Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-334/2022 05.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X6 qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı X5 X2 Komissiyasının 13.01.2001-ci il tarixli akt üzrə 0,10 ha torpaq sahəsinin İddiaçı təhkim olunmasına dair aktın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2- 1(118)-442/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, X5 X2 Komissiyasının 13.01.2001-ci il tarixli aktı üzrə 0,10 ha torpaq sahəsinin İddiaçı təhkim olunmasına dair aktın verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, eyni tələb üzrə iddia əriəzsini təqdim edərək cavabdeh qismində DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsini göstərməklə X5 X2 Komissiyasının 13.01.2001-ci il tarixli aktı üzrə 0,10 ha torpaq sahəsinin İddiaçı təhkim olunmasına dair aktın verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X5 X2 Komissiyasının 13.01.2001-ci tarixli aktına əsasən təsərrüfatda aparılan torpaq islahatı ilə əlaqədar torpaqlar ölçülərkən faktiki artıq qalmış 0,10 ha torpaq sahəsi iddiaçıya təhkim olunmuş, həmin sahənin qanuna müvafiq şəkildə dövlət eydiyyatdan keçirilməsi də Komissiya tərəfindən ona tapşırılmışdır. Belə ki, həmin 0.10 ha torpaq sahəsi iddiaçıya pay torpağı kimi ayrılmış 1.20 ha torpaq sahəsinin qarşısında yerləşir. Həmin vaxtdan etibarən torpaq sahəsi iddiaçının istifadəsində olmuş, onun yararlı vəziyyətə gətirmiş, torpaq sahəsi üzərində sahiblik hüquqlarını həyata keçirmişdir. Lakin, həmin sahəni öz adına qeyd olunan sənədin əsli naməlum şəraitdə itdiyindən sənədləşdirə bilməmişdir. Həmin sənədin axtarışı ilə əlaqədar müxtəlif dövlət orqanlarına Azərbaycan Respublikası Dövlət Arxivinin Quba rayon filialına, Cavabdeh2nə, sənədin itkisi ilə bağlı rayon polis idarəsinə rəsmi ərizə ilə müraciət etsə də, sənədin əsli tapılmamış, bununla əlaqədar məhkəməyə ərizə ilə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının 27.03.2019-cu il tarixli arxiv arayışına əsasən X5 X2 komissiyasının heç bir il üçün arxiv sənədlərii Arxivin Quba filialına təhvil verilməmişdir. Azərbaycan Respublikası ƏMDK DƏDRX yanında 5 saylı Xaçmaz ərazi idarəsinə müraciət etsə də, 29.03.2019-cu il tarixli məktubunda da idarənin arxiv mədlərində İddiaçı təhkim olunmuş 0,10 ha torpaq sahəsi barədə heç bir məlumatın əldə olunmadığı qeyd olunur. Quba Regional «Asan Xidmət» Mərkəzində notarial ofisinin 21.04.2019-cu il tarixli məktubunda X4 rayon Notariat ofisinin arxivinə təhvil verilmədiyindən 13.01.2011-ci il tarixli təhkim aktının həmin Reyestr kitabında notariat qaydasında təsdiq olunmuş, lakin təsdiq olunmuş surəti də əsli ilə birlikdə itmişdir. Lakin, aktdakı imzaların həqiqiliyi notariat qaydasında da müəyyən olunmuşdur. Sənədin axtarışı ilə əlaqədar dövlət orqanlarına da müraciət etmiş, nə Arxiv İdarəsi, nə də DƏDRX-nin Xaçmaz ərazi idarəsindən həmin sənədin əsli tapılıb iddiaçıya verməmişdir. Həmin sənədin dövlət orqanlarının arxivlərində saxlanılmaması vətəndaşın üzərinə düşən məsuliyyət və ya vəzifə deyildir. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, vətəndaş İddiaçı ərizəsinə 29.03.2019cu il tarixli **********98 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, 5 saylı Xaçmaz Ərazi İdarəsinin arxiv sənədlərində X5 X2 Komissiyasının ona təhkim edilmiş 0.10 ha torpaq sahəsinə dair heç bir məlumat aşkar edilməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2-1(118)-442/2021 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Qərar onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırması zamanı sözügedən torpaq sahəsinin iddiaçıya ayrılmasını təsdiq edən sənəd aşkar edilməmişdir. İddiaçının sübut kimi təqdim etdiyi akt kserosurət olduğundan və üzərində olan mökür və imzalar fakitiki oxunmadığından onun mötəbərliyinə şübhə yaranır. Bundan başqa qeyd olunmalıdır ki, aktın əsli və ya notariat qaydasında təsdiq edilmiş surəti təqdim edilsə belə, həmin sənədin DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilməsini təsdiq edən hər hansı sübut mövcud deyildir və bununla bağlı cavabdeh idarə həmin sənədin iddiaçıya verilməsi öhdəliyini daşımır. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv olunaraq iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətində göstərilir ki, işə baxılarkən prosessual pozuntulara yol verilmiş, məhkəmə prosesi tərəflərin bərabərliyi prinsipi əsasında aparılmamışdır. İddiaçıı şikayətində birinci instansiya məhkəməsinin qərarına istinad edərək göstərir ki, dövlət tərəfindən verilmiş, qüvvədə olan, heç bir səlahiyyətli orqan tərəfindən etibarsız sayılmamış və ya ləğv olunmamış, mülkiyyət hüquqlarını təsdiq edən sənəd olan X5 X2 Komissiyasının 13.01.2001-ci il tarixli aktına əsasən 2001-ci ildə ona ayrılmış torpaq sahəsinin hüquqi statusu necə olmalıdır? Əgər DƏDRX ona göstərilən torpaq sahəsinə Çıxarış verməkdən imtina edirsə (baxmayaraq ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29.06.2004-cü il tarixli, 713-İİQ saylı Qanununun 4.1-ci maddəsinə əsasən, “2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır”. Deməli, 2001-ci ilin yanvar ayında verilmiş akt ilə təsbit olunmuş mülkiyyət hüquqlarını DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin tanımamağa və bunları mübahisələndirməyə heç bir hüququ yoxdur) və məhkəmə orqanları DƏDRX-nin bu qanunsuz mövqeyini müdafiə edirsə, o, göstərilən torpaq sahəsini nə etməlidir? Əgər ona Çıxarış verilməsindən imtina olunursa, hüquqları pozulmuş vətəndaşın axırıncı müraciət yeri olan məhkəmə orqanları bu suala cavab verməsini və halalca torpaq sahəsinə necə və hansı yolla Çıxarış almalı olmağını ona izah etməsini xahiş edir. Ümumiyyətlə, dövlət reyestrində qeydiyyat hüququnun yaranması kimi yox, bundan əvvəlki yaranmış hüququn sadəcə olaraq reyestrdə formal qeydə alınması kimi qiymətləndirilməlidir. Bir daha qeyd etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29.06.2004-cü il tarixli, 713-İİQ saylı Qanununun 4.1-ci maddəsinə əsasən, “2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır”. Belə olduğunda DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi DƏDRX yaranmamış X5 X2 Komissiyasının 13.01.2001-ci il tarixli akt əsasında mövcud olan hüquqları sadəcə olaraq qeydə almalı idi. İşə baxan məhkəmə instansiyası isə Qanunun yuxarıda göstərilən müddəalarını düzgün tətbiq edə bilməmiş və onun birbaşa olaraq Azərbaycan Respublikasının Konstitusiyasında göstərilən mülkiyyət və vətəndaş hüquqlarını pozan qərar qəbul etmişlər. Şikayətdə daha sonra göstərilir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunduqdan sonra Komitənin səlahiyyətləri Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Bununla əlaqədar olaraq, Quba rayon torpaq şöbəsi tərəfindən bütün mülkiyyət sənədləri, o cümlədən aqrar islahata aid arxiv sənədləri də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmişdir. Əgər iki dövlət orqanı arasında anlaşılmazlıq varsa, buna görə məsuliyyəti niyə görə vətəndaş daşımalıdır? “Şikayətdə daha sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15.01.2010-cu il tarixli qərarına istinad edilərk göstərilir ki, Konstitusiyai Məhkəməsinin göstərişləri bu işə baxan istənilən məhkəmə üçün məcbiri xarakter daşımalıdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Qeyd edilənlərdən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Bundan əlavə “tələbin əsaslandırılması” həm predmet baxımından, həm də subyekt baxımından təmin olunmalıdır, başqa sözlə, iddianın inzibati məhkəmə icraatında baxılması üçün iddiaçı qaldırmış olduğu iddianın inzibati məhkəmə icraatında baxılmalı olması ilə yanaşı, həmin iddianın cavab verməli olan şəxslərə qarşı irəli sürüldüyünü də əsaslandırmalıdır. Hazırkı işdə iddiaçı iddianın hansı əsasla DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı irəli sürüldüyünü əsaslandırmamış, məhkəmə araşdırması zamanı da belə əsasların mövcudluğu müəyyən edilməmişdir. Belə ki, hazırki işin hallarından görünür ki, iddiaçı 12.03.2019-cu il tarixdə cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək X5 X2 Komissiyası tərəfindən verilmiş 0,10 ha torpaq sahəsinə dair təsdiq olunmuş arxiv surətlərinin və arxiv məlumatlarının əldə edilib verilməsini xahiş etmişdir. Cavabdehin 29.03.2019-cu il tarixli məktubunda 5 saylı Xaçmaz Ərazi İdarəsinin arxiv sənədlərində X5 X2 Komissiyasının ona təhkim edilmiş 0,10 ha torpaq sahəsinə dair heç bir məlumatın aşkar edilmədiyi göstərilmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı hazırkı tələbə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır və dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə daxildir. Eləcə də, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi”nə əsasən . Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının, dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. Dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirmək DƏDKR-in fəaliyyət istiqamətlərinə aiddir. Hazırkı işdə iddiaçı iddia ərizəsində 0,10 ha torpaq sahəsinin ona təhkim olunmasına dair aktın verilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmiş, birinci instasniya məhkəməsi öz qərarında cavabdehin həmin sənədin iddiaçıya verilməsi öhdəliyini daşımıadığı nəticəsinə gəlsə də, iddiaya mahiyyəti üzrə baxaraq qərar qəbul etmişdir. Halbuki, İPM-nin 35-ci maddəsinə və yuxarıda istinad olunan Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli, 5 saylı qərarında əks olunmuş hüquqi mövqeyə görə cavabdehin həmin iddiaya cavab verməli olmaması iddianın rədd edilməsi üçün deyil, mümkün hesab edilməməsi üçün əsas kimi çıxış edir. Buna baxmayaraq, işə baxan məhkəmə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamadan həmin şərtlərin mövcudluğu müəyyən olunmadan iddianın mahiyyəti üzrə araşdırılmasını aparmış və müvafiq qərar qəbul etmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya şikayətinin məzmunundan və iddiaçının nümayəndəsinin apellyasiya baxışı zamanı verdiyi izahatdan məlum olur ki, iddiaçının hüquqi marağı ona X5 X2 Komissiyasının 13.01.2001-ci il tarixli akt üzrə təhkim olunduğunu iddia etdiyi və həmin vaxtdan istifadəsində olan 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınmasına yönəlmişdir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna, habelə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na uyğun olaraq müvafiq sənədləri cavabdeh inzibati orqana təqdim etməklə qeyd edilən torpaq sahəsi üzərində hüquqlarının dövlət reyesterində qeydiyyara alınmasını tələb edə, cavabdeh inzibati orqan bundan imtina etdikdə isə hüquqi marağına uyğun müvafiq iddia növü və iddia tələbi ilə məhkəməyə müraciət edə bilər. Beləliklə qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2-1(118)-442/2021 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı X5 X2 Komissiyasının 13.01.2001-ci il tarixli akt üzrə 0,10 ha torpaq sahəsinin İddiaçı təhkim olunmasına dair aktın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-334/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-334/2022
05.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver