Məhkəmə qərarları › İş №2-1(105)-330/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-330/2021

12.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-330/2021 12.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Fuad Əli oğlu Məmmədov və Səyyad Ağaəli oğlu Qafaridən ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi idarəsinə qarşı “cavabdehin üzərində Quba rayonu, 2-ci Nügədi kəndi ərazisində 0,02 ha olan torpaq sahəsinə dair onun mülkiyyət hüququnun qeydiyyata alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlər reyestrindən çıxarışın və texniki pasportun ona təqdim edilməsi vəzifəsi qoyulması" tələbinə dair iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-9/2021 saylı 10 fevral 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia qaldıraraq, “cavabdehin üzərində Quba rayonu, 2-ci Nügədi kəndi ərazisində 0,02 ha olan torpaq sahəsinə dair onun mülkiyyət hüququnun qeydiyyata alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlər reyestrindən çıxarışın ona təqdim edilməsi vəzifəsi qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsalandırılmışdır ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi və bu məqsədlə kommersiya obyektinin tikilməsi üçün onun müraciəti əsasında 0,02 ha olmaqla 2-ci Nügədi kəndi ərazisində 2-ci Nügədi bələdiyyəsinin 30 aprel 2007-ci il tarxili 05 saylı qərarı ilə ona torpaq sahəsi ayrılmış və 08 iyun 2007-ci il tarixdə torpaq sahəsinin alqı-satqısına dair müqavilə əsasında akt tərtib edilmişdir. Quba rayon İcra Hakimiyyəti başçısının 18 iyun 2007-ci il tarxili, 188 saylı Sərəncamı ilə həmin torpaq sahəsinin ayrılması və kommersiya təyinatlı obyektin tikintisi təsbit olunmuşdur. Tərəfindən müvafiq ödənişlər həyata keçirilmiş, sənədlər toplanmış və bu sənədlər mülkiyyət hüququnun qeydiyyata alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlər reyestrindən çıxarışın verilməsi üçün üçün DƏDRX-in 5 saylı Xaçmaz ərazi idarəsinə təqdim edilmişdir. Lakin DƏDRX-in 5 saylı Xaçmaz ərazi idarəsi **********27 saylı, 27.07.2018-ci il tarixli cavabına əsasən, ona ayrılmış torpaq sahəsinin naturada istifadə vəziyyətinə uyğun döngə nöqtələrinin koordinatlarını 5 saylı Xaçmaz ərazi idarəsinin elektron məlumat bazasında olan xəritə üzərində yığdıqda torpaq sahəsinin bir hissəsi pay torpağına, digər bir hissəsi isə Quba- Bakı şosse yolunun kənarındakı qoruyucu meşə zolağının üzərinə düşdüyü bildirilir. Bir vətəndaş olaraq torpaqların təyinatı, koordinatları və sahiblərinə dair onda hər hansı bir rəsmi məlumat bazası yoxdur. O, qanunvericiliyə müvafiq surətdə tələb olunan prosedur qaydaları keçmiş, müvafiq ödənişləri (bütün) həyata keçirmiş, tələb olunan sənədləri almışdır. Sənədlər qanuna müvafiq surətdə toplanaraq DƏDRX-nin 5 saylı Xaçmaz ərazi idarəsinə təqdim edilmişdir. Hesab edir ki, mülkiyyət hüququnun qeydiyyata alınmaması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlər reyestrindən çıxarışın təqdim edilməməsi cavabdeh tərəfindən qanunla qorunan hüquqlarını pozur. Müvafiq sənədlər tərəfindən tam şəkildə cavabdehə təqdim edilmiş, lakin cavabdehin də cavabından göründüyü kimi, əsaslandırma olmamış, sadəcə torpağın başqa əraziyə düşdüyü qeyd edilmişdir. Amma cavabdehin imtinasından imtinaya əsas olan halların baş vermə tarixini müəyyən etmək mümkün deyil. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşdirərək, Quba rayonu, 2-ci Nügədi kəndi ərazisində 0,02 ha olan torpaq sahəsinə mülkiyyət hüquqlarının DƏDRX-də qeydiyyata alınması, mülkiyyətdən çıxarışın və texniki pasportun verilməsinə dair öhdəliyin Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi idarəsinin üzərinə qoyulmasını xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, vətəndaş İddiaçı Quba rayonu, İkinci nügədi kəndi ərazisində yerləşən 0.02 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün DƏDRXin 5 saylı ərazi İdarəsinə daxil olmuş 11.07.2018-ci il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Təqdim etdiyi Sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, Quba bələdiyyəsinin 30.04.2007-ci il tarixli 05 saylı qərarı ilə sahibkarlıq məqsədi üçün ayrılmış 0.02 ha torpaq sahəsinin naturada istifadə vəziyyətinə uyğun döngə nöqtələrinin koordinatlarını 5 saylı Ərazi idarəsinin elektron bazasında olan xəritə üzərində yığdıqda torpaq sahəsinin bir hissəsi isə Quba-Bakı Şosse yolunun kənarındakı qoruyucu meşə zolağının üzərinə düşür. Bundan əlavə, müayinə aktına əsasən torpaq sahəsinin üzərində digər vətəndaşa məxsus yarımçıq tikili mövcudur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 31.5-ci maddəsinə əsasən meşə fondu torpaqlarının alqı-satqısına yol verilmir. Həmin məcəllənin 46-cı maddəsinə əsasən meşə fondu torpaqları dövlət mülkiyyətinə aiddir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Belə ki, Qanunun 9.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatının aşağıdakı qaydada aparılır: 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxİanıİması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd edilənlərə əsasən cavabdeh təşkilat iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-9/2021 saylı 10 fevral 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir (hakim C.Məmmədov). Qərardan narazı qalan iddiaçı tərəfindən apelyasiya şikayəti verilərək, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-9/2021 saylı 10 fevral 2021-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: iddiaçı apelyasiya şikayətini iddia ərizəsində qeyd edilən dəlillərlə əsaslandırmışdır. Tərəflərin izahatları: Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışı zamanı iddiaçı apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X3 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, torpaq sahəsinin üzərində tikili vardır. Müvafiq sənədləri- İH sərəncamını, cizgi sxemi cavabdehə də vermişlər. Əslində naturada torpaq sahəsi digər şəxslərin torpaq sahəsi ilə üst-üstə düşmür. Üst-üstə düşən hissəni toplayanda yenə müəyyən hissə boş qalır. O hissə iddiaçıya verilə bilərdi. Pay torpaqlarının o torpaqlara heç bir aidiyyəti yoxdur. Torpaqlar bələdiyyə qərarı ilə ayrılmışdır. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçının apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-9/2021 saylı 10 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin halarından görünür ki, iddiaçı cavabdeh inzibati orqana müraciət edərək Quba rayonu, 2-ci Nügədi kəndi ərazisində 0,02 ha olan torpaq sahəsinə dair onun mülkiyyət hüququnun qeydiyyata alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlər reyestrindən çıxarışın və texniki pasportun verilməsini istəmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, Quba bələdiyyəsinin 30.04.2007-ci il tarixli 05 saylı qərarı ilə sahibkarlıq məqsədi üçün ayrılmış 0.02 ha torpaq sahəsinin naturada istifadə vəziyyətinə uyğun döngə nöqtələrinin koordinatlarını 5 saylı Ərazi idarəsinin elektron bazasında olan xəritə üzərində yığdıqda torpaq sahəsinin bir hissəsi Quba-Bakı Şosse yolunun kənarındakı qoruyucu meşə zolağının üzərinə düşür. Bundan əlavə, müayinə aktına əsasən torpaq sahəsinin üzərində digər vətəndaşa məxsus yarımçıq tikili mövcudur. İddiaçı cavabdehin mövqeyi ilə razılaşmamış və iddianı onunla əsaslandırmışdır ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi və bu məqsədlə kommersiya obyektinin tikilməsi üçün 0,02 ha olmaqla 2-ci Nügədi kəndi ərazisində 2-ci Nügədi bələdiyyəsinin 30 aprel 2007-ci il tarxili 05 saylı qərarı ilə ona torpaq sahəsi ayrılmış və 08 iyun 2007-ci il tarixdə torpaq sahəsinin alqı-satqısına dair müqavilə əsasında akt tərtib edilmişdir. Quba rayon İcra Hakimiyyəti başçısının 18 iyun 2007-ci il tarxili, 188 saylı Sərəncamı ilə həmin torpaq sahəsinin ayrılması və kommersiya təyinatlı obyektin tikintisi təsbit olunmuşdur. Birinci instansiya məhkəməsi iddianı rədd etmiş və məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın nəticəsinə və məhkəmənin sorğusuna əsasən DƏDRX-in saylı 5 Xaçmaz Ərazi İdarəsi tərəfindən təqdim edilmiş məktuba əlavə edilmiş sənədlərin təsdiqlənmiş surətinə isitnad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşır. İş materiallarından görünür ki, cavabdehin qeyd etdiyi dəlillərin araşdırılması məqsədilə məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və ekspert qarşısında iddiaçının istifadəsində olan 0.02 ha torpaq sahəsinin digər şəxslərin torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi, həmin torpaq sahəsinin meşə fondu torpaqlarına aid olan hissəsinin olub-olmaması barədə suallar qoyulmuşdur. 15.07.2019-cu il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, İddiaçı istifadəsində olan 0.02 ha torpaq sahəsi digər şəxslərin torpaq sahələri ilə üst-üstə düşür. İddiaçı istifadəsində olan torpaq sahəsinin meşə fondu torpaqlarına aid olan hissəsi yoxdur. Torpaq sahəsinin konkret olaraq hansı hissədə, hansı şəxslərin torpaq sahələri ilə üst-üstə düşməsinin müəyyən edilməməsi səbəbindən məhkəmə tərəfindən iş üzrə əlavə ekspertiza təyin edilmişdir. Ekspertizanın nəticəsi olaraq müəyyən edilmişdir ki, İddiaçı istifadəsində olan 0.02 ha torpaq sahəsinin 96 kv.m hissəsi X1 adına olan JN-862 KOD 30320018 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktında qeyd olunan torpaq sahəsi ilə və 161 kv.m hissəsi isə X4 adına olan JN-276 KOD 30320018 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktında qeyd olunan torpaq sahəsi üst-üstə düşür. Bundan başqa, məhkəmənin sorğusuna əsasən DƏDRX-in saylı 5 Xaçmaz Ərazi İdarəsi tərəfindən təqdim edilmiş 15.04.2020-ci il tarixli, **********95 nömrəli məktubuna əlavə edilmiş sənədlərin təsdiqlənmiş surətindən görünür ki, JN-862 KOD 30320018 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktında qeyd olunan torpaq sahəsi X2 müvafiq olaraq 0.39 ha torpaq sahəsi və JN-276 KOD 30320018 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktında qeyd olunan torpaq sahəsi X5 müvafiq olaraq 0.23 ha torpaq sahəsi ayrılmışdır. Ekspert rəyi ilə bələdiyyə qərarı əsasında iddiaçıya ayrılmış torpaq sahəsinin hal-hazırda hüquqi cəhətdən yüklü olduğu, yəni X1 mülkiyyətinə verilmiş 0.39 ha torpaq sahəsinin 96 kv.m hissəsi ilə və X4 mülkiyyətinə verilmiş olan 0.23 ha torpaq sahəsinin 161 kv.m hissəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Məhkəmə kollegiyası ekspert rəyi ilə və müvafiq çıxarışlara əsasən iddiaçıya ayrılmış torpaq sahəsi hal-hazırda hüquqi cəhətdən yüklü olduğundan, iddia tələbini əsassız hesab edir. Kollegiya qeyd edir ki, qeyd olunan torpaqlar AİK-nın qərarı ilə 1997-ci ildə vətəndaşlara ayrılmış kənd təsərüfatı təyinatlı torpaqlar olmuşdur. Bələdiyyə isə 2007-ci ildə həmin torpaqların yerləşdiyi ərazidən iddiaçıya torpaq sahəsi ayırmışdır. Halbuki bələdiyyənin həmin torpaqlarla bağlı mülkiyyət hüququ məhkəmə araşdırması ilə öz təsdiqini tapmamışdır. Beləliklə məhkəmə tədqiqatı ilə müəyyən edildi ki, iddiaçının üzərində mülkiyyət hüququnun qeydiyyata alınması niyyətində olduğu torpaq sahəsi başqa şəxslərin mülkiyyətindədir. Həmin torpaq sahəsi ilə bağlı başqa şəxslərin adlarına çıxarışlar mövcuddur, həmçinin iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə göstərilən məlumatla dövlət reyestrində saxlanılan məlumat arasında uyğunsuzluq mövcuddur. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Qeyd olunan maddənin tələbləri baxımından müəyyən edilir ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə daşınmaz əmlak üzərində hər hansı hüquq əldə edən şəxsin adına aparılmış qeyd həqiqi sayılır. Dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi üçün lazım olan tələblərdən biri daşınmaz əmlakın dövlət reyestrində daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğun olmasıdır. Lakin iddiaçının təqdim etdiyi sənədlər dövlət reyestrində saxlanılan məlumata uyğun deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi, cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-9/2021 saylı 10 fevral 2021-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, bununla da İddiaçı apelyasiya şikayəti təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-9/2021 saylı 10 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 2zibati Kollegiyasına (ünvan: ünvan 3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar