Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-337/2022 22.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “dövlət aktının, onun əsasında verilmiş torpaq sahəsinin plan və ölçüsünün, dövlət reyestrindən çıxarışın ləğv edilməsi, reyestr qeydiyyatının silinməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2-1(118)-150/2022 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək KOD- 30317018, JN-0787 Dövlət Aktının, onun əsasında verilmiş xx.xx.2012-ci il tarixli torpaq sahəsinin plan və ölçüsünün, xx.xx.2012-ci il tarixli, ******* saylı çıxarışın Daşınmaz Əmlakın Dövlət Reyestrində ********** nömrəli qeydiyyatın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayonu, Qəçrəş qəsəbəsi ərazisində iddiaçıya məxsus torpaq sahəsi mövcuddur. Belə ki, o, 2006-cı ildə müxtəlif şəxslərdən alqı-satqı yolu ilə hissə-hissə olmaqla torpaq sahələri əldə etmiş, hazırda Dövlət Aktlarında göstərildiyi kimi adıçəkilən əraziyə bitişik olmaqla 9,21 ha torpaq sahəsi onun mülkiyyətindədir. Torpaq sahələrini alqı-satqı ilə əldə etdikdən sonra elə həmin dövrdə ərazi tərəfindən hasarlanmış, yüngül konstruksiyalı tikililər inşa edilmişdir. Əlavə etdi ki, adıçəkilən torpaq sahəsi meyvə bağıdır və məqsədinə uyğun istifadə edilir. Bir müddət öncə torpaq sahəsinin bir hissəsinin X4 tərəfindən zəbt edilməsinə cəhd edilmişdir. Onun mübahisəli torpaq sahəsinə hansı hüquqlarının olduğu ilə maraqlandıqda cavabdeh tərəfindən 3-cü şəxsə verilən dövlət reyestrindən çıxarış, torpaq sahəsinin planı və ölçüsü təqdim edilmişdir. Həmin çıxarışa əsasən ərazidə 2,0 ha torpaq sahəsi üçüncü şəxsə məxsusdur. Bundan sonra tərəfindən cavabdehə müvafiq sorğu verilmiş və sorğuya cavab olaraq DƏDRX-in Xaçmaz Ərazi İdarəsindən çıxarış verilməsinə səbəb olmuş Dövlət Aktının surəti təqdim edilmişdir. Həmin sənəddən görünür ki, cavabdehə Dövlət Aktı ilə 1,5 ha torpaq sahəsi məxsus olmuşdur. Lakin həmin akt əsasında verilmiş çıxarışda heç bir səbəb olmadan torpaq sahəsinin ölçüsü 0,5 ha artırılmışdır. Həmçinin, cavabdehə məxsus torpaq sahəsinin naturada harada yerləşməsini dəqiqləşdirmək üçün mütəxəssisə müraciət edilmişdir. “X1” MMC-nin 24 yanvar 2020-ci il tarixdə 146 saylı ekspert rəyinə əsasən cavabdehə məxsus torpaq sahəsi iddiaçının mülkiyyətində olan sahənin cənub hissəsinə bitişik yerləşir, meşə fonduna aid torpaqlara aiddir. Habelə bildirilmişdir ki, cavabdehə məxsus meşə fonduna aid torpağın koordinatları heç bir səbəb olmadan qanunsuz olaraq mülkiyyətində olan sahənin üzərinə işlənmişdir. Qeyd edilir ki, torpaq sahəsinin ölçülərinin artırılmasının qanuni əsasları mövcud deyil. Üçüncü şəxsə məxsus sahə aktda torpaq sahəsinin uqodiyası dəmyə kimi göstərilsə də, Qəçrəş kəndində torpaq islahatı bölgü lahiyəsində isə meşə fonduna aiddir. Bu məsələ ilə əlaqədar Quba Rayon Məhkəməsinə müraciət edilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin qərardadı ilə hazırkı işə inzibati qaydada baxılması qət edilmişdir. Bundan sonra cavabdeh DƏDRX-in Xaçmaz Ərazi İdarəsinə müraciət edilmiş və 1 aydan çox vaxt keçməsinə baxmayaraq hər hansı bir cavab verilməmişdir. Ona görə də inzibati məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək, qeyd etmişdir ki, iddia ərizəsində qeyd edilən X2 adına olan 2.0 ha torpaq sahəsinə dair xx.xx.2012-ci il qeydiyyat tarixli, ******* nömrəli dövlət reyestrindən çıxarış Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş JN-0787 KOD 30317018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında hazırlanmışdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən “bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri hüquqları təsdiq ...aktlar ” daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4-1-ci maddəsinə əsasən “Bu qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır”. Həmin Qanununun 9-cu maddəsi hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Belə ki, Qanunun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. Sumqayıt İnzibati Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2-1(118)-150/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, DTXK-nin Quba rayon şöbəsi tərəfindən verilmiş KOD-30317018, JN-0787 Dövlət Aktının, onun əsasında X2 adına verilmiş xx.xx.2012-ci il tarixli çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün, Daşınmaz Əmlakın Dövlət Reyesterində ********** nömrəli qeydiyyatın ləğv edilməsi öhdəliyi DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmuşdur (hakim C.Məmmədov). Üçüncü şəxs həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Hazırkı məhkəmənin predmeti olan torpaq sahəsi ilə bağlı tərəflər arasında yaranmış mübahisə ilə əlaqədar artıq qüvvəyə minmiş məhkəmə aktlarının mövcud olması barədə məlumatlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Həmin məhkəmə aktları ilə qeyd edilən torpaq sahəsinin iddiaçıya aid olmaması müəyyən edilmişdir. Qeyd edilən məhkəmə aktlarının mövcudluğu iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququnun olmamasının məhkəmə tərəfindən araşdırılmasını zəruri edir. Hesab edir ki, məhkəmə iddiaçının subyektiv hüququn birinci elementinə malik olub-olmamasını müəyyən etmədən işə baxaraq qanunsuz və əsassız qərar qəbul etmişdir. Qeyd edir ki, məhkəmə işinin predmetini təşkil edən torpaq sahəsi ilə bağlı tərəflər arasında artıq mübahisə olmuş, məhkəmə araşdırmasının nəticəsinə əsasən qəbul edilmiş məhkəmə akları ilə qeyd edilən torpaq sahəsinin iddiaçıya heç bir aidiyyatının olmaması müəyyən edilmişdir. Bu səbəbdən iddiaçının bu iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. Məhkəmə iddianı təmin edərkən xx.xx.2006-cı il tarixli, 4Ə-94 saylı alqı-satqı müqaviləsinin AR Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat İdarəsinin arxivində tapılmamasına istinad etmiş, buna görə də JN-0787, KOD-30317018 saylı şəhadətnamənin və xx.xx.2012-ci il tarixli, **********05 reyestr nömrəli çıxarışın qanunsuz olduğu qənaətinə gələrək onların ləğv edilməsini qərara almışdır. Qeyd edir ki, xx.xx.2006cı il tarixli, 4Ə-94 saylı alqı-satqı müqaviləsinin tapılmaması onun təqsiri deyildir. Həmçinin, məhkəmə iddiaçıya verilmiş 18 may 2006-cı il tarixli, JN-0805, KOD 30317018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının verilməsi üçün əsas olmuş 4Ə-1291 saylı alqı-satqı müqaviləsinin də arxivdə aşkar olub-olmaması məsələsini araşdırmamışdır. Halbuki, tərəflər arasında qeyd edilən torpaq sahəsi ilə bağlı olmuş məhkəmə mübahisəsi zamanı məlum olmuşdur ki, iddiaçının məhkəməyə təqdim etdiyi 18 may 2006-cı il tarixli, JN-0805, KOD 30317018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının verilməsi üçün əsas olmuş 4Ə-1291 saylı alqı-satqı müqaviləsi də arxivdə aşkar edilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdirlər. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərardad qəbul edilməsini mümkün hesab etdi. TƏTBİQ EDİLƏN HÜQUQ: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarı. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərək qərarını onunla əsaslandırmışdır ki, JN-0787 KOD 30317018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə Xaçmaz rayonu Qəçrəş kəndi ərazisində yerləşən 2 ha torpaq sahəsinə üçüncü şəxs X2 mülkiyyət hüququ qeydə alınsa da, həmin hüququn yaranması üçün əsas olmuş Quba rayon dövlət notariat konturunda bağlanmış xx.xx.2006-cı il tarixli, 4-ə-94 saylı alqı-satqı müqaviləsi mövcud olmamışdır. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi tərəfindən verilmiş Q/01-4573/11 nömrəli, xx.xx.2021-ci il tarixli məktubundan müəyyən olunmuşdur ki, saxlanılan arxiv məlumatlarında xx.xx.2006-cı il tarixli, 4-ə-94 saylı alqı-satqı müqaviləsi mövcud deyildir. Belə olan halda məhkəmə hesab etmişdir ki, JN-0787 KOD 30317018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə və “İnzibati İcraat” haqqında Azərbaycan Respublikası Qanunun 67.3-cü maddəsinə əsasən həmin dövlət aktı əsasında üçüncü şəxs X2 mülkiyyət hüquqlarının qeydiyyata alındığı xx.xx.2012-ci il tarixli, **********05 reyestr nömrəli çıxarış qanunsuz olduğundan ləğv edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə, yəni subyektiv hüquqa malik olmasıdır. Kollegiya hesab edir ki, iddiaçının üçüncü şəxsin adına qeydə alınmış torpaq sahəsi ilə bağlı hüququnun pozulmasına əsaslanmaqla çıxarışı mübahisələndirmək tələbi o halda yaranmış hesab oluna bilər ki, əgər həmin torpaq sahəsi ilə bağlı iddiaçının hüququ publik hüquqdan irəli gəlmiş olsun. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, İPM-nin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Qeyd edilənlərdən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati orqanın hərəkəti nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Bundan əlavə “tələbin əsaslandırılması” həm predmet baxımından, həm də subyekt baxımından təmin olunmalıdır, başqa sözlə, iddianın inzibati məhkəmə icraatında baxılması üçün iddiaçı qaldırmış olduğu iddianın inzibati məhkəmə icraatında baxılmalı olması ilə yanaşı, həmin iddianın cavab verməli olan şəxslərə qarşı irəli sürüldüyünü də əsaslandırmalıdır. İş materiallarından görünür ki, Quba rayon DNK-nın 29 iyul 2005-cı il tarixli, 4Ə-664- 668, 28 dekabr 2005-cı il tarixli, 4Ə-1286-1290, 30 dekabr 2005-cı il tarixli, 4Ə-1409 saylı alqı-satqı müqavilələri ilə satılmış Quba rayonu, Qəçrəş kəndi ərazisində yerləşən 8.15 ha torpaq sahəsinə dair İddiaçı adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsi tərəfindən Torpağa Mülkiyyət Hüququna Dair 20 may 2006-cı il tarixli, JN 0783 seriyalı, KOD 30317018 nömrəli Dövlət Aktı, həmçinin, Quba rayon DNK-nın 28 dekabr 2005-cı il tarixli, 4Ə-1291 saylı alqı-satqı müqaviləsi ilə həmin ünvanda yerləşən 1.06 ha torpaq sahəsinə dair iddiaçının adına DTXK-nin Quba rayon Şöbəsi tərəfindən Torpağa Mülkiyyət Hüququna Dair 18 may 2006-cı il tarixli, JN 0805 seriyalı, KOD 30317018 nömrəli Dövlət Aktı tərtib edilmişdir. Beləliklə, torpağa mülkiyyət hüququna dair Dövlət Aktlarından görünür ki, Quba rayonu, Qəçrəş kəndi ərazisində yerləşən 9,21 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Quba rayon DNK-nın 17 mart 2006-cı il tarixli, 4Ə-94 saylı alqı-satqı müqaviləsi ilə satılmış Quba rayonu, Qəçrəş kəndi ərazisində yerləşən 2.0 ha torpaq sahəsinə dair üçüncü şəxs X2 adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsi tərəfindən Torpağa Mülkiyyət Hüququna Dair 20 may 2006-cı il tarixli, JN 0787 seriyalı, KOD 30317018 nömrəli Dövlət Aktı tərtib edilmişdir. Torpaq sahəsinə dair üçüncü şəxsin adına DTXK-nin Quba rayon Şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixli, AA seriyalı, 024190 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2012-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba rayonu, Qəçrəş kəndi ərazisində yerləşən 2.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə üçüncü şəxs X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddia ərizəsindən görünür ki, iddiaçı Quba rayonu, Qəçrəş kəndi ərazisində yerləşən 2.0 ha torpaq sahəsinin üçüncü şəxs X2 adına xx.xx.2012-ci il tarixdə mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatı mübahisələndirir. İş materiallarına əlavə olunmuş Quba Rayon Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli, 2(027)-1962/2014 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh X3 qarşı torpaq sahəsinin cavabdehin sahibliyindən geri qaytarılması tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş, məhkəmənin qətnaməsi ilə iddia təmin edilərək, iddiaçının Quba rayonu, Qəçrəş kəndi ərazisində zəbt olunmuş xüsusi mülkiyyəti hesab olunan 1.52 ha torpaq sahəsi X2 qanunsuz sahibliyindən geri qaytarılması, cavabdehin qurduğu ağac dirəklər və tikanlı naqillərdən ibarət hasarın sökülməsi və həmin sahədən çıxarılması qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 22 aprel 2016-cı il tarixli, 2(105)-143/2016 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək Quba Rayon Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli, 2(027)-1962/2014 nömrəli qətnaməsi ləğv edilmiş və iddia rədd edilmişdir. Belə ki, apellyasiya icraatı zamanı AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 29 yanvar 2016-cı il tarixli, **********81 nömrəli mütəxəssis rəyinin görünür ki, Quba rayonu, Qəçrəş kəndində JN 0783 seriyalı, KOD 30317018 və JN 0805 seriyalı, KOD 30317018 torpağa mülkiyyət hüququna dair Dövlət Aktları ilə İddiaçı mülkiyyətinə verilmiş 8.15 ha və 1.06 ha torpaq sahələrinin naturada qismən öz yerində olduğu, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən X2 mülkiyyətinə verilmiş 2.0 ha torpaq sahəsinin naturada öz yerində olduğu, İddiaçı mülkiyyətinə verilmiş 8.15 ha və 1.06 ha torpaq sahələrinin konfiqurasiyasında dəyişiklik olduğu, İddiaçı mülkiyyətinə verilmiş 8.15 ha və 1.06 ha torpaq sahələrinin X2 mülkiyyətinə verilmiş 2.0 ha torpaq sahəsi ilə 128 kv.m sahədə üst-üstə düşdüyü və İddiaçı mülkiyyətinə verilmiş 8.15 ha və 1.06 ha torpaq sahələrinin X4 tərəfindən tutulmadığı müəyyən edilmişdir. Həmçinin, AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 15 fevral 2016-cı il tarixli, 25371 nömrəli ekspert rəyinin surətindən də görünür ki, ekspert rəyi yuxarıda qeyd olunan AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 29 yanvar 2016-cı il tarixli, **********81 nömrəli mütəxəssis rəyi ilə eyni məzmunda verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 29 yanvar 2016-cı il tarixli, **********81 nömrəli mütəxəssis rəyinə və AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 15 fevral 2016-cı il tarixli, 25371 nömrəli ekspert rəyinə əsaslanaraq iddianı rədd etmişdir. Məhkəmə qeyd etmişdir ki, X2 torpaq sahəsinin iddiaçının torpaq sahəsi ilə 128 kv.m hissədə kəsişməsi iddiaçının torpaq sahəsinin konfiqurasiyasındakı dəyişikliyə əsasən baş vermişdir və buna görə də bu hal İddiaçı hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 sentyabr 2016-cı il tarixli, 2(102)- 3866/16 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 22 aprel 2016-cı il tarixli, 2(105)-143/2016 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 iyul 2015-ci il tarixli Plenumunun qərarında qeyd edilmişdir: “Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Beləliklə, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, üçüncü şəxs X2 mülkiyyətində olan 2.0 ha torpaq sahəsi ilə İddiaçı mülkiyyətində olan 9.21 ha torpaq sahələri üst-üstə düşmür və iddiaçıya aid torpaq sahəsi üçüncü şəxs tərəfindən zəbt olunmamışdır. Bu isə o deməkdir ki, İddiaçı hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmamışdır. İşə baxan birinci instansiya məhkəməsi isə işin qeyd edilən xüsusatını nəzərə almadan iddia tələbinə mahiyyəti üzrə baxmışdır. Beləliklə kollegiya hesab edir ki, 2.0 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxsin mülkiyyəti olaraq qeydə alınması iddiaçının hər hansı hüququna toxunmadığından, onun belə bir iddia ilə məhkəməyə müraciət etmək hüququ da müəyyən olunmur. Qeyd edilənə əsasən, üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməli, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2-1(118)-150/2022 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 4
Məhkəmə qərarları › İş №2-1(105)-337/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-337/2022
22.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver