Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-332/2025 22.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: müharibə veteranı statusunun verilməsi) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “1993-1994-cü illər ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsini nəzərə alaraq, ona müharibə veteranı statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 4295/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X9 İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tanxli 216 nömrəli qərarı ilə təsdiq edilmiş Müharibə veteranı, sılahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamədə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü mayın 12-dək erməni millətçi dəstələrinə qarşı döyüş əməliyyatları aparan hərbi nissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş, eləcə də döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi nəzərdə tutulmuşdur. Müraciətinizlə bağlı mövcud arxiv məlumatları yoxlanılarkən, dislokasiya yeri Füzuli rayonu - döyüş bölgəsi olmuş N saylı hərbi hissənin tərkibində xidmət etməyiniz xx.xx.1994-cü il tarixdən sonra atəşkəs dövrünə, yəni xx.xx.1995-ci il tarixə təsadüf etdiyindən Sizə müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi qüvvədə olan qanunvericiliyə əsasən mümkün olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X9 İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, H.X5 xidmət etdiyi dövrdə xx.xx.1995-ci il tarixdə xidmətini davam etdirmək üçün dislokasiya yeri döyüş bölgəsi olmuş Füzuli rayonunda yerləşən N saylı hərbi hissə komandirinin sərəncamına göndərilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”də nəzərdə tutulan xx.xx.1994-cü il tarixdən sonrakı - atəşkəs dövrünə təsadüf etmişdir. İddiaçı yaralanmasını, Hərbi-həkim komissiyasında qeydiyyatda olmasını və əlilliyinin şəhadətləndirilməsini təsdiq edən məlumatlar müəyyən olunmamışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “1993-1994-cü illər ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsini nəzərə alaraq, iddiaçıya müharibə veteranı statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1975-ci il tarixdə Lənkəran rayonunda anadan olmuşdur. Hazırda ailəsi ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. O, 15.07.93-01.08.93 və 10.02.94- 10.03.94-cü illərdə Fizuli rayonu uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 01.08.93-cü il tarixində döyüş əməliyyatları nəticəsində sağ əlindən qəlpə yarası almışdır. Bununla bağlı arxivdən çıxarılmış sənədlər də mövcuddur. Müharibə veteranı statusunun verilməsi ilə bağlı tərəfindən Cavabdehnə müraciət etmiş, imtina məzmunda cavab verilmişdir. Hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Ona müharibə veteranı statusu”nun verilməsindən imtina edilməsi tamamilə qanunsuz və ədalətsizdir. Bu hal tək onunla bağlı yox, onun kimi minlərlə şəxsə də aiddir. Qeyd olunan bütün hallar araşdırılmalı, hansı tarixdən hansı tarixədək döyüşlərdə iştirak etməsi və digər hallar müəyyən edilməlidir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, İddiaçı eyni məzmunlu müraciətinə Daxili İşlər Nazirliyinin X9 İdarəsində baxılmış və nəticəsi barədə xx.xx.2023-cü il tarixli 3-13-23/2-H-654xx/xx/2023 nömrəli məktubla müəllifə məlumat verilmişdir. Belə ki, Daxili Qoşunlarda xidmət etdiyi dövrdə İddiaçı xx.xx.1995-ci il tarixdə xidmətini davam etdirmək üçün dislokasiya yeri döyüş bölgəsi olmuş Füzuli rayonunda yerləşən N saylı hərbi hissə komandirinin sərəncamına göndərilmiş və həmin hərbi hissə komandirinin xx.xx.1997-ci il tarixli əmri ilə ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi nəzərdə tutulmuşdur. Lakin, İddiaçı N saylı hərbi hissəyə xx.xx.1995-ci il tarixdə ezam edilərək hərbi xidmətini davam etdirməsi yuxarıda qeyd edilən Əsasnamədə nəzərdə tutulan xx.xx.1994-cü il tarixdən sonraya, yəni atəşkəs dövrünə təsadüf etdiyindən ona müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-4295/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 1993-1994-cü illər ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsini nəzərə alaraq “müharibə veteranı” statusunun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X9 İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabeh orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsasız olmuşdur. İddiaçıya məxsus НЗ № ******* saylı “Hərbi bilet”in surətindən, eyni zamanda 25 noyabr 2005-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1975-ci il təvəllüdlüdür, 07 aprel 1993-cü ildə həqiqi hərbi xidmətə göndərilmiş, N saylı hərbi hissə komandirinin 25-xx.xx.1995-ci il tarixli, 74 saylı əmri ilə N saylı h/h komandirinin sərəncamına göndərilmiş, xx.xx.1995-ci il tarixli, 87 saylı əmrə əsasən dislokasiya yeri Böyük Bəhmən kəndi olan N saylı hərbi hissənin şəxsi heyəti sırasına daxil edilmişdir. Həmçinin hərbi biletin 18-ci qrafasında qeyd edilmişdir ki, xx.xx.1993-xx.xx.1993-cü il və xx.xx.1994-xx.xx.1994cü il tarixlərində Füzuli rayonu uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Göründüyü kimi iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi yuxarıda iş materiallarında sadalanan ona məxsus НЗ № ******* saylı “Hərbi bilet” ilə də təsdiq olunur. Bundan başqa cavabdeh orqan imtinasının əsası kimi onun N saylı hərbi hissəyə atəşkəs dövründə ezam edildiyini qeyd etsə də, görünür ki, o atəşkəs dövründən əvvəldə xx.xx.1993-xx.xx.1993-cü il və xx.xx.1994- xx.xx.1994-cü il tarixlərində döyüş bölgəsində xidmət etmişdir. Hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırki işdə iddiaçı iddianın təmin edilməsi iə bağlı zəruri sübutları məhkəməyə təqdim edə bilsə də, cavabdeh iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtinasının əsaslarını sübut edə bilməmişdir. Odur ki, sadalanan qanunvericilik aktlarını təhlil edərək belə nəticəyə gəlir ki, qeyd olunan normalara əsasən cavabdeh orqan tərəfindən iddiaçıya veteran statusunun və bununla bağlı vəsiqənin verilməsindən imtinası əsassız olmuşdur və iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən iddiaçıya məxsus H3 № ******* saylı Hərbi biletin 18-ci qrafasında İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək və xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək döyüş bölgəsində xidmət etməsini təsdiq edən qeydləri əsas götürmüşdür. Lakin yuxarıda qeyd olunan Əsasnamənin 1-ci bəndinə əsasən Müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları'ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İddiaçı məhkmə prosesləri zamanı sözügedən qeydlərin aparıldığı hərbi biletini bununla bağlı əmr və ya arxiv arayışı olmadan məhkəməyə təqdim etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollehiyasının iclasında iştirak etmiş İddiaçı və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 3. Müharibə veteranları 2-ci hissə. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: 1-ci hissə 1-ci bənd. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ......Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2-ci bənd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Cavabdeh, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilərək, iddia təmin edilməməlidir. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı 15.07.93-01.08.93 və 10.02.94- 10.03.94-cü illərdə Fizuli rayonu uğrunda gedən döyüşlərdə iştirak etməsi, 01.08.93-cü il tarixində döyüş əməliyyatları nəticəsində sağ əlindən qəlpə yarası alması, bununla bağlı arxivdən çıxarılmış sənədlərin də mövcud olmasına istinad edərək, ona müharibə veteran adı və statusunun verilməsini istəyir. Cavabdeh inzibati orqan müvafiq döyüş bölgəsi olmuş hərbi hissədə xidmət etdiyi dövr atəşkəs dövrünə (xx.xx.1995-ci il) təsadüf etdiyindən adıçəkilən statusun verilməsinin mümkün olmadığını bildirir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə razılaşaramayaraq aşağıdakıları qeyd edir. Yuxarıda istinad edilmiş qanunvericilik normalarının tələbinə əsasən ehtiyata buraxılmış şəxslərə münasibətdə “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün bir sıra zəruri şərtlər mövcud olmalıdır. Belə ki, qeyd olunan qanunvericilik normasında “müharibə veteranı” adı və vəsiqəsini almaq hüququna malik olan şəxslər qismində müvafiq ərazilərdə döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçular qeyd edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1993-2xx.xx.1995-ci ilədək N və N saylı hərbi hissələrdə xidmət etmiş, 25-xx.xx.1995-ci il tarixli əmrə əsasən N saylı (dislokasiya yeri Böyük Bəhmənli kəndi olmuş) hərbi hissənin sərəncamına göndərilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 533 saylı Fərmanına və MN-nin 07.01.97-ci il tarixli 3 saylı əmrinə əsasən N saylı hərbi hissə komandirinin 10.01.97-ci il tarixli 10 saylı əmri ilə Silahlı Qüvvələrə ehtiyata buraxılaraq, hissənin şəxsi heyəti siyahılarından və bütün təminat növlərindn çıxarılaraq, müvafiq hərbi komissarlığın sərəncamıa göndərilmişdir. Kollegiya onu qeyd edir ki, iddiaçının atəşkəs elan edilənədək-12 may 1994-cü ilədək dövrdə xidmət etdiyi N və N saylı hərbi hissələr olmuşdur. İş materiallarından görünür ki, həmin hərbi hissələr “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda döyüş əməliyyatlarında iştirakı barədə qeydiyyat olmamışdır. Həmçinin, tərəflərin məhkəmə iclasında verdiyi izahatları əsasında da müəyyən edilmişdir ki, həmin hərbi hissələr Əli-Bayramlı (indiki Şirvan) və Hacıqabul şəhərində yerləşməklə, döyüş əməliyyatlarında iştirak etməmişdir. İddiaçı oradan Füzuli rayonuna ezam olunmuş, Füzuli rayonunda aparılmış döyüş əməliyyatlarında iştirak etdiyini bildirmişdir. İndiki halda isə N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak edən hərbi hissə olsa da, iddiaçının N nömrəli hərbi hissədədə xidmət etdiyi dövr isə atəşkəs elan edildiyi vaxta təsadüf edir. Bu hal isə özlüyündə iddiaçının iddia tələbinin müharibə veteran statusunun verilməsinə dair qanunvericilik normasının dispoztiv şərtləri ilə uzlaşmamasını deməyə əsas verir. Nəticə etibarilə məhkəmə araşdırması zamanı iddiaçının döyüş əməliyyatlarının həyata keçirilməsində iştirak etməsi halının, başqa sözlə desək, iddia tələbinin əsası kimi istinad edilən halların müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin, qeyd edilməlidir ki, iddiaçının döyüş əməliyyatlarının həyata keçirilməsi ilə əlaqədar olaraq xəsarət alması və bu səbəbdən də əlilliyi müəyyən edilmiş şəxs olması halı da müəyyən edilməmişdir. Belə ki, iddiaçı döyüş əməliyyatlarında iştirak etməsi nəticəsində qəlpə yarası alması halına istinad etsə də, həmin hala dair heç bir mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir.İddiaçı tərəfindən məhkəməyə yaralanmasına dair sənədlərin müvafiq hərbi hissəyə göndərilməsi məktubuna dair poçt qəbzi sübut qismində təqdim edilmişdir. Bununla bağlı kollegiya onu qeyd edir ki, müvafiq poçt qəbzi məktubun poçt vasitəsilə göndərilməsi və çatdırılması halını təsdiq etməklə, həmin sənəd məktubun məzmunu və ona əlavə olunan sənədlərin nədən ibarət olması halını müəyyən etməyə imkan verməməklə, iddiaçının döyüş əməliyyatlarında yaralanması halını təsdiq edən sübut qismində çıxış etməmişdir. İddiaçı tərəfindən isə başqa sübut vasitəsi məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, qeyd edilməlidir ki, iddiaçı həmin sənədlərin müvafiq hərbi hissənin arxiv idarəsində olduğunu bildirmiş, rəsmi şəkildə sorğu ünvanlandığı halda həmin sənədlərin məhkəməyə təqdim edilə biləcəyini qeyd etmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının adının döyüş əməliyyatlarında yaralanan şəxslərin siyahısında və qeydiyyat kitabında olması barədə sorğu ünvanlanmış, sorğuya dair cavab məktbunda iddiaçının yaralanması, hərbi həkim komissiyasında qeydiyyatda olmasını və əlilliyinin şəhadətləndirilməsini təsdiq edən məlumatların müəyyən edilmədiyi qeyd edilmişdir. Həmçinin, qeyd edilməlidir ki, iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi və yaralanması barədə müvafiq məlumat ona məxsus hərbi biletdə əks olunsa da, həmin məlumat digər sübutlar (hərbi hissə əmrləri, qeydiyyat kitabı, arxiv arayışı və s.) əsasında öz təsdiqini tapmadığından, həmin məlumatın mötəbərliyinin müəyyən edilməsi mümkün olmamışdır. Belə ki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən hərbi biletdə əks olunmuş məlumatlar o halda mötəbər sübut qismində çıxış edir ki, həmin məlumatlar hərbi hissə əmrləri, arxiv arayışı və başqa sübutlar əsasında öz təsdiqini tapmış olsun. İndiki halda isə iddiaçıya münaisbətdə hərbi biletdə əks olunmuş məlumatı təsdiq edən başqa sübutun mövcudluğu aşkar edilmədiyindən, həmin məlumat mötəbər sübut qismində çıxış etməmişdir. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, hazırki inzibati iş üzrə iddia tələbi “müharibə veteranı adı və vəsiqəsi”nin verilməsinə dair qanunvericiliklə müəyyən edilmiş normanın dispozitiv şərtləri ilə uzlaşmır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, hazırki halda iddiaçı ona müharibə veteranı adı verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdeh inzibati orqannın imtina cavabı verməkdə haqlı olmuş, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar əsassız olmuş, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmamış, cavabdehin şikayətinin dəlilləri əsaslı olmuşdur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki və hüquqi hallarına düzgün hüquqi qiymət verilməmiş, qanunvericilik normasının tələbi düzgün tətbiq edilməmiş, bununla da iş üzrə gəldiyi nəticə yanlış olmuşdur. Bu səbəbdən də kollegiya hesab edir ki, cavabdehin şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. Bundan əlavə, məhkəmə kollegiyası onu qeyd edir ki, hazırki iş üzrə müvafiq məhkəmə qərardadı ilə iddiaçının vəsatəti əsasında dövlət büdcə vəsaiti hesabına vəkillə təmin edilməsi qərara alınmışdır. Belə olan halda, kollegiya hesab edir ki, hazırki inzibati iş üzrə məhkəmə araşdırmasının gedişatı zamanı iddiaçıya dövlət büdcə vəsaiti hesabına vəkil tərəfindən hüquqi yardım göstərildiyindən, bununla əlaəqdar olaraq çəkilmiş prosessual xərcin ödənilməsi məsələsi həll edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: Maddə 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. Maddə 109. Prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının: 1.Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilsin.
5. Bu qərarın 1-ci və 4-cü hissələri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsində nəzərdə tutulmuş hallara, həmçinin mülki işlər və inzibati mübahisələrə dair işlər üzrə şəxsin Azərbaycan Respublikasının Ali Məhkəməsində təmsil edilməsi zamanı vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, vəkil tərəfindən göstərilən hüquqi yardım hallarına da şamil edilir. İş materiallarında olan vəkil tərəfindən təqdim edilmiş hesabat məlumatından görünür ki, vəkil tərəfindən iddiaçıya hüquqi yardım göstərilməsi ilə əlaqədar sərf edilmiş vaxtın müddəti 3 saat olmaqla,vəkilə ödənilməli olan haqqın miqdarı 18 manat kimi qeyd edilmişdir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən dövlət büdcə vəsaiti hesabına iddiaçıya göstərilmiş hüquqi yardımla bağlı vəkil tərəfindən sərf edilmiş müddət 3 saat olduğundan və hər iş saatı üçün vəkilə ödənilməli olan haqq 6 manat müəyyən edildiyindən, həmin hüquqi yardıma görə vəkilə ödənilməli olan haqqın məbləği 18 manat kimi müəyyən edilməli, həmin məbləğdə pul vəsaiti Vəkil Sumqayıt Regional Vəkil Bürosu vasitəsilə ödənilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək, iddia təmin edilməməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-4295/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilməsin. İddiaçı apellyasiya instansiya məhkəməsində icraat zamanı dövlət büdcə vəsaiti hesabına hüquqi yardım göstərmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, cəmi 3 (üç) saat iş saatına görə 18 (on səkkiz) manat məbləğində vəsait Sumqayıt Regional Vəkil Bürosu vasitəsilə ödənilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.