Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-336/2024 26.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, X1 və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndələri X5, Nümayəndə, Cavabdehin nümayəndəsi-mütəxəssis X3 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “xx.xx.2023-cü il tarixdə rəsmiləşdirilmiş Q00059626VDB nömrəli göndəriş (Forma 88) nəzərə alınmaqla ona “hərbi xidmət dövrü ilə əlaqədar” orqanizmin funksiyalarının 61- 80 faiz pozulmasına görə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(118)-3327/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Sumqayıt 2 saylı şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında İddiaçı “Sol gicgah payının subaraxnodial kistası. Epileptik tutmlarla. Qabarıq ANS. Vegetativ damar krizlərilə” diaqnozu, “Hərbi xidmət dövrü ilə əlaqədar” səbəbi ilə bir il müddətinə əlillik təyin edilmişdir.
2. Sumqayıt 4 nömrəli xəstəxanasının poliklinika şöbəsinin xx.xx.2015-ci il tarixli göndərişi əsasında İddiaçı “Beyin qişalarının xoşxassəli yenitörəmələri. Sol gicgah payının subaraxnodial kistası. Epileptik tutmlarla. Qabarıq ANS. Vegetativ damar krizlərilə” diaqnozu, “Hərbi xidmət dövrü ilə əlaqədar” səbəbi ilə bir il müddətinə əlillik təyin edilmişdir.
3. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xxxxxxx0003 saylı, 03 oktyabr 2016-cı il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixinədək “beyin qişasının xoşxassəli yeni törəmələri, sol gicgah payının subaraxnodial kistası (27.5 x 15 mm) epileptik forma tutulamalarla” diaqnozu, “Hərbi xidmət dövrü ilə əlaqədar” səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir.
4. 10 iyun 2010-cu il tarixli, 1710 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”nin surətindən görünür ki, Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə iddiaçıya “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” diaqnozu təyin edilmişdir.
5. Cavabdehnin “Tibbi-Sosial Ekspert komissiyasının 07 dekabr 2021-ci il tarixli müayinə nəticələrindən görünür ki, iddiaçıya göndərişin natamam doldurulması səbəbindən əlilliyin təyin edilməsindən imtina edilmişdir.
6. Cavabdehnin “Tibbi-Sosial Ekspert komissiyasının 28 aprel 2022-ci il tarixli müayinə nəticələrindən görünür ki, iddiaçıya “kəllədaxili travmaların nəticələri, keçirilmiş kəllə beyin travmasından sonrakı posttravmatik ensefalopatiya, dağınıq üzvi nevroloji nişanələr, davamlı asteno-nevrotik təzahürlər, vegetativ damar davamsızlığı əlamətləri ilə müşayiət olunan travmatik araxnoidit ilə nəticələnmiş keçirilmiş qapalı kəllə-beyin travmasının əlamətləri” diaqnozları ilə “diaqnozun əlillik təyin etməməsi” səbəbindən əlilliyin təyin edilməsindən imtina edilmişdir.
7. “Dövlət-Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi”nin Tibbi-Sosial ekspert komissiyasının **********1 saylı, 07 iyun 2022-ci il tarixli qərarından görünür ki, İddiaçı “diaqnozun əlillik əlaməti təyin etməməsi barədə” qərar qəbul edilmişdir.
8. Cavabdehnin “Tibbi-Sosial Ekspert komissiyasının 22 yanvar 2023-cü il tarixli müayinə nəticələrindən görünür ki, iddiaçıya “kəllədaxili travmaların nəticələri, keçirilmiş kəllə beyin travmasından sonrakı postravmatik ensefalopatiya, beyin qişalarının xoşxassəli yenitörəmələri, sol gicgah payının subarxnoidal kistası, əvvəllər keçirilən miokard inkfarktı, infarktdan sonrakı kardioskleroz” diaqnozları ilə “diaqnozun əlillik təyin etməməsi” səbəbindən əlilliyin təyin edilməsindən imtina edilmişdir.
9. “Dövlət-Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi”nin Tibbi-Sosial ekspert komissiyasının 3-17-4/3-3-2606/2023 saylı 02 may 2023-cü tarixli qərarından görünür ki, İddiaçı “diaqnozun əlillik əlaməti təyin etməməsi barədə” qəbul edilmiş Cavabdehnin Tibbi- Sosial ekspert komissiyasının **********1 saylı, 07 iyun 2022-ci il tarixli qərarı qüvvədə saxlanılmışdır.
10. Sumqayıt Tibb Mərkəzi Xəstəxanası tərəfindən verilmiş Q00059626VDB nömrəli, xx.xx.2023-ci il tarixli göndəriş ilə iddiaçıya əsas diaqnoz – T90.5 “Kəllədaxili travmalann nəticələri, keçirilmiş kəllə-beyin travmasından sonrakı posttravmatik ensefalopatiya”, ağırlaşmaları – G47 “Yuxu pozğunluğu, Qabarıq asteno-nevrotik sindrom”, G40.8 “Epilepsiyanın digər formaları, tez-tez baş verən generalizə olunmuş qıcolma tutmaları ilə”, G44.3 “Xroniki posttravmatik baş ağrısı”, yanaşı xəstəliklər – D32 “Beyin qişalarının xoşxassəli yenitörəmələri, Sol gicgah payının subaraxnoidal kistası (MRT-yə əsasən)”, İ20.8- “Stenokardiyanın digər formaları, ÜİX stabil gərginlik stenokardiyası İİ fs”, l25.2 “Əvvəllər keçirilən miokard infarktı, infarktdan sonrakı kardioskleroz”, İ11.0 “durğunluq ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya xəstəliyi, arterial hipertenziya İİİ dərəcə”, İ05.1 “mitral qapağın revmatik mənşəli çatmamazlığı, mitral çatışmamamazlıq İİİ dərəcə” diaqnozları qoyulmuşdur.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iddia qaldıraraq “cavabdehin üzərinə xx.xx.2021-ci il tarixdən iddiaçıya əlilliyin ikinci dərəcəli əlillik qrupuna dair Azərbaycan Respublikasının müdafiəsi uğrunda alınmış təyin olunmasının həvalə edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
12. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, “Dövlət-Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi”nin Tibbi-Sosial Ekspert Komissiyasının **********1 saylı, 07 iyun 2022-ci il tarixli, 3-17-4/3-3-2606/2023 saylı 02 may 2023-cü tarixli qərarlarının ləğv edilməsi və iddiaçıya hərbi xidmət dövrü ilə əlaqədar, 28 oktyabr 2021-ci il tarixindən ikinci qrup əlillik dərəcəsinin təyin edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin Q00059626VDB № li xx.xx.2023-cü il tarixli elektron göndərişinə əsasən iddiaçıya sonuncu müayinə məlumatına əsasən əlil və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilərək, əlilliyin təyin edilməsindən imtina edilmişdir. Səbəb kimi isə, diaqnoz əlillik əlaməti təyin etmir qeyd olunmuşdur. Azərbaycan Respublikasının ƏƏSMN Tibbi-Sosial Ekspert Komissiyasına əlilliyin təyin olunması ilə bağlı müraciəti kəllədaxili travmaların nəticələri, keçirilmiş kəllə beyin travmasından sonrakı posttravmatik ensefalopatiya, beyin qişalarının xoşxassəli yenitörəmələri, sol gicgah payının subaraxnoidal kistası, əvvəllər keçirilən miokard infarktı, infarktdan sonrakı kardioskleroz - diaqnozu qeyd olunmaqla - xx.xx.2023cü il tarixli cavab məktubu ilə müraciətindən imtina etmişdir. Lakin sözügedən imtina məktubunda diaqnozu tam yazılmamış, epileptik forma tutmaları qeyd olunmamışdır. Xəstəliyi ilə bağlı bütün diaqnoz açıqlığı ilə tibbi arayışlarda, sənədlərdə qeyd olunmuşdur. Hərbi xidmət dövrü ilə əlaqədar əlilliyin növbəti müayinə tarixi DTSERA tərəfindən verilən xxxxxxx0003 nömrəli xx.xx.2016-cı il tarixli arayışda qeyd olunduğu kimi xx.xx.2021-ci il tarixdə olmalı idi. Lakin müraciətlərinə hər dəfə imtina cavabı verilmişdir. Növbəti komissiya müayinəsindən 2022-ci ilin aprel-may aylarında keçmişdir və 13 aprel 2023-cü il tarixdə ikinci dəfə Komissiyada iştirak etmişdir. Əlilliyi ilə bağlı imtina qərarı faktiki olaraq xx.xx.2023-cü il tarixdə verilib, lakin sistemə xx.xx.2023-cü il tarixdə yerləşdirilib. Sonuncu müayinə barədə məlumat arayışında - xx.xx.2023-cü il tarixli cavab məktubu ilə müraciətindən imtina olunmuşdur. İddiaçı xx.xx.1979-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, xx.xx.1997-ci il tarixdə hərbi xidmətə başlamışdır. 2010-cu ilədək döyüş bölgəsi olmaqla müxtəlif vəzifələrdə olmuşdur və MHH-ın HHK-nın qərarı ilə xəstəliklə ordu sıralarından kapitan rütbəsi ilə tərxis olunmuşdur. 2011-ci ildən 2021-ci ilədək ikinci qrup əlil olaraq təqaüd almışdır. xx.xx.2005-ci il tarixində hərbi xidmət dövründə avtomobil qəzası nəticəsində kəllə-beyin travması almışdır. Aldığı zərbələr xəstəlik haqqında 1710 saylı xx.xx.2010-cu il tarixli şəhadətnamədə qeyd olunmuşdur. xx.xx.2005-xx.xx.2005-ci il tarixdə Sumqayıt TTYX-da "Qapalı kəllə-beyin travması. baş beynin silkələnməsi, burun və sağ üst göz qapağının əzilmiş-kəsilmiş yaraları, burun sümüyünün sınığı” diaqnozu ilə stasionar müayinə və müalicə olunmuşdur. xx.xx.2005-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Bakı şəhəri Mərkəzi Hərbi Hospitala göndərilmişdir. MHKH-nın otorinolorinqologiya bölməsində burun sümüklərinin yerdəyişən sınığına görə sümük fragmentlərinin repozisiyası əməliyyatı aparılmış və konservativ müalicə almışdır. Sonrakı vaxtlarda başağrısından, başgicəllənmədən, ürəkbulanmadan, əsəbilikdən əziyyət çəkdiyi üçün dəfələrlə ambulator və 7 dəfə MHKH-da "Keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı serebral araxnoidal, asteno-nevrotik təzahürlər və vegetativ damar davamsızlığı ilə" diaqnozu ilə stasionar müalicə olunmuşdur. xx.xx.2008 və xx.xx.2009-cu il taxidə MHKH-nın HHK-na təqdim edilmiş “Xəstəliklər cədvəli”nin 23c. 42c maddələrinin İİİ qrafasına əsasən şəhadətləndirilmiş, “Sıradankənar hərbi xidmətə yararlıdır” qərarı verimişdir. Sonrakı vaxtlarda səhhətinin pisləşməsi, başağrılarının davamlı xarakter alması, huşunun itməsi ilə müşaiyət olunan qıcolma tutmaları baş verməsi (xx.xx.2009 tarixli akt) qabiliyyətinin aşağı düşməsi ilə əlaqədar ordu sıralarından təxris olunması məqsədəuyğun sayılaraq, hərbi xidmətə yararlılıq dərəcəsini təyin etmək üçün MHKH-a göndərilmişdir. O, xəstə qismində SQ-in baş terapevti tərəfindən müayinə olunmuş, diaqnoz, ekspert qərar ilə razılaşdırılmış və HHK-ya təqdim edilməsi tövsiyyə olunmuşdur. xx.xx.2005-xx.xx.2005-ci il tarixədək, xx.xx.2008-xx.xx.2008-ci il tarixədək, xx.xx.2008xx.xx.2008-ci il tarixədək, xx.xx.2008-xx.xx.2008-ci il tarixədək, xx.xx.2009-xx.xx.2009-cu il tarixədək, xx.xx.2009-xx.xx.2009-cu il tarixədək, xx.xx.2009-xx.xx.2009-cu il tarixədək, xx.xx.2009-xx.xx.2009-cu il tarixədək və xx.xx.2010-cu il tarixdən hal-hazıradək MN MHKH-da müayinə və müalicədədir. Diaqnoz, xəsarətin və xəstəliyin səbəb əlaqəsi haqqında Hərbi Həkim Komissiyasının şəhadətnamədə qərarı aşağıdakı şəkildədir: “Sol gicgah payının subaraxnoidal kistası (27.5x15,0 mm), epileptiform tutmalarla. Mitral qapağın ilkin prolapsı, İ (birinci) funksional sinif ürək çatışmazlığı. Dağınıq üzvi nevroloji nişanələr, davamlı astenonevrotik təzahürlər, vegetativ damar davamsızlığı əlamətləri ilə müşayiət olunantravmatik araxnoidit ilə nəticələnmiş keçirilmiş qapalı kəllə-beyin travmasının (05/2005) qalıq əlamətləri. Xəstəlikdir, travmadır. hərbi xidmət dövründə alınmışdır.” “Xəstəliklər cədvəlinin” 25b, 23c, 42c maddələrinin İll qrafasına və ƏTC-nə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” göstərilmişdir. Qeyd olunan hərbi travma Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Qərar Mərkəzi Hərbi Həkim Komissiyası və MN MHHK-nın sədri tibb xidməti polkovniki Firudin Qarabəyov tərəfindən imza və möhürlə təsdiq olunmuşdur. Cavabdehin istinad etdiyi imtina əsassızdır. Belə ki, “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamədə də qeyd olunmuşdur ki, əlillik dərəcəsi xəstəlik nəticəsində orqanizmin həyat fəaliyyətinin sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyətinin kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Hesab edir ki, iş dərindən araşdırılaraq ona əlillik dərəcəsinin təyin olunması inzibatı məhkəmə tərəfindən müəyyən edilə bilər. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur.
14. Cavabdeh iddiaya qarşı yazılı etirazında qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə Sumqayıt 2 saylı şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və Səbəb: Hərbi xidmət dövrü ilə əlaqədar, “X2 Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G98 - Sinir sisteminin digər rubrikalarda təsnif olunmamuş başqa pozğunluğu; Diaqnozun mətni: Sol gicgah payının subaraxnodial kistası. Epileptik tutmlarla. Qabarıq ANS. Vegetativ damar krizlərilə; Meyar 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt 4 nömrəli xəstəxananın poliklinika şöbəsinin xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəb: Hərbi xidmət dövrü ilə əlaqədar, “X2 İİ Sinif - Xoşxassəli yenitörəmələr => D32- Beyin qişalarının xoşxassəli yenitörəmələri => D32.9 - Beyin qişalarının dəqiqləşdirilməmiş xoşxassəli yenitörəməsi; Diaqnozun mətni: Beyin qişalarının xoşxassəli yenitörəmələri. Sol gicgah payının subaraxnoidal kistası ( 27,5 X 15 mm) epileptik forma,tutmalarla; Meyar 2.2. ikinci dərəcə əlillik => DİGƏR: Beyin qişalarının xoşxassəli yenitörəmələri. Sol gicgah payının subaraxnoidal kistası” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və Səbəb: Hərbi xidmət dövrü ilə əlaqədar, “X2 İİ Sinif - Xoşxassəli yenitörəmələr => D32- Beyin qişalarının xoşxassəli yenitörəmələri => D32.9 - Beyin qişalarının dəqiqləşdirilməmiş xoşxassəli yenitörəməsi; Diaqnozun mətni: Beyin qişalarının xoşxassəli yenitörəmələri. Sol gicgah payının subaraxnoidal kistası ( 27,5 X 15 mm) epileptik forma,tutmalarla; Meyar 2.2. ikinci dərəcə əlillik => DİGƏR: Beyin qişalarının xoşxassəli yenitörəmələri. Sol gicgah payının subaraxnoidal kistası” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt 4 nömrəli xəstəxananın poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X2 XİX Sinif - görə "Fillepsin'-i əvvəllər hər gün qəbul edirmiş, hal hazırda günaşırı içir. Bildirir ki, ağız ətrafında, sağ yuxarı ətrafda keyimələr əmələ gəlir və qıcolması olur. Təqdim etdiyi 19.04.21 tarixli EEQ müayinəsnin araşdırılması zamanı müayinə dalğaları epileptik tutmaları təstiq etmədi” və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yaddaş pozğunluğu, yuxusuzluq, başağrıları, qıcolma tutmalarından şikayətlənmişdir. Anamnestik məlumatlarında avtomobil qəzasında kəllə beyin travması aldığını, ondan sonra qıcolmalarının başladığını, tutmadan əvvəl güclü başağrıları olduğunu bildirmiş, ilk başladığı zamanlar il ərzində 3-4 dəfə, sonralar 5-6 dəfəyə qədər artdığını qeyd etmişdir. Təqdim olunmuş, müayinə və müalicə sənədlərinin son illərə aid olduğu aşkarlanmış, anamnestik məlumatlarda təsvir etdiyi əlamətlər və şikayətlər yetərsiz olmuş, epitutma üçün xarakterik olmamış, vətəndaş epitutmaları təsdiqləyən EEQ dalğalarını təqdim edəciyini bildirmişdir. xx.xx.2023xx.xx.2023-ci il tarixinədək vətəndaş heç bir müayinə sənədlərini təqdim etmədiyindən, müvafiq qərar alınmışdır. Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının xx.xx.2022xx.xx.2022-ci il tarixli 1547 nömrəli çıxarışında diaqnoz “Keçirilmiş KBT sonrakı davamlı qalıq əlamətləri. Posttravmatik ensefalopatiya. Tez-tez təkrarlanan qeneralizə olunmuş qıcolma tutmaları ilə. Kəllədaxili hipertenziya. Sol gicgah payının subaraxnoidal kistası. Qabarıq astenonevrotik vəziyyət. QU- tor qişanın hipertonik anqiopatiyası. Arterial hipertenziya İİİ mərhələ” kimi qeyd olunsa da, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Akademik C.Abdullayev adına X6 İnstitutunun xx.xx.2022-ci il tarixli Tibbi Rəyində diaqnoz “ÜİX. Stabil gərginlik stenokardiyası İİ FS. İnfarktdan sonrakı kardiosleroz. Arterial hipertoniya İİİ dərəcə. Mitral çatışmazlıq İİİ dərəcə” kimi qeyd olunmuş, klinik olaraq öz təsdiqini tapmamışdır. Hippokrat Tibb Mərkəzinin xx.xx.2022-ci il tarixli Elektroensefaloqrafiya müayinəsinin nəticəsi “Rezidual-üzvi dəyişikliklər fonunda beyin neyronlarının epitipli labil paroksizmal vəziyyəti, funksional yüklənmə zamanı paroksizmallıq səviyyəsinin yüksəlməsi. Kliniki əlamətlər konteksində rezidual ensefalopatiya fonunda qeneralizə olunmuş epitutmalar” kimi qeyd olunmuşdur. Medera Hospitalın xx.xx.2022-ci il tarixli X11 Tomoqrafİya müayinəsinin nəticəsi “Sol tərəfdə orta kranial fossada temporal payın anteriorunda araxnoid kistə uyğun görünüş. Serebral yarımkürələrdə işemik qliotik dəyişikliyə uyğun kiçik ocağlar” kimi qeyd olunmuş, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Akademik C.Abdullayev adına X6 İnstitutunun xx.xx.2022-ci il tarixli Transtorokal Exokardioqrafiya müayinəsinin nəticəsi “Sol mədəciyin sistoladiastolik ölçüləri genişlənmişdir. Sistolik funksiya azalmışdır LVEF- 53%. So/ mədəciyin divar hərəkət qüsuru izlənilir (infero-septum, inferiro bazal hipokinetik). Solmədəciyin diastolik disfunksiyası. Sol qulaqcıq genişlənmiş və sağ mədəcik ölçüləri normaldır. Pulmonar arteriya təzyiqi (SPAP mmHg) normaldır” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Sumqayıt Tibb Mərkəzinin 1 nömrəli Xəstəxanasının KT müayinəsinin nəticəsi “Bilateral kortikal atrofiyaya uyğun olaraq alın və təpə paylarında subaraxnoidal sahələr genişlənib, şırımlar dərinləşib. Silvian fissur genişliyi xəfif artıb. Orta kəllə çuxurunda solda temporal pay anteriorunda 1,5*3,5 sm aksial ölçülü araxnoidal kista lehinə dəyərləndirilən ekstraaksial likvor sıxlıqlı sahə təyin olunur. Etmoidal hücrələrdə xəfif mukozal qalınlaşmalar izlənir. Burun çəpərinin sağa yönələn deviasiyası qeyd olunur. Sağ orta konxa bulloz görünümlüdür. Burun sümüyündə keçmiş qəlpəli sınığa xas dəyişikliklər qeyd olunur. Tomoqrammada diploe sahələri diffuz xəfif genişlənib” kimi qeyd olunmuş, klinik olaraq öz təsdiqini tapmamışdır. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir.
15. Sumqayıt İnzibati Məhkəməsinin 14 iyun 2023-cü il tarixli 2-1(118)-3327/2023 saylı, qərardadı ilə iş üzrə məhkəmə-tibb ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi cavabdeh inzibati orqanın ekspertləri cəlb edilmədən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 X12 ekspertlərinə tapşırılmış, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 publik hüquqi şəxsi tərəfindən verilmiş 07 avqust 2023-cü il tarixli T533/2023 nömrəli ekspert rəyi verilmişdir.
16. Sumqayıt İnzibati Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, 2-1(118)-3327/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Dövlət-Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial ekspert komissiyasının **********1 saylı, 07 iyun 2022-ci il tarixli, 3-17-4/3-3-2606/2023 saylı, 02 may 2023-cü tarixli qərarlarının ləğv edilməsi, İddiaçı hərbi xidmət dövrü ilə əlaqədar, 28 oktyabr 2021-ci il tarixdən ikinci qrup əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulmuşdur (hakim L.Mirzəyeva).
17. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri:
18. Cavabdehin apellyasiya şikayətini iddia ərizəsinə etiraz ilə eyni məzmunda əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, hakim məhkəmənin gedişində diaqnozdakı ağırlaşmaların əlillik təyinatına əsas verib-vermədiyini aşkara çıxarmaq məqsədilə əyani müayinə edilməsi üçün aralıq qərardad qəbul etməmişdir. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirlilməsi Qaydasının” 1-ci bəndinə görə AR ƏƏSMN tabeliyində DTSERA-nın Tibbi-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Bundan əlavə, diaqnoz onun hazırkı vəziyyətini əks etdirsə də, şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından, ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda maddələrdən birini aid etmək mümkün olmamışdır. Əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstəliyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir.
b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişlər ki, Forma-88-də qeyd olunan yanaşı xəstəliklər-İ20.8 və İ11.0 diaqnozları əgər iddiaçıda varsa, əlillik təyin edilə bilər. İddiaçı ilə bağlı Hərbi Həkim Komissiyasının iki qərarı verilmişdir. Bir qərarda kəllə-beyin travması, digər qərarda ürəklə bağlı xəstəliklər qeyd edilmişdir. Ürəklə bağlı xəstəliklərin hərbi xidmətlə səbəb-əlaqəsi vardır. 10 iyun 2010-cu il tarixli şəhadətnamədə ürək çatışmazlığı ilə bağlı xəstəliklər qeyd edilmiş, hərbi xidmət dövründə alındığı bildirilmişdir. İddiaçıda ürək çatışmazlığı olması təsdiq olunur, lakin müvafiq xəstəliklərin əlillik təyinatına əsas olması dəqiq deyil.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat vermiş, şikayətin təmin edilməməsini xahiş etmişdir.
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən mütəxəssis bildirmişdir ki, 10 iyun 2010-cu il tarixli, 1710 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”nin surətindən görünür ki, iddiaçıda sol gicgah payının subaraxnoidal kistası epileptiform tutmalarla. Mitral qapağın ilkin prolapsı, İ (birinci) funksional sinif ürək çatışmazlığı. Dağınıq üzvi nevroloji nişanələr, davamlı astenonevrotik təzahürlər diaqnozları müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı əyani müayinə edilmiş, müvafiq diaqnozların əlillik təyinatına əsas verməməsi barədə qərar verilmişdir. Qeyd olunan əsas diaqnozlar və ağırlaşmalara uyğun XBT kodu yoxdur. Sadəcə ürəklə bağlı yanaşı xəstəliklər-İ20.8 və İ11.0 diaqnozları əlillik təyinatına əsas verə bilər. İddiaçı müvafiq diaqnozlara uyğun müayinə olunmuş və diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Əlavə olaraq bildirirlər ki, şəhadətnamədə İ (birinci) funksional sinif ürək çatışmazlığı qeyd edildiyi halda, tibbi göndərişdə ll (ikinci) funksional sinif qeyd edilmişdir. T90.5, G40.8, G47 diaqnozu müvafiq qaydalarda yoxdur. G40 XBT kodu vardır, G40.8 digər formalardır. Qeyd olunan diaqnozlar müayinələrə əsasən iddiaçıda yoxdur. İddiaçıya əlillik sadəcə yanaşı xəstəliklər - İ20.8 və İ11.0 diaqnozları əsasında təyin edilə bilərdi. Lakin həmin diaqnozlarda hədəf orqanları barədə məlumatlar göstərilməyib. Nəticədə müvafiq diaqnozlar əlillik təyinatına əsas verməmişdir. Əsas xəstəlik, onun ağırlaşmaları və ya yanaşı xəstəliklərdən biri uyğun gələrsə, əlillik təyin edilə bilər.
TƏTBİQ EDİLƏN HÜQUQ
22. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
23. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. (-) 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
24. Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2015-ci il tarixli 595 nömrəli Fərmanı: ...6. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 6.1. birinci dərəcə əlilliyin və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsini, ikinci və üçüncü dərəcə əlilliyin təyinat müddətinin 5 ildən az olmayaraq artırılmasını və təkrar müayinə sayının azaldılmasını nəzərdə tutmaqla, əlilliyin müəyyən olunması meyarlarında iki ay müddətində dəyişikliklər etsin; ...
25. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: (-) 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. (-) 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları” na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” nə əsasən müəyyən olunur. (-) 2.2. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları üzrə məhdudlaşma dərəcələri aşağıdakılardır: 2.2.1. özünəqulluq bacarığı – insanın başlıca fizioloji tələbatlarını sərbəst şəkildə həyata keçirməsi, ev təsərrüfatında gündəlik ev işləri ilə məşğul olması, habelə şəxsi gigiyena bacarıqları:
2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı; 2.2.2. sərbəst hərəkətetmə bacarığı – sərbəst hərəkət etmək, hərəkət zamanı, hərəkətsizlik və ya bədən vəziyyətinin dəyişdirilməsi zamanı bədənin tarazlığını qoruya bilmək, ictimai nəqliyyatdan istifadə edə bilmək bacarığı: İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə sərbəst hərəkət etmək bacarığı; 2.2.3. istiqamətseçmə bacarığı – ətraf şəraitin adekvat qavranılması, olduğu və ya səmtləndiyi yerin (məkanın) zamana görə müəyyən edilməsi və təhlükəsizliyinin qiymətləndirilməsi bacarığı: İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrin istifadəsi ilə sərbəst istiqamətseçmə bacarığı; 2.2.4. ünsiyyət bacarığı – məlumatın qavranılması, təhlili, yadda saxlanması, istifadəsi və ötürülməsi yolu ilə insanlarla ünsiyyət qurmaq bacarığı: İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə və köməkçi texniki vasitələrdən istifadə edərək ünsiyyət qurmaq bacarığı; 2.2.5. davranışına nəzarətetmə bacarığı - özünü dərk etmək, sosial, hüquqi və mənəvi-etik normaları ehtiva edən adekvat davranış bacarığı: İİ dərəcə – davranışına nəzarət bacarığının daimi azalması və yalnız kənar şəxslərin mütəmadi köməyi ilə qismən özünüidarəetmə; 2.2.6. öyrənmə bacarığı – bilik və bacarıqların qavranılması, təcrübənin (o cümlədən peşə, sosial, mədəni və məişət xarakterli təcrübənin) artırılması, əldə edilən bilikləri gündəlik həyatda tətbiq etmək bacarığı: İİ dərəcə – psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi əsasında xüsusi dövlət təhsil standartları və proqramları çərçivəsində təhsil müəssisələrində və stasionar təhsilin həyata keçirildiyi digər müəssisələrdə, köməkçi texniki vasitələrin köməyi ilə öyrənmək və təhsil almaq bacarığı; 2.2.7. əmək fəaliyyəti bacarığı – işin yerinə yetirilməsinə, keyfiyyətinə, həcminə və məzmununa dair tələblərə uyğun olaraq əmək fəaliyyəti bacarığı: İİ dərəcə – əlilliyi olan şəxslərə uyğunlaşdırılmış iş yerlərində köməkçi texniki vasitələrdən istifadə edərək əmək fəaliyyətini həyata keçirmək bacarığı;
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri” nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası: 1.3-cü bənd. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; (-) 2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi-həkim-məsləhət komissiyasına müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən, xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6-cı bənd. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.
28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
30. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.
31. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir.
33. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir:
34. İşdən görünür ki, cavabdeh orqanın iddiaçıya əlilliyin təyin edilməsindən imtinasının səbəbi diaqnozda əlillik əlamətinin müəyyən edilməməsi olmuşdur.
35. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3-cü maddəsində tibbi göstəriş olan xüsusi hallarda üçüncü dərəcə əlilliyin təyin edilmə halları qeyd edilmişdir. Həmin Əsasnamənin 2.2.9-cu maddəsinə əsasən, qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20,G23-G23.9, G25-G26, G35-G37.8, G45-G46.8, G95-G95.9 göstərişləri) olan hallarda ikinci qrup əlillik təyin edilir. Göründüyü kimi, iddiaçıda ekspertiza zamanı müəyyən edilmiş diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.9-cu bəndində üçüncü dərəcə əlilliyin təyin edilmə halı kimi birbaşa nəzərdə tutulmuşdur. Belə olan halda isə cavabdeh tərəfindən iddiaçıya əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur və iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmışdır.
36. Sumqayıt Tibb Mərkəzi Xəstəxanası tərəfindən iddiaçı barəsində tərtib edilmiş yuxarıda qeyd edilən Q00059626VDB nömrəli, xx.xx.2023-ci il tarixli göndərişdən göründüyü kimi onda əsas diaqnoz – XBT 10 T90.5, ağırlaşmaları – G47, G40.8, G44.3 yanaşı xəstəliklər – D32, İ20.8, İ25.2, İ11.0, İ05.1 kodlu xəstəliklər mövcuddur.
37. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 publik hüquqi şəxsi tərəfindən verilmiş 07 avqust 2023-cü il tarixli T533/2023 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, “Vətəndaş İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə əlaqədar müvafiq tibb müəssisəsinin tərtib etdiyi xx.xx.2021-ci il tarixli göndərişi əsasında müəyyən edilmiş “Kəllədaxili travmaların nəticələri, keçirilmiş kəllə-beyin travmasından sonrakı posttravmatik ensefalopatiya, dağınıq üzvi nevroloji nişanələr, davamlı asteno-nevrotik təzahürlər, vegetativ damar davamsızlığı əlamətləri ilə müşayiət olunan travmatik araxnoidit ilə nəticələnmiş keçirilmiş qapalı kəllə-beyin travmasının əlamətləri” diaqnozu onun hazırkı real xəstəlik vəziyyətini əks etdirir. Vətəndaş İddiaçı hazırda əziyyət çəkdiyi əsas xəstəlik və ağırlaşmaları ilə əlaqədar əlavə müalicəyə ehtiyac yoxdur, xəstəliklər tam reabilitasiya olunmurlar. Əgər xəstəliklər kəskinləşərsə, müalicəyə cəlb edilə bilər.”
38. Məhkəmə kollegiyası tərəfindən apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli qərardadlarla iş üzrə üzrə əlavə məhkəmə-tibbi ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi AR Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X7” X13 tapşırılmışdır.
39. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 xx.xx.2024-cü il tarixli T480/2024 saylı rəyində qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə əlaqədar müvafiq tibb müəssisəsinin tərtib etdiyi xx.xx.2021-ci il tarixli göndərişi əsasında müəyyən edilmiş “Kəllədaxili travmaların nəticələri, keçirilmiş kəllə-beyin travmasından sonrakı posttravmatik ensefalopatiya, dağınıq üzvi nevroloji nişanələr, davamlı asteno-nevrotik təzahürlər, vegetativ damar davamsızlığı əlamətləri ilə müşayiət olunan travmatik araxnoidit ilə nəticələnmiş keçirilmiş qapalı kəllə-beyin travmasının əlamətləri” diaqnozu onun hazırkı real xəstəlik vəziyyətini inkar etmək olmaz. Əsas diaqnoz olan “T90.5- Kəllədaxili travmaların nəticələri, keçirilmiş kəllə-beyin travmasından sonrakı posttravmatik ensefalopatiya” xəstəliyinə göndərişdə qeyd edilsə də, qərardadın 1-ci bəndinin yarımbəndlərindəki qiymətləndirmə meyarlarının hər hansı birinə rast gəlinmədi.
40. Beləliklə, iş üzrə təyin edilmiş ilkin və əlavə məhkəmə-tibbi ekspertizaları ilə müəyyən edilir ki, iddiaçı Q00059626VDB nömrəli göndərişdə qeyd edilən həm əsas diaqnoz, həm də onun ağırlaşmalarından əziyyət çəkir.
41. İşdən görünür ki, iddiaçıya 2014-cü il tarixdən 2021-ci ilin oktyabr ayınadək eyni diaqnozlar əsasında ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçının əlilliyinin əsasını təşkil edən tibbi diaqnozda dəyişiklik baş verməmişdir.
42. Başqa sözlə, cavabdeh eyni diaqnoz əsasında iddiaçıya 2014-cü il tarixdən etibarən ikinci dərəcəli əlillik təyin etsə də, hazırda həmin diaqnozla ikinci dərəcəli əlillik təyin olunmasından imtina edir.
43. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.
44. Belə olan halda, 2011-2021-ci illər aralığında qoyulan diaqnoz əsasında əlillik təyinindən sonra təkrar müayinə zamanı diaqnozda müəyyən edilən xəstəliklərin davam etməsi halında iddiaçının cavabdehin inzibati praktikasına, yəni onun davranışına etimad hüququ və bununla bağlı onun inzibati orqandan qanuni gözləntisi yaranmışdır.
45. Digər tərəfdən, Ali Məhkəmənin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (xx.xx.2024-cü il tarixli, 2-1(102)-4372024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-589/2024 nömrəli, xx.xx.2024-ci il tarixli 2-1(102)-671/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-764/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)- 555/2024 nömrəli qərarlarda) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçı sonuncu əlillik dövründə müntəzəm olaraq müayinə və müalicələrə cəlb edilmiş, onun əlilliyinin əsasını təşkil edən tibbi diaqnozda dəyişiklik baş verməmişsə, şəxsin cari xəstəliyi ona ikinci qrup əlilliyin təyin edilməsinə hüquqi və faktiki əsas yaradır.
46. Eyni zamanda, iddiaçının əsas diaqnozu olan T90.5 kodlu xəstəlik və onun ağırlaşması kimi G40.8 kodlu xəstəlik müvafiq olaraq hazırda qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6-cı Sinir Sistemi xəstəlikləri bölməsinin 6.1-ci və 6.7-ci bəndlərində əlilliyin təyininə əsas verən xəstəliklər kimi təsbit edilmişdir.
47. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, xx.xx.2023-ci il tarixli Q00059626VDB nömrəli göndərişdəki əsas xəstəlik T90.5 və onun ağırlaşması olan G40.8 kodlu xəstəlik hazırda qüvvədə olan “Əlilliyin müəyyən olunması meyarları”na əsasən, orqanizmin funksiyalarının pozulmasının müxtəlif faiz göstəricilərinə görə əlilliyin təyininə əsas verir.
48. Xəstəliklərin səbəbli əlaqəsinə münasibətdə qeyd edilməlidir ki, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən iddiaçı barəsində tərtib edilmiş 10 iyun 2010cu il tarixli, 1710 nömrəli qərarda iddiaçının hazırda onda aşkar edilən “Sol gicgah payının subaraxnoidal kistası (27.5x15.0 mm), epileptiform tutmalarla. Mirtal qapağın ilkin prolapsı. l (birinci) funksional sinif ürək çatışmazlığı. Xəstəlikdir, Hərbi Xidmət Dövründə alınmışdır. Dağınıq üzvi nevroloji nişanələr, davamlı asteno-nevrotik təzahürlər, vegetativ damar davamsızlığı əlamətləri ilə müşayiət olunan travmatik araxnoidit ilə nəticələnmiş keçirilmiş qapalı kəllə-beyin travmasının (05/2005) qalıq əlamətləri. Travmadır, Hərbi xidmət dövründə alınmışdır” səbəb əlaqəsi ilə göstərilmişdir.
49. Cavabdeh apellyasiya şikayətinin dəlillərində əlavə olaraq bildirmişdir ki, diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səlahiyyətinə aiddir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.
50. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən, diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.
51. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni, əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.
52. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
53. Bu mənada, apellyasiya şikayətinin diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxiləyə yol verilməməsi ilə bağlı dəlilləri əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.
54. Beləliklə, işin qeyd edilən hallarına əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbində haqlı olmuş, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən düzgün nəticəyə gəlmişdir.
55. Lakin kollegiya bir məqamı da diqqətə çatdırır ki, iddiaçı barəsində sonuncu – xx.xx.2023-cü il tarixli göndəriş tərtib edilən zaman Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı qüvvədə olduğundan və həmin qərarda əlilliyin dərəcəsi deyil, orqanizm funksiyalarının pozulma faizi ilə əlilliyin təyin olunması müəyyən edildiyindən, hazırkı halda həmin qaydalara uyğun olaraq iddiaçıya orqanizm funksiyalarının 61-80 faiz pozulmasına görə əlillik təyin edilməlidir.
56. Məhkəmə kollegiyası əlilliyin hansı tarixdən təyin edilməli olmasına münasibətdə qeyd edir ki, əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən sonra sonuncu dəfə məhz xx.xx.2023-cü il tarixdə rəsmiləşdirilmiş Q00059626VDB nömrəli göndəriş əsasında iddiaçı əlillik təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncunun imtinası ilə razılaşmayaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
57. Məhkəmə kollegiyasının iclasında iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona "xx.xx.2023-cü il tarixdə rəsmiləşdirilmiş Q00059626VDB nömrəli göndəriş (Forma 88) nəzərə alınmaqla, “hərbi xidmət dövrü ilə əlaqədar” orqanizm funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
58. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin – dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir.
59. Eyni zamanda, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarının əsaslandırma hissəsində “iddiaçıda ekspertiza zamanı müəyyən edilmiş “vərəmin sovrularaq yerində fibroz yaranması” diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.9-cu bəndində üçüncü dərəcə əlilliyin təyin edilmə halı kimi birbaşa nəzərdə tutulmuşdur” qeyd olunmuş, bununla da aşkar yanlışlığa yol vermişdir. Lakin kollegiya hesab edir ki, həmin yanlışlıq birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin düzgünlüyünə təsir etmir.
60. Beləliklə, kollegiya işin yuxarıda sadalanan hallarını nəzərə alaraq hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, tələbin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçıya "xx.xx.2023-cü il tarixdə rəsmiləşdirilmiş Q00059626VDB nömrəli göndəriş (Forma 88) nəzərə alınmaqla, “hərbi xidmət dövrü ilə əlaqədar” orqanizm funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
61. Göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, e-2-1(118)-3327/2023 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. xx.xx.2023-cü il tarixdə rəsmiləşdirilmiş Q00059626VDB nömrəli göndəriş (Forma 88) nəzərə alınmaqla İddiaçı “hərbi xidmət dövrü ilə əlaqədar” orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehn üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.