Məhkəmə qərarları › İş №2-1(105)-331/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-331/2025

03.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-331/2025 03.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X2 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi Cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Şəhid Ailələri, Əlillər və X1 İctimai Birliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “Şəhid Ailələri, Əlillər və X1 X5 qərargah şöbəsinin tikintisi ilə bağlı Zəngilan şəhər ərazisində 0.24 ha torpaq sahəsinin ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli, 2-1(118)-1044/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı Şəhid Ailələri, Əlillər və X1 İctimai Birliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “Zəngilan rayonu, Ağalı şəhərciyinin ərazisindən 12 sot torpaq sahəsinin ayrılması və ya Ağalı şəhərciyinin binasından Regional Mərkəzin yaradılması üçün 100 kv.metr inzibati binadan yer ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbi üzrə qərar qəbul edilməsini Bakı İnzibati Məhkəməsindən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8220/2023 nömrəli, 10 may 2023-cü il tarixli qərardadı ilə sözügedən inzibati iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Daha sonra iddiaçının nümayəndəsi Sumqayıt İnzibati Məhkəməsinə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, “Zəngilan rayonu ətrafında 12 sot torpaq sahəsinin ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi yenidən iddia tələbini həcmini artıraraq “Şəhid Ailələri, Əlillər və X1 X5 qərargah şöbəsinin tikintisi ilə bağlı Zəngilan şəhər ərazisində 0.24 ha torpaq sahəsinin ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Şəhid Ailələri, Əlilləri və Müharibə Veteranlarının Hüquqlarının X7 Azərbaycan Respublikasının Ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi, Konstitusiya quruluşu uğrunda sağlamlıqlarını, gəncliklərini, həyatını vuruşaraq fədakarcasına qurban verən Şəhid Ailələrinin, Əlillərin və Müharibə Veteranlarının pozulmuş hüquqlarının qorunması üçün yaradılmış bir təşkilatdır. Təşkilat 2006-cı ildə dövlət qeydiyyatından keçərək mövcud qanunvericilik çərçivəsində fəaliyyət göstərir. Təşkilatın çoxsaylı kontengenti Respublika ərazisində keçirilən bütün tədbirlərdə (20 yanvar, Xocalı Soyqırımı, Prezident seçkiləri, Zəfər bayramı, Qurban bayramı, Ramazan - bayramı, Silahlı Qüvvələrin yaranması günü və s.) dövlət tədbirlərində fəal iştirak edir. Lakin, təşkilatın işğaldan azad olunan Zəngilan rayonunun Ağalı kəndində X10 və Müharibə Veteranları üçün hər hansı bir tədbirin və yaxud toplantının keçirilməsində qərargahın olmamasına görə onlarla görüşlər keçirə bilmir. Dəfələrlə rayon icra orqanlarına, İcra Hakimiyyətlərinə yazılı müraciət etsə də, heç bir müsbət cavab almamışdır. Ağalı kəndi hal-hazırda təhlükəsiz ərazi sayılır, bütün ərazi minalardan təmizlənib, insanların yaşaması üçün hər bir şərait yaradılıb, idarə təşkilatlar quruculuq işi ilə məşğuldur. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2023-cü il tarixli, 3-35/2-415/2023 saylı cavab məktubunda bildirilir ki, işğaldan azad edilmiş ərazidə təhlükəsizliyin təmin olunması, zəruri infrastrukturun qurulması, sosial xidmətlər şəbəkəsinin formalaşdırılması, habelə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış" Dövlət Proqramının icrası istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən müvafiq işlərə başlanmışdır, (bu sadəcə şablon üzrə verilmiş cavabdan başa düşmək olur ki, azad edilmiş ərazidə tam sərbəst şəkildə), (yəni Zəngilan rayon ərazisində maldarlıq-fermaların tikintisi, fermerlər, sahibkarlar, taxılçılıq, balıqçılıq, özəl obyektlərin tikilməsi, marketlər, avto servislər, şəxsi çörək zavodları, boş sahələrin hasarlanması və həmin sahələrin icarəyə götürülməsi, hektarlarla torpaqların şirkətlər tərəfindən alınması olar, amma bu qəbildən olan, torpaq uğrunda yəni, Azərbaycan Respublikası Şəhid Ailələri, Əlilləri və Müharibə Veteranlarının Hüquqlarının X7 Azərbaycan Respublikasının Ərazi bütövlüyü suverenliyi, müstəqilliyi, Konstitusiya quruluşu uğrunda sağlamlıqlarını, gəncliklərini, həyatını vuruşaraq fədakarcasına qurban verən Şəhidlərimiz, Şəhid Ailələrin, Əlillərin və Müharibə Veteranların işğaldan azad olunmuş zonalardan istər hüquqi, istərsə də fiziki şəxslərin heç bir hüququ yoxdur). Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, aşağıda sadalananlara əsasən iddiaçının iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçının Zəngilan rayonu, Ağalı kəndində Şəhid Ailələri, Əlilləri və X1 X6 Rayon Şöbəsinə 6 sot torpaq sahəsinin ayrılmasına dair xx.xx.2023-cü il tarixli, 15489 nömrəli müraciət etmişdir. Komitənin xx.xx.2023-cü il tarixli, 3-35/2-415/2023 nömrəli cavab məktubuna əsasən işğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyin təmin olunması, zəruri infrastrukturun qurulması, sosial xidmətlər şəbəkəsinin formalaşdırılması, habelə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış" Dövlət Proqramının icrası istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən müvafiq işlərə başlanılmışdır və bu tədbirlərin icrası yekunlaşdırıldıqdan sonra müvafiq müraciətə əsasən "İşğaldan azad edilmiş ərazilərdə şəhərsalma fəaliyyəti sahəsində idarəetmə ilə bağlı bəzi məsələlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 1304 nömrəli Fərmanına uyğun olaraq, qaldırılan məsələnin baxılmasını məqsədəuyğun hesab edilmişdir. Bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 1304 nömrəli Fərmanının 1.1-ci bəndinə əsasən tikinti məqsədləri üçün torpaq sahələrinin istifadəyə və ya icarəyə verilməsi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilmişdir. Eyni zamanda bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 2534 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nə əsasən sifarişçi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə Zəngilan rayonu, Ağalı kəndinin tikintisi üçün Komitənin xx.xx.2023-cü il tarixli 89 nömrəli Sərəncamı ilə 190 ha torpaq sahəsi ayrılmışdır. Göründüyü kimi, şəhərsalma sahəsində əsas məqsəd işğaldan azad edilmiş ərazilərdə zəruri infrastrukturun qurulması, sosial xidmətlər şəbəkəsinin formalaşdırılması və insanların təhlükəsizliyin təmin olunmasıdır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: İş materiallarına əlavə olunmuş cavabdeh inzibati orqanın 27 yanvar 2023-cü il tarixli, 3-35/2-415/2023 nömrəli məktubundan qeyd edilir ki, işğaldan azad edilmiş ərazidə təhlükəsizliyin təmin olunması, zəruri infrastrukturun qurulması, sosial xidmətlər şəbəkəsinin formalaşdırılması, habelə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış" Dövlət Proqramının icrası istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən müvafiq işlərə başlanmışdır. Bu tədbirlərin icrası yekunlaşdırıldıqdan sonra müvafiq müraciətə əsasən "İşğaldan azad edilmiş ərazilərdə şəhərsalma fəaliyyəti sahəsində idarəetmə ilə bağlı bəzi məsələlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 1304 nömrəli Fərmanına uyğun olaraq, qaldırılan məsələyə baxılması məqsədəuyğun hesab edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli, 2-1(118)-1044/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Leyla Mirzəyeva). İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, hazırda iddiaçı Azərbaycan Respublikası Şəhid Ailələri, Əlilləri və X1 İctimai Birliyinin öz şəxsi vəsaiti hesabına X8 Qərargah Şöbəsinin tikintisi ilə bağlı Zəngilan Şəhər ərazisində 0.24 (iyirimi dörd) ha torpaq sahəsinin ayrılmasının zərurəti yaranmışdır. Məhz bu səbəblərə görə iddiaçı öz şəxsi vəsaiti hesabına X8 Qərargah Şöbəsinin tikintisi ilə bağlı Zəngilan Şəhər ərazisində 0.24 (iyirimi dörd) ha torpaq sahəsinin ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Şəhid Ailələri, Əlilləri və X1 İctimai Birliyi tam heyəti ilə 1-ci və 2-ci X3 Bölüyü kimi döyüşlərdə iştirak edib, Azərbaycan Respublikasının Ərazi bütövlüyünə hər hansı bir təhdid olarsa əldə silah döyüşlərdə iştirak etməyə hər zaman hazırdırlar. Dəfələrlə cavabdehə və 3-cü şəxsə bu barədə şifahi və yazılı müraciətləri, pretenziyaları olmuş və müsbət heç bir rəsmi cavab ala bilməmişdir. İddiaçıya qarşı dəfələrlə ədalətsizliklər və haqsızlıqlar olmuş, lakin bu ədalətsizliklərə dözmüş və sübut etmişdir ki, İctimai Birliyinin hüquqları kobud şəkildə pozulmuşdur. Hesab edir ki, hazırkı işə baxılarkən işin halları birinci instansiya məhkəməsi tərəfindən kifayət qədər araşdırılmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulmuşdur. Məhkəməyə Azərbaycan Respublikası Şəhid Ailələri, Əlilləri və X1 İctimai Birliyi tərəfindən təqdim edilən sübutlar məhkəmə tərəfindən araşdırılmadı, keçirilən məhkəmə iclasında cavabdehin və 3-cü şəxslərin nümayəndəsi iştirak etmədi. Məhkəmə iclaslarında cavabdeh və 3-cü şəxs tərəfindən yanlış verilən məlumatlar tam ətraflı araşdırılmadı. Məhkəmə sübutları araşdırmadan, aydınlaşdırmadan, sübutlara hüququ qiymət vermədən əsassız, qanunsuz və ədalətsiz qərar qəbul etmişdir. İşə baxmış məhkəmə həqiqətə nail olmaq, mövcud mübahisəni ədalətli həll etmək üçün tam, obyektiv və hərtərəfli araşdırma aparmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Sumqayıt İnzibati Məhkəməsi cavabdeh və 3-cü şəxs tərəfindən göndərilən formal xarakterli, şablon mətindən ibarət olan cavabların tam olaraq hansı qanunlara, nəyə əsaslanması hallarını araşdırmadan, aydınlaşdırmadan Azərbaycan Respublikası Şəhid Ailələri, Əlilləri və X1 İctimai Birliyi tərəfindən verilmiş sübutlara hərtərəfli, qərəzsiz, obyektiv və tam baxmadan əsassız və qanunsuzluqlara yol verərək ədalətsiz qərar qəbul etmişdir. Məhkəmə iddia tələbinin təmin edilməməsi ilə əlaqədar heç bir mötəbər sübuta istinad etməmiş və qərarıni əsaslandırmamışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 1304 nömrəli Fərmanı: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Müəyyən edilsin ki, işğaldan azad edilmiş ərazilərdə aşağıdakı səlahiyyətlərin həyata keçirilməsi müvəqqəti olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilir: 1.1. tikinti, yer təkinin geoloji öyrənilməsi və faydalı qazıntı yataqlarının istismarı, habelə faydalı qazıntıların çıxarılması ilə əlaqəli olmayan yeraltı qurğuların tikilməsi və istismarı məqsədləri üçün torpaq sahələrinin istifadəyə və ya icarəyə verilməsi;

“İnzibati icraat haqqında” Qanun:

2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi

Maddə 14. Diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası

14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz.

İnzibati Prosessual Məcəllə:

Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 73. Məcburetmə haqqında iddiaya dair məhkəmə qərarı 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. ..... 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə;

Maddə 74. İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 1304 nömrəli Fərmanı ilə işğaldan azad edilmiş ərazilərdə tikinti məqsədləri üçün torpaq sahəsi ayrılması səlahiyyəti müvəqqəti olaraq hazırkı iş üzrə cavabdeh olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilmişdir. İddiaçı isə “Şəhid Ailələri, Əlillər və X1 X5 qərargah şöbəsinin tikintisi ilə bağlı Zəngilan şəhər ərazisində 0.24 ha torpaq sahəsinin ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı tələb edir. Birinci instansiya məhkəməsi iddianı rədd etmiş və hesab etmişdir ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi inzibati orqan olmaqla yanaşı “İnzibati İcraat haqqında” Qanunun tələbləri baxımından diskression səlahiyyətlərə malikdir. İnzibati orqana verilən bu səlahiyyətə görə onun torpaq sahəsinin ayrılması məqsədə uyğun olmadığı tədqirdə həmin torpaq sahəsinin ayrılmasından imtina etmək hüququ vardır. Məhkəmə qeyd edir ki, torpaq sahələrinin yuxarıda qeyd edilən məqsədlər üçün fiziki və ya hüquqi şəxslərə ayrılması cavabdeh inzibati orqanın diskresion səlahiyyəti kimi müəyyən edilmişdir. Yəni həmin səlahiyyətlə cavabdeh orqana öz seçimi ilə davranış imkanı verilmişdir. Diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Hazırki işdə də cavabdehin torpaq sahəsini ayırıb-ayırmaması ilə bağlı diskresion səlahiyyətləri vardır və cavabdeh tərəfindən qanunvericiliklə ona verilmiş diskresion səlahiyyətlərin həddinin aşıldığı müəyyən olunmur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin qanunun 73.3 və 73.3.1-ci maddələrinin tələblərinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Lakin həmin qanunun 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Cavabdeh inzibati orqan qeyd edir ki, iddiaçı Zəngilan rayonu, Ağalı kəndində Şəhid Ailələri, Əlilləri və X1 X6 Rayon Şöbəsinə 6 sot torpaq sahəsinin ayrılmasına dair xx.xx.2023-cü il tarixli, 15489 nömrəli müraciət etmişdir. Komitənin xx.xx.2023-cü il tarixli, 3-35/2-415/2023 nömrəli cavab məktubuna əsasən işğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyin təmin olunması, zəruri infrastrukturun qurulması, sosial xidmətlər şəbəkəsinin formalaşdırılması, habelə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış" Dövlət Proqramının icrası istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən müvafiq işlərə başlanılmışdır və bu tədbirlərin icrası yekunlaşdırıldıqdan sonra müvafiq müraciətə əsasən "İşğaldan azad edilmiş ərazilərdə şəhərsalma fəaliyyəti sahəsində idarəetmə ilə bağlı bəzi məsələlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 1304 nömrəli Fərmanına uyğun olaraq, qaldırılan məsələnin baxılmasını məqsədəuyğun hesab edilmişdir. Bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 1304 nömrəli Fərmanının 1.1-ci bəndinə əsasən tikinti məqsədləri üçün torpaq sahələrinin istifadəyə və ya icarəyə verilməsi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilmişdir. Eyni zamanda bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 2534 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nə əsasən sifarişçi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə Zəngilan rayonu, Ağalı kəndinin tikintisi üçün Komitənin xx.xx.2023cü il tarixli 89 nömrəli Sərəncamı ilə 190 ha torpaq sahəsi ayrılmışdır. Göründüyü kimi, şəhərsalma sahəsində əsas məqsəd işğaldan azad edilmiş ərazilərdə zəruri infrastrukturun qurulması, sosial xidmətlər şəbəkəsinin formalaşdırılması və insanların təhlükəsizliyin təmin olunmasıdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbinə münasibətdə cavabdeh inzibati orqanın qeyd etdikləri onlara verilmiş səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməsi kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, cavabdeh inzibati orqanın 27 yanvar 2023-cü il tarixli, 3-35/2-415/2023 nömrəli məktubunda qeyd edilir ki, işğaldan azad edilmiş ərazidə təhlükəsizliyin təmin olunması, zəruri infrastrukturun qurulması, sosial xidmətlər şəbəkəsinin formalaşdırılması, habelə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış" Dövlət Proqramının icrası istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən müvafiq işlərə başlanmışdır. Bu tədbirlərin icrası yekunlaşdırıldıqdan sonra müvafiq müraciətə əsasən "İşğaldan azad edilmiş ərazilərdə şəhərsalma fəaliyyəti sahəsində idarəetmə ilə bağlı bəzi məsələlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 1304 nömrəli Fərmanına uyğun olaraq, qaldırılan məsələyə baxılması məqsədəuyğun hesab edilmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan hazırkı şərtlərə uyğun olaraq iddiaçının müraciətindən imtina etmiş, lakin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış" Dövlət Proqramının icrasına uyğun olaraq, məsələyə yenidən baxıla biləcəyini ifadə etmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti qanunvericiliyin tələbi nəzərə alınmaqla, hazırkı şərtlərə uyğun olaraq cavablandırılmış və bu zaman iddiaçının hüquqlarının pozulması və ya əsassız məhdudlaşdırılmasına yol verilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuş, apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli, 2-1(118)-1044/2024 nömrəli nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar