Məhkəmə qərarları › İş №2-1(105)-330/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-330/2020

04.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-330/2020 04.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası, Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər X7 və Hökümə Çingiz qızı Babayevadan ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçı nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X8 Nazirliyinin tabeliyində Dövlət X18 X22 1 saylı regional ərazi filialına qarşı “onun xx xxxx 1979-cu ildən xx xxxx 1989-cu ilə kimi Lerik rayonunun “Partiyanın XX Qurultayı” adına sovxozunda Monidigah kəndi üzrə briqadasında fəhlə, xx xxxxx 1989-cu ildən xx xxxxxx 1994-cü ilə kimi həmin sovxozdan ayrılaraq yeni yaradılmış “Monidigah” sovxozunda fəhlə və xx xxxxxx 1994-cü ildən xx xxxxxx 2004-cü ilə kimi “Monidigah” kəndli fermer təsərrüfatında fəhlə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi, 52 yaşının tamam olduğu xx xxxxxx 2015-ci il tarixdən əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi barədə iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 162/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxxxx 2020-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət X11 Sumqayıt şəhər şöbəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “onun xx xxxx 1979-cu ildən xx xxxx 1989-cu ilə kimi Lerik rayonunun “Partiyanın XX Qurultayı” adına sovxozunda Monidigah kəndi üzrə briqadasında fəhlə, xx xxxxx 1989-cu ildən xx xxxxxx 1994-cü ilə kimi həmin sovxozdan ayrılaraq yeni yaradılmış “Monidigah” sovxozunda fəhlə və xx xxxxxx 1994–cü ildən xx xxxxxx 2004-cü ilə kimi “Monidigah” kəndli fermer təsərrüfatında fəhlə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi, 52 yaşının tamam olduğu xx xxxxxx 2015–ci il tarixdən əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 1963-cü ildə Lerik rayonun Monidigah kəndində anadan olmuş və ərizəsində göstərdiyi ünvanda yaşayır. xx xxxx 1979-cu ildən xx xxxx 1989-cu ilə kimi Lerik rayonunun “Partiyanın XX Qurultayı” adına sovxozunun Monidigah kəndi üzrə briqadasında fəhlə, xx xxxxx 1989cu ildən xx xxxxxx 1994-cü ilə kimi həmin sovxozdan ayrılaraq yeni yaradılmış “Monidigah” sovxozunda fəhlə və xx xxxxxx 1994–cü ildən xx xxxxxx 2004-cü ilə kimi “Monidigah” kəndli fermer təsərrüfatında fəhlə işləmişdir. xx xxxx 1979-cü ildən mart 1989-cu ilə kimi Lerik rayonunun “Partiyanın XX Qurultayı” adına sovxozunun “Mondigah kəndi üzrə briqadasında fəhlə, xx xxxxx 1989-cu ildən xx xxxxxx 1994-cü ilə kimi həmin sovxozdan ayrılaraq yeni yaradılmış “Monidigah” sovxozunda fəhlə və xx xxxxxx 1994–ci ildən xx xxxxxx 2004–cü ilə kimi “Monidigah” kəndli fermer təsərrüfatında fəhlə işləməyini təsdiq edən arayış əldə edib Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında DSMF-nun Sumqayıt şəhər şöbəsinə təqdim edilməsi üçün Milli X12 rayon Dövlət Arxivinə müraciət etmişdir. Həmin arxivin göndərdiyi xx.xx.2019-cu il tarixli 121 saylı arxiv arayışında göstərilir ki, o “Monidigah” sovxozu üzrə xx xxxxx 1989-cu il tarixli 18/2 saylı əmrlə (paraqraf 4) sovxoza fəhlə kimi işə qəbul olunmuş və xx xxxxxx 1994-cü ildə 34 saylı əmrlə işdən azad edilmişdir. “Partiyanın XX Qurultayı” sovxozu və “Monidigah” kəndli fermer təsərrüfatlarının əmək stajı kitabları Lerik rayon Dövlət Arxivində aşkar olunmamışdır. Onu da əlavə edir ki, xx xxxx 1979–ci ildən xx xxxx 1989–cu il tarixə kimi “Monidigah” kəndli Fermer təsərrüfatında əkib becərdiyi torpağa görə Dövlət X11 Lerik rayon şöbəsinə məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. Belə ki, xx xxxxxx 2003-cü il tarixli, seriya BZB-069601 saylı qəbzlə 5000 ( beş min) və xx xxxxxx 2003–cü il tarixli BZB–070660 saylı qəbzlə isə 3000 ( üç min) manat məbləğində pul DSMF–nun Lerik rayon şöbəsinə ödəmişdir. Həmin sənədlərdən görünür ki, ödənilən məbləğ vətəndaşa pensiya təminatı hüququ verir. Sübut əhəmiyyətl kəsb edən həmin sənədləri ərizəsinə əlavə etmişdir. Qeyd olunan təşkilatlarda işləməsini onunla birlikdə işləmiş iş yoldaşları da təsdiq edə bilər. xx xxxx 1979-cu ildən xx xxxx 1989–cu ilə kimi Lerik rayonunun “Partiyanın XX Qurultayı” adına sovxozda, xx xxxxx 1989–cu ildən xx xxxxxx 1994–cü ilə kimi “Monidigah” sovxozunda və xx xxxxxx 1994-cü ildən xx xxxxxx 2004–cü ilə kimi “Monidigah” kəndli fermer təsərrüfatında fəhlə işləməsinin təsdiq olunmasını istəyir, lakin həmin təşkilatlar fəaliyyət göstərmədikləri üçün arayışın əldə edilməsi qeyri mümkündür. Ona görə də həmin dövrlərdə işləməsinin məhkəmə tərəfindən müəyyən edilməklə ümumi əmək stajına daxil edilməsi zərurəti yaranmışdir. Hal–hazırda o pensiya yaşına çatdığına görə əmək stajını təsdiq edən sənədlər istəyirlər. Ondan asılı olmayan səbəblərə görə əmək stajı barədə arayış təqdim edib pensiyaya çıxa bilmir. O həmçinin beş uşaq doğub tərbiyə etmiş və 25 ildən artıq əmək stajı vardır. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən onun yaşa görə əmək pensiyasına çıxmaq hüququ vardır. Belə ki, həmin Qanunun 8.1-ci maddəsində göstərilir ki, beş uşaq və daha çox uşaq böyüdüb onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd olunan maddənin tələbinə əsasən, xx xxxxxx 2015-ci il tarixdən o yaşa görə əmək pensiyasına çıxmaq hüququna malikdir. Eyni zamanda xx xxxxxx 2006-cı il tarixli Qanuna xx xxxx 2017-ci il tarixli 543–VOD nömrəli Qanunla edilmiş dəyişiklik və əlavələrə əsasən 7.1-ci maddədə 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası təyin edilməsi nəzərdə tutulmuşdur. Qanunun geriyə qüvvəsi olmasına görə onun xx.xx.2015-ci ildən çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyasına çıxmaq hüququ da vardır. Çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyası təyin edilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət X11 Sumqayıt şəhər Şöbəsinə müraciət etmiş, lakin stajı barədə arxiv sənədləri tam olmaması səbəbindən müraciəti təmin olunmamışdır. Əmək stajı barədə arxiv sənədləri əldə etmək məqsədi ilə Azərbaycan Respublikasının Milli X12 rayon Dövlət Arxivinə müraciət etmiş, həmin arxivin verdiyi cavabda xx xxxxx 1989-cu ildən xx xxxxxx 1994-cü ilə kimi “Monidigah” sovxozunda fəhlə işləməyi barədə müvafiq əmrlərin olması, lakin “Partiyanin XX Qurultayı” sovxozunun və “Monidigah” kəndli fermer təsərrüfatının əmək stajı kitablarının Lerik rayon Dövlət Arxivində aşkar edilməməsi bildirilmişdir. Qeyd olunan mübahisənin başqa yolla həll edilməsi mümkün olmadığından aidiyyəti üzrə məhkəmə orqanına müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və bu Qanunun 7–ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017–ci il iyulun 1–dən başlayaraq 2027–ci il iyulun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən və əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1 bəndinə əsasən əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edildiyindən, iddiaçının təqdim etdiyi 702 saylı, xx.xx.2015-ci il tarixli arayışda qeyd edilən dövrün sığorta stajına hesablanması zamanı nəzərə alınması qaydalara ziddir. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(118)-162/2020 saylı qərarı ilə iddia təmin edilməmişdir. (hakim C.Məmmədov) Qərardan narazı qalan iddiaçı tərəfindən apelyasiya şikayəti verilərək, Sumqayıt İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(118)-162/2020 saylı qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət X11 Sumqayıt şəhər şöbəsi prosessual hüquqi varisi Azərbaycan Respublikası Əmək və X8 Nazirliyinin tabeliyində Dövlət X18 X22 1 saylı regional ərazi filialı ilə əvəz edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apelyasiya şikayətini iddia ərizəsində qeyd etdiyi dəlillərlə əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək iddianın təmin olunmamasını xahiş etməklə, “Əmək Pensiyaları haqqinda” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığotra stajının müəyyən olunması, əmək pensiyaları sənədlərinin, rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1- ci bəndinə əsasən əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edildiyindən, iddiaçının təqdim etdiyi 702 saylı, xx.xx.2015-ci İl tarixli arayışda qeyd edilən dövrün sığorta stajına hesablanması zamanı nəzərə alınmasının qanuna zidd olmasını göstərmişdir. Bununla iddiaçı razı deyil. İşlədiyi təsərrüfatlarda ona əmək kitabçası verilməmişdir. Pensiya yaşına çatmaq hüququ olandan sonra əmək kitabçası olmadığından müraciətilə əlaqədar Milli X12 rayon Dövlət Arxivinin arayışı ilə də xx.xx.1989-cu ildən xx.xx.1994-cü il tarixədək “Mondigah” sovxozunda fəhlə işləməsi təsdiq olunmaqla əmrin surəti məktubla ona göndərilmiş, lakin “Partiyanın XX Qurultayı” adına sovxozu, “Mondigah kəndli fermer təsərrüfatının sənədləri arxivə verilmədiyindən həmin təsərrüfatlarda işlədiyi müddət barədə məlumat verilməsi mümkün olmamışdir. Lakin hakim işə birtərəfli qaydada baxaraq təqdim olumuş rəsmi arayışı və fermer təsərrüfatında işləyib vergi ödəməyini belə nəzərə almayaraq cavabdehin xeyrinə qərar qəbul etmişdir. Təsərrüfatların sənədlərinin arxivə təhvil verilib mövcud olmaması, saxlanılmaması, iş yerində əmək kitabçasının açılmaması və verilməməsi təsərrüfat rəhbərliyin səlahiyyətindədir. Bunda onun təqsiri yoxdur. TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi apelyasiya şikayətini qəbul etməyərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır. Yəni ki, iddiaçının pensiya hüququnun yarandığını iddia etdiyi 2015- ci ildə qadınlar üçün nəzərdə tutulan yaş həddi 54 yaş 6 ay olmuşdur. İddiaçı isə 1963-cü il 14 yanvar tarixində anadan olduğundan xx xxxxxx 2015-ci il tarixində isə yaş həddi 54 il 6 ay olduğundan tələb olunan yaş həddi ödənilmir. İddiaçının stajı qanunda göstərilən stajı tamamlamadığından, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı yetərli olmadığından və tələb olunan yaşı ödəmədiyindən əmək pensiyası hüququ yaranmır. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(118)-162/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanmalıdır. İş materiallarında olan: Seriya AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1963-cü il tarixdə Lerik rayonunun Monidiga kəndində anadan olmuşdur. Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X3 ilə İddiaçı xx.xx.1985-ci il tarixdə nikah bağlamışlar. Doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiqlənmiş surətlərindən görünür ki, həmin nikahdan iddiaçının beş uşağı- X9, X10, X4, X5 və X6 olmuşdur. xx.xx.2108-ci il tarixli, 2(060)-8785/2018 saylı Sumqayıt şəhər Məhkəməsinin qətnaməsinin təsdiqlənmiş surətindən görünür ki, iddiaçının ərizəsi təmin edilərək onun xx xxxx 1979-cu ildən xx xxxxxx 1986-cı ilə kimi Lerik rayonu “Partiyanın XX Qurultayı” adına sovxozunda fəhlə, xx xxxxxxxx 1986-cı ildən xx xxxxxx 1994-cü ilə kimi “Monidigah” sovxozunda fəhlə və xx xxxx 1998-ci il tarixdən xx xxxxxx 2003-cü il tarixə kimi “Monidigah” kəndli fermer təsərrüfatında fəhlə işləməklə həmin dövrlər üçün əmək stajının mövcudluğu faktı müəyyən edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(105)-1963/2019 saylı qərardadından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin müvafiq qətnaməsindən həmin iş üzrə maraqlı şəxs olan DSMF-nun Sumqayıt şəhər şöbəsi tərəfindən apelyasiya şikayəti verilmiş və iddiaçı iddia ərizəsini geri götürdüyündən məhkəmənin qərardadı ilə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2108-ci il tarixli, 2(060)-8785/2018 saylı qətnaməsi ləğv edilmiş və ərizəçi İddiaçı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlanmışdır. Cavabdehin xx.xx.2019-cu il tarixli, **********1 nömrəli imtina məktubundan görünur ki, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. Azərbaycan Respublikasının Milli X21 rayon İcra Hakimiyyəti Lerik rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli,121/2 saylı arxiv arayışından görünür ki, İddiaçı “Monidigah” sovxozu üzrə xx.xx.1989-cu il tarixli 18/2 saylı əmrlə /paraqraf 4/ sovxoza fəhlə təyin edilmişdir. O ərizəsinə əsasən “Monidigah” sovxozu üzrə xx.xx.1994-cü il tarixli 34 saylı əmrlə işdən azad edilmişdir(kitab 3, səh 58). Arayışa əsasən, “Partiyanın XX Qurultayı” adına sovxozunun Monidigah kəndinə aid əmək stajı kitabları və “Monidigah” kəndli fermer təsərrüfatının əmək stajı kitabları arxivdə aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və ona əsaslanmışdır ki, iddiaçının pensiya hüququnun yaranması üçün tələb edilən 10 illik sığorta stajı mövcud deyildir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli arxiv arayışına əsasən İddiaçı “Monidigah” sovxozunda işləməsi barədə ümumilkdə 5 il 7 ay əmək stajı var. Yaş həddinə gəlincə isə, 2017-ci ilin iyul ayınadək qadınlara pensiya təyin edilməsi üçün tələb edilən yaş həddi 57 yaş idi. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən İddiaçı 5 övladı olduğu üçün 52 yaş kifayət edirdi. Lakin İddiaçı pensiya hüququnun yaranması üçün tələb edilən 10 illik iş stajı mövcud deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Cavabdehin xx.xx.2019-cu il tarixli, **********1 nömrəli imtina məktubundan görünür ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan sosial sığorta stajının olmaması, iddiaçıya yaşa görə pensiya hüququnun yaranması qanunvericiliyin tələbi kimi mümkün deyildir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Kollegiya qeyd edir ki, iddiaçının yaşa görə pensiya almaq hüququ onun 52 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixdə qüvvədə olmuş Əmək Pensiyaları haqqında Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan Əmək Pensiyaları haqqında qanunun və hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan digər qanunvericilik aklarının müddəalarına uyğun baxılmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun xx xxxx 2017-ci il tarixə qədər qüvvədə olmuş 7-ci maddəsinə əsasən 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun xx xxxx 2017-ci il tarixinə qədər qüvvədə olmuş 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Əmək və X8 Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Sonuncu müddəadan göründüyü kimi, stajın iki hissədən ibarət olduğu müəyyən edilmişdir: xx xxxxxx 2006-cı il tarixinə qədər - ümumi iş stajı, xx xxxxxx 2006-cı il tarixdən sonra sosial sığorta stajı. Maddələrin əlaqəli təhlili o nəticəni yaradır ki, şəxsin xx xxxxxx 2006-cı il tarixinə qədər müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən dövrlər onun pensiya hüququ yarandığı xx xxxxxx 2006-cı il tarixindən sonra qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinin tələbləri baxımından sosial sığorta stajını təşkil etməli və qazanmış pensiya hüququna aiddir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-8785/2018 saylı qətnaməsinə əsasən İddiaçı əmək stajı 18 il 8 ay müəyyən edilmişdir. Lakin sonradan DSMF-nin Sumqayıt şəhər şöbəsinin verdiyi apellyasiya şikayətinin baxışı zamanı İddiaçı nümayəndəsi olmuş Afiq İbadovun iddia tələbindən imtina olunması nəticəsində Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə icraat baxılmamış saxlanılmışdır. Belə olduğu tədqirdə iddiaçının pensiya hüququnun yaranması üçün tələb edilən 10 illik sığorta stajı mövcud deyil. Həmçinin iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli arxiv arayışına əsasən İddiaçı “Monidigah” sovxozunda işləmiş və ümumilkdə 5 il 7 ay əmək stajı var. Yaş həddi ilə bağlı isə kollegiya qeyd edir ki, 2017-ci ilin iyul ayınadək qadınlara pensiya təyin edilməsi üçün tələb edilən yaş həddi 57 yaş idi. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən İddiaçı 5 övladı olduğu üçün 52 yaş kifayət edirdi. Lakin İddiaçı pensiya hüququnun yaranması üçün tələb edilən 10 illik iş stajı mövcud deyil. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin əmək stajı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə sığorta stajına daxil edilir. Kollegiya qeyd edir ki, arxiv arayışına əsasən “Partiyanın XX Qurultayı” adına sovxozun Monidigah kəndinə aid əmək stajı kitabları və “Monidigah” kəndli fermer təsərrüfatının əmək stajı kitabları arxivdə aşkar edilmədiyindən və iddiaçının həmin dövrlərdə işləməsinin yoxlanılması heç bir mötəbər sübut təqdim edilməməsi səbəbindən mümkün deyildir. Həmin dövrlərin iddiaçının sosial sığorta stajı kimi nəzərə alınmaması qanunvericiliyn tələbidir və qeyd edilən dövrlər nəzərə alınmadığından iddiaçının hazırda qüvvədə olan qanunvericiliyə əsasən tələb olunan sosial sığorta stajı olmadığına görə inzibati orqan hər hansı bir qanunsuzluğa yol verməmiş, əsaslı olaraq pensiya təyinindən imtina etmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində tələb edilən sosial sığorta stajını toplaması müəyyən olunmadığından onun yaşa görə əmək pensiyası almaq hüququ yoxdur. Kollegiya apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, şikayətdə birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsaslı, tutarlı dəlil göstərilməmiş və cavabdehin imtinasını təkzib edəcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, kollegiya iddiaçının apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qəbul edərək hesab edir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X8 Nazirliyinin tabeliyində Dövlət X18 X22 1 saylı regional ərazi filialına qarşı iddiaçının “xx xxxx 1979-cu ildən xx xxxx 1989cu ilə kimi Lerik rayonunun “Partiyanın XX Qurultayı” adına sovxozunda Monidigah kəndi üzrə briqadasında fəhlə, xx xxxxx 1989-cu ildən xx xxxxxx 1994-cü ilə kimi həmin sovxozdan ayrılaraq yeni yaradılmış “Monidigah” sovxozunda fəhlə və xx xxxxxx 1994– cü ildən xx xxxxxx 2004-cü ilə kimi “Monidigah” kəndli fermer təsərrüfatında fəhlə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi, 52 yaşının tamam olduğu xx xxxxxx 2015–ci il tarixdən əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi barədə iddiası əsassızdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 162/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, bununla da İddiaçı apelyasiya şikayəti təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-162/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 4 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 5 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Məmmədov Hakimlər Telman Quliyev Hökümə Babayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar