Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-337/2024 28.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Rəhimov Elman Gülbaba oğlu və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhər bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarı ilə, 28 saylı protokola əsasən Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində məişət xidməti obyektinin tikintisi məqsədilə rəsmiləşdirilməsi nəzərdə tutulan 19.6 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasının cavabdehə həvalə olunması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2914/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Sumqayıt şəhər bələdiyyəsinin 28 saylı, 29 iyun 2005-ci il tarixli qərarından görünür ki, İddiaçı məişət xidməti obyekti tikintisi üçün Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisindən 20 kv.metr torpaq sahəsinin ayrılması qərara alınmışdır. Sumqayıt şəhər Memarlıq İdarəsi ilə razılaşdırılmış “Memarlıq-razılaşdırma göstərişləri” tərtib edilmişdir və göstəriş baş memar tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Ekologiya və X6 tərəfindən tərtib edilmiş 300 saylı, 10 aprel 2006-cı il tarixli rəydən görünür ki, iddiaçıya məişət xidməti obyektinin tikintisi məqsədilə rəsmiləşdirilməsi nəzərdə tutulan torpaq sahəsinin ətrafında əlavə yaşıllaşdırma işləri aparılması şərtilə razılaşdırılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsindən mübahsəli torpaq sahəsinə dair müayinə aktında qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsinin hüquq müəyyənedici sənəd üzrə ölçüsü 0.002 ha, faktiki olaraq 0.00196 ha-dır, mübahisəli torpaq sahəsində tikinti altı sahəsi 19.6 kv.m olan qeyri-yaşayış binası mövcuddur, torpaq sahəsi yerüstü kommunikasiya xətlərinin mühafizə zonasında yerləşmir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 26 yanvar 2023-cü il tarixli məktubu ilə daşınmaz əmlak üzərində hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, sənədlərin araşdırılması zamanı 22 iyun 2005-ci il tarixində Sumqayıt Bələdiyyəsinin müvafiq torpaq sahəsinin ayrılması barədə qərar qəbul etdiyi, lakin sənədləşmənin qanunvericiliyin tələblərinə uyğun olaraq yekunlaşmadığı müəyyən olunmuşdur. Mövcud qanunvericiliyə əsasən, sözügedən torpaq sahəsi üzərində əvvəlcə bələdiyyənin hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və bələdiyyə ilə müvafiq müqavilənin bağlanması zəruridir. Belə ki, “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 2007-ci il 23 oktyabr tarixli 466-11İQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə “Bələdiyyə torpaqlarının İdarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində edilmiş dəyişikliyə əsasən, bələdiyyə torpaqları üzərində mülkiyyət və İcarə hüquqlarının yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Qanunun 9.6-cı maddəsində edilmiş dəyişikliyə əsasən, bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Əlavə olaraq, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 16-cı bəndinə əsasən, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata ahnma proseduruna başlanması barədə qərar qəbul edir. Həmçinin bildiririk ki, ərizəyə torpağın dəyərinin bələdiyyənin hesabına ödənilməsinə dair qəbz əlavə edilməmişdir. Sumqayıt Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Sumqayıt Bələdiyyəsinin bir sıra qərarları, o cümlədən İddiaçı adına Sumqayıt şəhəri,8-ci mikrorayon ərzisində məişət xidməti obyektinin tikintisi məqsədi ilə 20 kvadrat metr torpaq sahəsinin rəsmiləşdirilməsi barədə 26 iyun 2005-ci il tarixli,28 saylı qərarı və həmin qərarın qəbul edilməsinə əsas olmuş sənədlərin bələdiyyədə saxlanılan nüsxələri saxlama vaxtı keçmiş arxiv sənədləri ilə birlikdə Dövlət Arxivinin Sumqayıt şəhər filialına təhvil verilmişdir.Bu səbəbdən bildiririk ki,Sumqayıt Bələdiyyəsinin İddiaçı adına torpaq sahəsinin rəsmiləşdirilməsi barədə 26 iyun 2005-ci il tarixli,28 saylı qərarının və həmin qərarla əlaqəli sorğuda tələb olunan sənədlərin tərəfimizdən məhkəməyə təqdim edilməsi mümkün deyildir.Eyni zamanda məhkəmənin diqqətinə çatdırmaq istəyirik ki,İddiaçı adına Sumqayıt şəhəri,8-ci mikrorayon ərzisində məişət xidməti obyektinin tikintisi məqsədi ilə 20 kvadrat metr torpaq sahəsinin rəsmiləşdirilməsi barədə 26 iyun 2005-ci il tarixli,28 saylı bələdiyyə qərarından da görünür ki,sözegedən torpaq sahəsi adı çəkilən şəxsə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə ayrılmışdır.Bağ torpaq sahələrinin,eləcə də fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmuş bələdiyyə torpaqlarının ayrılmasından fərqli olaraq sahibklarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş torpaq sahələri Sumqayıt Bələdiyyəsi tərəfindən,bir qayda olaraq mülkiyyət hüququ ilə deyil,icarə hüququ əsasında ayrılır. Mübahisəli torpaq sahəsi ilə bağlı müvafiq alqı-satqı aktının tərtib edilməməsinin və ödəniş qəbzinin olmamasının səbəbi həmin torpaq sahəsinin Suqmayıt Bələdiyysəi tərəfindən İddiaçı mülkiyyətinə deyil,icarəsinə verilməsi ilə əlaqədardır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarı ilə 28 saylı protokola əsasən Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində məişət xidməti obyektinin tikintisi məqsədilə rəsmiləşdirilməsi nəzərdə tutulan 20 kv.m torpaq sahəsinə dair onun hüquqlarının dövlət qeydiyyatına alınmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Sumqayıt şəhər bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarı ilə, 28 saylı protokola əsasən Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində məişət xidməti obyektinin tikintisi məqsədilə rəsmiləşdirilməsi nəzərdə tutulan 19.6 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasının cavabdehə həvalə olunması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarı ilə, 28 saylı protokola əsasən Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisdində məişət xidməti obyektinin tikintisi məqsədilə rəsmiləşdirilməsi nəzərdə tutulan 20 kv.m torpaq sahəsi onun adına rəsmiləşdirilmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 320 nömrəli “ayrılmış torpaq sahəsində obyektinin tikintisinə icazə verilməsi barədə” Sərəncamına əsasən ona ayrılmış 20 kv.m torpaq sahəsində məişət xidməti obyektinin tikintisinə icazə verilmişdir. Həmin Sərəncam əsasında torpaq sahəsinə dair xx.xx.2006-ci il tarixdə 645 nömrəli inşaat Pasportu ona təqdim edilmişdir. Daha sonra müvafiq qurumlardan ( AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi, AR Səhiyyə Nazirliyi, Sumqayıt şəhər Memarlıq və Şəhərsalma idarəsi, Sumqayıt şəhər Yanğınsöndürmə İdarəsi) rəylər alınmış, etiraz edilməmişdir. Tərəfindən bütün sənədləşdirmə işləri aparılmış və həmin torpaq sahəsində müvafiq qeyri-yaşayış sahəsi tikilmişdir. Bugünə qədər həmin qeyri-yaşayış sahəsi onun və həvalə etdiyi şəxslərin istifadəsində olmuşdur. Lakin Bələdiyyə tərəfindən ona alqı-satqı müqaviləsi təqdim edilməmiş və bu barədə heç bir məlumat verilməmişdir. Daşınmaz əmlak üzərindəki hüququmlarının dövlət qeydiyyatına alınması üçün cavabdeh təşkilata müraciət etsə də, cavabdeh təşkilat alqı-satqı müqaviləsinin olmaması əsası ilə müraciətindən imtina etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən 0.002 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 26 dekabr 2022-ci il tarixli ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi idarəsinə müraciət etmiş və onun müraciəti qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq iddiaçıya bildirilmişdir ki, sənədlərin araşdırılması zamanı 22 iyun 2005-ci il tarixində Sumqayıt Bələdiyyəsinin müvafiq torpaq sahəsinin ayrılması barədə qərar qəbul etdiyi, lakin sənədləşmənin qanunvericiliyin tələblərinə uyğun olaraq yekunlaşmadığı müəyyən olunmuşdur. Mövcud qanunvericiliyə əsasən, sözügedən torpaq sahəsi üzərində əvvəlcə bələdiyyənin hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və bələdiyyə ilə müvafiq müqavilənin bağlanması zəruridir. Belə ki, “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 2007-ci il 23 oktyabr tarixli 466-11İQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə “Bələdiyyə torpaqlarının İdarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində edilmiş dəyişikliyə əsasən, bələdiyyə torpaqları üzərində mülkiyyət və İcarə hüquqlarının yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Qanunun 9.6-cı maddəsində edilmiş dəyişikliyə əsasən, bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Əlavə olaraq, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 16-cı bəndinə əsasən, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata ahnma proseduruna başlanması barədə qərar qəbul edir. Həmçinin bildiririk ki, ərizəyə torpağın dəyərinin bələdiyyənin hesabına ödənilməsinə dair qəbz əlavə edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2914/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Sumqayıt şəhər bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 28 saylı protokolı qərarı ilə Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində məişət xidməti obyektinin tikintisi məqsədilə rəsmiləşdirilməsi nəzərdə tutulan 19.6 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsinin ayrılması yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, “Bələdiyyə torpaqlarının idarəedilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən bələdiyyənin torpaq sahəsinin ayrılmasına dair qərarının qəbulundan sonra iddiaçıya ayrılmış torpaq sahəsinin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilməli, torpaq sahəsinin plan və ölçüsü tərtib edilməlidir. Bu məqsədlə torpaq sahəsinin plan və ölçüsünün hazırlanması üçün sənədlər bələdiyyə tərəfindən müvafiq icra hakimiyyətinə göndərilməlidir. Öz növbəsində, ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikinti layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planlama) aparmalı, yerin plan və ölçüsünü hazırlamalı və həmin sənədi bələdiyyəyə göndərməlidir. torpağa dair alqı-satqı aktının səlahiyyətli orqanlar tərəfindən tərtib edilməyərək bələdiyyə mülkiyyətində olan torpağın “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun yuxarıda qeyd olunan müvafiq maddələrinin tələblərinə əsasən torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydalarına uyğun olaraq alqı-satqısının həyata keçirilməklə iddiaçı tərəfindən bələdiyyənin hesabına torpağın satışına görə pulun ödənilməsi özü-özlüyündə həmin aktın mövcudluğunu ehtiva edir. Həmin alqı-satqı aktının tərtib edilməməsi iddiaçının təqsiri kimi qiymətləndirilib onun gözlənilən mülkiyyət hüququnun pozulmasına və onun məsuliyyətinə səbəb ola bilməz. Bundan əlavə məhkəmə inzibati işin tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsi üçün aidiyyatı üzrə sorğular göndərmişdir. Məhkəməyə sorğu əsasında daxil olmuş torpaq sahəsinə dair müayinə aktında qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsinin hüquq müəyyənedici sənəd üzrə ölçüsü 0.002 ha, faktiki olaraq 0.00196 ha-dır, mübahisəli torpaq sahəsində tikinti altı sahəsi 19.6 kv.m olan qeyri-yaşayış binası mövcuddur, torpaq sahəsi yerüstü kommunikasiya xətlərinin mühafizə zonasında yerləşmir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan hal iddiaçının ziyanına şərh edilə bilməz. Belə ki, iddiaçı sənəd üzrə göstərilmiş ölçüdən artıq torpaq sahəsindən istifadə etmiş olsaydı, bu hal başqa şəxslərin hüquqlarının pozulması ilə, həmçinin artıq torpaq sahəsindən qanunsuz istifadə ilə nəticələnmiş olardı. Lakin hazırki halda iddiaçı nəinki artıq torpaq sahəsindən istifadə etmir, əksinə onun faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü sənəd üzrə qeyd edilmiş torpaq sahəsinin ölçüsündən azdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, müvafiq işin düzgün və ədalətli araşdırılması məqsədilə Sumqayıt bələdiyyəsi məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində tərəf kimi cəlb edilməli və müvafiq ünvanda ekspertiza təyin edilməlidir. Hazırkı iddia ərizəsindən belə məlum olur ki, məhkəməyə müraciət edən şəxs mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmiş və formal olaraq 2 saylı Sumqayıt Ərazi İdarəsi cavabdeh qismində işə cəlb edilmişdir. Göründüyü kimi, iddiaçı ilkin olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsinə dair sənədlərlə birlikdə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etməli, bununla əlaqədar dövlət rüsumunu ödəməli, onun ərizəsinin icrasından əsassız imtina edildiyi halda aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırmalı idi. Hazırki iş üzrə müəyyən olunmuş qaydaya riayət edilməmiş, sözügedən qeyri-yaşayış binası ilə bağlı sənədlərə çatışmazlıqlar olmasına baxmayaraq, formal bir müraciət əsasında məhkəmədə iddia qaldırılmış, iddiaçı və işə baxmış məhkəmə tərəfindən verilmiş bildirişdə və etirazda göstərilənləri nəzərə almamış və iddianın təmin edilməsi haqqında anlaşılmaz bir qərar qəbul etmişdir. Hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində ddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalı olduğu halda, işə baxmış birinci instansiya məhkəməsi ümumiyyətlə iddianın mümkünlüyü məsələsini heç araşdırmamışdır. Bundan başqa, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamış, bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalı idi. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; .... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;.... Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası) Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5 Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 9.1. Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər (əvvəlki redaksiyada). Maddə 9.2. Bələdiyyə torpaqlarının satışı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir. Maddə 9.3. Bələdiyyənin ehtiyat fondunun özəlləşdirilən torpaqları barədə alqı-satqı əqdləri, yerli normativlər nəzərə alınmaqla aşkarlıq şəraitində bağlanılır. Maddə 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Maddə 11.6. Bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə icarə əsasında verilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin Bənd 1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” xx.xx.2001-ci il tarixli 548 nömrəli Fərmanı: Müəyyən edilsin ki: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilərək iddia təmin edilməməlidir. Hazırki iş üzrə iddia tələbi Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində məişət xidməti obyektinin tikintisi məqsədilə rəsmiləşdirilməsi nəzərdə tutulan 19.6 kv.m torpaq sahəsi üzərində iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından ibarət olmuşdur. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, sözügedən torpaq sahəsinə dair müvafiq bələdiyy qərarı əsasında ayrılsa da, sənədləşmə qanunvericiliyə uyğun olaraq yekunlaşmamış, əvvəlcə bələdiyyənin hüquqları dövlət qeydiyyatına lınmalı, bələdiyyə ilə müvafiq müqavilə bağlanılmalı,habelə torpaqğın dəyərinin bələdiyyənin hesabına ödənilməsinə dair qəbz əlavə edilməmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. İşin müəyyən edilmiş hallarından görünür ki, müvafiq bələdiyyə qərarı ilə iddiaçının adına istifadə etdiyi 20 kv.m torpaq sahəsinin məişət xidməti obyekti tikintisi üçün rəsmiləşdirilməsi qərara alınmış, bu bardə inşaat pasportu tərtib edilmişdir. Həmçinin, qeyd edilən torpaq sahəsi cavabdeh inzibati orqanın mütəxəssisləri tərəfindən müayinə edilərək, onun texniki göstəricilərini əks etdirəm müayinə aktı tərtib edilmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müvafiq bələdiyyə qeyd edilən torpaq sahəsinin sahibkarlıq məqsədilə iddiaçının adına ayrıldığını, bu məqsədlə ayrılmış torpaq sahələri şəxsin mülkiyyətinə deyil, icarəsinə verildiyini, mübahisəli torpaq sahəsi ilə bağlı alqı-satqı aktının tərtib edilməməsinin və ödəniş qəbzinin olmamasının səbəbinin həmin torpaq sahəsinin iddiaçının mülkiyyətinə deyil, icarəsinə verilməsi ilə əlaqədar olduğunu bildirmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı həmin sahədə dərzi fəaliyyəti ilə məşğul olması halına istinad edərək, sahənin sənədləşməsi ilə bağlı müvafiq quruma müraciət ünvanlamışdır. Məhkəmə kollegiyası işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, indiki halda sözügedən torpaq sahəsinin məişət xidməti obyekti tikintisi məqsədilə iddiaçınına adına rəsmiləşdirilməsinə dair qərar mövcud olmuş, həmin qəraraın məzmununda isə torpaq sahəsinin iddiaçının adına satılması qeyd edilməmişdir. Bundan əlavə, həmin torpaq sahəsi ilə bağlı arxiv sənədlərində də torpaq sahəsinin iddiaçının adına satılmasına dair alqı-satqı aktı və torpaq sahəsinin dəyərinin öədnilməsinə dair qəbz aşkar edilməmişdir. Eyni zamanda müvafiq qərarı qəbul etmiş bələdiyyə tərəfindən həmin torpaq sahəsinin iddiaçının mülkiyyətinə deyil, sahibkarlıq məqsədilə ayrıldığından, onun icarəsinə verildiyini, bu səbəbdən də alqı-satqı aktı və qəbzin olmadığını qeyd etmişdir. İndiki halda iddiaçı həmin torpaq sahəsini satın aldığını qeyd etsə də, həmin hala, o cümlədən bələdiyyə tərəfindən təqdim edilmiş məlumatları təkzib edən heç bir sübutu (ödəniş qəbzi, alqı-satqı aktı və s.) məhkəməyə təqdim edə bilməmiş, habelə məhkəmə araşdırması zamanı da həmin halın müəyyən edilməsi mümkün olmamışdır. Yuxarıda istinad edilən qanunvericilik normalarının tələbinə əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin satışı məhz müvafiq alqı-satqı əqdi (müqavilə) ilə rəsmiləşdirilir, torpaq sahəsinin dəyəri ödənilir.Bundan əlavə, qeyd edilən normaların təhlilindən görünür ki, bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə icarə əsasında verilir. Məhkəmə araşdırması zamnaı iddiaçı sözügedən torpaq sahəsinə dair icarə hüququnun deyil, məhz mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istədiyini bildirmişdir İndiki halda iddiaçıya münasibətdə qeyd edilən torpaq sahəsinin onun mülkiyyətinə verilməsi halının müəyyən edilməsi mümkün olmadığından, iddia tələbinin əsaslılığı müəyyən edilməmişdir.Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsaslı olmamışdır. Buna baxayaraq, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin əsaslılığı qanunvericilik normasının tələbi baxımından tam araşdırılmamış, nəticə etubarilə iddianın əsaslı olması barədə gəldiyi qənaəti yanlış olmuşdur. Başqa sözlə desək, birinci instansiya məhkəməsi tərəfindən torpaq sahəsinin iddiaçıya satılmasına dair hər hansı sənədləşmə (aqlı-satqı, ödəniş qəbzi) aparılması müəyyən edilmədiyi,müvafiq bələdiyyə tərəfindən də belə bir sənədləşmə aparılması halı qəbul edilmədiyi, habelə iddiaçı tərəfindən torpaq sahəsinin məhz onun mülkiyyətə verilməsinə dair heç bir sübut təqdim edilmədiyi halda, torpaq sahəsinin iddiaçıya satılması barədə gəldiyi qənaəti işin hallarına uyğun olmamışdır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməmiş, qanunvericilik norması düzgün tətbiq edilməmiş, bununla da iş üzrə gəldiyi nəticə yanlış olmuş,cavabdeh inzibati orqanın imtina və şikayətinin dəlilləri əsaslı olmuşdur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2914/2023 nömrəli qərarı ləğv edilsin, yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhər bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarı ilə, 28 saylı protokola əsasən Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində məişət xidməti obyektinin tikintisi məqsədilə rəsmiləşdirilməsi nəzərdə tutulan 19.6 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasının cavabdehə həvalə olunması” tələbinə dair iddia tələbi təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-337/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-337/2024
28.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver