Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-332/2023 04.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, X5 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı minimum aylıq əmək haqqının dörd misli miqdarında birdəfəlik pul müavinətinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2-1(118)- 2709/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona birdəfəlik minimum aylıq əmək haqqının dörd misli miqdarında birdəfəlik pul müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, Rusiyanın Perm şəhərində kiçik bizneslə məşğul olmuş, 2013-cü ildə Perm şəhərində məcburiyyət qarşısında qalıb cinayət törətmiş və Perm şəhər Lenin rayon Məhkəməsinin 06 fevral 2013-cü il tarixli hökmü ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu maddəsinin 1-ci hissəsinə, 228-ci maddəsinin 1ci hissəsinin 3-cü bəndi ilə təqsirili bilinərək 9 il 6 ay azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdir. 25 yanvar 2022-ci il tarixdə cəzasını çəkib qurtarmış və o, Rusiya Federasiyası Ədliyyə Nazirliyinin Xarici vətəndaşın Rusiya Federasiyası ərazisində qalması arzuolunmaz olması haqqında xx.xx.2019-cu il tarixli sərəncamı ilə Rusiya Federasiyasında arzuolunmaz şəxs hesab edilmişdir. O, cəzadan azad olunduqdan sonra 26 yanvar 2022-ci il tarixdə Covid-19 pandemiyası ilə əlaqədar xüsusi təcridxanaya aparılmış və 27 may 2022-ci il tarixə kimi həmin təcridxanada saxlanıldıqdan sonra 28 may 2022-ci il tarixə Azərbaycan Respublikasına yola salınmışdır. O, Azərbaycana qayıtdıqdan sonra yaşadığı ərazidə qeydiyyata alınmış və “Penitensiar müəssisəsində cəza çəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Azərbaycan Respublikası Qanununa istinadən cavabdeh təşkilata müraciət edərək sosial adaptasiyaya ehtiyacı olduğunu bildirib ərizə ilə müraciət etmiş və cavabdeh təşkilat 22 iyun 2022-ci il tarixli məktubu ilə sözügedən Qanunun 3.1-ci maddəsinə əsasən üç ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmadığını əsas gətirərək müəyyən edilən birdəfəlik müavinətin təyin edilməsi qanunvericilikdə nəzərdə tutulmadığını bildirib ona müavinətin təyin edilməsindən imtina etmişdir. O, cavabdehin imtinası ilə razılaşmadığı üçün məhkəməyə müraciət etməli olmuşdur. Belə ki, o, 25 yanvar 2022-ci il tarixdə cəzaçəkmə müəssisəsindən azad olunduqdan sonra məcburi qaydada Covid-19 testi ilə əlaqədar cəza çəkdiyi Omsk şəhərində xüsusi təcridxanaya yerləşdirilmiş 28 may 2022-ci il tarixə kimi həmin təcridxanada saxlanılıb sonradan Azərbaycana deportasiya olunmuşdur. Ona görə də daimi yaşamaq üçün qayıtmamağı ondan asılı olmayan səbəbdən baş vermiş və o, Azərbaycana qayıdan kimi sosial deportasiya ilə əlaqədar müraciət edərək qanunla müəyyən edilmiş üç ay müddətini buraxmamışdır. Sumqayıt İnzibati Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2-1(118)-2709/2022 nömrəli qərarı ilə iddia təmin edilərək, İddiaçı penitensiar müəssisədə cəza çəkməkdən azad edilmiş şəxs kimi birdəfəlik minimum aylıq əmək haqqının dörd misli miqdarında birdəfəlik pul müavinətin ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə X6 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixdə həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını və iddianın təmin olunmaması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilərək işə baxılması 04 may 2023-cü il tarixə təyin edilmiş və tərəflər lazımi qaydada məlumatlandırılmışlar. xx.xx.2023-cü il tarixdə cavabdehin iş üzrə icraata xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli ərizəsi məhkəməyə daxil olmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2023-cü il tarixli qərarla 1200 manat məbləğində birdəfəlik müavinət təyin edilmişdir. Ərizədə İPM-nin 67.1 və 67.2-ci maddəsinə istinad edilərək göstərilmişdir ki, qanunvericilik normalarının tələblərinə əsasən işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Ərizəyə cavabdeh inzibati orqanın iddiaçıya sosial müavinətin təyin edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarı əlavə edilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı ona müavinətin təyin edilməsi barədə qərardan məlumatsız olduğunu, təyin edilmiş müavinəti almadığını bildir cavabdehin nümayəndəsi tərəfindən verilmiş ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyası tərəfindən İPM-nin 64-cü maddəsinin tələblərinə uyğun olaraq mübahisənin faktiki və hüquqi tərəflərini, o cümlədən apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı halları proses iştirakçıları ilə müzakirə edilmiş, iddiaçı ilə cavabdeh arasında artıq müavinətin təyin edilməsi ilə bağlı mübahisənin olmaması tərəflərin diqqətinə çatdırılmışdır. İnzibati-Prosessual Məcəllənin 87-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır (maddə 87.2, 87.3 və 87.4). Həmin Məcəllənin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Kollegiya qeyd edir ki, işin yuxarıda qeyd edilən hallarına əsasən hazırkı vəziyyətdə iddiaçı ilə cavabdeh inzibati orqan arasında mübahisə mövcud deyildir. Cavabdehin iş üzrə icraata xitam verilməsi barədə ərizədə istinad etdiyi İnzibati Prosessual Məcəllənin iddiaçının tələblərinin təmin olunması adlanan 67-ci maddəsi mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlı olmasını nəzərdə tutur. Hazırkı işdə isə cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə birinci instansiya məhkəməsinə hər-hansı məlumat verməmiş, əksinə verilmiş iddiaya etiraz edərək sonuncu məhkəmə iclasınadək özünün imtina ilə bağlı mövqeyini müdafiə etmiş, habelə iddianın təmin edilməsi barədə qərarı mübahisələndirərək onun ləğv edilməsini xahiş etmişdir. Yalnız birinci instansiya məhkəməsinin iş üzrə yekun qərarından apellyasiya şikayəti verməklə yanaşı 3 gün sonra həmin qərarda göstərilən məzmunda iddiaçıya müavinət təyin edilməsi barədə yeni qərar qəbul etmişdir ki, bu hal da ərizədə istinad edilən əsaslarla iş üzrə icraata xitam verilməsinə əsas ola bilməz. Kollegiya həmçinin qeyd edir ki, hazırkı iş üzrə xx.xx.2023-cü il tarixli qərardadla apellyasiya şikayəti mümkün hesab edilərkən məhkəmədə cavabdehin xx.xx.2023-cü il tarixli qərarı barədə hər-hansı məlumat olmamışdır. Həmin hal məhkəməyə yalnız xx.xx.2023-cü il tarixdə məlum olmuş və artıq tərəflər arasında mübahisə olmadığından şikayətin mümkünlüyü ilə bağlı halın tərəflərin iştirakı ilə müzakirə edilməsi zəuri hesab edilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki iş üzrə iddiaçı ilə cavabdeh inzibati orqan arasında mübahisə olmadığından və cavabdeh inzibati orqan apellyasiya şikayətini müdafiə etməyərək digər əsaslarla iş üzrə icraata xitam verilməsini xahiş etdiyindən birinci instansiya məhkəməsinin qərarından verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardad ləğv edilməli və cavabdehin apellyasiya şikayəti mümkün hesab edilməməli, аpellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1 (105)-332/2023 saylı qərardadı ləğv edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2-1(118)-2709/2022 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-332/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-332/2023
04.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver