Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-330/2022 08.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, Hakimlər Məmmədov Fuad Əli oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi ilə İddiaçı cavabdeh Quba rayonu Qəçrəş Bələdiyyəsinə qarşı “Quba rayonu, Qımılqazma bələdiyyəsinin 02 avqust 2004-cü il tarixli, 07 saylı qərarının ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2-1(118)-568/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi, daha sonra bir neçə dəfə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Quba rayonu, Qımılqazma kənd ərazisində 0,12 ha torpaq sahəsinin X1 dair Quba rayonu, Qımılqazma bələdiyyəsinin 02 avqust 2004-cü il tarixli, 07 saylı qərarının ləğv edilməsinin cavabdeh Quba rayonu Qəçrəş Bələdiyyəsinin üzərinə vəzifə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, JN-114A nömrəli, KOD 30317028 “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surətindən və “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 15 sentyabr 2002-ci il tarixli müqavilənin əslindən göründüyü kimi Quba rayonunun Qımılqazma kənd ərazisində, onun və ailə üzvlərinin birgə mülkiyyətində olan 0,08 ha həyətyanı torpaq sahəsi ilə bitişik olan 1000 kv.m torpaq sahəsi, Quba rayonu Qımılqazma bələdiyyəsi (hazırki hüquqi statusuna görə Qəşrəş bələdiyyəsi) ilə arasında 15 sentyabr 2002-ci il tarixdə bağlanmış “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə əsasında biçənək məqsədi ilə onun istifadəsinə verilmişdir. Həmin torpaq sahəsi bu günə qədər onun istifadəsindədir. Quba rayonunun Qəçrəş bələdiyyəsi tərəfindən Sumqayıt İnzibati Məhkəməsinə ünvanlanan tarixsiz və reyestr qeydiyyatsız olan iddia tələbinə yazılı etirazından görünür ki, həmin torpaq sahəsi Quba rayon Qəçrəş bələdiyyəsinin 02 avqust 2004-cü il tarixli, 07 saylı qərarı ilə Quba rayonunun Qımılqazma kəndinin digər sakini X2. Hazırkı iddia tələbi üzrə cavabdeh Quba rayonu, Qəçrəş bələdiyyəsi, Qımılqazma bələdiyyəsinin varisidir. Maraqlı şəxs X12, mərhum X6 birinci növbəli vərəsədir. Hesab edir ki, JN-114A nömrəli, KOD 30317028 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsaasında onun mülkiyyətində olan torpaq sahəsinə bitişik olan və “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 15 sentyabr 2002-ci il tarixli müqavilə əsasında onun istifadəsinə verilmiş torpaq sahəsinin X3 dair Quba rayon Qəçrəş bələdiyyəsinin 02 avqust 2004-cü il tarixli, 07 saylı qərarı qanunsuz və əsassızdır. İddiaçı qeyd edir ki, “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 15 sentyabr 2002ci il tarixli müqavilədən göründüyü kimi Qəçrəş bələdiyyəsinin 14 sentyabr 2002-ci il tarixli, 11 saylı qərarı ilə 1000 kv.m torpaq sahəsi biçənək məqsədilə 3 il müddətinə onun istifadəsinə verilmişdir. Həmin torpaq sahəsi onun və ailə üzvlərinin birgə mülkiyyətində olan yaşayış sahəsinə bitişikdir. Mübahisəli torpaq sahəsinə görə Qəçrəş bələdiyyəsinə (əvvəlki dövrdə Qızılqazma bələdiyyəsinə) əmlak vergisinin ödənilməsinə dair 15 noyabr 2002-ci il tarixli, BFÜ seriyalı, 138755 nömrəli, 03 avqust 2003-cü il tarixli, BFÜ seriyalı 138757 nömrəli və 04 may 2016-cı il tarixli, FJB seriyalı **********652 nömrəli ödəniş qəbzlərinin notarial qaydada təsdiq edilmiş surətlərindən göründüyü kimi həmin torpaqdan istifadəyə görə Qəçrəş bələdiyyəsinə indiki dövrə qədər vergi ödəmişdir. 2005-ci ilin sentyabr ayından yeni icarə müqaviləsinin bağlanması barədə dəfələrlə Quba rayonu Qəçrəş bələdiyyəsinə müraciət etmişdir. Bələdiyyə icarə ödənişinin ödənilməsinin davam etdirilməsini tövsiyə edərək onunla yeni icarə müqaviləsi bağlayacağına vəd verərək həmin torpaq sahəsinə görə vergi ödənişlərinin bələdiyyəyə ödənilməsinin vacib olduğunu bildirmişdir. Həmin danışıqlar əsasında torpağa görə vergi ödənişlərini hazırkı zaman da daxil olmaqla istifadəsində olduğu dövrdə həyata keçirmişdir. Lakin, Qəçrəş bələdiyyəsi torpağın satışının nəzərdə tutulduğunu bildirərək torpaq sahəsinin onun icarəsinə verilməsi haqqında müqavilə bağlayacağı barədə vədinə əməl etməmişdir. Cavabdeh orqan ona hərracda alqı-satqı yolu ilə həmin torpaq sahəsini satın almağı və bu məqsədlə ərizə ilə müraciət etməyi təklif etmiş, iddiaçı 12 aprel 2018-ci il tarixli ərizə ilə cvaabdehə müraciət edərək biçənək məqsədilə onun istifadəsinə verilmiş torpaq sahəsinin ona satılması barədə alqı-satqı aktı bağlanmasını xahiş etmişdir. Lakin, cavabdeh tərəfindən müraciətə cavab verilməmişdir. Hesab edir ki, cavabdehlə onun arasında bağlanmış icarə müqaviləsinə əsasən 15 sentyabr 2002-ci il tarixdən 15 sentyabr 2005-ci il tarixə qədər olan dövr ərzində biçənək məqsədilə onun istifadəsinə verilmiş torpaq sahəsi digər şəxsə satıla bilməzdi. Bundan başqa, 15 avqust 2004-cü il tarixli, alqı-satqı aktının surətinə və həmin müqavilə ilə əlaqəli 02 avqust 2004-cü il tarixli, 07 saylı qərarının surətinə əsasən X13 həmin torpaq sahəsini almaq məqsədilə 10 avqust 2004-cü il tarixdə ərizə ilə müraciət etmiş, lakin ona torpaq sahəsinin satılması barədə qərar 8 gün əvvəl, 02 avqust 2004-cü il tarixində qəbul edilmişdir. Hesab edir ki, 15 avqust 2004-cü il tarixli alqı-satqı aktı və 02 avqust 2004-cü il tarixli, 07 saylı qərar ağlabatan mühakimə əsasında müəyyənləşdirilməmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, həmin vaxt mövcud olan Qımılqazma bələdiyyəsi tərəfindən 15 sentyabr 2002-ci il tarixdə bələdiyyənin mülkiyyətində olan 1000 kv.m biçənək torpaq sahəsi 3 il müddətinə qeyd olunan məqsəd üçün iddiaçının icarəsinə verilmişdir. Üç illik müddət bitdikdən sonra icarədarla hər hansı bir müqavilə bağlanmamış və bələdiyyə onun qarşısında heç bir öhdəlik götürməmişdir. Həmçinin, torpaq sahəsi biçənək məqsədilə icarəyə verilsə də, iddiaçı həmin torpaq sahəsindən müqaviləyə zidd olaraq turizm məqsədləri üçün istifadə etmişdir. Hesab edir ki, həmin icarə müqaviləsi iddiaçının mülkiyyət hüququnun tanınması üçün əsas ola bilməz və qanunvericilikdə belə bir hal mövcud deyildir. Eyni zamanda həmin müqavilə DT və XKda qeydiyyata alınmamış, icarəyə verilən torpaq sahəsinin xəritəsi təsdiq edilməmiş, həmin vaxtı icarəçiyə təxmini icarəyə verilən ərazi göstərilmişdir. Əslində isə icarəyə verilən ərazinin xəritəsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və bələdiyyə tərəfindən təsdiq edilməli idi. Göründüyü kimi, həmin dövrdə də, sözügedən icarə müqaviləsinin heç bir hüququ əsası olmamışdır. 2005-ci ildən 2016-cı ilə kimi iddiaçı tərəfindən bələdiyyənin hesabına heç bir ödəniş də edilməmişdir. Bundan əlavə iddiaçıya və ailə üzvlərinin mülkiyyətinə Quba rayon Aqrar islahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 15 saylı qərarı ilə 0.08 ha torpaq sahəsi verilmişdir. İddia olunan torpaq sahəsi isə həmin torpaq sahəsinin qonşuluğunda yerləşir. İddiaçı icarə rnüqaviləsinin müddəti bitdikdən sora həmin torpaq sahəsini zəbt edərək kafe kimi istifadə edir. Bu qanunsuz hərəkətlərinə görə ona dəfələrlə xəbərdarlıq edilmiş, lakin iddiaçı həmin torpaq sahəsindən çıxmaq istəməmişdir. Həmçinin, Qımılqazma bələdiyyəsinin 02 avqust 2004-cü il tarixli, 07 saylı qərarı ilə X11 qanunla müəyyən edilmiş qaydada 0,12 ha torpaq sahəsi satılmışdır. Əvvəllər mövcud olmuş DT və XK-nın Quba rayon şöbəsi tərəfindən təqdim edilmiş xəritələrdən müəyyən edilir ki, hazırda iddianın predmeti olan torpaq sahəsi ilə həmin torpaq sahəsi üst-üstə düşmür və qonşu torpaq sahələridir. Yəni iddiaçıya həmin vaxt icarəyə verilən ərazi ilə X11 bələdiyyə qərarı ilə satılmış ərazi fərqli ərazilərdir. İddiaçının iddia etdiyi ərazi, həm qanun üzrə, həm də faktiki olaraq mərhum X7 vərəsələrinin istifadəsindədir. Sumqayıt İnzibati Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2-1(118)-568/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim:C.Məmmədov). İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, Sumqayıt İnzibati Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2-1(118)-568/2022 nömrəli qərardadının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iş materiallarında göründüyü kimi mübahisəli torpaq sahəsi cavabdehin mülkiyyətində deyildir. Belə ki, mübahisəli torpaq sahəsinə bələdiyyənin mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində qeydə dair sənəd aşkar edilməmiş və cavabdeh tərəfindən də belə hüquqmüəyyənedici sənədlər məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, iş materiallarında olan foto şəkillərdən göründüyü kimi mübahisəli torpaq sahəsi üzərində yüksək gərginlikli elektrik xətləri və yarımstansiyası yerləşir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Üçüncü şəxs X12 apellyasiya şikayətinə qarşı etiraz edərək qeyd etmişdir ki, Quba rayonu Qımılqazma bələdiyyəsinin 02 avqust 2004-cü il tarixli, 07 nömrəli qərarı ilə iddiaçı tərəfindən mübahisələndirilən torpaq sahəsinin atası X4 qərara alınmış və bu barədə 15 avqust 2004-cü il tarixli torpaqların alqı-satqısına dair akt tərtib edilmiş, bələdiyyənin hesabına pul ödənilmiş, DTXK-nin quba rayon şöbəsi tərəfindən torpaq sahəsinin yerqurluşu planından çıxarışlar verilmiş, Həmin çıxarışlar Quba rayonunun memarlıq və Tikinti şöbəsi tərəfindən təsdiq edilmiş və bu barədə Quba rayonu İcra Hakimiyyəti tərəfindən müvafiq rəy verilmişdir. Həmin sənədlər əsasında 2004-cü il tarixindən istifadələrində olan torpaq sahəsinə dövlət reyestrindən çıxarış alınması üçün DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, dövlət rüsumunu ödəmişdir. Mütəxəssislər həmin torpaq sahəsində ölçmə işlərini həyata keçirmək istəyərkən iddiaçı və oğlu torpaq sahəsinə gələrək heç bir əsas və hüquqi sənəd olmadan mübahisə yaratmış və torpaq sahəsi mübahisəli olduğundan ona imtina məktubu verilmişdir. İddiaçı 2004-cü il tarixli qərarı mübahisələndirir ki, onun üzərindən ümumi iddia müddətindən çox, yəni 18 il keçmişdir. Hesab edir ki, iddia mümkün ayılmamalıdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X8 nümayəndəsi və vəkili apellyasiya şikayətinə etirazla eyni məzmunda izahat verərək apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilsə də nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və gəlməməyin səbəbləri haqqında məlumat verməmişlər. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını və iş üzrə qərardad qəbul edilməsini mümkün hesab etdi. TƏTBİQ OLUNAN HÜQUQ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iddianın mümkünlüyü məsələsinin təkrar araşdırılması üçün iş materialları həmin məhkəməyə qaytarılmalıdır. İş materiallarında olan İddiaçı ilə Qımılqazma bələdiyyəsi arasında bağlanmış “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 15 sentyabr 2002-ci il tarixli müqavilədən görünür ki, Qımılqazma bələdiyyəsinin 14 sentyabr 2002-ci il tarixli, 11 saylı qərarına əsasən 1000 kv.m torpaq sahəsi biçənək məqsədilə 3 il müddətinə iddiaçının icarəsinə verilmişdir. İşdə olan sənədlərdən görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 15 saylı qərarı ilə iddiaçı və ailə üzvlərinə ayrılmış 0,08 ha torpaq sahəsinə dair DTXK-nin Quba rayon şöbəsi tərəfindən JN-114A nömrəli, KOD 30317028 “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib olunmuşdur. Həmçinin, torpaq sahəsinə dair DTXK-nin Quba rayon şöbəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur. Bundan başqa, Quba rayonu Qımılqazma bələdiyyəsinin 02 avqust 2004-cü il tarixli, 07 saylı qərarı ilə 0,12 ha torpaq sahəsinin həyətyanı torpaq sahəsi kimi X4 qərara alınmışdır. Qımılqazma bələdiyyəsinin nümayəndəsi ilə iddiaçı arasında 15 avqust 2004cü il tarixli “Torpaqların alqı-satqısına dair” Akt imzalanmış, iddiaçı tərəfindən bununla bağlı bələdiyyənin hesabına 500.000 manat vəsait ödənilmiş, eləcə də alqı-satqı aktı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən 09 avqust 2004-cü il tarixdə təsdiq edilmişdir. İşdə olan Quba rayonu Qəçrəş bələdiyyəsinin 25 avqust 2021-ci il tarixli, 60 nömrəli arayışına əsasən Qımılqazma bələdiyyəsi 2010-cu il tarixindən Qəçrəş bələdiyyəsi ilə birləşdirilərək Qəçrəş bələdiyyəsi kimi fəaliyyət göstərir. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və qərardadını onunla əsaslandırmışdır ki, Quba rayonu Qımılqazma Bələdiyyəsinin 02 avqust 2004-cü il tarixli, 07 saylı qərarı ilə X10 0,12 ha torpaq sahəsi satılmışdır. Hazırda iddianın predmeti olan torpaq sahəsi ilə həmin torpaq sahəsi üst-üstə düşmür, onlar qonşu torpaq sahələridir. Yəni, iddiaçıya həmin vaxt icarəyə verilən ərazi ilə X10 bələdiyyə qərarı ilə satılmış ərazi fərqli ərazilərdir. İddiaçının iddia etdiyi ərazi faktiki olaraq mərhum X6 vərəsələrinin istifadəsindədir. Ədliyyə Nazirliyinin Xaçmaz regional ədliyyə idarəsinin iddiaçıya ünvanladığı 18 may 2018-ci il tarixli, 04/m-92 saylı məktubunda qeyd edilir ki, iddiaçının icarəsinə verilmiş torpaq sahəsi heç kimin icarəsinə və ya mülkiyyətinə verilməmişdir. Məhkəmə hesab etmişdir ki, Quba rayonu Qımılqazma Bələdiyyəsinin qərarı qanunidir və iddiaçının həmin qərarın ləğv edilməsini tələb etməkdə subyektiv hüququ yoxdur. Bu baxımdan, birinci instansiya məhkəməsi iddianı mümkün hesab etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, qeyd edir ki, torpaq sahələrinin fərqli ərazilər olmasına dair işdə mötəbər sübut yoxdur. Bunun üçün xüsusi bilik tələb olunduğu halda, məhkəmə mütəxəssis rəyinin alınmasını təmin etmədən iddianın mümkünlüyü məsələsinə qiymət vermişdir. Halbuki, Qımılqazma bələdiyyəsi tərəfindən iddiaçının icarəsinə verilmiş 1000 kv.m torpaq sahəsi ilə həmin bələdiyyə tərəfindən üçüncü şəxs X5 0,12 ha torpaq sahəsinin üstüstə düşüb-düşməməsini müəyyən etmək üçün "xxxx" MMC tərəfindən mütəxəssis rəyi alınmalı idi. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsində nəzərdə tutulmuş obyektiv araşdırma prinsipi tələb edir ki, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bu onun xidməti vəzifəsindən irəli gəlir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Kollegiya qeyd edir ki, iddia tələbinə baxılarkən birinci instansiyası məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamışdır. Hərtərəfli araşdırma prinsipinin pozulması isə məhkəmə qərardadının mahiyyətinə və iddiaçının hüquqlarının tanınmasına təsir edəcək səviyyədədir. Odur ki, kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, inzibati iş yenidən iddianın mümkünlüyü ilə bağlı məsələnin araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. İşə təkrar baxılarkən yuxarıda qeyd olunan xüsusatlar araşdırılmalı, o cümlədən iddianın digər mümkünlük şərtlərinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2-1(118)-568/2022 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Quba rayonu Qəçrəş Bələdiyyəsinə qarşı “Quba rayonu, Qımılqazma bələdiyyəsinin 02 avqust 2004-cü il tarixli, 07 saylı qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(105)-330/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-330/2022
08.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver