Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-331/2021 30.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı işə bərpa olunma, məcburi işburaxmaya görə əmək haqqının hesablanıb verilməsi, maddi və mənəvi ziyan tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-227/2021 saylı, 09 mart 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia qaldıraraq “cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 30 iyun 2020-ci il tarixlli **********8 nömrəli əmrinin ləğv edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X27 Xidmətinin Mingəçevir regional ərazi şöbəsinin rəisi vəzifəsinə bərpa olunmasına, məcburi işburaxmaya görə əmək haqqının hesablanıb verilməsinə, ona vurulan maddi və mənəvi ziyana görə 100000 manat məbləğində təzminatın ödənilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 06 yanvar 2003-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində dövlət qulluğuna qəbul olunmuşdur və Xanlar rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müavinətlər üzrə müfəttiş vəzifəsinə təyinat almışdır. Təhsili və digər fərdi keyfiyyətləri nəzərə alınaraq vəzifədə irəli çəkilmişdir. 2005-ci ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində X17 Aparatının əməyin sosial-hüquq və tibbi-sosial məsələlər üzrə nəzarət sektoruna məsləhətçi-əmək müfəttişi vəzifəsinə keçirilmişdir. 24.05.2011-ci ildə vəzifədə irəli çəkilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X27 Xidmətinin Aparatının əmək qanunvericiliyinə dövlət nəzarətinin planlaşdırılması, analitik təhlil və operativ nəzarət sektoruna baş məsləhətçi-baş əmək müfəttişi vəzifəsinə keçirilmişdir. 24.04.2017-ci il tarixdə vəzifədə irəli çəkilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X27 Xidmətinin 8 saylı region üzrə X17 rəisi vəzifəsinə keçirilmişdir. 2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X27 Xidmətində aparılan struktur dəyişikliyi ilə əlaqədar olaraq X27 Xidmətinin Yevlax regional ərazi şöbəsinə rəis keçirilmişdir. 2020-ci idə aparılan struktur dəyişikliyi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X27 Xidmətinin Mingəçevir regional ərazi şöbəsinin rəisi vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində xaricdə təhsil alan və ixtisas profili üzrə 18 ilə yaxın fasiləsiz və qüsursuz qulluq keçən az sayda kadrlardan biri olmuşdur. Əmək fəaliyyəti müddətində vəzifəsinin icrası zamanı hər hansı nöqsana, çatışmazlığa və pozuntuya yol verməmişdir. Üzərinə düşən vəzifələri vaxtında və peşəkarlıqla yerinə yetirmişdir. Buna görə də, həmişə vəzifədə irəli çəkilmişdir. Hər zaman fərdi və kollektiv mükafatlandırılmışdır. Ən son 2020ci ilin iyun ayında mükafatlandırılmışdır. Qeyd olunanlara baxmayaraq cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin 30 iyun 2020-ci il tarixli **********8 nömrəli əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.6-cı maddəsi əsas göstərilərək onunla bağlanmış 24 may 2011-ci il tarixli müddətsiz əmək müqaviləsinə 30 iyun 2020-ci il tarixdən xitam verilmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X27 Xidmətinin Mingəçevir regional ərazi şöbəsinin rəisi vəzifəsindən azad olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşmiş Elektron İnformasiya Sisteminin “Əmək müqaviləsi bildirişi” altsistemində 30 iyun 2020-ci il tarixli xxxxxxx0001X0 nömrəli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi qeydə alınmışdır. Həmin bildirişdə dövlət qulluğuna xitam verilməsinə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6 və 25.2.6-cı maddələri (intizam tənbehi qaydasında dövlət qulluğundan azad edildikdə) əsas göstərilmişdir. Eyni zamanda dövlət qulluğuna xitam verilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 30 iyun 2020-ci il tarixli **********8 nömrəli əmrində öhdəsinə düşən vəzifələri yerinə yetirməyərək etik davranış qaydalarını pozduğu iddia olunur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X27 Xidmətinin rəisinin 29 iyun 2020-ci il tarixli yazılı məruzəsi əsas göstərilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dövlət qulluğuna xitam verilməsini və onunla bağlanmış 24 may 2011-ci il tarixli müddətsiz əmək müqaviləsinə xitam verilməsinə dair əmri qanunsuz və əsassız sayır. Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə ölkədə tətbiq olunan karantin rejimi müddətində ezamiyyətdə olan işçinin, müəssisədə fəaliyyət göstərən həmkarlar təşkilatının razılığı alınmadan və hər hansı araşdırma aparılmadan intizam tənbehi qaydasında işdən azad olunması yolverilməzdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən etik davranış qaydalarını pozmaqla ittiham olunur. Bu əsas göstərilərək onu intizam tənbehi qaydasında işdən azad etmişdirlər. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun 23.3-cü maddəsində qeyd olunur ki, bu maddənin 23.3.1. və 23.3.2 hissələrində nəzərdə tutulan hallarda intizam icraatına başlanıla bilər: bu Qanunun müddəalarının dövlət qulluqçusu tərəfindən pozulması barədə hüquqi və ya fiziki şəxslər tərəfindən şikayət və ya digər məlumatın verilməsi; kütləvi informasiya vasitələrində dövlət qulluqçusu tərəfindən bu Qanunun müddəalarının pozulması və maraqların toqquşmasına yol verilməsi barədə məlumatın dərc edilməsi. Etik davranış qaydalarını pozmağı ilə bağlı hər hansı bir fiziki və ya hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayət və məlumat daxil olmamışdır. İddiaçıya bildirilmişdir ki, feysbuk sosial şəbəkəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətini gözdən salan paylaşım etmişdir. Ona qarşı atılan bu iftira qəbuledilməzdir və qərəzlidir. İddiaçıya məxsus feysbuk hesabında dostluğunda 5000 nəfərə yaxın şəxs var. Həmin səhifədə həmişə dövləti və dövlətçiliyi təbliğ etmişdir. Dövlətə və hakimiyyətə olan bağlılığından özəl sektora nisbətən daha aşağı əmək haqqı ilə dövlət qulluğunda olmağa üstünlük vermişdir. Onun fikirləri kimi təqdim edilmiş paylaşım ona aid deyil. Bu onun işdən çıxarılmağı üçün tərtib olunan qarayaxmadır. Bununla əlaqədar nə ondan izahat alınmış, nə də müvafiq dövlət orqanlarına bununla bağlı araşdırma aparılması üçün müraciət olunmamışdır. O, əmək qanunvericiliyinə dövlət nəzarətini həyata keçirən X27 Xidmətində 15 ildən artıq müxtəlif vəzifələrdə qulluq keçmişdir. Əmək fəaliyyəti müddətində bu qədər qeyri-peşəkarlıqla işçinin əmək müqaviləsinə xitam verilməsi halı ilə rastlaşmamışdır. Hətta onun yazdığını iddia etdikləri həmin paylaşım belə bir işçinin intizam məsuliyyətinə cəlb olunmasına və işdən çıxarılmasına əsas ola bilməz. Buna görə də, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.6-cı maddəsi əsas göstərilərək işdən çıxarılmağı qərəzlidir və heç bir hüquqi əsası yoxdur. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsində dövlət qulluqçularının məsuliyyəti müəyyən olunmuşdur. Ondan izahat alınmamış, araşdırma aparılmamış, xidməti yoxlama təyin olunmamışdır. Onun dövlət qulluğuna ezamiyyətdə olduğu müddətdə və ölkədə tətbiq olunan karantin rejimi dövründə xitam verilmişdir. Bununla yanaşı müəssisədə fəaliyyət göstərən həmkarlar təşkilatının razılığı alınmamışdır. Onun tələm-tələsik işdən çıxarılmağının səbəbi sosial şəbəkələrdəki paylaşımları ilə bağlı deyil. O, sosial şəbəkələrdə yalnız iqtidar yönümlü paylaşımlar edir. Feysbukda İddiaçı profilinə baxılsa bunu iddiaçının işdən çıxarılmağının tək səbəbi Mingəçevir şəhərində və xidməti ərazisinə daxil olan digər şəhər və rayonlarda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətləri üzrə bir sıra neqativ hallardan xəbər tutmağıdır. Bu sahədə baş verən korrupsiya və rüşvətxorluq hallarından məlumatlı olan işçilər müxtəlif üsullarla şərlənərək işdən azad olunur. 21 saylı region üzrə X17 baş məsləhətçisi-baş əmək müfəttişi Sənan Ələsgərovun şahid qismində dindirilməsi bu cür qanunazid halların sənədlərlə sübuta yetirilməsinə kifayət edəcəkdir. Ona qarşı münasibətin yaxşı olmadığından məlumatlıdır. Dəfələrlə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Sahil Babayevə, nazir müavinləri Anar Kərimova, Anar Əliyevə və digər rəhbər şəxslərə müraciət edərək ailə vəziyyətini və yaşayış yerinin Abşeron rayonunda olmasını nəzərə alaraq xidmətinin Bakı və Sumqayıt şəhərində fəaliyyət göstərən şöbələrindən birinə rotasiya qaydasında keçirilməsini xahiş etmişdir. Nazirliyin cavab məktubları qanunvericiliyə istinad olunmamış və həmin məktublarla iddiaçıya qarşı qərəzlilik və ayrıseçkilik nümayiş olunmuşdur. Belə ki, Dövlət Məşğulluq Xidmətinin Göygöl rayon şöbəsinin 02 aprel 2019-cu il tarixli **********3 nömrəli məktubu ilə işsiz və işaxtaran şəxs kimi qeydiyyata durmaq üçün şöbəyə müraciət etməyi, 15 avqust 2019-cu il tarixli **********1 nömrəli və 06 sentyabr 2019-cu il tarixli **********0 nömrəli məktublarında isə X23 müəyyən etdiyi müsabiqələrdə iştirak etməyi tövsiyə olunmuşdur. Halbuki, o, həmin dövlət orqanında müvafiq vəzifə tutmuş və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununda eyni adda və eyni təsnifatda vəzifəyə keçirilmək üçün müsahibə və müsabiqə nəzərdə tutulmamışdır. İş təcrübəsi və xaricdə təhsili buna imkan verir ki, o, müvafiq vəzifəyə keçirilsin. Buna görə də, o, son iki ildə yaşayış yerindən kənarda olmaqla hər ay 400 (dörd yüz) manat kirayə haqqı və Bakı şəhərində evinə hər həftə baş çəkmək üçün aylıq bir o qədər nəqliyyat xərci çəkmişdir. Bu onun müflisləşməyinə səbəb olmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində son iki ildə kütləvi olaraq savadlı və təcrübəli kadrlar müxtəlif bəhanələrlə işdən çıxarılır və onların yerinə özlərinə yaxın şəxslər təyin olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sistemində korrupsiya və rüşvətxorluq halları geniş vüsət almışdır. Bununla bağlı hüquq mühafizə orqanlarına müvafiq müraciətləri olacaq. X27 Xidmətinin rəhbər şəxsləri tərəfindən son bir ildə ayrı-ayrı vaxtlarda ona qarşı müxtəlif təzyiq vasitələrindən istifadə olunurdu. İlk olaraq xidməti faəliyyəti ilə bağlı onu təxribata cəlb etmək istədilər. Əmək hüquqlarının bərpası ilə bağlı X27 xidmətinə müraciət edən Mingəçevir şəhərində məskunlaşan məcburi köçkün X10 ondan şikayət etməyə məcbur etdilər. Ondan “whatsapp” tətbiqi vasitəsi ilə ərizə aldılar. Lakin, Z.Cəfərova izahatında və dövlət notariusu tərəfindən təsdiq olunmuş ərizəsində iddiaçıdan və xidmətin Mingəçevir regional ərazi şöbəsinin işçilərindən heç bir şikayətinin olmadığını bildirmişdir. İzahatında buna məcbur edildiyini qeyd etmişdir. Xidməti fəaliyyəti ilə bağlı qanun pozunusuna yol vermədiyinə görə iddiaçını şərləyərək işdən azad etmişdirlər. Əmək müqaviləsinə xitam verməklə yanaşı eyni zamanda karantin rejimində ona verilən icazə nazirlik tərəfindən ləğv edilmiş və o, Mingəçevir şəhərində ailəsindən kənar təcrid həyatı yaşamağa məcbur qalmışdır. Onun Mingəçevir şəhərində olmağı əmək fəaliyyəti ilə bağlıdır. Bu cür təcrid olunmağı ailəsinin və özünün maddi və sosial durumunu olduqca çətinləşdirmişdir. İddiaçı karantin rejiminə görə öz yaşayış yerinə qayıda bilməmiş və əmək kitabçasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən götürə bilməmişdir. Buna görə də, məhkəməyə əmək kitabçasından çıxarış təqdim edə bilməmişdir. Bu səbəbdən əmək fəaliyyətini təsdiq etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.gov.az internet portalından elektron qaydada əldə etdiyi sosial arayışı iddia ərizəsinə əlavə etmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 25.8-ci maddəsində bildirilir ki, intizam tənbeh tədbirinin tətbiq edilməsi barədə əmrdən, onun imzalandığı gündən 7 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına şikayət vermək olar. Buna görə də, X27 Xidmətinin Mingəçevir regional ərazi şöbəsinin rəisi vəzifəsində qulluq keçmiş İddiaçı dövlət qulluğuna xitam verilməsi haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 30 iyun 2020-ci il tarixli **********8 nömrəli əmrinin əsassız və qərəzli olduğuna görə ləğv olunması üçün X33 publik hüquqi şəxsinə müraciət etmişdir. X20 nizamnaməsinin 2.1.31. hissəsini rəhbər tutaraq “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının pozulmasını nəzərə alıb nizamnaməsinin 2.1.34. bəndinə müvafiq olaraq dövlət qulluğu və dövlət qulluqçularının etik davranış qaydaları haqqında qanunvericiliyin tələblərinin pozulması hallarını aradan qaldırmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 30 iyun 2020-ci il tarixli **********8 nömrəli əmrinin ləğv olunması və dövlət qulluğuna bərpa olunmağımla bağlı nazirliyə təqdimat verilməsini xahiş etmişdir. Eyni zamanda eyni müddətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə işə bərpa olunmağı ilə bağlı rəsmi müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5-ci maddəsinin 2-ci hissəsində bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 189-cu maddəsində intizam tənbehinin verilməsi şərtləri qeyd olunmuşdur. Həmin maddənin 2-ci hissəsində qeyd olunur ki, intizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. İddiaçı X27 Xidmətinin Mingəçevir regional ərazi şöbəsinin rəis müavini Məmməd Bayramovun 29 iyun 2020-ci il tarixli **********7 nömrəli əmri ilə xidməti işlə əlaqədar Bakı şəhərinə ezam olunmuşdur. Ezamiyyətdə olduğu müddətdə 30 iyun 2020-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Bununla bağlı bütün əmrlər və sənədlər real vaxt rejimində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X27 Xidmətinin rəisi Fuad Heydərov tərəfindən elektron imza ilə imzalanmış və vaxt möhürü ilə təsdiqlənmişdir. Həmin maddənin 3-cü hissəsində isə qeyd olunur ki, intizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. Lakin, işəgötürən tərəfindən əmrlə tanış edilməmiş və əmrin surəti iddiaçıya verilməmişdir. Əmrin ksero surəti 1 iyul 2020-ci il tarixdə X27 Xidmətinin Mingəçevir regional ərazi şöbəsinin rəis müavini M.Bayramov tərəfindən iddiaçıya verilmiş və təhvil-təslim dövründə əmək kitabçasını almağına dair akt imzalanmışdır. Lakin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iddiaçıya alınan icazə ləğv olunduğuna görə Mingəçevir şəhərində təcrid həyatı yaşayır və bu səbəbdən əmək kitabçasını ala bilmir. Bununla yanaşı Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, bu məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Lakin, bununla bağlı həmkarlar ittifaqının razılığı alınmamışdır. Belə ki, həmin maddənin 2-ci hissəsində həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunda qeyd edilmişdir ki, dövlət qulluqçusuna verilən intizam tənbehi zamanı onun kollektivdəki nüfuzu, peşəkarlığı və digər xüsusiyyətləri nəzərə alınmalıdır. Qulluq keçdiyi dövlət orqanı bunlara məhəl qoymamış və iddiaçıya qarşı qərəzli münasibət göstərmişdir. Beləliklə, ona maddi və mənəvi zərər dəymişdir. Kollektiv içində nüfuzuna xələl gəlmişdir. Göründüyü kimi, mülki qanunvericiliyin qeyd edilən normaları ilə hüquqazidd hərəkət nəticəsində vurulmuş zərərə görə mülki məsuliyyət müəyyən edilmişdir. Mülki Məcəllənin 21-ci maddəsi ilə isə hüquqazidd əməl nəticəsində yaranan maddi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranırsa, həmin Məcəllənin 23-cü maddəsinə uyğun olaraq şəxs mənəvi zərərin ödənilməsini tələb edə bilər. Mənəvi təzminat isə hüquqazidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-227/2021 saylı, 09 mart 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. (hakim İsmayıl Quliyev) Qərardan İddiaçı apelyasiya şikayəti verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əmək müqaviləsinə xitam verilməsi barədə cavabdehin 30 iyun 2020-ci il tarixli, 1**********8 nömrəli əmrinin 1-ci hissəsi aşağıdakı məzmundadır: “Dövlət qulluğu haqqında” Qanunun 33.1.6-cı maddəsinə əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X27 Xidmətinin Mingəçevir regional ərazi şöbəsinin rəisi vəzifəsində qulluq keçən İddiaçı ilə 24 may 2011-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilsin. Eyni zamanda əmrin verilməsi üçün “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X27 Xidmətinin rəisi Fuad Heydərovun 29 iyun 2020-ci il tarixli **********3 nömrəli “yazılı məruzə” adlanan sənəd əsas kimi göstərilir. Mövcud qanunvericiliyə görə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə cavabdehin əmri-inzibati akt kimi qəbul olunur və buna görə də verilmiş iddia mübahisələndirmə iddiasıdır. Bu iddianın hüquqi əsasını təşkil edən mərkəzi norma “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.1-ci maddəsidir. Həmin maddədə deyilir ki, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə görə inzibati aktın qanunazidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Bu normaların baxılan işə tətbiqi onu ehtiva edir ki, işə baxan məhkəmə, cavabdeh tərəfindən həmin əmr verilərkən inzibati icraat haqqında hüquq normalarının və maddi hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini araşdırsın. Baxılan iş üzrə məhkəmə cavabdeh tərəfindən həmin əmr verilərkən inzibati icraat haqqında hüquq normalarının və maddi hüquq normalarının düzgün tətbiq edilibedilməməsini araşdırmamışdır. Məhkəmə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X27 Xidməti haqqında Əsasnamə”nin 5.7.9-cu yarımbəndini rəhbər tutaraq barəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbirlərdən birinin tətbiq olunmasını və bu əsaslarla əmək müqaviləsinə xitam verilməsini məqsədəmüvafiq hesab edir. İşə baxmış məhkəmə qərarında “yazılı məruzə” adlanan sənəddə qeyd edilənlərə əsaslanaraq cavabdeh inzibati orqanın mübahisələndirilən aktının əsaslı olduğunu hesab etmişdir. Məhkəmə baxılan iş üzrə qərarının əsaslandırılan hissəsində bildirir ki, iddiaçının əsas dəlili ondan ibarətdir ki, onun fikirləri kimi təqdim edilmiş paylaşım iddiaçıya aid deyil. Bu onun işdən çıxarılmağı üçün tərtib olunan qarayaxmadır. Bununla əlaqədar nə iddiaçıdan həmin paylaşımı etməsi barədə izahat alınmamış, nə də həmin paylaşımın kim tərəfindən edilməsi üçün müvafiq dövlət orqanlarına araşdırma aparılmasına dair müraciət olunmamışdır. Hətta iddiaçının yazdığını iddia etdikləri həmin paylaşım belə bir işçinin intizam məsuliyyətinə cəlb olunmasına və işdən çıxarılmasına əsas ola bilməz. Eyni zamanda Sumqayıt İnzibati Məhkəməsi baxılan iş üzrə qərarında bildirir: İddiaçı qeyd edir ki, 21 iyun 2020-ci il tarixdə feysbuk sosial şəbəkələrində iddiaçının adından edilən paylaşım onun qulluq keçdiyi dövlət orqanına olan münasibətini və mövqeyini əks etdirmir. Bu məqsədli şəkildə iddiaçının adına yaradılmış saxta feysbuk hesabından və ya kənar müdaxilələrlə hesabının ələ keçirilməsi ilə mümkün ola bilər. Məhkəmə tərəfindən də Azərbaycan Respublikası Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müvafiq sorğu edilmiş, Nazirlik yanında Elektron Təhlükəsizlik Xidmətindən bildirilmişdir ki, sosial şəbəklərdə edilən yazışmaların kimlər tərəfindən aparılmasının müəyyən edilməsi əməliyyat-axtarış subyektlərinin səlahiyyətlərinə aiddir. Əməliyyat axtarış subyektlərinin fəaliyyət istiqamətlərinə aid olan hüquqpozmaların sosial şəbəkələrdə baş verən qanunsuz hərəkətlərin araşdırılması sahəsində heç bir səlahiyyəti, təcrübəsi və texniki imkanları olmayan inzibati orqan tərəfindən araşdırma aparılması, həmin araşdırmalara əsaslanaraq sübuta yetirilməyən ittihamlarla barəsində intizam icraatına başlanılması məhkəmə tərəfindən qanun pozuntusu kimi nəzərə alınmamışdır. Məhkəmə baxılan iş üzrə qərarında göstərir ki, iddiaçı müvafiq hüquq mühafizə orqanlarına da müraciət etmişdir. O, həmin paylaşımı etməmişdir və həmin paylaşımda yazılan ifadələr onun qulluq keçdiyi dövlət orqanına olan münasibətini ifadə etmir. Bununla bağlı bütün müvafiq dövlət orqanlarına müraciət etmiş və müvafiq tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmə baxılan iş üzrə sübuta yetirmə ilə bağlı Azərbaycan Respublikası Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin cavab məktubunda göstərilən əməliyyat axtarış subyektlərinə həmin paylaşımın kim və ya kimlər tərəfindən edildiyinin müəyyən edilməsi üçün müraciət edə bilərdi və ya həmin orqanlar tərəfindən müraciətlərinə baxılmasının nəticəsi barədə məhkəməyə məlumat verilməsini tələb edə bilərdi. Lakin məhkəmə tərəfindən sübutlar tam və hərtərəfli araşdırılmadan qərar qəbul edilmişdir. Məhkəmə tərəfindən baxılan iş üzrə araşdırma aparma səlahiyyətinin əməliyyat axtarış subyektlərinin səlahiyyət bölgüsünə aidiyyatını nəzərə alaraq cavabdehin apardığı araşdırmanın qanunsuz olduğu, heç bir hüquqi əsası olmadığı və intizam icraatına əsas olan halların sübuta yetirilmədən “yazılı məruzə” adlanan sənəd tərtib edildiyini nəzərə alınaraq inzibati orqanın müvafiq aktı məhkəmə tərəfindən ləğv edilməli idi. Məhkəmə qeyd edir ki, iddiaçının sosial şəbəkələrdə bu paylaşımları etmədiyi müvafiq orqanlar tərəfindən müəyyən olunarsa, iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş hüquq müdafiə vasitələrindən istifadə etmək imkanı yaranar. Məhkəmə yuxarıda qeyd olunan halların sübut etmənin inzibati orqanın üzərində olması və təqsiri sübut olunana qədər heç kəsin təqsirləndirə bilməyəcəyinə dair Azərbaycan Respublikasının Konstitusiya ilə və digər qanunvericilik aktları ilə müəyyən olunmuş insan hüquq və azadlıqlarına dair normaları nəzərə almamışdır. Məhkəmə baxılan iş üzrə öz qərarında onun iddia ərizəsində “hətta iddiaçının yazdığını iddia etdikləri həmin paylaşım belə bir işçinin intizam məsuliyyətinə cəlb olunmasına və işdən çıxarılmasına əsas ola bilməz” dəlilini əsaslı hesab etmir. Məhkəmə baxılan iş üzrə maddi hüquq normalarının qarşılıqlı münasibətini nəzərə almamışdır. “Dövlət qulluğu haqqında” Azərbaycan Rspublikası Qanununun 25.2, 25.3 və 25.6-cı maddələrinin əlaqəli təhlili onu deməyə əsas verir ki, dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb olunması və intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq araşdırma aparılmasının qaydaları qanunla dəqiq müəyyən edilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 25.3-cü maddəsində təsbit olunur ki, bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. Dövlət orqanı rəhbərinin xidməti yoxlama təyin etməsinə dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən qaydalar müəyyən olunmadığına görə cavabdehə qarşı xidməti yoxlama təyin olunması ilə bağlı hər-hansı tələbi yoxdur. Məhkəmə inzibati orqanın araşdırma əmrinin olmaması dəlilini nəzərə almamışdır. Həm məhkəməyə təqdim etdiyi yazılı izahatda, həm vəsatətdə, həm də iddia ərizəsində inzibati orqanın araşdırma aparılmasına dair əmrinin olmadığını bildirmişdir. Müvafiq araşdırma sənədlərinin və əmrin cavabdehdən tələb olunmasına dair vəsatəti məhkəmə tərəfindən qeydiyyata alınmamış və qərardad çıxarılmamışdır. Qanunvericilik norma və qaydaları baxılan iş üzrə qərar çıxaran məhkəmə tərəfindən nəzərə alınmamış və mübahisələndirilən iş üzrə sübutlara düzgün hüquqi qiymət verilməmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Rspublikası Qanunun 25.6-cı maddəsində təsbit olunur ki, bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. Həm inzibati aktın qəbul edilməsində əsas hesab edilən “yazılı məruzə” adlanan sənəddə, həm də inzibati orqanın qəbul etdiyi aktın məzmununda kobud və ya mütəmadi nöqsanlara yol verməsinə istinad olunmur. Eyni zamanda həmin sənədlərdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl etmədiyinə dair hər hansı bir münasibət bildirilmir. Məhkəmənin qərarında göstərilir ki, iddiaçı qeyd edir ki, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xidmət rəisinin 29 iyun 2020-ci il tarixli, **********3 nömrəli yazılı məruzəsi araşdırılmadan və izahatı alınmadan intizam məsuliyyətinə cəlb olunmuşdur. İş materiallarına əlavə edilmiş aktda qeyd olunur ki, Mingəçevir regional ərazi şöbəsinin rəisi İddiaçı dövlət qulluqçularının etik davranış qaydalarını pozması və vəzifə səlahiyyətlərini aşaraq qulluq keçdiyi orqanın nüfuzunu aşağı sala biləcək hərəkətə yol verməsi ilə əlaqədar barəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbirlərdən birinin tətbiq olunması məqsədilə verilmiş təqdimata əsasən Nazirliyin dövlət qulluğu və kadr məsələləri şöbəsi tərəfindən müvafiq izahat alınması üçün xidmətin daxili nəzarət, informasiya və təhlil sektoruna göndərilsə də, İddiaçı izahat verməkdən yayınaraq Nazirliyin binasından çıxmış xidmətin daxili nəzarət informasiya və təhlil sektorunun müdiri E.Səlimov tərəfindən İddiaçı məxsus mobil nömrəyə 30.06.2020-ci il tarixdə, saat 10:42-də zəng edilmiş və mobil nömrənin bağlı olduğu müəyyən edilmişdir. Daha sonra, 30.06.2020-ci il tarixdə, saat 10:45-də Mingəçevir regional ərazi şöbəsinin nömrəsinə zəng edilərək şöbənin müavini X1 məsələ ilə əlaqədar məlumat verilmiş və İddiaçı şöbəyə gəldikdə ondan E.Səlimovla əlaqə saxlamağı tapşırılmışdır. İddiaçı 30.06.2020-ci il tarixdə, saat 11:31-də E.Səlimova məxsus mobil nömrəyə zəng edərək izahat verməkdən imtina etdiyini bildirmişdir. Xidmətin daxili nəzarət, informasiya və təhlil sektorunun müdiri E.Səlimov ilə olan telefon danışığı inventarların təhvil-təslimi ilə bağlı olmuşdur. 01 iyul 2020-ci il tarixli təhvil-təslim aktı və həmin tarixli əmək kitabçasını götürməyi ilə bağlı aktı nazirliyin qərəzli münasibətini ortaya qoyur. Baxılan iş üzrə məhkəməyə verdiyi izahatda və məhkəmə iclasında verdiyi vəsatətdə izahat verməkdən imtina etdiyinə dair 30 iyun 2020-ci il tarixli “Akt” adlanan sənədin əsassız olduğunu bildirmişdir. Aktın məzmunundan açıq şəkildə görünür ki, qərəzlidir və şəxsiyyətini aşağı salan ifadələrə yol verilmişdir. Həmin akt 30 iyun 2020-ci il tarixdə tərtib olunmuşdur. “Yazılı məruzə” adlanan sənəd isə 29 iyun 2020-ci il tarixdə tərtib olunmuşdur. Məhkəmənin bu cür münasibəti onun qərəzliliyini və mübahisələndirilən normativ sənədlərin tədqiq olunmadığını açıq şəkildə sübuta yetirir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 21 iyul 2020-ci il tarixli, **********9 nömrəli məktubunda və cavabdehin məhkəməyə təqdim etdiyi 31 avqust 2020-ci il tarixli, **********9 nömrəli etiraz məktubunda açıq ifadə olunur ki, həmin tarixdə ona işdən çıxma səbəbləri izah olunmuş və o, işdən çıxma əmri ilə tanış olmuşdur. Nə əmək qanunvericiliyi sistemində, nə də dövlət qulluğu haqqında qanunvericilikdə əmək müqaviləsinə xitam verilmiş və işdən azad olunmuş şəxslərdən izahat alınması nəzərdə tutulmur. Barəsində işdən çıxma əmri imzalanmış və izahatı alınmadan əmək müqaviləsinə xitam verilmişdir. Akt mövcud qanunvericiliyin tələbinə əməl olunmasına formal olaraq əsaslandırmaq üçün sonradan tərtib olunmuşdur. Ona görə ki, belə bir akt nə əmrin məzmununda, nə də əsas hissəsində göstərilmir. Həm müəssisədə fəaliyyət göstərən həmkarlar təşkilatının razılığı alınarkən, həm də “yazılı məruzə” adlanan sənəd tərtib olunarkən onun iştirakı təmin olunmamış və heç bir halda izahatı alınmamışdır. Məhkəmə baxılan iş üzrə qərarında bildirir ki, iddiaçı eyni zamanda Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsaslanaraq onun hüquqlarının pozulduğunu qeyd edir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət qulluqçusu olduğuna görə, onun işdən azad olunması dövlət qulluğu ilə bağlı qanunvericiliyin tələbləri baxımından həyata keçirildiyi üçün, iddiaçının Əmək Məcəlləsinə istinad edərək iddiasını əsaslandırması qəbul edilən deyil. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5-ci maddəsində bu Məcəllənin tətbiq edildiyi digər iş yerləri və qulluqçular müəyyən edilmişdir. Həmin maddənin 2-ci hissəsində bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. “Dövlət qulluğu haqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsində dövlət qulluğu keçmənin digər məsələləri təsbit olunmuşdur. Həmin maddədə bildirilir ki, bu Qanunda və ona uygun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Baxılan iş üzrə məhkəmə qərarından və Əmək Məcəlləsinin dövlət qulluqçularına aid edilməsi ilə bağlı məhkəmə yanaşmasından da, məlum olur ki, bu istiqamətdə məhkəmə prosessual hüquq normalarının tələblərinə riayət etməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları işin hallarına düzgün tətbiq olunmamış və iddiaçı tərəfindən təqdim olunan sübutlar araşdırılmamışdır. Bu səbəbdən ezamiyyə müddətində əmək müqaviləsinə xitam verilməsi ilə bağlı mübahisələndirilən hallar araşdırılmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsində əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar təsbit olunmuşdur. Həmin maddənin 1-ci hissəsində ezamiyyətdə olan işçinin əmək müqaviləsinə xitam verilməsi qadağan edilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında bildirir ki, Nazirliyin yerli bölmələrinin rəhbərlərinin ezamiyyə əmrinin imzalanması səlahiyyətinin əmək və əhalinin sosial müdafiəsi nazirinin səlahiyyətinə aiddir. Bununla bağlı məhkəməyə müvafiq əmr təqdim etmişdir. Həmin əmrin icrası praktikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində mövcud deyil. Nazirliyin strukturuna daxil olan qurumların yerli bölmə rəhbərləri 2018-2020-ci illərdə dəfələrlə xidməti işlə bağlı Bakı şəhərinə ezam olunmuşdur. Bütün ezamiyyə əmrləri yerli bölmə rəhbərləri və ya onların müavinləri tərəfindən imzalanır. Ezamiyyə əmrləri Nazirliyin Mərkəzləşmiş Elektron X18 X24 Altsistemi üzərindən tabeli orqanla, yəni xidmət rəhbərliyi ilə razılaşdırılmışdır. Həmin sənədlər elektron imza ilə imzalanmış və vaxt möhrü ilə möhürlənmişdir. Məhkəmədən Nazirliyin yerli bölmə rəhbərlərinin 2018-2021-ci illəri əhatə edən dövr üçün ezamiyyə sənədlərinin araşdırılmasına və onunla bağlı sənədlərin vaxt möhürünün və elektron imza göstəricilərinin yoxlanılmasına dair məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmasını tələb etsə də, məhkəmə bununla bağlı vəsatətini nəzərə almamış və qətnamə çıxartmamışdır. O, xidməti işlə bağlı 29 və 30 iyun tarixlərində X27 xidmət rəisinin razılığı əsasında ezamiyyətdə olmuşdur. Bununla bağlı müvafiq sənədlər məhkəməyə təqdim olunmuşdur. Lakin, məhkəmə təqdim etdiyi sübutları, qanunvericik normalarını görməməzlikdən gəlmiş və İnzibati Prosesual Məcəlləsinin bərabərlik prinsipini pozaraq bununla bağlı sübutları qiymətləndirməmişdir. İş materiallarına əlavə edilmiş, mübahisələndirilən əmrin verilməsi üçün əsas təşkil edən xidmət rəisinin yazılı məruzəsinin məzmunundan məlum olur ki, ona istinad olunan əsas nöqsanlardan biri kimi sosial şəbəkələrdə vəzifə səlahiyyətlərini aşaraq qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməyi göstərilir. Ona qarşı irəli sürülmüş bu dəlilə hüquqi qiymət verilməsi üçün həmin paylaşımın kim tərəfindən edildiyi, həmin feysbuk hesabının kimə məxsus olduğu müəyyən edilməlidir. İşə baxan məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilmiş və Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edilmişdir. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin cavab məktubundan məlum olur ki, məhkəmə səlahiyyətli orqana müraciət etməmişdir. Hətta həmin cavab məktubu məhkəməyə daxil olduqdan sonra belə məhkəmə tərəfindən səlahiyyətli dövlət orqanlarına müraciət olunmamışdır. Məhkəmə tərəfindən təyin olunan ekspertizanın nəticəsinin nəzərə alınmaması və rabitə müəssisəsinin cavab məktubu daxil olduqdan sonra məhkəmənin səlahiyyətli dövlət orqanlara müraciət etməməsi işə baxan hakimin tərəfsizliyini şübhə altına alır. Baxılan iş üzrə məhkəmə tərəfindən 28 iyun 2020-ci il tarixdən 9 mart 2021-ci il tarixədək iddiaçıya münasibətdə heç bir araşdırma aparılmamış, məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməmiş, vəsatətlər qeydiyyata alınmamış və qətnamə çıxarılmamışdır. Süni şəkildə məhkəmənin baxılma müddəti aylarla uzadılmışdır. Həmçinin Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsi işə baxan məhkəmədən proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağı, müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağı tələb edir. Sübutların araşdırılması qaydalarını müəyyən edən İPM-nin 58.7-ci maddəsi isə məhkəmədən sübutlara tam və hərtərəfli araşdırıldıqdan sonra qiymət verilməsini tələb edir. İşə baxmış məhkəmə iddianın həlli üçün yuxarıda göstərilən hüquqi əsasları yoxlamamış, işə tətbiq olunmalı maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu araşdırmamışdır. Nəzərə alınmalıdır ki, məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qərarda göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qərarda şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Həmçinin qeyd olunmalıdır ki, istənilən intizam pozuntusunun mövcudluğu özlüyündə dövlət qulluqçusunun dövlət qulluğuna “Dövlət qulluğu haqqında” Qanunun 33.1-ci maddəsinə əsasən xitam verilməsi üçün yetərli deyildir. Belə ki, qanunvericilik intizam tənbehi institutunu müəyyən edərkən işçiyə tərbiyəedici təsir etməklə onu əmək və icra intizamına əməl etməyə, əmək vəzifələrini yerinə yetirməyə məcbur etmək məqsədini güdür. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsində bu məqsədə xidmət edən intizam tənbehi növləri müəyyən olunmuşdur. Həmin intizam tənbehi növləri ağırlıq dərəcəsinə görə sıralanmışdır. İntizam tənbehi, dövlət qulluqçusunun yol verdiyi xətanın xarakterinə, ağırlıq dərəcəsinə uyğun olmalıdır. İşəgötürən aşkar olunmuş xətaya görə bu tənbeh növlərindən hər hansı birini seçə bilər və ondan bu tənbeh növlərinin ardıcıllığına riayət olunması tələb olunmur. Lakin nəzərə alınmalıdır ki, Qanunun 25.6-cı maddəsi tələbinə görə bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. Bu normadan göründüyü kimi, şəxsə dövlət qulluğundan azad edilməsi növündə inzibati tənbeh növünün tətbiq edilməsi üçün 3 şərtdən ən azı birinin olması vacibdir. Bu şərtlərə aiddir: 1. dövlət qulluqçusunun yol verdiyi pozuntunun kobud pozuntu olması; 2. pozuntular kobud sayılmasa da onların mütəmadiliyi; 3. bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilməməsi. Cavabdeh inzibati orqanın işdən çıxarılma ilə bağlı müvafiq əmrində və əmrə əsas olan yazılı məruzə adlanan sənəddə yuxarıda sadalanan şərtlərdən hər hansı biri əsas göstərilməmişdir. İşə baxmış məhkəmə, iddiaçı ilə dövlət qulluğuna xitam verilməsi üçün bu şərtlərin mövcudluğunu, iddiaçıya irad tutulan hərəkətlərin kobud pozuntu kimi xarakterizə edən halları, pozuntuların mütəmadiliyini və ya Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilməməsini müəyyən etməmişdir. Məhkəmənin bu cür araşdırması, Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsində müəyyən olunmuş işin hallarının tam araşdırılması prinsipinə və 57-ci maddəsində müəyyən olunmuş sübutların araşdırılması qaydalarına cavab vermir. Cavabdeh aralarında məhkəmə mübahisəsi davam etdiyi müddətdə ona qarşı təzyiq vasitəsi kimi cavabdeh tərəfindən hüquq mühafizə orqanlarına müraciət olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə aparılaraq əsassız olaraq 8 saatdan artıq saxlanılmağı və əmək hüquqlarının müdafiəsindən əl çəkməyəcəyi təqdirdə həbs olunmaqla hədələnməyi ona qarşı cavabdehin qanunazidd hərəkətləri nəzərə alınmalıdır. Bu maddi və mənəvi tənzminat tələbində haqlı olduğunu göstərir. Eyni zamanda cavabdehlə aralarında məhkəmə predmeti olan hal üzrə bu cür hərəkətlərə yol verilməsi qiymətləndirilməlidir. İşə baxan məhkəmənin hakimi tərəfindən ekspertiza təyin olunarkən paylaşımın tərəfindən olunduğu sübuta yetiriləcəyi təqdirdə onu həbs etməklə hədələməsi, bununla bağlı müvafiq dövlət orqanlarına ünvanladığı və baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilən müraciətlərinə məhkəmə tərəfindən baxılmaması məhkəmənin tərəfli münasibəti kimi nəzərə alınmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludur. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X30 apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsini qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddia tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməlidir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.1, 18.0.3, 18.0.4, 18.0.12-ci maddələrinə əsasən, dövlət qulluqçusu dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli, başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli, etik davranış qaydalarına əməl etməlidir. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən, dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi. Həmin Qanunun 25.3-cü maddəsinə əsasən, bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən, dövlət qulluqçusu öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən, dövlət qulluqçusu onun xidməti vəzifəsinə aid olmadığı hallarda, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Bu qayda dövlət qulluqçusunun elmi-pedaqoji fəaliyyəti ilə bağlı çıxışlarına və ya elmi yazılarına şamil olunmur. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən, dövlət qulluqçusu Azərbaycan Respublikasının, dövlət orqanının və dövlət qulluğunun nüfuzunu möhkəmləndirməyə, öz adını və şərəfini uca tutmağa borcludur. Həmin Qanunun 9-cu maddəsinə əsasən, dövlət qulluqçusu bütün şəxslərə, o cümlədən birbaşa və yuxarı rəhbəri ilə və ya tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbrli olmalıdır. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən, etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Apelyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: İşdən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin 30 iyun 2020-ci il tarixli **********8 nömrəli əmri ilə 30 iyun 2020-ci il tarixindən İddiaçı əmək müqaviləsinə xitam verilmiş və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə müvafiq olaraq bu Qanunun 25.2.6-cı maddəsinə nəzərdə tutulan əsaslarla tutduğu vəzifədən azad olunmuşdur. Əmək müqaviləsinə xitam verilməsinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X27 Xidmətinin rəisi Fuad Heydərovun 29 iyun 2020-ci il tarixli **********3 nömrəli yazılı məruzəsi əsas göstərilmişdir. X27 Xidmətinin 29.06.2020ci il tarixli, **********3 saylı yazılı məruzəsində qeyd olunur ki, X27 Xidmətinin Mingəçevir regional ərazi şöbəsinin rəisi İddiaçı qanunsuz hərəkətləri Xidmət tərəfindən daxili nəzarət qaydasında araşdırılmışdır. Məsələ ilə bağlı aparılan araşdırma zamanı Mingəçevir regional ərazi şöbəsinin rəisi İddiaçı “Facebook” sosial şəbəkəsindəki öz səhifəsində 21 iyun 2020-ci il tarixində etdiyi paylaşımında nazirliyin sosial sahədə gördüyü işlərin, aparılan islahatların perspektivinin olmadığını və bunun səbəbinin nazirliyin və xidmətin vəzifəli şəxslərinin səriştəsizliyi kimi qələmə verməyə çalışmış, xidmətin fəaliyyətini qeyri-qənaətbəxş hesab etmiş, xidmətin vəzifəli şəxsləri barəsində böhtan xarakterli ifadələr işlətmiş, bununla da “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin və nazirliyin 27.11.2019-cu il tarixli **********3 nömrəli əmri ilə təsdiq edilmiş “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunda qulluq keçən dövlət qulluqçuları üçün etik davranış Qaydaları”nın 2.4-cü bəndinin tələblərində göstərilmiş loyallıq (Dövlət qulluqçusu onun xidməti vəzifəsinə aid olmadığı hallarda, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir) qaydalarına əməl etmədiyi aşkar edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Mingəçevir regional ərazi şöbəsinin rəisi İddiaçı dövlət qulluqçularının etik davranış qaydalarını pozmuş və vəzifə səlahiyyətlərini aşaraq qulluq keçdiyi orqanın nüfuzunu aşağı sala biləcək hərəkətə yol vermişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.4-cü (Dövlət qulluqçusu başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir) və 18.0.12-ci (Etik davranış qaydalarına əməl etməlidir) maddələrinin tələblərinin pozulduğunu nəzərə alaraq və Azərbaycan Respublikası Prezidentinin 2011ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X27 Xidməti haqqında Əsasnamə”nin 5.7.9-cu yarımbəndini rəhbər tutaraq İddiaçı barəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbirlərdən birinin tətbiq olunmasını məqsədəmüvafiq hesab etmişdir. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, onun fikirləri kimi təqdim etdikləri paylaşım ona aid deyil. Bu onun işdən çıxarılmağı üçün tərtib olunan qarayaxmadır. Bununla əlaqədar ondan nə izahat alınmamış, nə də müvafiq dövlət orqanlarına bununla bağlı araşdırma aparılması üçün müraciət olunmamışdır. İş materiallarına əlavə edilmiş İddiaçı “Facebook” sosial şəbəkəsindəki mübahisələndirilən hesabına dair sosial şəbəkədən çıxarışlardan görünür ki, “Facebook” sosial şəbəkəsində İddiaçı adlı istifadəçi səhifəsində etdiyi paylaşımlara dostlarını işarələmiş, paylaşımlara isə Afət Şeyxzadə, Sənan Ələsgərov, Müşfiq Məmmədov, Samirə Məmmədova adlı istifadəçilər tərəfindən şərhlər yazılmış, adları qeyd olunan şəxslər arasında paylaşımın şərhlər bölməsində yazışmalar olmuşdur. Həmçinin, İddiaçı məhkəmə kollegiyasına ərizə təqdim edərək, “Facebook” sosial şəbəkəsində səhifəsində “dostlar” siyahısında olan X19, X6, X7, X11, X3, X12, X13, X14, X8, X16, X4, X9, X5, X25, X26 şahid qismində dindirilməsini xahiş etmişdir. İddiaçının məhkəmə kollegiyasına təqdim etdiyi həmin şəxslərin yazılı izahatlarında isə göstərilmişdir ki, onlar “Facebook” sosial şəbəkəsinin istifadəçisidirlər və İddiaçı ilə “Facebook” dostluqları var. Göründüyü kimi, iddiaçı nazirliyin fəaliyyətini tənqid edən paylaşımların olduğu “Facebook” hesabının ona aid olmadığını göstərsə də, özünün məhkəmə kollegiyasına təqdim etdiyi “Facebook” dostlarının yazılı izahatları və iş materiallarına əlavə edilmiş iddiaçının ona aid olmadığını qeyd etdiyi səhifəsindən çıxarışlardan görünür ki, həmin səhifədə edilən paylaşımlara İddiaçı dostları tərəfindən şərhlər yazılmışdır. İddiaçının “dostlar” siyahısında Afət Şeyxzadənin, Sənan Ələsgərovun, Müşfiq Məmmədovun, Samirə Məmmədovanın olması hər iki tərəfin izahatları ilə də təsdiq olunur. Bundan başqa, iş materiallarında olan birinci instansiya məhkəməsinin 09.03.2021ci il tarixdə keçirilmiş məhkəmə iclas protokolundan görünür ki, iddiaçı bildirmişdir ki, bu hal yalnız adından yaradılmış saxta feysbuk hesabından və ya kənar müdaxilələrlə hesabının ələ keçirilməsi ilə mümkün ola bilər. (səh.189) Göründüyü kimi iddiaçı həmin yazıların onun hesabından paylaşılmasının mümkün olduğunu da istisna etməmişdir. Digər tərəfdən, iddiaçı adına saxta hesabın açılması və ya kənar müdaxilələrlə hesabının ələ keçirilməsi kimi halın baş verməsi ilə əlaqədar həmin sosial şəbəkəyə də müraciət etməmişdir. İddiaçının yazılı məruzə araşdırılmadan və izahatı alınmadan intizam məsuliyyətinə cəlb edilməsi barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mingəçevir regional ərazi şöbəsinin rəisi İddiaçı dövlət qulluqçularının etik davranış qaydalarını pozması və vəzifə səlahiyyətlərini aşaraq qulluq keçdiyi orqanın nüfuzunu aşağı sala biləcək hərəkətə yol verməsi ilə əlaqədar barəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbirlərdən birinin tətbiq olunması məqsədilə verilmiş təqdimata əsasən Nazirliyin Dövlət qulluğu və kadr məsələləri şöbəsi tərəfindən müvafiq izahat alınması üçün Xidmətin Daxili nəzarət, informasiya və təhlil sektoruna göndərilsə də İddiaçı izahat verməkdən yayınaraq Nazirliyin binasından çıxmış Xidmətin Daxili nəzarət informasiya və təhlil sektorunun müdiri E.Səlimov tərəfindən İddiaçı məxsus 050 ***-**-** nömrəsinə 30.06.2020-ci il saat 10:42-də zəng edilmiş və mobil nömrənin bağlı olduğu müəyyən edilmişdir. Daha sonra 30.06.2020-ci il saat 10:45-də Mingəçevir regional ərazi şöbəsinin (02427) 4-41-11 nömrəsinə zəng edilərək şöbənin müavini X2 məsələ ilə əlaqədar məlumat verilmiş və İddiaçı şöbəyə gəldikdə ondan E.Səlimovla əlaqə saxlamağı tapşırılmışdır. İddiaçı 30.06.2020-ci il saat 11:31-də E.Səlimova məxsus 055 ***-**-** nömrəsinə zəng edərək izahat verməkdən imtina etdiyini bildirmişdir. (30.06.2020-ci il tarixli akt. səh. 180) İddiaçının ezamiyyətdə olduğu halda əmək müqaviləsinə xitam verilməsi barədə dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən, bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Əmək Məcəlləsinin 79.1-ci maddəsində göstərilmişdir ki, məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Lakin iş materiallarından görünür ki, İddiaçı ezamiyyətə göndərilməsi barədə əmr səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Belə ki, X27 Xidmətinin Mingəçevir regional ərazi şöbəsinin rəisi İddiaçı xidməti işlə əlaqədar olaraq 29.06.2020-ci il tarixdən 30.06.2020-ci il tarixədək Bakı şəhərinə ezam olunması barədə ezamiyyə haqqında 29.06.2020-ci il tarixli, ********** nömrəli əmrin surətindən görünür ki, əmri X27 Xidmətinin Mingəçevir regional ərazi şöbəsinin rəis müavini Məmməd Bayramov imzalamışdır. Halbuki, iş materiallarına əlavə edilmiş “Məzuniyyət və ezamiyyət əmrlərinin imzalanması səlahiyyətinin verilməsi barədə 26.10.2018-ci il tarixli, **********3 nömrəli əmrdən” çıxarışdan görünür ki, nazirliyin yerli bölmələrinin rəhbərlərinin ezamiyyə əmrinin imzalanması səlahiyyəti əmək və əhalinin sosial müdafiəsi nazirinin səlahiyyətlətinə aiddir. Göründüyü kimi, X27 Xidmətinin Mingəçevir regional ərazi şöbəsinin rəisi İddiaçı ezamiyyə əmrini imzalamaq əmək və əhalinin sosial müdafiəsi nazirinin səlahiyyətinə aid olsa da, həmin əmr onu imzalamaq səlahiyyəti olmayan X27 Xidmətinin Mingəçevir regional ərazi şöbəsinin rəis müavini tərəfindən imzalanmışdır. Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən həmkarlar ittifaqı təşkilatının rəyi alınmışdır. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhəri üzrə X15 Komitəsinin 09 nömrəli, 29.06.2020-ci il tarixli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X27 Xidmətinin Mingəçevir regional ərazi şöbəsində rəis vəzifəsində qulluq keçən İddiaçı əmək müqaviləsinə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən xitam verilməsi məsələsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhəri üzrə X15 Komitəsinin üzvlərinin iştirakı ilə müzakirə edilmiş, təqdim edilən məruzəyə əsasən Nazirlik yanında X27 Xidmətinin Mingəçevir regional ərazi şöbəsində rəis vəzifəsində qulluq keçən İddiaçı öhdəsinə düşən vəzifələri yerinə yetirməyərək etik davranış qaydalarını pozduğuna görə onunla bağlanmış əmək müqaviləsinə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən xitam verilməsinə etiraz etmirlər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı dövlət qulluğuna xitam verilməsi haqqında cavabdeh tərəfindən verilmiş əmr yuxarıda sadalanan qanunvericilik aktları normalarının tələblərinə uyğun olmuşdur. Odur ki, apelyasiya şikayətinin dəlilləri iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas sayıla bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-227/2021 saylı, 09 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-331/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-331/2021
30.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver