Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-337/2021 02.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər:Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi hakim), Məmmədov Zaur İkram oğlu, Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Sehran Sabir qızının katibliyi, Ərizəçi Şamaxı rayon Məlhəm Bələdiyyəsinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDX yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair inzibati mübahisə üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi barədə Şamaxı rayon Məlhəm Bələdiyyəsi tərəfindən verilmiş ərizə ilə bağlı Sumqayıt İnzibati Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2-1(118)-191/2019 saylı qərardadından ərizəçi Şamaxı rayon Məlhəm Bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-191/2019 saylı, 24.01.2019-cu il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi, Şamaxı rayon Əngəxaran bələdiyyəsinin 17 saylı 20 dekabr 2006-cı il tarixli qərarı əsasında İddiaçı Abbasqulu qızına ayrılmış 7,8 ha torpaq sahəsi üzərində İddiaçı Abbasqulu qızının həmin qərara uyğun olaraq mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmuşdur. Qərar qanuni qüvvəyə mindikdən sonra 28.03.2019-cu il tarixdə icra olunması üçün cavabdeh inzibati orqana göndərilmişdir. Cavabdeh 24.12.2019-cu il tarixli məktubunda bildirmişdir ki, məhkəmənin qərarı qismən icra olunmuş, iddiaçının istifadə etdiyi torpaq sahəsinin 1.0 ha hissəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən başqa şəxsin adına torpaq sahəsinin planı və ölçüsü sənədi işlənmişdir. Bu səbəbdən İddiaçı notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi əsasında, Şamaxı rayonu Əngərəxan Bələdiyyəsinin 20 dekabr 2006-cı il tarixli 17 saylı qərarı ilə onun mülkiyyətinə satılmış 7.80 ha torpaq sahəsinin yalnız 6.8 ha hissəsinin üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Torpaq sahəsinin yeri ilə bağlı mübahisə məhkəmədə həll olunduqdan sonra qalan 1.0 hektar torpaq sahəsinin üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması təmin olunacaqdır. 25 dekabr 2020-ci il tarixdə Şamaxı rayon Məlhəm Bələdiyyəsi vəsatətlə məhkəməyə müraciət edərək, onun üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şamaxı rayon X3, Əngəxaran və Çuxuryurd kəndlərini əhatə edir. Ləğv edilmiş Əngəxaran bələdiyyəsinin torpağa, mülkiyyət hüququna dair kod 41001038, JN-01-1 nömrəli dövlət aktına əsasən “Doluya qarşı mübarizə” idarəsinin yaxınlığında yerləşən 19.0 ha torpaq sahəsindən kimlərə və neçə hektar torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar olaraq ƏMDK yanında DƏDRX-nin 14 saylı Şamaxı idarəsinə sorğu edilmiş və həmin idarənin m/502 saylı, 11 avqust 2020-ci il tarixli məktubundan məlum olmuşdur ki, sözügedən ərazidən ümumilikdə 6,80 ha torpaq sahəsi vətəndaş İddiaçı Abbasqulu qızının adına DƏDRX-də qeydə alınmışdır. Qeyri-rəsmi məlumata görə həmin torpaq sahəsinin DƏDRX-də qeydə alınmasına əsas Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)- 191/2019 saylı, 24 yanvar 2019-cu il tarixli qərar olmuşdur. Qeyd olunan iş üzrə qəbul edilmiş qərarı əldə etmək üçün Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə sorğu edilmiş və 29 sentyabr 2020-ci il tarixdə qərarı əldə etmişdirlər. Qərardan məlum olmuşdur ki, mülkiyyət sahibi olan Məlhəm bələdiyyəsi məhkəməyə dəvət edilmədən işə baxılmış və İddiaçı Abbasqulu qızının iddiası təmin edilmişdir. Bununla da AR MPM-nin 55-ci maddəsinin tələbləri pozulmuş və eləcə də bələdiyyənin AR Konstitusiyası ilə qorunan hüquqlarına toxunulmuşdur. Sumqayıt İnzibati Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2-1(118)-191/2019 saylı qərardadı ilə ərizəçi Şamaxı rayon Məlhəm Bələdiyyəsinin 2-1(085)-191/2019 saylı inzibati iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi barədə ərizəsi təmin edilməmişdir.(hakim İ.Quliyev) Şamaxı rayon Məlhəm Bələdiyyəsi həmin qərardaddan apellyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2-1(118)-191/2019 saylı qərardadının ləğv edilməsi və üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Belə ki, mübahisəli torpaq sahəsinin təyinatını müəyyən etmək məqsədilə mütəxəssis cəlb edilməmiş, həmin torpaq sahəsinin kəndin prespektiv inkişaf fonduna, eləcə də alqı-satqı predmeti olub-olmaması müəyyən edilməmişdir. Eləcə də, iddiaçıya satılmış torpaq sahəsinə dair ləğv edilmiş Əngəxaran bələdiyyəsinin 20.12.2006-cı il tarixli 17 saylı qərarın kim tərəfindən verilməsi, iclas protokolunun olub-olmaması, iclasın həqiqətən baş tutması aydınlaşdırılmamışdır. Mübahisəli torpaq sahəsinin müayinəsi zamanı torpaq sahəsini alan, torpaq sahəsində ölçü işi aparan DƏDRX-nın 14 saylı Şamaxı ərazi idarəsinin mütəxəssisi və mülkiyyət sahibi olan balədiyyənin iştirakı ilə akt tərtib olunmalı halda akt tərtib edilməmişdir. Bundan başqa iddiaçıda olan torpaqayırma sənədlərində 0.90 ha tikinti, 6.1 ha isə k/t təyinatlı cəmi 7 ha olduğu halda Milli Arxiv idarəsinin Şamaxı filialında mövcud olan ilkin torpaqayırma sənədlərində 7.8 ha göstərilmişdir. Ölçülər arasında olan fərq məhkəmə tərəfindən aşdırılmadan qərar qəbul edilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Şamaxı rayon Məlhəm Bələdiyyəsinin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanmaqla qeyd olunan şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2-1(118)- 191/2019 saylı qərardadı ləğv edilməli, Şamaxı rayon Məlhəm Bələdiyyəsinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi məsələsi müzakirə olunması üçün iş materialları həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, işdə olan qanuni qüvvəyə minmiş məhkəmə qərarlarından görünür ki, Şamaxı rayon Məlhəm bələdiyyəsi İddiaçı Abbasqulu qızına qarşı Şamaxı rayon Məhkəməsində iddia qaldıraraq, “Əngəxaran bələdiyyəsinin 20.12.2006-cı il taixli 17 nömrəli qərarının ləğv edilməsi və torpaq sahəsinin bələdiyyənin mülkiyyətinə qaytarılmasını xahiş etmişdir. Şamaxı rayon Məhkəməsinin 08.04.2016-cı il tarixli 2(074)212/2016 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.03.2017-ci il tarixli 2(105)- 738/2017 nömrəli qətnaməsi ilə Şamaxı rayonu Məlhəm Bələdiyyəsinin apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Şamaxı rayon Məhkəməsinin 08.04.2016-cı il tarixli 2(074)-212/2016 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 11.07.2017ci il tarixli 2(102)-4570/2017 nömrəli qərarı ilə Şamaxı rayonu Məlhəm Bələdiyyəsinin kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.03.2017-cı il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Həmin mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarından görünür ki, “Əngəxaran bələdiyyəsinin 20.12.2006-cı il taixli 17 nömrəli qərarı ilə İddiaçı mülkiyyətinə 7.0 ha torpaq sahəsi qayrılmışdır. Belə ki, Ali Məhkəmənin qərarında qeyd edilir ki, mübahisəli 7,0 ha torpaq sahəsi alğı-satqı aktına və bələdiyyə qərarına əsasən İddiaçı mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinin cavabdehə satılmasına dair 11 il öncə verilmiş qərarın ləğv olunması barədə tələb əsassızdır, çünki həmin qərarın, dolayısı ilə alğı-satqı müqaviləsinin ləğv olunması üçün işdə hər hansı bir əsas, yəni müqavilə üzrə tərəflərin razılaşması, müqavilənin əhəmiyyətli dərəcədə pozulması, müqavilə bağlanarkən əsas götürülmüş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, müqaviləni ləğv etmək təklifindən digər tərəfin imtinasının alınması halları mövcud deyildir. Əksinə, bələdiyyə qərarı qəbul edilərkən, daha öncə qeyd edilən Qaydaların tələbləri gözlənilmiş, səlahiyyətli orqan kimi rayon torpaq şöbəsinin rəyi nəzərə alınmışdır. Hazırkı iş üzrə iddiaçı tərəfindən təqdim edilmiş iddia ərizəsinin özündə belə, iddiaçı ərizənin birinci səhifəsinin ikinci abzasında ona Bələdiyyənin qərarı ilə 7 ha torpaq sahəsinin satılması qərarının verildiyini bildirmişdir. Bundan əlavə iş vərəqə 11-də olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş arayışda da, Əngəxaran bələdiyyəsi tərəfindən iddiaçıya satılması nəzərdə tutulan torpağın sahəsi 7.0 ha göstərilmişdir. Üçüncü şəxs də, ərizəsində məhz qeyd edilən hala istinad edərək, torpaqayırma sənədlərinə əsasən, iddiaçıya 0.90 ha tikinti, 6.1 ha isə k/t təyinatlı cəmi 7 ha torpaq sahəsi ayrıldığı halda, iddiaçının 7.8 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınmasını tələb etdiyini və məhkəmənin bu halı araşdırmadan iddia tələbini təmin etdiyini göstərmişdir. Birinci instansiya məhkəməsi isə ərizəyə baxarkən işin qeyd edilən xüsusat ilə bağlı ümumiyyətlə araşdırma aparmamışdır. Məhkəmə qərarının icrası ilə bağlı cavabdehin 24.12.2019-cu il tarixli məktubundan da görünür ki, qərarla 7.8 ha torpaq sahəsi üzərində hüquqların qeydə alınması qərara alınsa da, iddiaçının istifadə etdiyi torpaq sahəsinin 1.0 ha hissəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən başqa şəxsin adına torpaq sahəsinin planı və ölçüsü sənədi işləndiyindən bu hissədə qərar icra edilməmiş, İddiaçı notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi əsasında, Şamaxı rayonu Əngərəxan Bələdiyyəsinin 20 dekabr 2006-cı il tarixli 17 saylı qərarı ilə onun mülkiyyətinə satılmış 7.80 ha torpaq sahəsinin yalnız 6.8 ha hissəsinin üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Odur ki, kollegiya hesab edir ki, üçüncü şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Şamaxı rayon Məlhəm Bələdiyyəsinin üçüncü şəxs qismində cəlb ediməsinə dair ərizəyə yenidən baxılması üçün inzibati iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Təkrar ərizəyə baxılarkən yuxarıda qeyd olunan xüsusatlar araşdırılmalı, zərurət olarsa Şamaxı rayon Məhkəməsinə sorğu edilməklə 2(074)212/2016 saylı mülki işə baxış keçirilməli, Şamaxı rayon Əngəxaran bələdiyyəsinin 17 saylı 20 dekabr 2006-cı il tarixli qərarı əsasında İddiaçı Abbasqulu qızının mülkiyyətinə verilmiş torpaq sahəsinin ölçüləri dəqiqləşdirilməli, həqiqətən də, 0.8 ha hissədə Bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsinin ayrılması öz təsdiqini tapmadığı halda, hazırda həmin torpaq sahəsinin hüquqi statusu, o cümlədən kimin mülkiyyətində olması məsələsi aydınlaşdırılmalı, yalnız bundan sonra üçüncü şəxs qismində icraata cəlb edilməsi məsələsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati-iqtisadi məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati-iqtisadi məhkəməyə göndərə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2-1(118)-191/2019 saylı qərardadı ləğv edilsin. Şamaxı rayon Məlhəm Bələdiyyəsinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə ərizəsinə yenidən baxılması üçün inzibati iş Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: ünvan 2ibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-337/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-337/2021
02.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver