xx.xx.1998-ci il tarixli, JN-0012 KOD ********* №-li Torpağa mülkiyyət hüququna dair Dövlət X1 1,15 hektar torpaq sahəsinin verilməsi barədə xx.xx.1998ci il tarixli, JN-0013 KOD ********* №-li Torpağa mülkiyyət hüququna dair Dövlət aktı da X8 və ailə üzvlərinə 4,19 hektar torpaq sahəsinin verilməsi barədə xx.xx.1998-ci il tarixli aktlardır. Torpaq sahələri ilə bağlı həmin şəxslərlə aralarında heç bir mübahisə yoxdur və torpaq sahələri də faktiki olaraq bir-birindən aralı yerləşməklə sərhədləri kəsişmir. Çubuqlu kənd Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı ilə iddiaçıya satılmış 0,93 ha torpaq sahəsinə verilmiş A № 0559S3 nömrəli Torpaq sahəsinin Planı və Ölçüsü sənədində qeyd olunan koordinatların, X5 və ailə üzvlərinə, X4 və X9 və ailə üzvlərinə məxsus torpaq sahələrinə dair JN-11, 12 13 saylı dövlət aktların koordinatları ilə üst-üstə düşməsinin göstərilməsi isə bilavasitə həmin Plan və Ölçünü tərtib etmiş, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi əməkdaşlarının təqsiri üzündən baş vermişdir. Həmin səhvin düzəldilməsi və koordinatların faktiki vəziyyətə uyğunlaşdırılması isə, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Qusar rayon şöbəsinin hüquqi varisi olan DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinin xidməti vəzifə borcudur. Bununla əlaqədar DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə edilməli olan sorğunun, gələcəkdə də lazım gələrsə ona qarşı iddia tələbinin məzmununun dəyişdirilməsi zərurəti yaranmış və iddia ərizəsi məhkəmədən geri götürülmüşdür. Cavabehə ərizənin təmin olunması barədə müraciət olunsa da, 40 gündən artıq vaxt keçməsinə baxmayaraq heç bir məlumat verilməmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, təqdim edilmiş sənədlərin ekspertizası zamanı Qusar rayonu, Çubuqlu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 4 saylı qərarı əsasında kənd təsərrüfatı məhsulların istehsalı məqsədi ilə ayrılmış 0.93 ha torpaq sahəsinin 5 saylı Ərazi İdarəsinin elektron kadastr xəritə materiallarında kənd təsərrüfatı təyinatlı (örüş) torpaq sahəsi olması aşkar olunmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.3cü və Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə istifadəyə və icarəyə verilə bilər. Qeyd edilən torpaq sahələri alqı-satqı predmeti deyildir. Yuxarıda qeyd olunanları nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından xx.xx.2019-cu il tarixli, **********21 nömrəli məktubla imtina olunmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 13.1 -ci maddəsinə əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Həmin məcəllənin 16-cı maddəsinə əsasən bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Yay və qış otlaqlarının əkilməsinə yol verilmir, istifadə edilən sahənin yalnız 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkilə bilər. Hüquqi və fiziki şəxslər yay və qış otlaqlarından, örüş və biçənək sahələrindən səmərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və mal-qara düşərgələrini qoruyub saxlamalı, baytarlıq-sanitariya qaydalarına və digər tələblərə riayət etməlidirlər. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəni-məişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7.2. maddəsinə əsasən ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parklarının, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların və idman meydançalarının altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsörrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2- ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1- ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahölərinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmu qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2-1(118)-242/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Qusar rayon Çubuqlu Bələdiyyəsinin 04 mart 2007-ci il tarixli 04 nömrəli qərarı və tərəflər arasında bağlanmış 16 mart 2007-ci il tarixli torpaqların alqı-satqısına dair akt əsasında iddiaçıya, Çubuqlu bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı torpaq sahəsindən kənd təsərrüfatı məqsədilə satılmış 0,93 ha (9300 kvadrat metr) torpaq sahəsinə dair Azərbaycan Respublikasının keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “sair sahələr” kimi uçota alınaraq verilmiş və X10 kitabında xx.xx.2008-ci il tarixdə 353 nömrə ilə qeydiyyata alınmış A 055989 nömrəli “Torpaq sahəsinin planı və ölüçüsü”ndə göstərilən koordinatların dəqiqləşdirilərək faktiki vəziyyətə uyğunlaşdırılması və həmin torpaq sahəsi üzərində iddiaçının xüsusi mülkiyyət hüququna dair çıxarış verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır (hakim İmran Burcayev). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bələdiyyə qərarında və X6 Komitəsinin rəyində sözügedən torpaq sahəsinin kənd təsərrüfatına az yararlı olması və alqısatqı predmeti olaraq satılmasının qanunamüvafiq olması qeyd edilmişdir. Qanunvericiliyə əsasən kənd təsərrüfatı az yararlı torpaq sahəsi alqı-satqı predmeti hesab olunur. Bundan əlavə, məhkəmə sorğusu nəticəsində əldə edilmiş mütəxəssis rəyinə əsasən iddiaçıya satılmış 0,93 ha torpaq sahəsinin faktiki yerləşdiyi hissəsi hər hansı fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahələri ilə heç bir hissədə üst-üstə düşmür. Əvvəllər məhkəmə araşdırması nəticəsində əldə edilmiş mütəxəssis rəyində iddiaçıya Çubuqlu kənd Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı ilə ayrılmış 0,93 ha torpaq sahəsinə əsasən verilmiş A № 055983 nömrəli Torpaq sahəsinin Planı və Ölçüsü sənədindəki koordinatlara əsasən həmin torpaq sahəsinin JN-11, 12, 13 saylı dövlət aktları ilə başqa şəxslərin mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst-üstə düşməsi qeyd olunsa da, yenidən əldə edilmiş mütəxəssis rəyində torpaq sahələrinin faktiki olaraq bir-birindən aralı yerləşməklə sərhədlərinin kəsişmədiyi müəyyən edilmişdir. Eyni zamanda məhkəmə araşdırılması zamanı qeyd olunan sahənin elektron məlumat bazasına əsasən örüş torpağı olduğu qeyd edilsə də, həmin sahədə X5 və ailə üzvlərinə, X9 və ailə üzvlərinin xüsusi mülkiyyətinə torpaq sahəsinin ayrıldığı müəyyən edilmiş, həmçinin sonuncu məhkəmə sorğusu nəticəsində əldə olunmuş xx.xx.2023-cü il tarixli, 3-21-3-34/2-1191/2023 saylı mütəxəssis rəyində mübahisəli torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olması, habelə Qusar rayon Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 04 nömrəli qərarı və 19 mart 2007-ci il tarixli torpaqların alqı-satqısına dair aktda torpaq sahəsinin kənd təsərrüfatına az yararlı olması qeyd edilmişdir. Ona görə də iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun eyni məzmunda əsaslandırılmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etirazda apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı və onun nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. .... İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. .... Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar ..... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; Maddə 56.2. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
2. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası) Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5 Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin Bənd 1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” xx.xx.2001-ci il tarixli 548 nömrəli Fərmanı: Müəyyən edilsin ki: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi müvafiq bələdiyyə qərarı ilə iddiaçının adına ayrılmış 0,93 ha torpaq sahəsi üzrə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından və həmin torpaq sahəsinin plan və ölçü sənədində koordinatların faktiki vəziyyətə uyğunlaşdırılmasından ibarət olmuşdur. İşin mübahisəli halı ondan ibarətdir ki, sözügedən torpaq sahəsinin elektron məlumat bazasına kənd təsərrüfatı təyinatlı (örüş) torpaq sahəsi olduğundan, həmin torpaq sahəsi alqısatqı predmeti olmadığından, sözügedən torpaq sahəsinə dair iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, Qusar rayonu Çubuqlu Bələdiyyəsinin 04 mart 2007-ci il tarixli 04 №li Qərarı ilə iddiaçının adına kəndin bələdiyyə ehtiyat fondundan kənd təsərrüfatına az yararlı torpaq sahəsindən alqı-satqı qaydasında 0,93 ha torpaq sahəsinin satılması qərara alınmış, ona dair alqı-satqı aktı tərtib edilmişdır. Sözügedən torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən bələdiyyənin hesabına ödənilmiş, bu barədə qəbz mövcuddur. Həmçinin, həmin torpaq sahəsinə dair yerquruluşu planından çıxarış tərtib edilərək, müvafiq bələdiyyə qurumu və DT və XK-nin müvafiq şöbəsi tərəfindən imza və möhürlə təsdiq edilmişdir. DT və XK tərəfindən həmin torpaq sahəsinin kənd təsərrüfatına az yaralı olmaqla, aqlı-satqı predmeti olmasına və satılmasının məqsədəmüvafiq hesab edilməsinə dair rəy verilmiş, habelə ona dair plan və ölçü sənədi tərtib edilmiş, həmin sənəddə torpaq sahəsinin kadastr göstəriciləri, ölçüləri, verilməsinə əsas olan sənədlər göstərilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı tədqiq edilmiş tədqiq edilmiş mütəxəssis rəyinin məzmunundan görünür ki, Qusar rayonu Çubuqlu Bələdiyyəsinin 04 mart 2007-ci il tarixli 04 nömrəli qərarı və tərəflər arasında bağlanılmış 16 mart 2007-ci il tarixli torpaqların alqı-satqısına dair akt əsasında iddiaçıya satılmış 0,93 ha torpaq sahəsinin faktiki yerləşdiyi hissəsi hər hansı fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür, heç bir hissədə üst-üstə düşmür, mübahisəli torpaq sahəsinin köhnə və yeni xəritədəki vəziyyəti forması dəyişilməmişdir. Mübahisəli torpaq sahəsini kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə aiddir. Digər mütəxəssis rəyinin məzmunundan görünür ki, sözügedən torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. “Torpaq sahəsinin plan və ölçüsü” sənədinə əsasən keyfiyyət qrupu 1, bonitet balı 100, şərti yararsız torpaq sahələrinə aiddir, iddia olunan torpaq sahəsinin faktiki yerləşmə mövqeyi ilə başqa şəxslərə məxsus torpaq sahəsinin ölçüləri üstüstə düşmür. Göründüyü kimi sözügedən torpaq sahəsi müvafiq bələdiyyə qərarı əsasında iddiaçıya satılmış, ayrıldığı vaxtdan hazıradək onun istifadəsində olmaqla, naturada mövcudddur. Həmçinin, qeyd edilən bələdiyyə qərarının məzmununda həmin torpaq sahəsinin kənd təsərrüfatına az yararlı olmaqla, bələdiyyə ehtiyat fonduna aid olması qeyd edilmiş, o cümlədən DT və XK tərəfindən tərtib edilmiş rəyin məzmununda həmin torpaq sahəsinin kənd təsərrüfatına az yararlı olması və alqı-satqı predmeti olması əks olunmuşdur. Qeyd edilən qərar və rəy hazırda qüvvədə olmaqla, həmin sənədlərin ləğv edilməsi, dəyişdirilməsi və ya geri çağırılması halı məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Hansı ki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən iddiaçıya torpaq sahəsinin ayrılmasına dair müvafiq bələdiyyə qərarı daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranması əsası qismində çıxış etməklə, bu hüququn dövlət qeydiyyatına alınması üçün əsas hesab olunur. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtina və apelllyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, ”X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi).Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015ci il 29 yanvar tarixli, §49 Qərarlar). İndiki halda iddiaçının adına müvafiq torpaq sahəsinin ayrılmasına dair inzibati akt qüvvədədir. Hansı ki həmin inzibati akt torpaq sahəsinə dair mülkiyyət hüququnun yaranması üçün əsas hesab olunur. Nəticə etibarilə iddiaçının həmin torpaq sahəsinə dair mülkiyyət hüququ yaranmışdır. Bundan əlavə, həmin torpaq sahəsinin satılmasının, alqı-satqı predmeti olmasına dair müvafiq rət məhz Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmişdir. Hansı ki, torpaq sahəsinin ayrıldığı vaxt həmin dövrdə yerquruluşu, X10, torpaqların monitorinqi, onların münbitliyinin təmin olunması, geodeziya və xəritəçəkmə sahəsində dövlət siyasətini formalaşdıran və həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı qismində məhz həmin Komitə çıxış etmişdir. Belə olan halda, torpaq sahəsinin satılmasına dair müvafiq qərar və rəy qüvvədə olmasına baxmayaraq, cavabdeh inzibati orqan tərəfindən hazırda torpaq sahəsinin təyinatının mübahisələndirilməsi, alqı-satqı predmeti qismində çıxış edə bilməməsi kimi hala istinad etməsi ilk növbədə inzibati icraat haqqında qanunvericiliyin norma və prinsiplərinin, etimadın qorunması prinsipinin mahiyyətinə zidd olmuş olar. Bu baxımından məhkəmə kollegiyasi qeyd edir ki, cavabdeh inzibati orqanın imtinasının, iddia tələbinə etirazın və apellyasiya şikayətinin əsası kimi istinad etdiyi hallar iş materialları əsasında təkzib olunmaqla, qeyd edilən hissədə əsassız olmuşdur. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə mübahisə predmeti olan torpaq sahəsinin ölçüləri sənəd üzrə müəyyən edilmiş koordinatlara əsasən başqa şəxslərə məxsus olan torpaq sahələri ilə üst-üst düşdüyü halda, faktiki istifadə vəziyyətinə uyğun olaraq, başqa şxəslərə məxsus olan torpaq sahələri ilə üst-üstə düşmür. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, torpaq sahəsinin koordinatlarının texniki səhv olaraq səlahiyyyətli surum tərəfindən yalnış olaraq işlənilməsi halı iddiaçının təqsiri ilə əhatə olunmamaqla, onun əmlaka dair mövcud olan mülkiyyət hüququnun məhdudlaşdırılmasına əsas olan hal kimi çıxış etməməlidir. Əks yanaşma özlüyündə inzibati icraat haqqında qnaunvericiliyin norma və prinsiplərinin mahiyyətinə və məqsədinə zidd olmuş olardı. Həmçinin, torpaq sahəsinin ayrıldığı vaxtdan hazırki vaxtadək faktiki yerləşmə vəziyyətində iddiaçının istifadəsində olması, naturada mövcud olması, faktiki yerləşmə mövqeyinin başqa şəxslərə məxsus torpaq sahəsi ilə üst-üstə düşməməsi halı müəyyən edildiyindən, iddiaçı torpaq sahəsinin koordinatlarının faktiki vəziyyətə uyğunlaşdırılmaqla, ona dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etməkdə haqlı olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə cavabdehin imtina, etiraz və apellyasiya şikayətinin dəlilləri formal olmaqla, əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Məhkəmə kollegiyası, eyni zamanda nəzərə alır ki, birinci instansiya məhkəməsinin qərarının nəticə hissəsinin mətnində “İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı” sözləri qeyd edilməsi halının texniki səhv olaraq qiymətləndirilməsi məqsədəmüvafiq olmaqla, həmin səhv birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin düzgünlüyünə təsir etmir. Bu baxımından məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarının nəticə hissəsinin mətnindən “İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı” sözləri çıxarılmaqla, qərar dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı yol verilmiş texniki səhv düzəldilməklə, dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2-1(118)-242/2023 nömrəli qərarı- qərarın nəticə hissəsinin mətnindən “İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı” sözləri çıxarılmaqla- dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.