Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-336/2022 26.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının iddiaçı Quba bələdiyyəsi ərazisində yerli rəy sorğusunun keçirilməsi ilə əlaqədar təşəbbüs qrupunun cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 52 saylı X4rşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Qasımova Vüsalə Yadigar qızının katibliyi, İddiaçı Quba bələdiyyəsi ərazisində yerli rəy sorğusunun keçirilməsi ilə əlaqədar təşəbbüs qrupunun nümyəndəsi X1 iştirakı ilə, İddiaçı Quba bələdiyyəsi ərazisində yerli rəy sorğusunun keçirilməsi ilə əlaqədar təşəbbüs qrupunun cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 52 saylı X4rşı “Quba bələdiyyəsinin inzibati ərazi dairəsi üzrə “Təşəbbüs Qrupu”-nun 52 saylı X7 Komissiyasında qeydiyyata alınması öhdəliyinin Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 52 saylı X5 üzərinə vəzifə olaraq qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 2-1(118)-907/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Quba bələdiyyəsi ərazisində yerli rəy sorğusunun keçirilməsi ilə əlaqədar təşəbbüs qrupu cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 52 saylı X4rşı Quba bələdiyyəsinin inzibati ərazi dairəsi üzrə təşəbbüs qrupunun 52 saylı X7 komissiyasında qeydiyyata alınması öhdəliyinin Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 52 saylı X5 üzərinə vəzifə olaraq qoyulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba bələdiyyəsinin inzibati ərazisində (Quba şəhəri və Əski-İqrik kəndi) yerli rəy sorğusunu keçirmək təşəbbüsünü həyata keçirmək məqsədi ilə 18 sentyabr 2021-ci il tarixli iclasın qərarı ilə təşəbbüs qrupu yaradılmışdır. Yerli rəy sorğusunun keçirilməsi məqsədi ilə təşəbbüs qrupunun yaradılmasına səbəb 2019-cu il dekabr ayında keçirilən seçkilərdən sonra yaranan Quba bələdiyyəsinin öz işini “Bələdiyyələrin statusu haqqında” Qanunun tələblərinə zidd həyata keçirməsi olmuşdur. Belə ki, həmin Qanunun tələbinə əsasən bələdiyyə fəaliyyətini, daimi komissiyalar və məhəllə komitələri vasitəsilə ilə qurmalı olduğu halda bələdiyyə sədri Humayə Məmmədova, kollegial orqan olan bələdiyyənin bütün səlahiyyətlərini öz əlində cəmləşdirərək daimi komissiyalarının və məhəllə komitələrinin iştirakları olmadan bələdiyyənin bütün hüquq və vəzifələrini təkbaşına həyata keçirməsi, özbaşınalıqla və qanunsuz əməllərlə məşğul olması, bələdiyyənin fəaliyyətində şəffaflıq və hesabatlılıq amillərinə ciddi əməl edilməməsi olmuşdur. Quba şəhər sakinləri tərəfindən Quba bələdiyyəsinin fəaliyyətində mövcud olan ciddi nöqsanlar və qanun pozuntuları barədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Xaçmaz regional şöbəsinə rəsmi müraciətlər göndərilmişdir. Aparılan araşdırmalar zamanı Quba bələdiyyəsinin fəaliyyətində aşkarlanan ciddi qanun pozuntuları ilə əlaqədar müvafiq inzibatı icraat işinin başlanması barədə qərar qəbul etməli olduğu halda, həmin faktlar ört-basdır edilmişdir. Quba bələdiyyəsində vətəndaşların fərdi mənzil tikintisi üçün torpaq ayrılması ilə əlaqədar yaradılan torpaq növbəsi siyahısında 20-25 ildir ki, növbədə duran yüzlərlə vətəndaşların hüquqları kobudcasına pozulur. Belə ki, heç vaxt torpaq növbəsində qeydiyyatı olmadan və yaxud son 1-2 ildə növbəyə alınmış şəhər sakinlərinə qanunsuz olaraq torpaq sahəsi ayrılır. Bu da şəhər sakinlərinin haqlı narazılığına səbəb olur. Bütün bu qanunsuz hərəkətlər bələdiyyə sədri H.Məmmədova tərəfindən öz şəxsi maraq və mənafeyinə görə həyata keçirilir. Əgər Quba bələdiyyəsinin digər işçiləri öz səlahiyyətlərini normal yerinə yetirsə idilər onlar bu işi nəzarətdə saxlayaraq vətəndaşların hüquqlarının pozulmasına yol verməzdilər. Bundan başqa, iclas protokolları qeydiyyat kitablarında qeydə alınmır. Bələdiyyə iclaslarında boş protokol blanklar təqdim edilir və üzvlər boş blanklara imza edirlər. Protokollarda üzvlərin mövqeyi qeydə alınmır. 2019-cu il seçkilərindən sonra yaranmış Quba bələdiyyəsinin hazırki tərkibi, bələdiyyələr yaranana qədər vətəndaşların qanuni istifadələrinə və mülkiyyətlərinə verilmiş və 25-30 il əvvəl üzərində fərdi yaşayış evləri tikilmiş torpaq sahələri qanunsuz olaraq geri tələb edərək həmin torpaq sahələrinə bələdiyyənin mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə aldıraraq hərracda satışını təmin edir. Həmin faktlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin torpaq müsabiqələrinin və hərraclarının 2021-ci il ərzində keçirilmiş hərracların video görüntüləri və rəsmi sənədləri ilə təsdiq edilir. Quba bələdiyyəsi ərazisində yerli rəy sorğusunun keçirilməsi ilə əlaqədar təşəbbüs qrupu hesab edir ki, Quba bələdiyyəsinin fəaliyyəti ilə bağlı yerli rəy sorğusu keçirilməlidir. Həmin məqsədlə nümayəndə vasitəsi ilə “Təşəbbüs qrupu”nun 18 sentyabr 2021-ci il tarixli iclas qərarının əsli Quba bələdiyyəsinin inzibati ərazisi üzrə 52 saylı X7 komissiyasına təqdim edilərək “Təşəbbüs qrupu”nun qeydiyyata alınması xahiş edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 52 saylı X5 01 noyabr 2021-ci il tarixli, 26 nömrəli məktubundan göründüyü kimi “Təşəbbüs qrupu”nun müraciəti təmin edilməmişdir.
3. Cavabdeh imtina məktubunda qeyd etmişdir ki, fəaliyyətdə olan hər hansı bələdiyyənin tərkibinə etimadla bağlı yerli rəy sorğusunun keçirilməsi təşəbbüsü “Yerli rəy sorğusu” haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmamışdır. Belə ki, adı çəkilən Qanunun 2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyası və qanunvericiliyi ilə bələdiyyələrin səlahiyyətinə aid edilmiş yerli əhəmiyyətli məsələlər yerli rəy sorğusuna çıxarıla bilər.
4. Sumqayıt İnzibati Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 2-1(118)-907/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim İsmayıl Quliyev)
5. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, yerli rəy sorğusunu təyin etmək hüququ bələdiyyələrə məxsusdur. Fəaliyyətdə olan hər-hansı bələdiyyənin tərkibinə etimadla bağlı yerli rəy sorğusunun keçirilməsi təşəbbüsü qanunvericiliklə nəzərdə tutulmamışdır.
6. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayəti iddia ərizəsinə etiraz ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, “Yerli rəy sorğusu haqqında” Azərbaycan Respublikası Qanununun 2,4,10, 12, 13, 17 və 27-ci maddələrinin mənasına görə yerli rəy sorğusunu təyin etmək hüququ həm bələdiyyələrə, həm də yerli rəy sorğusu keçirmək təşəbbüsünü həyata keçirmək üçün bələdiyyə ərazisində yaşayan və yerli rəy sorğusunda iştirak etmək hüququ olan azı 15 vətəndaşdan ibarət təşəbbüs qrupuna məxsusdur.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Quba bələdiyyəsi ərazisində yerli rəy sorğusunun keçirilməsi ilə əlaqədar təşəbbüs qrupunun nümyəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi.
9. Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 52 saylı X6 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
10. “Yerli rəy sorğusu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 2. Yerli rəy sorğusuna çıxarılan məsələlər Azərbaycan Respublikası Konstitusiyası və qanunvericiliyi ilə bələdiyyələrin səlahiyyətinə aid edilmiş yerli əhəmiyyətli məsələlər yerli rəy sorğusuna çıxarıla bilər.
Maddə 3. Yerli rəy sorğusuna çıxarılması qadağan olunan məsələlər Yerli rəy sorğusuna Azərbaycan Respublikası Konstitusiyası və qanunvericiliyi ilə bələdiyyələrin səlahiyyətinə aid edilməmiş məsələlər, bələdiyyənin rayon və şəhər inzibati ərazi tərkibindən çıxmaq, muxtariyyət elan etmək, bələdiyyələrin dövlət tərəfindən müəyyən edilmiş sərhədlərini dəyişdirmək, insan və vətəndaş hüquqlarını və azadlıqlarını məhdudlaşdırmaq, tarixi, mədəni abidələrə və qoruqlara ziyan vurmaq məqsədi güdən məsələlər çıxarıla bilməz.
Maddə 4. Yerli rəy sorğusunun nəticələrinin hüquqi qüvvəsi Yerli rəy sorğusunun nəticələrinin hüquqi qüvvəyə minməsi üçün bələdiyyə müvafiq qərar qəbul etməlidir. Həmin qərarın əsasını yerli rəy sorğusunun nəticələri təşkil edir. Bələdiyyənin qərarı bələdiyyə ərazisində məcburi hüquqi qüvvəyə malikdir.
Maddə 10. Yerli rəy sorğusunu təyin etmək hüququ Yerli rəy sorğusunu təyin etmək hüququ bələdiyyələrə məxsusdur. Yerli rəy sorğusunun təyin edilməsi haqqında qərarda yerli rəy sorğusunun keçirilməsi tarixi göstərilir, yerli rəy sorğusuna çıxarılan məsələnin ifadəsi verilir, maliyyələşdirmə qaydası müəyyən olunur və digər məsələlər həll edilir. Qəbul edilmiş qərar üç gün ərzində yerli kütləvi informasiya vasitələrində elan olunur və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Yerli rəy sorğusunun təyin edilməməsi haqqında qərardan müvafiq məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı yerli rəy sorğusunun təyin edilməsi haqqında qərardan müvafiq məhkəməyə şikayət edə bilər. Şikayətlərə 3 gün müddətində baxılır və müvafiq məhkəmə tərəfindən qəti qərar çıxarılır.
Maddə 11. Yerli rəy sorğusunu keçirmək təşəbbüsü Yerli rəy sorğusu bələdiyyə orqanının və ya bələdiyyə ərazisində yaşayan vətəndaşların təşəbbüsü ilə keçirilir. Bələdiyyə ərazisində yaşayan vətəndaşlar yerli rəy sorğusunu keçirmək təşəbbüsü ilə o halda çıxış edə bilərlər ki, yerli rəy sorğusuna çıxarılan məsələnin lehinə müvafiq ərazidə yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı 10 faizinin imzası toplansın.
Maddə 12. Yerli rəy sorğusu üzrə təşəbbüs qruplarının yaradılması Yerli rəy sorğusunu keçirmək təşəbbüsünü həyata keçirmək üçün bələdiyyə ərazisində yaşayan və yerli rəy sorğusunda iştirak etmək hüququ olan azı 15 vətəndaşdan ibarət təşəbbüs qrupu yaradılır. Təşəbbüs qrupu yaratmaq istəyən vətəndaşlar yığıncaq keçirirlər və aşağıdakı məsələlərə baxırlar: 1) Təşəbbüs qrupunun yaradılması; 2) Yerli rəy sorğusuna məsələnin irəli sürülməsi; 3) Səlahiyyətli nümayəndənin təyin edilməsi; 4) Təşəbbüs qrupunun qeydiyyata alınmaq barədə ərazi rəy sorğu komissiyasına müraciət edilməsi. Həmin məsələlər yığıncaqda müzakirə edilir və müvafiq qərar qəbul edilir. Yığıncağın gedişi barədə protokol tərtib olunur və protokol təşəbbüs qrupunun üzvləri tərəfindən şəxsiyyət vəsiqəsinin (pasportun) nömrəsi və seriyası, daimi yaşayış yeri göstərilməklə imzalanır. Təşəbbüs qrupu yerli rəy sorğusuna çıxarılan məsələni dürüst ifadə etməlidir ki, ona birmənalı cavab verilməsi mümkün olsun.
Maddə 13. Yerli rəy sorğusu üzrə təşəbbüs qruplarının qeydə alınması Təşəbbüs qrupu yığıncaq keçirdikdən sonra ərazi rəy sorğusu komissiyasına yazılı formada müraciət edir. Müraciətə təşəbbüs qrupunun yaradılması üçün keçirilən yığıncağın protokolu əlavə olunur. Ərazi rəy sorğusu komissiyası yuxarıda göstərilən sənədlər təqdim edildiyi gündən başlayaraq 5 gün müddətində onların bu Qanunun 2-ci, 3-cü və 12-ci maddələrinə uyğunluğunu yoxlayır və müvafiq qərar qəbul edir. Təşəbbüs qrupu qeydə alındıqda səlahiyyətli nümayəndəyə təşəbbüs qrupunun qeydə alınması barədə şəhadətnamə və bu Qanunun əlavəsində göstərilmiş formada müvafiq sayda təsdiq edilmiş imza vərəqələri verilir. Təşəbbüs qrupu qeydə alınmaqdan imtina edilməsindən müvafiq məhkəməyə şikayət edə bilər. Həmin şikayətə 3 gün müddətində baxılır və müvafiq məhkəmə tərəfindən qəti qərar çıxarılır.
Maddə 17. Yerli rəy sorğusunun keçirilməsi üzrə komissiyalar Yerli rəy sorğusunu aşağıdakı komissiyalar hazırlayırlar və keçirirlər: ərazi rəy sorğusu komissiyası; məntəqə rəy sorğusu komissiyaları. Ərazi rəy sorğusu komissiyasının səlahiyyətlərini qanunvericiliyə müvafiq yaradılan ərazi seçki komissiyası həyata keçirir.
11. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu
Maddə 26. Yerli rəy sorğusu
1. Yerli əhəmiyyətli məsələlərə dair yerli rəy sorğusu təyin edilə bilər.
2. Yerli rəy sorğusunun keçirilməsi haqqında qərarı bələdiyyə nizamnaməsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya əhalinin tələbi əsasında qəbul edir.
3. Bələdiyyə ərazisində yaşayan və seçki hüququ olan bütün vətəndaşların yerli rəy sorğusunda iştirak etmək hüququ vardır. Yerli rəy sorğusunda vətəndaşlar bilavasitə və könüllülük əsasında iştirak edirlər.
12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:
Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.03.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməlidir.
15. İş materiallarından görünür ki, “Yerli rəy sorğusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin tələbinə uyğun olaraq, Quba bələdiyyəsinin inzibatı ərazisində (Quba şəhəri və Əski-İqrik kəndi) yerli rəy sorğusunu keçirmək təşəbbüsünü həyata keçirmək məqsədi ilə 16 nəfər Quba şəhər sakininin iştirakı ilə 18 sentyabr 2021-ci il tarixdə iclas keçirilmiş və iclasın qərarı ilə: 1) 16 nəfərdən ibarət təşəbbüs qrupunun yaradılması; 2) yerli rəy sorğusuna çıxarılacaq məsələ aşağıdakı qaydada formalaşdırılması: - “Siz Quba bələdiyyəsinin hal-hazırkı tərkibinə etimad göstərirsinizmi?” 3) Quba şəhər sakini Ömər Məmmədovun təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi seçilməsi; 4) Təşəbbüs qrupunun qeydiyyata alınması üçün yerli rəy sorğusu komissiyasına müraciət edilməsi qərara alınmışdır.
16. Təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi 18 sentyabr 2021-ci il tarixli iclas qərarının əslini Quba bələdiyyəsinin inzibati ərazisi üzrə 52 saylı X7 komissiyasına təqdim edərək, “Təşəbbüs qrupu”nun qeydiyyata alınmasını xahiş etmişdir.
17. 52 saylı X5 01 noyabr 2021-ci il tarixli, № 26 nömrəli məktubuna əsasən, “Təşəbbüs qrupu”nun müraciəti təmin edilməmişdir. Cavabdeh imtina məktubunda qeyd etmişdir ki, fəaliyyətdə olan hər-hansı bələdiyyənin tərkibinə etimadla bağlı yerli rəy sorğusunun keçirilməsi təşəbbüsü “Yerli rəy sorğusu” haqqında Azərbaycan Respublikasın Qanununda nəzərdə tutulmamışdır. Belə ki, adı çəkilən Qanunun 2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyası və qanunvericiliyi ilə bələdiyyələrin səlahiyyətinə aid edilmiş yerli əhəmiyyətli məsələlər yerli rəy sorğusuna çıxarıla bilər.
18. Hazırkı işdən görünür ki, təşəbbüs qrupu bələdiyyə ərazisində yerli rəy sorğusu təyin etmək üçün qanunla nəzərdə tutulmuş qaydada qeydə alınmağını tələb edir. Yerli rəy sorğusunun keçirilməsində məqsəd isə bələdiyyənin tərkibinə etimad göstərilibgöstərilməməsi məsələsinin irəli sürülməsidir.
19. Yuxarıda sadalanan maddi normalardan göründüyü kimi, bələdiyyə ərazisində yerli rəy sorğusu təyin etmək hüququ bələdiyyələrə məxsusdur. Bələdiyyələr isə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə onun səlahiyyətinə aid edilmiş məsələlər barədə yerli rəy sorğu təyin edə bilər. Bələdiyyənin səlahiyyətinə aid olmayan məsələlər yerli rəy sorğusuna çıxarıla bilməz.
20. Təşəbbüs qrupu bələdiyyənin səlahiyyətinə aid olan yerli əhəmiyyətli hər hansı məsələ barədə yerli rəy sorğusu keçirilməsi üçün bələdiyyəyə müraciət edə bilər.
21. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin mahiyyəti üzrə düzgün nəticəyə gəldiyindən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır.
22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 2-1(118)-907/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.