Məhkəmə qərarları › İş №2-1(105)-337/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-337/2023

20.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-337/2023 20.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, X4 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 06 yanvar 2023-cü il tarixli, 2-1(118)-408/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1964-cü ildə anadan olmuş, onun 57 yaşı xx.xx.2021-ci ildə tamam olmuşdur.

2. İddiaçının təqdim etdiyi xx.xx.1987-ci ildə açılmış ИТ-İ № ******* saylı əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1987-ci ildən xx.xx.1993-cü ilədək, xx.xx.1993cü ildən xx.xx.1996-cı ilədək, xx.xx.2000-ci ildən hal-hazıradək əmək fəaliyyəti ilə məşğuldur.

3. НЗ ******* saylı hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilə qədər hərbi xidmətdə olmuşdur.

4. “Azərkimya” İstehsalat Birliyi “Etilen-Polietilen” zavodu Kadrlar Şöbəsi tərəfidən verilmiş 03 saylı, xx.xx.2022-ci il tarixli arayışında qeyd olunmuşdur ki, iddiaçı 01 dekabr 1989-cu ildən 25 dekabr 1991-ci ilə kimi tam iş günü “Azərikimya” İstehsalat Birliyinin keçmiş “Sintezkauçuk” zavodunun hiroliz qazlarının sıxılması və təmizlənməsi sexində kompressor qurğularının maşınisti vəzifəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının Vİİİ bölməsinin İ bəndinin 1080A010 şifrinə əsasən 1 saylı siyahısında sadalanan hiroliz qazlarının təmizlənməsi istehsalatında güzşətli şərtlərlə pensiya təyin etmək hüququ verir.

5. “Azərkimya” İstehsalat Birliyi “Etilen-Polietilen” zavodu Kadrlar Şöbəsi tərəfidən verilmiş 04 saylı, xx.xx.2022-ci il tarixli arayışında qeyd olunmuşdur ki, iddiaçı 26 dekabr 1991-ci ildən 17 yanvar 1993-cü ilə kimi tam iş günü “Azərikimya” İstehsalat Birliyinin keçmiş “Sintezkauçuk” zavodunun qazayırma sexində aparatçı vəzifəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının Vİİİ bölməsinin İ bəndinin 1080A010 şifrinə əsasən 1 saylı siyahısında sadalanan hiroliz qazlarının ayrılması istehsalatında güzşətli şərtlərlə pensiya təyin etmək hüququ verir.

6. “Azərkimya” İstehsalat Birliyi “Etilen-Polietilen” zavodu Kadrlar Şöbəsi tərəfidən verilmiş 05 saylı, xx.xx.2022-ci il tarixli arayışında qeyd olunmuşdur ki, iddiaçı 01 sentyabr 2000-ci ildən 31 dekabr 2005-ci ilə kimi tam iş günü “Azərikimya” İstehsalat Birliyinin keçmiş “Sintezkauçuk” zavodunun qazayırma sexində aparatçı vəzifəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının Vİİİ bölməsinin İ bəndinin 1080A010 şifrinə əsasən 1 saylı siyahısında sadalanan hiroliz qazlarının ayrılması istehsalatında güzşətli şərtlərlə pensiya təyin etmək hüququ verir.

7. “Azərkimya” İstehsalat Birliyi “Etilen-Polietilen” zavodu Kadrlar Şöbəsi tərəfidən verilmiş 06 saylı, xx.xx.2022-ci il tarixli arayışında qeyd olunmuşdur ki, iddiaçı 01 yanvar 1996-cı ildən hal-hazıradək kimi tam iş günü “Azərikimya” İstehsalat Birliyinin “EtilenPolietilen” zavodunun qazayırma sahəsində aparatçı vəzifəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarının Vİİİ bölməsinin 8.1.1.bəndinə əsasən siyahıda sadalanan hiroliz qazlarının ayrılması istehsalatında güzşətli şərtlərlə pensiya təyin etmək hüququ verir.

8. “Azərkimya” İstehsalat Birliyi “Etilen-Polietilen” zavodu Kadrlar Şöbəsi tərəfidən verilmiş 26 saylı, xx.xx.2022-ci il tarixli arayışında qeyd olunmuşdur ki, iddiaçı 01 yanvar 2006-cı ildən hal-hazıradək tam iş günü “Azərikimya” İstehsalat Birliyinin “EtilenPolietilen” zavodunun qazayırma sahəsində qazayırma aparatçısı sahəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007- ci il tarixli 12 nömrəli qərarının Vİİİ bölməsinin 8.1.1. bəndinə əsasən siyahıda sadalanan hiroliz qazlarının ayrılması istehsalatında güzşətli şərtlərlə pensiya təyin etmək hüququ verir.

9. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.

10. Cavabdehin xx.xx.2022-ci il trixli məktubu ilə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İmtinada bildirilmişdir ki, Mərkəzi Filiala təqdim edilən 15 iyun 1987-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan məlumatlardan göründüyü kimi onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (17 il 5 ay 1 gün (xx.xx.1982xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1995-ci il və xx.xx.2000-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajı isə 12 il 6 aydan az (8 il 5 ay 15 gün (xx.xx.1989xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1993-cü il və xx.xx.2000-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.

Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “iddiaçıya 57 yaşı tamam olduğu tarixdən, yəni 30 dekabr 2021-ci ildən güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1964-cü ildə anadan olmuşdur. 57 yaşı tamam olan tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyini üçün DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına ərizə ilə müraciət etmişdir. Cavabdeh 26 aprel 2022-ci il tarixli, **********4 saylı məktubla xahişini təmin etməmişdir. İmtinaya səbəb kimi iş stajının 25 ildən az, yəni 17 il 5 ay 1 gün olması göstərilmişdir. O cavabdehin imtinasını qeyd olunanlara görə əsassız hesab edir. Belə ki, ona məxsus olan NT-İ № ******* saylı əmək itabçasına görə xx.xx.1983-xx.xx.1985-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. xx.xx.1982-xx.xx.1987-ci illərdə Bakı Politexnik Texnikomunda oxumuşdur. xx.xx.1987-ci ildə Sumqayıt şəhərində fəaliyyət göstərən “Etilen Politetilen” zavodunda işə qəbul edilmiş, xx.xx.1993-cü ilə kimi orada işləmişdir. xx.xx.1993-xx.xx.1996-cı ilə qədər “Azərkimya” Təmir Trestinin 5 saylı Təmir- TikintiQuraşdırma İdarəsində işləmişdir. xx.xx.2000-ci ildən yenidən “Etilen Politetilen” zavodunda işləməyə başlamışdır və hal-hazırda da orada işləyir. xx.xx.1989-cu ildən xx.xx.1991-ci ilə qədər və xx.xx.1991-ci ildən xx.xx.1993-cü ilə kimi Sumqayıt Etilen Politetilen” zavodunda qazayrıma sexində işləmişdir. Həmin dövr AR-sı NK-nin xx.xx.1993cü il tarixli 320 saylı qərarının Vİİİ bölməsinin İ bəndinin 1080A010 şifrinə əsasən 1 saylı siyahı üzrə güzşətli şərtlərlə pensiya təyin etmək hüququ verir. xx.xx.2000-ci ildən xx.xx.2005-ci ilə kimi və xx.xx.2006-cı ildən hal-hazıradək işlədiyi dövr AR-sı NK-nın xx.xx.2007-ci il tarixli 12 saylı qərarının 8-ci bölməsinin 8.1.1-ci bəndinə əsasən 2 saylı siyahı üzrə güzşətli şərtlərlə pensiya təyin etmək hüququ verir.

Cavabdehin etirazının dəlilləri

13. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün müraciət etmişdir. Belə ki, iddiaçının 15 iyun 1987-ci il tarixli, ******* nömrəli əmək kitabçasına əsasən, xx.xx.2006-cı il tarixədək iddiaçının ümumi iş stajı 17 il 5 ay 1 gün (xx.xx.1982- xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1995-ci il və xx.xx.2000-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), güzşətli iş stajı isə 8 il 5 ay 15 gün (xx.xx.1989-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1993-cü il və xx.xx.2000-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin qanunun 9.8-ci maddəsinə əsasən, 1 yanvar 2006-cı il tarixədək Qanunun 9-cu maddəsində götərilən işlərdə güzşətli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. AR-nın 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını AR-sı NK-nin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Beləliklə, iddiaçının ümumi iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 6 aydan az olduğu üçün qanunun tələblərinə uyğun güzşətli şərtlərlərlə pensiya almaq hüququ yaranmamışdır.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə

14. Sumqayıt İnzibati Məhkəməsinin 06 yanvar 2023-cü il tarixli, 2-1(118)-408/2023 nömrəli qərarı ilə iddia təmin edilərək, İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2021-ci ildən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır.

15. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

16. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, "Əmək pensiyaları haqqında" Аzərbaycan Respublikası Qаnununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı оlmауаrаq güzəştli şərtlərlə уаşа görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sаhələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və аğır olan işlərin (istehsalatın, реşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti оrqапıп (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ау çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində уаş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə уаşа görə əmək pensiyası hüququ vardır. ''Əmək pensiyaları haqqında" Qаnunun 7-ci maddəsinə əsаsən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək уаşа görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) уаşа görə əmək pensiyası hüququ vardır. Həmin Qаnunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qаnunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar уаşа və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin еdilir. Аzərbaycan Respublikasının 6 mагt 2007-ci il tarixli 260-İllQD nömrəli Qanunu ilə qüvvədən düşmüş "Vətəndaşların pensiya təminatı haqqında" Qаnunun 1З-сü maddəsinin "b" bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın аzı 12 il 6 ayını Аzərbaycan Respublikası Nаzirlər Kabinetinin 21 iуun 199З-сü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 N-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Konstitusiya Мəhkəməsi Рlеnumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vll hissəsinin Аzərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh еdilməsinə dair 18 mаrt 2019-cu il tarixli qərarında qeyd edilir ki, Konstitusiyanın 125-ci maddəsinin Vll hissəsinin ''Məhkəmə icraatı həqiqətin müəууən edilməsini təmin etməlidir" müddəası ədalət mühakiməsinin əsas рrinsipləri və şərtlərini müəyyən еdən Konstitusiyanın 127-ci maddəsinin ll hissasinin "Hakimlar işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qаnuna müvafiq baxırlar", həmin maddənin lV hissəsinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Аzərbaycan Respublikası Ali Мəhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-665/2021 saylı iş üzrə qərarında qeyd оlunur ki, məhkəmələr iş уеrlərindən təqdim edilmiş belə arayışları həmişə birmənalı sübut kimi qabul etmək vəzifəsi dаşımırlar. Оnа görə də, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməlidir. Şəxsin işlədiyi peşələrin Siyahıda göstərilən peşələrə uyğunlaşdırılmasında çətinlik yarandıqda, məhkəmə işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, işçinin əmək funksiyaları və eyniləşdirmə üçün zəruri olan digər mеуаr əlamətlərini əks etdirməklə arayış verilməsini tələb edə bilər. İddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sаhədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Мəhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçıya 60 yaşdan реnsiya təyin olunması üçün iddiaçının Nаzirlər Kabinetinin 23 уаnvar 2007-ci il tarixli 12 N-li Qərаrı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə уаşа görə əmək pensiyası hüququ verən istehsalatların, реşələrin, vəzifələrin və göstəriсilərin siyahısı"-nda sadalanan реşələrdə işləməsi ilə yanaşı Nazirlar Kabineti tərəfindən təsdiq olunmuş 1 nömrəli siyahısı üzrə işləməsi də zəruridir. Веlə ki, qüvvədə оlаn qanunvericiliyə əsasən iddiaçıya güzəştli şərtlərlə уаşа görə pensiya təуin olunması üçün aşağıdakı еlеmеntlər mövcud olmalıdır: 1.iddiaçının 60 yaşının tamam olması, 2. 25 il ümumi iş stajının mövcud olması; 3. 12 il 6 ау güzəştli iş stajının mövcud olması. Hazırki iş üzrə müəyyən olunur ki, iddiaçının 30 dekabr 2022-сi il tarixdə 58 yaşı tamam olmuş, 58 yaşı tamam olduğu tarixə ümumi iş stajı 25 ildən az- 17 il 5 ау 1 gün (xx.xx.1982-10.0З.1987-сi il xx.xx.1987-xx.xx.1995-ci il və xx.xx.2000-xx.xx.2005-ci il tаriхləri), güzəştli iş stajı isə 12 il 6 aydan az- 8 il 5 ау 15 gün (xx.xx.1989-xx.xx.1991-ci il xx.xx.1991-17.01.199З-сü il və xx.xx.2000-xx.xx.2005-ci il tarixləri) təşkil edir. Belə ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 15 iyun 1987-ci il tarixli, ******* nömrəli əmək kitabçasında və "Etilen-Polietilen'' zavodunun 5 yanvar 2022-сi il tarixli 05 nömrəli arayışlarında iddiaçının xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək əmək fəaliyyəti dövrləri ərzində adıçəkilən müəssisənin "Sintezkauçuk" zavodunun piroliz qazının sıxılması və təmizlənməsi sexində maşinist vəzifəsində, xx.xx.1991-ci il tarixdən 17.01.199З-сü il tarixədək qazayırma sexində aparatçı vəzifəsində, xx.xx.2000-ci il tаriхdən xx.xx.2005-ci il tarixədək qazayırma sexində aparatçı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Məhkəmə işin faktiki hallarını həгtərəfli, tam va obyektiv araşdırmadan iddiaçının güşəştli şərtlərlə уаşа görə əmək pensiyası hüququ yarandığına dair hüquqi nəticəyə gəlmişdir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 15 iуun 1987-сi il tarixli, ******* nömrəli əmək kitabçasında xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tаriхədək МТТİİ-пiп TTQ sехində 4 dərəcəli çilingər vəzifəsində işlədiyi, xx.xx.1993-cü il tаriхdən xx.xx.1995-ci il tarixədək eyni müəssisədə kimya avadanlıqlarının təmiri və quraşdırılması üzrə 4 dərəcəli çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Belə ki, уuxarıda qeyd olunan dövrlərə münasibətdə iddiaçı tərəfindən güzəştli аrауış təqdim edilmədiyindən həmin xx.xx.1993-сü il - xx.xx.1995-ci il tarixədək оlаn dövrlər iddiaçının güzəştli stajına daxil edilməmiş, lakin ümumi stajına daxil edilmişdir. Еуni zamanda iddiaçının əmək kitabçasında qeyd olunmuş işdən azad olunma tагiхi xx.xx.1995-ci il tarixi göstərildiyi halda işdən azad olunma əmrinin tarixi xx.xx.1986-ci il tarixi kimi qeyd olunmuşdur. Hesab edirlər ki, bu tarixlər arasında оlаn uyğunsuzluq iddiaçının əmək kitabçasında xx.xx.1993cü il tarixdən xx.xx.1995-ci il tarixədək оlаn qeydlərin mötəbər olmaması şübhəsini уаrаdır. Нəmçinin iddiaçı iddia ərizəsində xx.xx.2000-ci il tarixdən yenidən "Etilen-Polietilen'' zavodunda işlədiyini qeyd etmiş, məhkəmə prosesi zamanı isə buna uyğun izahat vermiş, xx.xx.1996-cı il tаriхdən qeyd оlunan tarixədək əmək fəaliyyəti olmadığını bildirmişdir. Lakin iddiaçının Mərkəzi filiala təqdim etdiyi 5 уаnvar 2022-ci il tarixli 06 nömrəli arayışda iddiaçının xx.xx.1996-cı il tarixdən hal-hazıradək qazayırma sexində aparatçı vəzifəsində işlədiyi qeyd olunmuşdur.

17. İddiaçı apellyasiya şikayətinə etiraz təqdim edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

18. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi.

19. İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.1 (İddiaçının 57 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdə qüvvədə olan redaksiyada) Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

22. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 13. “b” bənd. Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər– istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaş çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunu: “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13- cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14. Sübut etmə vəzifəsi Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, yeni qərar qəbul edilməli, iddia rədd edilməlidir.

25. İşdən görünür ki, iddiaçı cavabdehə müraciətində və iddia tələbində ona 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, cavabdeh isə yuxarıda istinad edilən əsaslarla iddiaçıya pensiya təyin edilməsindən imtina etmiş, habelə iddianın təmin edilməsi barədə məhkəmə qərarını mübahisələndirmişdir.

26. Cavabdehin apellyasiya şikayətinin müvafiq dəlillərini əsaslı sayan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbinin hüquqi əsasını təşkil edən “Əmək pensiyaları haqqında” Qanunun onun 57 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdə qüvvədə olan redaksiyasının 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar. Başqa sözlə, yuxarıda istinad olunan normaların müddəaları baxımından tələb olunan yaş həddinə çatmış şəxsə əmək pensiyası o halda təyin olunur ki, şəxs əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan tam əmək stajını, yəni həm ümumi və həm də xüsusi stajı 1 yanvar 2006-cı il tarixədək toplamış olsun.

27. Lakin, hazırkı halda 1 yanvar 2006-cı il tarixədək azı 25 il ümumi iş stajının mövcud olması ilə bağlı şərt iddiaçıya münasibətdə ödənilməmişdir. Belə ki, iddiaçının 2006-cı il yanvarın 1-dək tarixə ümumi iş stajının 25 ildən az olmuşdur. Beləliklə, iddiaçının təqdim etdiyi sənədlər əsasında xx.xx.2006-cı il tarixədək onun təhsil, hərbi xidmət və əmək fəaliyyəti dövrü ilə birlikdə ümumi iş stajının 18 ilə qədər olduğu müəyyən edilir. İddiaçı özü də apellyasiya baxışı zamanı verdiyi izahatında 1 yanvar 2006-cı il tarixədək 25 il ümumi əmək stajının olmadığını, lakin 57 yaşının tamam olduğu zaman artıq 25 ildən artıq ümumi əmək stajının olduğunu qeyd edərək ona pensiya təyin edilməli olduğunu bildirmişdir.

28. Birinci instansiya məhkəməsi, pensiya qanunvericiliyinin əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna dair həm qüvvədən düşmüş, həm də qüvvədə olan normalarını öz qərarında sadalasa da, həmin normaları hazırkı işin hallarına düzgün tətbiq etməmiş, “iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün tələb olunan 20 ildən artıq ümumi stajı olması” nəticəsinə gəlsə də, həmin iş stajının hansı dövrləri əhatə etməsi və nəticədə hansı normaya əsasən pensiya təyin edilməli olmasını əsaslandırmamışdır.

29. Kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Bununla da, İPM-in 14.3-cü maddəsinin tələbinə əsasən sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh inzibati orqan iddiaçıya pensiya təyin edilməsini istisna edən halların mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini təsdiq edən hər hansı mötəbər sənəd təqdim etməmişdir.

30. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir.

31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 06 yanvar 2023-cü il tarixli, 2-1(118)-408/2023 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı 57 yaşı tamam olduğu tarixdən, yəni 30 dekabr 2021-ci ildən güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar