Məhkəmə qərarları › İş №2-1(105)-334/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-334/2023

18.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-334/2023 18.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər:yaşa görə güzəştli şərtlə əmək pensiyasının təyin edilməsi) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə onun 57 yaşı tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə pensiyanın təyin edilməsi və ödənilməsi öhdəliyinin qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 2-1(118)-1462/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 2 №li siyahının İİİ bölməsinin 3a, 4a yarımbölməsinin 2040300a-17972; 2040400a-18554 şifri ilə xx.xx.1984-cü il tarixdən xx.xx.1987-ci il tarixədək, xx.xx.1987-ci il tarixdən xx.xx.1995-ci il tarixədək boruyayma sexində metalın hazırlanmasında presləyici kəsici, təmirçi-çilingər işləmişdir. (X5 xx.xx.2021-ci il tarixli 20 saylı arayışı) 01 oktyabr 2003-cü il tarixdən 31 dekabr 2005-ci il tarixə kimi su buxarı və kanalizasiya sexində kanalizasiya şəbəkələri üzrə təmirçi çilingər işləmişdir. göstərilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının XXXİİİ bölməsinin 23200000-18447 şifrinə əsasən 2 saylı siyahısında sadalanan yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan çilingərlər istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. (“Azərikimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodu Kadrlar Şöbəsinin xx.xx.2021-ci il tarixli 91 saylı arayışı) 01 yanvar 2006-cı ildən 28 iyun 2010-cu ilə kimi su buxarı və kanalizasiya sexində kanalizasiya şəbəkələri üzrə təmirçi çilingər işləmişdir. Göstərilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarının 35-ci bölməsinə əsasən siyahıda sadalanan yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan çilingərlər istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. (“Azərikimya” İstehsalat Birliyinin “Etilen- Polietilen” zavodu Kadrlar Şöbəsinin xx.xx.2021-ci il tarixli 92 saylı arayışı) 01 noyabr 2011-ci ildən hal-hazıra kimi avadanlıqların təmiri sahəsində təmirçiçilingər (kanalizasiya və su şəbəkəri üzrə) işləmişdir. Göstərilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarının 35-ci bölməsinə əsasən siyahıda sadalanan yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. (“Azərikimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodu Kadrlar Şöbəsinin xx.xx.2022-ci il tarixli 158 və 159 saylı arayışları) “Etilen-Polietilen” zavodunun əməkdaşı İddiaçı xx.xx.2003-xx.xx.2005-ci il tarixlərdə su buxarı və kanalizasiya sexində çalışdığı kanalizasiya şəbəkələri üzrə təmirçi çilingər peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahısında (XXXİİ bölmə, şifr 23200000-18447), 01 01 2006-28 06.2010-cu il tarixlərdə Su buxarı və kanal zasiya sexində kanalizasiya şəbəkələri üzrə təmirçi çilingər, xx.xx.2011-xx.xx.2014-cü il tarixlərdə Dövrü su təchizatı sahəsində və xx.xx.2014-cü il tarixdən hal-hazıra kimi Avadanlıqların təmiri sahəsində çalışdığı təmirçi çilingər (kanalizasiya və su şəbəkələri üzrə) peşəsi Azerbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahısında (bölmə 35) nəzərdə tutulmuş güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi hüququ verən peşələrə aiddir. (Azərikimya” İstehsalat Birliyinin “Etilen- Polietilen” zavodunun 30 iyun 2022-ci il tarixli, 3104/xx-xx-1015 saylı arayışı) Cavabdeh 23 fevral 2022-ci il tarixli, **********6 saylı məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçini əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə ( istehsalatın, peşələrin, vəzifələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahı üzrə) kişilər 60 yaşına çatdıqda , azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il altı ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il turizmədək qanununun 9-cu maddəsində göstərilən işlərdə güzəştii şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staj görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən olunmuş tələblərə müvafiq təyin edilir, 06 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli qanunla qüvvədən düşmüş ‘’Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993 -cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güşəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007 cü il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “ güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” nın ümumi peşələr bölməsində (35) yeraltı kanalzasiya şəbəkələrində daimi məşğul olan qəzabərpa işlərinin çilingərləri və ustaları vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilmiş 01 dekabr 1979-cu il tarixli əmək kitabçasında və “Azərkimya “ İB-nin " Ftilen Polietilen " zavodunun sizə dair 12 mart 2021-ci il tarixli 91 nömrəli arayışında xx.xx.2003-cü il tarixindən bugünədək su buxarı və kanalzasiya sexində kanalzasiya şəbəkələri üzrə təmirçi çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifə yuxarıda qeyd olunan yeraltı kanalzasiya şəbəkələrində daimi məşğul olan qəza-bərpa işlərinin çilingəri vəzifəsinə uyğun deyil. Bu səbəbdən güzəştli iş stajı 12 il altı aydan az ( 10 il 8 ay(xx.xx.1984xx.xx.1987-ci il və xx.xx.1987-xx.xx.1995-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.” İmtina məktubu iddiaçıya 17.0.3.2022-ci ildə təqdim edilmiş , həmin tarixdə imtina məktubunu qəbul etməyi barədə imza etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə onun 57 yaşı tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə pensiyanın təyin edilməsi və ödənilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 23 fevral 2022-ci il tarixli , **********6 nömrəli imtina məktubunda qeyd edilir ki, ” Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçini əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə ( istehsalatın, peşələrin, vəzifələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahı üzrə) kişilər 60 yaşına çatdıqda , azı 25 il sığorta stajına malik olduqda , bu müddətin azı 12 il altı ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il turizmədək qanununun 9-cu maddəsində göstərilən işlərdə güzəştii şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staj görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən olunmuş tələblərə müvafiq təyin edilir, 06 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli qanunla qüvvədən düşmüş ‘’Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993 -cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güşəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007 cü il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “ güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” nın ümumi peşələr bölməsində (35) yeraltı kanalzasiya şəbəkələrində daimi məşğul olan qəza-bərpa işlərinin çilingərləri və ustaları vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilmiş 01 dekabr 1979-cu il tarixli əmək kitabçasında və “Azərkimya “ İB-nin " Ftilen Polietilen " zavodunun sizə dair 12 mart 2021-ci il tarixli 91 nömrəli arayışında xx.xx.2003-cü il tarixindən bugünədək su buxarı və kanalzasiya sexində kanalzasiya şəbəkələri üzrə təmirçi çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi vəzifə yuxarıda qeyd olunan yeraltı kanalzasiya şəbəkələrində daimi məşğul olan qəza-bərpa işlərinin çilingəri vəzifəsinə uyğun deyil. Bu səbəbdən güzəştli iş stajı 12 il altı aydan az ( 10 il 8 ay(xx.xx.1984-xx.xx.1987-ci il və xx.xx.1987-xx.xx.1995-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.” İmtina məktubu iddiaçıya 17.0.3.2022-ci ildə təqdim edilmiş , həmin tarixdə imtina məktubunu qəbul etməyi barədə imza etmişdir. İmtina qanunsuz və əsassızdır. Etilen-Polietilen Zavodunun xx.xx.2022-ci il 12,13 saylı arayışında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 nömrəli siyahı üzrə müəyyən edilmiş 10 il iş satajından artıq on beş il imtiyazlı iş stajı təsbit olunmuşdur. O, xx.xx.1978-18 iyul 1979 illərdə 44 saylı peşə məktəbində təhsil almış , 1981-1983-cı illərdə hərbi xidmətdə olmuşdur . Yəni bir dekabr 2006-cı ilədək 21 il 2 ay 2 gün ümumi iş stajına, on beş ildən artıq güzəştli iş stajına malikdir. Onun işlədiyi sahə yəni kimya istehsalatı sahəsi əmək şəraiti zərərli olan sahədir. Bu sahədə işlədiyi kanalizasiya şəbəkələri üzrə təmirçi-çilingər peşəsi kimya istehsalı bölməsində nəzərdə tutulmasa da Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahının 23200000 18447 bəndində (ümumi peşələr bölməsi) nəzərdə tutulmuş (yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri) peşəyə uyğundur. Belə ki, böyük bir kimya zavodunun kanalizasiya şəbəkəsində baş vermiş qəzabərpa işləri kanalizasiya şəbəkələri üzrə təmirçi-çilingərləri tərəfindən həyata keçirilir. Bununla bağlı olaraq mütəxəssislərin iştirakı ilə yerindəcə baxış keçirməklə iddiaçının işlədiyi sahənin və peşənin nə dərəcə zərərli olmasını aydınlaşdırmaq olar. Uzun illər işlədiyi peşədə işləyən şəxslər pensiyaya çıxırlar. İşlədiyi müəssisə həmin peşənin zərərli olması barədə arayış verir. 01 iyun 2006-cı il tarixdə qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən - bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cıı maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə surətdə təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin və göstəricilərin siyahısı” nın ümumi peşələr bölməsində (35) yeraltı kanalzasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri və ustaları nəzərdə tutulmuşdur. İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür. xx.xx.2006-cı ii tarixədək 26 il 1 ay ümümi əmək stajına, 12 il 10 ay güzəştli şərtlərlə 57 yaşı tamam olduğu gündən yəni xx.xx.2018ci il tarixindən təyin edilməlidir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı isə müvafiq güzəştli iş stajına malik deyil. Belə ki, iddiaçının güzəştli iş stajı aşağıdakı dövrləri əhatə edir: xx.xx.1984- xx.xx.1987, xx.xx.1987-xx.xx.1995. Cəmi: 10 il 8 ay. İddiaçının güzəştli şərtlərlə pensiya hüququ yaratdığını etdiyi xx.xx.2003-cü ildən sonrakı fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında nəzərdə tutulmuş peşələrlə uyğunluq təşkil etmir. İddiaçının istinad etdiyi yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri və ustaları (23200000—18447) koduna uyğun gəlməsi üçün İddiaçı məhz daimi olaraq və məhz qəza-bərpa işləri ilə məşğul olan çilingər olmalı idi. İddiaçı isə su buxarı və kanalizasiya sexində kanalizasiya şəbəkələri üzrə təmirçi çilingər vəzifəsində çalışmışdır və həmin peşə adı çəkilən siyahıda nəzərdə tutulmadığından İddiaçı ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilə bilməsi üçün tələb edilən 12 il 6 ay güzəştli iş stajını tamamlamamışdır. İddianın təmin edilməməsi barədə qərar qəbul edilməi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 2-1(118)-1462/2022 nömrəli qərarı ilə iddianın qismən təmin edilməsi, İddiaçı, 57 yaşının tamam olduğu (xx.xx.2018-ci il) tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və xx.xx.2018-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh orqan “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuş peşələrə hərfi uyğunluq baxımından yanaşmamalı, təqdim edilmiş güzəştli arayışda qeyd edilən halları araşdırmalı, müraciət edən şəxsin zərərli işlərdə işləməsi şübhə doğurduğu halda əlavə araşdırma aparmaq hüququndan istifadə etməlidir. Lakin cavabdeh əsassız edərək iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. İddiaçının güzəştli iş stajının 10 il 8 ay (xx.xx.1984-xx.xx.1987-ci il və xx.xx.1987-xx.xx.1995-ci il tarixləri arasındakı dövrlər)) olması cavabdeh tərəfindən qəbul olunur. Digər dövrlər də-xx.xx.2003-xx.xx.2005-ci il tarixlər nəzərə alındıqda iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahının 23200000-18447 saylı şifrinə müvafiq olaraq güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmış olur. Bu halda iddiaçının 12 il 6 aydan artıq xüsusi iş stajı yaranmış olur. Qeyd edilənlər iddia tələbinin əsaslı olduğunu göstərir. İddiaçının hüququ 57 yaşında yarandığı üçün ona həmin tarixdən pensiya təyin edilməli, lakin pensiyanın hesablanması və ödənilməsi onun inzibati orqana müraciətindən üç il əvvələ hesablanmalıdır. Qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərarı əsassızdır və ləğv edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci naddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş təblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının Qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin Normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X6 qərarlarını, X6 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr bölməsində (35) yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri və ustaları vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Fililala təqdim olunmuş İddiaçı dair “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun ona dair 30 iyun 2022-ci il tarixli 3104/xx-xx-1015 nömrəli arayışında onun avadanlıqların təmiri sahəsində təmirçi çilingər işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, adıçəkilən şəxsin işlədiyi vəzifə yuxarıda qeyd olunan yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri vəzifəsinə uyğun deyil. Bu səbəbdən İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (10 il 8 ay xx.xx.1984xx.xx.1987-ci il və xx.xx.1987-xx.xx.1995-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, “məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir”. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli icmal məkubuna əsasən məcburetmə və ya öhdəliyin icrası haqqında iddilar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsi (arzuladığı inzibati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və yenidən hesablanmasına imkan verən bütün zəruri fatiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Nəticə etibarilə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir. Həmçinin sözügedən icmal məktubunda qeyd edilir ki, ümumi və xüsusi iş stajını təsdiq edən sənədlər mötəbər olmalı, ehtiyac yarandıqda bununla bağlı zəruri məhkəmə araşdırması aparılmalıdır. Bu mənada iddiaçı tərəfindən təqdim edilmiş ümumi və xüsusi iş stajını təsdiq edən sənədlərin (əmək kitabçası, arxiv arayışı, iş yerindən arayış, məhkəmə aktı və s.) əsli və ya lazımi qaydada təsdiqlənmiş sürəti, o cümlədən Azərbaycan dilində tərtib edilməyibsə, həmin sənədin notarial qaydada təsdiq edilmiş tərcüməsi iş materiallarına əlavə edilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçının vəkili məhkəməyə yazılı ərizə ilə mürcaiət edərək, üzrlü səbəbdən məhkəmə iclasında iştirak etmədiyindən, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının və onun vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun: Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: ... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti… 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq, 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işçilərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq eidlmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmjin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzfələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin,vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il traixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə əsasən sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.2-ci bəndi) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyinedilməsi üçün güzəştli şərtlərləpensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılması apellyasiya baxıçının predmetini təşkil edir. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı 1 yanvar 2006-cı ilədək 25 ildən az olmayan iş stajı, həmin dövrün 12 il 6 aydan artıq müddətin təmirçi-çilingər peşəsində işlədiyinə görə güzəştli şərtlər yaşa görə pensiya hüququ verən peşədə işlədiyinə görə 57 yaşdan güzəştli şərtlər pensiya təyin edilməsini xahiş etmişdir. Cavabdehin şikayətinin dəlili ondan ibarət olmuşdur ki, iddiaçının işlədiyi peşə güzəştli şərtlər pensiya hüququ verən müvafiq Siyahı üzrə müəyyən edilmiş vəzifəyə uyğun olmadığından, onun ümumi güzəştli iş stajı 10 il 8 ay olmaqla, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iddiaçı xx xxxxxx 1961-ci il tarixdə anadan olmuş, xx.xx.2018-ci ildə 57 yaşı tamam olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı” haqqında Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya 2 saylı siyahı üzrə 57 yaşdan güzəştli şərtlər pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) xx.xx.2006-cı ilə qədər 25 ildən az olmayan ümumi iş stajının mövcud olması və 2) xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. İlk növbədə qeyd olunmalıdır ki, hazırki iş üzrə iddiaçının 25 ildən artıq ümumi iş stajına malik olması halı işin mübahisəsiz halı olmaqla, cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməmişdir. Həmçinin, iş materiallarında olan sənədlər əsasında təhsil, hərbi xidmət illəri, habelə arxiv arayışları və əmək kitabçasında göstərilə dövrlər cəməlndikdə, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajı mövcud olmuşdur. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçının güzəştli pensiya hüququ verən peşə üzrə qanunvericiliklə tələb olunan güzəştli iş stajının tamamlanmadığını əsas gətirərək, onun müraciətindən imtina etmişdir, habelə həmin dövrlərin güzəştli iş stajına daxil edilməməsinin səbəbi qeyd edilən peşənin müvafiq Qərarla təsdiq edilmiş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş peşəyə uyğun olmamasından ibarət olmuşdur. Qeyd olunmalıdır ki, iddiaçı xx.xx.1984-cü ildən xx.xx.1987-ci ilə kimi, xx.xx.1987-ci ildən xx.xx.1995-ci ilədək, xx.xx.2003-cü ildən xx.xx.2005-ci ilədək təmirçi çilingər peşəsində işləmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, həm Azərbaycan respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahının 23200000- 18447 saylı şifrində, həm də 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bölməsində siyahıda sadalanan yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri nəzərdə tutulmuşdur. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd olunan hallara düzgün hüquqi qiymət verərək, cavabdeh inzibati orqan tərəfindən müvafiq Siyahıda qeyd olunmuş peşələrə hərfi uyğunluq baxımından yanaşmalı olmamasını, iddiaçının zərəli işlərdə işləməsinə dair güzəştli arayışda qeyd olunan halların araşdırmalı olduğunu, habelə bu hallar şübhə doğurduğu halda əlavə araşdırma aparmaq hüququndan istifadə etməli olduğunu qeyd etmişdir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisə üzrə iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən artıq və güzəştli iş staı 12 il 6 aydan artıq olduğundan, onun 57 yaşı tamam olduğu dövrdən güzəştli şərtlərlə pensiya hüququ yaranmışdır. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə iddiaçı inzibati orqana xx.xx.2021-ci il tarixdə müraciət etdiyindən, birinci instansiya məhkəməsi pensiyanın hesablanması və ödənilməsi ilə bağlı onun inzibati orqana müraciətindən üç il əvvəl tarixdən, yəni xx.xx.2018-ci il tarixdən hesablanmalı və öədnilməli olması hissəsində də düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 2-1(118)-1462/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar