Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-333/2022 19.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Qasımova Vüsalə Yadigar qızının katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “X4 doğum aktı qeydinin bərpa edilməsi və yeni şəhadətnamədə X4 doğum tarixinin xx.xx.1984-cü il, doğulduğu yerin Bakı şəhəri, soyadı, adı, atasının adı qrafasında X7, ata adı qrafasında X8, ana adı qrafasında X5, milliyətinin Azərbaycanlı kimi qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2-1(118)- 1225/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1984-cü il təvəllüdlü Mahmudova (Camcı) Oksana Asif qızı Bakı şəhərində anadan olmuşdur, atası - X8, anası isə X3r.
2. Hazırda türk vətəndaşı Engin Camcı ilə rəsmi nikaha girərək ailə həyatı qurmuş, bu barədə onlara Cavabdeh tərəfindən 09 sentyabr 2016-ci il tarixdə 251 nömrə ilə qeyd aparılmış və nikah haqqında şəhadətnamə verilmişdir.
3. Engin Camcı onun ikinci ailə həyat yoldaşıdır. Bu nikahdan onun bir qız övladı dünyaya gəlmişdir. Hal-hazırda ailəsilə birlikdə ünvan 1 ünvanında yaşayır.
4. Ona məxsus doğum haqqında şəhadətnamə qeydiyyata alınmadığı üçun iddiaçı hazırda çətinliklərlə üzləşir.
5. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X4 doğum aktı qeydi bərpa edilməsini və yeni şəhadətnamədə X4 doğum tarixi 01.01 1984-cü il, doğulduğu yer Bakı şəhəri, soyadı, adı, atasının adı qrafasında “X7”, ata adı qrafasında “X8”, ana adı qrafasında “X5”, milliyəti “Azərbaycanlı” kimi qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona məxsus doğum haqqında şəhadətnamə dövlət qeydiyyatına alınmadığı üçün sistemdə görünmür. İddiaçı bununla bağlı ilk öncə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdehnə müraciət edərək, doğum haqqında şəhadətnaməni əldə etmək istəmiş, lakin müsbət cavab ala bilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdeh 07.01.2022-ci il tarixli məktubu ilə imtina cavabı verilmiş, doğum haqqında şəhadətnamənin verilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Qeyd edilən məsələ ilə bağlı iddiaçı ilk əvvəl Abşeron Rayon Məhkəməsinə müraciət etmiş, müvafiq məhkəmə onun ərizəsini icraata götürmədən geri qaytarmışdır.
7. Sumqayıt İnzibati Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2-1(118)-1225/2022 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim Ceyhun Məmmədov)
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, X1 Qeydiyyatı orqanlarına qarşı verilən iddia tələbinə o halda inzibati məhkəmələr tərəfindən baxılır ki, şəxsin doğum faktı barədə X1 Qeydiyyatı idarəsində məlumat olsun və həmin məlumatın əsasında müvafiq qeydin aparılmasından imtina edilmiş olsun. İddia tələbinə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, iddiaçının adına 24 yanvar 1984-cü ildə Bakı şəhəri, Lenin rayonu X1 Qeydiyyatı şöbəsi tərəfindən doğum haqqında şəhadətnamə verilmişdir və həmin şəhadətnamə doğum haqqında akt qeydləri kitabında 114 nömrəsi ilə qeydə alınmışdır. Cavabdeh İddiaçı ünvanladığı 07 yanvar 2022-ci il tarixli 05/Q-20/15 saylı məktubdan məlum olmuşdur ki, X1 reyestrində iddiaçının doğumunun qeydiyyatı barədə məlumat mövcud deyil. Ona görə də, iddiaçının doğumu barədə qeydin bərpa edilməsi üçün onun doğum qeydi faktı müəyyən edilməlidir. Hesab olunur ki, İddiaçı Cavabdehnə qarşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsi əsasında baxılmalı olan iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz.
9. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinə hansı məhkəmədə baxılmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd edilən məsələ ilə bağlı ilk əvvəl Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-1483/2022 saylı, 01.02.2022-ci il tarixli qərardadına əsasən ərizəsi və sənədlər geri qaytarılmışdır. Ərizənin qaytarılmasına səbəb ərizənin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin xüsusi icraat qaydasında baxılması nəzərdə tutulmuş işlərə aid olmamasıdır. Ərizəsində doğum aktı qeydinin bərpa edilməsini xahiş etsə də, ərizəsinə özünə aid doğum haqqında şəhadətnaməni əlavə etmiş və doğum akt qeydinin bərpası hüququ doğum haqqında şəhadətnaməni əldə etmək mümkün olmadıqda müəyyən edilə bilər. Bütün bunlara əsasən də ərizə ümumi məhkəmədə baxılmalı olmadığından ərizənin baxılmasında imtina edilmişdir. Buna görə də, Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi.
12. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:
Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 80. Məhkəmə qərardadları 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır... Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının... Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı 10 aprel 2015-ci il tarixli qərarı: 9.1. X1 qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən X1 qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (X1 qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 9.2. X1 qeydiyyatını aparan orqanlarda qeydə alınmalı olan hüquqlara dair maraqlı şəxslər arasındakı mübahisələrə (nikahın etibarsızlığı, atalığın müəyyən edilməsi, valideynlər tərəfindən uşağa adın verilməsi və s.) mülki məhkəmə icraatı qaydasında baxılır.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
16. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.03.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, hazırki iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmir.
19. İşdə olan 24.01.1984-cü il tarixdə Bakı şəhəri Lenin rayonu VVAQ şöbəsi tərəfindən verilmiş Xİİİ-ЖГ seriyalı 441269 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1984-cü ildə Bakı şəhərində doğulmuş, atası X8, anası X5, milliyəti Azərbaycanlıdır. Bu barədə doğum haqqında akt qeydləri kitabında 24.01.1984-cü il tarixdə 114 nömrə ilə qeyd edilmişdir. İşdə olan 06.01.2022-ci il tarixdə Cavabdeh tərəfindən AZ-İİ seriyalı 473605 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Camcı Engin ilə X7 09.09.2016-cı il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Camcı, arvada Camcı soyadı verilmişdir.
20. İşdə olan Cavabdeh 07 yanvar 2022-ci il tarixli 05/Q-20/15 nömrəli məktubunda qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin bərpası həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbəsi tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda X1 qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı 10 aprel 2015-ci il tarixli qərarının 9.1-ci bəndinə əsasən X1 qeydiyyatını aparan orqanlar tərəfindən X1 qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması, yaxud X1 qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın tələbinə görə, X1 itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir (13-cü bənd). Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir (16-cı bənd). Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən X1 qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya X1 itmiş qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir... (18-ci bənd).
23. Qeyd edilən normaların tələbləri nəzərə alındıqda, iddiaçı müvafiq ərizə ilə özünün yaşadığı ərazi üzrə qeydiyyat orqanına müraciət etməkdə haqlı olmuşdur.
24. İnzibati orqanın ərizəni təmin etməkdən imtina etdiyi nəzərə alındıqda, iddiaçının hazırkı məzmunda iddiasının məhkəmənin yuxarıda qeyd etdikləri səbəblərə görə mümkünsüz hesab edilməsi düzgün olmamışdır.
25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2-1(118)-1225/2022 nömrəli qərardadı ləğv edilsin. İddiaçı Cavabdehnə qarşı “X4 doğum aktı qeydinin bərpa edilməsi və yeni şəhadətnamədə X4 doğum tarixinin xx.xx.1984-cü il, doğulduğu yerin Bakı şəhəri, soyadı, adı, atasının adı qrafasında X7, ata adı qrafasında X8, ana adı qrafasında X5, milliyətinin Azərbaycanlı kimi qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.